Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-301/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, sübutetmə yükünün bölüşdürülməsi) 15.02.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili Vəkil1 iştirakı ilə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(108)-91/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə Az ərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaya görə İddiaçı1 satış üçün “Ovçular” kolbasa məmulatları ilə təmin olunması məqsədi ilə 2018-ci ilin yanvar-fevral aylarında Cavabdeh əvvəlcə 5000 manat, daha sonra isə 2700 manat məbləğində pul vermişdir. Bakı şəhəri Xətai rayon Polis İdarəsinin baş müstəntiqi, polis mayoru X1 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx xxxx 2019-cu il tarixli qərarına əsasən İddiaçı1 ərizəsi üzrə toplanmış material üzrə Cavabdeh İddiaçı1 aldadaraq dələduzluq yolu ilə pulunu ələ keçirməsi faktı öz təsdiqini tapmadığından, Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə istinad edilməklə cinayət təqibinin başlanması rədd olunmuşdu r. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı1 Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7700 manat məbləğində borcun, mənəvi zərər kimi 2000 manat pulun, əldən çıxmış fayda kimi 1000 manat pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiası onunla əsaslandırılmışdır ki, 2018-ci ilin yanvar-fevral aylarında iddiaçının işlətdiyi mağazaya kolbasa məhsulları gətirən Cavabdeh ona satdığı “Ovçular” kolbasa məmulatlarını daha ucuz qiymətə verə biləcəyini təklif etmiş və bunun üçün əvvəlcədən pul istəmişdir. İddiaçı cavabdehə inandığı üçün əvvəlcə 5000 manat, daha sonra isə 2700 manat məbləğində cavabdehə pul vermişdir. Lakin Razi pul verdiyi vaxtda kolbasaları ona verməmiş və bunun üçün onda n aldığı pulları da bu günə kimi qaytarmamışdır. İddiaçı pulunu tələb etsə də geri ala bilməmişdir. Bu səbəbdən də iddiaçı ərizə ilə Xətai Rayon Polis İdarəsinə müraciət etmiş, polis əməkdaşı cavabdehi bölməyə dəvət edərək izahatı alınmışdır. Cavabdeh məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə yalan izahat verərək qismən etirafedici ifadə vermişdir. Bu səbəbdən də polis onun əməlində cinayət tərkibinin olmadığını bildirmiş və iddiaçı bu səbəbdən də mülki qaydada məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ordubad Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(080)-17/2020 nömrəli qətnaməsi ilə (hakim T.Z.Haqverdiyev) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 739, 740.1 və 740.2-ci maddələrinə istinad edərək hesab etmişdi r ki, iddiaçı cavabdehə verdiyi pula dair notarial qaydada təsdiq edilmiş müqavilə və ya həmin pulu hansı məqsədlə verməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya mənəvi zərər vurulmamışdır. b) Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı1 apelyasiya şikayəti verərək, Ordubad Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(080)-17/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020ci il tarixli, 2(108)-91/2020 nömrəli qətnaməsi ilə (hakimlər S.M.Qarayevin sədrliyi və məruzəsi ilə, hakimlər Ə.M.Xıdırovdan və M.D.Allahverdiyevdən ibarət tərkibdə) İddiaçı1 tərəf indən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Ordubad Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(080)-17/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşan apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında mövcud olan cavabdehin Bakı şəhəri Xətai Rayon Polis İdarəsində verdiyi izahatında pulu almasını etiraf etməsi məhkəmə üçün preyudisiallığa malik deyil. Apelyasiya məhkəməsi həmçinin iddia tələbinin iddia ərizəsində göstərilməyən əsaslar üzrə araşdırılması, əsaslılığının yoxlanılması dispozitivlik prinsipi pozulmaqla iddiadan kənara çıxılması kimi qiymətləndirərək qeyd etmişdir ki, iddia tələbinin əsasları ilə yeganə sübut kimi məhkəməyə təqdim edilmiş izahatda qeyd edilənlər arasında mövcud ol an kəskin ziddiyyətin araşdırılması məqsədilə tərəf dəfələrlə məhkəməyə lazımi qaydada xəbərdar olunmaqla dəvət olunmuş, sonuncu iştirakı olmadan mülki işə baxılması barədə müraciət etmişdir. Qeyd olunan ziddiyyətin, başqa sübut olmaması səbəbindən, aradan qaldırılması mümkün olmamışdır. İddiaçının apelyasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc müqaviləsi, öhdəliklərlə bağlı müvafiq maddələrə istinad etməsi ilə əlaqədar apelyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı bu dəlillərini təsdiq edəcək hər hansı sübutu təqdim etməmişdir. Ümumiyyətlə, nəinki borc münasibətlərinin, tərəflər arasında mülki münasibətlərin yaranmasına səbəb ola biləcək hər hansı müqavilənin mövcudluğunu təsdiq edəcək sübut məhkəməyə təqdim edilməmişdir. Apelyasiya şikayətində iddiaçının qeyd etd iyi dəlillər onun subyektiv mülahizələridir və həmin sadalanan maddələrin hansı formada və necə pozulması ilə əlaqədar heç bir dəlil təqdim olunmur və iş materiallarında olan sübutlarla da belə halın mövcudluğu təsdiq olunmur. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(108)-91/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət ver məmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının vəkili Vəkil1 Məhəmmmədəli oğlu kasasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh və ya vəkili məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kasasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə gö rə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən kasasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 127-ci maddəsinin ikinci hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vard ır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prose ssual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını 04020məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli dir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Resp ublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki,... insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqi qinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericil iyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli Qərarında izah edilmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.... Eyni zamanda, çəkişmə və dis pozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir.... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik ya ranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kasasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq nor maları düzgün tətbiq olunmamışdır. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmişdir. Yuxarıda qeyd olunduğu kimi, iddianı rədd edən məhkəmələr mövqelərini onunla əsaslandırmışlar ki, iddiaçı tərəfindən tərəflər arasında borc müqaviləsinin mövcudluğu barədə sübutlar təqdim olunmamışdır. Bununla bağlı məhkəmələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə istinad edərək göstərmişlər ki, iddiaçı tərəflər arasında bağlanmış yazılı borc müqaviləsini təqdim etməmişdir. Apelyasiya instansiyası məhkəməsi həmçinin dispozitivlik prinsipinə istinad edərək hesab etmişdir ki, iddia tələbinin iddia ərizəsində göstərilməyən əsaslar üzrə araşdırılması iddiadan kənara çıxılması kimi qi ymətləndiriləcəkdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin göstərilən mövqeyi ilə razılaşmır. Qeyd olunmalıdır ki, iddiaçı tələbində cavabdehdən “borcun” tutulmasını xahiş etsə də, iddianın əsasını borc müqaviləsi təşkil etdiyini göstərməmişdir. İddiadan görünür ki, iddiaçı alqı-satqı müqaviləsinə əsaslanan münasibətlərdən irəli gələrək, alınan əmlakın dəyərinin qabaqcadan cavabdehə ödənildiyi məbləği geri tələb etmişdir. Digər tərəfdən məhkəmə kollegiyası izah edir ki, prosessual qanunvericiliyində “Jura novit curia”, yəni “Məhkəmə qanunları bilir” prinsipi tətbiq olunur ki, iddiaya baxan məhkəmə iddia tələbinin əsaslandırılmasından asılı olmayaraq təqdim olunmuş sübutlara əsasən tərəflər arasında yaranmış hüquq münasibətlərini müəyyən etmək və Azərbaycan Respublikası M PM-in 220.4-cü maddəsinə əsasən həmin münasibətlərə uyğun olaraq maddi hüquq normanı tətbiq etməklə, mübahisəni həll etməlidir. Məhz həmin prinsipə uyğun olaraq Azərbaycan Respublikası xx xxx 2009-cu il tarixli Qanunu ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsindən iddia ərizəsində “qanunlara və digər normativ hüquqi aktlara əsaslanan tələbin əsaslandırıldığı hüquqi tövsif”in göstərmə vəzifəsinin iddiaçının üzərinə qoyulmasına dair müddəa çıxarılmışdır. Bu səbəbdən məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələrin Azərbaycan Respublikası MM-in 740-cı maddəsinə istinadı əsassız olmuşdur. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tələbinin sübutu qismində Xətai rayon Polis İdarəsində qəbul olunmuş qərarı və ibtidai araşdırma zamanı cavabdehin po lis orqanlarına verdiyi izahatı təqdim etmişdir. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-in 82.3 və 82.4cü maddələrinə uyğun, əsaslı olaraq həmin sənədlərin preyudisial əhəmiyyətə malik olmamasını qeyd etsə də, MPM-in 77.1, 81, 88-ci maddələrinə uyğun təqdim olunmuş sübutlara hüquqi qiymət verməmişdir. Halbuki, cavabdeh polis orqanına verdiyi xx xxxx 2019-cu il tarixli izahatında iddiaçıdan cəmi 4700 manat faizə borc aldığını, sonradan həmin borcun faizini və əsas borcu qaytardığını göstərmişdir. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Belə olan halda, iddiaçının kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni araşdırmaya qaytarılmalı, araşdırma zamanı cavabdehin iddiaçı qarşısında öhdəliyinin yaranması və icra olunub-olunmaması məsələlərinə sübutetmə vəzifəsinin bölüşdürülməsi qaydalarına uyğun hüquqi qiymət verilməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 4 16, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020ci il tarixli, 2(108)-91/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-301/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-301/2021
15.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver