Məhkəmə qərarları › İş №2(102)-3004/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3004/2020

25.08.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3004/2020 25.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh1, Cavabdeh3 və DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı qeydiyyatın etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim T.Əkbərov) xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı “qeydiyyatın etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən V.Həsənov, hakimlər Ş.Məmmədova və X.Sarıyev) xx xxxx 2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı “qeydiyyatın etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması” tələbinə dair mülki işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilmiş, iddiaçıya müvafiq olaraq inzibati orqana müraciət etdikdən sonra müraciəti müsbət həll olunmadığı təqdirdə müvafiq inzibati məhkəmədə iddia tələbi irəli sürmək hüququnun izah olunması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən G.Quliyev, hakimlər Q.Əsgərov və T.Qoldman) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə kasasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərardadı ləğv edilərək, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən T.Səmədov, hakimlər İ.Şirinov və E.Kazımov) xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı iddiasının Cavabdeh1, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı qeydiyyatın etibarsızlığı tələbinə dair hissədə mülki işin icraatına xitam verilməsi qət edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apelly asiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.. Hüquqi məsələlər: İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı “qeydiyyatın etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması” tələbinə dair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyəti Bağlar Təsərrüfatı məsələləri Komissiyasının xx xxx 2000-ci il tarıxli 441 saylı Sərəncamı əsasında Əzizbəyov (indiki Xəzər) rayonu Mərdəkan qəsəbəsindəki 988 saylı 8858 №-li icarə müqaviləsi əsasında onun isti fadəsində olan bağ sahəsinə verilmiş xx xxxxxx 2016-cı il tarixli ********** saylı çıxarışın etibarsız hesab edilməklə dövlət reyestri qeydiyyatının ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyəti Bağlar Təsərrüfatı məsələləri Komissiyasının xx xxx 2000-ci il tarıxli 441 saylı Sərəncamı əsasında Əzizbəyov (indiki Xəzər) rayonu Mərdəkan qəsəbəsindəki 988 saylı bağ sahəsi 8858 №-li icarə müqaviləsi əsasında onun istifadəsinə verilmiş torpaq sahəsinə aid xx xxxxxx 2016-cı il tarixli, reyestr ********** saylı ilkin qeydiyyatın, Cavabdeh3 adına olan alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim T.Əkbərov)xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı “qeydiyyatın etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması” tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən V.Həsənov, hakimlər Ş.Məmmədova və X.Sarıyev) xx xxxx 2019-cu il tarixli qərardadı ilə Xəzər Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Azərbaycan Res publikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı “qeydiyyatın etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması” tələbinə dair mülki işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilmiş, iddiaçıya müvafiq olaraq inzibati orqana müraciət etdikdən sonra müraciəti müsbət həll olunmadığı təqdirdə müvafiq inzibati məhkəmədə iddia tələbi irəli sürmək hüququnun izah olunması qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh1 tərəfindən kasasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən G.Quliyev, hakimlər Q.Əsgərov və T.Qoldman) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə kasasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məh kəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərardadı ləğv edilərək, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İşə ikinci apelyasiya baxışı zamanı apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırkı iş üzrə mübahisə cavabdeh olaraq cəlb olunmuş hakimiyyət səlahiyyətlərinin subyekti kimi çıxış edən inzibati orqanın yalnız ona xas olan, həyata keçirdiyi fəaliyyəti və hərəkəti ilə bağlıdır. Bu halda aşkar olaraq müəyyən olunmuş olur ki, mübahisələndirilən hərəkət ictimai idarəetməyə aid olmaqla hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayət olunur. İddianın əsasında hər hansı mülki hüquqi münasibət dayanmır, məhz inzibati orqanın hərəkəti mübahisələndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2014-cü il tarixli qərarında da göstərildiyi kimi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisad məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq ola raq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2013-cü il tarixli qərarında görünür ki, mülki və iqtisadi mübahisələrə dair bir-biri ilə əlaqədar olan tələblərin aidiyyət məsələsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinə uyğun həll edilməli, iddia tələbi predmetinə, mahiyyətinə və subyektlərin tərkibinə görə inzibati xarakterli olduqda məhkəmə aidiyyəti Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə müvafiq olaraq müəyyən edilir və bu tələblə əlaqədar olan mülki və (və ya) iqtisadi tələblərin bir icraatda birləşdirilməsi istisna olunur. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prossesual təminatlarına zəmanət verən şərtlərdən b iri olduğuna görə o, qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə isə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. Hüqüq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prossesual qaydalara müva fiq aparılır. Bu prinsip və prossesual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2013-cü il tarixli qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, inzibati və iqtisadi mübahisələrin fərqli xüsusiyyətlərini təhlil etməklə MPM-in 30-cu maddəsi baxımından onların ayrı-ayrılıqda mülki mübahisələrlə birləşdirilməsinin və ümumi məhkəmələrdə baxılmasının mümkünlüyü aşkar edilir. Belə ki, inzibati-iqtisadi məhkəmələrdə baxılan iqtisadi mübahisələr mahiyyətinə görə ümumi məhkəmələrdə mülki iddia tələbi ilə birləşdirilə bilər. İnzibati mübahisənin xüsu siyyətinə görə isə bu mübahisələrdən yaranan tələblər yalnız inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələrdə baxılmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara qiymət verərək hesab edir ki, iddiaçının mübahisələndirdiyi bağ sahəsinin cavabdehin adına aparılmış xx.xx.2016-cı il tarixli qeydin etibarsızlığı və dövlət reyestrindən çıxarışın ləğv edilməsi inzibati hüquq münasibətinin nəticəsi kimi qəbul edilməlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş İnzibati orqanların Təsnifatında inzibati orqanların dəqiq siyahısı göstərilməklə yanaşı həmçinin müəyyən olunmuşdur ki, qanunvericiliyə uyğun olaraq inzibati akt qəbul etmək səlahiyyəti verilmiş digər orqanlar da in zibati orqanlar hesab edilə bilərlər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Həmin Qanunun 2.0.2-ci maddəsinə gör ə inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İnzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Göründüyü kimi, belə hüquq münasibətlərində tərəflərdən biri kimi mütləq qaydada inzibati orqan çıxış edir. Qeyd olunmalıdır ki, inzibati hüquq münasibətlərinin bu əlaməti dövlət idarəe tmə fəaliyyətinin mahiyyətinin təzahürüdür. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, inzibati və iqtisadi mübahisələrin fərqli xüsusiyyətlərini təhlil etməklə onların ayrı-ayrılıqda mülki mübahisələrlə birləşdirilməsinin və ümumi məhkəmələrdə baxılmasının mümkünlüyü aşkar edilir. İnzibati-iqtisadi məhkəmələrdə baxılan iqtisadi mübahisələr mahiyyətinə görə ümumi məhkəmələrdə mülki iddia tələbi ilə birləşdirilə bilər. İnzibati mübahisənin xüsusiyyətinə görə isə bu mübahisələrdən yaranan tələblər yalnız inzibati məhkəmə icraatı qaydasında inzibatiiqtisadi məhkəmələrdə baxılmalıdır. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı iddia tələbinin inzibati orqanın vermiş olduğu hüquqmüəyyənedici sənədin etibarsız hesab edilməsi inzibati münasibət olduğundan həmin tələbə baxılma sı səlahiyyəti inzibati məhkəməyə aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” qərarının 5.1 və 7.1-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qərardadın ləğv edilməsinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar