Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3026/2021 21.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: borcun ipoteka predmetinə yönəldilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2682/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 21 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağı dakı qərarı qəbul etdi. İşin halları 31 avqust 2017-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı tərəfindən Cavabdeh 01 sentyabr 2020-ci il tarixə kimi qaytarmaq şərti ilə 35.500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borclu Cavabdeh öhdəliklərinin təminatı kimi X1 məxsus Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notariatda təsdiq olunmuş və borc verənin ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin oktyabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh kredit müqaviləsi üzrə ödənişləri (hər ay 986,11 manat) cəmi 4 ay ərzin də icra etdikdən sonra ödənişləri dayandırmaqla ona 31.555 manat məbləğində ödənilməmiş borcunun qalmasını, borcun vaxtında qaytarılmasının təmin olunmaması nəticəsində ona əldən çıxmış fayda şəklində 6311 manat məbləğində ziyan dəyməsini əsas göstərməklə Cavabdeh onun xeyrinə 37.866,56 manatın tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5656/2020 saylı, 11 noyabr 2020-ci il tarixli qərardadı ilə (hakim: T.B.Axundov) iddianın yolverilməzliyinə görə Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilmişdir. İş üzrə İddiaçı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli qərardadının ləğv edilməsi barədə həmin məhkəməyə şikayət vermiş dir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 11 yanvar 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinin tələbinə müvafiq olaraq iş baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2682/2021 saylı, 10 fevral 2021-ci il tarixli qərardadı ilə (hakimlər – A.N.İmanov (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və V.N.Sadıqov) iddiaçının şikayəti təmin edilməmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5656/2020 saylı, 11 noyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin iştirakçılarının izahatları və ona etirazın dəlilləri, məhkəmə icraatı Kassasiya şikayətinin dəlilləri İş üzrə İddiaçı kassasiya şikayəti verərək, borcun tutulması üçün notariat kontoru tərəfindən icra qeydinin verilməsinə baxmayaraq icra sənədinin onun tələbi əsasında icra olunmadan geri qaytarılmasını və hazırda borcun və ona dəymiş ziyanın ödənilməsi barədə məhkəmədə iddia qaldırmasını, qərardadın maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 fevral 2021-ci il tarixli qərardadının ləğv edilib işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üç ün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qərardadın ləğv edilməsi xahiş olunduğundan, kollegiya hesab edir ki, qərardadın qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh 8075,32 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması barədə Bakı şəhəri 50 saylı notariat kontoru tərəfindən 14 sentyabr 2018-ci il tarixdə icra qeydi verilmiş və həmin icra qeydinə əsasən Bakı şəhəri Y asamal Rayon İcra və Probasiya Şöbəsində 21 sentyabr 2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Ağdam Rayon Dövlət Notariat ofisi tərəfindən 05 aprel 2019-cu il tarixdə 17.425,98 manat məbləğində borcun tutulmasının X1 məxsus fərdi yaşayış evinə yönəldilməsi barədə icra qeydi verilmiş və bundan sonra iddiaçının nümayəndəsi ərizə ilə Yasamal Rayon İcra və Probasiya şöbəsinə müraciət edərək Cavabdeh ilə bağlı Abşeron Rayon İcra və Probasiya şöbəsində tutmanın ipoteka predmetinə yönəldilməsi barədə icra işinin olması ilə əlaqədar icra işinin Abşeron Rayon İcra və Probasiya şöbəsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinə görə kreditin tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə Yasamal və Abşeron rayon İcra və Probasiya Şöbələrində icra işləri olduğundan və həmin icra qeydlərinin icra olunmadan geri qaytarılması barədə sübutlar olmadığından hazırkı iddia tələbi üzrə işə məhkəmə qaydasında baxıla bilməz. Məhkəmə kollegiyası həmin nəticəyə gələrkən qanuni əsas kimi Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsaslanmışdır. Qanunun həmin normasına görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qərardad qanuni və əsaslı olduğundan kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2682/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3026/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3026/2021
21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver