Məhkəmə qərarları › İş №2(102)-2995/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2995/2024

23.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2995/2024 23.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icrası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3357/2024 nömrəli, 4 iyun 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh İd diaçı bacısının əri olmuş, cavabdeh iddiaçıya ticarət işi təşkil etmək üçün vəsait qoymağı və əldə edilən gəlirlərin bölüşdürülməsini təklif etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 25000 ABŞ dollarının, iki il ərzində Mərkəzi Bankın faiz dərəcəsinə uyğun olaraq əsas vəsaitin 5 faizinin, yəni 2500 ABS dollarının, cəmi 27500 ABŞ dollarının Mərkəzi Bankın bu günə olan məzənnəsi ilə 46750 manat pulun və dövlət rüsumuna görə 230,25 manatın iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının bacısının keçmiş həyat yoldaşıdır. Əvvəllər tərəflərin münasibətiləri ya xşı olmuş, qohum kimi Rövşən onun etibarını qazanmışdır. Bir neçə il bundan əvvəl cavabdeh elektrik avadanlıqlarının satışı ilə məşğul olduğu mağazada şərikli fəaliyyət göstərməyi, bunun üçün mal alınmasından ötrü vəsait lazım olduğunu iddiaçıya bildirmiş, əldə olunacaq gəliri bərabər şəkildə iki yerə böləcəklərini, bundan əlavə şəriklikdən çıxanda da qoyduğu vəsaiti iddiaçıya qaytaracağını demişdir. İddiaçı cavabdehə etibar etdiyi üçün onun uğurlu sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu düşündüyünə görə əvvəlcə 25.000 ABŞ dolları, daha sonra hissə-hissə olmaqla əlavə 23000 ABŞ dollarını, cəmi 58000 ABŞ dollarını cavabdehə vermişdir. Həmin puldan ticarət fəaliyyətində istifadə edən cavabdeh ona 2020-ci ildə cəmi 10000 manat gəlir vermişdir. Daha sonra cavabdeh ona hissə-hissə olmaqla cə mi 20000 ABŞ dolları qaytarmışdır. 2020-ci ilin noyabr ayında atası xəstələndiyi üçün pula ehtiyacı olduğundan cavabdeh iddiaçıya 3000 ABŞ dolları qaytarmış, qalan pulları hissə-hissə olmaqla 2020-ci ilin sonunda qaytaracağına söz vermişdir. Amma daha sonra cavabdeh iddiaçının bacısından ayrıldığı və münasibətləri pisləşdiyi üçün müxtəlif bəhanələrlə bu günə kimi onun 25000 ABŞ dolları pulunu qaytarmamışdır. İddiaçı dəfələrlə cavabdehlə görüşüb söhbət etsə də bu söhbətlərin heç bir müsbət nəticəsi olmamışdır. Cavabdeh onun pulunu mənimsəyərək əsassız varlanmaqla qazanc əldə etmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində aralarında şifahi olaraq razılaşmalarına əsasən 25000 ABŞ dolları əsas vəsaitdən, iki il ərzində Mərkəzi Bankın faiz dərəcəsinə uyğun olaraq həmin vəsaitin 5 faizind ən, yəni 2500 ABŞ dolları olmaqla cəmi 27500 ABŞ dolları vəsaitdən məhrum olmuş, yəni cavabdeh tərəfındən iddiaçıya 27500 ABŞ dolları məbləğində maddi ziyan vurulmuşdur.

4. İddiaçının vəkili və nümayəndəsi Vəkil1 izahatında bildirmişdir ki, elektrik avadanlıqlarının satışını həyata keçirən cavabdeh, iddiaçıya bu işə vəsait qoymasını, qoyduğu vəsaitin müqabilində şərik olmalarını, əldə olunmuş qazancın bərabər bölünməsini təklif etmişdir. İddiaçı da yeznəsinin bu tövsiyəsi ilə razılaşmış, ilkin olaraq evdə olan 25000 ABŞ dolları məbləğində olan vəsaiti öz yeznəsinə vermiş, daha sonra hissə-hissə olmaqla, 23000 ABŞ dolları məbləğində pulu bank, poçt və Azərbaycana gələn adamlar vasitəsilə cavabdehə çatdırmışdır. Cavabdeh bir müddət pulu istifadə etdikdən sonra 2020-ci ildə o puldan 10000 man at məbləğində olan hissəni geri qaytarmışdır. Sonuncu dəfə pulun qaytarılması isə 2020-ci ilin noyabr ayında baş vermiş, həmin dövrdə iddiaçının atası ağır xəstə olmuş, müalicə ilə bağlı pula ehtiyacı olmuş, həmin dövrdə cavabdeh 3000 ABŞ dollarını iddiaçıya qaytarmışdır. Belə ki, aldığı vəsaitdən hissə-hissə olmaqla 10000 manat və 3000 ABŞ dolları pulu cavabdeh geri qaytarmışdır. Hissə-hissə olmaqla 20000 ABŞ dolları məbləğində pul qaytarılmışdır. Qalan məbləğ olan 25000 ABŞ dolları isə geri qaytarılmamışdır. Cavabdeh iddiaçının bacısı ilə nikahı pozulandan sonra, uşaqla, alimentlə və əmlakla bağlı problemlər yarandığından qərəzli olaraq pulu ödəməkdən imtina etmişdir. İddiaçı cavabdehin ona qazancdan verdiyi pulu əsas puldan qaytarılan məbləğ kimi qəbul etməyə razılaşmış və heç olmasa qalan vəsaitin qaytarılmasını təklif etmişdir. Lakin cavabdeh onu da qaytarmaqdan, audit keçirməkdən imtina etmişdir. Cavabdeh gəlirləri barədə məlumat vermədiyindən iddiaçı Mərkəzi Bankın faiz dərəcələrini nəzərə alaraq ən minimal həddə Mərkəzi Bankın kursunu tələb etmişdir. Tərəflər arasında 2017-ci ildə danışıqlar getmiş, 2018-ci ildən cavabdeh pulları almağa başlamış, yekun məbləğ isə 2018-ci ilin axırında cavabdehə verilmişdir. İddiaçı tərəfindən cavabdehə cəmi 48000 ABŞ dolları pul verilmişdir. 2020-ci ilin əvvəlindən cavabdeh aldığı puldan qaytarmağa başlamışdır. Əslində cavabdehin qaytardığı pul dövriyyədə olan puldan əldə edilmiş qazanc pullardır. Cavabdeh 1000, 1500, 2000 məbləğində vəsaiti qaytarmışdır. Cavabdeh bu vaxta qədər 48000 ABŞ dollarından hissə-hissə olmaqla iddiaçıya cəmi 23000 ABŞ dolları pul qaytarmışdır. İddiaçının cavabdehə pul verməkdə məqsədi şərikli iş görmək olmuşdur. İddiaçının atası xəstə olanda cavabdeh 3000 ABŞ dolları iddiaçıya vermiş, ata vəfat edəndən sonra isə cavabdeh ona demişdir ki, “mənim ödəməyə nağd pulum yoxdur, ziyan etmişəm, ona görə sənə pul verə bilmərəm”. Daha sonra iddiaçı ziyanla bağlı sənədləri tələb edərkən cavabdeh də “mən manatla götürmüşdüm, o dövrün kursuna görə pul manatla verildi, mən sənin pulunu ödəmişəm” demişdir. İddiaçı cavabdehin aldığı pulu qaytarmadığını görmüş, onunla apardığı danışığı yazmışdır. Xarici ölkədən mal gətirənə pul xarici valyuta ilə verilmişdir. Cavabdehin dedikləri bir-birini tamamlamır. 2018-ci ildə dolların kursu indiki kimi olmamış, dolların kursu 2015-ci ildə və ondan sonra bir dəfə də q alxmışdır. Pullar hissə-hissə verildiyi üçün yekun məbləğ 2017-2018-ci illərdə verilmişdir. Cavabdeh təklif etmişdir ki, iddiaçı pul versin, cavabdeh isə xaricdən mal gətirib satsın. Bütün razılaşma tərəflər arasında şifahi formada aparıldığı üçün iddiaçı məcburiyyət qarşısında qalaraq səslərini yazmışdır. Cavabdeh təxminən 50000 ABŞ dollarına yaxın pul verməyi iddiaçıya demiş, iddiaçı hazırda evdə 25000 ABŞ dolları pulu olmasını demiş, cavabdeh həmin vəsaitin az olmasını, ən azı 50000 ABŞ dolları pul lazım olmasını, iddiaçı həmin məbləği birdən-birə göndərə bilməyəcəyini demiş, hissə ilə həmin məbləği cavabdehə vermişdir. Tərəflər qohum olduqlarına görə şifahi razılaşmışlar. Cavabdeh özü etiraf etmişdir ki, 25000 ABŞ dollarını iddiaçının həyat yoldaşından götürmüşdür, 4900 ABŞ dolları Rus iyadan göndərilmişdir. Lakin iddiaçının pulun bir qismini manatla göndərməsinə dair sübut təqdim edilmir. İddiaçının dediyinə görə sonuncu dəfə verilən məbləğ 2020-ci ilin noyabr ayında 3000 ABŞ dolları olmuşdur. İddiaçı pulları 2014-2015-ci illərdə cavabdehə vermişdir. Birinci dəfə 25000 ABŞ dolları, daha sonra 23000 ABŞ dolları məbləğində pul verilmişdir. Həmin pullardan 2020-ci ilin ortalarında cəmi 10000 manat qazanc kimi qaytarılmışdır. Daha sonra da əsas puldan 20000 ABŞ dolları pul qaytarılmışdır. Cavabdeh 2020-ci ilin noyabr ayında iddiaçıya 3000 ABŞ dolları məbləğində pul qaytarmışdır. Yerdə qalan 25000 ABŞ dolları geri qaytarılmamışdır. Sonuncu dəfə pul 2020-ci ilin noyabr ayında verildiyindən iddia müddəti ötürülməmişdir. 6 il ərzində 2020-ci ilə qədər iddiaçıya cəmi 10000 manat verilmişdir. Çünki cavabdeh demişdir ki, mağazanı təzə götürüb, dövriyyəni artırır. Əldə edilən gəlir tərəflər arasında bərabər bölünməli idi. İddiaçı pul vəsaitini qoymuş cavabdeh də işi qurmuşdur. Əsas puldan 20000 ABŞ dolları qaytarılandan sonra tərəflər arasındakı münasibətlər borca çevrilmişdir. Çünki cavabdehin iddiaçının bacısından boşanmaq məsələsi ortaya çıxmış, cavabdeh uşaqlarına baxmamış və münasibətlər pozulmuşdur. Ona görə də iddiaçı cavabdehə artıq birgə biznes qura bilməyəcəklərini, verdiyi pulun qaytarılmasını demişdir. 2020-ci ilin noyabr ayından tərəflər arasında münasibətlər borc münasibətlərinə çevrilmişdir. Cavabdehin 2014-cü ildə maliyyə vəsaiti olmamışdır, həmin vaxtadək cavabdeh mərmər mağazasında satıcı işləmişdir. Rövşən mal alanda yarı dəyərini ödəmiş, yarı dəy ərini isə nisyə almışdır. Cavabdeh elektrik malları mağazasına gəldikdən sonra sahibkarlıqla məşğul olmuşdur. Səs yazısı məhkəməyə müraciət etməzdən iki ay əvvəl yazılmışdır. Səs yazısında cavabdeh qeyd etmişdir ki, pulu dollarla götürsə də manatla qaytaracaqdır. Cavabdeh şahidə demişdir ki, avtomobilini satıb borcunu ödəyəcəkdir. Razılaşmaya görə cavabdeh pulları 2 il ərzində iddiaçıya qaytarmalı idi. 2 il ərzində pul qaytarılmadığına görə iddiaçı 2 ilin 5 faizini istəmişdir.

5. Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 izahatında bildirmişdir ki, cavabdeh demişdir ki, iddiaçı pulun hamısını dollarla verməmişdir. Cavabdeh xaricdən mal sifariş etməmiş və dollarla ödəniş etməmişdir. Cavabdeh ölkə daxilində topdansatış yerlərindən mal almış və ödənişi manatla həyata keçirmiş, xarici şirkətlə rlə əməkdaşlıq etməmişdir. İddiaçı özü ona pul qoyub qazanc götürməyi təklif etmiş, cavabdeh bunun üçün 150000 manat civarında pul lazım olduğunu bildirmiş, iddiaçı isə o qədər pulu verməyə imkanı çatmadığını, 50000 manat pul qoymağı və həmin məbləğə görə də xeyrini götürməyi təklif etmişdir. Tərəflər öz aralarında 50000 manata razılığa gəlmiş, iddiaçı özü xarici ölkədə olduğu üçün iddiaçının həyat yoldaşı evdə olan 25000 ABŞ dollarını cavabdehə 2014-cü ildə vermişdir. Yerdə qalan məbləğləri iddiaçı Rusiyadan göndərmişdir. 2014-cü ilin oktyabr ayının 29-da iddiaçı Rusiyadan cavabdehə 4900 ABŞ dolları göndərmişdir. Yerdə qalan məbləği 5000 manat miqdarında pul isə manatla ödənmişdir. Bütün ödəniş iddiaçı tərəfindən cavabdehə 2014-cü ildə verilmiş və cavabdeh də bütün ödənişləri 2020-ci ilin əvvəlinə qədər hamısını geri qaytarmışdır. 2014-cü ildə cavabdeh iddiaçıdan bir dəfə 25000 ABŞ dolları, 4900 ABŞ dolları və 5000 manat miqdarında pul almışdır. Cavabdeh iddiaçıya 2018-ci ildə, 2019-cü ildə və 2020-ci ilin əvvəlində pul qaytarmış və onunla da yekunlaşmışdır. Cavabdeh pulları qaytaranda onu təsdiq edən rəsmi sənəd almamışdır. Cavabdehin özünün 100000-150000 manatlıq dövriyyəsi olmuş, iddiaçı da ona qoşularaq bir az artıq mal gətirməsini və iddiaçının da xeyir götürməsini demişdir. Tərəflər arasında əldə edilmiş mənfəətin bölünməsinə dair razılıq əldə olunmamışdır. Lakin cavabdeh qazanmamış, lakin aldığı pulu iddiaçıya borc kimi qaytarmışdır. Tərəflər razılığa gəlmişlər ki, iddiaçı 50000 manat məbləğində cavabdehə pul verəcək, iddiaçı pulu dollarla vermiş, cavabdeh də həmin pulu manata çevirmişdir. Pul vəsaitinin dollarla verilməsi o demək deyildir ki, tərəflər dollarla razılaşmışdırlar. İddiaçının atası xəstə olanda cavabdeh tərəfindən iddiaçıya 3000 ABŞ dolları pulun verilməsindən onun xəbəri olmamışdır. Cavabdeh bildirmişdir ki, sonuncu ödənişi tam olaraq 2020-ci ilin əvvəllərində ödəmişdir. 2020-ci ilin əvvəlində cavabdeh tərəfindən iddiaçıya nə qədər məbləğdə pul verilməsini o bilmir. Diskdəki səs yazısı 2022-ci ildə yazılmışdır. Orada tərəflər ancaq pul üstündə mübahisə etmişdirlər. Cavabdeh səs yazısına qulaq asaraq səs yazısında hər ikisinin öz bildiklərini dediklərini demişdir. Cavabdeh şahidi tanımadığını, lakin həmin şahidin onun yanına gələn adam ola biləcəyini qeyd etmişdir. Cavabdeh demişdir ki, iddiaçı ilə onun arasında şahid olmamışdır. Şahid özü bildirmişdir ki, ailəni 30 ildir tanıyır. Şahidin işin nəticəsində maraqlı olduğu açıq aşkar görünmüşdür. Şahid pulun hansı şəraitdə alınması və hansı məbləğdə qaytarılması ilə bağlı faktiki heç bir halı bilməmişdir. Ona görə də həmin şahid ifadəsinin mötəbər sübut kimi qiymətləndirilməsini qeyri-mümkün hesab etmişdir. Cavabdeh bildirmişdir ki, tələb olunan məbləğ şişirdilmiş rəqəmdir. İddiaçıdan alınan məbləğ geri qaytarılmışdır. Bununla yanaşı tərəflər arasında münasibətlər 2014-cü ildə yaranmış, pulun qaytarılması 2019-cu ilin sonu, 2020-ci ilin əvvəlinə, yəni yanvar ayına təsadüf etmişdir. Cavabdeh iddiaçıdan 2014-cü ildə 25000 ABŞ dolları, 4900 ABŞ dolları və 4000-5000 manat civarında pul almış, borc tam qaytarılmışdır. Hazırkı iddianın qaldırılmasının səbəbi cavabdehin iddiaçının bacısından boşanmasıdır, iddiaçı cavabdehi incitmək fikrindədir. İşi cavabdeh qurmuş, iddiaçı cavabdehə əlavə pul qoyub özünün xeyir götürməsini demişdir. Borcun qəbul edilməməsi iddia müddətinin tətbiqi barədə ərizə verməyi məhdudlaşdıran hal deyildir. Bu onların müdafiə mexanizmidir. Cavabdeh borcu qaytarmış, iddianı qəbul etməmiş və iddia ilə bağlı mötəbər sübutlar da olmamışdır. Sonuncu dəfə pulun qaytarılmasını iddiaçı noyabr ayında qeyd edirsə, bunu sübut etmək iddiaçı tərəfin vəzifəsidir. Cavabdeh tərəfindən pulların hansı tarixdə iddiaçıya qaytarılması ilə bağlı cavabdehin öz izahatından başqa sübutları yoxdur. Səs yazısında dəqiq məlumat olmadığına görə sübut kimi qiymətləndirilməməlidir. Cavabdeh ev alarkən iddiaçı evin alınmasına görə bacısına hədiyyə kimi verdiyi 7000 manat pulu da həmin şərikli pula əlavə etmək istəmişdir. Halbuki həmin pulun şərikli verilən pula aidiyyatı yoxdur. Bundan başqa cavabdehin adına alınan avtomobil sonradan iddiaçının adına keçirilmişdir. Cavabdehə dediyinə görə 25000 ABŞ dollar, 4900 ABŞ dolları və 4000-5000 manat civarında pul verilmiş, həmin dövrdə ABŞ dollarının məzənnəsi 0,78.5 manat olmuşdur. Tərəflər arasında şifahi müqavilə olmuş, pul şərikli işə qoyulmuşdur. Belə ki, tərəflər aralarındakı razılaşmanın özü də etibarsızdır. Çünki heç bir yazılı müqavilə, yazılı razılaşma olmamışdır. Bundan başqa orada pulun dollarla verilməsi və işlərin dollarla görülməsi barədə də tərəflər arasında razılıq da olmamışdır. Tərəflər arasında yaranan münasibətlər manatla yaranan münasibətlərdir və alınan pul geri qaytarılmışdır.

6. X1 izahatı nda bildirmişdir ki, iddiaçının ailəsini 30 ildir tanıyır. Şirvanın atası Rahim onunla çox yaxın dost olmuş, onlar birlikdə hava limanında işləmişlər. Rahimin oğlu Şirvan Sibirdə meyvə tərəvəz ticarəti ilə məşğul olmuş, o, da hava limanında mühafizə sistemində işləmişdir. O, Rahimin qızı ilə cavabdehin toylarında iştirak etmiş, sonradan cavabdehin mərmər mağazasında satıcı işlədiyini öyrənmişdir. Bir müddət sonra iddiaçı ona cavabdehi işlədiyi yerdən çıxardıb, Ayna Sultanova deyilən yerin yaxınlığında elektrik malları mağazası açmaq istədiyini demiş, mağazanı ona da göstərmişdir. Daha sonra Rövşənlə həyat yoldaşı arasında problemlər yaranmış və onlar boşanıblar. Şirvan Rövşənin ona borcu olmasını və pulu vermədiyini ona demiş, bundan sonra o, Şirvanla birlikdə Rövşənin mağazasına gedib bu barədə söhbət etmişlər. Həmin vaxt Rövşən ona pulun çox hissəsini mallara qoyduğunu, bir hissəsini qaytardığını, iki maşın almasını, maşınları satıb pulları verəcəyini demişdir. O, 2 dəfə Rövşənin yanına getmişdir. Rövşənin heç nəyi olmamış, bütün işləri Şirvan bacısına görə Rövşən üçün etmişdir. Bildiyinə görə Şirvan Rövşənə 50000 ABŞ dollarına yaxın pul vermişdir. Şirvan Rövşənə pul verərkən o, iştirak etməmiş, onlar söhbət edərkən Rövşən pulun bir qisminin malda olmasını, bir qisminə də maşın almasını demişdir. Bu söhbətlər 2 il əvvəl olmuşdur. O, 2 il əvvəl X3 mağazasında olmuş, sonradan bilmişdir ki, həmin mağaza Şirvanla şəriklidir, malın pulunu Şirvan vermişdir. Rövşən həyat yoldaşı ilə boşanmalarına baxmayaraq Şirvan münasibətləri davam etdirmişdir. Şirvan ondan ağsaqqal kimi Rövşə nlə danışmağı, onları ortaq məxrəcə gətirməyi xahiş etmiş, həmin vaxt Rövşən ona Şirvana borcunun olmasını, pulun bir qismini qaytarmasını, maşınlarından birini satıb pulun qalan hissəsini də qaytaracağını demişdir. Rövşənin Şirvana nə qədər borcu qalmasını bilmədiyini, amma Şirvanın Rövşənə 50000 ABŞ dollarına yaxın pul verdiyini bilmişdir. Şirvan təxminən 12-15 il əvvəl Rövşənə 50000 ABŞ dolları pul vermişdir. O, Rövşən tərəfindən pulun qaytarılması illərini xatırlamadığını, Rövşənin pulu hissə-hissə qaytardığını qeyd etmişdir. Şirvanın dediklərindən belə aydın olmuşdur ki, pulları Rövşənə borc vermişdir. Rövşən iki maşını olmasını, çöldə saxladığı “Prado” markalı maşının ona məxsus olmasını demişdir. Rövşənlə onun söhbəti Rahim vəfat edəndən sonra olmuşdur.

7. Binəqədi Rayon Məhkəməsini n 2(001)-614/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Səadət Səlimova) iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh borca görə 19117,7 ABŞ dolları məbləğdə pulun ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, İddiaçı xeyrinə tutulması, Cavabdeh dövlət rüsumuna görə 230,25 manatın İddiaçı xeyrinə tutulması və iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, araşdırması zamanı tədqiq olunmuş iddiaçı tərəfindən məhkəməyə təqdim olunan tərəflər arasında hazırkı mübahisə ilə bağlı səs yazısından müəyyən olunmuşdur ki, cavabdeh pulu ABŞ dolları ilə almasını etiraf edir, lakin həmin pulun ABŞ dolları ilə qaytarılmasına dair iddiaçı ilə arasında şərt olmadığından borcun AZN ilə tam olaraq qaytardığını bildirmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, cavabdehin nümayəndəsi tərəfindən cavabdehin iddiaçıdan 25000 ABŞ dolları, 4900 ABŞ dolları və 4000-5000 manat pul almasını, 2020-ci ilin fevral, mart, daha sonra dəqiqləşdirərək 2020-ci ilin yanvar ayında alınmış vəsaitin tam olaraq qaytarmasını, iddiaçının iddia müddətini ötürməsini bildirsə də, istinad etdiyi bu halları sübuta yetirə bilməmişdir. Belə ki, tərəflərin səs yazısından müəyyən olunmuşdur ki, tərəflər arasında olan münasibətlər borc müqaviləsindən irəli gələn münasibətlərə çevrildikdən sonra borcun 2020-ci ilin sonunadək qaytarılması barədə şərt olmuş, cavabdeh iddiaçıya sonuncu dəfə 2020-ci ilin noyabr ayında pul vermiş, cavabdeh səs yazısında bu hallara dair öz etirazını bildir məmiş, iddiaçı hazırkı iddia tələbi ilə bağlı xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə iddia müddətini ötürməmişdir.

10. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlmişdir ki, iddiaçı qazanc olaraq cavabdehdən aldığı 10000 manatı da əsas vəsaitə daxil edərək hesabladığından, araşdırma zamanı cavabdeh səs yazısında iddiaçıdan pulu ABŞ dolları ilə almasını etiraf etdiyindən, cavabdeh iddiaçıdan aldığı ABŞ dollarının və ya bu vəsaitin həmin dövrün məzənnəsi ilə manata uyğun dəyərini səs yazısında dəqiq bildirmədiyindən, cavabdehin nümayəndəsinin izahatı ilə cavabdehin səs yazısında qeyd olunan məbləğlər arasında ziddiyyət olduğundan, tərəflər borcun 2020-ci ilin sonunadək qaytarılması barədə razılaşdıqlarından, cavabdeh borcun tam olaraq qaytarmasın ı sübuta yetirə bilmədiyindən, iddia ərizəsi qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə ödənişin icra edildiyi gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla 19117,7 ABŞ dolları ((10000 manat: 1,70 = 5882,3 ABŞ dolları) (48000 ABŞ dolları - 28882,3 (23000 ABŞ dolları + 5882,3 ABŞ = 28882,3) ABŞ dolları = 19117,7 ABŞ dolları)) tutulmalı, iddia ərizəsi borca görə qalan hissədə təmin edilməməlidir.

11. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 19, 60, 129cu, Mülki Məcəlləsinin 372.1, 372.2, 373.1, 373.2, 377.1, 377.2, 385.1, 439.1, 439.2, 439.7, 739.1, 739.2, 739.3. 740.1. 740.2-ci, Mülki Prosessual Məcəlləsinin 14.2. 77.1, 88, 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı pulun hamısını dollarla verməmişdir. O, xaricdən mal sifariş etməmiş və dollarla ödəniş etməmişdir. Ölkə daxilində topdansatış yerlərindən mal almış və ödənişi manatla həyata keçirmiş, xarici şirkətlərlə əməkdaşlıq etməmişdir. İddiaçı özü ona pul qoyub qazanc götürməyi təklif etmiş, o da bunun üçün 150000 manat civarında pul lazım olduğunu bildirmiş, iddiaçı isə o qədər pulu verməyə imkanı çatmadığını, 50000 manat pul qoymağı və həmin məbləğə görə də xeyrini götürməyi təklif etmişdir. Aralarında 50000 manata razılığa gəlmiş, iddiaçı özü xarici ölkədə olduğu üçün iddiaçının hə yat yoldaşı evdə olan 25000 ABŞ dollarını ona 2014-cü ildə vermişdir. Məhkəmə maddi hüquq normalarının, xüsusən də iddia müddəti ilə bağlı maddi hüquq normalarını düzgün tətbiq etməyib.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3357/2024 nömrəli, 4 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), E.Kazımov və N.Cəfərov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin 2(001)-614/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi cavabdehin apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

15. Kollegiya cavabdehin 2020-ci ildə ödədiyi pulun tərəflər arasındakı borcla bağlı deyil, başqa öhdəliklə bağlı olmasına dair fikrinə münasibətdə qeyd etmişdir ki, iddiaçı həmin məbləğin hazırda iddiaçının tələb etdiyi 27.000 ABŞ dolları borca görə yox, başqa öhdəliklə bağlı olması barədə MPM-in 77.1-ci maddəsinə əsasən heç bir sübut təqdim etməmişdir.

16. Kollegiya qeyd etmişdir ki, tərəflərin izahatları ilə müəyyən olunur ki, tərəflər 2016-cı ildə birgə əməkdaşlığa son qoymaqla verilən pulun borc kimi qəbul olunması və həmin borc öhdəliyinin də hissə-hissə icra edilməsi barədə razılığa gələn zaman, borcun hansı müddətə qaytarılması barədə razılaşmamışlar, tərəflər öhdəliyin icrası müddətini müəyyənləşdirilməmişdir.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında pulun qaytarılması ilə bağlı müddət razılaşdırılmadığından cavabdehin istinad etdiyi müddətin axımı iddiaçının tələb etdiyi vaxtdan hesablanmalıdır. Cavabdeh özü də israrla bildirmişdir ki, yalnız iddiaçının bacısını boşadıqdan sonra iddiaçı ondan borcunu tələb etməyə başlamışdır. Belə olan halda isə məlum olur ki, iddiaçının hazırkı tələbinə münasibətdə müddətin axımı cavabdehin özünün də bildirdiyi kimi, onun iddiaçının bacısını boşaması ilə bağlı münaqişə yarandığı zaman, iddiaçının borcunu tələb etdiyi vaxtdan başlanmışdır.

18. Məhkəmə kollegiyası bildirmişdir ki, araşdırma zamanı cavabdeh səs yazısında iddiaçıdan pulu ABŞ dolları ilə almasını etiraf etdiyindən, cavabdeh iddiaçıdan aldığı ABŞ dollarının və ya bu vəsaitin həmin dövrün məzənnəsi ilə manata uyğun dəyərini səs yazısında dəqiq bildirmədiyindən, cavabdehin nümayəndəsinin izahatı ilə cavabdehin səs yazısında qeyd olunan məbləğlər arasında ziddiyy ət olduğundan, tərəflər arasında borcun qaytarılması müddəti müəyyən olunmadığından, cavabdeh borcu tam olaraq qaytardığını bildirməsinə baxmayaraq, bunu sübuta yetirə bilmədiyindən, iddia ərizəsi qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə ödənişin icra edildiyi gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla tutulması barədə rayon məhkəməsi düzgün nəticəyə gəlmişdir.

19. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1, 372.2, 373.1, 373.2, 377.1, 377.2, 385.1, 439.1, 439.2, 439.7, 739.1, 739.2, 739.3. 740.1. 740.2-ci, Mülki Prosessual Məcəlləsinin 14.2. 77.1, 80, 88, 106.1, 106.3, 372.1-372.6, 384.0, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə borc müqaviləsinə aid mülki normalara istinad etmiş və tərəflər arasında mövcud olan münasibətləri borc münasibətləri olaraq qiymətləndirmişdir. Lakin MM-in 739.2-ci maddəsinin məzmunundan da aydın olur ki, əgər tərəflər arasında borc müqaviləsinin predmetinin qiyməti 3000 manatdan yuxarıdırsa, onda bu müqavilə yazılı formada bağlanmalıdır. İş materiallarından da aydın olur ki, tərəflər arasında mübahisə predmeti 3000 manatdan çoxdur və tərəflər arasında olan hər hansı bir ya zılı borc müqaviləsi mövcud deyildir. Dolayısı ilə Bakı Apellyasiya Məhkəməsi imperativ norma olaraq tərəflər arasında yazılı müqavilə bağlanması şərti qoyulmasına baxmayaraq tərəflər arasında heç bir yazılı müqavilə olmamasını nəzərə almamış, tərəflər arasında olan hüquq münasibətlərinə yanlış hüquq norması tətbiq etmişdir. Halbuki MM-in 386.1-ci maddəsinə əsasən tərəflər arasında öhdəlik münasibətlərinin yaranması üçün müqavilənin mövcud olması imperativ şərt kimi nəzərdə tutulmuşdur Məhkəmə Cavabdeh və İddiaçı arasında olan münasibətləri yanlış hüquq norması tətbiq edərək borc münasibətləri kimi tövsif etmişdir və nəzərə almamışdır ki, tərəflər arasında heç bir yazılı borc müqaviləsi mövcud olmamışdır və tərəflər heç vaxt bu məsələ barədə heç bir sübut təqdim edə bilməmişlər. Bununla be lə məhkəmə tərəfləra rasında olan şifahi danışıqları yanlış qiymətləndirərək tərəflər arasında şifahi borc müqaviləsinin mövcud olması qənaətinə gəlmişdir. Halbuki tərəflər arasında şifahi borc müqaviləsi mövcud olmuş olsa belə həmin müqavilə MM-in 739.2-ci maddəsinin şərtini ödəmədiyi üçün yəni bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd olduğu üçün etibarsız əqd hesab olunacaqdır.

22. Cavabdeh şikayətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 337.4, 386.1, 739.2, 777.1, 777.2, 778.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə y etirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

25. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

26. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.

27. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

28. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

29. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

30. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsə lən, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

31. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.

32. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.

33. Maddə 439.1. Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə b ilərlər.

34. Maddə 439.2. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır.

35. Maddə 439.7. Əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnı z tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması na və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmi ş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Avropa İnsan Hüquqları Məhkəməsi nin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

46. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər apelyasiya şikayətinin əsasını təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəli llərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

47. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

48. Kassatorun iddiaçı tərəfindən ona verilən borc 3000 manatdan çox olduğu halda yazılı müqavilə bağlanmadığı və bu halda əqdin əhəmiyyətsiz olması barədə dəlili əsasszıdır. Çünki əvvəla, 31 may 2016-cı il tarixli 269-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Mülki Məcəllənin 740-cı maddəsinə dəyişiklik edilənədək olan redaksiyasya əsasən, borc müqaviləsi şifahi bağlanırdı və tərəflə rin razılaşması ilə yazılı formadan da istifadə edilə bilərdi.

49. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 739-cü maddəsinə istinad etməmişdir.

50. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

51. Kassasiya kollegiyası qeyd edir ki, kassasiya şikayətlərində qeyd edilən dəlillər əsas etibarilə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına, qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması barədə dəlillər dir ki, kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya icraatı müstəsna olaraq hüquqi məsələlərə baxmaqla məhdudlaşır.

52. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3357/2024 nömrəli, 4 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar