Məhkəmə qərarları › İş №2(102)-302/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-302/2019

09.01.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-302/2019 09.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-302/2019 09 yanvar 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X3 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.07.2018-ci il tarixli 2(107)1599/2018 saylı qətnaməsindən İddiaçı Həmdiyyə qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir şəhər məhkəməsinin 05 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakim H.S.Mirzəliyev, iş № 2(051)-448/2018) İddiaçı Həmdiyyə qızının Cavabd eh qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması və Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: M.A.Əsədli, Ə.T.Məcidov və İ.F.Quliyev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Mingəçevir şəhər məhkəməsinin 05 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: MN saylı mənzili 15 iyul 2003-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyət hüququ əsasında X2 məxsus olmuş və onun 28 fevral 2005-ci il tarixdə baş vermiş ölümü ilə əlaqədar Mingəçevir şəhəri 2 saylı Dövlət Notariat Kontoru tərəfindən 20 iyun 2006-cı il tarixdə onun arvadı X4 və qızı Cavabdeh adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən Şəfaqət və Cavabdehların mənzil üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. 02 yanvar 2014-cü il tarixdə Şəfaqət Məmmədova vəfat etdiyi üçün 17 noyabr 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh adına mənzilə tam mülkiyyət hüququnu bildirən 21 dekabr 2017-ci il tarixli Dövlət Reyestrindən Çıxarış verilmişdir. 2017-ci ilin dekabr ayında İddiaçı Həmdiyyə qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 23 dekabr 2000-ci il tarixdə miras qoyan X1 Azər Firuddin oğlu ilə rəsmi nikaha daxil olaraq əri və onun valideynlərinin yaşadıqları N küçəsindəki mənzilə köçüb onlarla birlikdə həmin mənzildə yaşamasını, 3 il sonra isə həmin mənzilin özəlləşdirilərək satılmasını və şəhərin Ü.Hacıbəyov küçəsindəki mənzilin ona məxsus on milyon manat da daxil olmaqla 31.000.800 manata alınmasını, lakin qayınatası Nun ölümündən sonra miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin yalnız onun arvadı və qızının adlarına verilməklə əri Azərin vərəsə olmasına baxmayaraq onun adına şəhadətnamənin verilməməsini və s. əsas göstərməklə 20 iyun 2006-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, 15 iyul 2003-cü il tarixli qeydiyyat vəsiqəsinin və 11 iyul 2006-cı il tarixli Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı qətnamədən kassasiya şikayəti verərək keçmiş ərinin qəsd ən mirasdan imtina etməklə onları əslində miras əmlakla bağlı əldə edə biləcək hüquqlardan məhrum etməsini, mübahisəli mənzilin onun və cavabdehin birgə vəsaiti hesabına əldə edilməsini, lakin apellyasiya instansiyası məhkəməsinin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla işə baxmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərin i müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşdən görünür ki, mübahisəli mənzilin mülkiyyətçisi Nun 28 fevral 2005-ci il tarixdə baş vermiş ölümündən sonra qanun üzrə vərəsəlik hüququ haqqında 20 iyun 2006-cı il tarixli şəhadətnamə yalnız onun arvadı Na və qızı Cavabdeh adına verildiyindən mənzilə dair onların adlarına Dövlət Reyestrindən Çıxarış verilmişdir. Mənzilin mülkiyyətçilərindən biri olan Nın 02 yanvar 2014-cü ildə ölümündən sonra isə iddiaçının əri N mirasdan bacısı Cavabdeh xeyrinə imtina etmiş və bununla əlaqədar 17 noyabr 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə yalnız Cavabdeh verilmiş və mənzilə mülkiyyət hüququ da bütövlükdə ona keçmişdir. İddiaçı isə hazırkı iddia tələbində yalnız Nun vəfatından sonra verilmiş şəhadətnamənin və Dövlət Reyestrindən Çıxarışın qanuniliyini mübahisələndirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. İşdən görünür ki, N atasının birinci növbə vərəsəsi olsa da, mirası qəbul etməsi barədə notariat orqanına qanunun tələbinə müvafiq olaraq ərizə verməmiş və miras əmlaka vərəsə kimi iddia etməmişdir. Anasının ölümündən sonra isə mirasdan bacısının xeyrinə imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Göstərilən vəziyyətdə Şəfaqət və Cavabdehların adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mülki qanunvericiliyin tələblərinə uyğun olduğundan apellyasiya instansiyası məhkəməsi iddianın rədd olunmasını əsaslı hesab etmişdir. Göstərilənlərlə əlaqədar kollegiya apel lyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 19 iyul 2018ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar