Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3017/2020 22.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1 və onların vəkili Vəkil, Cavabdeh5 vəkili X1 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən birgə, Cavabdeh5 tərəfindən ayrıca Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-13577/2019 nömrəli iş üzrə 19 dekabr 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nəsimi Ray on Məhkəməsinin (hakim Rəşid Səmədov) 22 avqust 2019-cu il tarixli, 2(006)-3001/2019 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, ilkin iddia üzrə Cavabdeh5 MMC-dən İddiaçı2 başının əməliyyat edilməsi üçün lazım olan 26230 ABŞ dollarının (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və vurulmuş mənəvi zərərin əvəzi olaraq 1000 manat məbləğində pulun alınaraq ilkin iddia üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 ödənilməsi qət edilmiş, ilk iddia qalan hissədə və qarşılıqlı iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Elşad Şamayev sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Şeyda Məhərrəmova) 19 dekabr 2019-ci il tarixli qərardadı i lə ilkin iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş apelyasiya şikayəti, habelə ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh5 MMC tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli qətnaməsi qismən, yəni ilkin iddianın “İddiaçı1 İddiaçı2 qulluq etdiyi üçün 17 iyul 2015-ci il tarixdən 01 yanvar 2016-cı il tarixədək hər ay 140 manat, 01 yanvar 2016-cı il tarixdən 01 yanvar 2017-ci il tarixədək hər ay 146 manat, 01 yanvar 2017-ci il tarixdən 01 yanvar 2018-ci il tarixədək hər ay 164,5 manat, 01 yanvar 2018-ci il tarixədən 01 yanvar 2019-cu il tarixədək hər ay 183 manat, 01 yanvar 2019cu il tarixdən iddia ərizəsinin məhkəməyə təqdi m edildiyi 01 aprel 2019-cu il tarixədək hər ay 191 manat pulun Cavabdeh5 MMC-dən alınaraq İddiaçı1 ödənilməsi” tələbinin rədd olunması hissədə ləğv olunmuş və həmin tələb üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Elşad Şamayev sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Şeyda Məhərrəmova) 19 dekabr 2019-ci il tarixli qətnaməsi ilə Cavabdeh5 MMC-nin apelyasiya şikayəti apelyasiya baxışının predmeti olan hissədə təmin edilməmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 22 avqust 2019-cu il tarixli qətnaməsi ilk iddianın Cavabdeh5 MMC-dən “İstehsalat qəzası ilə əlaqədar zərərə görə ödənc barədə” iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon məhkəməsinə mü raciət edildiyi 12 oktyabr 2016-cı il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 01 aprel 2019-cu il tarixədək olan müddətdə İddiaçı2 müayinə, müalicə, əlavə qidalanma, dərman preparatlarının alınmasına və sair sosial tələbatlarının ödənilməsinə çəkilmiş xərcin əvəzi olaraq 30000 manat pulun alınaraq İddiaçı1 ödənilməsinin rədd edilməsi hissədə ləğv edilmiş və iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilərək ilk iddia tələbi ləğv olunmuş hissədə qismən təmin edilmiş, İddiaçı2 12 oktyabr 2016-cı il tarixdən 01 aprel 2019-cu il tarixədək olan müddətdə müayinə, müalicə, əlavə qidalanma, dərman preparatlarının alınmasına və sair sosial tələbatlarının ödənilməsinə çəkilmiş xərcin əvəzi olaraq 10000 manat məbləğində pul vəsaitinin Cavabdeh5 MMC-dən tutularaq İddiaçı1 ödənilmə si qət edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 ilk iddiaları ləğv olunmuş qalan hissədə təmin edilməmişdir. Qətnamə apelyasiya baxışının predmetini təşkil edən qalan hissələrdə verilmiş apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh5 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 İddiaçı2 qulluq etdiyi üçün 17 iyul 2015-ci il tarixdən 01 yanvar 2016-cı il tarixədək hər ay 140 manat, 01 yanvar 2016-cı il tarixdən 01 yanvar 2017-ci il tarixədək hər ay 146 manat, 01 yanvar 2017-ci il tarixdən 01 yanvar 2018-ci il tarixədək hər ay 164,5 manat, 01 yanvar 2018-ci il tarixdən 01 yanvar 2019-cu il tarixədək hər ay 183 manat, 01 yanvar 2019-cu i l tarixdən iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 01 aprel 2019-cu il tarixədək hər ay 191 manat pulun cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı1 ödənilməsi, “İstehsalat qəzası ilə əlaqədar zərərə görə ödənc barədə” iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon məhkəməsinə müraciət edildiyi 12 oktyabr 2016-cı ildən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 01 aprel 2019-cu il tarixədək olan müddətdə İddiaçı2 müayinə, müalicə, əlavə qidalanma, dərman preparatlarının alınmasına və sair sosial tələbatlarının ödənilməsinə çəkilmiş xərcin əvəzi olaraq 30000 manat pulun cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı1 ödənilməsi, İddiaçı2 başının əməliyyat edilməsi üçün lazım olan 26230 ABŞ dollarının, sol gözünün əməliyyat edilməsi üçün 5000 manatın, burun əməliyyatı üçün 3 000 manatın, sol qulağının əməliyyat edilməsi üçün 3000 manatın və İddiaçı2 sağ qoluna bioprotezin düzəldilməsi üçün lazım olan 70000 ABŞ dollarının, cəmi 11000 manatın və 70000 ABŞ dollarının cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı2 ödənilməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 aprel 2018-ci il tarixli 2(102)-2550/2018 saylı qərarına əsasən İddiaçı2 ödənilməli olan və Cavabdeh5 MMC-də çilingər (montajçı) vəzifəsində işləyən şəxsə verilməli olan orta aylıq əmək haqqı miqdarında aylıq ödənişin İddiaçı2 verilə bilməsi üçün İddiaçı2 Cavabdeh5 MMC-də çilingər (montajçı) ştatına işə qəbul edilməsi barədə əmrin verilməsi və İddiaçı2 əmək haqqı kartı ilə təmin edilməsinin cavabdehlər Cavabdeh5 MMC-yə və Cavabdeh4 həvalə edilməsi, vurduqları mənəvi zərərin əvəzi olaraq 50000 man at pulun cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbləri onunla əsaslandırılmışdır ki, Cavabdeh5 MMC-nin təsisçilərindən biri və direktor müavini olan Cavabdeh1 07 iyun 2015-ci il tarixdə İddiaçı2 həmin MMC-yə çilingər (montajçı) vəzifəsinə işə qəbul etdiyini bildirmiş və sonuncu əmək fəaliyyətinə başlamışdır. 17 iyul 2015-ci il tarixdə iddiaçı iş yoldaşları olan X18, X10 və X4 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi 4 saylı binaya televiziya kabeli çəkərkən elektrik dirəyinin üzərinə düşən kabeli götürmək üçün dirəyin üzərinə çıxmış və bu zaman onu elektrik cərəyanı vurmuşdur. Hadisə nəticəsində başının, sol təpəgicgah nahiyəsinin əzilmiş yarası, sağ yuxarı ətraf saidin 1/3 səviyyəsindən amp utasiyası (ayrılması), boyunun sağ əlin, sağ saidin, sol çiyinin, sol qoltuqaltı nahiyənin, sol bazunun İİİ-İV dərəcəli (12-13%) termik-elektrik yanığı xəsarətləri almışdır. Nəticədə əmək qabiliyyətinin 33 faizindən çox hissəsini dayanıqlı itirmişdir. Həmin faktla bağlı Bakı şəhəri Qaradağ rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə cinayət işi başlanılmış, Cavabdeh5 MMC-nin direktoru Cavabdeh4 təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 05 iyul 2016-cı il tarixli, 1(002)-129/2016 saylı hökmü ilə sonuncu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 02 il müddətində islah işləri cəzasına məhkum edilmişdir. Bakı şə həri Qaradağ rayon məhkəməsinin 05 iyul 2016-cı il tarixli, 1(002)-129/2016 saylı hökmündən verilmiş apelyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kolegiyasının 21 sentyabr 2016-ci il tarixli, 1(103)-1302/2016 saylı qərarı ilə təmin edilməmişdir. Eyni zamanda iddiaçının anası İddiaçı1 Cavabdeh5 MMC-yə qarşı “İstehsalat qəzası ilə əlaqədar zərərə görə ödənc barədə” iddia tələbi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək istehsalat qəzası nəticəsində dəymiş zərərə görə 17 iyul 2015ci il tarixdən iddia qaldırıldığı tarixədək aylıq ödənclərin hesablanaraq iddiaçıya verilməsi, iddia qaldırıldığı gündən tam müalicə olunana qədər aylıq ödənclərin aylar üzrə ödənilməsi, müayinə və müalicə üçün çəkdiyi xərclərin əvəzi olaraq 20000 manat pulun cavabdehdən tutularaq idd iaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, iddiaçının anası İddiaçı1 iddia ərizəsinə əlavə ərizə ilə məhkəməyə müraciət edərək istehsalat qəzası nəticəsində dəymiş zərərə görə 17 iyul 2015-ci il tarixdən iddia qaldırıldığı tarixədək aylıq ödənclərin hesablanaraq iddiaçıya birdəfəlik ödənilməsi, iddia qaldırıldığı gündən tam müalicə olunana qədər aylıq ödənclərin aylar üzrə ödənilməsi, sağ qolu amputasiya olunduğu üçün protezin düzəldilməsi, İddiaçı1 iddiaçıya göstərdiyi xidmət üçün aylıq xidmət haqqının ödənilməsi, 17 iyul 2015-ci il tarixdən iddia qaldırıldığı tarixədək müayinə və müalicə üçün, xüsusi nəqliyyat vasitəsindən istifadə üçün, iynə və dərmanlara çəkilmiş xərclərin əvəzi olaraq 20000 manat pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 10 yanvar 2017-ci il tarixli, 2(005)-796/2017 saylı qətnaməsi ilə İddiaçı1 iddia tələbləri qismən təmin edilərək, Cavabdeh5 MMC-dən müayinə və müalicə, xüsusi nəqliyyat vasitələrindən istifadə, iynə və dərmanlara çəkdiyi xərclərin əvəzi olaraq 5000 manat pulun tutularaq İddiaçı1 ödənilməsi qət edilmiş, iddia tələbləri qalan hissədə rədd edilmişdir. İddiaçı1 və Cavabdeh5 MMC Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 10 yanvar 2017-ci il tarixli, 2(005)-796/2017 saylı qətnaməsindən apelyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli, 2(103)-11456/2017 saylı qətnaməsi ilə Cavabdeh5 MMC-nin apelyasiya şikayəti rədd edilmiş, İddiaçı1 apelyasiya şikayəti qismən tə min edilərək Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 10 yanvar 2017-ci il tarixli, 2(005)-796/2017 saylı qətnaməsi ləğv edilmiş, itirilmiş qazancın əvəzinin aylıq ödənişlər yolu ilə Cavabdeh5 MMC tərəfindən İddiaçı2 ödənilməsi, aylıq ödənişin Cavabdeh5 MMC-də çilingər (montajçı) vəzifəsində işləyən şəxsə verilməli olan orta aylıq əmək haqqının 33 faizi miqdarında müəyyən edilməsi, aylıq ödənişin 17 iyul 2015-ci il tarixindən başlayaraq İddiaçı2 sağlamlığı bərpa olunana qədər ödənilməsi, 17 iyul 2015-ci il tarixindən 15 noyabr 2017-ci il tarixinə olan dövrə görə ödənişlərin hesablanaraq birdəfəlik verilməsi, 15 noyabr 2017-ci il tarixdən sonra hər ay həmin ayın ödənişinin verilməsi, İddiaçı2 amputasiya olunmuş sağ qoluna protezin düzəldilməsinin Cavabdeh5 MMC-nin öz hesabına təmin etməsi, müayinəyə, müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına çəkilmiş xərcin əvəzi kimi 10000 manatın Cavabdeh5 MMC-dən alınaraq İddiaçı2 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 aprel 2018-ci il tarixli, 2(102)2550/2018 saylı qərarı ilə İddiaçı1 kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli, 2(103)-11456/2017 saylı qətnaməsi dəyişdirilərək İddiaçı2 ödənilməli olan aylıq ödənişin Cavabdeh5 MMC-də çilingər (montajçı) vəzifəsində işləyən şəxsə verilməli olan orta aylıq əmək haqqı miqdarında müəyyən edilməsi, müayinəyə, müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına çəkilmiş xərcin əvəzi kimi 20000 manatın Cavabdeh5 MMC-dən alınaraq İddiaçı2 verilməsi qərara alınmış, qətnamə qalan hissədə dəyişdirilmə dən saxlanılmışdır. İş üzrə cavabdehlərin təqsirli olmaları Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 aprel 2018-ci il tarixli 2(102)-2550/2018 saylı qərarı ilə təsdiq edilmişdir. İş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Cavabdeh5 MMC-nin təsisçiləridir. Cavabdeh1 təsisçi olmaqla bərabər Cavabdeh5 MMC-nin direktor müavini vəzifəsində işləyir. Tərəflər arasında bağlanmış təsis müqaviləsi və Cavabdeh5 MMCnin Nizamnaməsinə əsasən təsisçilər digər şəxslər qarşısında öhdəliklər üçün bərabər hüquq və vəzifələr daşıyırlar. Odur ki, Cavabdeh5 MMC-nin təsisçiləri Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 hazırkı iddia tələbləri üzrə cavabdeh qismində çıxış etməli və tələb edilən maddi və məvəvi zərər cavabdehlərdən müştərək qaydada tutulmalıdır. İş üzrə toplanmış sübutlara əsasən İddiaçı2 sa ğ qolu amputasiya edilib. Həmçinin iddiaçı sol təpə-gicgah nayihəsinin əzilmiş yarası, boyunun, sağ əlin, sağ saidin, sol çiyinin, sol qoltuqaltı nahiyənin, sol bazunun İİİ-İV dərəcəli (12-13%) termik-elektrik yanığı xəsarətləri alıb. Ekspert rəyinə əsasən xəsarətlər dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olduğundan və ümumi əmək qabiliyyətinin 33%-dən çox hissəsinin dayanıqlı itirilməsinə səbəb olduğundan ağır zərər vurmaya aiddir. Göstərilən xəsarətlər İddiaçı2 kənar şəxsin qulluğuna ehtiyac olduğunu təsdiq edir. İddiaçı2 1 qrup əlildir və anasının himayəsində yaşayır. İddiaçı1 İddiaçı2 qulluq göstərir. Belə qulluq İddiaçı2 fasiləsiz göstərilir. Odur ki, İddiaçı1 əmək fəaliyyəti ilə məşğul ola, əmək haqqı ala bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 aprel 2018-ci il tarixli qərarı ilə İddiaçı2 müayinə, müalicə, əlavə qidalanma, dərman preparatlarının alınmasına və sair sosial tələbatlarının ödənilməsinə xərclərin çəkildiyi təsdiqini tapıb. Bu səbəbdən də Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən xərclərin məbləği 20000 manat müəyyən edilib. Azərbaycan Respublikası Ali Məhkəməsinin istinad edilən qərarı ilə müəyyən edilmiş xərc hadisənin baş verdiyi 17 iyul 2015-ci il tarixdən iddia ərizəsinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə təqdim edildiyi 12 oktyabr 2016-ci il tarixədək olan dövrü əhatə edir. Birinci iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 2016-ci ilin oktyabr ayından hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 01 aprel 2019-cu il tarixədək olan müddətdə İddiaçı2 müayinə, müalicə, əlavə qidalanma, dərman preparatlarının alın masına və digər sosial tələbatlarının ödənilməsinə çəkilmiş xərcin əvəzi olaraq 30000 manat cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı1 ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. İddiaçı2 cərrahi müdaxiləyə ehtiyacı var. Belə ki, onun təpə-gicgah nahiyəsində aldığı xəsarət fəsad verib və bu səbəbdən də İddiaçı2 əməliyyat olunmalıdır. Bununla əlaqədar olaraq Qasımov X2 Bakıdakı Xorev Tibb Mərkəzində müayinə edilib. Müayinə nəticəsində müəyyən edilib ki, xəstədə infeksiya baş vermədən əvvəl təcili əməliyyat keçirilməli, yəni xəstənin kəllə sümüyünün karinoplastika cərrahi müdaxiləsinə ehtiyac var. Göstərilən əməliyyatdan sonra xəstə İddiaçı2 müalicə üçün İsrailin Haifa şəhərində yerləşən “Horev” Tibb Mərkəzinə dəvət edilib. İş materiallarına əlavə edilmiş sənədlərə əsasən əməliyy atın edilməsi və İsraildə müalicə kursunu keçməsi üçün aşağıdakı xərclərin ödənilməsi tələb edilir: tibbi araşdırma planı, mütəxəssis imtahanlar, neyrocərrahiyyə şöbəsinin müdiri prof. Gilboard - 500 ABŞ dolları, plastik cərrahiyyə şöbəsinin müdiri prof. Berger - 500 ABŞ dolları, infeksiya şöbəsinin müdiri prof. Weber - 500 ABŞ dolları, dermatologiya kafedrasının müdiri prof. Zamir- 500 ABŞ dolları, Mərkəzi Ümumi Terapevt R.Barakın araşdırması - 500 ABŞ dolları, laboratoriya testləri, ətraf qan və sidik testi: qan və idrarın 54 laboratoriya parametri, bütün həyati orqanların funksiyaları daxil olmaqla - 450 ABŞ dolları; baş yarası üçün bitkilər 380 ABŞ dolları, radioloji müayinələr, Nüvə Magnetik Brain Rezonansı - 2100 ABŞ dolları, kafatası qüsurunun bağlanması ilə plastik kraniotomiya 200 00 ABŞ dolları, Haifa hava limanında klinik təlimatçıya köçürülmə xərci 200 ABŞ dolları, tibbi proqramın həyata keçirilməsi üçün nəqliyyatın təmin edilməsi (2 həftəyə qədər İsraildə qalmaq) – 400 ABŞ dolları, Haifa hava limanına köçürülmə xərcləri klinik müəllimi tərəfindən - 200 ABŞ dolları, cəmi 26230 ABŞ dolları. Bundan başqa, İddiaçı2 sol gözü görmə qabiliyyətini itirib. Həkim müayinəsi nəticəsində iddiaçının sol gözünün əməliyyat edilməsi tövsiyyə edilib. Təxmini hesablamalara əsasən əməliyyatın qiyməti 5000 manat təşkil edir. Bundan başqa, İddiaçı2 qəza nəticəsində burnu qırılıb. Hazırda iddiaçı nəfəs almaqda çətinlik çəkir. Həkim müayinəsi nəticəsində iddiaçının burnunda əməliyyat aparılması zəruridir. Təxmini hesablamalara əsasən əməliyyatın qiyməti 3000 manat təşkil edir. Bundan b aşqa, İddiaçı2 sol qulağından maye (çirk) axır. Həkim müayinəsi nəticəsində iddiaçının sol qulağında əməliyyat aparılması zəruridir. Təxmini hesablamalara əsasən əməliyyatın qiyməti 3000 manat təşkil edir. Bundan başqa, İddiaçı2 amputasiya edilən sağ qoluna elektron protez qoyulmalıdır. Protezin növü bütün analizlərin cavabı məlum olduqdan sonra bilinəcək. Protezin növü bilindikdən sonra onun qiyməti məlum olacaq. Hazırda İsrailin Bakıdakı Xorev Tibb Mərkəzindən bildiriblər ki, protezlərin qiyməti 58800 ABŞ dollarından 150000 ABŞ dollarına qədərdir. İddiaçı tərəf olaraq protezin qiymətini təxminən 70000 ABŞ dolları qiymətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 aprel 2018-ci il tarixli, 2(102)-2550/2018 saylı qərarına əsasən İddiaçı2 cavabdehlə əmək münasibətlərinə daxil olmas ı təsdiqini tapıb. Lakin cavabdeh təşkilat məhkəmə qətnaməsinə əsasən müəyyən edilmiş ödəncləri iddiaçının bank hesabına ödəyir. Lakin, İddiaçı2 işçi kimi əmək haqqı dəyişikliyi olduğu halda bu dəyişiklikdən kənarda qalır. Belə ki, Cavabdeh5 MMC-də çilingər (montajçı) vəzifəsi üzrə əmək haqqının artırılması mümkündür. Belə olan halda iddiaçıya məhkəmə qətnaməsinə əsasən ödənilməli olan məbləğ sabit olaraq qalacaq. Odur ki, İddiaçı2 "Cavabdeh5" MMC-də çilingər (montajçı) ştatına işə qəbul edilməsi barədə əmrin verilməsi və iddiaçının əmək haqqı kartı ilə təmin edilməsi vəzifəsinin cavabdehlər Cavabdeh5 MMC və Cavabdeh4 həvalə edilməsi zəruridir. Cavabdehlərin təqsirli hərəkətləri nəticəsində İddiaçı2 ömürlük şikəst olub. İddiaçı sağ qolunu itirib, ağır kəllə-beyin travması alıb, bədənin müx təlif nahiyələrində termik-elektrik yanığı xəsarətləri alıb. Nəticədə İddiaçı2 fiziki qabiliyyətini itirib, ailə başçısı kimi üzərinə düşən vəzifələri icra edə bilmir, cəmiyyətdən təcrid olub, ailəsinin, qohumlarının, əhatəsində olan digər insanların arasında utancverici vəziyyətə düşüb, vizual olaraq tanınmaz hala düşüb, insanlarla ünsiyyətdən yayınmaq məcburiyyətindədir. İddiaçının belə vəziyyətinə dözməyən iddiaçının atası X12 07 iyul 2016-cı il tarixdə ürək çatışmazlığından vəfat edib. Həyat yoldaşı X11 “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və tərəflər arasında olan nikah pozulmuşdur. Hadisədən 4 ilə yaxın müddət keçməsinə baxmayaraq, baş vermiş hadisə iddiaçıya hələ də fiziki ağrı və iztirab verir. İddiaçı əsəbiləşir və sarsıntı keçirir. Hadisə nin iddiaçının 26 yaşında baş verməsi iddiaçını daha da sarsıdır. Yetərli müalicə edilməməsi səbəbindən iddiaçının xəsarətləri daha da ağırlaşıb. İddiaçının belə vəziyyətə düşməsi səbəbindən iddiaçının anası ətraf aləmdən təcrid olaraq ona qulluq etmək məcburiyyətində qalıb. İddiaçının mənəvi-psixoloji depressiyası, əsəb və sarsıntı keçirməsi müvəqqəti yox, daimidir. Belə ki, iddiaçının aldığı fiziki xəsarətlər heç vaxt reabilitasiya olmayacaq. İddiaçı cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində çəkdiyi mənəvi zərəri 50000 manat qiymətləndirir. Cavabdeh5 MMC cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işgüzar nüfuzun müdafiəsinin təmin edilməsi üçün “tezadlar.az”, “uluyol.az” saytlarında və “MeydanTV” internet televiziya kanalında dərc olunmuş məlumatların təkzib olunması, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına ünvanlanmış müraciətlərin təkzib edilməsinə dair həmin orqanlara müvafiq müraciətlərin göndərilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, həmçinin gələcəkdə Cavabdeh5 MMC barəsində əsassız məlumatların yayılmasının cavabdehlərə qadağan edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbləri onunla əsaslandırılmışdır ki, İddiaçı1 və İddiaçı2 ayrı-ayrı vaxtlarda müxtəlif elektron media orqanlarında Cavabdeh5 MMC barəsində əsassız məlumatlar dərc etdirməklə eyni zamanda bir sıra dövlət və hökumət orqanlarına mütəmadi olaraq əsassız müraciətlər ünvanlamaqla müəssisənin işgüzar nüfuzuna xələl gətirmişlər. Belə ki, cavabdehlər tərəfindən “tezadlar.az”, “uluyol.az” saytlarında və “MeydanTV” internet kanalında Cavabdeh5 MMC haqqında əsassız ittihamlar irəli sürərək müvafiq məlumatlar dərc etdirməklə müəssisənin işgüzar nüfuzunu ləkələyən məlumatlar yaymışlar. Baxmayaraq ki, ilkin iddia üzrə İddiaçı2 17 iyul 2015-ci il tarixdə elektrik cərəyanı vurması nəticəsində xəsarət alması ilə əlaqədar Cavabdeh5 MMC tərəfindən ona tibbi yardımın göstərilməsi üçün bütün zəruri tədbirlər görülmüş, dərman, qidalanma və sair zəruri xərclərin ödənilməsi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 15.11.2017-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 17.04.2018-ci il tarixli qərarı əsasında müəyyən edilmiş məbləğlər, həmçinin yekun məhkəmə qərarı çıxarılanadək İddiaçı2 müalicəsi üçün gərəkli xərclər müəssisə tərəfindən ödənilmişdir. Lakin ilkin iddia üzrə iddiaçı hazırki qarşılıqlı iddia üzrə cavabdehlər qeyd olunan məhkəmə posesləri üzrə yekun məhkəmə qərarını gözləmədən mütəmadi olaraq media orqanlarında müəssisə barədə əsassız iddialarla məlumatlar dərc etdirmiş, həmçinin müxtəlif dövlət və hökumət orqanlarına əsassız müraciətlər etməyə davam etməklə, müəssisənin işgüzar nüfuzuna ziyan vurmuşlar. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçılar İddiaçı2 və İddiaçı1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kolegiyasının 19 dekabr 2019-cu il tarixli qətnaməsinin iddianın təmin edilməyən hissəsdə ləğv edilərək ilk iddia tələblərinin tam təmin edilməsi barədə q ərar qəbul edilməsini xahiş etmişlər. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, İddiaçı2 kənar şəxsin qulluğuna ehtiyacının olması işin mübahisəsiz halıdır. Cavabdehlər QasımovCavanşir Famil oğlunun kənar şəxsin qulluğuna ehtiyacının olmasını inkar etmirlər.İddiaçı2 qulluq etmək öhdəliyi ilk növbədə anası İddiaçı1 üzərinə düşür. Qasımova X8 Qasımova qulluq göstərir və bu səbəbdən də əmək fəaliyyəti ilə məşğul ola bilmir. Birinci instansiyası məhkəməsinin İddiaçı1 İddiaçı2 qulluq etməsi və bu səbəbdən əmək fəaliyəti ilə məşğul ola bilməməsi barədə iddiaçılardan sübutlar tələb etməsi sübutetmə prinsiplərinə ziddir. Belə ki, İddiaçı2 qulluğa ehtiyacının olması işin mübahisəsiz halıdı r. Apelyasiya instansiyası məhkəməsi göstərilən halları nəzərə almadan qeyd edilən tələblə bağlı iş üzrə icraata ümumiyyətlə xitam verib. Apelyasiya instansiya məhkəməsi üçüncü tələblə bağlı iddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsinin qətnaməsni bu hissədə qüvvədə saxlasa da, apelyasiya şikayətinin İddiaçı2 sol gözünün əməliyyat edilməsi üçün 5000 manat, burun əməliyyatı üçün 3000 manat, sol qulağının əməliyyat edilməsi üçün 3000 manatın və İddiaçı2 sağ qoluna bioprotezin düzəldilməsi üçün lazım olan 70000 ABŞ dollarının, cəmi 11000 manatı və 70000 ABŞ dollarının cavabdehlərdən alınaraq iddiaçılara ödənilməsinə dair hissəsini tam, obyektiv və hərtərəli araşdırımadan rədd etmişdir. İddiaçı2 sol gözü görmə qabiliyyətinin itirib. Həkim müayinəsi nəticəsində iddiaçının s ol gözünün əməliyyat edilməsi tövsiyyə edilib. Təxmini hesablamalara əsasən əməliyyatın qiyməti 5000 manat təşkil edir.Bundan başqa, İddiaçı2 qəza nəticəsində burnu qırılıb. Hazırda iddiaçı nəfəs almaqda çətinlik çəkir. Həkim müayinəsi nəticəsində iddiaçının burnunda əməliyyat aparılması zəruridir. Təxmini hesablamalara əsasən əməliyyatın qiyməti 3000 manat təşkil edir.Bundan başqa, İddiaçı2 sol qulağından maye (çirk) axır. Həkim müayinəsi nəticəsində iddiaçının sol qulağında əməliyyat aparılması zəruridir. Təxmini hesablamalara əsasən əməliyyatın qiyməti 3000 manat təşkil edir.İddiaçı2 ehtiyacı olan əməliyyatlar mütləq həyata keçirilməli və amputasiya edilən sağ qoluna elektron protez qoyulmalıdır. Protezin növü bütün analizlərin cavabı məlum olduqdan sonra bilinəcək. Protezin növü bilind ikdən sonra onun qiyməti məlum olacaq. Hazırda İsralin dövlətinin Bakıdakı Xorcv Tibb Mərkəzindəm bildiriblər ki, protezlərin qiyməti 58800 ABŞ dolarından 150000 ABŞ dollarına qədərdir. İddiaçı tərəf olaraq protezin qiymətini təxminən 70000 ABŞ dolları qiymətləndirirlər. Odur ki, cavabdehlərdən iddiaçının göz əməliyyatı xərci olaraq 5000 manat, burun əməliyyatı xərci olaraq 3000 manat, qulaq əməliyyatı xərci olaraq 3000 manat, sağ qol protezin xərci olaraq 70000 ABŞ dolları tələb edirik. Apelyasiya instansiya məhkəməsi göstərilən tələbləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1118.1-ci və 1125.2-ci maddələrinin tələblərini nəzərə almadan qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsi beşinci tələblə bağlı iddia tələbini qismən təmin edərək iddiaçıya dəyən mənəvi zərərə görə cavab dehin 1000 manat ödəməli olmasını ağlabatan və ədalətli hesab etmişdir. Apelyasiya instansiyası məhkəməsi iddia tələblərinin bu hissəsindən verilmiş apelyasiya şikayətinin dəlillərinə tam, obyektiv və hərtərəfli qiymət vermədən apelyasiya şikayətini təmin etməmişdir. Məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı deil. Cavabdeh Cavabdeh5 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kolegiyasının 19 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. İlkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “xxxx” MMC-dən “istehsalat qəzası ilə əlaqədar zərərə görə ödənc barədə” iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etdiyi 12 oktyabr 2016-cı il tarixdən hazırki iddianın iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 01 aprel 2019-cu il tarixədək olan müddətdə İddiaçı2 müayinə, müalicə, əlavə qidalanma, dərman pereparatlarımn alınmasına və sair sosial tələbatlarının ödənilməsinə çəkilmiş xərcin əvəzi olaraq 30000 manat pulun alınaraq iddiaçı X1a ödənilməsi tələbinin rədd edilməsi hissəsdə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 22.08.2019-cu il tarixli 2(006)-3001/2019 nömrəli qətnaməsinin ləğvi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin gəldiyi nəticə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin prinsiplərinə tamamilə ziddir. Belə ki, apelyasiya instansiyası məhkəməsi həmin hissədə öz qətnaməsini əsaslandırarkən qeyd etmişdir ki, eyni tərəflər arasında eyni tələblə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 aprel 2018-ci il tarixli qərarında kassasiya instansiyası məhkəməsi hesab etmişlər ki, İddiaçı2 həyat üçün təhlükəli olan xəsarətlər alması tam təsdiq olunur, həmin xəsarətlərin müayinə və müalicə olunmadan, əlavə qidalanma olmadan sağalması mümkün deyildir. İddiaçılar hazırda isə ilk dəfə məhkəməyə müraciət etdikləri tarixdən sonrakı dövr üçün xərclərin əvəzinin tutulmasını xahiş etmişlər. Göründüyü kimi ilk iddia üzrə iddiaçılar İddiaçı2 müayinə, müalicə, əlavə qidalanma, dərman pereparatlarımn alınmasına və sair sosial tələbatlarının ödənilməsinə çəkilmiş xərcin əvəzi olaraq 30000 manat pul tələb edərkən tələblərini heç bir sübutla əlaqələndirə bilməmişlər. Baxmayaraq ki, hamıya bəllidir ki, respublikada dövlət tibb müəsissələri fəaliyyət göst ərir və respublikanın qüvvədə olan qanunvericiliyinə əsasən dövlət tibb müəssisələrində bütün müayinə və müalicələr ödənişsiz əsaslarla həyata keçirilir. Yox əgər ilk iddia üzrə İddiaçı2 respublikada fəaliyyət göstərən hər hansı özəl tibb müəssisəsində ödənişli əsaslarla müayinə və müalicə olunmuşdursa o zaman həmin xidmətlər üçün çəkilmiş xərclərə görə tibb müəssisəsinin ödəniş qəbzləri ilk iddia üzrə iddiaçılar tərəfindən həmin tələblərlə bağlı sübut kimi məhkəməyə təqdim olunmalı idi. Eyni zamanda İddiaçı2 tərəfindən əlavə qidalanma, dərman pereparatlarının alınmasına və sair sosial tələbatlarının ödənilməsinə çəkilmiş xərclərə dair də heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Yuxarıda qeyd olunanlarla yanaşı Bakı Apellyasiya Məhkəməsinin qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC-nin işgüzar nüfuzun müdafiəsi ilə bağlı iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə ilə də əsaslı deyildir. Belə ki, qarşılıqlı iddia üzrə cavabdehlərin müəssisənin işgüzar nüfuzuna xələl gətirən qanunsuz hərəkətləri barədə müvafiq sübutlar məhkəməyə təqdim edilsə də, məhkəmə tərəfindən həmin sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri qətnamədə kifayət qədər əsaslandırmamışdır. Göründüyü kimi Bakı Apellyasiya Məhkəməsi hazırda mübahisələndirilmiş qətnaməni qəbul edərkən yuxarıda qeyd olunan maddi və prosessual hüquq normalarının tələbini nəzərə almamış və nəticədə yanlış qənaətə gəlmişdir. Odur ki, qeyd olunan hallar hazırki iş üzrə maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Tərəflərin izahatları: İddiaçılar İddiaçı2 və İddiaçı1 və onların vəkili Vəkilməhkəmə kolegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin kasasiya şikayətini isə əsassız hesab edərək təmin edilməməsini xahiş etdilər. Cavabdeh5 vəkili X7 məhkəmə kolegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçıların kasasiya şikayətini isə əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kolegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kolegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquq i məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Əsaslanırma: Məhkəmə kolegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddiçıların kasasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 19 dekabr 2019-cu il tarixli qətnaməsi mənəvi ziyanın tutulması hissədə dəyişdirilərək mənəvi ziyanın məbləği 5000 manat müəyyən edilməli, qətnamə iddiaçıların kasasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmalı, cavabdehin kasasiya şikayəti təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı2 əmək müqaviləsi bağlanılmadan Cavabdeh5 MMC-yə işə cəlb olunmuş və 17 iyul 2015-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Müşviqa bad qəsəbəsində televiziya kabellərinin çəkilməsi işlərini yerinə yetirən zamanı elektrik cərəyanı vurulması nəticəsində həyat üçün təhlükəli olan, ümumi əmək qabiliyyətinin 33%-dən çox hissəsini dayanıqlı itirilməsinə səbəb olan xəsarətlər almış və hazırda birinci qrup əlil olmaqla, anası Elmira Qasımovanın himayəsindədir. İddiaçı2 yuxarıda qeyd olunan xəsarətlərin Cavabdeh5 MMC-nin vəzifəli şəxslərinin ehtiyatsızlıqda ifadə olunan təqsirli hərəkətləri nəticəsində alması Bakı şəhəri Qaradağ rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 05 iyul 2016-cı il tarixli hökmü ilə təsdiq olunmuşdur. Həmçinin müəyyən olunmuşdur ki, iddiaçılar əvvəllər də, hazırki iş üzrə cavabdehlərdən Cavabdeh5 MMC-yə qarşı oxşar iddia ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 yanvar 2 017-ci il tarixli, 2(005)-796/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh5 MMC-dən müayinə və müalicə, xüsusi nəqliyyat vasitələrindən istifadə, iynə və dərmanlara çəkdiyi xərclərin əvəzi olaraq 5000 manatın tutularaq İddiaçı1 verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 noyabr 2017-ci il tarixli, 2(103)11456/2017 saylı qətnaməsi ilə Cavabdeh5 MMC-nin apelyasiya şikayəti rədd olunmuş, iddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 yanvar 2017-ci il tarixli qətnaməsinin ləğv olunması, iddianın qismən təmin olunması, itirilmiş qazancın əvəzinin aylıq ödənişlər yolu ilə Cavabdeh5 MMC tərəfindən İddiaçı2 ödənilməsi, aylıq ödənişi n Cavabdeh5 MMC-də çilingər (montajçı) vəzifəsində işləyən şəxsə verilməli olan orta aylıq əmək haqqının 33 faizi miqdarında müəyyən edilməsi, aylıq ödənişin 17 iyul 2015-ci il tarixdən başlayaraq İddiaçı2 sağlamlığı bərpa olunana qədər ödənilməsi, 17 iyul 2015-ci il tarixindən 15 noyabr 2017-ci il tarixinə qədər olan dövrə görə aylıq ödənişlərin hesablanaraq birdəfəlik verilməsi, 15 noyabr 2017-ci il tarixindən sonra hər ay həmin ayın ödənişinin verilməsi, İddiaçı2 amputasiya olunmuş sağ qoluna protezin düzəldilməsinin Cavabdeh5 MMC öz hesabına təmin edilməsi, müayinəyə, müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına çəkilmiş xərcin əvəzi kimi 10000 manatın Cavabdeh5 MMC-dən alınaraq İddiaçı2 verilməsi, iddianın qalan hissəsinin rədd olunması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 aprel 2018-ci il tarixli, 2(102)-2550/2018 saylı qərarı ilə iddiaçı X1nın kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmiş, İddiaçı2 ödənilməli olan aylıq ödənişin Cavabdeh5 MMC-də çilingər (montajçı) vəzifəsində işləyən şəxsə verməli olan orta aylıq əmək haqqı miqdarında müəyyən edilməsi, müayinəyə, müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına çəkilmiş xərcin əvəzi kimi 20000 manatın Cavabdeh5 MMC-dən alınaraq İddiaçı2 verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, Cavabdeh5 MMC-nin kassasiya şikayətinin təmin olunmaması qərara alınmışdır. Hazırki ilkin iddia bir neçə tələbdən ibarətdir: Birinci tələb:“İddiaçı2 qulluq etdiyi üçün 17 iyul 2015-ci il tarixdən başlayaraq hər ay yaşayış minimumu həddində cavabdehlərdən İddiaçı1 xeyrinə ödəncin tutulması” Məhkəmə kollegiyası bu tələblə bağlı qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin hazırki iş üzrə 19 dekabr 2019-cu il tarixli qərardadı ilə hər iki tərəfin apelyasiya şikayətləri qismən təmin edilməklə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(006)-3001/2019 saylı qətnaməsinin qismən, yəni ilkin iddianın “İddiaçı1 İddiaçı2 qulluq etdiyi üçün 17 iyul 2015-ci il tarixdən 01 yanvar 2016-cı il tarixədək hər ay 140 manat, 01 yanvar 2016-cı il tarixdən 01 yanvar 2017-ci il tarixədək hər ay 146 manat, 01 yanvar 2017-ci il tarixdən 01 yanvar 2018-ci il tarixədək hər ay 164,5 manat, 01 yanvar 2018-ci il tarixədən 01 yanvar 2019-cu il tarixədək hər ay 183 manat, 01 yanvar 2019-cu il tarix dən iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 01 aprel 2019-cu il tarixədək hər ay 191 manat pulun Cavabdeh5 MMC-dən alınaraq İddiaçı1 ödənilməsi” tələbinin rədd olunması hissədə ləğv olunması və həmin tələb üzrə icraata Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. Ali Məhkəmənin 22 iyun 2020-ci il tarixli qərarı ilə iddiaçının kasasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin hazırki iş üzrə 19 dekabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Ona görə də, məhkəmə kolegiyası tələbin bu hissəsi ilə bağlı hüquqi qiymətləndirmə aparmır. İkinci tələb: “cavabdehlərdən “İstehsalat qəzası ilə əlaqədar zərərə görə ödənc barədə” iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət olunduğu 12 oktyabr 2 016-cı il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 01 aprel 2019-cu il tarixədək olan müddətdə İddiaçı2 müayinə, müalicə, əlavə qidalanma, dərman preparatlarının alınmasına və sair sosial tələbatlarının ödənilməsinə çəkilmiş xərcin əvəzi olaraq 30000 manat pulun müştərək qaydada alınaraq İddiaçı1 ödənilməsi” Birinci instansiya məhkəməsi həmin tələbi rədd etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçılar müayinə, müalicə, əlavə qidalanma, dərman preparatlarının alınmasına və sair sosial tələbatlarının ödənilməsinə çəkilmiş xərcin hər hansı hissəsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişlər. Həmçinin qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolegiyasının 17 aprel 2018-ci il tarixli, 2(102)-2550/2018 saylı qərarı ilə müayinəyə, müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına çəkilmiş xərcin əvəzi kimi 20000 manatın Cavabdeh5 MMC-dən alınaraq İddiaçı2 verilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qənaətinə görə birinci instansiya məhkəməsi iddianın həmin hissəsinə hüquqi qiymət verərkən səhvə yol vermişdir. Belə ki, ilk olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 aprel 2018-ci il tarixli qərarı hazırki tələbin rədd olunması üçün preyudisial əhəmiyyətə malik deyil. Əvvəlki işdə iddiaçılar 17 iyul 2015-ci il tarixdən məhkəməyə müraciət edildiyi tarixədək müayinə və müalicə üçün, iynə və dərmanların çəkdiyi xərclərin əvəzi olaraq 20000 manat pulun tutulmasını xahiş etmiş və həmin tələbi qismən təmin edən apelyasiya instansiyası məhkəməsi, habelə qətnaməni dəyişdirərək iddianı göstərilə n hissədə tam təmin edən kassasiya instansiyası məhkəməsi hesab etmişlər ki, İddiaçı2 həyat üçün təhlükəli olan xəsarətlər alması tam təsdiq olunur, həmin xəsarətlərin müayinə və müalicə olunmadan, əlavə qidalanma olmadan sağalması mümkün deyildir. İddiaçılar hazırda isə ilk dəfə məhkəməyə müraciət etdikləri tarixdən sonrakı dövr üçün xərclərin əvəzinin tutulmasını xahiş etmişlər. İddiaçı2 hazıradək tam sağalmaması mübahisə doğurmur. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin əvvəlki işdə irəli sürdüyü mövqeyini nəzərə alaraq hesab etmişdir ki, bu müddətdə də İddiaçı2 müalicəsi və ona xidmət olunması üçün iddiaçıların əlavə xərclər çəkmələri mübahisəsizdir və həmin xərclər 10000 manat dəyərində müəyyən olunaraq cavabdeh MMC-dən ilk iddia üzrə iddiaçının xeyr inə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərç əkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çə kdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Məhkəmə kollegiyası qeyd edilən tələblə bağlı apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək cavabdehin kasasiya şikayətinin dəlillərini bu hissə ilə bağlı əsaslı hesab etmir. Belə ki, cavabdeh kasasiya şikayətində respublikada müayinə, müalicə, əlavə qidalanma, dərman preparatlarının alınmasını ödənişsiz həyata keçirildiyini qeyd etmişdir. Lakin iş materiallarına iddiçılar tərəfindən qeyd edilən xərclərin çəkilməsi ilə bağlı kifayət qədər sübut təqdim edilmişdir. Üçüncü tələb: “İddiaçı2 başının əməliyyat edilməsi üçün lazım olan 26230 ABŞ dolların, sol gözünün əməliyyat edilməsi üçün 5000 manatın, burun əməliyyatı üçün 3000 manatın, sol qulağının əməliyyat edilməsi üçün 3000 manatın və İddiaçı2 sağ qoluna bioprotezin düzəldilməsi üçün lazım olan 70000 ABŞ dollarının, cəmi 11000 manat və 96230 ABŞ dolları məbləğində pulun cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı2 ödənilməsi” İddianın həmin hissəsinə hüquqi qiymət verən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əlavə olunmuş sənədlərə əsasən İddiaçı2 başının əməliyyat edilməsi üçün tələb olunan vəsaitin məbləği 26230 ABŞ dolları təşkil edir. Məhkəmə Azərbaycan Respub likası MM-in 87.1-ci maddəsinə istinad edərək hesab etmişdir ki, ilkin iddia tələbi cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 münasibətdə təmin edilməməlidir. Həmçinin məhkəmə hesab etmişdir ki, iddiaçılar İddiaçı2 sol gözünün əməliyyat edilməsi üçün 5000 manat, burun əməliyyatı üçün 3000 manat, sol qulağının əməliyyat edilməsi üçün 3000 manat və sağ qoluna bioprotezin düzəldilməsi üçün lazım olan 70000 ABŞ dollarının cavabdehlərdən alınması tələbinin əsaslı olmasını təşkil edən sübutları məhkəməyə təqdim edə bilməmişlər. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, İddiaçı2 başının əməliyyat edilməsi üçün 26230 ABŞ dolları məbləğində pul vəsaiti zəruri olduğundan, həmin məbləğ cavabdeh MMC-dən alınaraq ilkin iddia üzrə iddiaçılara ödənilməlidir. Apelyasiya instansiyası məhkəməsi qe yd edilən tələbin təmin olunmuş hissəsi ilə razılaşaraq hesab etmişdir ki, İddiaçı2 “kraniotomiya” cərrahi əməliyyatın həyata keçirilməsinə zərurət olması və həmin əməliyyatın dəyəri barədə iş materiallarında kifayət qədər sübutlar mövcud olduğundan iddia əsaslı olaraq təmin olunmuşdur. Həmin tələb üzrə cavabdehin apelyasiya şikayətinin dəlillərinə münasibət bildirərək apelyasiya instansiyası məhkəməsi həmin dəlilləri qətnamənin ləğvi üçün əsaslı hesab etməmişdir. Belə ki, məhkəmə qeyd etmişdir ki, cavabdehin apelyasiya şikayətinə əlavə etdiyi Neyrocərrahlıq Xəstəxanasının 25 sentyabr 2019-cu il tarixli və məhkəmə iclasında təqdim etdiyi “xxxx” MMC-nin 01 noyabr 2019-cu il tarixli arayışları iş üzrə mötəbər sübut qismində qiymətləndirilə bilməz. Neyrocərrahlıq Xəstəxanasının 25 sentyabr 20 19-cu il tarixli arayışında göstərilmişdir ki, həmin xəstəxanada kranioplastika əməliyyatı aparılır, bütün əməliyyatlar ödənişsizdir. “xxxx” MMC-nin 01 noyabr 2019-cu il tarixli arayışında isə göstərilmişdir ki, həmin MMC-də ödənişli əsaslarla kəllə sümüyü qüsurunun bağlanması üçün kraniotomiya cərrahi əməliyyatı həyata keçirilir. Tibbi sərfdən asılı olaraq əməliyyatın qiyməti 4000-5000 manat aralığında dəyişir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi tibbi sənədlərdən fərqli olaraq, cavabdehin təqdim etdiyi həmin arayışlar xəstənin müayinəsi aparılmadan verilmişdir. Digər tərəfdən məhkəmə kolegiyası həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilmədiyi üçün Azərbaycan Respublikası MPM-in 371-ci maddəsinə əsasən qəbuledilməz hesab etmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin tələb üzrə iddiaçıların apelyasiya şikayəti də əsassız hesab olunmalıdır. Belə ki, iddiaçılar İddiaçı2 sol gözünün əməliyyat edilməsi üçün 5000 manat, burun əməliyyatı üçün 3000 manat, sol qulağının əməliyyat edilməsi üçün 3000 manat vəsaitinin zəruri olmasını təsdiq edən mötəbər sübutu təqdim olunmamışdır. Digər tərəfdən qanuni qüvvədə olan məhkəmə aktları ilə iddiaçının amputasiya olunmuş sağ qoluna protezin düzəldilməsi Cavabdeh5 MMC-yə həvalə edilmiş və təkrarən bu məqsədlə cavabdehdən pulun tutulması əsassızdır. Məhkəmə kollegiyası bu hissədə də apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Bu hissə ilə bağlı həm iddiaçılar tərəfindən, həm də cavabdeh tərəfindən verilmiş kasasiya şikayətlərinin dəlilləri a pellyasiya şikayətlərinin dəlilləri ilə eyni məzmunludur. Apelyasiya instansiyası məhkəməsi göstərilən dəlillərə hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Dördüncü tələb: “Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 aprel 2018- ci il tarixli, 2(102)-2550/2018 saylı qərarına əsasən İddiaçı2 ödənilməli olan və Cavabdeh5 MMC-də çilingər (montajçı) vəzifəsində işləyən şəxsə verilməli olan orta aylıq əmək haqqı miqdarında aylıq ödənişin İddiaçı2 verilə bilməsi üçün İddiaçı2 Cavabdeh5 MMC-də çilingər (montajçı) ştatına işə qəbul edilməsi barədə əmrin verilməsi və İddiaçı2 əmək haqqı kartı ilə təmin edilməsi vəzifəsinin cavabdehlər "Cavabdeh5" MMC-yə və Cavabdeh4 həvalə edilməsi”. Bununla əlaqədar apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər ara sında mülki münasibətlər yaranmışdır. Cavabdeh5 MMC İddiaçı2la əmək müqaviləsi bağlamadan sonuncunu kabel çəkən çilingər (montajçı) kimi işə cəlb etmiş, ona tapşırıqlar vermişdir. İşin bu halı qanuni qüvvəyə minmiş məhkəmə hökmü və mülki iş üzrə məhkəmə aktları ilə müəyyən edilmişdir. Həmçinin qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə İddiaçı2 ödənilməli olan aylıq ödənişin Cavabdeh5 MMC-də çilingər (montajçı) vəzifəsində işləyən şəxsə verilməli olan orta aylıq əmək haqqının miqdarında müəyyən edilməsi qərara alınmışdır. Tərəflər arasında mövcud olmuş əvvəlki mülki mübahisədə konkret olaraq belə tələb irəli sürülməsə də, Azərbaycan Respublikası Ali Məhkəməsi 17 aprel 2018-ci il tarixli qərarında izah etmişdir ki, İddiaçı2 sağ qolunun amputasiya olunmuş və onun çilingər kimi əmək qabiliyyəti nin itirilmə dərəcəsinə müvafiq işlə təmin olunması məntiqə uyğun deyildir. Ali Məhkəmə iddiaçıya aylıq ödəniş olaraq Cavabdeh5 MMC-də çilingər (montajçı) vəzifəsində işləyən şəxsə verilməli orta aylıq əmək haqqı miqdarında müəyyən olunmasını qərara almışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin həmin qərarının icrası üçün İddiaçı2 işə qəbul edilməsinə zərurət yoxdur və məhkəmə qərarı “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun icra olunmalıdır. Qarşılıqlı iddia tələbini təmin etməyən birinci instansiya məhkəməsi hesab etmişdir ki, həmin tələbin əsaslı olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi qarşılıqı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, İddiaçı2 xəsar ət alması və sonrakı hadisələri bəhz edən məqalələrin bir neçə internet-xəbər saytlarında dərc olunmasını təsdiq edən çıxarışlar iş materiallarına əlavə olunsa da, qarşılıqlı iddia üzrə iddiaçı şirkət tərəfindən onun işgüzar nüfuzuna zərər vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni q ayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, kütləvi informasiya azadlığı vətəndaşların qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 14 may 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmə kollegiyası bu qarşılıqlı iddia tələbinin rədd edilməsi ilə bağlı hissədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Cavabdehin kasasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, cavabdh MMC qeyd edilən məqalələrin kütləvi informasiya vasitələrində yayılmasının MMC-nin işgüzar nüfuzuna zərər vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, etirazının əsası kimi istinad etdiyi halları əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasə n məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası ilkin iddia tələbinin mənəvi ziyanın tutulması hissədə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, iddiaçıların bui hissədə kasasiya şikayətinin dəlillərin qismən əsaslı hesab edir. Belə ki, həmin tələbə hüquqi qiymət verərək məhkəmə hesab etmişdir ki, Cavabdeh5 MMC-dən iddiaçıların xeyrinə 1000 manat məbləğində mənəvi zərərin əvəzinin tutulması ağlabatan və eyni zamanda ədalətlidir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi 1000 manat məbləğində mənəvi zərərin əvəzinin tutulması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşarkən işin hallarına maddi hüquq normalarını düzgün tədbiq e tməmiş, bu barədə işin hallarını kifayət qədər nəzərə almamışdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 iyun 2002-ci il tarixli Qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7 saylı Qərarına əsa sən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər (2-ci bənd). Həmin Qərarın 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirinin müəyyən edildiyi hallarda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq, mənəvi zərərin ödənilməsi barədə iddia təmin edilə bilər. Qərarın 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyi n təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qərarın 11-ci bəndində göstərilir ki, mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin təqsirli h ərəkətləri nəticəsində İddiaçı2 başının, sol təpə-gicgah nayihəsinin əzilmiş yarası, sağ yuxarı ətraf saidin 1/3 səviyyəsindən amputasiyası (ayrılması), boyunun sağ əlin, sağ saidin, sol çiy inin, sol qoltuqaltı nahiyənin, sol bazunun İİİ-İV dərəcəli (12-13%) termik-elektrik yanığı xəsarətləri almasının və onun əmək qabiliyyətinin 33 faizindən çox hissəsini dayanıqlı itirməklə ömürlük şikəst olmasının, iddiçıların fiziki və mənəvi sarsıntılar keçirməsini labüd etmişdir. Belə ki, qeyd edilən hadisənin və hadisənin nəticələrinin iddiaçıların şüuruna həqiqətən də çox ağır mənfi psixoloji reaksiyaya səbəb olması qaçılmazdır. Apellyasiya instansiyası məhkəməsi mənəvi zərərin miqdarını müəyyən edərkən iddiaçının keçirdiyi mənəvi izdirabların ağırlığını, zərərin baş verməsinə səbəb olmuş hadisəsi nin ağırlığını, yəni iddiaçının vizual olaraq görünüşü dəyişməsini, daimi kənar şəxsin qulluğuna möhtac qalmasını, ardıcıl müayinə və müalicə edilməklə yaşamını davam etdirməsini, hadisədən 5 ilə yaxın müddət keçməsinə baxmayaraq baş vermiş hadisənin iddiaçıya hələ də fiziki ağrı və iztirab verməsini, cavabdehin hüquqi şəxs olmasını kifayət qədər nəzərə almamışdır ki, bu da zərərin miqdarının az müəyyən edilməsinə gətirib çıxarmışdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası mənəvi zərərin həddinin 5000 manat məbləğində müəyyən edilməsini işin hallarına uyğun və ağlabatan hesab edir. Mənəvi zərərə görə iddiaçının tələb etdiyi məbləğlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mənəvi zərərin müqabilində tələb edilən 50000 manatın iddiaçılarnın xeyrinə tutulması, onların pozumuş hüquqların ın ədalətli şəkildə bərpasından çox iddiaçıların zənginləşməsinə xidmət etmiş olacaqdır ki, bu da mənəvi zərərlə bağlı institutun məqsədlərinə ziddir. Odur ki, qətnamə qeyd edilən hissədə dəyişdirilərək mənəvi ziyanın məbləği 5000 manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kolegiyası Qərara alır: İddiaçılar İddiaçı2 və İddiaçı1 birgə verdikləri kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-13577/2019 nömrəli iş üzrə 19 dekabr 2019-cu il tarixli qətnaməsi Cavabdeh5ndən iddiaçıların xeyrinə mənəvi ziyanın tutulması hissədə dəyişdirilərək mənəvi ziyanın məbləği 5000 manat müəyy ən edilsin. Qətnamə iddiaçıların kasasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh5 kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-3017/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3017/2020
22.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver