Məhkəmə qərarları › İş №2(102)-3000/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3000/2022

06.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3000/2022 06.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı xxx cavabdehlər Cavabdeh1 MİK-nə, Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ iş № iş № 2(102)-3000/22 (Açar sözlər: protokolun, maliyyə arayışının, çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi) Bakı şəhəri, 06 iyun 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı xxx cavabdehlər "xxxx" Mənzil İstehlak Koperat ivinə (MİK), Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “protokolun, maliyyə arayışının, çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 dekabr 2021-ci il tarixli, 2(103)-9864/2021 saylı qətnaməsindən Cavabdeh1 MİK tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ”Gənc Alim” MTK ilə Həşimova (Soltanova) Brilyant Həşim qızı arasında bağlanmış xx.xx.2004-cü il tarixli, 69 nömrəli “Kooperativ mənzil tikintisi haqqında” müqavilənin surətindən görünür ki, kooperativ ünvan 1 ünvanında inşa ediləcək yaşayış binasında Bakı şəhər i, Yasamal rayonu, Yeni Yasamal-2, Xarici Dairəvi yolu, ev 11, giriş 7, 151 3 otaqlı 81 kv.m sahəsi olan mənzili payçıya təhvil verməyi, payçı isə, mənzili qəbul etməyi və müqavilə ilə müəyyən edilmiş dəyərini kooperativə ödəməyi öhdələrinə götürmüşdürlər. Müqaviləyə əsasən mənzilin dəyəri 10400 ABŞ dolları müəyyən edilmişdir. Müqavilənin 3.2-ci bəndinin şərtinə əsasən mənzilin dəyərinin hər kv.m 130 USD olmaqla iki il müddətinə, hər kv.m 100 USD olmaqla birdəfəlik ödənilməsi nəzərdə tutulmuşdur.

2. Kassa mədaxil qəbzlərinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Həşimova (Soltanova) Brilyant Həşim qızı tərəfindən Cavabdeh1 MTK-nın hesabına mənzilə görə 2004-cü ildə 1350 ABŞ dolları, 10.045.000 manat, 2005-ci ildə 4.900.000 manat, 8.160.000 manat, 6.440.000 manat və 2006-cı ildə 2666 ABŞ dolları, cəmi 29545000 manat (AZM) və 4016 ABŞ dolları ödəniş həyata keçirilmişdir. 3. ”Gənc Alim” MTK ilə Cavabdeh2 aralarında bağlanmış xx.xx.2006-cı il tarixli, 151 nömrəli Kooperativ mənzil tikintisi haqqında” müqavilənin surətindən görünür ki, kooperativ ünvan 3 ünvanında inşa ediləcək yaşayış binasında giriş 7, 6-cı mərtəbə, 3 otaqlı 78.2 kv.m sahəsi olan 151 saylı mənzili payçıya təhvil verməyi, payçı isə, mənzili qəbul etməyi və müqavilə ilə müəyyən edilmiş dəyərini kooperativə ödəməyi öhdələrinə götürmüşdürlər. Müqaviləyə əsasən mənzilin dəyəri 24000 ABŞ dolları manatı müəyyən edilmişdir. Müqavilənin 3.2-ci bəndinin şərtinə əsasən mənzilin dəyərinin hər kv.m 130 USD olmaqla iki il müddətinə, hər kv.m 100 USD olmaqla birdəfəlik ödənilməsi nəzərdə tutulmuşdur. 4. xx.x x.2006-cı il tarixli, 38 nömrəli maliyyə arayışının surətindən görünür ki, qeyd olunan mənzilin dəyəri Cavabdeh2 tərəfindən tam ödənilmişdir və MTK-ya borcu yoxdur.

5. Daşınmaz Əmlakın Dövlət Reyestridən xx.xx.2021-ci il tarixli, **********49-05301093180 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, Xarici Dairəvi yolu, ev 11, giriş 7, 151 saylı mənzil Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı xxx cavabdehlər "xxxx" MİK-nə, Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “protokolun, maliyyə arayışının, çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, Xarici Dairəvi yolu, ev 11, giriş 7, 151 saylı mənzilin Cavabdeh2 adına keçirilməsinə dair Cavabdeh2 ilə Cavabdeh1 MİK arasında imzalanmış xx.xx.2006-cı il tarixli kooperativ mənzil tikintisi haqqında müqavilənin, "Gənc Alim” MİK-nin tərtib etdiyi idarə heyəti üzvlərinin 1 saylı protokolunun və həmin kooperativin adından tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 114 saylı maliyyə arayışının etibarsız hesab edilməsi, həmin sənədlər əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən aparılmış ********** saylı qeydiyyatın və həmin qeydiyyata əsas ən Cavabdeh2 adına verilmiş xx.xx.2021-ci il tarixli **********49-05301-093180 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və xx.xx.2021-ci il tarixli 04/12331 inventar nömrəli texniki pasportun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki,Cavabdeh1 MİK ilə arasında bağlanmış xx.xx.2004-cü il tarixli, 69 nömrəli "Kooperativ mənzil tikinti haqqında” müqaviləyə əsasən cavabdeh ünvan 1 ünvanında yaşayış binasını inşa edərək 3 otaqlı 81 kv.m sahəsi olan mənzili ona təhvil verməyi, o isə, müqavilə ilə şərtləşdirilmiş qaydada və məbləğdə cavabdehə ödəniş etməyi öhdələrinə götürmüşdürlər. Müqavilənin 3.2-ci bəndində nəzərdə tutulmuş qaydada pul məbləğini cavabdehə ödəyərə k həmin müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etmişdir. Lakin səhhətində yaranmış problemlə bağlı uzun müddət yataq xəstəsi olduğundan, Cavabdeh1 MİK üzvlərinin ümumi yığıncağının protokolunu və maliyyə arayışını əldə etməsi mümkün olmadığından mənzilinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əldə edə bilməmişdir. Cavabdeh1 Mənzil İstehlak Kooperativinin sədri Aydın Cəfərov 2020-ci ilin avqust ayından başlayaraq ona müxtəlif üsullarla təzyiq etməyə başlamış, guya onun Cavabdeh1 MİK-nə borcu olduğunu və həmin borcu ödəməli olduğunu bildirmişdir. Aydın Cəfərovdan borcun nə ilə bağlı olduğunu soruşduqda, bu borcun mənzilin kommunal xərclərinə görə yaranmış olduğu və 7000 manat təşkil etdiyi bildirilmişdir. Onun təmsil etdiyi Kooperativlə hər hansı bir müqaviləsinin olmadığını və müqavilədən gələn öhdəliklərinin olmadığını bildirmişdir. Bundan sonra, Aydın Cəfərovdan mənzilinə dair vaxtilə rəhbəri olduğu Cavabdeh1 MİK üzvlərinin ümumi yığıncağının protokolunu və maliyyə arayışını verməsini tələb etmiş, o isə, Cavabdeh1 MİK ilə aralarında olan müqaviləni və ödəniş qəbzlərini ona təqdim etdiyi halda kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarış və maliyyə arayışını verəcəyini bildirmişdir. İstədiyi sənədləri ona təqdim etmiş, bundan sonra bəlalar başlamışdır. Aydın Cəfərov və onun tabeliyində olan Rəşad adlı komendant bir neçə dəfə mənzilinin qapısının kilidini sındırmışdırlar. Onların bu qanunsuz əməlləri ilə bağlı 102 qaynar xəttinə və Yasamal rayon 29 saylı polis şöbəsinə müraciət edərək, ölçü götürülməsi ni tələb etsə də, onların barəsində hər hansı bir tədbir görülməmişdir. Bütün bu qeyd edilənlərdən sonra Cavabdeh1 MİK-nın mövcud olub-olmamasını araşdırmağa başlamışdır. Vəkili vasitəsilə müvafiq sorğu verdikdən sonra məlum olmuşdur ki, Cavabdeh1 MİK xx.xx.2005-ci il tarixdə ləğv edilərək hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. Bundan başqa araşdırmalar nəticəsində müəyyən etmişdir ki, Cavabdeh1 MTK-nin adına oxşar adla xx.xx.2006-ci ildə Cavabdeh1 MİK təsis edilmişdir. Aydın Cəfərova Cavabdeh1 Mənzil Tikinti Kooperativinin ləğv edildiyi halda onun hal-hazırda hansı statusdan çıxış etdiyini soruşmuş, o isə, hal-hazırda səlahiyyətlərin onun əlində olduğunu bildirmiş və mənzilin boşaldılmasını tələb etmişdir. AR Mənzil məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooper ativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Qanunvericiliyin tələbindən də göründüyü kimi pay haqqını ödədiyindən artıq həmin əmlak üzərində mülkiyyət hüququnu əldə etmiş, vaxtı ilə Cavabdeh1 MTK-nin sədri olmuş Aydın Cəfərov tərəfindən mənzilin açarları ona təhvil verilmiş, tərəfindən mənzildə təmir işləri aparılmışdır. Həmçinin, bütün işıq, su sayğacları onun adına qeydiyyata alınmış, sərf edilən su və elektrik enerjisinə görə ödənişlər onun tərəfindən ödənilmiş və dövlət orqanları həmin mənzilin mülkiyyətçisi kimi onu tanıyırlar. Bütün bu qeyd edilənləri Cavabdeh1 MTK-nin sədri olmuş Aydın Cəfərova bildirsə də, hər-hansı bir nəticə əldə edə bilməmişdir. Bundan başqa, mənzilin dəyərini ödəsə də, hüquqi şəxs ləğv edildiyindən “mənzil-tikinti kooper ativi üzvlərinin ümumi yığıncağının” Qərarı və Maliyyə arayışını əldə etməsi mümkün olmadığı üçün ünvan 4 ünvanında yerləşən 3 otaqlı mənzilə dair mülkiyyət hüququnu dövlət qeydiyyatına aldıra bilməmişdir. Cavabdeh1 MTK-nin sədri olmuş Aydın Cəfərov həmin mənzil üzərində hüquqlarını qeydiyyata aldıra bilmədiyindən xəbəri olduğundan həmin mənzili onun əlindən almağa dair müxtəlif addımlar atmağa başlamışdır. Belə ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh1 MİK-nin Rəşad adlı komendantı yenidən mənzilinin qapısını sındırmağa cəhd etmişdir. Mənzildə olan oğlu ona bu hərəkətlərinin qanunsuz olduğunu bildirmiş, komendant artıq mənzilin başqa sahibinin olduğunu, həmin mənzilə dair onun çıxarış və texniki pasporta sahib olduğunu bildirmiş və oğlundan mənzilin boşaltmasını tələb etmişdir. Mənzili boş altdığı təqdirdə ödədiyi və mənzilə çəkdiyi pulların geri qaytarılacağı bildirmişdir. Bundan sonra araşdırma nəticəsində müəyyən etmişdir ki, Cavabdeh2 adlı şəxs, Cavabdeh1 MİK-nin tərtib etdiyi saxta idarə heyəti üzvlərinin xx.xx.2020-ci il tarixli 1 saylı protokolundan çıxarış və həmin kooperativin adından xx.xx.2020-ci il tarixli 114 saylı maliyyə arayışı tərtib etmiş və kooperativin möhürünü vuraraq Aydın Cəfərovun imzası ilə təsdiq edilmiş sənədlərlə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək öz adına xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və xx.xx.2021-ci il tarixli 04/12331 inventar nömrəli texniki pasport almışdır. Cavabdeh1 MİK ilə heç bir bağlılığı olmayan Cavabdeh1 MİK-nin onun mülkiyyətində və istifadəsində olan mənzilə dair sərəncam verərək belə bir sənəd tərtib etməsi artıq özü özlüyündə sənədlərin saxtalaşdırılmasıdır. MM-nin 61.12-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır. Cavabdeh1 MİK artıq xx.xx.2005- ci il tarixdə ləğv edilmişdir. Cavabdeh1 MİK-nin isə Cavabdeh1 MİK ilə bağlılığı olmadığı halda ləğv edilmiş hüquqi şəxsin adından çıxış edə və ona məxsus olmayan onun balansında olmayan əmlak üzərində sərəncam verə bilməz.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Toğrul Axundov) 2(004)3827/2021 saylı, xx.xx.2021-ci il t arixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh2 ilə Cavabdeh1 Mənzil Tikinti Kooperativi arasında 15 mart 2006-cı il tarixdə imzalanmış kooperativ mənzil tikintisi haqqında müqavilə, "Gənc Alim” Mənzil İstehlak Kooperativinin tərtib etdiyi idarə heyəti üzvlərinin 06 avqust 2020-ci il tarixli 1 saylı protokolu və həmin kooperativin adından tərtib edilmiş xx.xx.2020-ci il tarixli 114 saylı maliyyə arayışının etibarsız hesab edilməsi, Cavabdeh1 Mənzil İstehlak Kooperativinin tərtib etdiyi sənədlərə əsasən Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən aparılmış ********** saylı qeydiyyat və həmin qeydiyyata əsasən Cavabdeh2 adına verilmiş xx.xx.2021-ci il tarixli **********49-05301-093180 reyes tr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və xx.xx.2021-ci il tarixli 04/12331 inventar nömrəli texniki pasportun etibarsız hesab edilməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2004-cü il tarixdə dövlət qeydiyyatına alınmış Cavabdeh1 MİK xx.xx.2005-ci il tarixdə ləğv edilərək hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. Həmçinin mübahisələndirilən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, Xarici Dairəvi yolu, ev 11, giriş 7, 151 saylı mənzilin Cavabdeh2 adına keçirilməsinə dair Cavabdeh2 ilə Cavabdeh1 MİK arasında imzalanmış xx.xx.2006-cı il tarixli kooperativ mənzil tikintisi haqqında müqavilənin, "Gənc Alim” MİKnin tərtib etdiyi idarə heyəti üzvlərinin 1 saylı protokolunun və həmin koo perativin adından tərtib edilmiş xx.xx.2020-ci il tarixli 114 saylı maliyyə arayışının hüquq fəaliyyəti olmayan, heç bir səlahiyyətli dövlət təşkilatında qeydiyyatdan keçməmiş, ləğv edilmiş qurumun adından tərtib olunması MTK-nın adından keçirilən iclasların öz fəaliyyəti, yaxud başqa məsələlərlə bağlı qərarlar vermək səlahiyyətinə malik olmaması müəyyən edilmişdir.

10. Məhkəmə iddianı təmin edərkən, mənzilin dəyərinin iki il ərzində iddiaçı tərəfindən tam ödənilməsini, mübahisəli mənzilin uzun illərdir ki və hal hazırda da, iddiaçının istifadəsində olmasını, eləcə də digər Cavabdeh2 tərəfindən bu illər ərzində iddiçıya qarşı hər hansı bir iddiasının olmamasını da nəzərə alaraq qeyd etmişdir ki, işin bu halları eləcədə mübahisəli mənzilin iddiaçının sərancamında və istifadəsində olması iş materialları, o cümlədən də, cinayət işinin rədd edilməsinə dair qərarlarla da, öz təsdiqini tapır.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43, 44, 48, 59, 324, 337-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişlər.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MTK ilə Həşimova (Soltanova) Brilyant Həşim qızı arasında Kooperativ mənzil tikinti haqqında Müqavilə iddia ərizəsində göstərildiyi kimi 24 noyabr 2004-cü ildə deyil, 04 fevral 2004-cü ildə bağlanmışdır. Mənzilin dəyəri 10400 ABŞ dolları müəyyən edilmişdir. Göründüyü kimi Müqavilənin tarixi iddiaçı tərəfindən pozulub düzəl dilmişdir. Həmçinin həmin Müqavilədə mənzilin hansı girişdə, hansı mərtəbədə yerləşməsi və mənzilin nömrəsi göstərilməyib. İddiaçı tərəfindən Müqavilədə nəzərdə tutulan məbləğdən 4100 ABŞ dolları ödənilməmişdir. İddiaçı tərəfindən Müqavilənin tarixi saxtalaşdırıldığı üçün birinci ödəniş guya Müqavilə bağlanmamışdan əvvəl, yəni, 29 iyul 2004-cü ildə ödənilib. Bundan sonra dəfələrlə iddiaçıya müraciət olunaraq qalıq borcun ödənilməsi xahiş olunmuş və əks təqdirdə Kooperativ üzvlüyündən çıxarılacağı barədə xəbərdarlıq edilmişdir. xx.xx.2006-cı ildə Soltanova (Həşimova) Brilyant Həşim qızına qalıq 4100 ABŞ dolları borcun ödənilməsi, əks təqdirdə MTK üzvlüyündən çıxarılacağı barədə XƏBƏRDARLİQ edilmişdir. Həmin xəbərdarlıq məktubunu şəxsən B.H. Soltanova imza edərək qəbul etmişdir. 01 may 2013- cü ildə poçt vasitəsi ilə Soltanova (Həşimova) Brilyant Həşim qızına məktub göndərilmiş və MTK ilə əlaqə saxlamağı xahiş edilmişdir. 10 noyabr 2013-cü ildə və 25 oktyabr 2017-ci ildə poçt vasitəsi ilə Soltanova (Həşimova) Brilyant Həşim qızına müraciət edilərək MTK-nın hesabına ödədiyi pulları geri alması xahiş edilmişdir. 01 fevral 2021-ci ildə məktubla Həşimova (Soltanova) Brilyant Həşim qızına MTK-nın hesabına ödədiyi pulları geri alması xahiş edilmişdir. Həmin məktubu iddiaçının keçmiş həyat yoldaşı Soltanov qəbul etmişdir. "xxxx" Mənzil Tikinti Kooperativ üzvlərinin xx.xx.2003-cü ildə keçirilən 4 saylı ümumi iclasında və xx.xx.2003-cü ildə keçirilən 6 saylı iclasında belə bir qərar qəbul edilmişdir: İki il müddətində tikinti üçün müəyyən edilmiş pay haqqınvaxtında ödəməyən MTK üzvü qe yd-şərtsiz MTK üzvlüyündən azad edilsinlər və onların yerinə 100 % ödəniş edən üzvlər qəbul edilsinlər. "xxxx" Mənzil Tikinti Kooperativ üzvlərinin xx.xx.2006- cı ildə keçirilən ümumi iclasında borcu qalan BDU əməkdaşlarına təsir etmək üçün Universitetin rəhbərliyinə müraciət edilməsi qərara alınmışdır. "xxxx" Mənzil Tikinti Kooperativi üzvlərinin xx.xx.2006-cı ildə keçirilən ümumi iclasında borclarını ödəmədikləri üçün bəzi Kooperativ üzvləri, o cümlədən X1 üzvlüyündən azad edilmiş və onların ödədikləri pulların geri qaytarılması barədə qərar qəbul edilmişdir. Soltanova B.H həmin qərarla tanış olmuş və bu barədə tərtib olunmuş siyahıya imza etmişdir. İddiaçı Kooperativ üzvlüyündən azad edildiyi və bu barədə artıq xx.xx.2006-cı ildə məlumatlı olduğu üçün həmin şəxsin belə bir iddia qaldırm asına subyektiv hüququ yoxdur. Cavabdeh2 ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında xx.xx.2006-cı ildə Kooperativ Mənzil Tikinti Haqqında 151 saylı Müqavilə imzalanmışdır. Həmin tarixdə M.Ə. Həsənova tərəfindən üç otaqlı mənzil üçün 24000 ABŞ dolları ödənilmişdir və bu barədə ona 38 saylı Maliyyə arayışı verilmişdir. "xxxx" Mənzil Tikinti Kooperativi üzvlərinin xx.xx.2006-cı ildə keçirilən ümumi iclasının 2 saylı Protokolu əsasında Cavabdeh2 MTK üzvlüyünə qəbul olunmuşdur. "xxxx" Mənzil Tikinti Kooperativi üzvlərinin 06 avqust 2020-ci il tarixli, 1 saylı iclasının qərarı ilə Cavabdeh2 mənzilin özəlləşdirilməsi üçün lazım olan sənədlərin verilməsi barədə qərar qəbul edilmişdir. "xxxx" MTK xx.xx.2005-ci il tarixində ləğv olunması barədə hüquqi şəxsə heç bir məlumat verilməyib və hətta hə min vaxtdan sonra da Vergi Orqanları tərəfindən "xxxx" MTK-da yoxlamalar aparılıb və həmin hüquqi şəxsin adından dövlət büdcəsinə ödəmələr həyata keçirilib. Məhkəməyə təqdim edilmiş "xxxx" Mənzil İstehlak Kooperativinin Nizamnaməsinin 1.1-ci bəndində deyilir: Kooperativ Bakı şəhər İH-i xx.xx.1990-cı İ tarixli 6/126 saylı qərarı ilə dövlət qeydiyyatına alınmış "xxxx" mənzil- istehlak kooperativinin bazasında yaradılmışdır və onun hüquqi varisidir. Sadəcə olaraq qeydiyyat orqanı tərəfindən "xxxx" Mənzil Tikinti Kooperativinin əvəzinə texniki səhv ucbatından "xxxx" Mənzil İstehlak Kooperativi sözləri yazılmışdır. Əgər məhkəmə cüzi də olsa, obyektivlik göstərib təqdim edilən sənədlə- Bakı şəhər İH-nin xx.xx.1990-cı İ tarixli 6/126saylı qərarı ilə tanış olsaydı, onda həmin qərarda hansı qurum dan söhbət getdiyini aydın görərdi.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər A.V.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.S.Səmədov və İ.S.Şirinov) 03 dekabr 2021-ci il tarixli, 2(103)-9864/2021 saylı qətnaməsi ilə cavabdehlər "xxxx" MİK, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-3827/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıya müqavilədə göstərilən ölçüdə mənzil təqdim edilməsə də təqdim edilən kvaduraturadan artıq olan pay haqqını tam ödədiyindən onun həmin əmlaka sahiblik və istifadə hüquqları yaranmışdır ki, bu da MİK tərəfindən sözügedən mənzilin başqa şəxsin adına rəsmiləşdirilməsini i stisna edir.

16. Cavabdehlərin apellyasiya şikayətinin dəlillərinə qiymət verən məhkəmə qeyd etmişdir ki, iddiaçının 4100 ABŞ dolları borcunun qalmasını təsdiq edən hər hansı bir sübut, məhkəməyə təqdim edilməmiş və iş materiallarında aşkar edilməmişdir. Həmçinin xx.xx.2006-cı ildə iddiaçının qalıq borcunun olması barədə xəbərdarlığa imza ataraq qəbul etməsi halına istinad olunsa da, Cavabdeh1 MTK xx.xx.2005-ci il tarixində ləğv edilərək hüquqi şəxslərin dövlət reyestrindən çıxarıldığına görə onun adından verilmiş xəbərdarlıq, qəbul edilmiş qərar, bağlanmış əqd və edilmiş hər hansı bir hüquqi hərəkət etibarsızdır.

17. İddiaçı ilə müqavilənin 24 noyabr 2004-cü ildə deyil, 04 fevral 2004-cü ildə bağlandığı, müqavilənin tarixinin iddiaçı tərəfindən pozulub düzəldiyi, həmçinin həmin müqavilədə mənzilin hansı girişdə, hansı mərtəbədə yerləşməsi və mənzilin nömrəsinin göstərilmədiyi barədə dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, düzəliş cəmiyyətin möhürü ilə təsdiq edilmiş, mənzilin dəyərinin 10400 ABŞ dolları olması ilə bağlı hər hansı şərt nəzərdə tutulmamışdır. Bundan başqa, həmin müqavilədə mənzilin girişi, hansı mərtəbədə yerləşməsi və mənzilin nömrəsinin göstərilməməsi həmin mənzilin bu və ya digər şəxsə aid olmaması demək deyildir. Qeyd edilən mənzilin iddiaçının istifadəsində olması məhkəmə kollegiyası tərəfindən xx.xx.2021-ci ildə tərəflərin iştirakı ilə təşkil edilmiş yerli baxış əsasında da müəyyən edilmişdir. Bu hal həm də iş materiallarında olan kommunal ödənişlərin, vergilərin iddiaçı tərəfindən ödənilməsini göstərən qəbzlərlə bir daha öz təsdiqini tapır. Bun dan başqa cavabdehin nümayəndəsi Əli Qasımovun yerli baxışda iddiaçının müqavilədə göstərilən mənzilin hal-hazıra göstərilən mənzil olması faktını təsdiq etmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi işin hallarına əsasən qeyd etmişdir ki, cavabdeh iddiaçının MTK üzvlüyündən xaric edilməsinə dair hər hansı qərarın mövcudluğu ilə bağlı iş materiallarında hər hansı bir sənəd mövcud deyildir. Başqa sözlə, cavabdeh MTK iddiaçının üzvlükdən xaric etməsi ilə bağlı hər hansı qərar qəbul etməmiş və iddiaçıya üzvlükdən xaric edilməsi ilə bağlı məlumat verməmişdir. İş materiallarında olan xx.xx.2006-cı il tarixli Soltanova Brilyantın MTK üzvlüyündən azad edilməsi və onların kooperativ hesabına keçirdikləri ödənişlərin onlara nəzərdə tutulan mənzillərin satılaraq geri qaytarılması barədə qərar qəu l edilməsi barədə protokola sonradan əlavə edilmiş imzaların olduğu vərəqin surətinə istinad edərək iddiaçının həmin qərarla tanış olduğunu bildirir. Kollegiya bununla bağlı qeyd etmişdir ki, MTK üzvlərinin imzalarının olduğu vərəqin surəti mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki, həmin vərəq həm kserosurət olması, həm də ayrı-ayrı vərəqələr olduğundan protokolun davamı kimi qəbul edilə bilməməsi səbəbindən sübut kimi qətnamənin əsasını təşkil etmir.

19. Apellyasiya instansiyası məhkəməsi ”Gənc Alim” MİK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 151 nömrəli Kooperativ mənzil tikinti haqqında” müqavilənin dəyəri ilə bağlı qeyd etmişdir ki, müqaviləyə əsasən mənzilin dəyəri 24000 ABŞ dolları manatı müəyyən edildiyi göstərilsə də müqavilənin 3.2-ci bəndi ilə müqaviləni n dəyəri ziddiyyət təşkil edir. Belə ki, müqavilənin 3.2-ci bəndinin şərtinə əsasən mənzilin dəyərinin hər kv.m 130 USD olmaqla iki il müddətinə, hər kv.m 100 USD olmaqla birdəfəlik ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilə şərtinə əsasən əgər həqiqətən müqavilə 2006cı ildə bağlanmışdırsa, cavabdeh ödənişi bir dəfəyə ödəmişdirsə onda cavabdeh 7820 ABŞ dolları ödəniş etməli idi. Lakin nədənsə cavabdehin ödədiyi ödənişin 24000 ABŞ dolları olması göstərilir ki, bu da təqribən mənzilin 1 kv.m. qiymətinin 306 ABŞ dolları olması ilə nəticələnir.

20. Həmçinin məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan MTK ilə digər Cavabdeh2 arasında olan müqavilələr də şübhə doğurur. Belə ki, iş materiallarında olan alqı-satqı müqaviləsinin birində X2 digərində isə Cavabdeh2 və müqavilənin son vərəqində id diaçının xx.xx.2012-ci ildə aldığı şəxsiyyət vəsiqəsinin göstəriciləri qeyd edilmişdir bü isə özü özlüyündə həmin müqavilənin sonradan tərtib edilməsi faktını təsdiq edir. Bundan başqa iddiaçının nümayəndəsinin tələbinə baxmayaraq MTK ilə digər Cavabdeh2 arasında olan müqavilənin dəyərinin ödənilməsinə dair kassa mədaxil orderi məhkəməyə təqdim edilməmiş və buda bir daha həmin ödənişin qəbul edilməməsinə dəlalət edir.

21. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, Xarici Dairəvi yolu, ev 11, giriş 7, 151 saylı mənzilin Cavabdeh2 adına keçirilməsinə dair Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında imzalanmış xx.xx.2006cı il tarixli kooperativ mənzil tikintisi haqqında müqavilənin, "Gənc Alim” MİK-nin tərtib etdiyi idarə heyəti üzvlərinin 1 sayl ı protokolunun və həmin kooperativin adından tərtib edilmiş xx.xx.2020-ci il tarixli 114 saylı maliyyə arayışının hüquq fəaliyyəti olmayan, heç bir səlahiyyətli dövlət təşkilatında qeydiyyatdan keçməmiş, ləğv edilmiş MTK tərəfindən həyata keçirilmişdir ki, bu da həmin hərəkətlərin və qəbul edilmiş qərarların etibarsız hesab edilməsi üçün əsasdır. Cavabdeh MİK ilə digər Cavabdeh2 arasında olan müqavilənın xx.xx.2006-cı il tarixində bağlanmasının etibarsızlığı ilə yanaşı, həmin müqavilədə qeyd edilən “2004” rəqəminin “2006“olaraq düzəliş edilməsi aydın görünür.

22. Kollegiya birinci instansiya qətnaməsinin mətnində məhkəmənin gəlddiyi yekun nəticə ilə bağlı “iddia təmin edilməməlidir” ifadəsini texniki səhv kimi qiymətləndirilməli olduğunu və qətnamənin ləğvi üçün əsas olmadığını, Cavabdeh1 Mənzil İstehlak Kooperativinin nizamnaməsinin 1.1-ci bəndində Kooperativin Bakı şəhəri İH-i xx.xx.1990cı il tarixli 6/126 saylı qərarı ilə dövlət qeydiyyatına alınmış Cavabdeh1 Mənzil İstehlak Kooperativinin bazasında yaradılması və onun hüquqi varisi olmasının texniki səhv olması barədə əslində Cavabdeh1 Mənzil Tikinti Kooperativi yazılmalı olduğu barədə dəlilinə münasibətdə kollegiya qeyd etmişdir ki, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin VÖEN-i ********** olmuş, Cavabdeh1 Mənzil İstehlak Kooperativinin VÖEN-i isə ********** olmuşdur. Vergi ödəyicisinin eyniləşdirmə nömrələrindən də göründüyü kimi başqa-başqa hüquqi şəxslərdir. Həmçinin iş materiallarında olan Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 30 iyun 2021-ci il tarixli məktubundan (i.v. 77) gö rünür ki, “Gənc Alim” MTK xx.xx.2005-ci il tarixində ləğv edilərək hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. Qurumun hüquqi varisliyi barədə məlumat aşkar edilməmişdir.

23. Sadalanan xüsusatlara əsasən kollegiya hesab etmişdir ki, iddia tələbinin təmin edilməsindən ibarət birinci instansiya məhkəməsinin mövqeyi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olduğundan, apellyasiya şikayətinin dəlilləri qənamənin ləğvi üçün əsas deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh1 MİK kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xa hiş etmişdir.

25. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları düzgün qiymətləndirməmiş və sadəcə qanunvericiliyin normalarını sadalamaqla kifayətlənmiş, apellyasiya şikayətinin dəlillərinə səthi yanaşmış, heç bir əsaslandırma aparmadan cavabdehin dəlillərini nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) c) Prosessual məsələlər

27. M əhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.

28. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öh dəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.

30. Maddə 44.1. Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.

31. Maddə 48.1. Hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatının məlumatları, o cümlədən kommersiya təşkilatları üçün firma adı ümumi tanışlıq üçün açıq olan hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir.

32. Maddə 59.1. hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qay dasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir.

33. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

34. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

35. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan i stifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

40. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dai r dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

41. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. İş üzrə Cavabdeh1 MİK kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən, iddia tələbləri bölünməz olduğundan qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nə ticəyə gəlmişdir.

46. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətlərinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam və müfəssəl qiymət verilmiş, apellyasiya məhkəməsi iş materiallarında olan sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq düzgün qiymətləndirib.

47. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

48. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən maddi və prossesual hüquq normaları məh kəmələr tərəfindən pozulmamışdır. Buna görə də, kassasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

49. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 Mənzil İstehlak Kooperativinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9864/2021 nömrəli iş üzrə 03 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar