Məhkəmə qərarları › İş №2(102)-2987/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-2987/2021

30.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2987/2021 30.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 İsrafil qızının və İddiaçı3 cavabdehlər Azərbaycan Xammal və X4 Mərkəzi “xxxx” MMC-yə, “X2 Mərkəzi” MMC-yə, Bakı şəhəri Cavabdeh3nə, Bakı şəhəri Cavabdeh5nə, Bakı şəhəri Cavabdeh4nə (“xxxx” QSC-nin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi) qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və s.” tələblərinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin səlahiyyətli şəxs tərəfindən imzalanmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının h akimi Şamayev Elşad Yaquboviç Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2021-ci il tarixli, 2(103)6978/2020 nömrəli qərardadından iddiaçı X1 adından Vəkil1 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2020-ci tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 İsrafil qızının və İddiaçı3 apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı2 İsrafil qızı həmin qətnamədən kassasiya şikayəti vermiş və eyni zamanda ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət edərək, ötürülmüş prosessual müddətin bərpasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(103)-6978 /2020 nömrəli qərardadı ilə həmin Məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi müddətinin bərpa olunmasına dair İddiaçı2 İsrafil qızının ərizəsi təmin edilməmiş, kassasiya şikayəti əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmışdır. İddiaçı X1 adından Vəkil1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(103)-6978/2020 nömrəli qərardadının ləğv edilməsi, kassasiya şikayətinin mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, kassasiya şikayəti iddiaçı X1 adından Vəkil1 tərəfindən imzalansa da, sonuncunun şikayəti nümayəndə kimi imzalamaq səlahiyyəti olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlid ir. Məcəllənin 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Qeyd olunan Məcəllənin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. İş materiallarına əlavə olunmuş İddiaçı2 tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və kili Vəkil1 digər səlahiyyətlərlə yanaşı məhkəmə qərarlarından şikayət vermək hüququnu təsbit edən xx xxxxxx 2019-cu il tarixli etibarnamə əlavə olunsa da, həmin etibarnamənin müddəti xx xxxxxx 2020-ci il tarixdə bitmişdir. Hazırki kassasiya şikayəti isə vəkil tərəfindən nümayəndə kimi xx xxxxxx 2021-ci il tarixdə imzalanmışdır. İş materiallarına vəkilə verilmiş nümayəndəlik səlahiyyətlərinin uzadılması ilə bağlı hər hansı sənəd əlavə olunmamışdır Beləliklə, hazırki kassasiya şikayəti hüququ olmayan şəxs tərəfindən imzalandığına görə şikayət icraata qəbul oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstəri lməyən şəxs tərəfindən imzalanmışsa kassasiya şikayəti qaytarılır. Azərbaycan Respublikası MPM-in 408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1 və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. Həmin Məcəllənin 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsi nin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Qeyd olunanlara əsasən, kassasiya şikayəti həmin şikayəti verən şəxs (onun səlahiyyətli nümayəndəsi) tərəfindən imzalanmadığı üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-c i maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(103)-6978/2020 nömrəli qərardadından iddiaçı X1 adından Vəkil1 tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar