Məhkəmə qərarları › İş №2(102)-302/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-302/2022

24.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-302/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi 24.02.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3593/2021 nömrəli iş üzrə 17 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 24 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki X3 2016-cı ildə məhkəməyə əmlak bölgüsünə dair iddia ərizəsi ilə müraciət edəndən sonra, tərəflər arasında 30.01.2017-ci il tarixdə barışıq sazişi bağlanmış və barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilərək iş üzrə icraata xitam verilmişdir. Barışıq sazişinə əsasən İddiaçı X2 100.000 manat pul verilməsini, X3 isə öz növbəsində birgə nikah dövründə əldə olunmuş əmlaklardan, yəni ünvan 1 ünvanda yerləşən mənzilin ½ hissəsindən, ünvan 2 bağ evinin ½ hissəsindən və xxxx meydançasında "xxxx" MTK tərəfindən inşa edilmiş, sahəsi 135,3 kv.m. olan üç otaqlı 220 saylı mənzildən ½ hissəsindən bərabər paylarla bölünməsi iddiasından imtina edilməsini öhdəsinə götürmüşdür. 2. 2017-ci ildə İddiaçı xxx meydançasında "xxxx" MTK tərəfindən inşa edilmiş İV gi riş, 10-cu mərtəbə, ümumi sahəsi 135,3 kv.m. olan 3 otaqlı 220 saylı mənzili təmir etdirmişdir.

3. Bundan sonra X3 birgə nikah dövründü əldə edilmiş əmlakların bölünməsinə dair iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı X1 ilkin iddia üzrə cavabdehlər İddiaçı və X4ma qarşı “bağışlama müqaviləsinin bağlanıldığı andan etibarsız hesab edilməsi, əvvəlki hüquqi vəziyyətinə qaytarılması və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsinə dair» iddia ərizəsinin qismən təmin edilməsi, "xxxx" MTK tərəfindən xxxx meydançasında inşa edilmiş 4-cü blok, 10-cu mərtəbə, 135.3 kv/metrdən ibarət üç otaqlı olan 220 saylı mənzilin 1/2 hissəsinə idiaçı X1, qalan 'A hissəsi nə isə cavabdeh İddiaçı pay hüququnun müəyyən olunması, ilkin iddianın qalan hissədə rədd edilməsi, ilkin iddia qismən edildiyindən, ilkin iddia üzrə iddiaçı X3 tərəfindən ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun 50%-i, yəni 20 (yirmi) manatının ilkin iddia üzrə cavabdeh İddiaçı tutularaq idiaçıya ödənilməsi, qalan 50%-i, yəni 20 (iyirmi) manatının ilkin iddia üzrə idiaçımn özünə aid edilməsi, qarşılıqlı iddia üzrə İddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X2 qarşı «birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsinə dair» qarşılıqlı iddia ərizəsinin rədd edilməsi, qarşılıqlı iddia rədd edildiyindən, qarşılıqlı iddia üzrə İddiaçı tərəfindən ödənilmiş 40 (qırx) manat dövlət rüsumu onun özünə aid edilməsi qət edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 dekabr 2017-ci i l, 2(103)12305/2017 saylı qətnaməsi ilə həmin qətnamə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 sentyabr 2017-ci il tarixli qətnaməsi "xxxx" MTK tərəfindən xxx meydançasında inşa edilmiş 4- cü blok, 10-cu mərtəbə, 135,3 kv.metrdən ibarət üç otaqlı 220 saylı mənzilin ½ hissəsinə X1, qalan ½ hissəsinə isə İddiaçı pay hüququnun müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. 6. 25.03.2020-ci il tarixli, 19712 saylı ekpert rəyindən görünür ki, xxxx meydançasında "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binasında yerləşən 220 saylı mənzil üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri 19596 manat məbləğində müəyyən olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi i lə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər nikahlarını 02 oktyabr 1997-ci il tarixdə rəsmi olaraq qeyd etdirməklə evlənib ailə qurmuşlar. Birgə nikahdan 23 avqust 1997-ci il tarixdə X, 09 sentyabr 1998-ci il tarixdə X və 16 sentyabr 2000-ci il tarixdə X adlı üç uşaqları doğulmuşdur. Tərəflər birgə nikahda olduqları müddətdə Bakı şəhəri, Nərimanov rayonu, "xxxx" MTK tərəfindən xxx meydançasında inşa edilmiş 4-cü blok, 10cu mərtəbə, 135,3 kv.metrdən ibarət 3 otaqlı 220 saylı mənzil əldə edilmiş və iddiaçının adına sənədləşdirilmişdir. Mənzilin dəyəri iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Tərəflər arasındakı nikah məhkəmə qaydasında pozulmuşdur. 2016- cı ildə Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində İddia çı qarşı "birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsinə dair" iddia qaldırmışdır. Həmin işə baxılarkən qarşılıqlı razılaşmaya əsasən 30.01.2017-ci il tarixdə 9 saylı Notariat Kontorunda saziş bağlanmış və iddiaçı tərəfindən cavabdehə sazişin şərtlərinə uyğun olaraq 100.000 manat məbləğində pul verilmişdir. Binəqədi rayon Məhkəməsinin 15.02.2017-ci il tarixli qərardadı ilə barışıq sazişi təsdiq edilmiş və iş üzrə icraata xitam verilmişdir. Barışıq sazişi təsdiq edildikdən iddiaçı artıq məsələnin həll edildiyini düşünmüş və mənzilin tam şəkildə ona qaldığına arxayın olaraq 2017-ci ili fevral ayının əvvəlində mənzili təmir etmək qərarına gəlmişdir. Belə ki, mənzi alınarkən tam təmirsiz vəziyyətdə olmuşdur. Mənzilin təmir edilməsi ilə bağlı iddiaçı tikinti işləri ilə məşğul olan “X MMC -yə müraciət etmiş, 03.02.2017-ci il tarixdə mənzilin əsaslı təmir edilməsi məqsədi ilə müqavilə tərtib edilmiş, lakin MMC tərəfindən mənzilin təmirinə xərclənəcək ümumi vəsait 52.090.50 manat təklif edildiyindən iddiaçı müqavilənin bağlanmasından imtina etmişdir. Belə ki, o, mənzilin ondan ucuz qiymətə təmir edəcəyini fikirləşmişdir. İddiaçı 2017-ci ilin fevral ayının əvvələrindən mənzili təmir etdirməyə başlamlş, təmir işləri 3 aya yaxın davam etmiş və mənzilin tam şəkildə təmir edilməsinə, materialların alınmasına, usta pulu və s. xərclərlə bağlı iddiaçı tərəfindən 40.000 manat vəsait sərf edilmişdir. Mənzilin iddiaçı tərəfindən 2017-ci ilin fevral ayının əvvəllərindən başlayaraq üç ay ərzində təmir etməyi barədə qonşular və binanın komendantı tərəfindən 08.04.2019-cu il tarixdə akt tər tib edilmişdir. İddiaçı tərəfindən təmir işləri başa çatdırıldıqdan sonra cavabdeh 02 may 2017-ci il tarixdə barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15.02.2017-ci il tarixli qərardadından şikayət vermiş, qərardad ləğv edilərək icraaat təzələnərək işə baxılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 sentyabr 2017- ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı X1 İddiaçı və qeyrisinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsinə dair iddia ərizəsi qismən təmin edilmiş, X” MTK tərəfindən xxx meydançasında inşa edilmiş 4-cü blok, 10-cu mərtəbə, 135,3 kv.m. ibarət 3 otaqlı 220 saylı mənzilin 1/2 hissəsinə iddiaçının, qalan 1/2 hissəsinə pay hüququ müəyyən edilmişdir. Göründüyü kimi, mübahisəli mənzilin 1/2 hissəsinə cavabdehin pay hüququ müəyyən edilmiş və iddiaçı hesab edir ki, cavabdeh məqsədli şəkildə təmir bitdikdən sonra qərardaddan şikayət vermiş və icraatn təzələnməsinə nail olmuşdur. Halbuki iddiaçı əvvəlcədən bunu bilmiş olsaydı təbii ki, mənzili təmir etməz və bu qədər maddi ziyana məruz qalmazdı.

9. Binəqədi Rayon Məhkəməsinin ( N.Nəbizadə) 2(001)-282/2020 saylı, 22 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilərək, Cavabdeh 9798 manat pulun və ödənilmiş dövlət rüsumunun 7,35 manat hissəsinin tutularaq İddiaçı ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, ödənilmiş dövlət rüsumunun 21,43 manat hissəsinin iddiaçının özünə aid edilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh X3 mənzilin barışıq sazişi bağlanandan sonra İddiaçı tərəfindən deyil, tərəflərin birgə nikahda olduqları dövrdə təmir edilməsini bildirdiyinə görə bunu sübut etmək vəzifəsi onun üzərinə düşmüşdür. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 07.07.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə tərəflərin qızlarının məhkəmə iclasına şahid qismində gələcəklərini bildirsə də və məhkəmə iclası həmin səbəbdən təxirə salınsa da, sonrakı məhkəmə iclasında məhkəməyə bildirmişdir ki, məhkəmə iclasında iştirak etmək qızlara pis təsir edəcəyinə görə, onlar məhkəmə iclasına gəlməmişlər. Qe yd olunanlardan əlavə də hər hansı sübutu cavabdeh tərəf məhkəməyə təqdim etməmişdir.

11. Beləliklə, məhkəmə, təmir edilmiş mənzilin 1/2 hissəsinin mülkiyyətçisinin İddiaçı olmasını və ekspert tərəfindən verilmiş rəydə mənzil üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyərinin 19596 manat məbləğində müəyyən olunmasını nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 9798 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir..

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, 157.6, 157.7, 386.1, 1091, 1092.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.

14. Bakı Apellya siya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3593/2021 nömrəli iş üzrə 17 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-282/2020 saylı, 22 oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi təmir edilmiş mənzilin 1/2 hissəsinin mülkiyyətçisinin İddiaçı olmasını nəzərə alaraq təmirə xərclənmiş pul vəsaitinin yarısını cavabdehdən tutmaqda düzgün nəticəyə gəlmişdir.

16. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd etmişdir ki, cavabdeh X3 mənzilin barışıq sazişi bağ lanandan sonra İddiaçı tərəfindən deyil, tərəflərin birgə nikahda olduqları dövrdə təmin edilməsini bildirdiyi halda, bunu sübut etmək vəzifəsi onun üzərinə düşmüşdür. Bununla belə cavabdeh bu halı sübut edə bilməmişdir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında göstərilmişdir ki, "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Proses sual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.

17. Kollegiya xüsusilə onu vurğulayır ki, Cavabdeh İddiaçı qarşı əmlak bölgüsünə dair iddia tələbi ilə 2016-cı il tarixdə məhkəməyə müraciət etməsini nəzərə alındıqda, onun mənzilin birgə təsərrüfat apardıqları dövrdə təmir edilməsi dəlili inandırıcı deyildir.

18. İddiaçınnın hazırki iddia tələbi üzrə iddia müddətinin ötürməsi barədə cavabdehin dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən ası lı olmayaraq məhkəmə tərəfındən baxılmağa qəbul edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

19. Qeyd olunmalıdır ki, hər hansı müddətin, o cümlədən iddia müddətinin ötürülübötürülməməsi nəticəsinə gəlmək üçün, mütləq qaydada həmin müddətin başlama, yəni müddətin axımının başlanğıc günü müəyyən olunmalıdır. Bunu, yəni müddətin axımı gününü müəyyən etmədən, hər hansı bir müddətin ötürülüb-ötürülməməsi nəticəsinə gəlmək isə qeyri-mümkündür.

20. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən də, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır; 382-ci maddəsinə görə isə, iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməks iz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fıziki şəxsin pozulmuş hüququ müdafıə edilməlidir.

21. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

22. Qeyd edilən maddələrin mənasından aydın olur ki, müddətin axımının başlandığı tarix hesablanarkən şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün nəzərə alınmalıdır.

23. İşin hallarından aydın olur ki, X3 2016-cı ildə məhkəməyə əmlak bölgüsünə dair iddia ərizəsi ilə müraciət edəndən sonra, tərəflər arasında 30.01.2017-ci il tarixdə barışı q sazişi bağlanmış və barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilərək iş üzrə icraata xitam verilmişdir. Sonradan cavabdeh 02 may 2017-ci il tarixdə barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15.02.2017-ci il tarixli qərardadından şikayət vermiş, qərardad ləğv edilərək icraaat təzələnərək işə baxılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 sentyabr 2017- ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı X1 İddiaçı və qeyrisinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsinə dair iddia ərizəsi qismən təmin edilmişdir. Göründüyü kimi iddiaçı 11 sentyabr 2017-ci il tarixli qətnamə qəbul edildikdən sonra hüququnun pozulduğunu bilmiş, 13 iyun 2019 -cu il tarixdə isə müvafiq iddia ilə məhkəməyə müraciət etmişdir. Bu isə o deməkdir ki, onun müddətin ötürmüş olmasından bəhs edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

28. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

29. MPM-ə əs asən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

30. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh ape lyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

32. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər (maddə 157.6)

33. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. (maddə 157.7)

34. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. (maddə 1091)

35. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. (maddə 1092.1) Mülki Prossesual Məcəllə

36. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

37. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

38. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübu tlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

39. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

40. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

41. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməs inin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv i üçün qanuni əsas ola bilməz.

44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3593/2021 nömrəli iş üzrə 17 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar