Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2990/2022 20.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: evə çəkilmiş xərcin ödənilməsi, əsassız varlanma, bağışlama, sübut etmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “evə çəkilmiş xərcin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-112/2022 nömrəli mülki iş üzrə 10 yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati bina sında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 12.05.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2 rayonu Qullar kəndində yerləşən ümumi sahəsi 0.10 ha olan torpaq sahəsini Cavabdeh bağışlamışdır.
2. Həmin torpaq sahəsinin üzərində inşa edilmiş 95.30 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi (bundan sonra – mübahisəli ev) Cavabdeh adına xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən mübahisəli evə çəkdiyi 80000 manat xərcin al ınaraq, ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayır. Cavabdehlə qeyri-rəsmi nikahla evlənmiş, nikahı rəsmiləşdirməmişlər. Cavabdeh Balakən rayonu Qullar kəndində yaşadığından onunla qeyri-rəsmi evli olduğu vaxtda torpaq sahəsi alaraq ev tikmək qərarına gəlmişdir. Bununla bağlı Balakən rayonu Qullar Bələdiyyəsinə müraciət edərək ona 0.10 ha. həyətyanı torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Balakən rayonu Qullar Bələdiyyəsinin sədri Ramazan Ömərov ona bildirmişdir ki, o, Balakən rayonu Qullar kənd sakini deyildir; Qullar kənd sakini olan yaxın adamı tapıb, onun adına torpaq sataraq, sonra ondan torpağı almaq olar. Elə buna görə də cavabdehin qardaşı X21 ilə danışı b onun adına 0.10 ha torpaq sahəsi götürmək qərarına gəlmişdir. 07 may 2014-cü ildə ünvan 2i ünvanında yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinin Balakən rayonu Qullar Bələdiyyəsinin sədri X9 tərəfindən X14 1000 (min) AZN pula satılması barədə alqı-satqı müqaviləsi bağlanmışdır. 08 aprel 2015-ci ildə həmin torpaq sahəsinə X13 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. 12 may 2015-ci ildə isə ünvan 2ində yerləşən həmin torpaq sahəsini X13 cavabdehə daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. 2015-ci ildə onun vəsaiti hesabına ümumi sahəsi 95.30 kv.m, yaşayış sahəsi 63.40 kv.m, köməkçi sahəsi 31.90 kv.m olan mübahisəli evi inşa etmişdir. Bundan əlavə orada qazanxana, ayaqyolu, hasar, talvar da tikdirmiş, yoldan giriş üçün darvaza qoydurmuşdur. 0.10 ha torpaq sah əsinə 80000 manat xərc qoyaraq orada tikililər inşa etmişdir. Şahidlər iddiaçının çəkdiyi xərcləri təsdiq edə bilərlər.
5. Məhkəməyə təqdim edilmiş Balakən rayon İHB-nin Qullar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2019-cu il tarixli arayışına mübahisəli evin iddiaçı tərəfindən inşa edildiyi qeyd olunmuşdur.
6. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2020-ci il tarixli qərardadı ilə (hakim F.Mirzəyev) iş üzrə Balakən rayonu Poşbinə (Gərəkli) kənd sakini X15, Balakən rayonu Qullar kənd sakini X10, ünvan 4 ünvanında yaşayan X4, Balakən rayonu Talalar kənd sakini X11 və X7 Balakən Rayon Məhkəməsinə dəvət edilərək, mübahisənin mahiyyəti üzrə şahid qismində ifadələrinin alınması məqsədi ilə Balakən rayon Məhkəməsinə m əhkəmə tapşırığı verilmişdir.
7. Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə məhkəmə tapşırığı icra olunaraq xx.xx.2020-ci il tarixdə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir.
8. X8 ifadəsində bildirmişdir ki, 2014-cü ildə tanışı X16 onu Asim müəllim ilə tanış etmişdir. Asim müəllim ona bildirmişdir ki, ev tikmək istəyir və usta kimi onun işləməyini istəyir. Onlar aralarında razılaşma olmuş, yaz aylarında işə başlamış təxminən 2 ay 15 gün müddətinə yay aylarında işi təhvil vermişdir. O, 5 nəfər fəhlə ilə birlikdə Qullar kəndində işləmişdir. Həmin kənddə yerləşən İddiaçı göstərdiyi torpaq sahəsində birmərtəbəli (3 otaq, dəhliz, mətbəx, hamam) ev, mişar daşından hasar, tualet, hovuz tikmiş və həyətə giriş darvazalarını yerləşdirmişdir. Gördüyü işə görə 9500 dollar zəhmət haqqı almışdır. Bu pulu İddiaçı şəxsən özü hissə-hissə bir neçə dəfəyə ödəmişdir. İddiaçı başqa onlara heç kəs ödəniş etməyib. Bu tikililər üçün lazım olan avadanlıqları İddiaçıla bir yerdə almışlar. İşlədiyi müddətdə aşağıdakı materiallardan istifadə etmişdir: ev üçün alınmış 3500 ədəd mişar daşı (3500 manat), 3000 ədəd kərpic (1300 manat), hasar üçün alınmış 2000 ədəd mişar daşı (1900 manat), ev üçün dam örtüyü 85 ədəd (2500 manat), beş maşın beton qumu (500 manat), 3 maşın suvaq qum (450 manat), sement 400 kisə (3000 manat), armatur (1500 manat), taxta üçün 2.5 kub (700 manat), 6 ədəd Faner (96 manat).
9. X1 ifadəsində bildirmişdir ki, Balakən rayonu R. Səmədov küçəsində məişət avadanlıqları mağazası işlədir. Bir neçə il öncə İddiaçı işlədiyi mağazaya gələrək yeni ev tikd iyini və bu evə istilik sistemi, hamam aksessuarları lazım olduğunu bildirmişdir. İddiaçı ona məxsus mağazadan müxtəlif vaxtlarda istilik sistemləri, hamam aksessuarları və digər avadanlıqlar almışdır. Aldığı avadanlıqlar: kombi radiatorları və aksessuarları (3200-3300 manat arası,) unitaz, tülpan, duşlar və mətbəxə aid əşyalar (1500 manat), su çəkmək üçün 32-lik boru 400 metr (400 manat). Bu avadanlıqları ondan İddiaçı alıb və bu avadanlıqların pulunu o ödəyib. İddiaçı başqa heç kəs ona ödəniş etməyib.
10. X5 ifadəsində bildirmişdir ki, 3 il bundan öncə İddiaçı məxsus olduğunu bildiyi evdə usta işləmişdir. Bu evdə o talvar tikmiş, talvarın uzunluğu 8 metr, eni isə 4 metr olub. Gördüyü iş üçün İddiaçı 1000 manat zəhmət haqqı almışdır. Burada işlənən avadanlıqlar: 500 ədəd mişar daşı (500 m anat), 32 kvadrat lambir (qiymətini xatırlamır), dam örtüyü 20 ədəd (qiymətini xatırlamır), 10 metr dəmir boru (qiymətini xatırlamır), 15 metr 100-lük dəmir boru, dam örtüyünün altına vurmaq üçün 30 ədəd yoğun taxta, 15 ədəd reyka, 12 ədəd taxta (5x15) olub. İşlədiyi müddətdə ona zəhmət haqqını və avadanlıqları İddiaçı verib.
11. X6 ifadəsində bildirmişdir ki, o ailəsinə məxsus mağazada satıcı işləyir. İddiaçı ev tikdiyi zaman işlədiyi mağazadan avadanlıqlar almışdır. Aldığı avadanlıqların siyahısı bunlardır: 10 ton sement (1500 manat), 2000 metr armatur (1600 manat), 3 kub apalovka taxtası (840 manat), dam örtüyü 110 ədəd (2750 manat), 6 kub taxta (1680 manat), 2 ton həyətdə tikilən hovuz üçün sement (300 manat), döşəmə taxtası 150 kvadrat (2700 manat), tavan taxtası 110 kvadrat (1210 man at), pur yapışdırıcısı 8 ədəd (72 manat), burğulu mıx 4 qutu (16 manat). Bu avadanlıqların pulunu İddiaçı şəxsən özü ödəyib.
12. X3 ifadəsində bildirmişdir ki, o usta işləyir. İddiaçı aid olduğunu bildiyi evdə 3 ay 15 gün usta işləmişdir. O evin tavan, döşəmə, rəngsazlıq, istilik sistemi işlərini görmüşdür. Bu işlər üçün 5500 manat zəhmət haqqı almış və bu pulu İddiaçı ona şəxsən özü vermişdir. 13. "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli rəyinə əsasən mübahisəli evdə işlədilmiş tikinti materiallarına və həmin evdə işlənmiş ustalara sərf edildiyi ehtimal edilən məbləğ hazırkı qiymətlərlə 77000 manat təşkil edir.
14. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-795/2020 saylı iş üzrə 09 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim F.Mirzəyev) idd ianın qismən təmin edilməsi, cavabdehdən 77000 manat pulun iddiaçının xeyrinə tutulması, qalan hissədə iddianın təmin olunmaması, cavabdehdən 100 manat pulun "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir.
15. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı özünün bildirdiyinə görə Balakən rayonu Qullar kəndində yaxın münasibətdə olduğu cavabdehə məxsus olan torpaq sahəsində öz vəsaiti ilə 95.30 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi tikdirmişdir. Cavabdeh həmin evin tikilib başa çatdırılması müqabilində onunla olan yaxın münasibətlərini davam etdirəcəyinə söz versə də, əmlakı ələ keçirəndən sonra bu münasibətlərə son qoymuşdur. Hal-hazırda qeyd olunan yaşayış evi cavabdehin mülkiyyətində olsa da faktiki olaraq iddiaçının istifadəsindədir.
16. Belə ki, evin iddiaçı tərəfindən tik ilməsi Balakən rayon İHB-nın Qullar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2019-cu il tarixli arayışla və məhkəmə tapşırığına əsasən Balakən Rayon Məhkəməsində dindirilmiş şahid ifadələri ilə tam olaraq öz təsdiqini tapmışdır.
17. Məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçının ona olan münasibətindən suiistifadə etməklə əsassız varlanmış və dəyəri 77000 manat olan yaşayış evi əldə etmişdir. Hal-hazırda iddiaçı cavabdehin əsassız varlanma nəticəsində əldə etdiyi evə sərf olunmuş vəsaiti tələb edir.
18. Bununla yanaşı, ekspert rəyinə əsasən evin tikintisinə sərf olunmuş vəsait iddiaçının bildirdiyi kimi 80000 manat deyil, 77000 manat müəyyən edildiyindən iddia qismən - 77000 manat hissədə təmin olunmalıdır.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məc əlləsinin (bundan sonra – Mülki Məcəllə) 1091 və 1092-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
20. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı fərdi evin tikilməsinə çəkilən xərcləri şahid ifadələrini əsas gətirərək sübuta yetirməyə çalışmışdır. İlk öncə tikinti materiallarının alqı-satqısını, ustalara ödənilən xidmət haqqını sübut edən heç bir yazılı sənəd yoxdur. İkincisi, ödənilən məbləğlərin iddiaçının vəsaiti olduğunu sübuta yetirən bir hal yoxdur. Üçüncüsü, şahidlərin həmin fəaliyyətlə məşğul olması heç yerdə göstərilməmişdir. Bu səbəblərdən evə çəkilən bütün xərclərin yazılı sənədi göstərilməli, ödənilmiş məbləğlərin iddiaçıya məxsusluğu sübuta yetirilməli və şahidlərin kommersiya fəaliyyətləri yoxlanılmalıdır.
22. Həmçinin, iddiaçı evin onun tərəfindən tikilməsini sübut edən xx.xx.2019-cu il tarixli Balakən rayon İHB-nin Qullar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən arayış almışdır. Əsaslılığı şübhə doğuran bir arayış, hüquqi baxımdan əsassızdır və iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz.
23. Bundan əlavə, birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilir ki, ekspert rəyi hazırkı qiymətlər əsasında hesablanmışdır. Ekspertin gəldiyi nəticəyə əsasən, qiymətlər həmin dövrün bazar qiymətləri araşdırılaraq hesablanmalı idi. Buna görə də, yenidən ekspertiza keçirilməsi məqsədə müvafiqdir.
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kolle giyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 12 oktyabr 2020-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
25. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 25 oktyabr 2021-ci il tarixli 10/2517 nömrəli rəyə əsasən mübahisəli evinin tikilməsi və (tikinti materialları, usta xərci və s. xərclər nəzərə alınmaqla) təmiri üçün görülməli işlərin ümumi dəyəri hazırkı bazar qiymətlərinə uyğun olaraq təqribən 38120 manat məbləğində müəyyən edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin 2(102)-112/2022 nömrəli mülki iş üzrə 10 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Kazımov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və İ.Kərimli) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instans iya məhkəməsinin qətnaməsi qismən, yəni əsassız varlanma obyektinin dəyəri olan 77000 manat hissəsində dəyişdirmiş və həmin məbləğ azaldılaraq 38120 manat müəyyən edilmişdir.
27. Məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçının hesabına sonralar aradan qalxmış əsasa söykənən hüquqi əsas olmadan varlanması iş materialları ilə tam təsdiq olunur. Ona görə də öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün, yəni faktiki nikah münasibətlərinin saxlanılıb davam etdirilməsi üçün varlanmış şəxs olan cavabdehin hazırda xüsusi mülkiyyətində olan mübahisəli fərdi yaşayış evinin tikilib başa çatdırılması üçün bütün xərcləri çəkmişdir. Lakin varlanmış şəxs olan cavabdehin əməli gözlənilən məqsədə uyğun olmadığından, yəni iddiaçı ilə faktik i nikah münasibətlərini kəsdiyindən məhrum olan iddiaçı da hazırda verdiyini geri tələb edir və bu tələbin əsası maddi hüquq normasının dispozisiya şərtləri ilə tam uzlaşdığından, eləcə də cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia haqlı sayılır.
28. Bundan əlavə, mübahisəli fərdi yaşayış evinin tikilməsinə çəkilən xərclərin şahid ifadələri ilə sübuta yetirilməsi mülki prosessual qanunvericiliyin tələblərinə tam uyğundur. Çünki, şahid ifadələri əhəmiyyətli, eləcə də məhz bu xarakterli iddialar üzrə mötəbər hesab edilən sübut növü sayılır. Nəzərə alınsa ki, şahidlər iddiaçının deyil, məhz cavabdehin yaşadığı ərazidə yaşayan şəxslərdir, başqa sözlə iddiaçıdan daha çox cavabdehin hüquqi mənafeyini qorumaqda “maraqlı” ola bilərdilər. Ancaq şahid ifadələrinin məzm unundan da aydın olur ki, onlar sübuta yetirilməli halları bilavasitə təsdiq etmiş, qərəzli olaraq hansısa tərəfin marağının müdafiə etməyə çalışmamışlar. Tikinti materiallarının alqı-satqısını, ustalara ödənilən xidmət haqqını sübut edən heç bir yazılı sənədin olmaması da iddianın əsassızlığına dəlalət etmir. Çünki, mülki dövriyyədə, o cümlədən regionlarda formalaşmış adətlərə görə tikinti materiallarının alqı-satqısını və ustalara verilən xidmət haqqını yazılı sənədlərlə rəsmiləşdirmək təcrübəsi bir qayda olaraq mövcud olmur. Başqa sözlə fərdi yaşayış evinin tikintisi ilə məşğul olan ustaların kommersiya fəaliyyəti də ola bilməz. Ödənilən məbləğlərin iddiaçının vəsaiti olduğunu sübuta yetirən bir hal olmadığını cavabdeh tərəf bəyan edirsə, onda mübahisəli evin tikintisinə sərf olunan vəs aitin kimə məxsus olduğunu sübuta yetirməlidir. Yəni, iddia tələbinə bu formada etiraz edirsə, istinad etdiyi halları sübuta yetirmək vəzifəsi artıq cavabdeh tərəfin üzərinə düşür. Ancaq cavabdeh tərəf bu dəlillərdən istifadə etsə də onları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir.
29. İddiaçı evin onun tərəfindən tikilməsini sübut edən xx.xx.2019-cu il tarixli Balakən rayon İHB-nın Qullar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən arayış almışdır. Cavabdeh bu arayışı əsaslılığı şübhə doğuran, hüquqi baxımdan əsassız hesab edir və iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməzliyini vurğulayır. Ancaq bu dəlillər də yalnız şəxsi mülahizəyə əsaslanan kəlmə olaraq istifadə olunur. Əks halda cavabdeh açıqlamalıdır ki, bu arayışın əsaslılığı niyə şübhə doğurur, niyə əsassız dır, nə üçün mötəbər sübut kimi qəbul edilə bilməz. Apellyasiya baxışı zamanı bu dəlillərinin əsaslı olduğuna dair heç bir arqument irəli sürülmədi.
30. Birinci instansiya məhkəməsi tərəfindən aparılan ekspertiza rəyinə əsasən 77000 manatın tikinti materiallarına və ustalara sərf edilən ehtimal olunan məbləğ kimi qiymətləndirilmişdir. "xxxx" MMC tərəfindən verilmiş rəydə isə mübahisəli fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə dəyərinin 73000 və 75000 manat təşkil etdiyi müəyyən edilmişdir. Ancaq məhkəmə tikinti texniki ekspertizanın rəyi həm də iddia tələbinin məzmununa uyğundur. Yəni iddiaçı evin dəyərini deyil, ona çəkilən xərcin əvəzini tələb edir. Bu xərcin də 38120 manat olduğu müəyyən edilmişdir. Ona görə də cavabdehdən evə çəkilən xərcin əvəzi kimi alınmalı olan məbləğin əvəz i 77000 manatdan azaldılaraq 38120 manat müəyyən edilməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
32. Şikayət onunla əsaslandırılmışdır ki, evin tikilməsinə çəkilən xərcin iddiaçıya aid olması barədə hər-hansi bir sübut yoxdur. Birinci instansiya və apellyasiya məhkəmələri tərəfindən aparılan ekspertiza rəyləri əsasında hesablanmış məbləğlərin ziddiyyətli olması onu təsdiq edir ki, iddiaçı məhkəməyə saxta sübutlar təqdim etmişdir. İddiaçı cavabdehə məxsus olan evin tikilməsi üçün konkret olaraq hər hansı məbləğ xərclənməsini təsdiq edə biləcək heç bir qəbz, qaimə-faktura təqdim etməmişdir.
33. İddiaçının şahid qismində qeyd etdiyi şəxslərin verdikləri məlumatların heç birinin yazılı sənədinin olmadığı müəyyən edilmişdir. Belə çıxır ki, istənilən şəxs özünə yaxın 3-5 nəfəri şahid qismində dəvət etməklə iddianı təmin etdirə bilər.
34. Həmçinin, bir şəxsin özünün könüllü nəyisə etməsi, qarşı tərəfə əmlak təqdim etməsi və s. qarşı tərəf üçün əsassız varlanma hesab edilə bilməz. Burada hüquqi əsas vardır. Əmlak sahibi öz iradəsinə əsasən bunu edir və bu tam bir qanuni haldır.
35. İcra nümayəndəliyi tikinti həyata keçirilərkən xərclərin kim tərəfindən çəkilməsinə nəzarət edən, bunu araşdıran və ya müəyyən edən qurum deyil. Hazırkı halda icra nümayəndəliyi öz vəzifə səlahiyyətlərini aşaraq ona məlum olmayan hal üzrə iddiaçının sifarişi ə sasında müvafiq arayış vermişdir. Bu arayışın məhkəmələrin sübut kimi qəbul etməsi absurd bir haldır.
36. Kassator şikayətini Mülki Məcəllənin 1091.1, “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 5.1.9-cu maddəsinə, Mülki Prosessual Məcəllənin 88, 104.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
38. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
39. Maddə 386.1. Öhdəli yin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
40. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
41. Maddə
673. Bağışlamaqdan imtina 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. 673.2. Hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi aşağıdakı hallarda ləğv edə və onun icrasından imtina edə bilər: 673.2.1. bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda; 673.2.2. vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə; 673.2.3. vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda. 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. 673.4. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur.
42. Maddə
674. Bağışlamanın ləğvi və hədiyyə verənin öhdəliklərinin xitamı 674.1. Aşağıdakı hallarda bağışlama imtina hüququnun həyata keçirilməsinə zərurət olmadan ləğv edilir: 674.1.1. bağışlanması vəd edilmiş əşya itirildikdə və ya məhv olduqda; 674.1.2. hədiyyə verənin əmlakı üçün müsabiqə icraatı başlandıqda. 674.2. Hədiyyə verən vaxtaşırı xidmətlər göstərməyi öhdəsinə götürdükdə, əgər ayrı şərt qoyulmayıbsa, bu öhdəliyə onun ölümü ilə xitam verilir.
43. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
44. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
45. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir:
46. Maddə 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya;
47. Maddə 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
48. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
49. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
50. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən m üzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
51. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə
88. Məhkəmə sübutlara obyektiv, q ərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
55. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürül müş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
58. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
59. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyə n edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
60. Hazırkı kassasiya şikayətində qətnamə iddia tələbinin təmin olunan hissəsində mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
61. Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri).
62. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna, yaxud iddiaçı öz tələbini təsdiq edən müəyyən halları sübut etdiyi və ya bunlar işin mübahisələndirilməyən halları olduqda iddiaya etirazın əsasları kimi istinad olunan halları sübut etmə yükü cavabdehin üzərinə qoyula bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.
63. Baxılan iş üzrə birinci və apellyasiya instansiyası məhkəmələri iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin əsassız varlanma ilə bağlı normalarını (1091 və 1092ci maddələr) müəyyən etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh iddiaçının hesabına əsassız varlanmışdır.
64. Bununla bağlı nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1091.2-ci maddəsinə müvafiq olaraq əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur.
65. Baxılan iş üzrə iddiaçı cavabdehin varlanması üçün xərcləri könüllü olaraq çəkdiyini mübahisələndirmir. Mülki Məcəlləyə əsasən bir şəxsin öz əmlakının bir hi ssəsini könüllü şəkildə əvəzsiz qaydada başqa şəxsə verməsi (onu zənginləşdirməsi) bağışlama hüquq münasibətlərinə (Mülki Məcəllənin 666.1-ci maddəsi) uyğun gəlir. Bu baxımdan hər hansı mülki iş üzrə şəxsin öz əmlakının bir hissəsini könüllü şəkildə başqa şəxsə verməsi müəyyən edilirsə və cavabdeh tərəfindən bunun bağışlama niyyəti olmadan verildiyi etiraf edilmirsə, əmlakın bağışlamadan kənar niyyətlə verildiyini və ya qarşı tərəfin hər hansı öhdəliyi ilə şərtləndirildiyini sübut etmək yükü də iddia edən tərəfin üzərinə düşür.
66. Oxşar mübahisələr üzrə iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma qaydaları o halda tətbiq edilə bilər ki, iddiaçı cavabdehi könüllü şəkildə zənginləşdirdiyi əmlakı ona hədiyyə şəklində vermədiyini sübuta yetirmiş olsun və tərəfl ər arasında hər hansı digər əqdin bağlandığı və ya varlanmaya haqq qazandıran qanuni əsas olduğu müəyyən edilməsin.
67. Apellyasiya instansiyası məhkəməsi cavabdehin varlanması üçün əvvəllər mövcud olmuş əsasın sonradan aradan qalxması ilə bağlı mövqeyini isə belə əsaslandırmışdır ki, iddiaçı faktiki nikah münasibətlərinin saxlanılıb davam etdirilməsi məqsədilə mübahisəli evin tikilib başa çatdırılması üçün bütün xərcləri çəkmiş, lakin varlanmış şəxs olan cavabdehin əməli gözlənilən məqsədə uyğun olmadığından, yəni iddiaçı ilə faktiki nikah münasibətlərini kəsdiyindən iddiaçının xərclədiyi vəsaiti ondan geri tələb etmək hüququ yaranmışdır.
68. Lakin apellyasiya instansiyası məhkəməsinin iş üzrə müəyyən edilmiş hansı hallar əsasında cavabdehin çəkilən xərcin qarşılığında faktiki nikah münas ibətlərini davam etdirəcəyini öhdəsinə götürdüyü, bu münasibətləri pozduğu halda iddiaçının onu zənginləşdirmək üçün çəkdiyi xərcləri (bağışlananları) geri qaytarmaq hüququnun yarandığı barədə qənaətə gəldiyi aydın deyil.
69. Halbuki yuxarıda da qeyd olunduğu kimi iddiaçı cavabdehi könüllü şəkildə zənginləşdirməsinin bağışlama olmadığını sübut edə bilmədiyi halda onun cavabdehə verdiklərini geri qaytarması yalnız bağışlamaqdan imtina (Mülki Məcəllənin 673-cü maddəsi) və ya bağışlamanın ləğvi (Mülki Məcəllənin 674-cü maddəsi) əsaslarının mövcud olduğu sübuta yetirildiyi halda mümkündür.
70. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi yuxarıda istinad olunan maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, Mülki Məcəllənin 666 və sonrakı maddələrinin hazırkı mübahisəyə tətb iqi mümkünlüyünü müzakirə etmədən iddianın qismən təmin olunması barədə nəticəyə gəlmişdir.
71. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir.
72. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2( 103)-112/2022 nömrəli mülki iş üzrə 10 yanvar 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində ləğv edilsin və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.