Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3019/2020 22.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)1296/2019 saylı qərardadından İddiaçı1 MMC tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.F.Cəfərov, iş № 2(006)-4401/2019) İddiaçı1 MMC-nin cavabdehlər Cavabdeh1 N oğluna, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı Şəhəri Cavabdeh3nə qarş ı daşınmaz əmlakın üzərinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər: A.Ə.Hüseyn, E.Q.Nəbiyev və R.Ə.Qurbanov) iddiaçının şikayəti qismən təmin edilərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. İşin halları: Bakı Hərbi Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli hökmü ilə Cavabdeh1 N oğlu Azərbaycan Respublikası CM-nin 145.3, 178.3.1, 178.3.2, 179.3.1, 182.3.1 və sair maddələri ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan mərhum edilməklə 14 il müddətinə azadlıqdan mərhum etmə cəzası na məhkum olunmuş, həmin hökmlə Cavabdeh1 N oğlu və onun qohumlarının adına olan daşınmaz əmlaklar və s. əşyalar məcburi qaydada əvəzsiz olaraq dövlət nəfinə götürülmüşdür. Bakı Apelyasiya Məhkəməsi Hərbi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Cavabdeh1 N oğlunun və qeyrilərinin apelyasiya şikayəti təmin edilməmiş, Bakı Hərbi Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. 2019-cu ilin iyun ayında İddiaçı1 MMC cavabdehlər Cavabdeh1 N oğluna və Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Cavabdeh3nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarı ilə İddiaçı1 MMC-yə məxsus “Toyota Camry” və “Lexus GX 460” markalı avtomobillərin üzərinə qoyulmuş həbsin götürülməsi və həmi n əmlaklardan MMC-nin sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsinə törədilən məhdudiyyətlərə son qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı1 MMC kasasiya şikayəti verərək Bakı Hərbi Məhkəməsinin ona məxsus əmlakın dövlət nəfinə götürülməsinə dair xx xxxxx 2018-ci il tarixli hökmün qanuni qüvvəyə minməsi ilə əlaqədar həmin iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququna malik olmamasını, Cavabdeh1 MMC-nin pozulmuş hüquqlarını müdafiə edəcəyinin ağlabatan olmamasını, qəbul edilmiş qərarın onun məhkəmə müdafiəsi hüququnu pozmasını və s. əsas göstərməklə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qər ardadının ləğv edilməsi və işin apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya kollegiyasının iclasında iddiaçının vəkili kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı1 MMC-nin təsisçisi İddiaçı2 Azərbaycan Respublikası CPM-nin 408.3-cü maddəsinin tələbinə müvafiq olaraq ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət etmiş və onun müraciətinə cavab olaraq dəlillərinin araşdırılıb bu barədə ona məlumat veriləcəyi bildirilmişdir. Azərbaycan Respublikası CPM-nin 408.3-cü maddəsinə görə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri cinayət işində iştirak etməyə cəlb olunmayan hökm və ya məhkəmənin digər yekun qərarı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən apelyasiya instansiyası məhkəməsinin hökm və ya digər yekun qərarından bu Məcəllənin 408.2. 4 - 408.2.5, 410, 413-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq təqdimat verir. Təqdimata baxılması bu Məcəllənin 414, 416-420-ci maddələrində nəzərdə tutulmuş müddəalara uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri bu səlahiyyətləri apelyasiya məhkəmələrinin sədrləri və ya Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin təqdimatı əsasında da (yuxarıda göstərilmiş şəxslərin müraciətləri olduqda) həyata keçirir Bununla əlaqədar apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı Ali Məhkəmə tərəfindən aparılmış araşdırmanın nəticəsini gözləmədən hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Çünki MMC-nin müsadirə edilmiş əmlakla bağlı cinayət prosesində öz dəlillərini irəli sürmək və onların məhkəmədə araşdırılmasına nail olmaq imkanı tükənməmişdir. Apelyasiya məhkəməsinə görə bu imkan itirilmədiyi halda məhkəmə hökmü ilə dövlət nəfinə müsadirə edilmiş əmlakın üzərindən həbsin və məhdudiyyətin götürülməsi barədə işə mülki qaydada baxılması və qətnamə çıxarılması mümkün deyildir. Kollegiya göstərilənlərlə əlaqədar apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qərardad qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3019/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3019/2020
22.07.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver