Məhkəmə qərarları › İş №2(102)-2988/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2988/2019

30.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2988/2019 30.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim P.Hüseynov, iş № 2(006)-xx/18) iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qaşı “subroqasi ya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi”xxxx"xxxx" ASC tərəfindən sığorta ödənişi olaraq ödənilmiş 24251 manat və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 24.281 manat məbləğində pulun Cavabdeh1 alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Baxışova-sədrlik edən və məruzəçi, V.Həsənov və N.Cəfərov, iş № 2(103)-xx/18) apellyasiya şikayəti qismən təmin edilərək, Nəsimi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmiş, Cavabdeh1 subroqasiya qaydasında iddiaçı “xxxx” ASC-nin xeyrinə 10625,5 manat pulun tutulması qət edilmişdir. Cavabdeh1 kassasiya şikayəti verərə k Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 27.746.46 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun müştərək qaydada “xxxx” ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düz gün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçının nümayəndəsi T.Vəliyev Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçinidinləyərə k, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirərkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, **-XX-*** dövlət nömrə nişanlı, markası “XXX - yük" olan avtomobil Cavabdeh2 mülkiyyətindədir. Avtomobil etibarnamə əsasında Cavabdeh1 tərəfindən idarə edilərkən 17.09.2014-cü il tarixdə saat 18:00-da Bakı-Xocasən yolunun 6,5 km-də yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində həmin avtomobil X1 məxsus “xxxx” ASC tə rəfindən 23.01.2013-cü ildən 23.01.2015-ci il tarixinədək avtokasko sığorta növündə sığortalamış “XXXX XX - minik” markalı XXX dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, “XX XXX - minik” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə hadisə nəticəsindən 33.524 manat ziyan dəydiyi sığorta şirkəti tərəfindən müəyyən edilərək avtomobilin sahibinə 03 noyabr 2014-cü il tarixdə 30.115.87 manat məbləğində sığorta məbləği ödənilmiş, 29.08.2017-ci il tarixdə həmin məbləğin 2500 manatı **-XX-*** dövlət nömrə nişanlı, “XXX - yük" markalı avtomobilinin sürücüsünün mülki məsuliyyətini icbari sığorta növündə sığortalamış "xxxx”SŞ ASC tərəfindən iddiaçıya ödənilmişdir. İşə birinci instansiya qaydasında baxılarkən avtomobilə dəymiş ziyanın müəyyənləşdirilməsi üçün məhkəmə əmtəəşünas lıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2018-ci il tarixli 5977 nömrəli ekspert rəyinə əsasən nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" ASC-nin 23.09.2014-cü il tarixli aktının məlumatlarına əsasən 2013-cü il buraxılışlı, "XXX - minik” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 27.251 manat olduğu müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 936,1096, 1108.1-ci, “Sığorta haqqında” Qanunun 37.1-ci maddələrinə istinad edərək düzgün olaraq bu nəticəyə gəlmişdir ki, iddiaçının Cavabdeh1 sığortalanmış avtom obilə vurulmuş ziyanı subroqasiya qaydasında tələb etmək hüququ var. Lakin müəyyən edilmişdir ki, məhkəmə tərəfindən cavabdehin təqsirinin dərəcəsi və ondan tutulmalı olan ziyan məbləği düzgün müəyyənləşdirilməmiş, yol nəqliyyat hadisəsinin baş verməsində hər iki sürücünün təqsirli olduğu nəzərə alınmamışdır. Azərbaycan Respublikası DİN BDYPİ-nin İstintaq və təhqiqat şöbəsinin təhqiqatçısı Rauf Cəfərovun cinayət işinin başlanmasının rədd edilməsi barədə 23.10.2014-cü il tarixli qərarından görünür ki, 17.09.2014-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi üzrə ekspertiza təyin edilmiş, ekspert rəyi ilə müəyyən edilmişdir ki, göstərilən şəraitdə “Range Rover” markalı avtomobilin sürücüsü Xanlar Əmənovun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsin in 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət edilməklə hadisənin qarşısının almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. “XX” markalı avtomobilin sürüçüsu Cavabdeh1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 77ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət edilməklə hadisənin qarşısının almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Həmin qərarla X.Əmənovun əməlində İXM-nin 151.1-ci, Cavabdeh1 əməlində İXM-nin 151.2-ci maddəsinin tərkibi olduğu müəyyən edilmişdir. Mülki Məcəllənin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, sığorta hadisəsi kimi qiymətləndirilmiş avtomobil qəzasının baş verməsində həm sığortalı, həm də cavabdeh Cavabdeh1 təqsirli olması müəyyən edildiyindən tərəflərin hər birinin vurulmuş ziyana görə əmlak məsuliyyəti 50% müəyyən edilməlidir. Yəni, toqquşmuş avtomobil sahiblərinin hər birinin digər tərəfdən öz əmlakına vurulmuş ziyanın yarısını tələb etmək hüququ olduğundan hazırkı halda iddiaçı tərəfindən sığortalanmış avtomobilə vurulmuş ziyana görə ödənilməli olan məbləğin 50 %-i qarşı tərəfdən tutula bilər. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq hesab etmişdir ki, birinci instansiya məhkəməsininqətnaməsi dəyişdirilməli, Cavabdeh1 iddiaçı “xxxx” ASC-nin xeyrinə 10625,5 manat subroqasiya qaydasında pul və 10 manat dövlət rüsumu tutulmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İ ddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunan və qət edilən hissədə qismən sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları göstər ilən hissədə sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamə nin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli 2(103)-xx/18 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar