Məhkəmə qərarları › İş №2(102)-3003/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3003/2021

16.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3003/2021 16.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı a nin cavabdeh X10 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vəsaitin geri qaytarılması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçının vəkili X5, nümayəndəsi X19, 3-cü şəxsin vəkili X1 iştirakı ilə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6959/2020 nömrəli iş üzrə 16 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən veril miş kassasiya şikayəti üzrə işə 16 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları «Xocasən-Avtovağzal» mənzil tunellərinin üzərində yerləşən fərdi yaşayış evlərinin köçürülməsi məqsədilə sakinlərə veriləcək 27.12.2016-cı il tarixli, 32 nömrəli kompensasiya cədvəlinə əsasən X4 154710 manat kompensasiya ayrılmışdır. 21.11.2016-cı il tarixli, 488092 nömrəli etibarnamə ilə X6 10 il müddətinə səlahiyyətlərini X10 etibar etmişdir. 30.12.2016-cı il tarixli, TT2779835 nömrəli kassa məxaric orderinə əsasən X14 etibarnamə əsasında X4 ayrılmış 154710 manat kompensasiyanı almışdır. Ölüm haqqında şəhadətnamə ilə müəyyən edilir ki, X6 03.02.2017-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. a tərəfindən X10 ünvanlanmış 27 fevral 20 19-cu il tarixli tələbnamə ilə müəyyən edilir ki,... təkrar aparılmış qiymətləndirmə rəyinə əsasən müəyyən edilmişdir ki, mərhum Cavabdeh tərəfindən özünün yardımçı sahəsi kimi göstərilmiş 98,37 kv.m. tikiliyə görə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən ona əlavə 35413 manat vəsait ödənilməsi qeyd olunmuş və həmin vəsaitinin 5 gün müddətində geriyə Binəqədi Rayon İcra Hakimiyyətinin hesablaşma-hesabına ödənilməsi tələb edilmişdir. Cavabdehin vəsatətinə əsasən məhkəmə tərəfindən 15 may 2019-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinə və 1 saylı Bakı “ASAN xidmət” mərkəzinə sorğu verilmiş və cavabdeh X8 03.02.2017-ci il tarixdə Bakı şəhərində ölmüş X2 (ölüm haqqında şəhadətnamə AZ-İ № 857793) vərəsəsi olub-olmaması, anası X2 mirasını qəbul edibetməmə si və edibsə hansı həcmdə qəbul etməsi barədə məhkəməyə məlumat verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən sorğuya cavab olaraq göndərilmiş 25 may 2019-cu il tarixli məktuba əsasən “Elektron notariat” informasiya sistemində 23.05.2019-cu il tarixədək olan məlumatlara əsasən Cavabdeh adına respublikanın notariat ofislərində vərəsəlik işinın açılmadığı müəyyən edilmişdir. İddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən 02 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankına sorğu verilmiş, lakin Mərkəzi Bankın sorğuya 10 iyul 2019-cu il tarixli cavabından aydın olmuşdur ki, Mərkəzi Bank tərəfindən fiziki şəxslərə bank xidmətləri göstərilmədiyindən, onların hesabları barədə məlumatlar Mərkəzi Bankda toplanılmır. İş üzrə qəbul edilmiş məhkəmə ak tları Birinci instansiya məhkəməsində icraat İddiaçı a cavabdeh X10 qarşı vəsaitin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxnin Perspektiv İnkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 mart 2011-ci il tarixli 1408 saylı Sərəncamı ilə təsdiq olıınmuş “xxxx Xətlərinin X22” və “xxxxn 2011-2015-ci illərdə İnkişafına dair Dövlət Proqramı”nda İİİ yeni (Bənövşəyi) xəttin “Xocəsən” elektrik deposu, “Avtovağzal”, B-02, B-03, B-04 stansiyalarının tikintisi nəzərdə tutulmuşdur. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti başçısının 22.10.2015-ci il tarixli Sərəncamı ilə Binəqədi rayonu, Xocəsən-Lökbatan yolunun şərq hissəsində Biləcəri Heybət mənzi lindən “Xocəsən” elektrik deposuna çəkilməsi nəzərdə tutulan dəmir yol xəttinin tikintisinin layihələndirilməsi məqsədi ilə 05.08.2011-ci il tarixli 357 saylı Sərəncamla 23,7 ha torpaq sahəsinə bitişik 2,466 ha torpaq sahəsi “xxxx” QSC-nin daimi istifadəsinə ayrılmışdır. “xxxx” QSC Azrbaycan Respublikasının Baş Nazirinin müavininə 17.02.2016-cı il tarixli 40N-10/2-66 saylı məktubla müraciət edərək, Cəmiyyətin və Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birlirkdə “Xocəsən-Avtovağzal” mənzil tunellərinin üzərindəki evlərin saxlanması və ya köçürülməsi haqqında Fövqəladə Hallar Nazirliyi tərəfindən rəy əsasında müvafiq göstəriş verilməsini xahiş etmişdir. “xxxx” QSC-nin və Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birlikdə “Xocəsən-Avtovağzal” mənzil tunellərinin üzərin dəki evlərin köçürülməsi haqqında Fövqəladə Hallar Nazirliyi tərəfindən rəy əsasında tunellərin tikintisi ilə bağlı aparılan işlər tunellərin üstündə tikilmiş fərdi yaşayış evlərində qəzalı vəziyyətin yaranması, qatarların hərəkətindən yaranmış dinamik zərbələrin, titrəmənin yer səthinə ötürülməsi nəticəsində fərdi yaşayış evlərində mənfi fəsadlar yaratdığından həmin fərdi yaşayış evləri müstəqil ekspertlər “xxxx” MMC tərəfindən qiymətləndirilmişdir. Azərbaycan Respublikası Baş Nazirinin müavininin 31.08.2016-cı il tarixli 17/3800-12 saylı dərkənarı ilə ödənilərək, köçürülmə işlərinin təmin olunması Binəqədi Rayon İcra Hakimiyyətinə, köçürülməsi nəzərdə tutulmuş obyektlərin sahiblərinə kompensasiya ödənilməsi məqsədi ilə Binəqədi Rayon İcra Hakimiyyətinin bank hesabına 4368758,0 manat ödən ilməsinin təmin olunması və köçürülmə ilə əlaqədar tələb olunan sənədlərin Maliyyə Nazirliyi ilə razılaşdıraraq Rayon İcra Hakimiyyətinə təqdim olunması isə “xxxx” QSC-yə tapşırılmışdır. Köçürülməsi nəzərdə tutulan fərdi yaşayış evlərinin hər kv.m. 500-600,0 manat, əlavə 20% və yardımçı sahələrə 20-200,0 manat məbləğində kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Kompensasiyanın ödənilməsi məqsədilə Binəqədi Rayon İcra Hakimiyyəti siyahı üzrə evlərin faktiki sahibləri ilə notarial qaydada müqavilə bağlayaraq vəsaitləri onların “xxxx” ASC-nin Binəqədi filialında açılmış hesablaşma-hesablarına köçürmüşdür. Aparılan qiymətləndirmə zamanı X6 ətraf tikililərin ona məxsus olduğu kimi qeyd etdirərək, qiymətləndirmə Hesabatında A, B və C tikililər kimi göstərilmiş əraziyə ödənilməli vəsaitin alı nması məqsədilə oğlu X10 21.11.2016-cı il tarixli etibarnamə vermişdir. Verilmiş etibarnamə əsasında Zahid Allahverdiyev 27.12.2016-cı il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti ilə alqı-satqı müqaviləsi bağlamaqla Dövlət büdcəsindən kompensasiya formasında 154710,00 manat məbləğində “xxxx” ASC-nin Binəqədi filialında açılmış hesablaşma-hesablarına vəsait köçürülmüşdür. X2 nümayəndəsi X14 154710,00 manat məbləğində vəsaiti “xxxx” ASCnin Binəqədi filialında açılmış hesablaşma-hesablarından almışdır. İddiaçı X20 Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldıraraq mərhum X6 tərəfindən özünün evinin yardımçı sahəsi kimi göstərilmiş 98,37 kv.m. tikilinin onun fərdi yaşayış evinin olmasını iddia etmişdir. X14 məhkəmədə ifadələr verərək bu faktı təsdiq etmişdir. H əmçinin digər mənbələrdən aparılmış araşdırma zamanı yardımçı sahə kimi qeyd olunmuş 98,37 kv.m. tikilinin 2010-cu ildən iddiaçı X15 istifadəsində olması və Allahverdiyevlər ailəsinə hər-hansı bir aidiyyətinin olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsin 2-1(81)3886/18 saylı 11.12.2018-ci il tarixli Qərarına əsasən iddiaçı X15 iddia tələbi təmin edilərək, ona məxsus evin “XocəsənAvtovağzal” mənzil tunellərinin üzərindəki köçürülməsi nəzərdə tutulan evlərin siyahısından çıxarılması qərara alınmış və Qərar hüquqi qüvvəsini almışdır. Məhkəmə çəkişməsi zamanı müəyyən olunmuş faktlara görə “xxxx” QSC Binəqədi Rayon İcra Hakimiyyətinə 40N-10/3-243 saylı 29.01.2019-cu il tarixli məktubla müraciət edərək, Nazirlər Kabinetinin tapşırığı ilə yaranm ış komissiyanın rəyi əsasında “XocəsənAvtovağzal” mənzil tunellərinin üzərindəki köçürülməsi nəzərdə tutulan 61 fərdi yaşayış evlərinin müəyyən edildiyi, kompensasiya ödənilərək köçürülməsi məqsədilə kadastr planlarından çıxarışlar hazırlandığını və müstəqil qiymətləndirici tərəfindən vəsaitin hesablandığını, X2 adına rəsmiləşdirilən tikililərdən 98,37 kv.m. sahəsi olan B yardımçı tikilinin onun evinin yardımçı sahəsi kimi göstərdiyini və kompensasiya məbləği olaraq 35413,00 manat məbləğində bu tikili üçün vəsait aldığını bildirmişdir. Qeyd olunan səbəblərə əsasən “xxxx” QSC 98,37 kv.m. sahəsi olan B yardımçı tikiliyə görə X10 artıq ödənilmiş 35413,00 manat məbləğində kompensasiyanın geri alınmasını Rayon İcra Hakimiyyətindən xahiş etmişdir. İddiaçı Binəqədi Rayon İcra Hakimiyyəti cavabdeh X10 02/09-11-32/134 saylı 27.02.2019-cu il tarixli “Tələbnamə” göndərməklə "xxxx” ASC-nin Binəqədi filialından artıq alınmış 35413,00 manat məbləğində kompensasiya məbləğinin 5 iş günü müddətində geriyə Binəqədi Rayon İcra Hakimiyyətinin hesablaşma hesabına ödənilməsi tələb olunmuş, lakin, cavabdeh Z.Allahverdiyev bu tələbə məhəl qoymamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakim N.Nəbizadə, iş № 2(001)-3667/2019) iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə kompensasiya məbləğinin etibarnamə əsasında X14 vasitəsi ilə X4 30.12.2016-cı il tarixdə ödənilmiş, Zərifə Allahverdiyeva 03.02.2017-ci il tarixdə ölmüş və cavabdehin anasının ölümündən sonra mirası qəbul etməsi iş materialları ilə sübut olun mur. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və E.Kazımov, № 2(103)-12787/2019) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli 2(001)-3667/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmur. Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Resp ublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 01 iyul 2020-ci il tarixli qərarı ilə (hakimlər İ.Xələfov (sədrlik edən və məruzəçi), G.Quliyev və Z.Əliyev, iş № 2(102)-2137/2020) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 noyabr 2019-cu il tarixli, 2(103)-12787/2019 saylı qətnaməsi ləğv olunmuş və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Kassasiya məhkəməsi hesab etmişdir ki, apelyasiya instansiyası məhkəməsi iddianın rədd olunmasını qanuni sayarkən anasının ölümündən sonra Zahid Allahverdiyevin mirası qəbul etməsinin iş materialları ilə sübuta yetirilmədiyini əsas göstərmişdir. Məhkəmənin həmin nəticəsi səthi yoxlanılmış sübutlara söykəndiyindən qətnamə qanuni və əsaslı sayıla bilməz. X18 üçün ayrılmış kompe nsasiya onun oğlu Zahid Allahverdiyev tərəfindən 2016-cı ilin dekabr ayının 30-da alınmış, Zərifə Allahverdiyeva isə 03 fevral 2017-ci il tarixdə, yəni 1 ay 3 gündən sonra vəfat etmişdir. Ödənilən kompensasiyanın ümumi məbləğinin 154.710 manat təşkil etməsi həmin vəsaitin Zərifə Allahverdiyeva tərəfindən qısa bir müddət ərzində xərclənməsi qənaətinə gəlmək üçün əsas vermir. Eləcə də, onun tərəfindən bu müddət ərzində hər hansı bir qiymətli əmlakın əldə edilməsi iş materiallarından görünmür. Bu isə belə bir məntiqi nəticəyə gəlməyə əsas verir ki, həmin pul başqası tərəfindən ələ keçirilmişdir. İddiaçının qənaətinə görə X18 həmin pul məbləğinin bankdan götürülməsini oğlu Zahid Allahverdiyevə etibar etdiyi üçün və o, anası ilə birlikdə yaşadığı üçün mirası qəbul etmiş vərəsə kimi pul ondan tutulmalıdır. Apelyasiya instansiyası məhkəməsi cavabdehin mirası qəbul etməməsi barədə nəticəyə gələrkən Zahid Allahverdiyevin adına vərəsəlik işinin açılmamasına dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 25 may 2019-cu il tarixli məktubuna əsaslanmışdır. Məhkəmə instansiyaları iddianı əsassız sayarkən mübahisəyə səbəb olmuş pul vəsaitinin taleyi ilə əlaqədar heç bir ciddi araşdırma aparmamış və bu barədə cavabdehə suallar verməklə alınmış kompensasiyanın yoxa çıxmasının səbəblərini aydınlaşdırmamışdır. Anasının ölümündən sonra yoxa çıxmış küllü miqdarda kompensasiyanın cavabdeh tərəfindən ümumiyyətlə axtarılmaması və bununla əlaqədar heç bir orqana müraciət olunmaması onun pul vəsaitinin taleyindən xəbərsiz olmasına şübhə yaradır. İş üzrə həqiqətin müəyyən edilməsi üçün zəruri ol masına baxmayaraq kompensasiyanı aldıqdan sonra onu anasına verib – verməməsi, mərhumun ölümünün son günlərini kiminlə yaşaması müəyyən olunmamışdır. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova, iş № 2(103)-6959/2020) apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli 2(001)-3667/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, əsassız varlanma ilə bağlı iddia tələbi yalnız o halda əsaslı ola bilər ki, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsasının olmaması, həmçinin bu cür varlanmanın həyata ke çməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənməsi, iddiaçının əmlakdan məhrum olması, cavabdeh iddiaçının hesabına əmlak əldə etməsi müəyyən edilmiş olsun. Yalnız bu üç əsasın birlikdə mövcud olması müəyyən edildiyi halda, əsassız varlanma ilə bağlı iddia tələbi əsaslı hesab edilə bilər. Lakin hazırkı işin müəyyən edilmiş hallarından görünür ki, X12 ilə Binəqədi RİH arasında fərdi yaşayış evinin kompensasiya müqabilində sonuncuya verilməsi ilə bağlı müqavilə mövcud olmuş, cavabdehə kompensasiya məbləği, o cümlədən hazırkı iddia tələbinin predmetini təşkil edən 35413,00 manat həmin müqavilənin əsasında ödənilmişdir. Qeyd edilən müqavilənin həqiqiliyi isə sonradan mübahisələndirilməmişdir. «B» tikilisi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 11 dekabr 2018-ci il tarix li qərarı ilə həmin tikilinin dövlət proqramı əsasında köçürüləcək evlərin siyahısından çıxarılması vəzifəsi cavabdeh Binəqədi RİH-nin üzərinə vəzifə olaraq qoyulsa da, qeyd edilən müqavilə mübahisələndirilməmişdir. Hazırkı iddia tələbi əsassız varlanma ilə bağlı mülki hüquq normalarının dispozisiya şərtlərinə cavab vermədiyindən bu əsasla geri ödənilməsi tələbi qanuni və əsaslı hesab edilə bilməz. İddia tələbi tərəflər arasında bağlanmış müqavilənin tərəfi olan mərhum X3 Allahverdiyevə qarşı sürülmüşdür. Halbuki məhkəmə araşdırması zamanı X9 Zahid Allahverdiyevdən başqa, digər vərəsələrinin də olduğu müəyyən edilmişdir. Bu zaman iddiaçı işin o hallarına əsaslanmışdır ki, Zahid Allahverdiyev həmin müqavilə bağlanarkən və kompensasiya məbləği alınarkən mərhum Cavabdeh etibarnamə əsasında təmsil etmişdir. İddiaçı hazırkı apellyasiya şikayətində cavabdeh Zahid Allahverdiyevin onlara qarşı qaldırmış olduğu inzibati məhkəmə mübahisələrində özünün mərhum anası Zərifə Allahverdiyevanın vərəsəsi olduğunu bildirməsinə, Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən mərhum anasından qalmış mirası faktiki qəbul etməsinə istinad etmişdir. Vərəsənin mirası Mülki Məcəllənin 1243.2-ci maddəsinin dispoziya şərtlərində göstərilən qaydada qəbul etməsinin müəyyən olunması üçün ilk növbədə miras əmlakın özünün mövcud olması, sonra isə vərəsənin həmin miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi müəyyən edilməlidir. Cavabdeh Zahid Allahverdiyevin Binəqədi RİH-nə qarşı inzibati məhkəmə icraatı qaydasında qaldırdığı iddiala rında Z.Allahverdiyev özünü mərhum anası Zərifə Allahverdiyevanın hüquqi varisi olduğunu qeyd edərkən, anasına ödənilmiş kompensasiya məbləğinin onun tərəfindən miras əmlak kimi qəbul edilməsinə deyil, mərhum anası ilə Binəqədi RİH arasından bağlanmış müqavilənin predmeti olmuş fərdi yaşayış evində faktiki yaşamasına istinad etmişdir. Lakin qeyd edildiyi kimi, həmin mübahisəli fərdi yaşayış evi ilə bağlı X18 hələ sağlığında Binəqədi RİH ilə müqavilə bağlayaraq bu əmlaka olan hüquqlarından sonuncunun xeyrinə imtina etdiyindən, bununla da qeyd edilən fərdi yaşayış evi və ona dair hüquqlar artıq mərhum Cavabdeh qalmış miras əmlak kütləsinə daxil olmadığından, cavabdeh Zahid Allahverdiyev həmin əmlaka münasibətdə mərhum anasının varisi hesab edilə bilməz. X12 ödənilmiş 154710,00 manat kompensa siya məbləğinin onun miras kütləsinə daxil olub-olmaması, əgər daxil olmuşdursa, həmin məbləğin cavabdeh Zahid Allahverdiyev tərəfindən qəbul edilib-edilməməsi məsələsinə münasibətdə isə kollegiya qeyd etmişdir ki, göstərilən kompensasiya məbləğinin miras əmlak hesab edilməsi üçün həmin məbləğin X9 öldüyü günə qədər onun sahibliyində, istifadəsində və sərəncamında olması müəyyən edilməlidir. X9 həmin pul vəsaitini öz sağlığında kiməsə (o cümlədən öz vərəsələrinə) verməsi (hədiyyə etməsi) bu vəsaitin onun ölümündən sonra miras kütləsinə daxil olmasını istisna edir. Cavabdeh Zahid Allahverdiyev anasına ödənilmiş kompensasiya məbləğini anasının verdiyi etibarnamə əsasında qəbul etdiyini və dərhal da bütün məbləği anasına verdiyini, həmin məbləğdən ona heç nə qalmadığını bildirmişdir. İddiaçı Bakı şəhəri Binəqədi RİH isə X12 ödənilmiş kompensasiya məbləğinin onun ölümündən sonra miras aktivinə daxil edilib-edilməməsi, daxil edilmişdirsə, həmin miras aktivinin hansı hissəsinin onun vərəsəsi olan cavabdeh Zahid Allahverdiyev tərəfindən miras əmlak kimi qəbul edilməsinə dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, bu halları sübut etmək vəzifəsi iddiaçı olaraq Binəqədi RİH-nin üzərinə düşür. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı Binəqədi rayon İcra Hakimiyyəti (vəkil X13) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mü lki Kollegiyasının 2(103)-6959/2020 nömrəli iş üzrə 16 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi X23 və vəkili X13 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6959/2020 nömrəli iş üzrə 16 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. 3-cü şəxsin vəkil i X7 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6959/2020 nömrəli iş üzrə 16 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüqu q normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddiaçının şikayətində g östərilənlərə münasibətdə tam yoxlanmasını təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının ( miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.2-ci maddəsinin dispoziya şərtlərində göstərilən qaydada qəbul etməsinin müəyyən olunması üçün ilk növbədə miras əmlakın özünün mövcud olması, sonra isə vərəsənin həmin miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi müəyyən edilməlidir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarında göstərilmişdir ki, miras qo yanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. “N.Rzazadə və R.Rzazadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 dekabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki,...məhkəmələr miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti ilə bağlı işlərə baxarkən, ilk növbədə, mirasın həcmini araşdırmalı və yalnız bundan sonra miras aktivinə mütənasib surətdə onların məsuliyyətinin həddini müəyyən etməlidirlər. «Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericil iyi baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında şərh edilən hüquqi mövqeyə görə, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdi yi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. ….Proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xal is çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olubolmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əs asən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq mü nasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilm əməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətində göstər ilən dəlillərlə eynilik təşkil edən dəlilləri iş üzrə sübutlarla birlikdə qarşılıqlı olaraq araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6959/2020 nömrəli iş üzrə 16 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar