Məhkəmə qərarları › İş №2(102)-3003/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3003/2022

07.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3003/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3003/2022 (açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) 07.06.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı "hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)461/2022 nömrəli, 10 yanvar 2022 -ci il tarixli qətnaməsindən verilmiş cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı (bundan sonra “iddiaçı”) Azərbaycan Respublikası Maliyyə Nazirliyinə (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən dövlət büdcəsi hesabına 142532.50 manat maddi, 150000 (yüz əlli min) manat mənəvi zərərin əvəzinin, cəmi 292532,50 manatın (iki yüz doxsan iki min beş yüz otuz iki manat 50 qəpik) tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi belə əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikasının Daxili İşlər orqanlarında xidmət etmiş, polis kapitanı olmuşdur. İddiaçıya qarşı irəli sürülmüş əsassız ittihamlar nəticəsində, onun barəsində Bakı şəhər Prokurorunun 12 yanvar 1999cu il tarixli qərarı ilə həbsdə saxlamaq qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət işləri üzrə İ dərəcəli məhkəmə kollegiyasının 16/Vİll-99-cu il tarixli binagüzarlıq iclasının qərardadı və 13 mart 2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 168-ci maddəsinin 2-ci hissəsi ilə (1960-cı il redaksiyasında) 3 il azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir.

3. Suraxanı Rayon Məhkəməsinin 15 noyabr 2000-ci il tarixli qərarı ilə iddiaçının cəzasının qalan hissəsinin məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməyi qərara alınmışdır. Sumqa yıt Şəhər Məhkəməsinin 17 mart 2001-ci il tarixli qərardadı ilə iddiaçının vaxtından əvvəl şərti olaraq cəzadan azad olunmağı qərara alınmışdır. İddiaçı 12 yanvar 1999-cu ildən 17 mart 2001-ci il tarixə kimi qanunsuz və əsassız olaraq cəza çəkmişdir.

4. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 iyul 2007-ci il tarixli, 8c-2/07 saylı Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət işləri üzrə İ dərəcəli məhkəmə kollegiyasının 16/Vİİİ-99-cu il tarixli qərardadı və 13 mart 2000-ci il tarixli hökmü bütövlükdə ləğv edilmiş, həmin hissədə işə yenidən məhkəmə hazırlıq iclası mərhələsindən baxılması üçün iş Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinə göndərilmişdir. Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hazırlıq İ clasının 28 avqust 2007-ci il tarixli, İş № A-1001/07 saylı qərarı ilə qərara alınmışdır ki, təqsirləndirilən şəxs İddiaçı barəsində CM-nin 167-ci maddəsinin 1-ci və 2-ci hissələri ilə (köhnə redaksiyada) təqsirləndirilməsinə dair cinayət isinin baxılmasına xitam verilsin və prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Həmin qərarın əsaslandırıcı hissəsində Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsi qeyd etmişdir ki, “...Məlikəmə hesab edir ki, ibtidai araşdırma aparılarkən CPM-nin 289.3.2 maddəsinin tələbi pozulmuş, təqsirləndirilən şəxslərin təqsirliliyini təsdiq edən sübutlar öz əksini tapmır." Azərbaycan Respublikası Baş Prokurorunun 1-ci müavininin “Cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın hissəvi ləğv edilməsi haqqında” 29 dekab r 2007-ci il tarixli qərarında Cinayət Prosessual Məcəlləsinin 39.1.2 və digər maddələri rəhbər tutularaq qərara alınmışdır ki: “Cinayət işi üzrə qəbul edilmiş şəraitin dəyişməsi ilə əlaqədar cinayət işinin icraatına xitam verilməsi barədə 23 fevral 2001-ci il tarixli qərarın İddiaçı aid hissəsi ləğv olunsun. Cinayət işinin İddiaçı aid hissəsi üzrə icraata əməlində cinayət tərkibi olmaması əsasına görə xitam verilsin.

5. İbtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində iddiaçı tamamilə əsassız olaraq məhkum edilərək 795 gün azadlıqdan məhrum etmə cəzası çəkmişdir.

6. Bundan əlavə, iddiaçı 12 yanvar 1999-cu ildən Daxili İşlər orqanlarından xaric edilmiş və məhkum edilməsi səbəbindən sonradan həmin orqanlarda xidmətə bərpa edilməmişdir. Belə ki, “Polis h aqqında” Qanunun 28-ci maddəsinin İV hissəsinə əsasən cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xilam verilmiş, şəxslər polisdə xidmətə qəbul edilə bilməzlər.

7. İddiaçının həbs edilən tarixə vəzifə maaşı 250 manat təşkil etmişdir. 12 yanvar 1999-cu ildən 29 dekabr 2007-ci il tarixə kimi olan müddət, yəni 108 ay ərzində iddiaçı almalı olduğu vəzifə və rütbə maaşından, həmçinin qanunvericiliklə nəzərdə tutulmuş əlavə müavinətlərdən məhrum olmuşdur.

8. Daxili işlər orqanları işçilərinin vəzifə maaşlarının artırılması haqqında sərəncamlar, həmçinin indeksləşmə nəzərə alınmaqla, iddiaçıya ödənilməli olan məbləğ 142532,5 AZN (yüz qırx iki min beş yüz otuz iki manat 50 qəpik) təşkil edir. Belə ki, yanvar 1999-may 2000 -cü il üzrə cəmi 17 ay üzrə=4250 AZN (17*250=4250); iyun 2000-iyul 2004-cü illər üzrə cəmi 49 ay üzrə, 2 dəfəlik artım nəzərə alınmaqla 24500 AZN (250x2x49= 24500); avqust 2004-dekabr 2007-ci il üzrə cəmi 40 ay üzrə 60000 AZN (500x3x40=60 000). Beləliklə, yanvar 1999-dekabr 2007-ci illər üzrə cəmi 88750 AZN (4250+24500-60 000 =88750) İstehlak qiymətlərinin artımı 1999-2007-ci illər üzrə orta hesabla 160.6 faiz təşkil etmişdir. Göründüyü kimi, iddiaçıya ödənilməli olan 88 750 AZN indeksləşmə nəzərə alınmaqla 142532,5 AZN təşkil edir.

9. İddiaçı 1987-ci ildən, yəni 22 yaşından daxili işlər orqanlarında xidmətə qəbul edilmiş, öz həyatını və gələcəyini yalnız dövlətə xidmət etmək kimi çətin və şərəfli xidmət sahəsi ilə bağlamışdır. Xidmət etdiyi dövrdə yüksək peşəkarlıq, intizam nümayiş etdirm iş, 1990-cı ildə ezam edildiyi aktiv hərbi əməliyyatlar gedən Gədəbəy rayonunun Ermənistanla sərhəd olun Şınıx, Arabaçı, Mor-Mor, Gövəkli və digər kəndlərində yerli əhalinin erməni işğalçılarının hücumlarından müdafiə olunmasında və s. mürəkkəb əməliyyat şəraiti olan bölgədə asayişin təmin olunmasında fəal iştirak etmiş və ona rəhbərlik tərəfindən dəfələrlə şifahi təşəkkürlər elan edilmişdir. Qeyd edilən faktlar hazırkı iddiaya əlavə edilən arayış və aktlarda da öz təsdiqini tapır.

10. İddiaçının nümunəvi xidməti, həmçinin ona vaxtından əvvəl növbəti xüsusi rütbələr verilməsi ilə də qiymətləndirilmiş, 34 yaşı olanda artıq polis kapitanı rütbəsinə yüksəlmişdir. İddiaçı həm xidmət etdiyi kollektiv arasında, həm də, ümumiyyətlə, cəmiyyət arasında özünün yüksək peşəkarlığı, ciddi intizamı, vət ənpərvərliyi və xalqımıza fədakarlıqla xidmət etməsi ilə yüksək mənəvi dəyərlərə malik bir şəxs fikri formalaşdırmışdır. Belə olan halda, iddiaçının tez bir zamanda daha yüksək rütbələr almaqla və daxili işlər orqanlarında daha yüksək vəzifələrə yüksələcəyi şübhə doğurmurdu. Lakin belə yüksək insani və xidməti keyfiyyətlərə malik olan iddiaçının həmin dövrdə qüvvədə olan Cinayət Məcəlləsinin 168-ci maddəsinin 2-ci hissəsi ilə qanunsuz olaraq məhkum olunmasının onu nə qədər mənəvi əzab və iztirablara düçar etdiyini təsəvvür etmək çətin deyil.

11. İddiaçının qanunsuz məhkum olunması onun yalnız müəyyən müddət azadlıqdan və əmək haqqından məhrum edilməsi ilə məhdudlaşmamış, ümumiyyətlə, 34 yaşında daxili işlər orqanlarında kapitan rütbəsinə qədər yüksəlmiş və bu sahədə böyük perspektivləri aş kar olan şəxsin sonrakı həyatının qeyri-müəyyənlik qarşısında qoyulması, nüfuzunun haqsız yerə ləkələnməsi ilə nəticələnmişdir. Şərh edilənlər iddiaçıya dəymiş mənəvi zərərin daha böyük olduğunu təsdiq etsə də, iddiaçı həmin zərər məbləğinin yalnız 150 000 manat məbləğində olması ilə kifayətlənir.

12. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 1101-ci, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun1, 4 və 5-ci maddələrinə istinad etmişdir.

13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-522/2021 nömrəli iş üzrə 2021-ci il 22 fevral tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasın ın Dövlət büdcəsindən mənəvi zərərə görə 5000 (beş min) manatın alınaraq iddiaçıya ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Solmaz Ədilova)

14. Birinci instansiya məhkəməsi qeyd edib ki, azadlıq hüququ təbiətən insana xas olan xüsusiyyət olmaqla hər kəsin istifadə etməli olduğu başlıca şərtdir. Şəxsin azadlıq hüququndan məhrum olması bir sıra digər hüquqlardan istifadəyə birbaşa mənfı təsir göstərməklə onu qeyri-əlverişli vəziyyətdə qoyur. Azadlıq hüququna malik olmayan şəxs digər hüquqlardan istifadə etmək imkanından da əsasən məhrum olur, azadlıq hüququ olmadan insanın digər hüquqları deklarativ xarakter daşıyır. Azadlıq hüququ həm də onunla səciyyələnir ki, onun pozulması həmişə şəxsin müəyyən hüdudlara, sərhədə malik olan ərazidə, müəssisədə saxlanılma sı ilə müşaiyət olunur. Hər kəs azadlığa malik olmalıdır və bu azadlıq yalnız müstəsna hallarda, hər bir halda qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırıla bilər. Azadlıqdan məhrum etmənin qanuniliyi tələbi həm prosesə, həm də onun məzmununa şamil olunur. Qanunilik həmçinin onu nəzərdə tutur ki, azadlıqdan məhrum etmə zamanı həm daxili qanunvericiliyə, həm də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə riayət olunmalıdır. Şəxsin azadlıqdan məhrum edildiyi hallarda ilk növbədə qanunun tələblərinə riayət edilibedilmədiyi yoxlanılmalıdır.

15. Birinci instansiya məhkəməsi iddiaçının 12 yanvar 1999-cu ildən 17 mart 2001-ci il tarixə kimi konkret olaraq Azərbaycan Respublikası CM-nin 168-ci maddəsinin 2-ci hissəsi ilə (1960-cı il redaksiyasında) nəzərdə tu tulmuş cinayət əməlini törətməsində ittiham olunaraq azadlıq hüquqlarının məhdudlaşdırılmasını və buna görə də həmin maddə ilə təqsirli bilinib azadlıqdan məhrum edilməsini ona münasibətdə azadlıq hüquqlarının pozulması kimi qiymətləndirib və iddia tələbinin yalnız mənəvi ziyanın ödənilməsi hissəsini əsaslı sayıb.

16. Birinci instansiya məhkəməsi hesab edib ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır və zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hi sslərə toxunulma başa düşülür. İstər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir.

17. Birinci instansiya məhkəməsinin mövqeyinə görə zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı, mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri əmlak xarakterli olur.

18. Birinci instansiya məhkəməsi qeyd olunanlara əsasən hesab etmişdir ki, iddiaçının Azərbaycan Respublikası CM-nin 168-ci maddəsinin 2-ci hissəsi ilə (1960-cı il redaksiyasında) nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə əlaqədar qanunsuz və əsassız olaraq müəyyən müddət həbsdə olması ilə əlaqədar ona mənəvi ziyan dəymişdir. Çünki iddiaçının 12 yanvar 1999-cu ildən 17 mart 2001-ci il tarixədək olan müddət ərzində Azərbaycan Respublikası CM-nin 168-ci maddəsinin 2-ci hissəsi (1960-cı il redaksiyasında) ilə təqsirli bilinərək 2 il 2 ay 5 gün azadlıqdan əsassız olaraq məhrum edilmişdir.

19. Bununla belə, birinci instansiya məhkəməsi mənəvi zərərlə bağlı iddia tələbinin həcmini əsassız hesab etmiş və göstərmişdir ki, mənəvi ziyanın iddia edilən məbləğdə təmin edilməsi mümkünsüzdür. Belə ki, iddiaçının yuxarıda göstərilən müddətdə həbsdə saxlanılması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, stress, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən məbləğdə ödənilməsi ağlabatan deyildir. Buna görə də mənəvi zərərin 5000 (beş min) manat həcmində təmin olunması ədalətli hesab edilməlidir.

20. Birinci instansiya məhkəməsi maddi zərərlə bağlı iddia tələbinə münasibətdə bildirmişdir ki, iddiaçı ona dəymiş maddi zərərin nədən ibarət olmasını əsaslandıra bilməmiş və bu barədə məhkəməyə hər hansı mötəbər sübut növü təqdim etməmişdir. İddiaçı ona vurulmuş maddi ziyanla bağlı (əmək haqqı, pensiya, başqa gəlirlərin itirilməsi və sair) hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, həmçinin iddiaçının iddia ərizəsinin əsaslandırıcı hissəsində əmək haqqının indeksləşdirilməsi ilə bağlı göstərilənlərə münasibətdə qiymət verilməsi mümkün deyil, tələbdə hesablanmış pul vəsaitinin iddiaçının xeyrinə tutulması göstərildiyindən, məhkəmənin isə əmək haqqının hesablanması üzrə ixtisaslı vərdişləri (vasitələri) olmadığından, habelə digər sübutlar təqdim edilmədiyindən, bu iddia əsaslı sayıla və təmin edilə bilməz.

21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2-ci, 57.1-ci, 58.1, 58.2-ci, 60.1-ci, 61.2-ci, 63-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyanın 5, 41-ci, 7 saylı Protokolunun 3-cü, 1966-cı ildə BMT tərəfındən qəbul edilmiş “Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”ın 9-cu, Azərbaycan Respublikası Konstitusiyasının 28, 68-ci, “Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”ın 14-cü maddələri, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1996-cı il 27 dekabr tar ixli 5 saylı, 2008-ci il 3 noyabr tarixli, 7 saylı Qərarları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli Qərarı, Avropa İnsan hüquqları Məhkəməsinin «Kalaşnikov Rusiyaya qarşı» iş üzrə 2002ci il 15 iyul tarixli Qərarı, Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»ın 13-cü bəndi ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməyən hissələrində ləğv, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. İddiaçının apellyasiya şikayətinin dəlilləri: - qətnamənin özündə məhkəmə iddiaçının qanunsuz həbs olund uğu və azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyi dövr və bundan sonrakı dövr üçün vəzifə maaşının məbləği barədə DİN-nin Maliyyə Plan İdarəsinin məktubuna istinad etmişdir. İddia ərizəsində də daxili işlər orqanlarında çalışanların vəzifə maaşının artırıldığı qeyd edilmişdir. İddiaçıya dəymiş maddi zərərin hesablanması üçün məhkəmənin ixtiyarında kifayət qədər sübut və hüquqi baza olduğu halda məhkəmə tələbin bu hissəsinin sübut olunmadığını qeyd etmişdir; - bundan başqa, mənəvi zərərin 5 min manat hissədə təmin edilməsi ədalət müqahikiməsinin həyata keçirilmə prinsiplərinə ziddir.

24. Cavabdeh də qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Cavabdehin apellyasiya şikayətinin dəlilləri: - birin ci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə mənəvi zərərlə bağlı hər hansı təsdiqedici sənədə istinad etməmişdir, iş materiallarında iddiaçıya hər hansı mənəvi zərər dəyməsi faktı sübut olunmur. Məhkəmə baxışı zamanı mənəvi ziyanın müəyyən edilməsi üçün hər hansı faktlar göstərilməmiş, hər hansı sübut tədqiq olunmamışdır; - iddia tələbi dövlət büdcəsinə yönəldiyindən iş üzrə təqsirkar şəxslər məhkəmə prosesinə cəlb olunmalı, onların təqsiri müəyyən edilməli və dövlətin həmin şəxslərə qarşı reqress hüququndan istifadə edə bilməsi üçün hüquqi faktlar məhkəmə qərarında göstərilməli idi.

26. İşə apellyasiya qaydasında baxılarkən apellyasiya instansiyası məhkəməsi iddiaçının əmək haqqı ilə bağlı Azərbaycan Respublikası DİN Maliyyə-Plan İdarəsinə sorğu ünvanlanmış və sorğuya cavab almışdır.

27. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-461/2022 saylı mülki iş üzrə 10 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - maddi zərər tələbinə aid hissədə ləğv edilərək, həmin hissədə iddianın qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən iddiaçının xeyrinə maddi zərərə görə 23.942,5 manatın tutulması, qətnamənin mənəvi zərərə aid hissədə isə dəyişdirilərək cavabdehin vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən İddiaçı xeyrinə ödənilməli olan mənəvi zərərin məbləğinin 26000 manat məbləğində müəyyən edilməsi, cava bdehin apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov, Azad İmanov)

28. Apellyasiya instansiyası məhkəməsi maddi zərərlı bağlı iddianın təmin edilməməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini əsassız sayaraq göstərib ki, işin mübahisəsiz halına görə iddiaçı 12 yanvar 1999-cu ildən 17 mart 2001-ci il tarixədək olan müddət ərzində Azərbaycan Respublikası CM-nin 168-ci maddəsinin 2-ci hissəsi (1960-cı il redaksiyasında) ilə təqsirli bilinərək 2 il 2 ay 5 gün azadlıqdan əsassız olaraq məhrum edilmişdir. İddiaçı azadlıqdan məhrum edildiyi xx.xx.1999-cu il tarixə qədər Daxili İşlər orqanlarında – DİN Banditizm və terrorizmlə Mübarizə Baş İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində xidmət etmiş, polis kapitanı olmuşdur. Buna görə də iddiaçının bu hissədə tələbi qismən əsaslıdır. İddiaçı tələbində bəraət qərarı çıxarılan xx.xx.2007-ci il tarixə qədər hesablanmış maddi zərəri tələb etsə də, iddiaçının azadlıqdan məhrum edildiyi 12 yanvar 1999-cu ildən 17 mart 2001-ci il tarixədək olan müddət ərzində (2 il 2 ay 5 gün) almalı olduğu əmək haqqı hesablanaraq ona ödənilməlidir, çünki həmin vaxtdan sonra iddiaçı işləmək imkanında olmuşdur.

29. Apellyasiya instansiyası məhkəməsi Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsi tərəfindən verilmiş sənədə əsasən müəyyən etmişdir ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışan əməkdaşın hazırki əmək haqqı məbləği 915,00 manat təşkil edir. Əməkdaşın vəzifə maaşı 595,00 manat, xüsusi rütbə maaşı 14 6,00 manat, fasiləsiz xidmət illərinə görə əlavə 20% 148,20 manat, məharət dərəcəsi görə əlavə 15% - 75,74 manat, ərzaq payı əvəzinə verilən pul kompensasiya isə 64,00 manatdır.

30. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıya əsassız azadlıqdan məhrum edildiyi 2 il 2 ay 5 gün üçün 23.942,5 manat (23790 (26 ay üçün 26x915) + 152,5 (5 gün üçün) məbləğində maddi zərər ödənilməlidir.

31. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd edib ki, birinci instansiya məhkəməsi iddiaçıya mənəvi zərər dəyməsi barədə düzgün nəticəyə gəlsə də, dəymiş mənəvi zərərə görə onun xeyrinə 5000 manat tutulmasını qanuni hesab edərkən səhvə yol vermiş, bu zaman mənəvi sarsıntı və iztirabların ağırlıq dərəcəsi və səbəb olduğu nəticələr lazımınca qiymətləndirilməmişdir.

32. Ap ellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçı 26 ay müddət ərzində ailəsindən və cəmiyyətdən təcrid olunmaqla ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. Buna görə iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alınmaqla həmin məbləğ hər ay üçun 1000 manat olmaqla 26 ay üçün 26000 manat məbləğində müəyyən olunmalıdır.

33. Apellyasiya instansiyası məhkəməsinin cavabdehin apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək qeyd etmişdir ki, fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, qanunla müəyyənl əşdirilmiş qaydada tam həcmdə Azərbaycan Respublikası ödəyir və vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Buna görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

34. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

35. Kassasiya şikayətinin dəlilləri: - iddia tələbi dövlət büdcəsinə yönəldiyindən, dövlətin iş üzrə təqsirkar vəzifəli şəxslərə qarşı reqress hüququndan istifadə edə bilməsi üçün həmin şəxslər məhkəmə prosesinə cəlb edilməli idilər, lakin bu, olmayıb; - cavabdeh yanlış olaraq delikt törətmiş şəxs kimi qi ymətləndirilib; - mənəvi zərərin məbləği müəyyən edilərkən CPM-in 190-cı maddəsinin tələbləri nəzərə alınmalı idi. Buna görə də iddiaçıya mənəvi zərərə görə hesablanmış kompensasiya tamamilə əsassızdır; - iddiaçı tərəfindən məhkəməyə maddi ziyanla bağlı hər hansı bir sənəd təqdim edilməməsinə baxmayaraq, iddiaçıya maddi zərərə görə onun işlədiyi orqanda hazırkı əmək haqlarına uyğun kompensasiya hesablanması anlaşılan deyil və əsassızdır. - apellyasiya instansiyası məhkəməsi iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edərkən məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən dövlət büdcəsinə yönəltməsi düz deyil. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hü quq Mülki Məcəllə Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun Maddə 5.“Ödənilən ziyan Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 4)“hüq uqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər ödənilməlidir. Cinayət Prosessual Məcəllə Maddə 58.3. Bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərə aşağıdakılara görə kompensasiya verilir: 58.3.1. məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 58.3.4. müdafiəçiyə ödənilmiş pul məbləği. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hal larının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya ins tansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması“apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara v ə hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib, bu baxımdan kollegiya qətnaməni tam yoxlayır.

39. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mənəvi zərər tələbi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edir.

41. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddianı mənəvi zərər hissəsində 5000 manat həddində müəyyən etmiş, iddiaçının həmin hissədə apellyasiya şikayəti qismən təmin edilərək, mə nəvi zərərin məbləği 26000 manat həddində müəyyən edilmişdir. Mənəvi zərərlə bağlı apellyasiya məhkəməsinin mövqeyi belə olub ki, iddiaçı 26 ay müddət ərzində ailəsindən və cəmiyyətdən təcrid olunmaqla ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. Buna görə iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alınmaqla həmin məbləğ hər ay üçun 1000 manat olmaqla 26 ay üçün 26000 manat məbləğində müəyyən olunmalıdır.

42. Məhkəmə kollegiyası qeyd edir ki, azadlıq hər insan üçün ən dəyərli nemət olmaqla, onu heç bir maddi nemətlə əvəz etmək mümkün deyil. İddiaçının 26 ay azadlıqdan məhrum olunması ona inamsızlıq, narahatlıq, mə yusluq hissləri, stress, əzab və əziyyətlər yetirib, bu baxımdan cavabdehdən iddiaçının xeyrinə 26 min manat məbləğində mənəvi zərərin əvəzinin tutulması qanuni olmaqla yanaşı, ağlabatan və ədalətlidir.

43. Bu baxımdan, məhkəmə kollegiyası mənəvi zərərin həddi ilə bağlı apellyasiya məhkəməsinin qiymətləndirməsini əsaslı, cavabdehin bu hissədə kassasiya şikayətinin dəlillərini isə əsassız sayır.

44. Maddi zərərlə bağlı iddia tələbinə gəldikdə, iddia tələbindən görünür ki, iddiaçı maddi zərəri əmək haqqından məhrum olması, zərərin məbləğini isə əmək haqqının hazırki dövrə olan miqdarı və onun indeksləşdirilməli olması ilə əsaslandırmışdır. Apellyasiya məhkəməsi də həmin hissədə iddianı qismən təmin edərək, iddiaçının 12 yanvar 1999-cu ildən 17 mart 2001-ci il tarixədək olan müddət ərzində (2 il 2 ay 5 gün) almalı olduğu əmək haqqını DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışan əməkdaşın hazırki əmək haqqı məbləği (915,00 manat) ilə hesablanmalı olması nəticəsinə gələrək, həmin məbləği 23.942,5 manat (23790 (26 ay üçün 26x915) + 152,5 (5 gün üçün) müəyyən etmişdir.

42. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının məhrum olduğu əmək haqqının həmin vəzifədə çalışan əməkdaşın hazırki əmək haqqı ilə hesablanmalı olması barədə gəlinən nəticə əsaslı deyil.

43. Məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 58.3.1-ci və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 5-ci maddəsinin 1-ci hissəsinə görə iddiaçının məhrum old uğu əmək haqqını tələb etmək hüququ var. Lakin apellyasiya məhkəməsi iddiaçının məhrum olduğu əmək haqqının həmin vəzifədə çalışan əməkdaşın hazırki əmək haqqının miqdarı ilə tutulmalı olmasını qətnamədə əsaslandırmayıb.

44. İşdən görünür ki, iddiaçının barəsində cinayət təqibinə 2007-ci ildə xitam verilib. İddiaçının hazırki vaxta qədər nəyə görə bu iddianı verməməsi apellyasiya məhkəməsi tərəfindən aydınlaşdırılmayıb. Belə olan halda, 13 ildən sonra iddia verən iddiaçıya əvvəllər işlədiyi vəzifənin hazırki əmək haqqına uyğun məbləğdə tutulması əsaslı sayıla bilməz.

45. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi zərərə aid hissədə ləğv edilməli, iş həmin hissədə yeni apel lyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin qeyd edilən hissədə ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanmalıdır.

46. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-461/2022 nömrəli, 10 yanvar 2022-ci il tarixli qətnaməsi qismən – m addi zərərlə bağlı iddianın təmin edilən hissəsində ləğv edilsin. İş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar