Məhkəmə qərarları › İş №2(102)-3001/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3001/2024

23.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3001/2024 23.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1 qarşı ilk, Cavabdeh1 İddiaçı qarşı (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X6, İnkişafı və Bərpası Dövlət Xidmətinin Bakı Regional İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: (Mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması ilə bağlı tələblər (neqator tələb) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakim lər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev ispəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1 qarşı “cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi, mülkiyyət hüququndan istifadəyə yaradılmış maneələrin qadağan olunması” ilk, Cavabdeh1 İddiaçı (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X6, İnkişafı və Bərpası Dövlət Xidmətinin Bakı Regional İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində)“cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, onun tərəfindən aparılmış özbaşına təmir tikinti işlərinin cavabdehin hesabına sökülməsi, binanın zirzəmisinin əvvəlki vəzi yyətinə qaytarılması və dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddialarla bağlı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-113/2024 nömrəli, 19 mart 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 23 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş xx.xx.2021-ci il tarixli, **********60-083005 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışına əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 153,50 kv.m olan qeyriyaşayış sahəsi İddiaçı (bundan sonra iddiaçı) xüsusi mülkiyyətindədir. 2. “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş xx.xx.2006-ci il tarixli MH seriyalı, ******* nömrəli dövlət reyestrindən çıxarışına əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 898,8 kv.m olan qeyri-yaşayış sahəsi Cavabdeh1 (bundan sonra cavadeh) xüsusi mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlərə qarşı ilk iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən 153,50 kv.metr qeyri-yaşayış sahəsinin tavanı və "xxxx" MMC-yə məxsus sahənin döşəmə hissəsinin müştərək qaydada əsaslı təmir-bərpa edilməsi; qeyri-yaşayış sahəsinin ümumi həyət tərəfdə olan qapısının üzərinə qanunsuz olaraq inşa edilmiş, giriş-çıxışa maneəçilik törədən pilləkən qəf əsinin cavabdehlərin maddi vəsaiti hesabına sökülərək maneənin aradan qaldırılması; qeyri-yaşayış sahəsinin ümumi həyət tərəfdə olan divarına bitişik şəkildə qanunsuz olaraq inşa edilmiş 2 ədəd sanitar qovşağın və 1 ədəd kombi otağının cavabdehlərin maddi vəsaiti hesabına sökülməsi; qeyri-yaşayış sahəsinin çöl fasad divarına cavabdehlər tərəfindən birləşdirilmiş kommunikasiya (su, elektrik) xətlərinin cavabdehlərin maddi vəsaiti hesabına sökülməsi; qeyri-yaşayış sahəsinin mətbəx hissəsinin üzərində yerləşən cavabdehə məxsus sanitar qovşağın cavabdehlərin maddi vəsaiti hesabına təmir edilməsi; cavabdehlərin hərəkətləri qanunsuz hesab edilərək qeyri-yaşayış sahəsindən və qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın ümumi həyət qapısından istifadəyə, həmçinin qeyri-yaşayış sahəsinin təmir-bərpa sına məhdudiyyət yaradılmasının cavabdehlərə və digər şəxslərə qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı iddia tələbini işin hallarına istinad edərək əlavə olaraq onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan Yasamal rayonu, M.Muxtarov küçəsi 50 ünvanında yerləşən 153,50 kv.metr qeyri-yaşayış sahəsi iddiaçıya məxsusdur. Binanın birinci mərtəbəsində qeyri-yaşayış sahəsi, ikinci mərtəbəsində isə Cavabdeh1 təsis etdiyi "xxxx" MMC (bundan sonra MMC) fəaliyyət göstərir. Yuxarı mərtəbədə kimsə normal şəkildə gəzib hərəkət edəndə iddiaçının obyektinə toz-torpaq tökülür, obyektin tavanı silkələnərək təhlükəli vəziyyət yaranır. Mərtəbələr arası taxta şalbanların yalnız təbii aşınma nəticəsində deyil, həmçinin də əlavə yüklənmə və s. kənar təsirlərdən baş v erməsi nəzərə alınsa, onda mərtəbələr arasında olan tavan və döşəmə həm iddiaçının, həm də cavabdehlərin maddi vəsaiti hesabına təmir edilməlidir. İddiaçıya məxsus tavan və cavabdehlərə məxsus döşəmə eyni vaxtda orada olan tələbələrin və əşyaların ağırlığı nəticəsində mərtəbələr arası taxta şalbanlar nəzərdə tutulduğundan artıq yüklənir. Həmçinin MMC-in sanitar qovşağı iddiaçıya məxsus obyektin mətbəx hissəsinin üzərində yerləşir. Sanitar qovşaqdan axan çirkab suları birbaşa iddiaçıya məxsus sahənin mətbəxinə tökülür.

5. Bundan başqa, Cavabdeh1 beş qonşunun istifadəsində olan binanın ümumi giriş qapılarının qıfıllarını dəyişdirmiş, binanın həyətyanı sahəsinə heç kimin buraxılmamasına dair universitet işçilərinə qanunsuz göstəriş vermiş, həmçinin iddiaçının obyektinin divarına bitişik qanun suz tikililər (2 ədəd sanitar qovşaq) inşa etdirmiş, o cümlədən obyektə giriş qapısının qarşısını kəsən, giriş-çıxışa mane olan pilləkən quraşdırmışdır. Həmçinin, iddiaçının obyektinə bitişik 1 ədəd otaq tikmişdir. Həmin otaqda isə kombilər quraşdırılmışdır. Həmin otaqda bağlı yerdə kombi işləməsi iddiaçının obyekti üçün real təhlükə yaradır. Beləliklə də, istər obyektə normal şəkildə giriş-çıxış, istər obyektdən təhlükəsiz şəkildə istifadə etmək, istərsə də sanitar qovşaqlarından və pilləkənin iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin divarına birləşmiş sahəsindən binaya sızan nəmişlik və pis qoxu obyektdən istifadəni mümkünsüz edir.

6. Cavabdehlərin qanunsuz hərəkəti ümumi həyətdən istifadə edən digər qonşuların da hüquqlarını pozur. Bununla bağlı 2021-ci ilin dekabr ayının sonlarında MMC -in rektoru və həmin obyektin mülkiyyətçisi kimi özünü təqdim edən Cavabdeh1 iddiaçının nümayəndəsi birlikdə tavanı və kanalizasiya xətlərini təmir etməyi təklif etmiş və bunun həm orada təhsil alan tələbələrin, həm də aşağıda fəaliyyət göstərən digər şəxslərin həyatına təhlükə yaratdığını, həmçinin də iddiaçının qanuni mülkiyyətində olan qeyri-yaşayış sahəsindən istifadə edə bilmədiyini bildirmişdir. Cavabdeh1 nümayəndənin bu təklifini olduqca kobud şəkildə rədd edərək söyləmişdir ki, “siz kimsiz, buranı sizin əlinizdən alacağam, heç bir təmir aparmayacağam və sizin də təmir işləri görmənizə icazə verməyəcəm”. 7. 03.01.2022-ci tarixdə iddiaçının nümayəndəsi kosmetik təmir işləri görməyə başlamaq istəsə də Cavabdeh1 buna imkan verməyərək ətrafında olan Universitetin işçiləri ilə birlikdə i ddiaçının nümayəndəsinə hücum çəkmək istəmişdir. İddiaçının nümayəndəsi isə münaqişənin dərinləşəcəyindən qorxub Daxili İşlər Nazirliyinin “102 qaynar xəttinə” müraciət etmiş və işləri yarımçıq saxlamışdır. Cavabdehlərin iddiaçının təkliflərini qəbul etməyib, öz qanunsuz hərəkətlərinə davam etməsi, iddiaçının qeyriyaşayış sahəsindən istifadə etməsini mümkünsüz edir. Cavabdehlər bu qanunsuz hərəkətləri ilə iddiaçının hüquqlarını pozmaqla yanaşı, həmçinin mülki qanunvericiliyin tələblərini də kobud şəkildə pozur.

8. Cavabdeh1 iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “iddiaçının hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçı tərəfindən aparılmış özbaşına təmir-tikinti işlərinin öz hesabına sökülərək binanın zirzəmisinin əvvəlki vəziyyətinə qaytarılması, dəymiş maddi ziyanın qiymətləndirilərək iddiaçıdan alınıb onun xeyrinə ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Yasamal rayonu, M.Muxtarov 50 ünvanında yerləşən tikilinin zirzəmisində aparılmış qanunsuz təmir-tikinti işləri binanın layihəsindən kənar çıxmaqla binanın təhlükəsizliyinə ciddi xələl gətirmişdir. İddiaçı qanunsuz yollarla binanın zirzəmisini alaraq orada qanunsuz olaraq binanın ana və köməkçi divarlarını özbaşına sökmüş, onlarda ciddi dəyişiklik etdiyindən həmin binanın ikinci mərtəbəsində yerləşən və Cavabdeh1 məxsus qeyriyaşayış sahəsinin divarlarında yalnız əsaslı təmir əsasında aradan qaldırıla biləcək çatlar əmələ gəlmiş və nəticə etibarı ilə ümumi binanın çökməsi, habelə həmin binad a yaşayan və təhsil alan insanların həyatı üçün ciddi təhlükə yaratmışdır.

10. İddiaçıya məxsus mübahisəli sahənin üzərində yerləşən 898,8 kv.metr ümumi sahəsi olan qeyri yaşayış sahəsi Cavabdeh1 məxsusdur və həmin sahə “Bakı Qızlar Unversitetinin” tədris korpusu olmaqla orada qız tələbələr təhsil alırlar. Cavabdeh1 məxsus qeyri-yaşayış sahəsinin altındakı zirzəmi iddiaçı tərəfindən əldə olunanadək binanın zirzəmisi olmuşdur və həmin sahə zirzəmi olaraq təyinatı üzrə istifadə edildiyindən Cavabdeh1 məxsus qeyri-yaşayış sahəsinin divarlarında çatlar olmamışdır. Yalnız iddiaçı tərəfindən həmin sahə əldə olunduqdan, habelə həmin sahədə əsas daşıyıcı divarlar sökülərək onlarda qanunsuz (özbaşına) dəyişikliklər edildikdən sonra Cavabdeh1 məxsus qeyri-yaşayış sahəsinin divarlarında çatlar əmələ gəlmiş və nəticə etibarilə unversitetdə tahsil alan tələbələr, pedoqoji fəaliyyətlə məşğul olan müəllimlər və texniki personalların həyat və sağlamlığı üçün ciddi təhlükə yaranmış, habelə Cavabdeh1 mülkiyyətçi olaraq ümumilikdə 20.000 manat məbləğində maddi ziyan vurulmuşdur.

11. Dəfələrlə bu qanunsuz hərəkətlərin dayandırılması barədə iddiaçıya şifahi xəbərdarlıq olunsa da, o, qeyri-qanuni hərəkətlərini qərəzli formada davam etdirmişdir. Cavabdeh1, İddiaçı tərəfindən həmin mübahisəli sahənin hamam xidmətləri göstərən ictimai iaşə obyekti kimi istifadə olunacağı barədə məlumat almışdır. Həmin zirzəminin qızların təhsil aldığı ali təhsil ocağının altında fəaliyyət göstərməsi milli mentalitetə və əxlaq normalarına ziddir. İddiaçı tərəfindən tikintinin planlaşdırılmasına rəhbərlik edilməsi, h abelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydaları pozulmuş və nəticə etibarı ilə insanların həyat və sağlamlığı üçün real təhlükə yaranmışdır.

12. İddiaçı tərəfindən qeyd edilən hüquqazidd hərəkətlər ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.1-ci və 222-1.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Buna görə də, Cavabdeh1 tərəfindən bu qanunsuzluqların aradan qaldırılması və təqsirkar şəxs olaraq cavabdehin barəsində qanuni ölçü görülməsinə dair müvafiq qaydada Fövqəladə Hallar Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə, Dövlət Şəhərsalama və Arxitektura Komitəsinə və hüquq mühafizə orqanlarına şikayətlər olunmuşdur. Lakin, müraciət et diyi qurumların bir qismi tərəfindən onun şikayəti üzrə mübahisəli sahəyə - zirzəmiyə gəlib baxış keçirilsə də, həmin müraciətlərə hazıradək cavab verilməmişdir. 13. "xxxx" MMC-nin dəymiş maddi ziyanın müəyyən edilməsi barədə 01 fevral 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən aparılmış hesablamalar və təhlillərə əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, 50 ünvanında yerləşən qeyri - yaşayış binasının zirzəmi və yarımzirzəmisində aparılan təmir və söküntü işlərinin nəticəsində binanın bir hissəsinin çökməsi səbəbindən sahəyə dəymiş maddi ziyanın məbləği 01 fevral 2022- ci il tarixinə 35 136,20 manat təşkil etdiyi müəyyən edilmişdir.

14. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X6, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətiinin Bakı Regional İdarəsinin 27 aprel 2022-ci i l tarixli məktubuna əsasən idarənin əməkdaşları tərəfindən aprel ayının 14 və 19 tarixlərində Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2001-ci il tarixli, 132 nömrəli qərarı ilə dövlət qeydiyyatına və mühafizəsinə götürülmüş 3720 inventar nömrəli tarix və mədəniyyət abidəsi olan binanın 1-ci mərtəbəsinə baxış keçirilmiş və müraciətdə qeyd edilən faktların əsasən həqiqətə uyğun olduğu aşkarlanmışdır. Baxışın nəticəsi olaraq akt tərtib olunmuşdur (surəti əlavə olunur). Aktda qeyd edildiyi kimi, haqqında söhbət gedən qeyri-yaşayış sahəsində (mülkiyyətçisi X4) aparılmış təmir-rekonstruksiya işləri nəticəsində abidəyə aşağıdakı qanuna zidd (müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmadan) müdaxilələr aşkar edilmişdir: tağlarında (yükdaşıyıcı əyri xətli örtük konsrtuksiyalarında) b ütövlükdə binanın dayanıqlılığına təsir edə biləcək konstruktiv dəyişikliklər aparılmışdır; pəncərə boşluqlarında konstruktiv dəyişikliklər edilmişdir; içərisində mövcud planda olmayan əlavə arakəsmə hörülmüşdür; -tavanın bəzi hissələrində yuxarı mərtəbənin çökməsinə təhlükə yarada biləcək söküntü işləri aparılmışdır; -əsas yükdaşıyan kolonlara müdaxilə olunması ehtimal olunur (ekspert rəyinə ehtiyac var). Qeyd olunan faktlar üzrə tərtib olunmuş MN ******* nömrəli, 22 aprel 2022-ci arixli inzibati protokol baxılması üçün Dövlət Xidmətinə təqdim olunub. Eyni zamanda görülmüş işlər nəticəsində sözügedən binanın dayanıqlılığına zərər vurulması nəticəsində onun qəzalı vəziyyətdə olub olmaması məsələsinə aydınlıq gətirilməsi məqsədi ilə Azərbaycan Respublikası FHN-nin Tikintidə X3 agentliyinə müraciət edilmişdir. Bununla yanaşı yuxarıda qeyd olunan işlərin sifarişçilərinin və (və ya) icraçılarının hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 246cı maddəsində nəzərdə tutulmuş əməllərin (Dövlət tərəfindən mühafizə olunan tarix və mədəniyyət abidələrini qəsdən ləhv etmə və ya korlama) əlamətləri müşahidə olunduğundan, məsələ ilə bağlı Bakı şəhəri Yasamal rayonu Polis idarəsinə də müraciət ünvanlanmışdır.

15. Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli, 10/1347 saylı rəyinə əsasən X1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov 50 ünvanında yerləşən sahəsi 153.50 kv.m olan qeyri-yaşayış sahəsinin tavanında olan taxta tirlərin və cavabdehə məxsus qeyri-yaşayış sahəsinin taxta döşəməsinin bəzi yerlərində taxtanın çürdüyü müəyyən o lunmuşdur. Lakin qəzalı vəziyyətdə olubolmaması Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Aqentliyinin mütəxəssis rəyi təqdim olunduqdan sonra müəyyən oluna bilər. X1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov 50 ünvanında yerləşən sahəsi 153.50 kv.m olan qeyri-yaşayış sahəsinə bitişik quraşdırılmış pilləkən qəfəsi Cavabdeh1 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə dair xx.xx.2022-ci il tarixdə verilmiş texniki pasportda öz əksini tapdığı üçün tikinti norma və qaydalarına uyğun olduğu müəyyən olunur. Lakin Cavabdeh1 mülkiyyətindədə olan qeyri-yaşayış sahəsinə dair ilkin texniki pasport təqdim olunmadığı üçün, həmin pillləkanın lap əvvələr mövcud olub-olmamasını dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda Cavabdeh1 mülkiyyətində olan qe yri-yaşayış sahəsinə qalxan dəmir pilləkən X2 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin giriş qapısının qarşısında quraşdırıldığını nəzərə alaraq, həmin pilləkən qeyri-yaşayış sahəsinin giriş-çıxışa maneə yaradır. Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov 50 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin həyətində yardımçı (sanitar qovşağı və kombi otağı) tikililər inşa edilmişdir. Lakin həmin tikililər texniki pasportda öz əksini tapmadığından, eləcə də, aparılmış tikinti işlərinə dair müvafiq qurumlardan icazə sənədləri olmadığından, həmin tikililər inşaat norma və qaydalarına uyğun inşa edilməmişdir. Bakı şəhəri Yasamal rayonu, M.Muxtarov 50 ünvanında yerləşən X1 mülkiyyətində olan sahəsi 153.50 kv.m olan qeyri-yaşayış sahəsinin mətbəx hissəsinin tavanında olan sarımtul su sızma ləkələrin ol ması, suvar qatının tökülməsini və həmin tikilinin üzərində cavabdehə məxsus sanitar qovşağının yerləşdiyini nəzərə alaraq, X1 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin mətbəx hissəsinin tavanında çirkab suyunun sızması (axıdılması) halları baş verdiyi müəyyən olunur. Eyni zamanda baxış zamanı həmin qeyri-yaşayış sahəsinin tavanında nəmlənmə izlərin olduğu müşahidə olunmuşdur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, X1 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu, M.Muxtarov 50 ünvanında yerləşən sahəsi 153.50 kv.m olan qeyriyaşayış sahəsinin daxilində konstruktiv dəyişikliklər aparılaraq söküntü və təmir-tikinti aparılmışdır. Lakin aparılmış söküntü və tikinti-təmir işlərinin orada olan insanların həyatı üçün təhlükə yaradıb-yaratmaması Azərbaycan Respublikasının Fövqəladə Hall ar Nazirliyi Tikintidə X3 Aqentliyinin mütəxəssis rəyi təqdim olunduqdan sonra müəyyən oluna bilər. Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu, M.Muxtarov 50 ünvanında sahəsi 898,8 kv.metr kv.m olan qeyri-yaşayış sahəsinin X1 mülkiyyətində olan qeyri-yaşayış hissəsinin üst hissəsində yerləşən hissəsində divarlarda və tavanda suvaq altı çatların olduğu müəyyən olunmuşdur. Lakin həmin çatların X1 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu, M.Muxtarov 50 ünvanında sahəsi yerləşən sahəsi 153.50 kv.m olan olan qeyri-yaşayış sahəsində tikinti-təmir işlərinin aparılması nəticəsində baş verib-verməməsini FHN TTNDA-nin mütəxəssis rəyi təqdim olunduqdan sonra müəyyən oluna bilər. Həmçinin Cavabdeh1 mülkiyyətində olan 898,8 kv.metr kv.m olan qeyri-yaşayış sahəsində yaranmış çatların xüsusiyətləri müəyyən olunduqdan sonra görüləcək təmir-bərpa işlərinin ümumi dəyəri müəyyən oluna bilər.

16. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X9, İnkişafi və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin 13 oktyabr 2022-ci il tarixli arayışa əsasən Bakı şəhəri, Murtuza Muxtarov, 50/78 ünvanında yerləşən Bakı Qızlar Universitetinin binası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 132 nömrəli qərarı ilə dövlət qeydiyyatına və mühafizəsinə götürülmüş 3720 inventar nömrəli tarix və mədəniyyət abidəsidir.

17. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Aqentliyinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov 50 ünvanında yerləşən sahəsi 153.50 kv.m olan qeyri-yaşay ış sahəsinin tavanı uzun müddət təmirsiz istismar nəticəsində texniki cəhətdən qəzalı deyil, yolverilməz vəziyyətdədir. Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov 50 ünvanında yerləşən sahəsi 153.50 kv.m olan qeyri-yaşayış sahəsində aparılmış söküntü və təmir-tikinti işləri binanın təhlükəsiz istismarına maneə yaratdığından müvafiq orqanlar ilə razılaşdırılmaqla layihə əsasında gücləndirilməlidir. Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov 50 ünvanında yerləşən binanın 2-ci mərtəbəsində yaranmış xırda ölçülü çatlar sahəsi 153.50 kv.m olan qeyri-yaşayış sahəsində aparılmış söküntü və təmir-tikinti işlərinin nəticəsində və sanitar qovşağından su axması nəticəsində aşınmanın təsirindən yarana bilər.

18. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)1118/2022 saylı qətnamə si ilə (hakim Kərim Xudayev) ilk iddianın qismən təmin edilməsini, qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın ümumi istifadədə olan həyətin çıxış qapısının üzərinə qanunsuz olaraq inşa edilmiş pilləkən qəfəsi, həyətin divarına bitişik şəkildə qanunsuz olaraq inşa edilmiş 2 ədəd sanitar qovşağı və 1 ədəd kombi otağının cavabdehlərin vəsaiti hesabına sökülməsini, qeyri-yaşayış sahəsinin mətbəx hissəsinin üzərində yerləşən cavabdehə məxsus sanitar qovşağın cavabdehlərin vəsaiti hesabına təmir edilməsini, qeyri-yaşayış sahəsindən istifadəyə, həmin sahədə əsaslı təmir-tikinti işlərinin aparılmasına (müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaq şərtilə) maneənin yaradılmasının cavabdehlərə və digər şəxslərə qadağan olunmasını, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddian ın rədd edilməsini, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki (inşaat) ekspertizasının xərci olan 100 manat pulun Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsini, iş üzrə verilmiş mütəxəssis rəyinin xərci olan 300 manat pulun İddiaçı tutularaq “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun hesabına ödənilməsini, ödənilmiş dövlət rüsumunun tərəflərə aid edilməsini qət etmişdir.

19. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilk iddianın “qeyriyaşayış sahəsinin tavanı və MMC-yə məxsus sahənin döşəmə hissəsinin təmiri üçün tələb olunan vəsaitin 1/2 hissəsinin cavabdehlərdən tutulması” hissəsində təmin edilə bilməz. Belə ki, məhkəmə tərəfindən təyin edilmiş tikinti-texniki ekspertizasının rəyinə əsasən iddiaçıy a məxsus qeyri-yaşayış sahəsinin tavanında olan taxta tirlərin və cavabdehə məxsus qeyri-yaşayış sahəsinin taxta döşəməsinin bəzi yerlərində taxtanın çürüdüyü müəyyən olunmuşdur. Eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Aqentliyinin mütəxəssis rəyinədə əsasən qeyri-yaşayış sahəsinin tavanı uzun müddət təmirsiz istismar nəticəsində texniki cəhətdən qəzalı deyil, yolverilməz vəziyyətdədir. Cavabdehə məxsus qeyri-yaşayış sahəsinin döşəməsi yox, məhz iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin tavanı texniki cəhətdən yolverilməz olduğu üçün iddia həmin hissədə əsassızdır.

20. Məhkəmə kollegiyası ilk iddia “qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın ümumi istifadədə olan həyətinin çıxış qapısının üzərinə qanunsuz olaraq inşa edilmiş pilləkən qəfəsinin, həyətin divarına bitişik şə kildə qanunsuz olaraq inşa edilmiş 2 ədəd sanitar qovşağın və 1 ədəd kombi otağının cavabdehlərin vəsaiti hesabına sökülməsi” hissəsində hesab etmişdir ki, əsaslıdır. Belə ki, qeyri-yaşayış sahəsinin həyətində yardımçı (sanitar qovşağı və kombi otağı) tikililər inşa edilmişdir. Lakin həmin tikililər texniki pasportda öz əksini tapmadığından, eləcə də, aparılmış tikinti işlərinə dair müvafiq qurumlardan icazə sənədləri olmadığından, həmin tikililər inşaat norma və qaydalarına uyğun inşa edilməmişdir. Eyni zamanda qeyd edilən əraziyə məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı sanitar qovşağın və kombi otağının iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin giriş hissəsinə yaxın məsafədə və qeyri yaşayış sahəsinin divarına bitişik inşa edilməsi müəyyən edilmişdir. Belə olan halda Cavabdeh1 tərəfindən tikilmiş qanunsuz tikilinin mövcudluğu iddiaçının maraqlarına toxunur.

21. İlk iddianın “qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın ümumi istifadədə olan həyətinin çıxış qapısının üzərinə qanunsuz olaraq inşa edilmiş pilləkən qəfəsinin cavabdehlərin vəsaiti hesabına sökülməsi” hissəsində hesab etmişdir ki, əsaslıdır. Tikinti-texniki ekspertizasının rəyinə əsasən müəyyən edilmişdir ki, qeyri-yaşayış sahəsinə bitişik quraşdırılmış pilləkən qəfəsi Cavabdeh1 mülkiyyətində olan qeyriyaşayış sahəsinə dair xx.xx.2022-ci il tarixdə verilmiş texniki pasportda öz əksini tapdığı üçün tikinti norma və qaydalarına uyğun olduğu müəyyən olunur. Lakin Cavabdeh1 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə dair ilkin texniki pasport təqdim olunmadığı üçün, həmin pilləkənin lap əvvəllər m övcud olub-olmamasını dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda Cavabdeh1 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə qalxan dəmir pilləkən İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin giriş qapısının qarşısında quraşdırıldığını nəzərə alaraq, həmin pilləkən qeyri-yaşayış sahəsinin giriş-çıxışına maneə yaradır. Həmçinin məhkəmə tərəfindən yerli baxış zamanı Cavabdeh1 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə qalxan dəmir pilləkənin İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin giriş qapısının qarşısında quraşdırıldığı və həmin pilləkənin qeyri-yaşayış sahəsinin giriş çıxışına maneə yaratdığı müəyyən edilmişdir. Dəmir pilləkənin əvvəllər mövcud olubolmamasını dəqiqliklə müəyyən etmək mümkün olmadığından, dəmir pilləkən ümumi istifadədə olan həyətdə və iddiaçının giri ş qapısının qarşısında quraşdırıldığından, ən əsası da iddiaçıya öz mülkiyyətində olan qeyri-yaşayış sahəsinə giriş çıxışına maneə yaratdığından, bununla da mülkiyyətçi kimi hüquqları ciddi şəkildə pozulduğundan iddiaçı həmin pilləkənin cavabdehlərin vəsaiti hesabına sökülməsini tələb etməkdə haqlıdır.

22. İlk iddianın “qeyri-yaşayış sahəsinin mətbəx hissəsinin üzərində yerləşən cavabdehə məxsus sanitar qovşağın cavabdehlərin vəsaiti hesabına təmir edilməsi” hissəsində hesab etmişdir ki, əsaslıdır. Belə ki, tikinti-texniki ekspertizasının rəyinə əsasən, qeyri-yaşayış sahəsinin mətbəx hissəsinin tavanında olan sarımtıl su sızma ləkələrinin olmasını, suvaq qatının tökülməsini və həmin tikilinin üzərində cavabdehə məxsus sanitar qovşağının yerləşdiyini nəzərə alaraq, qeyri-yaşayış sahəsinin m ətbəx hissəsinin tavanında çirkab suyunun sızması (axıdılması) halları baş verdiyi müəyyən edilmişdir. Eyni zamanda baxış zamanı həmin qeyri-yaşayış sahəsinin tavanında nəmlənmə izlərinin olduğu müşahidə olunmuşdur. Həmçinin məhkəmə tərəfindən yerli baxış zamanı iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin tavanında və divarlarında nəmişliyin olması müəyyən edilmişdir.

23. İlk iddia “qeyri-yaşayış sahəsindən istifadəyə, həmin sahədə əsaslı təmirtikinti işlərinin aparılmasına maneənin və digər istənilən qanunsuz məhdudiyyətin cavabdehlərə və digər şəxslərə qadağan olunması” hissəsində qismən əsaslıdır. Qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətindədir. Mülkiyyətçi kimi İddiaçı öz əmlakından sərbəst istifadə etmək və təmir-tikinti işləri aparmaq hüququ vardır. Bununla belə müəyyən ed ilmişdir ki, Bakı Qızlar Universitetinin binası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 132 nömrəli qərarı ilə dövlət qeydiyyatına və mühafizəsinə götürülmüş 3720 inventar nömrəli tarix və mədəniyyət abidəsidir. Ona görə də, həmin sahədə əsaslı təmir-tikinti işlərinin aparılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan ilə razılaşdırılmaqla və həmin orqanın təmir-tikinti işlərinin aparılmasının mümkünlüyü barədə rəyi əsasında həyata keçirilə bilər.

24. Məhkəmə kollegiyası qarşılıqlı iddia hissəsinda hesab etmişdir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Belə ki, "xxxx" MMC-nin mütəxəssis rəyinə əsasən, qeyri-yaşayış binasının zirzəmi və yarımzirzəmisində aparılan təmir və söküntü işlərinin nəticəsində binanın bir hissəsinin çökməsi s əbəbindən sahəyə dəymiş maddi ziyanın məbləği xx.xx.2022-ci il tarixinə 35.136,20 manat təşkil etdiyi müəyyən edilsə də, məhkəmə tərəfindən təyin edilmiş tikinti-texniki ekspertizasının rəyinə əsasən, cavabdehin mülkiyyətində olan 898,8 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin İddiaçı mülkiyyətində olan qeyri-yaşayış hissəsinin üst hissəsində yerləşən hissəsində divarlarda və tavanda suvaqaltı çatların olduğu müəyyən olunmuşdur. Lakin həmin çatların iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsində tikinti-təmir işlərinin aparılması nəticəsində baş verib-verməməsi Fövqəladə Hallar Nazirliyinin mütəxəssis rəyi təqdim olunduqdan sonra müəyyən oluna bilər. Eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin mütəxəssis rəyindən görünür ki, binanın 2-ci mərtəbəsində yaranm ış xırda ölçülü çatlar sahəsi 153,50 kv.m olan qeyriyaşayış sahəsində aparılmış söküntü və təmir-tikinti işlərinin nəticəsində və sanitar qovşağından su axması nəticəsində aşınmanın təsirindən yarana bilər. Göründüyü kimi, binanın 2-ci mərtəbəsində yaranmış xırda ölçülü çatların iddiaçıya məxsus qeyriyaşayış sahəsində tikinti-təmir işlərinin aparılması nəticəsində baş verməsi təsdiq edilmir.

25. Qarşılıqlı iddia üzrə araşdırma predmetini cavabdehin qeyd edilən normalar çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olub-olmamasının müəyyən edilməsi təşkil etmişdir. Yalnız qeyd edilən əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. Bu səbəbdən qarşılıqlı iddia üzrə cavabdehin üzərinə dəymiş ziyanın ödənilməsi öhdəliyi qoyula bilməz.

26. Qarşılıqlı iddianın “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, onun tərəfindən aparılmış özbaşına təmir-tikinti işlərinin cavabdehin hesabına sökülməsi, binanın zirzəmisinin əvvəlki vəziyyətinə qaytarılması” hissəsi hesab etmişdir ki, əsassızdır ki, İddiaçı tərəfindən öz mülkiyyətində olan qeyri-yaşayış sahəsinin daxilində təmir-tikinti işləri aparılmışdır. Məhkəmə tərəfindən təyin edilmiş tikinti-texniki ekspertizasının rəyinə əsasən, İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin daxilində konstruktiv dəyişikliklər aparılaraq söküntü və təmir-tikinti aparılması müəyyən edilmişdir. Eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin mütəxəssis rəyindən görünür ki, qeyri-yaşayış sahəsin də aparılmış söküntü və təmir-tikinti işləri binanın təhlükəsiz istismarına maneə yaratdığından müvafiq orqanlar ilə razılaşdırılmaqla layihə əsasında gücləndirilməlidir. Qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən qeyri-yaşayış sahəsinin daxilində konstruktiv dəyişikliklər aparılsa da, binanın təhlükəsiz istismarı binanın zirzəmisinin əvvəlki vəziyyətinə qaytarılması ilə deyil, qeyri-yaşayış sahəsində aparılmış söküntü və təmir-tikinti işlərinin müvafiq orqanlar ilə razılaşdırılmaqla layihə əsasında gücləndirilməsi əsasında təmin edilə bilər.

27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 152, 157.2, 157.4, 180.1,180.2, 180.4, 1096, 1097.1-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 23.1, 23.2, 24.1, 24.2.6-ci,MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

28. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

29. Apellyasiya şikayətini işin hallarına və qarşılıqlı iddia ərizəsinə uyğun əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, mübahisəli bina tarix və mədəniyyət abidəsidir, təmir-rekonstruksiya işləri yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı və elmi tədqiqat nətcəsində aparılmalıdır. iddiaçı müvafiq razılaşdırma aparmadan tarix və mədəniyyət abidəsində söküntü işləri aparmış, bina üçün real təhlükə yaratmışdır. İddiaçı tarix və mədəniyyət abidəsində apardığı söküntü i şlərində binanın zirzəmi hissəsinin aşağıdakı hissələri zədələnmişdir: - tağlarında (yükdaşıyıcı xətli örtük konstruksiyalarında) bütövlükdə binanın dayanıqlığına təsir edə biləcək konstruktiv dəyişikliklər aparılmışdır; - pəncərə boşluqlarında konstruktiv dəyişikliklər edilmişdir; - içərisində mövcud planda olmayan əlavə arakəsmələr hörülmüşdür; - tavanın bəzi hissəsində yuxarı mərtəbənin çökməsinə təhlükə yarada biləcək söküntü işləri aparılmışdır; - əsas yükdaşıyan kolonlara müdaxilə olunmuşdur. Cavabdeh apellyasiya şikayətində əlavə olaraq onuda qeyd etmişdir ki, qarşılıqlı iddianın əsaslı olduğunu müəyyən etdiyi halda birinci instansiya məhkəməsi görməzdən gəlmiş, qarşılıqlı iddia üzrə araşdırma aparmamış, hüquqi qiymət verməmişdir. İddiaçının apardığı qanunsuz və tarixi abidənin çökm əsi ilə bağlı nəticələnə biləcək rekonstruksiya işləri ilə bağlı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə müraciət edərək aparılmış həmin işlərin qarşısının alınmasını xahiş etmişdir. Mədəniyyət Nazirliyi yanında X6, İnkişafı və Bərpası Dövlət Xidmətinin Bakı Regional İdarəsi tərəfindən həmin müraciət əsasında 14 və 19 aprel 2022-ci il tarixdə binanın zirzəmisinə yerli baxış keçirilərək iddiaçı tərəfindən qanunsuz fəaliyyətə yol verildiyi, müvafiq icra hakimiyyətinin razılığı olmadan gizli söküntü işləri aparıldığı müəyyən olunmuş, xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati protokol tərtib olunaraq baxılması üçün Dövlət Xidmətinə təqdim olunmuşdur. Qətnamədə həmin İdarənin xx.xx.2022-ci il tarixli məktubu təsvir olunsa da birinci instansiya məhkəməsi tər əfindən nəzərə alınmamışdır. Mədəniyyət Nazirliyinin üçüncü şəxs qismində cəlb edilməsinə dair vəsatət Rayon Məhkəməsi tərəfindən əsassız olaraq rədd edilmişdir. Halbuki dövlətin maraq və mənafeyi nəzərə alınaraq Mədəniyyət Nazirliyi maraqlarına toxunulan üçüncü şəxs qismində prosesə cəlb edilməli idi. Rayon məhkəməsinin qətnaməsində əsassız olaraq qeyd edilmişdir ki, həyətdə tikilmiş sanitar qovşağı və kombi otağı iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin giriş hissəsinə yaxın məsafədə və qeyriyaşayış sahəsinin divarına bitişik tikilmişdir. Bu həqiqətə uyğun deyil. Yerli baxış zamanı müəyyən olunmuşdur ki, həyətdə yerləşən sanitar qovşağının ümumiyyətlə iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsi ilə heç bir yaxınlığı yoxdur. İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sah əsinin giriş qapısı həyətin başqa tərəfində, sanitar qovşağı və kombi otağı isə əks tərəfindədir. Yalnız kombi otağı binaya bitişik inşa edilmişdir və həmin tikilidən iddiaçıya məxsus mülkə hər hansı təhlükə yoxdur. Məhkəmənin baxış bucağından yanaşıldıqda bina həm də cavabdehə məxsus mülkdür. Kombi otağı ona məxsus binanın divarına bitişik quraşdırılmışdır. Məhkəmə nədənsə bu halı qiymətləndirməyi unutmuşdur. Rayon məhkəməsi nəzərə almamışdır ki, tələbələri yalnız qızlardan ibarət olan Universitetin sanitar qovşağı sökülərsə zəruri tələbat necə ödənilər. İddiaçı bu tikili ilə bağlı iddia vermək hüququ əsassızdır. Ekspert rəyi ilə müəyyən olunub ki, pilləkən qovşağı texniki pasportda öz əksini tapdığı üçün tikinti norma və qaydalarına uyğundur. İlkin texniki pasportu əldə etmək mümkün olma sa belə, pilləkənin əvvəllər mövcud olmaması barədə absurd mülahizə deyil, texniki pasport qiymətləndirilməlidir. Pilləkənin Cavabdeh1 tərəfindən inşa olunması barədə sübut yoxdur. Pilləkən giriş qapısına maneə törədirsə İddiaçı söküntü-tikinti materiallarını necə daşımışdır? Pilləkən qəfəsinin giriş üçün maneə törətdiyi qapının texniki pasportda mövcud olub-olmaması, nə vaxt və necə açıldığı, qapının açılmasına müvafiq icazənin olub-olmaması Rayon Məhkəməsi tərəfindən araşdırılmamışdır. Tarixi-mədəniyyət binasının kimin mülkiyyətində olmasından asılı olmayaraq orada aparılan texniki-rekonstruksiya işləri müvafiq dövlət orqanının razılığı və elmi araşdırması əsasında aparılmalı, mədəni irs qorunmalıdır. İddiaçı tərəfindən qanunsuz işləri aparılmasını təsdiq edən “Azərdövlətsənayelahiyə” Dövlət Layihə İnstitutunun xx.xx.2022-ci il tarixli rəyi Rayon Məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Cavabdeh tərəfindən bu işlərə mane olunmuş olsaydı, söküntü işləri aparıla bilməz, materiallar daşına bilməzdi. Binanın İddiaçı məxsus qeyri-yaşayış sahəsindəki tavanda, Cavabdeh1 məxsus hissənin isə döşəməsində zədələnmə və çatlar məhz İddiaçı tərəfindən əsas yük daşıyan divarların sökülməsi nəticəsində baş verə bilər. Yuxarı mərtəbədən su sızması ehtimalı əsassızdır. Şəhla Mirzəliyevanın qanunsuz fəaliyyəti nəticəsində Cavabdeh1 mülkiyyətinə vurulmuş maddi ziyana dair mütəxəssis rəyi araşdırılmamışdır

30. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X6, İnkişafı və Bərpası Dövlət Xidmətinin Bakı Regional İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işin baxılmasına cəlb edilmişdir.

31. Üçüncü şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X6, İnkişafı və Bərpası Dövlət Xidmətinin Bakı Regional İdarəsinin nümayəndəsi Nümayəndə1 apellyasiya baxışının əvvəlki iclaslarında iştirak edərək bildirmişdir ki, iş üzrə tərəflər arasında yaranmış və tarixi abidə hesab edilən bina ilə bağlı mübahisə təmsil etdiyi Xidmətin də araşdırma obyekti olmuş və bununla bağlı materiallar, habelə binaya aid olan digər zəruri sənədlər təmsil etdiyi xidmətdə var. Təmsil etdiyi qurum abidələrin qorunub saxlanmasına nəzarəti həyata keçirir, lakin təmir həyata keçirmir. Qəzalı vəziyyət varsa təmir olunmalıdır. Görülən işlər bina ya təsir göstərməməlidir. Söküntü mütləq ekspertin rəyi ilə aparılmalıdır. Çünki abidəyə ziyan dəyə bilər. Rayon Məhkəməsi tərəfindən söküntü nəticəsində binaya nə dərəcədə xələl gələ biləcəyi barədə ekspert qarşısında sual qoyulmalı idi. Tərəflər öz hüquqlarını bərpa etməyə çalışır, hərəsi özünə görə haqlıdır. Təmsil etdiyi qurumun marağı isə abidəyə ziyan dəyməməsidir. Qapının açılması ilə bağlı təmsil etdiyi quruma müraciət daxil olmamışdır və belə bir razılıq yoxdur. Odur ki, iş üzrə yekun qətnamə qəbul edilən zaman bu halların nəzərə alınmasını xahiş etmişdir.

32. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-113/2024 nömrəli, xx.xx.2023 -cü il tarixli qərardadı ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi) Fuad Talışinski və Cəmilə Musayeva) məhkəmə-tikinti eks pertizası təyin edilmişdir.

33. Məhkəmə Ekspertizası Mərkəzinin 10/3803 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə qərardadın:

34. İkinci sual üzrə: aparılmış tədqiqatın nəticəsi olaraq, Şəhla Mehraliyevanın mülkiyyətində olan 153,50 kv.m qeyri-yaşayış sahəsinə bitişik quraşdırılmış pilləkən qəfəsi Ağarəhimov Rəhimovun mülkiyyətində olan qeyri-yaşayış sahəsinə dair xx.xx.1997-ci il və xx.xx.2022-ci il tarixdə verilmiş texniki pasportda əks olunduğunu nəzərə alaraq, həmin pilləkən qəfəsəsinin tikinti norma və qaydalarına uyğun olduğu müəyyən olunur.

35. Eyni zamanda Cavabdeh1 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə qalxan dəmir pilləkənin Şəhla Mehraliyevanın mülkiyyətində olan qeyri-yaşayış sahəsinin giriş qapısının qarşısında quraşdırıldığını nəzərə alaraq, həmin pilləkənin qeyr i-yaşayış sahəsinin giriş-çıxışına maneə yaratdığı müəyyən olunur.

36. Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin və Mədəniyyət Nazirliyi yanında X6, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən qərardadda qoyulmuş suallar üzrə mütəxəssis rəyinin Mərkəzə təqdim edilməsi barədə və mübahisəli əraziyə xx.xx.2023-cü il tarixdə baxış keçirilməsinin təşkil olunması barədə vəsatət verilmişdir.

37. Mütəxəssislərin iştirakı ilə baxış keçirilmiş, lakin hər hansı bir sənəd (mütəxəssis rəyi) mərkəzə təqdim olunmamışdır. Bu səbəbdən də qərardadın birinci, üçüncü, dördüncü və beşinci sualları üzrə tədqiqat aparılmamışdır.

38. Ekspertiza tərəfindən verilmiş rəy və mülki iş məhkəməyə daxil olduqdan sonra, yəni xx.xx.2023-cü il tarixdə Fövqəladə Hallar Nazirliyinin Ti kintidə X3 Agentliyinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, Yasamal rayonu, Murtuza Muxtarov 50 ünvanında yerləşən, sahəsi 153,50 kv.m olan qeyriyaşayış sahəsinin tavanı uzun müddət təmirsiz istismar nəticəsində texniki cəhətdən qəzalı deyil, yolverilməz vəziyyətdədir (1-ci sual üzrə). iddiaçının mülkiyyətində olan, sahəsi 153,50 kv.m olan qeyri-yaşayış sahəsinə bitişik quraşdırılmış pilləkən qəfəsi Cavabdeh1 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə dair xx.xx.1997-ci il və xx.xx.2022-ci il tarixdə verilmiş texniki pasportda əks olunmuşdur. Metal konstruksiyadan olan pilləkən qəfəsi texniki cəhətdən işlək vəziyyətdədir, tikinti norma və qaydalarına uyğun inşa edilmişdir (2-ci sual üzrə). İddiaçı mülkiyyətində olan qeyriyaşayış sahəsində aparılmış söküntü və təm ir işləri (tədqiqat hissəsində qeyd olunmuş) binanın ümumi dayanıqlığına mənfi təsir göstərərək onun istismarını təhlükəli vəziyyətə sala bilər (3-cü sual üzrə). Murtuza Muxtarov 50 ünvanında yerləşən binanın 2-ci mərtəbəsində yaranmış xırda ölçülü çatlar sahəsi 153,50 kv.m olan qeyri-yaşayış sahəsində aparılmış söküntü və təmir-tikinti işlərinin nəticəsində və sanitar qovşağından su axması nəticəsində aşınmanın təsirindən yarana bilər (4-cü sual üzrə). İddiaçı mülkiyyətində olan 153,50 kv.m qeyri-yaşayış sahəsində aparılmış yenidənqurma işləri layihəsiz və heç bir aidiyyəti orqanlar ilə razılaşdırılmadan yerinə yetirilmişdir. Binanın təhlükəsiz istismarını təmin etmək məqsədilə müvafiq orqanlar ilə razılaşdırılmaqla, layihə əsasında bərpa gücləndirmə işlərinin və yaxud binanın əvvəlki vəz iyyətə qaytarılması təmin edilməlidir.

39. Məhkəmə xx.xx.2023-cü il tarixli qərardadı ilə Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadında qeyd edilən məsələlərin tədqiq edilərək rəy verilməsi üçün mülki işi Məhkəmə Ekspertizası Mərkəzinə göndərmişdir.

40. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-6-16/2-10/9948 saylı rəyi ilə müəyyən edilmişdir ki, Murtuza Muxtarov 50 ünvanında yerləşən, sahəsi 153,50 kv.m olan qeyri-yaşayış sahəsinin tavanı uzun müddət təmirsiz istismar nəticəsində texniki cəhətdən qəzalı deyil, yolverilməz vəziyyətdədir (1-ci sual üzrə). İddiaçı mülkiyyətində olan, sahəsi 153,50 kv.m olan qeyri-yaşayış sahəsinə bitişik quraşdırılmış pilləkən qəfəsi Cavabdeh1 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə dair xx.xx.1997-ci il və xx.xx.2022-ci il tarixdə ver ilmiş texniki pasportda əks olunmuşdur. Metal konstruksiyadan olan pilləkən qəfəsi texniki cəhətdən işlək vəziyyətdədir, tikinti norma və qaydalarına uyğun inşa edilmişdir. Eyni zamanda Cavabdeh1 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə qalxan dəmir pilləkənin Şəhla Meralıyevanın mülkiyyətində olan qeyri-yaşayış sahəsinin giriş qapısının qarşısında quraşdırıldığını nəzərə alaraq, həmin pilləkənin qeyri-yaşayış sahəsinin giriş-çıxışına maneə yaratdığı müəyyən olunur (2-ci sual üzrə). İddiaçı mülkiyyətində olan qeyriyaşayış sahəsində aparılmış söküntü və təmir işləri (tədqiqat hissəsində qeyd olunmuş) binanın ümumi dayanıqlığına mənfi təsir göstərərək onun istismarını təhlükəli vəziyyətə sala bilər (3-cü sual üzrə). Murtuza Muxtarov 50 ünvanında yerləşən binanın 2- ci mərtəbəsində yaranmış xırda ölçülü çatlar sahəsi 153,50 kv.m olan qeyri-yaşayış sahəsində aparılmış söküntü və təmir-tikinti işlərinin nəticəsində və sanitar qovşağından su axması nəticəsində aşınmanın təsirindən yarana bilər (4-cü sual üzrə). İddiaçı mülkiyyətində olan 153,50 kv.m olan qeyri-yaşayış sahəsində aparılmış yenidənqurma işləri layihəsiz və heç bir aidiyyəti orqanlar ilə razılaşdırılmadan yerinə yetirilmişdir.

41. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X6, İnkişafı və Bərpası Dövlət Xidmətinin Bakı Regional İdarəsinin iş üzrə təqdim etdiyi mübahisəyə yazılı münasibətində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 132 №-li Qərarı ilə dövlət mühafizəsinə götürülmüş (3720 inventar nömrəli), Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov 50 ünvanında yerləşən Bakı Qızlar Universitetinin binasına xx.xx.2023-cü il tarixdə baxış keçirilərkən aşağıdakılar müəyyən edilmişdir: - tağlarda və qapı boşluqlarında dəyişikliklər (hündürləşdirilmiş) edilmiş, pəncərə boşluqları (1997-ci ilin texniki pasportu ilə müqayisədə) açılmışdır; - binanın 1997-ci ilin texniki pasportu ilə müqayisədə 2 (iki) əsas arakəsmə yükdaşıyan kalonu sökülmüşdür; - binanın pilləkənləri 1997-ci ilin texniki pasportunda göstərilmişdir və hazırda həmin texniki pasportda göstərildiyi kimidir; - pilləkənlər İddiaçı məxsus qeyri-yaşayış sahəsinə giriş-çıxışa maneə yaratmır. Eyni zamanda, 1997-ci ilin texniki pasportunda İddiaçı məxsus qeyri-yaşayış sahəsinin pilləkən tərəfdən olan hissəsində həyətə açılan qapı və pəncərə mövcud deyildir. Həmin qapı və pəncərənin açıl ması üçün də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X6, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən hər hansı razılıq verilməmişdir. - Binanın ikinci mərtəbəsində yerləşən və Cavabdeh1 məxsus qeyri yaşayış sahəsinin divarlarında çatlar, dəhlizin və otaqların döşəməsində isə çökmələr vardır.

42. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X6, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, XO-1312/01 nömrəli məktubunda İddiaçı məxsus qeyri-yaşayış sahəsində aparılacaq işlərə birbaşa razılıq verilməmiş, razılıq verilmiş layihə məktuba əlavə olunmamış və işlərin Azərbaycan Milli Elmlər Akademiyasının xx.xx.2022-ci il tarixli 57- 132 nömrəli rəyinə əsasən aparılmasının məqsədəuyğun olduğu vurğulanmışdır.

43. Azərbaycan Milli Elmlər Akade miyasının xx.xx.2022-ci il tarixli 57-132 nömrəli rəyində isə layihənin məqsədəuyğun hesab olunduğu, lakin aşağıdakı tövsiyələrin gələcək təqdimatlarda nəzərə alınması təklif edilmişdir: 44. - işçi layihə təqdim edilərkən abidənin müasir görünüşünün fotolarının təqdim olunması; 45. - qeyri-yaşayış sahəsinin hazırki və bərpadan sonrakı funksiyasının açıqlanması; 46. - binada aparılacaq dəyişikliklərin (qapı və pəncərə boşluqlarının açılması və s.) hansı məqsədlə aparılması barədə məlumatın verilməsi.

47. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-113/2024 nömrəli, 19 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi) Fuad Talışinski və Cəmilə Musayeva) cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəmə si tərəfindən qəbul edilmiş 25 oktyabr 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni ilk iddianın bir qisminin təmin edilməsi, qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın ümumi istifadədə olan həyətinin çıxış qapısının üzərinə qanunsuz olaraq inşa edilmiş pilləkən qəfəsi, həyətin divarına bitişik şəkildə qanunsuz olaraq inşa edilmiş 2 ədəd sanitar qovşağı və 1 ədəd kombi otağının cavabdehlərin vəsaiti hesabına sökülməsi, qeyri-yaşayış sahəsindən istifadəyə, həmin sahədə əsaslı təmirtikinti işlərinin aparılmasına (müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaq şərtilə) maneənin yaradılmasının cavabdehlərə və digər şəxslərə qadağan olunması hissəsində, habelə qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilərək və həmin hissədə iş üzrə yeni qət namə qəbul edilmişdir. İlk iddia üzrə İddiaçı həmin iddia tələbləri təmin edilməyərək, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddiası qismən təmin edilmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hərəkətləri qanunsuz hesab edilərək, onun tərəfindən ünvan 2 ünvanında yerləşən 153,50 kv.m qeyriyaşayış sahəsində aparılmış özbaşına təmir-tikinti işləri İddiaçı hesabına sökülsün və həmin qeyri-yaşayış sahəsi İddiaçı tərəfindən əvvəlki vəziyyətə qaytarılsın, İddiaçı qanunsuz hərəkətləri nəticəsində Cavabdeh1 məxsus sahədə yaranmış qüsurlar İddiaçı hesabına aradan qaldırılması, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş 25 oktyabr 2022-ci il tarixli qətnamənin apellyasiya baxışının predmeti olan qalan hissədə, yəni ilk iddianın qismən təmin edilməsi, ünvan 2 ünvanında y erləşən 153,50 kv.m qeyri-yaşayış sahəsinin mətbəx hissəsinin üzərində yerləşən cavabdehə məxsus sanitar qovşağın cavabdehlərin vəsaiti hesabına təmir edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.

48. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı, cavabdehin ona məxsus obyektə giriş qapısının qarşısını kəsən, giriş-çıxışa mane olan pilləkən quraşdırdığını, pilləkənin iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin divarına birləşmiş sahəsindən binaya sızan nəmişlik və pis iy-qoxunun obyektdən istifadəni mümkünsüz etdiyini bildirsə də, həmin pilləkən qəfəsinin Cavabdeh1 məxsus ilkin, yəni 1997-ci ilə aid texniki pasportda mövcud olduğu ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Bununla da pilləkən qəfəsinin tikinti norma və qaydalarına uyğun olduğu müəyyən edilib. 4

9. Odur ki, Rayon Məhkəməsinin pilləkənin əvvəllər mövcud olmaması, bu səbəbdən də onun sökülməli olması ilə bağlı mövqeyi əsassız hesab edilmişdir.

50. Məhkəmə kollegiyası həm də onuda qeyd etmişdir ki, həmin pilləkən vasitəsilə binanın ikinci mərtəbəsində yerləşən Universitetə çoxsaylı tələbələrin və işçilərin giriş-çıxışı təmin edilir ki, bu baxımdan da pilləkən qəfəsinin sökülməsi məqsədəuyğun deyil. Bundan başqa, binanın tarix və mədəniyyət abidəsi olması nəzərə alınarsa, iddiaçı tərəfindən pilləkən qəfəsinə həmin qapı və pəncərənin açılması üçün də Mədəniyyət Nazirliyi yanında X6, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən hər hansı razılıq verilmədiyi müəyyən edilmişdir.

51. Məhkəmə hesab etmişdir ki, ilk iddianın “qeyri-yaşayış sahəsinin ümumi həyət tərəfdə olan divarına bi tişik şəkildə qanunsuz olaraq inşa edilmiş 2 ədəd sanitar qovşağın və 1 ədəd kombi otağının cavabdehlərin maddi vəsaiti hesabına sökülməsi” hissəsi də əsassızdır. Belə ki, həmin tikililər Universitetin çoxsaylı tələbə və işçi heyətinin təminatı üçün zəruridir. Həmçinin həmin otaqda bağlı yerdə kombi işləməsinin iddiaçının obyekti üçün real təhlükə yaratması sübut olunmur. Həyətdə yerləşən iki ədəd sanitar qovşağının isə yerində müayinə zamanı iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə bitişik inşa edildiyi müəyyən edilməmişdir.

52. Məhkəmə kollegiyası həm də onun qeyd olunmasını zəruri hesab etmişdir ki, ilk iddianın “qeyri-yaşayış sahəsinin mətbəx hissəsinin üzərində yerləşən cavabdehə məxsus sanitar qovşağın cavabdehlərin maddi vəsaiti hesabına təmir edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, Universitetin sanitar qovşağı iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin mətbəx hissəsinin üzərində yerləşir. Sanitar qovşaqdan axan çirkab suları nəticəsində iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinə mənfi təsir göstərdiyi iş materialları ilə öz təsdiqini tapmışdır.

53. Məhkəmə kollegiyas hesab etmişdir ki, birinci instansiya məhkəməsi həmin hissədə ilk iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.

54. İlk iddianın “cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilərək qeyri yaşayış sahəsindən və qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın ümumi həyət qapısından istifadəyə, həmçinin qeyri-yaşayış sahəsinin təmir-bərpasına məhdudiyyət yaradılmasının cavabdehlərə və digər şəxslərə qadağan olunması” hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı özü də əvvəllər belə maneə olsa da, hazırda cavabdehlər tərəfindən ona qarşı hər hansı məhdudiyyət yaradılmadığını etiraf etmişdir. Bu baxımdan müzakirə edilən hissədə ilk iddia tələbi cavabdehlərə münasibətdə əsassız hesab edilmişdir.

55. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, apellyasiya baxışının predmeti olan hissədə ilk iddia “iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin mətbəx hissəsinin üzərində yerləşən cavabdehə məxsus sanitar qovşağın cavabdehlərin maddi vəsaiti hesabına təmir edilməsi” hissəsi istisna olmaqla qalan hissədə Cavabdeh1 münasibətdə əsassızdır.

56. Məhkəmə kollegiyas cavabdeh MMC tərəfindən apellyasiya şikayəti verilməməsini nəzərə alaraq qeyd etmişdir ki, ilk iddia yalnız Cavabdeh1 münasibətdə təmin edilməsi hissəsində ləğv edilsə, o halda cavabdeh MMC-yə aid hissədə qüvvəyə minərək ic raya yönəldiləcəyi təqdirdə qəbul edilmiş qətnamə öz əhəmiyyətini itirmiş olacaqdır.

57. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslanmışdır ki, qeyri-yaşayış sahəsinin mülkiyyətçisinin cavabdehlərdən Cavabdeh1 olduğunu nəzərə alaraq həmin hissələrdə ilk iddia cavabdeh "xxxx" MMC-yə münasibətdə də təmin edilməmişdir.

58. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29 -cu,Mülki Məcəlləsinin 21.1, 21.2, 152.1, 152.2, 152.3, 152.4, 157.2, 157.4, 180.1, 180.2, 180.4, 1096.1, 1096.2, 1097.1, 1115-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. a) Kassasiya şikayətinin dəlilləri

59. İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiya mə hkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

60. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilkin iddianın rədd edilməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuş, mülkiyyətçi olaraq onun qarşıya qoyduğu məqsədə, daha doğurusu, mülkiyyət hüquqlarının qorunması, mülkiyyət hüquqlarına əsassız müdaxilə və mülkiyyət hüquqlarının mütənasib olmayan şəkildə məhdudlaşdırılması ilə nəticələnmişdir.

61. Şikayətçi əlavə olaraq onu da qeyd etmişdir ki, təmir işlərinin aparılmasına dair təsdiq edilmiş layihə 18 noyabr 2022-ci ildə razılaşdırılmışdır. Həmin təsdiq edilmiş layihə ekspertiza tədqiqatının aparılması zamanı nəzərə alınması üçün məhkəməyə təqdim edilmiş, məhkəmə tərəfindən baxış keçirilmiş, lakin işin materiallarına əlavə edilməsi və qiymət verilməsi üçün götürülməmiş, bu isə işin obyektiv araşdırılması mümkünsüz etməklə yanaşı, düzgün olmayan qətnamənin çıxarılmasına gətirib çıxarmışdır. Halbuki razılaşdırılmış layihədə bütün texniki məsələlər öz əksini tapmışdır. Təsdiq edilmiş həmin layihəyə əsasən iddiaçı tərəfindən aparılmış təmir tikinti işlərinin razılaşdırıldığı müəyyən olunur ki, belə vəziyyətdə qarşılıqlı iddianın təmin olunması iddiaçının hüquqlarının pozulması ilə yanaşı onun əsassız olaraq maddi ziyana məruz qalması ilə nəticələnir. “Qeyri-yaşayış sahəsinin ümumi həyət tərəfdə olan divarına bitişik şəkildə qanunsuz olaraq inşa edilmiş 2 ədəd sanitar qovşağın və 1 ədəd kombi otağının cavabdehlərin maddi vəsaiti hesabına sökülməsi” tələbinə münasibətdə məhkəmənin dəyərləndirməsi mülahizə xarakterlidir və bu iddiaya münasibətdə gə tirilmiş “həmin tikililər Universitetin çoxsaylı tələbə və işçi heyətinin təminatı üçün zəruridir” dəlili texniki baxımdan əsaslandırılmamış olmaqla, mülkiyyət hüququna müdaxiləyə əsassız haqq qazandırmaqla, mübahisəni cavabdehin xeyrinə mütənasibsiz şəkildə həll etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

62. Cavabdeh MMC-in rektoru Rəhimova Sevinc tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya məhkəməsi tərəfindən geniş hüquqi qiymət verməklə iddiaları düzgün həll etdyindən, məhkəmə qətnaməsinin dəyişdirilmədən saxlanmalı olmasını göstərmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

63. Maddə 13, hissə İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

64. Maddə

29. Mülkiyyət hüququ mülki yyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir Azərbaycan Respublikasının Mülki Məcəlləsi

65. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

66. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

67. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

68. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

69. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər

70. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır

71. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

72. Maddə 157.4. Əgər m ülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.

73. Maddə 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər.

74. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır

75. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur

76. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər

77. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərə kətsizlikdir)

78. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır

79. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər

80. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

81. Madd ə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

82. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

83. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

84. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

85. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

86. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması na və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

87. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

88. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

89. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır.Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual h üquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

90. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

91. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən tələblərin - “ilk iddianın qeyri-yaşayış sahəsinin ümumi həyət tərəfdə olan divara bitişik şəkildə qanunsuz olaraq inşa edilmiş 2 ədəd santia r qovşağın və 1 ədəd kombi otağının cavabdehlərin maddi vəsaiti hesabına sökülməsi” və “qeyri-yaşayış sahəsinin çöl fasad divarına cavabdehlər tərəfindən birləşdirilmiş kommunikasiya (su, elektrik) xətlərinin cavabdehlərin maddi vəsaiti hesabına sökülməsi və qarşılıqlı iddianın “Şəhla Mehrəliyevanın hərəkətlərinin qanunsuz hesab edilməsi, Şəhla Mehrəliyeva tərəfindən aparılmış özbaşına təmirtikinti işlərinin öz hesabına sökülərək binanın zirzəmisinin əvvəlki vəziyyətə qaytarılması” hissələri üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

92. Məhkəmə kollegiyası hesab edir ki, ilk və qarşılıqlı iddianın digər tələbləri üzrə apellyasiya instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işin həmin tələblərinə baxılarkən prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdür.

93. Lakin məhkəmə kollegiyası qərarın 88-ci bəndində göstərilən hissələri üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəsi ilə razılaşmır.

94. İlk olaraq ilk iddianın qeyri-yaşayış sahəsinin ümumi həyət tərəfdə olan divara bitişik şəkildə qanunsuz olaraq inşa edilmiş 2 ədəd santiar qovşağın və 1 ədəd kombi otağının cavabdehlər in maddi vəsaiti hesabına sökülməsi” və “qeyri-yaşayış sahəsinin çöl fasad divarına cavabdehlər tərəfindən birləşdirilmiş kommunikasiya (su, elektrik) xətlərinin cavabdehlərin maddi vəsaiti hesabına sökülməsi hissəsi ilə bağlı qeyd edilməlidir ki, məhkəmələrin müəyyən etdiyi kimi hər iki mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olduğu bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 132 nömrəli qərarı ilə dövlət qeydiyyatına və mühafizəsinə götürülmüş 3720 inventar nömrəli tarix və mədəniyyət abidəsidir.

95. Apellyasiya instansiya məhkəməsi qarşılıqlı iddianın Şəhla Mehrəliyevanın hərəkətlərinin qanunsuz hesab edilməsi, Şəhla Mehrəliyeva tərəfindən aparılmış özbaşına təmir-tikinti işlərinin öz hesabına sökülərək binanın zirzəmisinin əvvəlki vəziyyətə qaytarılmas ı hissəsini təmin edərkən həmin sahədə əsaslı təmir-tikinti işlərinin aparılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan ilə razılaşdırılmaqla və həmin orqanın təmir-tikinti işlərinin aparılmasının mümkünlüyü barədə rəyi əsasında həyata keçirilə biləcəyini qeyd etmişdir.

96. Lakin məhkəməninin mövqeyinin ziddiyyətli olması aşkar olaraq görülməkdədir. Belə ki, qarşılıqlı iddianı təmin edən məhkəmə binanın mühafizəyə götürülmüş tarixi memarlıq abidəsi olmasını göstərərək müvafiq razılıq olmadan təmir tikinti işlərinin aparılmasının mümkünsüz olması, əvvəlki vəziyyətin bərpa olunması nəticəsinə gəlir. İlk iddianın bu qərarın 91-cı bəndində göstərilən tikililərin və qurğuların özbaşına quraşdırılmasını, qarşılıqlı iddiaçının mülkiyyət hüququnu təsdiq edən və texniki göstəricilə rini müəyyən edən sənəddə həmin tikinti və qurğuların qeyd olunmamasını müəyyən etsə də qarşılıqlı iddiaya münasibətdə aparılmış əsaslandırmadan fərqli, formal mülahizələrlə ilk iddianın mübahisəli hissələrinin rədd edilməsi nəticəsinə gəlmişdir.

97. Məhkəmənin eyni əsaslarla irəli sürmüş tələblər üzrə müxtəlif əsaslandırma aparması hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, digər şəxslərə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə şərait yaratmış olur.

98. İddiaçı kassasiya şikayətində göstərir ki, təmir işlərinin aparılmasına dair təsdiq edilmiş layihə 18 noyabr 2022-ci ildə razılaşdırılmışdır. Həmin təsdiq edilmiş lay ihə ekspertiza tədqiqatının aparılması zamanı nəzərə alınması üçün məhkəməyə təqdim edilmiş, məhkəmə tərəfindən baxış keçirilmiş, lakin işin materiallarına əlavə edilməsi və qiymət verilməsi üçün götürülməmiş, bu isə işin obyektiv araşdırılması mümkünsüz etməklə yanaşı, düzgün olmayan qətnamənin çıxarılmasına gətirib çıxarmışdır. Halbuki razılaşdırılmış layihədə bütün texniki məsələlər öz əksini tapmışdır.

99. Məhkəmələr tərəfindən tədqiq edilmiş Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X6, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, XO-1312/01 nömrəli məktubundan aydın olur ki, İddiaçı məxsus qeyri-yaşayış sahəsində aparılacaq işlərə birbaşa razılıq verilməmiş, razılıq verilmiş layihə məktuba əlavə olunmamış və işlərin Azərbaycan Milli Elmlər Akad emiyasının xx.xx.2022-ci il tarixli 57- 132 nömrəli rəyinə əsasən aparılmasının məqsədəuyğun olduğu vurğulanmışdır.

100. İddiaçı israr edir ki, tərəfindən aparılan təmir bərpa işləri Azərbaycan Milli Elmlər Akademiyasının xx.xx.2022-ci il tarixli 57- 132 nömrəli rəyinə uyğun həyata keçirilmişdir.

101. Həmin rəyin məzmunundan isə görünür ki, Azərbaycan Milli Elmlər Akademiyasının xx.xx.2022-ci il tarixli 57-132 nömrəli rəyində isə layihə məqsədəuyğun hesab olunmuş, lakin aşağıdakı tövsiyələrin gələcək təqdimatlarda nəzərə alınması təklif edilmişdir: - işçi layihə təqdim edilərkən abidənin müasir görünüşünün fotolarının təqdim olunması; - qeyri-yaşayış sahəsinin hazırki və bərpadan sonrakı funksiyasının açıqlanması; - binada aparılacaq dəyişikliklərin (qapı və pəncərə boşluqlarının açılması və s.) hansı məqsədlə aparılması barədə məlumatın verilməsi.

102. Belə olan halda apellyasiya instansiya məhkəməsi İddiaçı məxsus qeyriyaşayış sahəsində aparılan işlərə dair Azərbaycan Milli Elmlər Akademiyasının xx.xx.2022-ci il tarixli 57- 132 nömrəli rəyinin olması və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X6, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən həmin rəyin məqsədəmüvafiq hesab edildiyini nəzərə alaraq həmin rəyi verən və onu məqsədəmüvafiq hesab edən orqanların buna səlahiyyətli olması ilə bağlı araşdırma aparmalı və səlahiyyətli olması müəyyən olunduqdan sonra isə aparılan təmir-tikinti işlərinin layihəyə uyğun aparılması məhkəmə ekspertizası keçirilməklə müəyyən oluna bilərdi.

103. Qeyd olunmalıdır ki, məhkəmələr tərəfindən məhkəmə mühəndis-texniki eks pertizası təyin edilərək, keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, müvafiq mütəxxəsis rəyi alınmış, lakin göstərilən layihənin mütəxəsisə və ekspertə təqdim olunması təmin olunmamış müvafiq suallar ekspert və mütəxəssis qarşısında qoyulmamışdır.

104. Apellyasiya instansiya məhkməsi tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X6, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmasına baxmayaraq yuxarıda göstərilənlar həmin orqanı təmsil edən nümayəndə ilə müzakirə edilməmişdir.

105. Apellyasiya məhkəməsi isə iddiaçının qarşılıqlı iddiaya münasibətdə irəli sürdüyü dəlillərinə ümumiyyətlə hüquqi qiymət verməyərək, mübahisələndirilən hisslərdə ilk iddianın rədd və qarşı lıqlı iddianın qismən təmin olunması nəticəsinə gəlmişdir. Bununla da, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 88, 97.1, 218.1, 220.4, 392-ci maddələrinin tələblərini pozmuşdur. 106. “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiə haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

107. Hər kəs ədalətli məhkəmə araşdırılması hüququna malikdir. Bu ifadə lazımi qaydada həyata keçirilən məhkəmə araşdırmasının bir çox aspektlərini, məsələn, məhkəməyə müraciət hüququnun, məhkəmə qərarının əsaslandırılması və sair məsələləri əhatə edir.

46. Ədalətli məhkə mə araşdırması hüququ tərəflərin bərabərliyi və işə çəkişmə prinsipi əsasında baxılması hüququnu da özündə ehtiva edir.

108. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

109. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...

110. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

111. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, iddianın və ona etirazın dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz.

112. Odur ki, qətnamə qismən ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

113. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən yuxarıda qeyd olunan məsələləri araşdırmalı, iş üzrə mütəxəssis rəyinin alınması, məhkəmə ekspertizasının keçirilməsi məsələlərini tərəflərlə müzakirə etməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

114. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 mart 2024-cü il tarixli, 2(103)-113/2024 saylı qətnaməsi “ilk iddianın qeyri-yaşayış sahəsinin ümumi həyət tərəfdə olan divara bitişik şəkildə qanunsuz olaraq inşa edilmiş 2 ədəd santiar qovşağın və 1 ədəd kombi otağının cavabdehlərin maddi vəsaiti hesabına sökülməsi” və “qeyri-yaşayış sahəsinin çöl fasad divarına cav abdehlər tərəfindən birləşdirilmiş kommunikasiya (su, elektrik) xətlərinin cavabdehlərin maddi vəsaiti hesabına sökülməsi və qarşılıqlı iddianın “Şəhla Mehrəliyevanın hərəkətlərinin qanunsuz hesab edilməsi, Şəhla Mehrəliyeva tərəfindən aparılmış özbaşına təmir-tikinti işlərinin öz hesabına sökülərək binanın zirzəmisinin əvvəlki vəziyyətə qaytarılması” hissəsində ləğv olunsun və iş həmin hissələrdə yenidən baxılması üçün geri qaytarılsın. Qalan mübahisələndirilən hissələrdə qətnamə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar