Məhkəmə qərarları › İş №2(102)-3020/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3020/2021

11.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3020/2021 11.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3020/2021 (Açar sözlər: əmanətin və faizin qaytarılması, kassasiya instansiyasının qərarında şərh edilən göstərişlərə əməl edilməməsi) Bakı şəhəri, 11 iyun 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı İddiaçı nümayəndəsi və vəkilləri Məmmədov Ülvi Ziyadxan oğlunun və Nəcəfov Faiq Əjdər oğlunun, cavabdeh “xxxx” ASC- nin nümayəndəsi X3 və vəkili Həsənzadə Azər Həsənağa oğlunun iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “depozitə qoyulmuş pulun və faizin qaytarılması” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 oktyabr 2020 il tarixli 2(103)-6825/2020 nömrəli qətnaməsindən cavabdeh “xxxx” ASCnin kassasiya şikayətinə 11 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, “xxxx” ASC-dən 06.06.2013-cü il tarixli klassik əmanət (depozit) hesabı haqqında müqavilə əsasən 70.000 (yetmiş min) ABŞ dolları məbləğində əsas, 45.220 (qırx beş min iki yüz iyirmi) ABŞ dolları məbləğində faizin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılıb ki, iddiaçı "Klassik əmanət (depozit) hesabı haqqında" 06.06.2013-cü il tarixli müqavilə əsasında "xxxx" ASC-nin "Sahil" filialında olan hesabına illik 11,4 faizlə 60 ay müddətinə 70.000 (yetmiş min) ABŞ dolları məbləğində pul qoymuşdur. Müqaviləyə əsasən depozitə qoyduğu pulun aylıq faizi 665 (altı yüz altmış beş) ABŞ dolları təşkil edirdi. 3. "xxxx" ASC-nin "Sahil" filialının əməkdaşları (həmçinin müdir və müdir müavini) Nazim Zülfüqarov adlı şəxslə cinayət əlaqəsinə girərək 07.06.2013-cü il tarixdə İddiaçı adından guya ki, bankla 55.000 ABŞ dolları məbləğində 065 saylı kredit müqaviləsi bağlanmış, iddiaçının yerinə Nazim Zülfüqarov etibarnamə əsasında kredit müqaviləsinə imza atmış, həmin müqavilə üzrə öhdəliklərin təminatı kimi 06.06.2013-cü il tarixdə klassik əmanət (depozit) hesabı haqqında müqavilə əsasında banka qoyduğu 70.000 ABŞ dolları məbləğində pul girov götürülmüşdür.

4. Həmin hadisə iddiaçıya məlum olduqdan sonra qeyd edilən cinayət əməli ilə bağlı hüquq mühafizə orqanlarına müraciəti əsasında "xxxx" ASC-nin "Sahil" filialının əməkdaşlarının və XXX barəsində cinayət işi başlanmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1240/2017 saylı, 28.12.2017-ci il tarixli hökmü ilə X2 Azərbaycan Respublikası CM-nin 178.3.2- ci maddəsi ilə həbsdə saxlanıldığı 7 ay, 20 gün təyin olnumuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 4 il, 4 ay, 10 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən təyin e dilmiş azadlıqdan məhrumetmə cəzası 2 il sınaq müddəti ilə şərti hesab edilmiş, X1 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət işi üzrə icraata həmin hissədə xitam verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 05.04.2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1240/2017 saylı, 28.12.2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. 5. "xxxx" ASC-nin "Sahil" filialının əməkdaşları barəsindəki cinayət işi isə ayrıca icraata ayrılmış və Bakı şəhər prokurorluğunda cinayət işinin ibtidai istintaqı davam etdirilir. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin 12.06.2018-ci il tarixli, 2(103)1536/2018 saylı qətnaməsi ilə 07.06.2013-cü il tarixli "depo zit" müqaviləsinə əlavə etibarsız hesab edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 05.12.2018-ci il tarixli, 2(102)-8173/2018 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 12.06.2018-ci il tarixli, 2(103)-1536/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

6. İddiaçı hazırda 06.06.2013-cü il tarixdə klassik əmanət (depozit) hesabı haqqında müqavilə əsasında banka qoyduğu 70.000 ABŞ dolları məbləğində pulu və ona hesablanmış faizləri tələb etsə də, cavabdeh əsassız olaraq tələbi icra etmir, pulu qaytarmaqdan imtina edir.

7. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 13, Mülki Məcəllənin 135.1, 152.1, 425.1, 442, 445.1, 445.2, 448.1, 449.1 944.1 və 948.1-ci maddələrinə istinad etmişdir.

8. Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi iddiaya etiraz edib. Etirazın dəlilləri: - akseptsiz qaydada silinmə 07.06.2013-cü il tarixli 065 nömrəli kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən aparılmışdır və bu barədə bildiriş 24.01.2019-cu il tarixdə iddiaçıya təqdim edilmişdir.

9. İddiaçı iddia ərizəsinə əlavə verib, digər tələbləri yerində qalmaqla, 70122,68 ABŞ dolları məbləğində vəsaitin depozit hesabından silinməsinin əsassız hesab edilməsini də xahiş etmişdir.

10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 iyun 2019-cu il tarixli 2(006)2579/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, “xxxx” ASC tərəfindən ******************** saylı depozit hesabından 70.122.68 ABŞ dolları məbləğində vəsaitinin akseptsiz qaydada silinməsinin əsassız hesab edilməsi və "xxxx" ASC-dən 06.06.2013-cü il tarixli klassik əmanət (depozit) hesabı haq qında müqaviləyə əsasən 70.000 ABŞ dolları məbləğində əsas, 36.226.19 ABŞ dolları məbləğində faiz pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.(hakim Səməd Cəfərov)

11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı "Klassik əmanət (depozit) hesabı haqqında" 06.06.2013-cü il tarixli müqavilə əsasında "xxxx" ASC-nin "Sahil" filialında olan hesabına illik 11,4 faizlə 60 ay müddətinə 70.000 (yetmiş min) ABŞ dolları məbləğində pul qoymuşdur. Müqaviləyə əsasən depozitə qoyduğu pulun aylıq faizi 665 (altı yüz altmış beş) ABŞ dolları təşkil edirdi.XXX 07.06.2013-cü il tarixdə İddiaçı adından bankla 55.000 ABŞ dolları məbləğində 065 saylı kredit müqaviləsi bağlamış, həmin müqavilə üzrə öhdəliklərin təminatı kimi 06.06.2013-cü il tarixdə klassik əmanət (depozit) hesabı haqqında mü qavilə əsasında banka qoyduğu 70.000 ABŞ dolları məbləğində pul girov götürülmüşdür. Bu məbləğ bank tərəfindən 07.06.2013-cü il tarixli, 065 saylı kredit müqaviləsinə əsasən akseptsiz qaydada silinmişdir.

12. Birinci instansiya məhkəməsi həmçinin müəyyən etmişdir ki, 07.06.2013-cü il tarixli, 065 saylı kredit müqaviləsinin 4-cü bəndində (kredit üzrə öhdəliklərin icrasının təminatı) qeyd edilmişdir ki, "bu müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminatı üsulu İddiaçı ilə "xxxx" ASC arasındakı 06.06.2013-cü il tarixli depozit müqaviləsinə əsasən ABB-də, 60 (altmış) ay müddətinə yerləşdirilmiş 70.000 ABŞ dolları məbləğində depozit çıxış edir. İddiaçı öhdəsinə götürür ki, Borcalan Kredit Müqaviləsinə əsasən öhdəlikləri tam icra etməyincə, Bankın razılığı olmadan depozitdən istifadə edilməyəcəkdir. Kredit müqaviləsinə əsasən ödənilməli olan hər hansı bir məbləğlər Borcalan tərəfindən ödənilmədiyi təqdirdə ******************** saylı depozit hesabında olan vəsaiti hesabına akspetsiz qaydada silinir. Təminat üsulu ilə bağlı münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada aidiyyatı olan subyektlər tərfindən bağlanan və rəsmiləşdirilən müvafiq müqavilə tənzimləyir".

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, 07.06.2013-cü il tarixli, 065 saylı kredit müqaviləsinin 4-cü bəndi özü-özlüyündə müstəqil qaydada tərəflər üçün öhdəlik yaratmadığından (ən azından mülki qanunvericiliyin tələbləri baxımından öhdəliklərin icrasının təminatı üsulu ayrıca müqavilə şəklində bağlanılmalıdır), bankla müştəri arasında 07.06.2013-cü il ta rixli, 065 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı üsulu kimi ayrıca müqavilə bağlanılması zərurəti yaranmışdır. Məhz buna görə də kredit müqaviləsi bağlanıldığı gün öhdəliklərin icrasının təminatı üsulu kimi ayrıca müqavilə - 07.06.2013-cü il tarixli "depozit müqaviləsinə əlavə" bağlanılmış və həmin müqavilədə qeyd edilmişdir ki, "əmanətçinin 06.06.2013-cü il tarixli 60 (altmış) ay müddətinə bankla bağlanmış depozit müqaviləsi üzrə ******************** saylı depozit hesabında 70.000 ABŞ dolları məbləğində qoyulmuş vəsait - 07.06.2013-cü il tarixli, 065 nömrəli, 07.06.2014-cü il tarixədək müddətinə olan 55.000 ABŞ dolları məbləğində kredit sazişinin girovudur". Başqa sözlə, 07.06.2013-cü il tarixli, 065 saylı kredit müqaviləsinin 4cü bəndi 07.06.2013-cü il tarixli "dep ozit müqaviləsinə əlavə" adlı müqavilə ilə rəsmiləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 12.06.2018-ci il tarixli, 2(103)1536/2018 saylı qətnaməsi ilə 07.06.2013-cü il tarixli "depozit müqaviləsinə əlavə" etibarsız hesab edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 05.12.2018-ci il tarixli, 2(102)-8173/2018 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 12.06.2018-ci il tarixli, 2(103)- 1536/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, müqavilədəki akseptsiz qaydada silinmə ilə bağlı müddəalar Mülki Məcəllənin 420-ci maddəsinin tələbləri baxımından da etibarsız hesab edilməlidir. 420.2-ci maddəsinə əsasən müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavi lənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Kreditin həm əsas, həm də faiz və dəbbə borcuna akseptsiz qaydada silinməsi, müqaviləni etibarnamə əsasında imzalayan şəxsin (məhkəmənin hökmü ilə X2 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinmişdir) mənimsəmə ilə bağlı cinayət törətməsi iddiaçı üçün aşkar surətdə zərərli şərtlərlə və şəraitdə daxil edildiyi üçün etibarsız hesab edilməlidir.

15. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü i l tarixli qərarında qeyd edilmişdir ki, hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən az ad etmir. Bu isə MM-in "Öhdəliklərin icra edilməməsi" adlanan 22-ci Fəslində və "Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət" adlanan 23-cü Fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir.

16. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, kredit müddəti ilə bağlı nəzərə alınmalıdır ki, bu müddət müvafiq öhdəliyin əmələ gəlməsi, zərurət olduqda ona xitam verilməsi və öhdəliyin icrasının gecikdirilməsi baxımından əhəmiyyət kəsb edir. Kredit müqaviləsi üzrə tərəflər arasında hüquq və vəzifələrin müəyyən bir anda əmələ gəlməsinə dair əldə olunan razılaşma borc alanın və borc verənin hansı andan etibarən, yaxud hansı ana qədər müəyyən hərəkətləri etməli olmaları, yaxud edə bilmələri ilə bağlıdır (borc alanın borcun ödənilməsini tələb edə bilməsi; borc verənin borcun g ötürülməsini tələb edə bilməsi; borc alanın kredit məbləğini müvafiq qrafik üzrə hissələrlə, yaxud birdəfəlik ödəmə şəklində həyata keçirməsi).

17. Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, MM-in 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anma qədər müqavilə qüvvədə sayılır. Eyni mövqe həmçinin "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli qərarında da nəzərdə tutulmuşdur.

18. Beləliklə, həm Konstitusiya Məhkəməsinin mövqeyindən, həm də Hüquq doktarinasının ümumi tələbləri baxımından belə müəyyə n olunmuşdur ki, müqavilənin xitamı əsaslarından biri də "müqavilənin qüvvədə olma müddətinin" başa çatmasıdır. Hazırki halda 07.06.2013-cü iltarixli, 065 saylı kredit müqaviləsinin müddəti 07.06.2014-cü il tarixdə başa çatmışdır. Cavabdeh bankın xitam verilmiş, tərəflər üçün vəzifə yaratmayan (kreditin qaytarılması öhdəliyi istisna olmaqla) müqavilənin hər hansı bir bəndinə istinad edərək aşkar surətdə qarşı tərəfin ağır vəziyyətə düşməsinə səbəb olacaq hərəkətlər etməsi əsassızdır. Eyni zamanda nəzərə alınmalıdır ki, bank ******************** saylı depozit hesabında 70.000 ABŞ dolları məbləğində pul vəsaitini 55.000 ABŞ dolları məbləğində kreditin həm əsas, həm də faiz və dəbbə borcuna akseptsiz qaydada silmişdir. Başqa sözlə, iddiaçını həmin kredit müqaviləsi üzrə borcu (əsas, faiz və d əbbə pulu) mübahisələndirmək imkanından məhrum etməklə, yəni bank tərəfindən öz mülahizəsinə uyğun pul məbləği müəyyən etməklə akseptsiz qaydada silinmə aparılmışdır ki, bu da mülki qanunvericiliyə ziddir (nəzərə alınmalıdır ki, akseptsiz qaydada silmə əməliyyatı kredit müqaviləsinin müddəti bitdikdən 5 il sonra aparılmışdır).

19. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, "xxxx" ASC tərəfindən ******************** saylı depozit hesabından 70.122.68 ABŞ dolları məbləğində vəsaitinin akseptsiz qaydada silinməsi əsassız hesab edilməli, "xxxx" ASC-dən 06.06.2013-cü il tarixli klassik əmanət (depozit) hesabı haqqında müqaviləyə əsasən 70.000 ABŞ dolları məbləğində əsas məbləğ iddiaçıya ödənilməlidir.

20. Birinci instansiya məhkəməsi 45.220 (qırx beş min iki yüz iyirmi) ABŞ dolları məblə ğində faiz hissəsində qeyd edib ki, iddiaçı faizin məbləği ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan 20.06.2019-cu il tarixli arayışa əsasən isə ümumi əmanət üzrə faiz 36.226.19 ABŞ dolları təşkil edir. Bu səbəbdən iddia qismən təmin edilməldir.

21. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 418, 419,420.1, 425.1, 442, 445.1, 448.1, 944.1, 948.1, 964, MPM-nin 14.2 və 77.1-ci maddələrinə istinad etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

22. Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayətinin dəlilləri: - depozit müqaviləsinə əlavə etibarsız hesab edilsə də, kredit müqaviləsi etibarlıdır. Bu barədə qanunu qüvvəyə minmiş məhkəmə q ətnamələri var. - iddiaçının kredit müqaviləsi üzrə borcu onun depzit hesabından kredit müqaviləsinin 9.3 və 12.1-ci bəndlərinə əsasən silinib.

24. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-13180/2019 nömrəli, 28 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Etibar Nəbiyev sədrlik edən və məruzəçi) Raqib Qurbanov və Aida Hüseyn)

25. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Apellyaiya şikayətindəki dəlillər əsassızdır.Həmin dəli llər məhkəmə kollegiyası tərəfindən yoxlanmış, lakin öz təsdiqini tapmamışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

26. İş üzrə cavabdeh "xxxx" ASC kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti apellyaisya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb.

28. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2544/2020 nömrəli iş üzrə 10 iyun 2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

29. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, sərbəst ba zar iqtisadiyyatının, azad sahibkarlığın reallaşdırılması elementlərindən biri kimi çıxış edən müqavilə azadlığı prinsipi özündə müqavilə tərəfinə seçdiyi kontragentlə müqavilə bağlamaq, onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini müəyyən etmək sərbəstliyini ehtiva etməklə yanaşı, tərəfin həmin müqavilə şərtlərindən irəli gələn öhdəliklər üzrə də məsuliyyət daşımasını nəzərdə tutur. Bu baxımdan nəzərə alınmalıdır ki, MM-nin 405-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şə rtlər mühüm sayılır.

30. Kassasiya məhkəməsi onu da vurğulamışdır ki, apellyasiya instansiyası məhkəməsi kredit müqaviləsinin 4-cü bəndini “əhəmiyyətsiz şərt” kimi qeyd etsə də, nəzərə almamışdır ki, həmin müqavilənin etibarlılığı depozit müqaviləsinə əlavə ilə birlikdə iddiaçı tərəfindən daha əvvəl mübahisələndirilmişdir. Həmin mübahisəyə yuxarıda qeyd olunan məhkəmə aktları ilə baxılaraq, əlavə etibarsız sayılsa da, iddia kredit müqaviləsinə aid hissədə rədd edilmişdir. Başqa sözlə, Bakı Apellyasiya Məhkəməsi 12.06.2018-ci il tarixli qətnaməsi ilə depozit müqaviləsinə əlavəni etibarsız sayarkən bu nəticənin kredit müqaviləsini, yaxud onun 4-cü və silinməyə dair digər bəndlərini də əhəmiyyətsiz hala gətirməsi nəticəsinə gəlməmiş, kredit müqaviləsinin nə tamamını, nə də silinməyə aid bəndl ərini qismən etibarsız saymamışdır.

31. Beləliklə, eyni tərəflərin iştirak etdiyi həmin mülki işdə kredit müqaviləsinin (o cümlədən 4.1, 9.3 və 12.1-ci bəndlərinin) etibarlı olması hazırkı işdə hüquqi baxımdan müzakirə predmeti ola bilməz və əvvəlki qətnamə tərəflər üçün preyudisialdır.

32. Tərəflər arasında bağlanmış kredit müqaviləsi etibarlı olduğundan onun akseptsiz silinməyə dair 4.1, 9.3 və 12.1-ci bəndləri hüquqi nəticə doğurur. Yəni həmin təminat şərtləri borc öhdəliyinin icrası gecikdirildiyi (kreditin qaytarılmasının təhlükə (risk) altına düşdüyü) halda banka kredit borcunu iddiaçının hesabındakı depozitdən silmək hüququ verir. İddiaçı kredit müqaviləsi bağlayarkən həmin şərtlərlə razılaşdığı üçün “anlaşma qanundur (conventio est lex)” qaydasına uyğun olaraq ona qatlanmaq öhdəliy i daşıyır. Odur ki, cavabdehin akseptsiz silinmə ilə bağlı hərəkərləri tərəflərin bağladıqları müqaviləyə (iddiaçının verdiyi müqavilə təminatına) və qanunvericiliyə zidd deyil.

33. Kassasiya məhkəməsi tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddətinin 07.06.2014-cü ildə bitməsinə görə kreditin qaytarılması öhdəliyi istisna olmaqla, tərəflər üçün vəzifə yaratmaması və onun hər hansı bəndinə istinadın əsassız olmasına dair aşağı məhkəmlərin mövqeyi ilə də razılaşmayıb və qeyd edib ki, işə baxan məhkəmələr həmin mövqeyi “müqavilənin xitamı əsaslarından biri də müqavilənin qüvvədə olma müddətinin başa çatmasıdır” qaydası ilə izah etməyə çalışmış, hətta MM-in 399.3-cü maddəsi ilə bağlı Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrini n şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli qərarına istinad edərkən sözügedən qaydanın tətbiqi üçün “müqavilədə nəzərdə tutula bilər ki” şərtini nəzərə almamışlar.

34. Kassasiya məhkəməsi bildirmişdir ki, müqavilə (iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları) tərəflər üçün icrası məcburi olan öhdəliklər (hüquq və vəzifələr) meydana gətirir. Etibarlı bir əqd əsasında yaranmış öhdəliklərin aradan qalxması həmin müqavilənin müddətinin bitməsinə deyil, öhdəliyə xitam verilməsinin əsaslarına bağlıdır (Mülki Məcəllənin 527-559cü maddələr). Başqa sözlə, müddətinin başa çatıb-çatmamasından asılı olmayaraq müqavilə üzrə yaranmış öhdəliklərin icrası gecikdirildikdə həmin razılaşmanın şərtlərinə uyğun olaraq kreditorun ö z səlahiyyətlərindən istifadə etmək hüququ, borclunun isə öhdəliyini yerinə yetirmək vəzifəsi vardır. Təsadüfi deyil ki, Konstitusiya Məhkəməsinin Plenumu müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığının davam etdiyini və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarmasının tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmədiyini vurğulamışdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarı). Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.

35. Baxılan iş üzrə tərəflər bağladıqları kredit müqaviləsində nəinki müqavilənin qüvvədə olma müddətinin qurtarmasını öhdəliklərə xitam verilməsinin əsası kimi razılaşdırmamış, əksinə 16-cı bənddə şərtləşdirmişlər ki, “bu müqavilə bağlandığı andan qüvvəyə minir, borc alanaın öz üzərinə götürdüyü öhdəliklər borc alan və ya üçüncü şəxs tərəfindən vaxtında və ya vaxtından əvvəl tam həcmdə yerinə yetirildikdə xitam olunur.” Həmin müqavilə üzrə borc öhdəliyinin akseptsiz silinməsinədək icra edilməsinə dair sübutlar isə məhkəməyə təqdim olunmamışdır. Belə olan halda, sözügedən müqavilənin müddətinin bitməsi ondan irəli gələn və icra edilməmişöhdəlikləri, o cümlədən bankın kredit borcunu depozit hesabından akseptsiz qaydada silmək hüququnu aradan qaldırmır.

36. Beləliklə kassasiya instansiyası qeyd edib ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, işin hallarına hüququn tətbiqində səhv nəticəyə gəlmişdir. d) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

36. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6825/2020 nömrəli, 22 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh «xxxx» ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 25 iyun 2019-cu il tarixli, 2(006)- 2579/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Tofiq Səmədov (sədrlik edən və məruzəçi), İkram Şirinov, Ana r Tanrıverdiyev)

37. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşıraq qeyd etmişdir ki, tərəflər 07.06.2013-cü il tarixli kredit xətti üzrə kredit borcunun ödənilməməsi riskinin təminatını – depozit hesabında olan vəsaitin bankın akseptsiz qaydada silmək hüququnu iki ayrı formada razılaşdırmışlar: 1) kredit müqaviləsinin 4.1, 9.3 və 12.1-ci bəndlərində; 2) depozitdəki vəsaitin girov olduğunu qeyd edən depozit müqaviləsinə 07.06.2013-cü il tarixli əlavədə. Depozit müqaviləsinə əlavə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə etibarsız sayıldığı üçün həmin razılaşma hüquqi nəticə yaratmır və hüquqi müstəvidə yoxmuş kimi qəbul edilir (etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna apellyasiya məhkəməsinin əvvəlki qərarında göstərilənlə ri təkrar edərək, olmaqla, hüquqi nəticələrə səbəb olmur. MM, maddə 337.4).

38. Apellyasiya məhkəməsi 07.06.2013-cü il tarixli 065 nömrəli kredit müqaviləsinin 4.1, 9.3 və 12.1-ci bəndləri ilə bağlı qeyd etmişdir ki, mülki iş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli, 1(101)-1240/2017 nömrəli hökmünün surətinə əsasən həmin kredit müqaviləsi İddiaçı adından etibarnamə əsasında X2 tərəfindən imzalanmışdır və sonuncu İddiaçı etibarından sui-istifadə etmə və aldatma yolu ilə onun adından həmin kredit müqaviləsini imzalayaraq kredit xətti üzrə 42900 manata bərabər 55000 ABŞ dolları vəsaiti ələ keçirərək dələduzluq etmişdir. Həmin əməlinə görə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1-ci maddələri təqsirli bilinərək məhkum ed ilmişdir.

39. Göründüyü kimi, 07.06.2013-cü il tarixli 065 nömrəli kredit müqaviləsi İddiaçı verdiyi etibarnamə əsasında X2 tərəfindən imzalansa da, faktiki olaraq kredit müqaviləsi bütövlükdə İddiaçı iradəsini ifadə etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

40. Digər tərəfdən, 07.06.2013-cü il tarixli, 065 saylı kredit müqaviləsinin 4-cü bəndində kredit üzrə öhdəliklərinin icrasının təminatı müəyyən olunmuşdur. 4.1-cü bəndində qeyd edilmişdir ki, "bu müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının tə minatı üsulu İddiaçı ilə "xxxx" ASC arasındakı 06.06.2013- cü il tarixli depozit müqaviləsinə əsasən həmin Bankda 60 (altmış) ay müddətinə yerləşdirilmiş 70.000 ABŞ dolları məbləğində depozit çıxış edir. İddiaçı öhdəsinə götürür ki, borcalan Kredit Müqaviləsinə əsasən öhdəlikləri tam icra etməyincə, Bankın razılığı olmadan depozitdən istifadə edilməyəcəkdir. Kredit müqaviləsinə əsasən ödənilməli olan hər hansı bir məbləğlər borcalan tərəfindən ödənilmədiyi təqdirdə ******************** saylıdepozit hesabında olan vəsaiti hesabına akspetsiz qaydada silinsin. 4.2-ci maddəsinə əsasən təminat üsulu ilə bağlı münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada aidiyyatı olan subyektlər tərfindən bağlanan və rəsmiləşdirilən müvafiq müqavilə tənzimləyir".

41. Ape llyasiya məhkəməsi qeyd etmişdir ki, kredit müqaviləsindən göründüyü kimi 07.06.2013-cü il tarixli, 065 saylı kredit müqaviləsinin 4.1-cü bəndi öhdəliyin təminatı üsulunun ilkin müddəası olmaqla həmin üsulun realizə edilməsi üçün 4.2-ci bəndlə (müqavilənin olması) şərtləndirilmişdir. Yəni, kredit müqaviləsinin 4.1-ci bəndi özüözlüyündə müstəqil qaydada tərəflər üçün öhdəlik yaratmadığından (ən azından mülki qanunvericiliyin tələbləri və kredit müqaviləsinin 4.2-ci bəndinin müddəaları baxımından öhdəliklərin icrasının təminatı üsulu ayrıca müqavilə şəklində bağlanılmalı idi), bankla müştəri arasında 07.06.2013-cü il tarixli, 065 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı üsulu kimi ayrıca müqavilə bağlanılması zərurəti yaranmışdır. Məhz bu səbəbdən də kredit müqaviləsi bağ lanıldığı gün öhdəliklərin icrasının təminatı üsulu kimi ayrıca müqavilə - 07.06.2013-cü il tarixli "depozit müqaviləsinə əlavə" bağlanılmış, lakin sonradan həmin "depozit müqaviləsinə əlavə" məhkəmə aktları ilə etibarsız hesab edilmişdir.

42. Apellyasiya məhkəməsi toplanmış sübutlara məcmu halda qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə və işin faktiki hallarına uyğun həll etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

43. Cavabdeh "xxxx" ASC (vəkil Həsənzadə Azər Həsənağa oğlu) qətnamədən kassasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

44. Kassasiya şikayəti nin dəlilləri əvvəlki apellyasiya və kassasiya şikayətlərinin dəlillərinə uyğun əsaslandırlıb. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

45. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdur c) Kassasiya icraatı iştirakçılarının izahatları

46. Məhkəmə kollegiyasının iclasında cavabdeh «xxxx» ASC-nin nümayəndəsi X5 və vəkili Həsənzadə Azər Həsənağa oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər.

47. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı nümayəndəsi və vəkilləri X4 və Nəcəfov Faiq Əjdər oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən h ərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mad də 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 944.1. Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Maddə 948.1. Bank əmanətçiyə əmanətin məbləği üçün bank əmanəti müqaviləsi ilə müəyyənləşdirilmiş miqdarda faizlər ödəyir. Müqavilədə ödənilən faizlərin miqdarı haqqında şərtlər olmadıqda bank faizləri bu Məcəllənin 449.1-ci maddəsinə uyğun müəyyənləşdirilən miqdarda ödəməlidir. Maddə

964. Hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir. Müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nətic ələnsin və ya nəticələnə bilsin Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

48. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

49. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini ləğv, iddianın r ədd edilməsini xahiş etmişdir. Buna görə də kollegiya qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarına əməl edilməmişdir.

51. Belə ki, apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin bu iş üzrə qərarında şərh edilən və hazırki qərarda qeyd edilən göstərişlərin heç birinə əməl etməmiş, Ali Məhkəmənin qeyd etdiyi hallarla bağlı hər hansı araşdırma aparmamışdır. Halbuki Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

52. Qətnamədən görünür ki, apellyasiya məhkəməsi hazırki işə birinci apellyasiya baxışı üzrə apellyasiya instansi yası məhkəməsinin qətnaməsini olduğu demək olar ki, təkrar etmiş, nəinki Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında şərh olun göstərişlər üzrə, hətta hər hansı başqa xüsusatlar üzrə də müstəqil araşdırma aparmamışdır.

53. Baxmayaraq ki, hazırki qərarın 29-35-ci bəndlərində Ali Məhkəmənin şərh etdiyi göstərişlərə əməl edilməsi mübahisənin qanunu və əsaslı həlli üçün mühüm əhəmiyyət kəsb etmişdir.

54. Buna görə də məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qətnaməsini qanunu və əsaslı saymır.

55. Bundan başqa, iddianın pul tələbindən ibarət olması nəzərə alınarsa, cavabdeh bank tərəfindən akseptsiz qaydada silinən məbləğin iddiaçının həmin dövrdəki banka olan borcuna mütənasibliyi də araşdırılmalı idi. Lakin apellyasiya məhkəməsi işin bu halını da araşdırmayıb.

56. Məhkəmə kollegiyası q eyd olunanlara əsasən belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apelyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi şərh edilən pozuntuları aradan qaldırmalı və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

57. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh «xxxx» ASC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6825/2020 nömrəli 22 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar