Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-299/2019 11.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 11 yanvar 2019-cu il İş № 2(102)-8887/2018 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, İddiaçı Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-1774/2018 nömrəli iş üzrə 24 avqust 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Ağsu Rayon Məhkəməsinin (hakim T.A.İsmayılov) 2(016)-183/2018 nömrəli, 07 mart 2018-ci il tarixli qətnaməs i ilə iddiaçı1 X2, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı müştərək qaydada 2700 ABŞ dolları məbləğində pulun, 1252 manat əlavə xərclərin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumununu tutlması barədə iddiası təmin edilməmiş, cavabdeh X6, Cavabdeh2, Cavabdeh3 və cavabdeh4 qarşı ümumi mülkiyyətdə olan, Ağsu rayonunun Muradlı kəndi ərazisində yerləşən 2.70 ha torpaq sahəsindən İddiaçı istifadə hüququna xitam verilməsinə və həmin torpaq sahəsindən sıxarılması barədə qarşılıqlı iddiası təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın (hakimlər İ.H.Şükürov (sədrlik edən və məruzəçi), M.M.Hüseynov və R.Ə.Əliyev) 2(107)-1774/2018 nömrəli iş üzrə 24 avqust 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Ağsu Rayon Məhkəməsinin 07 mart 2018-ci il tarixli, 2(016)-183/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı müştərək qaydada 2500 ABŞ dolları pul, 999 manat əlavə xərclər əvəzi və 30 manat dövlət rüsumu əvəzi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdehlər X11, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətinə Ağsu rayon Aqrar İslahat komissiyasının 27 aprel 1998-ci il tarixli 04 saylı qərarı ilə verilmiş və Ağsu rayonu, Muradlı kəndi yaxınlığında yerləşən 2.70 ha ölçüdə olan torpaq sahəsi Kürdəmir rayonu Dövlət Notariat Kontoru tərəfindən 09 aprel 2015-ci il tarixli, 7e-3057 nömrəli reyestr üzrə rəsmiləşdirilmiş etibarnamə əsasında onun istifadəsinə və sərəncamına verilmişdir. Həmin torpaq sahəsi adları çəkilən mülkiyyətçilərə Ağsu rayon sabiq torpaq şöbəsi tərəfindən verilmiş 08 aprel 1999-cu il tarixli, JN-164, kod-40908058 olan və Dövlət aktı əsasında məxsusdur. Cavabdehlər onun adına etibarnamənin 10 il müddətinə qüvvədə olması şərtilə vermişdilər. Aralarında olan şifahi razılaşmaya əsasən cavabdehlərin mülkiyyətində olan torpaq sahəsindən istifadə etmək üçün onlara 2500 ABŞ dolları məbləğində pul ödəmişdir. Bundan başqa həmin torpaq sahəsinin əkin üçün yararlı hala salınması, şumlanması, kübrələnməsi, malalanması, su arxının çəkilməsi, həmin torpaqda əkmək üçün yonca toxumunun alınması üçün birlikdə 999 manat məbləğində əlavə xərclər çəkmişdir. Torpaq sahəsinə əkdiyi yoncanın adətən 7 il ardıcıl biçilməsi mümkün olur. Lakin cavabdehlər ona b ildirmədən razılaşmanı pozaraq etibarnaməni Kürdəmir rayon Dövlət Notariat Kontorunda 21 noyabr 2017-ci ildə ləğv etdirmişdilər. Cavabdehlərdən etibarnamənin ləğv edilməsinin səbəblərini soruşduqda, guya onun istifadə etdiyi torpaq sahəsindən artıq istifadə etməsi ilə əsaslandırmışdılar. Əslində isə belə deyildir. Yalnız cavabdehlərin mülkiyyətində olan Dövlət Aktında, eləcə də etibarnamədə göstərilən ölçüdə, yəni 2.70 hektar torpaq sahəsindən istifadə etmişdir. Cavabdhlərin ona verdiyi etibarnamə torpaq üzərində istənilən sərəncamı vermək, yəni torpağı satmaq, bağışlamaq, dəyişmək və icarəyə vermək hüquqları verir. Lakin bunların heç birini etməmiş, torpaqdan aralarında olan razılaşmaya əsasən istifadə etmişdir. Göstərilənlərə əsasən və cavabdehlər etibarnaməni ləğv etdirdiyi üçün o da ca vabdehlərə ödədiyi 2500 ABŞ dolları məbləğində pulunu, 999 manat məbləğində əlavə xərclərin və iddia ərizəsi üzrə ödədiyi 30 manat Dövlət rüsumunnun qaytarılmasına dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı X12 iddia təlbinin həcmini artıraraq cavabdehlər X5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada torpaqdan istifadə etdiyi üçün ödədiyi 2700 ABŞ dolları məbləğində pulun və 1252 manat məbləğində əlavə xərclərin və ödədiyi 30 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər X11, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı qarşı ümumi mülkiyyətlərində olan torpaq sahəsindən cavabdehin istifadə hüququna xitam verilməsinə və torpaq sahəsindən çıxarılmasına dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Qarşılıqlı iddia tələbi onunla əsaslındırılmışdır ki, “X18” 18 fevral 1995-ci il tarixli (№976), “Sovxoz və kolxozların İslahatı haqqında” 18 fevral 1995-ci il tarixli (№978) və “Torpaq islahatı haqqında” 16 iyul 1996cı il tarixli (№155JQ) Azərbaycan Respublikası Qanunlarının tələblərinə müvafiq olaraq Ağsu Rayon Aqrar İslahat komissiyasının 27 aprel 1998-ci il tarixli, 04 saylı qərarı ilə onların ümumi mülkiyyətlərinə Ağsu rayonu, Muradlı kəndi ərazisində 2.70 ha torpaq sahəsi verilmişdir. Qeyd edilən torpaq sahəsinin mülkiyyətlərinə verilməsinə dair Ağsu rayon sabiq Torpaq şöbəsi tərəfindən 05 mart 1999-cu il tarixdə adlarına JN-164, kod-40908058 olan Torpağa mülkiyyət hüququna dair Dövlət aktı, eləcə də torpaq sahəsinin planı (cizgisi) və sertifikatı (qaimə si) tərtib edilərək verilmiş və Dövlət aktı qeydiyyat kitabında 2510 nömrə ilə qeyd edilmişdir. Həmin torpaq sahəsini 2014-cü ilin axırlarına kimi özləri idarə etməklə əkib becərmişdilər. Lakin Kürdəmir rayon Dövlət Notariat Kontoru tərəfindən 09 aprel 2015-ci il tarixdə, 7e3057 nömrəli reyestr üzrə rəsmiləşdirilmiş etibarnamə ilə 2.70 ha torpaq sahəsini 10 il müddətinə idarə və istifadə etməsi üçün Ağsu rayonunun Təklə kəndinin sakini olan cavabdeh İddiaçı istifadəsinə vermişdilər. Torpaq sahəsindən istifadə etməsi müqabilində isə İddiaçı onlara 3 il müddətində ayrı-ayrı vaxtlarda, 2015-ci ilin dekabr ayına kimi cəmi 1700 manat pul vermişdir. Bundan başqa isə 70 manat dəyərində arpa, 80 manat dəyərində cücə və 2016-cı ildə isə 100 manat pul vermişdir. Lakin cavabdeh istifadəsinə verilmiş torpaq sahəsinin hüdudlarından çıxaraq qonşu torpaq sahələrindən də zəbt etmiş, istifadəsinə verilmiş torpaq sahəsinin bir hissəsini isə ayrı-ayrı şəxslərə pulla istifadə üçün vermişdir. Cavabdehin həmin hərəkəti torpaq sahələrində yerləşən torpaq sahəsi mülkiyyətçilərinin narazılığına səbəb olmuş, mübahisələr yaratmışdır. Cavabdehə 2.70 ha torpaq sahəsinin mütəxəssislər vasitəsilə ölçdürüb ona vermək istəsələrdə cavabdeh onlarla razılaşmamışdır. Bu səbəbdən də məcbur olub etibarnamənin ləğv edilməsi üçün Kürdəmir rayon Dövlət Notariat Kontoruna ərizə ilə müraciət etmişlər. Kürdəmir rayonu Dövlət Notariat Kontoru tərəfindən 21 noyabr 2017-ci il tarixdə İddiaçı verdikləri etibarnamə ləğv edilmişdir. Hal-hazırda cavabdeh İddiaçı onlara verdiyi pulu özünə qaytarmaq istədiklərini və torpaqları ndan çıxmasını tələb etsələrdə onlarla razılaşmamışdır. Həmin səbəblərdən də, cavabdehdən onların mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququna xitam verilməsini və torpaq sahəsindən çıxarılmasını tələb etmişlər. Göstərilənlərə əsasən, Ağsu rayonunun Təklə kədnində yaşayan cavabdeh İddiaçı onlara ümumi mülkiyyət hüququ əsasında məxsus olan və Ağsu rayonunun Muradlı kəndi yaxınlığında yerləşən 2.70 ha torpaq sahəsindən istifadə hüququna xitam verilməsinə və torpaq sahəindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Əliheybət oğlu kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)1774/2018 nömrəli iş üzrə 24 avqust 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına İddiaçı Əliheybət oğlunun kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)1774/2018 nömrəli iş üzrə 24 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Belə ki, iş materiallarında olan JN-164 nömrəli, 40908058 kodu olan torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Ağsu rayon X7 27 aprel 1998-ci il tarixli 04 saylı qərarı ilə X11, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 kənd təsəsrrüfatı məhsulları istehsalı üçün 2.70 ha torpaq sah əsi ayrılmışdır. Bundan başqa, iş materiallarında olan Ağsu rayon Muradlı kənd ərazi icra nümaynədəliyinin 28 noyabr 2017-ci il tarixli, 277 saylı arayışdan göründüyü kimi, X6 Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ibarət ailə üzvləri vardır. Habelə, iş materiallarında olan 09 aprel 2015-ci il tarixli, reyestrdə 7e-3057 nömrə ilə Kürdəmir rayon notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş etibarnamənin surəti ilə müəyyən edilmişdir ki, Ağsu rayonunun Muradlı kəndində qeydiyyatda olan X11, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Ağsu rayonu, Təklə kəndində qeydiyyatda olan İddiaçı JN-164 nömrəli, kod 40908058 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Ağsu rayonu, Muradlı kəndi ərazisində yerləşən 2.70 ha torpaq sahəsinin onlara çatan hissəsi üzərində sərəncam verməyi, forma 1 almağı, satmağı, bağışlamağı, dəyişməyi, ipotekaya qoymağı, pulu almağı, müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi 10 il müddətində etibar etmişdilər. Eləcə də, iş materiallarında olan “Elektron notariat” X1 çıxarışın surəti ilə müəyyən edilmişdir ki, etibar edənlər X11, Cavabdeh2, Cavabdeh3 və X16 tərəfindən İddiaçı Kürdəmir rayon notariat kontorunda verilmiş 09.04.2015-ci il tarixli, 3057 reyestr nömrəsi olan etibarnaməyə 21.11.2017-ci il tarixdə xitam verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin İddiaçı münasibətdə qənaəti düzgün və əsaslıdır. Belə ki, mülki işin materiallarından aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmişdir ki, Ağsu rayonunun Muradlı kəndində yerləşən 2.70 h a torpaq sahəsi Cavabdeh1 və ailə üzvləri ümumi mülkiyyətindədir və sözügedən torpaq sahəsi İddiaçı müvəqqəti istifadəsinə vermişdir. Öz növbəsində İddiaçı da bu torpaq sahəsini 2015-ci ildən 2017-ci ilin sonuna kimi istifadə etmişdir. İşdə olan Kürdəmir rayon notariat kontorunun xüsusi notariusu tərəfindən 09 aprel 2015-ci il tarixdə, reyestrdə 7e-3057 nömrə ilə qeyd edilmiş etibarnamədən aydın olur ki, X11, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Ağsu rayonu, Muradlı kəndi ərazisində yerləşən 2.70 ha torpaq sahəsinin onlara çatan hissəsi üzərində sərəncam verməyi, forma İ almağı, satmağı, bağışlamağı, dəyişməyi, ipotekaya qoymağı, pulunu almağı, müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etmək üçün İddiaçı 10 il müddətində etibar etmişlər. Lakin, s onradan İddiaçı aralarında olan şifahi razılaşmanı pozaraq torpaq sahəsini digər şəxslərə icarəyə verdiyindən onlar sonuncuya verdikləri etibarnaməni pozmaq məcburiyyətində qalmaqla 21.11.2017-ci il tarixdə 09 aprel 2015-ci il tarixdə verilmiş və reyestrdə 7e-3057 nömrə ilə qeyd edilmiş etibarnaməyə xitam verilmişlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi düzgün olaraq apellyasiya şikayətinin təmin edilməməsi, Ağsu Rayon Məhkəməsinin 07 mart 2018-ci il tarixli, 2(016)-183/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 365.1.3-cü maddəsinə əsasən, maddəsinin tələbinə görə etibarnamənin qüvvəsinə etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi nəticəsində xitam verilir. İş materialları ndan göründüyü kimi, İddiaçı və Cavabdeh1 və onun ailə üzvlərinin arasında sonuncuların ümumi mülkiyyətində olan Ağsu rayonunun Muradlı kəndi yaxınlığında yerləşən 2.70 ha torpaq sahəsinə torpaq icarə müqavilə bağlanmamış, tərəflər arasında şifahi razılaşma əsasında İddiaçı 2014-cü ilin sonlarından həmin torpaq sahəsində istifadə edərək yonca əkmiş, 2017-ci ilin noyabr ayına kimi istifadə etmiş, torpaqdan istifadəyə görə Cavabdeh1 icarə haqqı kimi 1000 manat, 800 manat, 70 manatl dəyərində 80 manat dəyərində isə cücə ödəmişdir. Həmçinin, iş materialları ilə təsdiq olunur ki, İddiaçı Cavabdeh1 və onun ailə üzvlərinin ümumi mülkiyyətində olan torpaq sahəsində yonca əkmiş, bəhərdən istifadə etmiş və gəlir götürmüşdür. İşdə olan İddiaçı həm iddia ərizəsində, həm də apellyasiya şikayətində, məh kəmə kollegiyasının iclasında verdiyi izahatında Cavabdeh1 və onun ailə üzvlərinin ümumi istifadəsində olan 2.70 ha torpaq sahəsinə icarə müqaviləsi məqsədi ilə deyil, alqı-satqı müqaviləsi əsasında 2500 ABŞ dollar məbləğində pul ödəməsini qeyd etsə də, həmin halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş və belə sübutları olmadığını etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən mü zakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Göstərilən Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Adıçəkilən Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Sözügedən Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıq da hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə ko llegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-1774/2018 nömrəli iş üzrə 24 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı Əliheybət oğlunun kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-1774/2018 nömrəli iş üzrə 24 avqust 2018- ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Aslan Kalbalıyev
Məhkəmə qərarları › İş №2(102)-299/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-299/2019
11.01.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver