Məhkəmə qərarları › İş №2(102)-3026/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3026/2024

23.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3026/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, sübutetmə yükü) 23.10.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-617/2024 nömrəli, 2 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 23 oktyabr 2024-cü il tarixində Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) və Cavabdeh (bundan sonra – cavabdeh) arasında qızıl-zinət əşyaları (iddiaçının iddia etdiyinə görə) müxtəlif məişət texnikalarının, geyim əşyalarının nisyə satılması barədə şifahi razılaşma olmuşdur.

2. Samux rayon Polis şöbəsinə xx.xx.2022-ci il cavabdeh tərəfindən yazılmış izahatın surətinə əsasən o, 2022-ci ilin yay aylarında iddiaçının Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən satış mərkəzindən bir ədəd dəyəri 3200 manat olan soyuducu və bir ədəd 1400 manat dəyərində televizor və 320 manat dəyərində mətbəx əşyası, müxtəlif növdə geyim paltarlarını şifahi razılaşma yolu ilə götürmüşdür. Həmin mallara görə ilkin ödəniş kimi 500 manat vermişdir. Ümumilikdə onun iddiaçıya 4920 manat qalıq borcu qalmışdır. Səməd Əliyevin (iddi açının əri) müraciətində onun 18200 manat pul borcu olması yalan və böhtan xarakterlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən satılmış qızıl-zinət əşyaları, geyim paltarları və ev məişət avadanlıqlarının dəyəri olan 18.601 manat və həmin məbləğə əldə çıxmış faydaya görə hesablanmış faiz borcu, maddi ziyana görə 1.000 manat və mənəvi ziyana görə 500 manatın alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin səmimiliyinə inanaraq 13 iyul 2022-ci il tarixində 18.601 manat dəyərində cavabdehə qızıl-zinət əşyaları və ev məişət avadanlıqları satmışdır (4840 manatlıq məşiət avadanlığına görə 200 man at, 16740 manatlıq qızıla görə 3490 manat, ödəniş etmiş və 711 manat geyim əşyalarına, 13250 manat qızıla və 4640 manat isə məşiət avadanlıqlarına görə ümumilikdə 18601 manat borcu qalmışdır). Cavabdeh söz vermişdir ki, 1-2 aya iddiaçıya olan pul borcunu ödəyəcəkdir. Lakin bu günə kimi heç bir ödəniş etməmişdir. Uzun müddət keçməsinə baxmayaraq cavabdeh iddiaçıya olan borcunu qaytarmaqdan müxtəlif bəhanələr gətirərək imtina etmişdir. Göstərilən səbəbdən iddiaçı ağır maddi vəziyyətə düşmüşdür.

5. Cavabdeh iddia tələbinə qarşı məhkəməyə 2-ci bənddə qeyd edilən izahata uyğun etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, iddiaçıdan heç vaxt qızıl əşyası almadığına görə iddianın qızıl əşyaları hissəsi tam yalandır. İzahatda göstərilən əşyaları alarkən 500 manat ilkin ödəniş etsə də, iddiaçı on un 200 manat olduğunu göstərmişdir. O, iddiaçıdan aldığı malların dəyərini hissə-hissə ödəyib, belə ki, 500 manatdan başqa müxtəlif vaxtlarda ümumilikdə 3800 manat ödəniş etmiş və hazırda iddiaçıya 620 manat borcu vardır.

6. Göygöl Rayon Məhkəməsinin 2(066)-249/2023 nömrəli, 15 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Əyyub Kərimov) iddia qismən təmin edilərək, cavabdehdən 5730 manatın alınıb iddiaçıya verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən qaytarılmasını tələb etdiyi əmlakların cavabdehə verməsinin sübut edilməsidir, lakin iddiaçı iddia tələbini əsasını tam sübut edə bilməmişdir. Belə ki, iddiaçı iddia tələbinin ancaq müəyyən hi ssəsi ilə bağlı məhkəməyə sübut təqdim etmişdir. Həmçinin tərəflər arasında heç bir yazılı müqavilə imzalanmasa da, iddiaçı içərisində tərəflərin telefon danışıqları olan üç ədəd CD disk təqdim etmiş və bu disklər məhkəmə iclasında tədqiq edildikdən sonra ortaya çıxmışdır ki, cavabdeh hər nə qədər iddiaçıdan 4920 manatdan başqa nisyə əmlak götürmədiyini bildirsə də, 1 nömrəli diskdə cavabdeh özü etiraf etmişdir ki, onun soyuducu və digər mallardan başqa iddiaçıya əlavə olaraq 5000 manat borcu vardır. Doğrudur, iddiaçı həmin borcun nə ilə bağlı olduğunu bildirməsə də, işdən göründüyü kimi həmin pulda aralarında olan nisyə alğı-satqı nəticəsində yaranmışdır. Bundan başqa 3 nömrəli diskdə cavabdeh özü iddiaçıdan qızıl aldığını etiraf etmişdir. Səs yazılarından bəlli olmuşdur ki, tərəflər aras ında əmlak və qızılla bağlı nisyə alğı-satqı olmuşdur.

8. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh iddiaçıdan nisyə olaraq 4920 manat dəyərində olan məişət əşyaları və geyimlər almışdır. İddiaçı özü etiraf etmişdir ki, götürdüyü mallara görə cavabdeh ona müəyyən hissələrlə cəmi 4190 manat pul ödəmişdir. Cavabdeh isə borcunun 690 manat qalmasını iddia etsə də, bununla bağlı məhkəməyə heç bir sübut (belə ki, tələb edilən pulun iddiaçıya qaytarıldığını sübut etmək vəzifəsi bir qayda olaraq cavabdehlərin üzərinə düşür) təqdim edə bilmədiyindən borcun tam olaraq qaytarılmış olmasını əsaslı hesab etmək mümkün deyil. Hazırkı mərhələdə yalnız cavabdehin iddiaçıya borcundan 4190 manat ödədiyi sübut olunmuşdur. Həmçinin diskdə olan səs yazılarından da müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya qızılla ra görə 5000 manat borcu vardır. Nəticədə cavabdehin iddiaçıdan 9920 manat dəyərində mal aldığı sübut olunmuşdur. Belə olan halda ümumi malın dəyəri 9920 manat (4920 və 5000) – 4190 alınmış mala görə ödənilmiş hissə = 5730 manat qalıq borc qaldığından cavabdeh həmin borc məbləğini iddiaçıya ödəməlidir.

9. Bundan başqa məhkəmə iddia tələbinin maddi ziyana görə hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı həmin tələblə bağlı heç bir sübut təqdim edə bilmədiyindən tələb həmin hissədə təmin edilməməlidir.

10. Məhkəmə iddia tələbinin mənəvi zərərə görə hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdehin iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatları yaymış olmasının məhkəmə tərəfindən müəyyən edilməsi və bu məlumatların təkzib edilməsinin qət edilməsi iddiaçıya dəymiş mənəvi zər əri ədalətli kompensasiya etdiyindən tələb bu hissədə də təmin edilməməlidir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 567, 600.4, 601.1, 601.2-ci və Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmaqla əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi qətnaməsinin təsviri və əsaslandırıcı hissəsində cavabdeh tərəfindən etiraf edilmiş 5000 manatın nədən borc yaranması ilə bağlı araşdırm a aparmamışdır. Halbuki CD diskdə açıq şəkildə qeyd edilmişdir ki, həmin məbləğ lotereya borcudur. Həmçinin iddiaçı izahatında 4190 manat məbləğ ödənildikdən sonra 18601 manat borc qaldığını bildirsə də, məhkəmə onun izahatını təhrif etmişdir. Belə ki, həmin məbləği iddiaçıya ödənilməsini cavabdeh heç bir sübutla təsdiq edə bilməzdi, ancaq iddiaçının özünün etirafından sonra məhkəmə bu qənaətə gəlmişdir. Bu da bir daha sübut etmişdir ki, iddiaçı bütün izahatlarında və ifadələrində səmimi olaraq ancaq olan hadisələri, həqiqəti söyləmişdir. Bundan başqa məhkəmə şahidlərin dindirilməsi ilə bağlı iddiaçının vəsatətini təmin etməmiş, cavabdeh disk yazılarında, ümumiyyətlə, iddianın tam məbləğini etiraf etmiş, lakin məhkəmə buna qiymət verməmişdir. Ona görə də həmin disk yazıları yenidən dinlə nilməlidir. Nəticədə birinci instansiya məhkəməsi sübutlara düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla qətnamə qəbul etmişdir.

14. Cavabdeh iddiaya qarşı təqdim etdiyi etiraz ərizəsinin məzmununa uyğun apellyasiya şikayətinə etiraz ərizəsi təqdim etmiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı ona lotereya oynanılması barədə təklif etsə də, o bu təklifi qəbul etməmişdir.

15. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1410/2023 nömrəli, 12 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər: F.Mehtiyev - sədrlik edən və məruzəçi, R.Muradov və Ə.Məmmədov) apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılaraq iddianın qismən təmin edilməsi, cavabdehdən 18601 manat ın və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 145,8 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

16. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tədqiq edilmiş səs yazıları ilə müəyyən edilmişdir ki, iddiaçı cavabdehə qızıl-zinət əşyalarının, geyim əşyalarının və elektron mallar satılması, həmçinin əlavə olaraq qızıla görə 5000 manat verildiyini, hazırda 18.601 manat borcunun qaldığını bildirmişdir. Cavabdeh isə həmin məbləğə səs yazısında sonradan etiraz etməmiş, işləmədiyi üçün maddi imkanının olmamasını və kredit götürərək borcunu tam ödəyəcəyini bildirmişdir. Həmçinin iddiaçı və onun əri olan S.Əliyev cavabdehdən pul məbləğini dəqiqləşdirmək üçün cavabdehi dəvət etdikdə cavabdeh israrla iddiaçıdan onların pulun verilməsi ilə bağlı sübutlarının olmasını bildirmişdir. Göründüyü kimi iddiaçı tərəfindən cavabdehə nisyə alğı-satqıdan ödənilməmiş qalan ümumilikdə 18.601 manat pul verilməsi faktı iddiaçının sübut kimi istinad etdiyi və kollegiyaya təqdim etdiyi səs yazısı ilə təsdiq olunmuşdur.

17. Məhkəmə kollegiyası cavabdehin izahatında iddiaçıya cəmi 690 manat borcunun qalmasını bildirməsinə münasibətdə qeyd etmişdir ki, cavabdeh iddiaçıya 690 manat məbləğində borcunun qaldığını bildirdiyi halda birinci instansiya məhkəməsinin qətnaməsindən (məhkəmə tərəfindən ondan iddiaçının xeyrinə 5730 manat məbləğində pulun tutulduğu halda) apellyasiya qaydasında mübahisələndirməmişdir. Belə olan halda isə kollegiya sonuncunun izahatını səmimi və inandırıcı hesab etməmişdir.

18. Məhkəmə kollegiya sı iddianın mənəvi zərərlə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdehin təqsiri və ya hər hansı qanunsuz hərəkətləri nəticəsində iddiaçıya maddi və mənəvi ziyanın dəyməsi, ümumiyyətlə, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, habelə bunun cavabdehin təqsiri ucbatından baş verməsi iş materiallarından görünmür. İddiaçının bu dəlili yalnız subyektiv mülahizəyə söykənir. Ona görə də iddiaçıya maddi və mənəvi ziyanın ödənilməsindən söhbət gedə bilməz. Həmçinin iddiaçı maddi xərclər çəkməsi barədə də sübutlar təqdim etməmişdir.

19. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, qətnamədə göstərilmiş n əticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə, məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşdur.

20. Məhkəmə kollegiyası öz mövqeyini Mülki Məcəllənin 385.1, 442, 445.1, 445.2, 567, 600.1, 600.4-cü, MPM-in 14.1, 76.1, 77.1, 88, 106.1, 217.3, 218.1-ci maddələrinə və Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarına istinadla əsaslandırmışdır. c)Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

21. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)4682/2023 nömrəli, 18 dekabr 2023-cü il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək qət naməsi cavabdehdən 12871 manat və dövlət rüsumuna görə 68,50 manat pul tutulması hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmış, qətnamə cavabdehdən 5730 manat və dövlət rüsumuna görə 77,30 manat pul tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır.

22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi nisyə alğı-satqıdan ümumilikdə ödənilməmiş 18.601 manat borcun qalması faktının cavabdehin səs yazısı ilə sübuta yetirilməsini qeyd etsə də, cavabdehin bu faktı işdəki hansı diskdə (işdə 4 ədəd CD disk var), danışıqların hansı dəqiqə və (və ya) saniyəsində etiraf etməsini və bu etirafın hansı məzmunda olmasını göstərməmişdir. Cavabdeh də kassasiya şikayətində nisyə alğı-satqıdan qalan borcunun miqdarının CD diskdəki səs yazısı ilə mü əyyən edilməsini mübahisələndirmişdir. Qeyd edilənlər göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin nisyə alğı-satqıdan qalan borcunun miqdarını istinad etdiyi sübutu MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olmayan şəkildə qiymətləndirməklə müəyyən etmişdir.

23. Həmçinin apellyasiya instansiyasının 17-ci bənddə qeyd edilmiş mövqeyinə münasibətdə kollegiya qeyd etmişdir ki, Tərəfin məhkəmə qətnaməsindən şikayət vermək onun hüququdur və hazırki işin halları baxımından bu hüquqdan istifadə edilməməsi özlüyündə nisyə alğı-satqıdan yaranan borcla bağlı iddianın tam təmin edilməsinə əsas verə bilməz. Üstəlik apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən cavabdehin birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməməsinin səbəblərini də araşdırma mışdır. Ona görə də bu mövqe əsassızdır.

24. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehdən nisyə satılmış mallara görə əlavə olaraq 12.871 manat pul tutulması hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmadığından qətnamə həmin hissədə ləğv edilməlidir. d)Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

25. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-617/2024 nömrəli, 2 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: İ.Həsənov – sədrlik edən və məruzəçi, L.Süleymanov və A.Hüseynzadə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ilk növbədə araşdırılmalı olan məsələ iddiaçı tərəfindən cavabdehə hansı əşyaların və hansı məbləğdə nisyə satılmasının müəyyən edilməsindən ibarətdir. İşin halları bu aspektdə araşdırılaraq müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə 9920 manat dəyərində müxtəlif növ əşyalar satılmışdır. Qeyd olunan hal iş materiallarındakı CD diskdə olan səs yazıları və cavabdehin Samux rayon Polis Şöbəsində aparılan araşdırma zamanı vermiş olduğu izahatı, habelə birinci instansiya məhkəməsində icraat zamanı vermiş olduğu iddia ərizəsinə etirazının əlaqəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarında olan üzərində 1 yazısı qeyd olunan CD diskdə olan səs yazısı dinlənilərək müəyyən edilmişdir ki, səs yazısı iddiaçının əri S.Əliyevlə cavabdeh arasında gedən danışıqların 01:45 saniyəsində cavabdeh bildirir ki, soyuducu və paltaryuyandan əlavə iddiaçıya 5000 manat borcu var. Həmin səs yazısında S.Əliyev dəfələrlə cavabdehə borcun 18601 manat olduğunu bildirsə də, lakin sonuncu bunu qəbul etməmişdir. Deməli qeyd olunan iş materialları ilə müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan nisyə şəkildə aldığı soyuducu, televizor və mətbəx əşyalarının dəyərinə görə 4920 manat, həmçinin bundan başqa əşyalarının dəyərinin ödənilməsinə görə isə 5000 manat borcu yaranmışdır.

27. İkinci araşdırılmalı olan məsələ tərəflər arasındakı nisyə alğı-satqı münasibətləri üzrə cavabdeh tərəfindən iddiaçıya hansı məbləğdə pul ödənilməsinin müəyyən edilməsindən ibarətdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, yuxarıda da göstərildiyi kimi cavabdeh nisyə almış olduğu əşyaların dəyərinin iddiaçıya ödənilməsinə dair məhkəməyə sübutlar təqdim etməsə də, lakin iddiaçının izahatları ilə müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıdan aldığı əşyalara görə 4190 manat ödəniş etmişdir. Beləliklə müəyyən olunmuşdur ki, cavabdeh iddiaçdan 9920 manat dəyərində nisyə şəkildə müxtəlif növ əşyalar almış və həmin əşyaların dəyərindən 4190 manat ödəmişdir və onun qalıq borcu (9920-4190=5730) 5730 manat təşkil edir.

28. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı cavabdehin ondan 22791 manat dəyərində əşyalar aldığını və qalıq borcunun 18601 manat olduğunu iddia etsə də, lakin bununla bağlı məhkəməyə sübut təqdim etməmiş, eləcə də bu işin faktiki halları ilə də öz təsdiqini tapmamışdır.

29. Məhkəmə iclasında tədqiq e dilmiş CD disklərdəki səs yazılarının əksəriyyəti S.Əliyev və cavabdehin borcla bağlı danışıqlarından ibarətdir və bu danışıqlarda cavabdeh 18601 manat borcunun olduğunu inkar etmiş və borcun 5000 manat olduğunu söyləmişdir. Həmin 5000 manatı da iddiaçının kart hesabına hissə-hissə ödəyə biləcəyini demişdir. Həmçinin cavabdeh səs yazılarında qızılla bağlı aralarında alğı-satqı olduğunu da etiraf etmişdir.

30. Belə ki, iddiaçı cavabdehdən 12871 manat pul tutulması hissədə tələbini sübuta yetirə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi həmin (yoxlanılan) hissədə iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. İddiaçı (Vəkil) kassasiya şikayəti verərə k, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin apellyasiya baxışının predmeti olan mübahisələndirilən hissədə yəni 12871 manat və dövlət rüsümüna görə 68.50 manat hissəsində ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini və ya 12871 manat və dövlət rüsumuna görə 68.50 manat hissəsində tam ləğv edib yenidən həmin məhkəmənin baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

32. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmaqla əlavə olaraq göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən işin faktiki hallarını tam aydınlaşdırmamış, maddi və prosessual hüquq normalarına riayət düzgün istinad edilməmiş, nəticədə apellyasiya şikayəti təmin edilməyərək səhv nəticəyə gəlinmişdir.

33. Şik ayət Mülki Məcəllənin 385, 425.1, 442, 567, 600.1-ci, MPM-in 14, 77, 88, 217ci maddələrinə və “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarına istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı etiraz daxil edilməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

35. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

36. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vi cdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

37. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

38. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

39. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyan ı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

40. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Prosessual Məcəllə

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və t am baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

45. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 49. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı kassasiya şikayətində qətnamə əvvəlki apellyasiya baxışı hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normala rının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və toplanmış sübutlara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə tam razılaşır.

54. Apellyasiya məhkəməsi işin mübahisələndirilən hissəsi üzrə kassasiya məhkəməsinin göstərişlərinə uyğun hüquqi qiymət verərkən müəyyən etmişdir ki, cavabdeh nisyə almış olduğu əşyaların dəyərinin iddiaçıya ödənilməsi nə dair məhkəməyə sübutlar təqdim etməsə də, lakin iddiaçının izahatları ilə müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıdan aldığı əşyalara görə 4190 manat ödəniş etmişdir. Nəticədə cavabdeh iddiaçıdan 9920 manat dəyərində nisyə şəkildə müxtəlif növ əşyalar alması və həmin əşyaların dəyərindən 4190 manat ödənilməsi və onun qalıq borcunun (9920-4190=5730) 5730 manat təşkil etməsi müəyyən olunur. İddiaçı cavabdehin ondan 22791 manat dəyərində əşyalar aldığını və qalıq borcunun 18601 manat olduğunu iddia etsə də, lakin bununla bağlı məhkəməyə sübut təqdim etməmiş, eləcə də bu işin faktiki halları ilə də öz təsdiqini tapmamışdır.

55. İddiaçının kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddiasının baxış predmeti olan hissəsini rədd edən birinci instansiya məhkəmə sinin mövqeyi ilə razılaşan apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən isə maddi və ya prosessual hüquq normaların pozulması müəyyən edilməmişdir.

56. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilmə sin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 aprel 2024-cü il tarixli, 2(104)-617/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar