Məhkəmə qərarları › İş №2(102)-3018/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3018/2022

24.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3018/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu, (sədrlik edən və məruzəçi) Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4617/2021 nömrəli iş üzrə 12 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazı lı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları 1.İddiaçı 15 dekabr 2009-cu il tarixdə Cavabdeh MTK kooperativinə üzv qəbul olunmaqla, MTK-nın Bakı şəhəri, Təbriz küçəsi, 855-ci məhəllə, 63 saylı evin, İ giriş, 3-cü mərtəbə, yaşayış sahəsi 121 kv.m. olan 3 otaqlı 9 saylı mənzilinin payçısı olması təsdiq edilmişdir.

2. İddiaçı Cavabdeh MTK-nın payçısı olmaqla 76.570 manat (95.000 ABŞ dolları) məbləğində pay haqqı ödəmiş, mənzilin tam dəyəri ödənilmişdir, borcu yoxdur. 3. ünvan 1 ünvanında yerləşən İddiaçı xüsusi mülkiyyəti olan daşınmaz əmlakın ümumi sahəsi 113,40 kv.metrdir.. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh Mənzil Tikinti Kooperativinə (bundan sonra cavabdeh) qarşı pul tələbinə dair iddia ərizəsi və iddia tələbinin hə cmini azaldılması ilə bağlı ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, cavabdehdən dəyəri 95.000 ABŞ dolları nəğd şəkildə ödənilməklə MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 855-ci məhəllədə inşa edilən 63 saylı binanın 1-ci giriş, 3-cü mərtəbə, 9 nömrəli mənzilini almışdır. Cavabdehin 15 dekabr 2009-cu il tarixli, 12 saylı protokoluna əsasən iddiaçı Bakı şəhəri, Təbriz küçəsi, 855-ci məhəllə 63-cü bina, 1-ci giriş, 3-cü mərtəbə yaşayış sahəsi 121 kv.m. olan 3 otaqlı, 9 saylı mənzilə payçısı kimi Kooperativə qəbul edilmişdir. Lakin iddiaçı 30.09.2019-cu il tarixdə mənzilə hüquqlarını qeydə alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət etdikdə və ona məxsus mənzilə çıxarış veril ərkən müəyyən olunmuşdur ki, MTK tərəfindən ondan yaşayış sahəsi 121 kv.m. olan mənzilin pulu alınsa da, faktiki olaraq mənzilin ümumi sahəsi 113.40 kv.m. təşkil etmişdir. Qeyd olunanlara əsasən, iddiaçı cavabdehdən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 855-ci məhəllədə inşa edilən 63 saylı binanın 1-ci giriş, 3-cü mərtəbə, 9 nömrəli mənzili üçün artıq ödənilmiş 5062 manat məbləğində pulun tutulmasını xahiş etmişdir.

6. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 13 fevral 2020-ci il tarixli, 2(001)-846/2020 nömrəli qətnaməsi ilə (hakim: N.Nəbizadə) iddia tələbi təmin edilərək, cavabdehdən X. ünvanında inşa edilən 63 saylı binanın 1-ci giriş, 3-cü mərtəbə, 9 nömrəli mənzili üçün artıq ödənilmiş 5062 (beş min altmış iki) manat pulun və ödənilmi ş 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə tərəfindən çəkişmə prinsipinə riayət edilmiş, tərəflərə sübutların təqdim edilməsi, məhkəmədə hüquqi mövqelərinin əsaslandırılması və müdafiəsi üçün şərait yaradılmışdır. Məhkəmənin 30 yanvar 2020-ci il tarixli iclasında iştirak edən Cavabdeh MTK-nın qanuni təmsilçisi iddia ərizəsi ilə tanış olmaq və müdafiənin təşkil edilməsi üçün vaxt istəmiş, məhkəmə tərəfindən onun şifahi vəsatəti təmin edilmiş və işə baxılması 13 fevral 2020-ci il tarixə təxirə salınmışdır. Buna baxmayaraq cavabdeh yaradılmış prosessual imkanlardan istifadə etməmiş və sübut etmə vəzifəsinin üzərinə düşən qismini icra etməmişdir.

8. İddiaçı tərəfindən mənzilin real sahəsi 113,40 kv.m. olduğu təqdirdə tərəfindən həmin mənzilin 121 kv.metri üçün 15 dekabr 2009-cu il tarixdə 76.570 manat məbləğində pulun ödənilməsi iş materiallarında olan mötəbər sübutlarla (Cavabdeh MTK üzvlərinin ümumi iclasının 12 nömrəli protokolundan 15 dekabr 2009-cu il tarixli çıxarışın və Cavabdeh MTK tərəfindən verilmiş 15 dekabr 2009-cu il tarixli arayışın əsli, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq olunmuş surəti) əsaslandırılmasına baxmayaraq, cavabdeh tərəfindən əlavə sahənin hesablanmasının hüquqi əsasları məhkəməyə təqdim edilməmişdir.

9. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 1091, 1092.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini n (bundan sonra Mülki Prosessual Məcəllə) 80, 81 və 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

10. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, işə baxmış birinci instansiya məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, mübahisə predmeti olan mənzilin 15.12.2009-cu il tarixli, 12 saylı protokolda göstərilən sahəsi (121 kv.m.) onun təmirsiz halda olan vəziyyətini, 30.09.2019cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd edilən sahəsi (113,40 kv.m.) isə mənzilin təmirdən sonrakı vəziyyətini əks etdirir. Sözügedən sənədlərdə mənzilin sahəsi ilə bağlı fərqin səbəbi bununla əlaqədar olmuşdur. Buna görə də, iddia əsaslı hesab edilə bilməz.

12. Apellyasiya instansiyası məhkəməsi iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyini almışdır.

13. Məhkəmə Ekspertizası Mərkəzinin 12.10.2021-ci il tarixli, 10/3292 saylı rəyə əsasən iddiaçının mülkiyyətində olan mübahisəli mənzil hazırda təmirli vəziyyətdədir. Mənzilin təmirdən əvvəl layihə əsasında (MTK tərəfindən iddiaçıya təhvil verilən zaman) ümumi sahəsi 121,8 kv.metr olmuşdur. Mənzilin əvvəlki (layihə üzrə) 121,8 kv.metr və hazırki 118,6 kv.metr faktiki sahələrindəki yaranmış 3,2 kv.metr fərq təmir-tikinti işləri nəticəsində əmələ gəlmişdir.

14. Bakı Apellyasiya M əhkəməsi Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) (hakimlər M.Məmmədov - sədrlik edən və məruzəçi, X.Sarıyev və R.Həsənov) 2(103)-4617/2021 nömrəli iş üzrə 12 noyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia tələbi rədd edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh MTK iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, iddiaçıya 121 kv.metr ölçülü mənzili təhvil verməli olduğu halda, hətta sahəsi bir qədər çox olan mənzili iddiaçıya təhvil vermişdir. Belə olan halda müəyyən edilir ki, iddia əsassızdır. Lakin işə baxmış birinci instansiyası məhkəməsi əsassız olan iddianı təmin etmişdir. Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə işin hallarına uyğun gəlmir. Birinci instansiya məhkəməsinin nəticəsi səhvdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşımır.

16. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini Mülki Məcəllənin 21, 385.1, 448.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

17. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi üçün yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə Ekspertizası Mərkəzinin 12.10.2021-ci il tarixli, 10/3292 saylı rəyinə əsasən, layihə əsasında (MTK tərəfindən iddiaçıya təhvil verilən zaman) ümumi sahəsi 121,8 kv.metr olmuşdur. Yəni, MTK tərəfindən müqavilə üzrə yaşayış sahəsi 121 kv.m. verilməli olduğu halda ümumi sahəsi 121.8 kv.m. olan mənzil təhvil verilmişdir. Cavabdeh MM-nin 385-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Cavabdeh tərəfindən iddia tələbinə edilən etirazın araşdırılmasına zərurət belə yox idi və apellyasiya instansiya məhkəməsi yalnız kiçik bir hala yaşayış sahəsi verilməli olduğu halda ümumi sahənin verilməsi məsələsinə diqqət yetirsə idi, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsinin qanuni olduğunu aydınlaşdıra biləcəkdi. Cavabdeh müqavilə şərtlərini yerinə yetirərkən müəyyən əmsalları nəzərə almalı və öhdəlikdə nəzərdə tutulduğu şəkildə 121 kv.m. yaşayış sahəsinin ayrılmasına zəmin yaradacaq mənzil verməli idi. Cavabdeh Dağlar MTK tərəfindən öhdəlik üçün 121 kv.m. yaşayış sahəsi yerinə 113 kv.m. ümumi sahənin verilməsi cavabdehin əsassız varlanmasına səbəb olmuşdur.

19. İddiaçı kassasiya şikayətini Mülki Məcəllənin 21, 1091, 1092.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinə verilmiş etirazın dəlilləri

20. Cavabdeh tərəfindən kassasiya şikayətinə etiraz verilmişdir. Etirazda qeyd edilmişdir ki, cavabdeh tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 63, 855-ci məhəllədə inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 02.03.2006-cı ildə razılaşdırılmış tikinti layihəsinə əsasən, mübahisəli mənzilin ümumi sahəsi 1 qonaq otağı 33,5 kv.m., 2 yataq otağı 16,7 və 18,1 kv.m., 1 mətbəx 15,2 kv.m., 2 eyvan 6,2 və 4,9 kv.m, 2 sanuzel qovşağı 4,3 və 2,6 kv.m və 1 holl 20,3 kv.m olmaqla, cəmi 121,8 kv.m. təs diq edilmişdir (68,3 kv.m. yaşayış sahəsi və 53,5 kv.m. köməkçi sahə). Apellyasiya məhkəməsi mübahisənin düzgün və ədalətli həlli üçün mühüm əhəmiyyət kəsb edən bu hala aydınlıq gətimək məqsədilə tikinti- texniki ekspertizası təyin etmiş, ekspertizanın rəyinə əsasən, mənzilin əvvəlki və hazırkı faktiki sahələri arasında yaranmış 3,2 kv.m fərq təmir-tikinti işləri nəticəsində əmələ gəlmişdir. Göstərilənlərə əsasən cavabdeh Ali Məhkəmənin Mülki kollegiyasından iddiaçının kassasiya şikayətinin əsassız olduğu üçün təmin edilməməsini və iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

21. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinm əyi tələb etmək hüququna müddət şamil edilir.

22. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

23. Maddə 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər.

24. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tə ləb etmək hüququ vardır.

25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

26. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

27. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

28. Maddə

766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.

29. Maddə

773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.

30. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi:

31. Maddə

1. Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və və zifələrini müəyyən edir.

32. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.

33. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

34. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

35. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

36. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli v ə tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə kassasiya instansiyası mə hkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. İş üzrə iddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə qəbul edilərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəl i hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. İşdən göründüyü kimi, iddiaçı, cavabdeh tərəfindən inşa edilən binada ona təhvil verilmiş mənzilin sahəsinin müqavilədə göstəriləndən az olduğuna istinad edərək artıq ödədiyi pulun geri qaytarılmasını tələb edir.

46. Cavabdeh isə iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçıya müqaviləyə uyğun sahəsi olan mənzil vermişdir.

45. İşin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıy a miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsi iş üzrə sübutetmənin predmeti olmuşdur.

46. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına uyğun araşdırmalar aparılmış, o cümlədən iddiaçının hazırki kassasiya şikayətində istinad etdiyi dəlillərinin araşdırılmasının təmin edilməsi üçün ekspertiza təyin etmiş və 12.10.2021-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli mənzilin əvvəlki (layihə üzrə) (121,8 kv.m.) və hazırkı (118.6 kv.m.) faktik sahlərindəki yaranmış 3,2 kv.m. fərq aparılmış təmirtikinti işləri nəticəsində mənzilin otaqlarının sahəsinin azalmasına səbəb olmuşdur.

47. Beləliklə aşkar olaraq müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsi baxdığı mübahisə üzrə öhdəlik münasibətlərinə dair maddi hüquq normalarına i stinad etmiş, tərəflər arasındakı öhdəliklərin icra edildiyini müəyyən etmişdir. Müəyyən olundu ki, cavabdeh iddiaçıya müqavilə üzrə nəzərdə tutulmuş ölçüdə sahə vermiş, lakin iddiaçının özü tərəfindən aparılmış təmir-tikinti işləri nəticəsində otaqların sahəsi azalmış və nəticədə iddiaçıya məxsus mənzilin ümumi həcmində fərq yaranmışdır. Belə olan halda, iddiaçının cavabdehin təqsirindən ona az sahə verilməsi ilə bağlı tələbinin əsassız olması müəyyən edilir və belə sübutlara malik deyil.

48. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndir dikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

49. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan ma ddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

50. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4617/2021 nömrəli iş üzrə 12 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar