Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2991/2024 23.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisinə (maraqlı şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 işə cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: icra qeydinin ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*3)3127/2*24 nömrəl i, 15 may 2*24-cü il tarixli qətnaməsindən üçüncü şəxs "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinə 23 oktyabr 2*24-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC (kreditor-ipoteka saxlayan), İddiaçı (alıcı-ipoteka qoyan), X4 (satıcı) və X3 (birgə borcalan) arasında bağlanmış 519/ZBGF/1 nömrəli 13.*7.2*15-ci il tarixli alqısatqı və ipoteka müqaviləsinə əsasən satıcı Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Balaxanıneft yaşayış sahəsi ünvanında yerləşən 97A saylı fərdi yaşayış evini alıcı-ipoteka qoyanın mülkiyyətinə verir. Fərdi yaşayış evinin satış qiyməti 1**.*** manatdır, fərdi yaşayış evinin dəyərinin 5*.*** manatı alıcı-ipoteka qoyanın özü tərəfindən, 5*.*** manatı isə kreditor-ipoteka saxlayan tərəfindən 519/ZBGF saylı 13.*7.2*15-ci il tarixli kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Alıcıipoteka qoyan satılan fərdi yaşayış evini bu müqavilə üzrə yaranmış hüquqa əsasən onunla kreditor-ipoteka saxlayan arasında bağlanmış 519/ZBGF saylı 13.*7.2*15-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi kreditor-ipoteka saxlayana ipotekaya verir.
2. Bank "xxxx" ASC tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında İddiaçı və X1 PAİD-2*23/1624 nömrəli 28.*4.2*23-cü il tarixli bildiriş göndərilmişdir.
3. İş materiallarına Bank "xxxx" ASC tərəfindən 519/ZBGF saylı 13.*7.2*15-ci il tarixli kredit müqaviləsi üzrə 42.619,5* manat məbləğində borcun iki gün müddətində ödənilməsi barədə İddiaçı və X1 MXD-2*22/5444 n ömrəli 15.11.2*22-ci il tarixli xəbərdarlıq edilməsi barədə bildiriş əlavə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisinə (bundan sonra – cavabdeh) qarşı (maraqlı şəxs "xxxx" ASC, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 işə cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən verilmiş *2.*6.2*23-cü il tarixli, 8i-4884 reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hazırkı mübahisədə qanunvericiliyin imperativ göstərişlərinə əməl edilməyib, daha dəqiq desək, a) Bank "xxxx" AS C ona icra qeydinin aparılacağına dair bildiriş göndərməməklə qanunda nəzərdə tutulan icra qeydinin verilməsindən öncəki prosedur qaydalara riayət etməyib; b) cavabdeh - Bakı şəhəri 17 saylı notariat ofisi icra qeydini tərtib etməzdən öncə ona bildiriş göndərilib göndərilmədiyini, borcun həqiqətdə mövcud olub-olmadığını, varsa, bu borc məbləğinin mübahisəsiz olub-olmadığını araşdırmayıb; c) "xxxx" MMC hərrac keçirilməsinə dair 25.*7.2*23-cü il tarixli və 16.*8.2*23-cü il tarixli bildirişləri ona göndərməyib və nəticədə o, evini tam itirmək təhlükəsi ilə üz üzə qalıb. Odur ki, hüquq və qanuni mənafeləri kobud şəkildə pozulduğundan, onun cavabdehə qarşı müvafiq tələblə məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmayıb. Cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən tərtib edilmi ş *2.*6.2*23-cü il tarixli 8İ-4884 reyestr nömrəli icra qeydi aşağıda qeyd edilənlərə əsasən qanunsuz və əsassızdır, buna görə də sözügedən icra qeydi ləğv edilməlidir: İcra qeydinin tərtib edilməsindən öncə qanunla nəzərdə tutulmuş qaydada icra qeydinin aparılacağına dair bildiriş ona heç vaxt göndərilməyib: İddiaçı Bank "xxxx" ASCnin *8.*9.2*23-cü il tarixdəki telefon zənginə qədər bütün prosesdən xəbərsiz olub. Onun nə *2.*6.2*23-cü il tarixli 8İ-4884 reyestr nömrəli icra qeydindən, nə də icra qeydi əsasında iki dəfə keçirilən, lakin alıcı olmadığı üçün baş tutmayan hərrac iclaslarından xəbəri olmayıb. Bank "xxxx" ASC icra qeydinin aparılmasından öncə ona bu niyyətini ifadə edən heç bir bildiriş göndərməyib. O, yalnız *8 sentyabr 2*23-cü ildə hərrac təşkilatının təqdim etdiyi sənədlər in içində ilk dəfə icra qeydini görüb. cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisi onun Bank "xxxx" ASC qarşısında həqiqətən də ödənilməmiş, əvvəlki aylardan yığılmış kredit borcu olub-olmadığını, əgər belə borc mövcuddursa, borc məbləğinin mübahisəsiz olub-olmadığını araşdırmayıb, bu faktı təsdiq edə biləcək müvafiq sübutların təqdim edilməsini Bank "xxxx" ASC-dən tələb etməyib. İcra qeydinin mətnindən də açıq görünür ki, bank yalnız əsas borcu və yalnız bundan sonra 15 il üçün ehtimal edilən 218 manat “faiz borcu”nu tələb edib. Elə burdan görünür ki, icra qeydinin verilməsini təmin edən notarius ən azından kredit və ipoteka müqaviləsini araşdırmalı, əgər gecikdirmə yoxdursa, həmçinin, bütün şərtlərinə tam riayət edilən kredit və ipoteka müqavilələri qüvvədədirsə icra qeydinin verilməsin dən imtina etməli idi, yalnız bunun əksini təsdiq edən sənədlər olduğu halda icra qeydi verilə bilərdi. Hazırkı mülki iş özü mahiyyət etibarilə mübahisəlidir. Çünki yuxarıda da qeyd edildiyi kimi, o, sağlamlıq problemi, sonrasında isə pandemiyanın başlaması ilə 2*22-ci ilin sentyabr ayınadək (beş il ərzində) 1-2 dəfə qısamüddətli (ən çox halda 2-3 ay) gecikmələr etsə də hər dəfə həmin ayın sonunda gecikmiş bütün kredit ödənişlərini və faizlərini tam məbləğdə birdəfəlik icra edib. Həmin ərəfə Bank "xxxx" ASC ilə onun arasında yaranmış vəziyyətlə əlaqədar hər hansı narazılıq olmayıb. Digər bir tərəfdən və ən vacib olan hal odur ki, o, 2*22-ci ilin sentyabr ayından bu günədək, yəni son 12 ay ərzində müqavilə üzrə öhdəliyini kredit müqaviləsinin şərtlərinə uyğun olaraq vaxtı-vaxtında, tam və l azımınca icra edib və etməyə də davam edir. Halhazırda o və Bank "xxxx" ASC arasında qüvvədə olan müqavilə hüquq münasibətləri davam etməkdədir, o da öz növbəsində kredit ödənişini hər ay gecikdirmədən həyata keçirir, onun nə icra qeydinin verildiyi vaxt, nə ondan sonra, nə də indi banka bir manat belə olsa borcu olmayıb və indi də yoxdur.
6. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçının əvvəl dəfələrlə gecikməsi olmuş, bu səbəbdən notariusa müraciət edilmişdir, mübahisələndirilən icra qeydi verilən tarixə iddiaçının gecikməsi, faiz və cərimə borcu olmamışdır. i.
7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(**8)-483/2*24 saylı, 14 fevral 2*24-cü il tarixli qətnaməsi ilə (hakim Ş.Qədirova) iddia təmin edilmişdir.
8. Birinci instansiya məhkəməsinin qətnaməsi mövqeyini onunla əsaslandırmışdır ki, Bank "xxxx" ASC tərəfindən borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddiaçıya yazılı bildirişlər göndərilməmiş, notariat ofisi isə iddiaçının hüquqlarını pozaraq, borcun mübahisəsiz olub-olmamasını müəyyənləşdirmək üçün heç bir notarial hərəkət etməyərək, yalnız kredit və ipoteka müqaviləsinə əsaslanmaqla, həmin müqavilələr üzrə yoxlama aparmadan əsassız icra qeydi vermişdir. İş materiallarında borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin surətləri olsa da, Bank "xxxx" ASC tərəfindən həmin bildirişlərin iddiaçıya çatdırılmasına və ya digər formada təqdim edilməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim edil məmiş, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən qeyd olunan bildirişlərin əldə edilməsi faktı öz təsdiqini tapmamışdır.
9. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76, 79-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2***-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 162, 169-1-ci bəndlərinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Maraqlı şəxs "xxxx" ASC apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunl a əsaslandırılmışdır ki, borclu İddiaçı kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmiş, ona dəfələrlə Bank tərəfindən şifahi və yazılı qaydada xəbərdarlıqlar edilmişdir. Lakin bütün xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən öhdəliklər icra olunmadığı üçün qanunvericiliyin tələbinə uyğun olaraq ilk öncə yazılı bildirişlər göndərilmiş, daha sonra isə ipoteka predmetinə tutmanın yönəldilməsi, icra qeydinin aparılması üçün notariat orqanına müraciət olunmuş və *2.*6.2*23-cü il tarixli 8İ-4884 nömrəli icra qeydi aparılmışdır.
12. İddiaçının nümayəndəsi Nümayəndə etiraz göndərərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(1*3)-3127/2*24 nömrəli, 1 5.*5.2*24-cü il tarixli qətnaməsi ilə (hakimlər A.İsgəndərov (sədrlik edən və məruzəçi) V.Sadıqov və M.Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və qeyd etmişdir ki, iş materiallarında olan sənədlərə əsasən müəyyən edilir ki, kredit müqaviləsinin müddəti *1.*7.2*36-cı il tarixdə bitir və aylıq kredit ödənişinin məbləği 41*.21 manatdır. İddiaçı tərəfindən təqdim edilmiş *6.*3.2*23-*5.*1.2*24-cü illər üzrə mədaxil qəbzlərindən görünür ki, sonuncu banka qeyd olunan tarix aralığında hər ay 41*.21 manat məbləğində ödəniş etmişdir. Bu isə iddiaçının kredit müqaviləsi üzrə öhdəliklərin icrasından yayınmadığını göstərir.
15. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
16. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76, 79-cu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2***-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 162, 169-1-ci, MPM-in 14.2, 77.1ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Maraqlı şəxs "xxxx" ASC (Vəkil2) kassasi ya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. İddiaçının nümayəndəsi Nümayəndə kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu
20. Maddə
76. İcra qeydləri üzrə pul məbləğlərinin tutulması və əmlakın tələb edilib alınması Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu m üəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 2* gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edi lir... Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
25. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
26. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllən in 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
27. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirild iyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin qərarın əsaslandırılması ilə ra zılaşır.
31. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını d üzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
33. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*3)-3127/2*24 nömrəli, 15 may 2*24-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.