Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2682/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5656/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh kredit müqaviləsi üzrə ona verdiyi 31555.56 manat borcun, 6311 manat dəymiş zərərin və ya əldən çıxmış fayda şəklində real zərərin, ümumilikdə 37866.56 manatın ödənilməsinin ipoteka predmeti olan daşınmaz əmlaka yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5656/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair 2(004)-5656/2020 nömrəli mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, qərardad hər tərəfli, tam və obyektiv olmadığı üçün ləğv edilməlidir. Çünki, Abşeron rayon Rayon İcra və Probasiya Şöbəsi xx.xx.2020-ci il tarixdə Abşeron Rayon Notariat Kontorunun 8İ-868 saylı xx.xx.2019-cu il tarixli icra sənədinin tələbkarın ərizəsinə əsasən məhkəməyə qaytarılması barədə qərar qəbul edib. Hal-hazırda heç bir İcra və Probasiya Şöbəsində işə baxılmır və icra qeydi icra edilmir, bu səbəbdən də, iddiaçı olaraq İddiaçı Cavabdeh qarşı Bakı Şəhər Yasamal Rayon Məhkəməsinə “Kredit müqaviləsi üzrə cavabdehə verdiyim 31555,56 (otuz bir min beş yüz əlli beş) manat 56 qəpik borcun və 6.311 (altı min üç yüz on bir) manat dəymiş zərər və ya əldən çıxmış fayda şəklindəki real zərərin, ümumilikdə 37.866,56 (otuz yeddi min səkkiz yüz altımş altı) mantın ödənilməsi üçün ipoteka predmeti olan daşınmaz əmlaka yönləndirilməsi barədə” iddia qaldırmışdıram. Lakin bütün bunlara baxmayaraq Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-5656/2020 saylı qərardadı ilə mülki işin icraatına xitam verilməsi barədə qərardad qəbul etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5656/2020 saylı iş üzrə xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçı məhkəmə kollegiyasının iclasına gəlmədiyinə görə məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5656/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı Cavabdeh 35500 manat məbləğində borc vermiş, sonuncu xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay 986.11 manat ödəmək şərtiylə həmin borcu 36 ay müddətinə, yəni xx.xx.2020-ci il tarixdək hissə-hissə qaytarmağı öz öhdəsinə götürmüşdür. X1, Cavabdeh və X4 arasında bağlanmış xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən, sonuncu ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən ümumi sahəsi 108.6 kv.m olan fərdi yaşayış evi və 0.01245 ha torpaq sahəsini Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın (İddiaçı) xeyrinə ipoteka ilə yüklü etmişdir. Eyni zamanda işin halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri 50 saylı notariat kontorunun xx.xx.2018-ci il tarixli icra qeydinə əsasən Cavabdeh 8075.32 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qərara alınmış və həmin icra qeydi əsasında Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya şöbəsində xx.xx.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qərar qəbul edilmişdir. Ağdam rayon dövlət notariat ofisinin xx.xx.2019-cu il tarixli icra qeydinə əsasən isə tutulmalı olan 17425.98 manat məbləğində borcun X2 məxsus ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən ümumi sahəsi 108.6 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi qərara alınmışdır. Daha sonra iddiaçının nümayəndəsi X3 ərizə ilə Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya şöbəsinə müraciət edərək, borclu Cavabdeh ilə bağlı Abşeron rayon Yasamal Rayon İcra və Probasiya şöbəsində ipoteka predmetinə yönəldilmə ilə icra işinin olması səbəbindən, həmin icra işinin Abşeron rayon Yasamal Rayon İcra və Probasiya şöbəsinə göndərilməsini xahiş etmişdir. Göründüyü kimi hazırki tələblə bağlı müvafiq notarius tərəfindən verilmiş icra qeydinə əsasən, Abşeron rayon və eləcə də, Yasamal Rayon İcra və Probasiya şöbəsində artıq icra işi olduğundan və iddiaçı tərəfindən iddia ərizəsinə notariuslar tərəfindən verilmiş icra qeydlərinin icra edilmədən geri qaytarılmasına dair sübutlar əlavə edilmədiyindən məhkəmə haqlı olaraq qeyd etmişdir ki, hazırda bu işə məhkəmə qaydasında baxıla bilməz. Azərbaycan Respublikasının MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. İş materiallarından həmçinin müəyyən edilir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3426/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə, İddiaçı Cavabdeh Vaqif oğluna qarşı borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilmişdir. Qeyd edilənləri nəzərə alaraq kollegiya hesab edir ki, hazırkı iş üzə icraata xitam verməklə birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçı şikayətində qeyd etdiklərini sübut edəcək hər hansı sənəd əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5656/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5656/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2682/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2682/2021
10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver