Məhkəmə qərarları › İş №2(102)-3010/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3010/2019

29.04.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3010/2019 29.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, cavabdehin vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 oktyabr 2018-ci il tarixli qətnaməsindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxan ı Rayon Məhkəməsinin 30.05.2018-ci tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, mübahisəli evin İddiaçı adına olan 1/3 hissəsi (1 otaq – 16,2 kv.m) və faktiki istifadəsində olan tikililər həmin evin digər mülkiyyətçilərinin payından hazırki işdəki ekspert rəyinə və rəyə əlavə edilmiş plan-sxemə uyğun olaraq naturada ayrılmasını, iddia tələbinin qalan hissədə təmin edilməməsini, aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pulun iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməsini qət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), X.Sarıyev və H.Həmidov, iş № 2(103)-9568/2018) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınma z Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməyərək hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 may 2018-ci il tarixli qətnamə, apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün DƏDRX Əİ tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilmişdir. İŞİN HALLARİ: İddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinin tələbinə uyğun olaraq verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, ünvan 1 ünvanda yerləşən yerləşən və paylı mülkiyyətdə olan 7 nömrəli evin ona məxsus payının naturada ayrılaraq mülkiyyətinə verilməsi ba rədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışdır ki, maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş və düzgün tətbiq edilməmiş, ekspertiza düzgün keçirilməmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil kassasiya şikayətinin dəlil lərini müdafiə edərək şikayətin təmin edilməsini Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası, İddiaçı məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən, kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkü n hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qəbul etdiyi 05 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni, işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiyainstansiyasıməhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mübahisəli ev paylı mülkiyyət hüququ üzrə 1/3 hissədə Cavabdeh1 oğlunun, 1/3 hissədə Cavabdeh10, 1/3 hissədə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mübahisəli evin 1/3 hissəsi İddiaçı (09.09.2003-cü il tarixli alğı-satqı müqaviləsi əsasında), 1/3 hissəsi Cavabdeh1 (03.07.2007-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə” əsasən), 1/12 hissəsi Cavabdeh2 (12.02.2010-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə” əsasən), 1/12 hissəsi Cavabdeh3 (12.02.2010-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə” əsasən), 1/12 hissəsi Cavabdeh4 (12.02.2010-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə” əsasən), 1/12 hissəsi isə Cavabdeh5 (12.02.2010-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə” əsasən) paylı mülkiyyətindədir. Apellyasiyainstansiyasıməhkəməsinin gəldiyi nəticədən görünür ki, iş üzrə üçüncü şəxs olan DƏDRX Əİ Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək bildirir ki, mübahisəli evin naturada ayrılması qeyri-mümkündür. Çünki ev bir dam altında yerləşir və evin otaqları bir-birindən ortaq divarla ayrılmışdır. Belə olduqda evin naturada ayrılması üçün əlavə tikinti və yenidənqurma işlərinin aparılması tələ b olunur. Buna isə müvafiq icra hakimiyyəti orqanının razılığı olmalıdır. Lakin müvafiq icra hakimiyyəti orqanından belə bir razılıq verilməmişdir. Apellyasiya şikayətinin qeyd olunan dəlilinə əsasən qeyd edilməlidir ki, əvvəla mübahisəli mənzilin bir dam altında yerləşməsi işin birmənalı olaraq qəbul edilən və mübahisəli olmayan halıdır. İstənilən bir evin naturada bölünməsi zərurətini də məhz bu fakt yaradır. Digər tərəfdən, evin naturada bölünməsinin mümkün olub-olmaması yalnız bunun üçün xüsusi biliyi olan şəxs tərəfindən müəyyən edilə bilər. DƏDRX Əİ-nin belə bir məsələni müəyyən etməsi onun səlahiyyəti xaricindədir. Məhkəmə Ekspertizası Mərkəzinin 07.05.2018-ci il tarixli 31658 nömrəli rəyindən isə görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq mübahisəli evin t ikililərinin faktiki təyinatlılığına uyğun olaraq, tədqiq olunan evin tikililərinin planlı yerləşməsini, faktiki olaraq yaşayış və yardımçı otaqların sayını, tərəflərin istifadəsində olan tikililələrə ayrı-ayrı giriş-çıxışın olduğunu, tərəflərin hər birinin sərəncamında yaşayış və yardımçı sahələrin olduğunu, həmin tikililərin faktiki vəziyyətinin və texniki parametrlərinin Tikinti Norma və Qaydaları 2.08.01.89-un 1.1., 2.2., 2.4., 2.7. bəndlərinin və metodik tövsiyənin tələblərinə uyğun olduğunu nəzərə alaraq, İddiaçı istifadəsində olan tikililərin T.Hüseynovun faktiki istifadəsində olan tikililərin 1/3 paya uyğun olduğunu nəzərə alaraq, iddiaçının faktiki istifadəsində olan tikililərin cavabdehlərin istifadəsində olan tikililərdən təcrid mənzil şəklində ayrılmasının Tikinti Norma və Qayd aları 2.08.01.89-un 1.1., 2.2., 2.4., 2.7. bəndlərinin və metodik tövsiyənin tələlərinə uyğun olaraq bölünməsi texniki cəhətdən mümkündür. Tədqiq olunan evdən İddiaçı payına düşən 1/3 hissənin ayrılma variantı rəyə əlavə olunmuş planda ətraflı qeyd olunmuşdur. Göründüyü kimi, iş üzrə verilmiş ekspert rəyinə görə mübahisəli evin iddiaçıya aid hissəsinin və onun istifadəsində olan tikililərin naturada ayrılması mümkündür. Əlavə tikinti və yenidənqurma işlərinin aparılmasına zəruri ehtiyacın olması isə müvafiq ekspert rəyində göstərilməmişdir. Apellyasiya şikayətində həmçinin qeyd olunur ki, hazırki mülki iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası düzgün keçirilməmiş və ekspert rəyi qanunauyğun qaydada əsaslandırılmamışdır. DƏDRX Əİ tərəfindən gətirilən bu dəlilin hansı əsasa söykəndiyi göstərilməmişdir. Başqa sözlə, ekspertizanın düzgün keçirilməməsinin və ekspert rəyinin qanunauyğun qaydada əsaslandırılmamasının nədə ifadə olunduğu apellyasiya şikayətində qeyd edilməmişdir. Həmin rəyin hazırki iş üzrə mötəbər sübut kimi qəbul edilməməsi üçün heç bir əsas yoxdur. Ona görə iş üzrə təkrar məhkəmə tikintitexniki ekspertizasının keçirilməsi üçün zərurət yaranmır. DƏDRX Əİ-nin nümayəndəsi Rayon Məhkəməsində işə baxılan zaman iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi barədə vəsatət verməmiş, bu halın onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını isə nə apellyasiya şikayətində, nə də apellyasiya baxışı iclası zamanı əsaslandırmamışdır. Apellyasiya şikayətinin müzakirə olunan dəlilləri əsassızdır. Apellyasiya şikayətinin daha bir dəlili isə onunla bağlıdır ki, Rayon Məhkəməsinin qətnaməsində istifadədə olan torpaq sahəsinin hansı qaydada bölünməsi qeyd olunmamışdır. Qeyd edilməlidir ki, hazırki iş üzrə iddia tələbi yalnız paylı mülkiyyətdə olan yaşayış evinin naturada bölünməsi ilə bağlıdır. Torpaqdan istifadə qaydalarının müəyyən edilməsi və ya istifadədə olan torpaq sahəsinin bölünməsi ilə bağlı məsələlər yeni bir mübahisə predmetidir və belə bir tələb olmadığı üçün bu məsələ hazırki mübahisə çərçivəsində araşdırılmamışdır. Apellyasiya şikayətinin dəlili də əsassızdır. Beləliklə də, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predme ti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 215.1-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 220-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşya mülki yyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər (maddə 220.1.). Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (maddə 220.3.). Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməl i olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli yoxlayaraq kollegiya hesab edir ki, kassasiya icraatı qaydasında işə baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə araşdırılarkən maddi və prosessual qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilməmişdir. Kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir, eyni zamanda həmin dəlillərə apellyasiya şikayətinin dəlilləri eyni olduğundan və həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən hüquqi qiymət veril diyindən və kollegiya apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşdığından kassasiya şikayətində göstərilən dəlillərə təkrar qiymətləndirilməsinə zəmin görmür. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiy ainstansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün işin faktiki hallarını düzgün müəyyənləşdirmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış, sübutları tam, hərtərəfli araşdırmış, işdə olan sübutlarla tərəflərin irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət vermiş, iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş və iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Buna görə də kassasiya şikayəti təmin edilmədən, Apellyasiya Məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən s axlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin iş üzrə 05 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar