Məhkəmə qərarları › İş №2(102)-3022/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3022/2022

31.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3022/2022 31.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair ilk, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı qarşı pul tələbi barədə qarşılıqlı iddiasına dair iş üzrə QƏRARİ iş № 2(102)-3022/22 Açar sözlər: maddi və mənəvi ziyan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən-məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə da ir ilk, ilk iddia üzrə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin ilk iddia üzrə İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia tələblərinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1000/2022 nömrəli iş üzrə 14 yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 31 may 2022-ci il tarixdə Ali Məhkəmənin yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. Tərəflər arasında bağlanmış 06 aprel 2017-ci il tarixli 35 saylı müqaviləyə əsasən Cavabdeh Möhsün Sənani küçəsi 17 və 19 ünvanında yerləşən qəzalı vəziyyətdə olan İddiaçı məxsus 3 otaqlı, 50.0 kv.m mənzilinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək dövlət reyestrindən çıxarışda göstər ilmiş ümumi sahəsinə 15-20% əlavə edilməklə təmirsiz 1 ədəd 2-ci girişinin 10-cu mərtəbəsində ümumi sahəsi 96,20 kv.m olan, 3 otaqlı 114 nömrəli mənzili mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür.

2. İddiaçı ərizə ilə Cavabdeh-nə müraciət edərək tərəflər arasında imzalanan 06 aprel 2017-ci il tarixli 35 saylı müqavilədə göstərilən mənzillərdən birindən, müqavilədə göstərilən 54.89 kv.m olan 1 otaqlı mənzildən imtina etmiş və qarşılığında ona 68.612 AZN pul verilməsini istəmişdir. 10 mart 2021-ci il tarixli kassa məxaric orderinə əsasən qeyd edilən mənzilin dəyərini 68612 manatı Cavabdeh-dən götürmüşdür.

3. Cavabdeh-nin müraciətinə əsasən alınmış Azərbaycan Respublikası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 16 avqust 2021-ci il tarixli 214 nömrəli rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Möhsüm Sənani küçəsində yerləşən, Cavabdeh tərəfindən inşa edilmiş yaşayış binasının 114 saylı mənzilinin arakəsmələrin altı nəzərə alınmaqla ümumi sahəsi 97.4 kv.m təşkil edir. Bakı şəhəri, Nərimanov rayonu, Möhsüm Sənani küçəsində yerləşən, Cavabdeh tərəfindən inşa edilmiş yaşayış binasının 114 saylı mənzilinin ümumi sahəsinin İddiaçı ilə Cavabdeh arasında bağlanmış 06 aprel 2017-ci il tarixli müqavilədə göstərilən 96.2 kv.m sahədən 1.2 kv.m artıq olduğu müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən ona dəymiş maddi zərərin ə vəzi olaraq 30.000 manat və dəymiş mənəvi zərərin əvəzi olaraq 30.000 manat pul məbləğinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi 17 nömrəli evin 13-cü mənzili iddiaçıya məxsus olmuşdur. Bu barədə xx.xx.1997-ci il tarixində Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyat vəsiqəsi alınmışdır. Nərimanov Rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 nömrəli Qərarını rəhbər tutaraq, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 412 nömrəli Sərəncamına və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2016-cı il tarixli xx/xx-1764 nömrəli rəyinə əsasən ünvan 1 ünvanlarında yerləşən torpaq sahəsində mövcud yaşayış evlərinin sökülərək yerində çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi üçün 0,535 ha torpaq sahəsi Cavabdeh-in istifadəsinə verilmişdir. Buna uyğun olaraq Cavabdeh 2017-ci ildə iddiaçının evini sökmüşdür. Müqaviləyə əsasən iddiaçının söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan mənzilinin əvəzinə dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 15-20% əlavə edilməklə ümumi sahəsi 96.20 kv.m olan 3 otaqlı 114 nömrəli mənzil Cavabdeh tərəfindən onun mülkiyyətinə verilməli idi. Lakin hazırda ona verilən evin sahəsi müqavilədə qeyd olunandan 20 kv.m azdır və 76 kv.m təşkil edir. Həmçinin müqavilənin 2. 2.5-ci bəndinə əsasən yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən mülkiyyətçiyə mənzili təmir edib təhvil vermək Cavabdeh-nin vəzifəsidir. Amma buna baxmayaraq iddiaçıya təmirsiz ev təhvil verilmişdir. İddiaçı bildirir ki, Cavabdeh bina sakinlərinin həyətdə maşın saxlamasının qarşısını almaq üçün həyətə şlaqbaum qoydurub və bütün sakinləri aylıq ödənişi 120 manat olan pullu dayanacaqda maşın saxlamağa məcbur edir. Bu nəinki iddiaçının, hətta bütün bina sakinlərinə qarşı edilən ədalətsiz, hüquqazidd davranışdır. Mənzilə işıq, qaz və su sayğacları quraşdırılmır. Səbəbini soruşduqda isə iddiaçıdan əlavə 1000 AZN ödəniş etməyini məcbur edirlər. İddiaçı şikayətlərini dəfələrlə “Pilot Holding MMC-yə ünvanlasa da, müraciətinə cavab verilmir.

6. Həmçinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ilk iddianı rədd edərək, qarşılıqlı iddianı təmin edib, ilk iddia üzrə İddiaçı 55.300 manat pul vəsaitinin tutularaq Cavabdeh-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında 06 aprel 2017-ci il tarixli 35 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsində qeyd olunmuşdur ki, Cavabdeh Möhsün Sənani küçəsinin 17 və 19 ünvanında yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitlə harmoniyasını itirmiş vəziyyətdə olan və “Mülkiyyətçi”yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçin in” söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 3 otaqlı, 50.0 kv.m mənzilinin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 15-20% əlavə edilməklə təmirsiz 1 ədəd 2-ci girişinin 10-cu mərtəbəsində ümumi sahəsi 96,20 kv.m olan, 3 otaqlı 114 nömrəli mənzili Mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürür. Müqavilənin 1.1-ci maddəsinə əsasən 50 kv.m olan mənzilin əvəzinə ümumi sahəsinə 15-20% əlavə edilməklə mənzil verilməsini Cavabdeh öhdəsinə götürmüşdür. Yəni MMC iddiaçıya 60 kv.m (50.0 kv.m və onun 20%-i 10 kv.m təşkil edir, bu da ümumilikdə 50+10=60 kv.m edir) sahəsi olan mənzil verməli idi, lakin onun əvəzinə şirkət 2 mənzil vermişdir, hazırda həmin mənzilin birini İddiaçı satmışdır. Göründüyü kimi, MMC artıq kv.m verdiyindən hazırda əlavə verilmiş kv.m pulunu ilkin i ddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ödəməlidir. Hazırda verilmiş 96.20 kv.m - 60 kv.m =36.2 kv.m artıq təşkil edir. Satış qiyməti 1500 manat olduğundan 1500*36.2=54300 manat Cavabdeh-nə ödənilməlidir. Bundan başqa, mübahisəli mənzilə dair şirkət tərəfindən suya, qaza və işığa dair sayğaclar quraşdırılmışdır. Həmin sayğaclar Cavabdeh tərəfindən “Azərsu”, “Azərişıq” və “Azəriqaz”a müəyyən məbləğdə vəsait ödənilməklə alınır və binanı tikən şirkət tərəfindən quraşdırılır. Hazırda həmin sayğaclar quraşdırılıb, lakin mənzilin mülkiyyətçisi İddiaçı həmin sayğacların quraşdırılmasına görə ümumi olan 1000 manat borcu ödəmək istəmir. Mənzilə 3 sayğac quraşdırıldığına görə İddiaçı 1000 manat tutularaq Cavabdeh-nə ödənilməlidir.

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim K əmalə Əmirxanova) 2(005)3823/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin rədd edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi ilk iddia tələbinə hüquqi qiymət verərək hesab etmişdir ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 06 aprel 2017-ci il tarixli 35 saylı mənzil müqaviləsi üzrə cavabdeh təşkilat tərəfindən mübahisələndirilən öhdəlik pozulmadığından iddia tələbinin heç bir hüquqi əsası yoxdur.

10. Belə ki, qeyd edilən müqavilə üzrə müvafiq mənzilin sahəsi ilə verilmiş müvafiq mütəxəssis rəyi üst-üstə düşərək, iddiaçı şəxsin mülkiyyətində olan mənzilin sahəsi qeyd edilən qaydada, yəni 97.4 kv.metr müəyyən edilmişdir.

11. Məhkəmə belə nəticəyə gəlmişdir ki, işin faktiki hallarına əsasən İddiaçı hazırkı iddiası əsassızd ır, iddiaçının təqdim etdiyi müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır.

12. İddiaçı cavabdehin qanunazidd hərəkətləri nəticəsində ona mənəvi ziyanın vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən iddia bu hissədə də təmin edilməməlidir.

13. Qarşılıqlı iddia tələbinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qarşılıqlı iddiaçı irəli sürdüyü pul məbləğinin ödənilməsi barədə tələbləri əsaslandıra bilmədiyindən qarşılıqlı iddia tələbi təmin edilməməlidir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.1 421.2, 437.1, 568.1, 577.1, 578.1, 21 və 23, Mülki Prosessual Məcəllənin 218.1, 88, 9.1, 9.3, 217.1 və 217.3, İnsan hüquqlarının və X1 Haqqın da Konvensiyanın 6-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

15. Qətnamədən iddiaçı və cavabdeh ayrı ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, hər biri öz iddia tələblərinin təmin edilməsini xahiş etmişlər.

16. Apellyasiya şikayətləri ilkin və qarşılıqlı iddia ərizələrinin dəliləri ilə əsaslandırılmışdır.

17. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.V.Tanrıverdiyev - sədrlik edən və məruzəçi, İ.S.Şirinov və İ.Ə.Kərimli) 14 yanvar 2022-ci il tarixli, 2(103)-1000/2022 nömrəli qətnaməsi ilə İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məh kəməsinin 2(005)-3823/2021 saylı, 18 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, apellyasiya şikayətlərinin dəlillərinə və tərəflərin izahatlarına əsasən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 06 aprel 2017-ci il tarixli 35 saylı mənzil müqaviləsi üzrə cavabdeh təşkilat tərəfindən mübahisələndirilən öhdəlik pozulmamışdır. Göründüyü kimi, qeyd edilən müqavilə üzrə müvafiq mənzilin sahəsi ilə verilmiş müvafiq mütəxəssis rəyi üst-üstə düşərək, iddiaçı şəxsin mülkiyyətində olan mənzilin sahəsi qeyd edilən qaydada, yəni 97.4 kv.metr müəyyən edilmişdir. İddiaçı ona verilən mənzilin 97 kv.m. deyil, daha az olmasını iddia et sə də, bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməməsi ilə yanaşı, hətta iş materiallarında olan mütəxəssis rəyində də mənzilin 97.4 kv.m. olması müəyyən edilmişdir.

19. Həmçinin kollegiya mənəvi zərər tələbi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə də razılaşaraq göstərmişdir ki, iddiaçının cavabdehin qanunazidd hərəkətləri nəticəsində ona mənəvi ziyanın vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməməsi iddia tələbinin mənəvi zərərlə bağlı hissəsinin təmin edilməsini istisna edir.

20. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, qarşılıqlı iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu n əzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Cavabdeh irəli sürdüyü tələb edilən pul məbləğinin ödənilməsi barədə tələblərini əsaslandıra bilmədiyindən qarşılıqlı iddia tələbi və qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayəti əsassızdır.

21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23, 385, 421, 437, 568, 577, 578 və 1097-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 14, 77, 78, 217, 385 və 387-ci maddələri və “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyası”na istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları c) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh "xxxx" MMC (vəkili Vəkil1) kassasiya şikayəti verərək Bakı Apellyas iya Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli qətnaməsinin qarşılıqlı iddianın təmin edilməyən hissəsinin ləğv edilərək, qarşılıqlı iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini qarşılıqlı iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən əsassız varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İddiaçı əsassız olaraq 36,2 kv.m artıq sahənin pulunu, həmçinin mənzilə quraşdırımış sayğaclara görə 1000 manat ödəməlidir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Prossesual məsələlər Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəs inə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

25. Maddə 14.2.1. Qanun vericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 26. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 27. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

28. Maddə 385 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 29. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəll əsi

30. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

34. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hal larına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məh kəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyindən məhkəmə aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qarşılıqlı iddia üzrə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, hər ha nsı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiy i halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin məhkəmələr tərəfidən müəyyən edilmiş faktiki hallarına görə tərəflər arasında bağlanmış 06 aprel 2017-ci il tarixli 35 saylı müqaviləyə əsasən Cavabdeh Möhsün Sənani küçəsi 17 və 19 ünvanın da yerləşən qəzalı vəziyyətdə olan İddiaçı məxsus 3 otaqlı, 50.0 kv.m mənzilinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 15-20% əlavə edilməklə təmirsiz 1 ədəd 2-ci girişinin 10-cu mərtəbəsində ümumi sahəsi 96,20 kv.m olan, 3 otaqlı 114 nömrəli mənzili mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, tərəflər arasında azad surətdə müqavilə bağlanaraq, iddiaçının sökülmüş mənzilinin əvəzində yeni tikilən binada ona veriləcək olan mənzilin konkret sahəsi müqavilə ilə razılaşdırılmışdır. Azərbaycan Respublikası Müki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən isə əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərə fli dəyişdirməyə yol verilmir. Kassasiya şikayətinin dəlillərini isə məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, tərəflər arasında müqavilə münasibətləri olduğundan cavabdehin əsassız varlanma üzrə iddiaçıdan pul tələb etməsi əsassızdır. Sayğaclara görə pul tələbi də əsaslandırılmadığından və müvafiq sübutlar təqdim edilmədiyindən məhkəmələr tərəfindən düzgün olaraq rədd edilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qarşlıqlı iddia üzrə işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci ma ddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın rədd edilməsi hissəsində dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx"MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1000/2022 nömrəli iş üzrə 14 yanvar 2022-ci il tarixli qətnaməsi qarşılıqlı iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar