Məhkəmə qərarları › İş №2(102)-2996/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-2996/2022

21.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2996/2022 21.04.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2128/2019 nömrəli iş üzrə 26 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin iddia tələbi qismən təmin edilərək Cavabdeh İddiaçı xeyrinə 500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat, cəmi 520 manat məbləğində pulun tutulması qət edilmiş, 2260 manat zərərin ödənil məsi barədə qarşılıqlı iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(103)-210/2021 nömrəli iş üzrə 22 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2128/2019 nömrəli iş üzrə 26 sentyabr 2019-cu il tarixli qətnaməsi qismən - ilkin iddia tələbinə aid hissədə dəyişdirilmiş, Cavabdeh İddiaçı xeyrinə 300 manat pul tutulmuş, qətnamə onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin 2(103)-210/2021 nömrəli, 21 dekabr 2021-ci il tarixli qərardadı ilə kassasiya şikayəti hüququ olmayan şəxs tərəfindən imzalandığından geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin 2(103)-210/2021 nömrəli, 09 fevral 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 402.1-ci maddəsinə edilmiş, 01.10.2021-ci il tarixdən qüvvəyə minmiş dəyişikliklər və kassasiya şikayətinin 07.12.2021-ci il tarixdə elektron məhkəmə sisteminə yerləşdirilməsi nəzərə alınmaqla geri qaytarılmışdır. Məhkəmə qeyd etmişdir ki, MPM-ə edilmiş dəyişikliyə əsasən, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin 2(103)-210/2021 nömrəli, 22 sentyabr 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi nəzərdə tutulmadığından, həmin Məhkəmənin 21 dekabr 2021-ci i l tarixli qərardadından verilmiş kassasiya şikayəti də geri qaytarılmalıdır. Hazırda cavabdeh apellyasiya instansiyası məhkəməsinin 2(103)-210/2021 nömrəli, 09 fevral 2022-ci il tarixli qərardadından kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti MPM-in 402-ci maddəsinin tələblərinə cavab vermədiyindən, şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegi yalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. MPM-in 402.2.2-ci maddəsinə əsasən, kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmuşdur. Nəzərə alınmalıdır ki, kassasiya şikayətinin qaytarılması barədə qərardadla şəxsin onun işinə kassasiya instansiyası məhkəməsində baxılması məsələsi həll edildiyindən, qanunverici bu hüququn əhəmiyyətini nəzərə alaraq belə qərardadlardan şikayət verilməsi qaydasını müəyyən etmişdir. Qanunun məqsədi kassasiya şikayəti verilməsi mümkün olan məhkəmə aktlarına kassasiya qaydasında baxılması imkanını səmərəli təmin etməkdən ibarətdir. Lakin prosessu al qanunvericilikdə məhkəmə aktının özündən kassasiya şikayəti verilməsi nəzərdə tutulmayıbsa, həmin aktdan verilmiş şikayətin qaytarılması barədə qərardaddan da şikayət verilə bilməz. Belə şikayətlərə kassasiya qaydasında baxılması MPM-in 402-ci maddəsinin məqsədlərinə cavab vermir və son illərdə kassasiya icraatının hədlərinin məhdudlaşdırılması istiqamətində aparılan qanunvericilik islahatlarına ziddir. Hazırda mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin 2(103)210/2021 nömrəli, 09 fevral 2022-ci il tarixli qərardadı kassasiya şikayətinin geri qaytarılması barədə qərardad olsa da, apellyasiya instansiyası məhkəməsinin 2(103)210/2021 nömrəli iş üzrə 22 sentyabr 2021-ci il tarixli qətnaməsindən MPM-də kassasiya şikayəti verilməsi nəzərdə tutulmadığından, 09 fevral 2022-ci il t arixli qərardaddan da kassasiya şikayəti verilə bilməz. MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Ona görə də kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və MPM-in 404-1.2 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-210/2021 nömrəli iş üzrə 09 fevral 2022-ci il tarixli qərardadınd an verdiyi kassasiya şikayəti qeyrimümkün hesab edilsin və iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar