Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3/2025 28.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və müstəqil tələb irəli sürən üçüncü şəxs X12nun cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və 3 saylı Bakı Asan xidmət Mərkəzi Notariat Ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: etibarnamələrə xitam verilməsinin etibarsız hesab edilməsi, verilmiş ərizələrin etibarsız hesab edilməsi və mənəvi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və 3 saylı Bakı Asan xidmət Mərkəzi Notariat Ofisinə qarşı “etibarnamələrə xitam verilməsinin etibarsız hesab edilməsi, verilmiş ərizələrin etibarsız hesab edilməsi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X12nun cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1 və 3 saylı Bakı Asan xidmət Mərkəzi Notariat Ofisinə qarşı “etibarnamələrə xitam verilməsinin etibarsız hesab edilməsi, verilmiş ərizələrin etibarsız hesab edilməsi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməs inin Mülki kollegiyasının 2(103)-2060/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh3 və üçüncü şəxs X12nun kassasiya şikayətlərinə 28 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı1, Cavabdeh3 və üçüncü şəxs X12 "xxxx" MMC-nin təsisçiləridir.
2. Cavabdeh3 şirkətə məxsus külli miqdarda vəsaiti mənimsəməsi ilə əlaqədar onun barəsində istintaq aparılmış, lakin Cavabdeh3 istintaqdan yayındığından iş üzrə icraat dayandırılmışdır.
3. Üçüncü şəxs X12 bütün hüquq-mühafizə orqanlarına, məhkəmələrə, idarə və təşkilatlara, icra və probasiya şöbələrinə, notariat ofislərinə, həmçinin digər səlahiyyətli orqanlarına ünvanlanmış xx.xx.2022-ci il tarixli 8İ-5707 saylı reyestrdə qeydə alınmış ərizə ilə öncədən verdiyi etibarnamə və ərizələri ləğv etdiyini bəyan etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və 3 saylı Bakı Asan xidmət Mərkəzi Notariat Ofisinə qarşı iddia ərizəsi (iddianın dəyişdirilməsi barədə əlavə ərizələr) ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 23 saylı Notariat ofisində xx.xx.2022-ci il tarixdə X12 tərəfindən İddiaçı1 adına 5 il müddətinə verilmiş AR-İİ № 025234 nömrəli, reyestrdə **1973 nömrəsi ilə qeyd edilmiş etibarnaməyə Bakı şəhəri 51 saylı Notariat ofisində xx.xx.2022-ci il tarixdə xitam verilməsinin, Bakı şəhəri 51 saylı Notariat ofisində xx.xx.2017-ci il tarixdə X12 tərəfindən İddiaçı2 adına verilmiş, reyestrdə **3184 nömrə ilə qeyd edilmiş etibarnaməyə Bakı şəhəri 51 saylı Notariat ofisində xx.xx.2022-ci il tarixdə xitam verilməsinin, Bakı şəhəri 51 saylı Notariat ofisində verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, 4362 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 4363 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 4365 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 4368 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 4369 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 4370 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 4600 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 4676 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 4677 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 4678 reyestr nömrəli, xx.xx.2022-ci il q eydiyyat tarixli, 4679 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 4680 reyestr nömrəli ərizələrin, Bakı şəhəri 51 saylı notariat ofisinin notariusu X8 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş və reyestrdə **5376 nömrə ilə qeydə edilmiş, 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin notariusu X3 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş və reyestrdə ** nömrə ilə qeyd edilmiş, xx.xx.2022-ci il tarixdə verilmiş və reyestrdə ** nömrə ilə qeyd edilmiş, xx.xx.2022-ci il tarixdə verilmiş və reyestrdə ** nömrə ilə qeyd edilmiş etibarnamələrin, 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin notariusu X3 tərəfindən verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, 18618 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 18619 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyy at tarixli, 18620 reyestr nömrəli, xx.xx.2022ci il qeydiyyat tarixli, 18621 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 18654 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 18662 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 18692 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 18693 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 18694 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 18695 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 18696 reyestr nömrəli, xx.xx.2022ci il qeydiyyat tarixli, 18697 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 18698 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 18699 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 19455 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 19458 reyestr nömrəli ə rizələrin və 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin notariusu X3 tərəfindən verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, **6835 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, **6836 reyestr nömrəli etibarnamələrin, xx.xx.2022-ci il qeydiyyat tarixli, 23390 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 23391 reyestr nömrəli, xx.xx.2022ci il qeydiyyat tarixli, 23392 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 23393 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 23394 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 23395 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 23400 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 23401 reyestr nömrəli ərizələrin etibarsız hesab olunması və cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştə rək qaydada dəymiş mənəvi ziyanın əvəzi olaraq 30000 (otuz min) manat pulun alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı1, Cavabdeh3 və X12 "xxxx" MMCnin təsisçiləridir. Artıq bir neçə ildir ki, təsisçilərdən X12 və İddiaçı1 birlikdə Cavabdeh3 qarşı müxtəlif iddia ərizələri ilə məhkəməyə müraciət etmiş və aralarında məhkəmə çəkişmələri olmuşdur. Yəni Cavabdeh3 şirkətə məxsus külli miqdarda vəsaiti qanunsuz mənimsədiyindən onun barəsində istintaq aparılmış, lakin həm Cavabdeh3 özü və həm də onun ailə üzvləri istintaqdan yayınmışlar. Bu hallar əlavə sübuta ehtiyacı olmayan hallardır və bu hallarla bağlı sənədlər mövcuddur. Bununla bağlı baş prokurorluğunun məktubu mövcuddur. Hazırda Cavabdeh3 istintaqdan yayı ndığından iş üzrə icraat dayandırılmışdır. Bu ilin təxminən aprel-may aylarında Cavabdeh3 xaricdə olsa da, X12 tərəfindən müxtəlif instansiyalara ərizələrin və etibarnamələrin verilməsinə nail olmuşdur. Bu hal araşdırılanda xx bildirmişdir ki, onu aldadıblar, onun adından Orxan adlı şəxsə başqa məqsədlərlə etibarnamə verilmişdir. Orxan adlı şəxs isə həmin etibarnamədən sui-istifadə edərək İddiaçı1 və X12nun doğma oğlu İddiaçı2 verilmiş etibarnamələri notarial orqanlarında ləğv etmişdir.
3. Orxan adlı şəxsə etibarnamə başqa məqsədlər üçün verilsə də, o, həmin etibarnamədən istifadə edərək digər etibarnamələri ləğv etmişdir. Bu etibarnamələrin ləğv edilməsinin və ərizələrin verilməsinin səbəbi ondan ibarətdir ki, Cavabdeh3 bu gün şirkətə milyonlarla vəsait məbləğində borcu vardır. Həmin borc un mövcud olması ilə bağlı məhkəmə qətnamələri mövcuddur ki, həmin qətnamələr Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən baxılaraq qüvvədə saxlanılmışdır. Həmin qətnamələr bu gün icra mərhələsində olduğundan Cavabdeh3 əmlaklarına yönəlmişdir. Cavabdeh3 isə həmin borcu verməkdən yayınır.
4. Bundan əlavə, məhkəməyə mütəxəssis rəyi təqdim olunmuş və həmin rəydə investor olaraq İddiaçı2 və İddiaçı1 şirkətə qoyduğu pul vəsaitlərinin yalnız bir hissəsi öz əksini tapmışdır. Bu, yalnız sökülən mağazalarla bağlı mağazaların sahiblərinə verilmiş pul vəsaitləridir, hazırda isə orada təmir və tikinti işləri gedir və digər xərclər mövcuddur. Yəni mütəxəssis rəyində qeyd olunan məbləğ borcun bir hissəsini əks etdirən xərclərdir. Cavabdeh3 məhz həmin borcu qaytarmaqdan yayınmaq məqsədi ilə, dərhal qeyd olunan etibarnamələrlə və ərizələrlə vergi orqanlarına müraciət etmiş, vergi orqanı tərəfindən şirkətin fəaliyyətinə məhdudiyyət qoyulmuş, şirkətin digər təsisçilərinin xəbəri olmadan şirkətin direktoru dəyişdirilmişdir. Bu barədə müxtəlif məhkəmələrə müraciətlər olunmuş, təzə direktorun fəaliyyətinə qadağa qoyulmuş və köhnə direktorun bərpası barədə qərar qəbul edilmişdir. Hazırda həmin qərarlar qüvvəyə minmişdir.
5. Bununla bağlı olaraq iddiaçılar artıq məcbur olaraq məhkəməyə müraciət etmişlər. X1 özü ərizə verərək əvvəllər verdiyi ərizə və etibarnamələri ləğv etdirmişdir. Yəni artıq X12 tərəfindən verilmiş etibarnamələrin və ərizələrin hüquqi qüvvəsi yoxdur, lakin müəyyən zaman kəsiyində həmin etibarnamələr və ərizələr əsasında müəyyən hərəkətlər edilmişdir ki, bu hərəkətlərin də etibarsız sayılması üçün qeyd olunan etibarnamə və ərizələrin etibarsızlığı zəruridir.
6. İddiaçılar tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 5.3, 6.1.5, 16.1, 17.1, 21.1, 21.2, 365.2, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə istinad etmişlər.
7. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X12 da Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1 və 3 saylı Bakı Asan xidmət Mərkəzində Notariat Ofisinin notariusu X2 qarşı eyni məzmunlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 23 saylı Notariat ofisində xx.xx.2022-ci il tarixdə X12 tərəfindən İddiaçı1 adına 5 il müddətinə verilmiş AR- İİ № 025234 nömrəli, reyestrdə **1973 nömrəsi ilə qeyd edilmiş etibarnaməyə Bakı şəhəri 51 saylı Notariat ofisində xx.xx.2022-ci il tarixdə xitam verilməsinin, Bakı şəhəri 51 s aylı Notariat ofisində xx.xx.2017-ci il tarixdə X12 tərəfindən İddiaçı2 adına verilmiş, reyestrdə **3184 nömrə ilə qeyd edilmiş etibarnaməyə Bakı şəhəri 51 saylı Notariat ofisində xx.xx.2022-ci il tarixdə xitam verilməsinin, Bakı şəhəri 51 saylı Notariat ofisində verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, 4362 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 4363 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 4365 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 4368 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 4369 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 4370 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 4600 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 4676 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 4677 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 4678 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 4679 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 4680 reyestr nömrəli ərizələrin, Bakı şəhəri 51 saylı notariat ofisinin notariusu X8 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş və reyestrdə **3048 nömrə ilə qeyd edilmiş, xx.xx.2022- ci il tarixdə verilmiş və reyestrdə **5376 nömrə ilə qeydə edilmiş, 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin notariusu X3 tərəfindən xx.xx.2022-ei il tarixdə verilmiş və reyestrdə ** nömrə ilə qeyd edilmiş, 08,06.2022- ci il tarixdə verilmiş və reyestrdə ** nömrə ilə qeyd edilmiş, xx.xx.2022-ci il tarixdə verilmiş və reyestrdə ** nömrə ilə qeyd edilmiş etibarnamələrin, 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin notariusu X3 tərəfindən verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, 18618 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 18619 reyestr nömrəli,xx.xx.2022-ci il qeydiyyat tarixli, 18620 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 18621 reyestr nömrəli, xx.xx.2022ci il qeydiyyat tarixli, 18654 reyestr nömrəli,xx.xx.2022-ci il qeydiyyat tarixli, 18662 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 18692 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 18693 reyestr nömrəli,xx.xx.2022-ci il qeydiyyat tarixli, 18694 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 18695 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 18696 reyestr nömrəli,xx.xx.2022-ci il qeydiyyat tarixli, 18697 reyestr nömrəli, xx.xx.2022ci il qeydiyyat tarixli, 18698 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tar ixli, 18699 reyestr nömrəli,xx.xx.2022-ci il qeydiyyat tarixli, 19455 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 19458 reyestr nömrəli ərizələrin, 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin notariusu X3 tərəfindən verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, 7E6835 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, **6836 reyestr nömrəli etibarnamələrin, xx.xx.2022-ci il qeydiyyat tarixli, 23390 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 23391 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 23392 reyestr nömrəli, xx.xx.2022ci il qeydiyyat tarixli, 23393 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 23394 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 23395 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 23400 reyestr nömrəli, xx.xx. 2022-ci il qeydiyyat tarixli, 23401 reyestr nömrəli ərizələrin etibarsız hesab olunması, cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada dəymiş mənəvi ziyanın əvəzi olaraq, 30000 (otuz min) manat məbləğində pulun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Müstəqil tələb irəli sürən üçüncü şəxs xxin iddiası belə əsaslandırılıb ki, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178, 179, 308, 192, 213 və 147.2-ci maddələri ilə müxtəlif istintaq orqanlarında cinayət təqibi aparılan, axtarışda olan, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə borclu olan Cavabdeh3 və onun başçılıq etdiyi dəstə üzvləri Cavabdeh4, X6, Cavabdeh5, X7, eləcə də hüquqdan suiistifadə edərək onlara məsuliyyətdən boyun qaçırmalarına hüquqi yardım edən digər şəxslər ona əsassız və həqiqətə uyğun olmayan məlumatlar verərək bir neçə vəkilə etibarnamə verilməsinə “nail” olmuş və bundan əlavə, ona mahiyyəti tam bildirilmədən, hüquqi nəticəsi gizlədilməklə əsassız ərizələr imzalatdıraraq hüquq-mühafizə orqanlarına və digər səlahiyyətli orqanlara göndərərək çaşqınlıq yaratmış, həmçinin bir sıra KİV-lərdə əsassız, şər və böhtan xarakterli məlumatları dərc etdirərək, eləcə də çıxış edərək məsuliyyətdən boyun qaçırmağa çalışmışlar.
9. Bundan əlavə, qeyd edilən şəxslər üçüncü şəxs xxin oğlu İddiaçı2lə münasibətlərinin guya pozulması və s. kimi ucuz informasiyalarla özlərinə fürsət əldə etməyə nail olmuşlar. Halbuki xxin oğlu İddiaçı2 heç bir narazılığı olmamış və münasibətləri çox yaxşıdır.
10. Üçüncü şəxs xx xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi qeyd olunan ərizə və etibarnamələri başqa məqsədlə vermiş, lakin Cavabdeh3 və onun başçılıq etdiyi dəstə məsuliyyətdən yayınmaq üçün həmin etibarnamə və ərizələrdən öz məqsədləri üçün istifadə etmişlər. İddia tələbində qeyd olunan etibarnamələr və ərizələr qanunsuzdur, əsassızdır və onun iradə ifadəsini əks etdirmir. Belə ki, həmin sənədlərin mahiyyəti ona bildirilmədən və hüquqi nəticəsi gizlədilildiyindən məhkəmə qaydasında etibarsız hesab olunmalıdır. Cavabdehlərin bu cür qanunsuz hərəkətləri nəticəsində ona maddi ziyanla yanaşı, 30000 manat mənəvi zərər də dəymişdir.
11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2994/22 saylı iş üzrə 01 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçıların və müstəqil tələb irəli sürən üçüncü şəxsin tələbləri tam təmin olunm uş, iddia tələblərində göstərilən sənədlərin etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 30000 (otuz min) manat məbləğində mənəvi zərərin tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2 və müstəqil tələb irəli sürən üçüncü şəxs X12nun xeyrinə ödənilməsi qət edilmişdir. (hakim Leyla Talıbova)
12. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı1, Cavabdeh3 və X12 hər üçü "xxxx" MMC-nin təsisçiləridir. Artıq bir neçə ildir ki, təsisçilərdən X12 və İddiaçı1 birlikdə Cavabdeh3 qarşı müxtəlif iddia ərizələri ilə məhkəməyə müraciət etmiş və aralarında məhkəmə çəkişmələri mövcud olmuşdur. Cavabdeh3 şirkətə məxsus külli miqdarda vəsaiti mənimsədiyindən onun barəsində istintaq aparılmış, lakin Cavabdeh3 istintaqdan yayındığından iş üzrə dayandırmışdır. Bundan əlavə, Cavabdeh3 ailəsi də istintaqdan yayınmışdır. Bu ilin təxminən aprel-may aylarında Cavabdeh3 Azərbaycan Respublikasına gəlməsə də, X12 tərəfindən müxtəlif instansiyalara ərizələrin və etibarnamələrin verilməsinə nail olmuşdur. Bu halın araşdırılması zamanı xx ərizə və etibarnamələri başqa məqsədlə verildiyini və onun iradə ifadəsini əks etdirmədiyini qeyd etmişdir. Orxan adlı şəxs isə həmin etibarnamədən sui-istifadə edərək İddiaçı1 və X12nun doğma oğlu İddiaçı2 verilmiş etibarnamələri notarial orqanlarında ləğv etdirmişdir. Orxan adlı şəxsə etibarnamə başqa məqsədlər üçün verilmiş, lakin o həmin etibarnamədən istifadə edərək digər etibarnamələri ləğv etmişdir. Bundan əlavə, müstəqil tələb irəli sürən üçüncü şəxs X12 xx.xx.2022-ci il tarixli 8İ-5707 saylı reyestrdə qeydə alınm ış bütün hüquq-mühafizə orqanlarına, məhkəmələrə, idarə və təşkilatlara, icra və probasiya şöbələrinə, notariat ofislərinə, həmçinin digər səlahiyyətli orqanlarına ünvanlanmış ərizə vermiş və həmin ərizəyə əsasən öncədən verdiyi etibarnamə və ərizələri ləğv etmişdir.
13. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 359.3-cü maddəsinə istinadən qeyd edib ki, həmin maddədə göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. Buna görə də ilk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdləri bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibət də konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir
14. Birinci instansiya məhkəməsi "xxxx" MMC tərəfindən verilmiş H-065 saylı mütəxxəssis rəyinə əsasən onu da müəyyən edib ki, "xxxx" MMC-nin təsisçisi investor İddiaçı1 və investor İddiaçı2 tərəfindən "xxxx" MMC- nin mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhərinin inzibati ərazisində “Ər-Riyad” ticarət Mərkəzində yerləşən mağaza sahiblərinə qaytarılması üçün "xxxx" MMC-yə xx.xx.2010-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə verilən investisiya vəsaitlərinin ümumi miqdarı 1948901.00 ABŞ dolları və 375063 AZN təşkil edir.
15. Birinci in stansiya məhkəməsi toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, müstəqil tələb irəli sürən üçüncü şəxs X12 müxtəlif məzmunlu ərizələr və etibarnamələr versə də, sonradan qeyd olunan ərizə və etibarnamələri başqa məqsədlə verdiyini, ona mahiyyəti tam bildirilmədən və hüquqi nəticəsi gizlədilməklə əsassız ərizələrin imzalatdırılmaqla hüquq mühafizə orqanlarına və digər səlahiyyətli orqanlara göndərildiyini, bununla da həmin ərizələrin və etibarnamələrin onun iradə ifadəsini əks etdirmədiyini bildirməklə ərizə verərək ləğv edildiyini qeyd etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X12 müxtəlif məzmunlu ərizələr və etibarnamələr versə də, lakin cavabdeh tərəf onun etimadını doğrultmadığından həmin ərizələrin və etibarnamələrin etibarsız hesab olunması zərurəti yaranmış və bununla bağlı şəxsin özü tərəfindən etibarnamələr və ərizələr ləğv edilmişdir.
16. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçıların və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbləri təmin olunmalı və X12 tərəfindən verilmiş etibarnamələr və ərizələr etibarsız sayılmalıdır.
17. Birinci instansiya məhkəməsinin mövqeyinə görə cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçılara və müstəqil tələb irəli sürən üçüncü şəxsə maddi zərər vurulduğundan, bu hal onların əsəb gərginliyi keçirərək, psixo-emosional vəziyyətinin pisləşməsinə və onların şüurunda mənfi reaksiyaya səbəb olmasına və mənəvi sarsıntılar keçirməsinə səbəb olduğundan mənəvi zərərə görə 30 000 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıların və müstəqil tələb irəli sürən üçüncü şəxsin xeyrinə ödənilməlidir.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 347.1, 347.2, 359.1, 359.3, 360.1, 362.1, 365.2-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələblərinin rədd olunmasını xahiş etmişlər.
20. Eyni məzmun daşıyan apellyasiya şikayətləri belə əsaslandırılıb: - məhkəmə mülki işin araşdırması zamanı cavabdehlərə münasibətdə qərəzli mövqe nümayiş etdi rmiş, cavabdehlərin özünü müdafiəsi üçün dəlillərə qiymət verməmiş, ümumən maddi və prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozmaqla əsassız və qanunsuz qətnamənin qəbuluna nail olmuşdur; - birbaşa iddia tələbi ilə bağlı olmasına baxmayaraq, MTT barədə ərizələr məhkəmənin müvafiq qərardadları ilə təmin edilmişdir. Məhkəmə MTT(010)-85/2022 saylı qərardadında tətbiq etdiyi məhdudiyyətlərin dairəsini ünvan ünvanladığı xx.xx.2022-ci il tarixli məktubla tətbiq etdiyi qadağaların sıyahısını genişləndirmişdir. Belə ki, məhkəmə həmin məktubda qeyd edir ki,... “İş üzrə etibarnamələr etibar edən X12 tərəfindən verildiyindən (məhkəmə bunu artıq işin müəyyən edilmiş halı kimi təqdim edir) və həmin etibarnamələr məhkəmə mübahisəsinin predmeti olduğundan, həmçinin Mülki Məcəllənin tələb inə əsasən tərəflərin və digər şəxslərin yenidən etibarnamə vermək ehtimalları olduğundan, ərizəçilərin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq, maddi ziyanın vurulmasını aradan qaldırmaq, əmlak və maliyyə vəsaitlərini digər şəxslərin üzərinə rəsmiləşdirməyə yönəlmiş hərəkətlərinin (əmlakın satışı barədə elanların verilməsi, etibarnamənin verilməsi, alğı-satqımüqavilələrinin bağlanması və s.) qarşısını almaq məqsədi ilə müəyyən hərəkətlərin edilməsi cavabdehlərə və digər şəxslərə (etibar edən, etibar edilən və üçüncü şəxslər) qadağan edilməlidir”; - hakim cavabdeh tərəfindən verilmiş etiraz ərizəsinə belə MPM-nin tələbinə əsasən bu səlahiyyətin məhkəmə sədrinə verilməsinə baxmayaraq, məhkəmə icl asında baxaraq, müzakirə etmiş, daha sonra müşavirəyə çıxaraq, müşavirədən qayıdıb etirazının baxılmamış saxlanılmasına dair qərardadı elan etmişdir. Hazırki mülki işin materiallarından da göründüyü kimi mübahisə ilə bağlı hər hansı iradə ifadəsi mövcud deyildir. Üstəlik, iddia tələbi, ümumiyyətlə, buna cavab verməli olmayan şəxslərə qarşı irəli sürülmüşdür.; - Cavabdeh1 verilmiş xx.xx.2022-ci il tarixli **3048 saylı etibarnamə X12nun sərbəst iradə ifadəsinin nəticəsidir. Həmin etibarnamədə Cavabdeh1 tərəfindən xxin adından həyata keçirilə biləcək hüquqlar və atılacaq addımlar konkret ifadə edilmişdir. Həmin səlahiyyətlərin içərisində xxin vermiş olduğu etibarnamələri ləğv etmək səlahiyyəti də vardır; - xx müstəqil tələb irəli sürən üçüncü şəxs qismində məhkəməyə təqdim etdiyi iddia əriz əsində Cavabdeh1 belə bir etibarnaməni verməsində iradə ifadəsinin olmadığını qeyd etməmiş, etibarnamənin onun tərəfindən verildiyini mübahisələndirməmişdir; - qətnamədə Cavabdeh1 adına verilmiş xx.xx.2022-ci il tarixli **3048 saylı etibarnamənin etibarsızlığının əsasları göstərilməmiş və əsaslandırılmamışdır; - məhkəmə, ümumiyyətlə, dəymiş ziyanla bağlı məsələni araşdırmamış, maddi hüquq normasını və bu sahədə formalaşmış hüquqi mövqeyi nəzərə almamış, maddi hüquq normasının məzmun və mahiyyətinə zidd qətnamə qəbul etmişdir; - iddiaçılar və müstəqil tələb irəli sürən üçüncü şəxs onlara maddi ziyanın dəyməsi halında, bunu iddia tələbində irəli sürməklə tələb edə bilərdi. İşin görünən halı odur ki, əsassız olsa da, sözügedən şəxslər cavabdehlərdən yalnız mənəvi ziyan tələb edir, özü də ayrı -ayrılıqda 30000 manat. Məhkəmə iddia tələbini düzgün anlamamaqla yanaşı, maddi ziyanın hansı əsaslarla dəyməsi, bunun hansı mötəbər sübutlarla öz təsdiqini tapması, əgər təsdiqi tapılarsa, o zaman həmin ziyanın məhz cavabdehlərin hansı hərəkət və ya hərəkətsizliyi nəticəsində dəyməsini halını araşdırmamışdır; - iddia tələbində etibarsız hesab edilməsi tələb edilən etibarnamə və notarial ərizələrin iddiaçılar İddiaçı2lə və İddiaçı1la hər hansı əlaqəsi mövcud deyildir və həmin ərizələrin yalnız X12nun notariat ofisində ifadə etdiyi iradəsini əks etdirir; - iddia tələbində əks olunanlardan yalnız iki sənəd – İddiaçı1 və İddiaçı2 müvafiq məzmunlu xx.xx.2022-ci il tarixli, AR-İİ№ 025234 saylı, **1973 reyestr nömrəli və xx.xx.2017-ci il tarixli, 7E3184 reyestr nömrəli etibarnamələr – istisna ol maqla iddiaçıların digər etibarnamə və notarial ərizələrlə bağlı iddia qaldırmaq üçün subyektiv mənada hüququ mövcud deyildir. Belə ki, onlara verilmiş etibarnamə məhz etibar edənin özü tərəfindən Cavabdeh1 tərəfindən buna müvafiq səlahiyyət və tapşırıq verildiyi üçün ləğv edilmişdir. Göstərilən etibarnamələrin ləğvi Cavabdeh1 münasibətdə hər hansı üstünlük yaratmadığından, sonuncunun şəxsi mənafe ilə hərəkət etməsini düşünmək absurddur; - iddiaçılar tərəfindən əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçılar qanunla təsdiq edilməsi forması göstərilmiş halı, mötəbər olmayan mütəxəssis fikri ilə əsaslandırmağa çalışmışlar. İddiaçılar tərəfindən sübut qismində "xxxx" MMC-nin H065№-li mütəxəssis rəyi adlı sənəd təqdim edilmişdir. Həmin sənədin sübutlar siyahısından çıxarılması və sübu t qismində qiymətləndirilməməsinə dair verilmiş vəsatət məhkəmənin xx.xx.2022-ciil tarixli, 2(010)-2994/2022 saylı qərardadı ilə təmin edilməmişdir. Sözügedən sənədin qaldırılmış iddia tələbi ilə hər hansı bağlılığı mövcud deyildir və həmin sənəd məhkəmə tərəfindən sübut kimi dəyərləndirilə bilməz; - bununla yanaşı, qeyd edilməlidir ki, həmin ərizələr birbaşa xxin özü tərəfindən, hər hansı kənar şəxsin iştirakı olmadan, notariat ofisində verilmişdir. Ərizə mahiyyət etibarı ilə xahiş olduğundan və şəxsin özü tərəfindən tərtib edildiyindən onun etibarsızlığı anlayışı, ümumiyyətlə, analşılmır. Ərizənin şəxsin adından tərtib edilməsi və onun xəbəri olmadan tərtib edilməsi, ona atılan imzanın kənar şəxs tərəfindən icrası və s. bu kimi hallar ancaq, ərizənin saxtalığı anlayışını formalaşdırır. 2
1. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2060/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə 01 dekabr 2022-ci il tarixli qətnaməsi İddiaçı1 və İddiaçı2 iddialarının təmin olunması hissəsində qismən – Bakı şəhəri 51 saylı Notariat ofisində verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, 4362 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 4363 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 4365 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 4368 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 4369 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 4370 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 4600 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiy yat tarixli, 4676 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 4677 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 4678 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 4679 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 4680 reyestr nömrəli ərizələrin etibarsız hesab olunması, Bakı şəhəri 51 saylı notariat ofisinin notariusu X8 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş və reyestrdə **5376 nömrə ilə qeydə edilmiş, 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin notariusu X3 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş və reyestrdə ** nömrə ilə qeyd edilmiş, xx.xx.2022- ci il tarixdə verilmiş və reyestrdə ** nömrə ilə qeyd edilmiş, xx.xx.2022-ci il tarixdə verilmiş və reyestrdə ** nömrə ilə qeyd edilmiş etibarnamələrin etibarsız hesab edilməsi, 3 saylı Bak ı “ASAN xidmət” mərkəzində Notariat ofisinin notariusu X3 tərəfindən verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, 18618 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 18619 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 18620 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 18621 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 18654 reyestr nömrəli, xx.xx.2022ci il qeydiyyat tarixli, 18662 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 18692 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 18693 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 18694 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 18695 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 18696 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 18697 reyestr nömrəli, xx.xx.2022-ci i l qeydiyyat tarixli, 18698 reyestr nömrəli, xx.xx.2022ci il qeydiyyat tarixli, 18699 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 19455 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 19458 reyestr nömrəli ərizələrin və 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin notariusu X3 tərəfindən verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, **6835 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, **6836 reyestr nömrəli etibarnamələrin, xx.xx.2022-ci il qeydiyyat tarixli, 23390 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 23391 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 23392 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 23393 reyestr nömrəli, xx.xx.2022ci il qeydiyyat tarixli, 23394 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 23395 reyest r nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 23400 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 23401 reyestr nömrəli ərizələrin etibarsız hesab olunması hissəsində və mənəvi zərərə görə cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 30 000 (otuz min) manat məbləğində pul vəsaitinin tutulub iddiaçılara və müstəqil tələb irəli sürən üçüncü şəxsə ödənilməsi hissəsində ləğv edilərək, ləğv olunan həmin hissələrdə iddia tələbləri təmin edilməmiş, mübahisələndirilən qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Məhəmməd Rüstəmli)
22. Apellyasiya instansiyası məhkəməsi iddiaçılar İddiaçı1 və İddiaçı2 onların adlarına verilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2017-ci il tarixli etibarnamələ r istisna olmaqla digər etibarnamə və notarial ərizələrlə bağlı aparılan əməliyyatlar barəsində iddia qaldırmağa subyektiv hüquqlarının mövcud olmaması barədə apellyasiya şikayətlərinin dəlilini əsaslı saymış və qeyd etmişdir ki, üçüncü şəxs xx tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 adlarına verilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2017-ci il tarixli etibarnamələr istisna olmaqla, iddia tələbində etibarsız hesab edilməsi tələb edilən digər etibarnamə və notarial ərizələrin iddiaçılar İddiaçı2 və İddiaçı1la hər hansı əlaqəsi mövcud deyildir və həmin sənədləri mübahisələndirmək hüququ yalnız X9 məxsusdur. İddia tələbində əks olunanlardan yalnız iki sənəd – İddiaçı1 və İddiaçı2 verilmiş müvafiq məzmunlu xx.xx.2022-ci il tarixli və xx.xx.2017-ci il tarixli etibarnamələr istisna olmaqla, iddiaçıların digər etibarnamə və notarial ərizələrlə bağlı iddia qaldırmaq üçün subyektiv hüququ mövcud deyildir. Belə ki, digər etibarnamə və notarial ərizələrlə onların hər hansı hüquqları pozulmamış, mənafelərinə ziyan vurulmamışdır.
23. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı1 və İddiaçı2 adlarına verilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2017-ci il tarixli etibarnamələr istisna olmaqla, digər etibarnamə və notarial ərizələrlə bağlı iddianın təmin olunması hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi iddiaçıların subyektiv hüququ olmaması əsası ilə rədd edilməlidir.
24. Mənəvi zərərin ödənilməsi tələbinin əsassız olması və məhkəmənin bu hissədə gəldiyi nəticənin əsaslandırılmaması barədə apellyasiya şikayətlərin in dəlillərini əsaslı sayan apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçılar və üçüncü şəxs cavabdehlərin hərəkətləri nəticəsində onlara mənəvi zərər vurulmasını təsdiq edən hər hansı sübut təqdim etməmişlər. Birinci instansiya məhkəməsinin bu hissədə gəldiyi nəticə də qətnamədə əsaslandırılmamışdır.
25. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2012-ci il tarixli Qərarına və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarına istinadən hesab etmişdir ki, iddiaçıların və üçüncü şəxsin iddia tələb ində mənəvi zərərlə bağlı istinad etdikləri əsaslar mövcud olmadığından mənəvi zərər tələbi təmin oluna bilməz.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin 3-cü şəxsin iddiasının mənəvi zərərin əvəzinin ödənilməsi hissəsi istisna olmaqla, qalan hissələrdə əsaslı olması ilə bağlı gəldiyi nəticə ilə razılaşmış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi 3-cü şəxsin iddiasını qalan hissədə təmin etməklə mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
27. Apellyasiya şikayətlərinin mübahisələndirilən əqdlərin 3-cü şəxsin özü tərəfindən verilməsi, eləcə də ərizələrin etibarsız sayılmasının qanunvericilikdə nəzərdə tutulmaması ilə bağlı dəlillərini əsasız sayan apellyasiya instansiyası məhkəməsinin bununla bağlı mövqeyi belə olub ki, etibarnamə ilə yanaşı, ərizənin özü də birtərəfli əqddir və əqdin əsas səmti, yönümü hüquqi nəticə əldə olunmasından ibarətdir. Hüquqi nəticəyə səbəb olmaq üçün əqdin etibarlı olması tələb edilir. Əqd etibarlı olduqda gözlənilən hüquqi nəticə əmələ gəlir. Əqd isə ancaq müəyyən tələblər əsasında etibarlı ola bilər. Sivilistika doktrinasında əqdin etibarlı olması şərtləri dörd qrupa bölünüb: əqdin subyekt tərkibinə aid edilən şərt (yəni əqdi bağlamış şəxslər həmin əqdi bağlamaq üçün fəaliyyət qabiliyyətinə malik olmalı), əqdin məzmununa aid olunan şərt (yəni bağlanmış əqd qanuni olmalı, qanunvericiliyin tələblərinə uyğun gəlməlidir), əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt (tərəflər nə istədiklərini və bunun üçün nə etdikl ərini aydın dərk etməlidir), əqdin formasına aid edilən şərt (yəni, bağlanmış əqd şifahi, sadə yazılı və ya notarial qaydada təsdiqlənməli olmasına riayət edilməlidir). Bu şərtlərin hamısı olduqda bağlanmış əqd etibarlı olur və iştirakıçıları üçün hüquqi nəticələr doğurur. Lakin göstərilən şərtlərdən birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.
28. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən əqdlərin 3-cü şəxsin iradə ifadəsini əks etdirməməsi ilə bağlı gəldiyi nəticə əsaslı olmaqla işin həqiqi hallarına və tərəflər arasında mövcud olan münaqişəli və gərgin münasibətlərə uyğundur.
29. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 347.1, 347.2, 359.1, 359.3, 360.1, 362.1, 365.2-ci maddələrinə, “M ənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarı ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti verərək (Vəkil1) qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.
31. İddiaçıların kassasiya şikayəti belə əsaslandırlıb: - apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, iddia tələbində əks olunanlardan yalnız iki sənəd – İddiaçı1 və İddiaçı2 verilmiş müvafiq məzmunlu xx.xx.2022-ci il tarixli və xx.xx.2017-ci il tarixli etibarnamələr istisna olmaqla, iddiaçıların digər etibarnamə və notarial ərizələrlə bağlı iddia qaldırmaq üçün subyektiv hüququ mövcud deyildir. Belə ki, digər etibarnamə və notarial ərizələrlə onların hər hansı hüquqları pozulmamış, mənafelərinə ziyan vurulmamışdır. Məhkəmənin həmin mövqeyi ilə razılaşmaq olmaz. Belə ki, iddia tələbində göstərilən və etibarsız hesab olunması xahiş olunan bütün sənədlər, xüsusi ilə 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin notariusu X3 tərəfindən verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, 18654 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 23394 və 23395 reyestr nömrəli ərizələr birbaşa iddiaçıların hüquqlarını pozur və mənafelərinə ziyan vurur. Həmin ərizələrin məzmununda guya iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən qanunsuz əməllərin törədilməsi və s. kimi a bsurd fikirlər qeyd olunmuşdur; - bundan əlavə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin 30-cu bəndində qeyd olunur ki, iddiaçılara və üçüncü şəxsə cavabdehlərin hərəkətləri nəticəsində mənəvi zərər vurulmamışdır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən mənəvi zərərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi nəzərə alınmamışdır.
32. Müstəqil tələb irəli sürən üçüncü şəxs X12 (Vəkil1) kassasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
33. Müstəqil tələb irəli sürən üçüncü şəxs X12nun kassasiya şikayəti də iddiaçıların kassasiya şikayətinin mənəvi zərərlə bağlı hissəsi ilə eyni məzmunda əsaslandırılmışdır.
34. Cavabdeh3 da (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilən hissəsində ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
35. Cavabdehin kassasiya şikayəti apellyasiya şikayətinin sənədlərin etibarsızlığı ilə bağlı hissəsi ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Maddə 347.2. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 34 7.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Maddə 365.2. Etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquq lardan imtinaya dair razılaşma əhəmiyyətsizdir. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və nlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Maddə 360.1. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanma sı nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarı Bənd 2. “...Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd e dilməsi üçün əsas deyildir.”. 21.Bənd 8. “...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun...” Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin süb utlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instan siyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qə tnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırmas ı kimi qiymətləndirilməməlidir
38. Kassasiya şikayətində iddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin edilməyən hissəsində mübahisələndiriblər. Cavabdeh3 isə qətnamənin ləğv edilməsini xahiş etsə də, işdən görünür ki, onun mənafeyi ilə bağlı 13 sayda ərizə etibarsız sayılmışdır. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin kassasiya şikayəti üzrə onların iddialarının təmin edilməyən, cavabdehin kassasiya şikayəti üzrə isə iddianın onun marağına aid təmin edilən hissəsində yoxlayır.
39. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməs i üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası iddiaçılar və müstəqil tələb irəli sürən üçüncü şəxsin kassasiya şikayəti üzrə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi həmin şəxslərin iddiasının təmin edilməyən hissəsində düzgün nəticəyə gəlmişdir.
41. Apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallardan görünür ki, üçüncü şəxs xx tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 adlarına verilmixx-ci il və xx.xx.2017-ci il tarixli etibarnamələr istisna olmaqla, digər etibarnamə və notarial ərizələrlə bağlı aparılan əməliyyatların iddiaçılarla hər hansı bağlılığı yoxdur.
42. Belə olan halda, iddiaçıların xx.xx.2022-ci il və xx.xx.2017-ci il tarixli eti barnamələr istisna olmaqla, iddia tələbində etibarsız hesab edilməsi tələb edilən digər etibarnamə və notarial ərizələr barəsində iddia qaldırmağa subyektiv hüquqlarının mövcud olmaması, həmin sənədləri mübahisələndirmək hüququnun yalnız onları verən xxə məxsus olması barədə apellyasiya instansiyası məhkəməsininxxicə əsaslı olmuşdur.
43. Məhkəmə kollegiyası bununla bağlı diqqəti “M.Bağırovun şikayəti üzrə” Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına da cəlb edir.
44. X5 Məhkəməsinin hüquqi mövqeyi belə olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normat iv-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunm uş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
45. Həmçinin qeyd edilməlidir ki, xx.xx.2022-ci il və xx.xx.2017-ci il tarixli etibarnamələr istisna olmaqla, iddiaçıların tələblərində qeyd etdikləri digər etibarnamə və notarial ərizələrin etibarsızlığı barədə, onları vermiş şəxs özü müstəqil tələb irəli sürən şəxs qismində iddia vermişdir.
46. İddiaçıların və müstəqil tələb irəli sürən üçüncü şəxsin mənəvi zərərlə bağlı iddiasının təmin edilməyən hissəsində gəlinən nəticə də əsaslı olmuşdur. Belə ki, qətnamədən görünür ki, iddiaçılar və üçüncü şəxs cavabdehlərin hərəkətləri nəticəsində onlara mənəvi zərər vurulmasını təsdiq edən hər hansı sübut təqdim etmədiklərinə görə apelyasiya instansiyası məhkəməsi həmin iddianı təmin etməmişdir.
47. Məhkəmə kollegiyası iddiaçıların mənəvi zərərlə bağlı iddiası üzrə əlavə olaraq onu da qeyd edir ki, hazırki işin halları baxımından onların mənəvi zərər tələbi iddialarının birinci hissəsi – ərizə və etibarnamələrin etibarsız hesab edilməsi ilə əlaqəlidir. Apellyasiya instansiyası məhkəməsi də qeyd edildiyi kimi xx.xx.2022-ci il və xx.xx.2017-ci il tarixli etibarnamələr istisna olmaqla, onların tələblərində göstərdikləri digər etibarnamə və ərizələrin etibarsızlığı barədə iddianı rədd etmişdir. Üçüncü şəxs tərəfindən verilən və etibarsız hesab edilən xx.xx.2022-ci il və xx.xx.2017-ci il tarixli etibarnamələr üzrə isə cavabdehlərin iddiaçılara hansı formada mənəvi zərər vurmasını isə iddiaçılar sübut edə bilmədiyinə görə apellyasiya instansiyası məhkəməsi həmin tələbi tələb təmin etməməklə düzgün nəticəyə gəlmişdir.
48. Buna görə də iddianın təmin edilməyən hissəsində iddiaçılar və müstəqil tələb irəli sürən üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri əsassızdır və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin hissələrdə yuxarıda göstərilənlərə əsasən dəyişdirilmədən saxlanmalıdır.
49. Bununla belə, Cavabdeh3 kassasiya şikayəti üzrə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbində göstərilən 13 sayda – 21 may 2022-ci il tarixli, 4600 reyestr nömrəli; 24 may 2022-ci il tarixli 4676, 4677, 4678, 4679 reyestr nömrəli; 08 iyun 2022-ci il tarixli 18618, 18619, 18620, 18621 reyestr nömrəli; 13 iyun 2022-ci il tarixli 19455, 19458 reyestr nömrəli; 06 iyul 2022-ci il tarixli 23394 və 23395 reyestr nömrəli ərizələrin etibarsız sayılması barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlməmişdir.
50. Müstəqil tələb sürən üçüncü şəxs xx Cavabdeh3 aid yuxarıda qeyd edilən ərizələrin etibarsız sayxxə tələbini belə əsaslandırıb ki, cavabdeh məsuliyyətdən boyun qaçırmaq məqsədilə hüquqdan sui-istifadə edərək ona əsassız və həqiqətə uyğun olmayan məlumatlar verməklə, mahiyyəti tam bildirilmədən, hüquqi nəticəsi gizlədilməklə əsassız ərizələr imzalatdırmış, eləcə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi (Cavabdeh3 aid ərizələr də bu müddətlər daxilində verilib) verilən ərizə və etibarnamələr i başqa məqsədlə vermiş, lakin Cavabdeh3 məsuliyyətdən yayınmaq üçün həmin etibarnamə və ərizələrdən öz məqsədləri üçün istifadə etmişdir. (bax: 8 və 10-cu bəndə)
51. Üçüncü şəxsin iddia ərizəsinin məzmunundan görünür ki, o, həm aldadılmaya (cavabdehin əsassız və həqiqətə uyğun olmayan məlumatlar verməklə), həm də yanılmaya (xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi verilən ərizə və etibarnamələr mahiyyəti tam bildirilmədən verilib) istinad etmişdir.
52. Mülki Məcəlləyə görə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. (MM, 339.2, 339.3cü maddələr)
53. Mülki Məcəllənin 347.2-ci maddəsinə görə isə vacib əhəmiyyətli yanılma o hallardır ki, şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəyib; şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv edib; və tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla ə qdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud olmayıb.
54. Qeyd edilən hallar əqdin etibarsızlığının müstəqil olmaqla, fərqli əsaslarıdır.
55. Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinin mənasına görə şəxsin əqd bağlamaq niyyəti əvvəlcədən olmur və bu niyyət digər tərəfin onu aldatması nəticəsində yaranır, aldatma olmasaydı, şəxs əqd bağlamaz və ya əqdi özünün istədiyi başqa şərtlərlə bağlayardı.
56. Vacib əhəmiyyətli yanılmada isə şəxsin qabaqcadan əqd bağlamaq niyyəti olur, sadəcə o, Mülki Məcəllənin 347.2-ci maddəsində sadalanan hallar üzrə yanılaraq, niyyətində tutduğu əqdi deyil, başqa əqdi bağlayır.
57. Bundan əlavə, aldadılma əsası ilə əqdin etibarsızlığında əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu istənilən hal əsas götürülə bilrəsə, yanılmada isə hər bir yanılma deyil, vacib yanılma halı olmalıdır.
58. Həmçinin nəzərə alınmalıdır ki, yanılma əqdin bağlanması anında mövcud olmalıdır. Yanılma yanılan şəxsin özünün təqsirindən də ola bilər, məsələn, lazımi ehtiyatlılıq göstərməməsi və s., üçüncü şəxslərin hərəkətlərindən və digər hallardan da yarana bilər. Lakin yanılmada əqdin digər tərəfi (və ya digər tərəfin təmsilçisi) təqsirlidirsə, bu zaman əqdin aldadılma əsasında etibarsızlığı nəzərdən keçirilə bilər.
59. Bu əsaslardan hər hansı biri ilə və ya hər iki əsasla müqavilə mübahisələndirilirsə, bu əsasların mövcudluğunu sübut etmək vəzifəsi də mübahisələndirən tərəfin üzərinə düşür.
60. İddia ərizəsindən görünür ki, iddiaçı aldadılmasını (kassasiya baxışının predmeti olan əqdlər üzrə) ümumi sözlərlə ifadə etmiş, konkret olaraq kim tərəfind ən, hansı formada aldılmaması barədə heç bir əsas göstərməmiş və buna dair hər hansı sübuta istinad etməmiş, üstəlik, cavabdehin (Cavabdeh3) axtarışda olduğunu göstərmişdir.
61. Birinci instansiya məhkəməsi isə üçüncü şəxsin aldadılma ilə bağlı dediyi dəlillər yönündə hər hansı qiymətləndirmə aparmamış, üçüncü şəxsin konkret hansı əsasla – aldadılma, yanılma və ya hər iki əsasla ərizələri mübahisələndirməsinə aydınlıq gətirməmiş və bu məsələ, ümumiyyətlə, açıq qalmışdır.
62. Eləcə də üçüncü şəxs yanılmasını da ümumi sözlərlə ifadə etmiş, yanılmışdısa, yanılmasının əsaslarını, əslində hansı məzmunda ərizə vermək niyyətində olduğunu göstərməmişdir.
63. İşdən görünür ki, birinci instansiya məhkəməsi müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia ərizəsində göstərdiyi halları qeyd etmiş və son da Mülki Məcəllənin 347.1 və 347.2-ci maddələrinə yalnız istinad etməklə kifayətlənərək, üçüncü şəxs tərəfindən verilən Cavabdeh3 aid ərizələrin etibarsız olması nəticəsinə gəlmişdir.
64. Cavabdeh3 aid etibarsız hesab edilən 21 may 2022-ci il tarixli, 4600 reyestr nömrəli; 24 may 2022-ci il tarixli 4676, 4677, 4678, 4679 reyestr nömrəli; 08 iyun 2022-ci il tarixli 18618, 18619, 18620, 18621 reyestr nömrəli; 13 iyun 2022-ci il tarixli 19455, 19458 reyestr nömrəli; 06 iyul 2022-ci il tarixli 23394 və 23395 reyestr nömrəli ərizələrdə üçüncü şəxs iradəsini müxtəlif məzmunlarda (iddia tələbindən imtina, şikayətdən imtina və s.) ifadə etmişdir. Həmçinin həmin ərizələr müxtəlif vaxtlarda verilmişdir.
65. Belə olan halda, mübahisənin düzgün həlli baxımından Cavabdeh3 axtarışda olması, ərizələrin müəyyən fasilələrlə ayrı-ayrı vaxtlarda verilməsi də nəzərə alınmaqla üçüncü şəxsin ərizələri verərkən hər dəfəmi yanılıb-yanılmaması, həmin ərizələri əslində hansı niyyətlə vermək istədiyi, onun yanılmasına nəyin və ya kimin təsir etməsi, onun iradə ifadəsinin əslində nəyə yönəlməsi, lakin yanılaraq niyə görə ərizələrdə qeyd edilən məzmunda iradə bildirməsi, ərizələrin məzmununda yanılmışdısa, bunun vacib əhəmiyyətli yanılma olması müəyyən edilməli idi.
66. Halbuki birinci instansiya məhkəməsinin iddianın təmin edilmə əsası kimi istinad etdiyi Mülki Məcəllənin 347.1 və 347.2-ci maddələrinin dispozitiv şərti məhz həmin halların müəyyən edilməsini tələb edir. Hazırki işdə isə həmin hallar müəyyən edilməyib. Başqa sözlə, Mülki Məcəllənin 347.1 və 347.2-ci maddələrinə əsasən əqd etibarsız sa yılırsa, həmin maddələrdə sadalanan dispozitiv şərtlər müəyyən edilməli idi. Bu hallar müəyyən edilmədən iddianın qeyd edilən normalar əsasında etibarsız sayılması maddi hüquq normasının pozuntusunu göstərir.
67. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə görə isə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları göstərilməlidir.
68. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi də qeyd edilən hallara diqqət yetirməmiş, birinci instansiya məhkəməsinin mövqeyini təkrarlamış, əlavə olaraq yalnız əqdin etibarlı olması şərtlərini qeyd edib həmin şərtlərin də hazırki işə tətbiqinə qiymət verməməklə hüququn tətbiqində yol verilmiş səhvi aradan qaldırmamışdır.
69. Bu da göstərir ki, apellyasiya instansiyası məhkəməsi də hüququn tətbiqində səhvə yol vermişdir.
70. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh3 aid ərizələrin etibarsız sayılması hissəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yuxarıda göstərilənlərə əsasən ləğv edilməli, işə həmin hissədə yenidən baxılmalıdır.
71. Beləlilklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçıların və müstəqil tələb irəli sürən üçüncü şəxsin kassasiya şikayətləri təmin edilməməli, iddia tələblərinin təmin edilməyən hissələrində qətnamə dəyişdirilmədən saxlanmalı, Cavabdeh3 kassasiya şikayəti qisməm təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 21 may 2022-ci il tarixli, 4600 reyestr nömrəli; 24 may 2022-ci il tarixli 4676, 4677, 4678, 4679 reyestr nömrəli; 08 iyun 2022-ci il tarixli 18618, 18619, 18620, 18621 reyestr nömrəli; 13 iyun 2022-ci il tarixli 194 55, 19458 reyestr nömrəli; 06 iyul 2022-ci il tarixli 23394 və 23395 reyestr nömrəli ərizələrin etibarsız sayılması (həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması) hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin qeyd edilən hissədə ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, işin müəyyən edilmiş hallarına və tərəflərin hüquq münasibətinə uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
72. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara ald ı: İddiaçılar İddiaçı1, İddiaçı2 və üçüncü şəxs X12nun kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2060/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi həmin şikayətlər üzrə iddia tələblərinin təmin edilməyən hissələrində dəyişdirilmədən saxlansın. Cavabdeh3 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2060/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi 21 may 2022-ci il tarixli, 4600 reyestr nömrəli; 24 may 2022-ci il tarixli 4676, 4677, 4678, 4679 reyestr nömrəli; 08 iyun 2022-ci il tarixli 18618, 18619, 18620, 18621 reyestr nömrəli; 13 iyun 2022-ci il tarixli 19455, 19458 reyestr nömrəli; 06 iyul 2022-ci il tarixli 23394 və 23395 reyestr nömrəli ərizələrin etibarsız sayılması (həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması) hissəsində ləğv edilsin. İş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.