Məhkəmə qərarları › İş №2(102)-3028/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3028/2024

05.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3028/2024 05.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (açar sözlər: paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması, payın naturada ayrılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı ümumi mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməsi tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)102/2024 nömrəli, 02 aprel 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkə mənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Şəmkir rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə İddiaçı və onun ailə üzvlərinə 2.3764 ha pay torpaq sahəsi verilmişdir.

2. İddiaçının anası həmin torpaq sahəsinin 1.26003 ha hissəsini Cavabdeh satmışdır.

3. Həmin torpaq sahəsinə dair İddiaçı adına 29 iyul 2019-cu il tarixli, **********48 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.

4. Sözügedən torpaq sahəsinin 1.11636 ha hissəsi iddiaçının, 1.26003 ha hissəsi isə cavabdeh adına qeydə alınmaqla tərəflərin paylı mülkiyyətindədir.

5. Hazırda həmin torpaq sahəsi bütövlükdə Cavabdeh tərəfindən istifadə olunmaqla həmin sahədə mövsümə uyğun olaraq yonca və sair əkilir. İş üz rə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi mülkiyyətdə olan, xx.xx.2019-cu il qeydiyyat tarixli **********48 reyestr nömrəli çıxarış əsasında 2.37 ha torpaq sahəsinin onun payına düşən 1.11 ha hissəsinin naturada bölünüb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il qeydiyyat tarixli **********48 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında onun və cavabdehin ümumi birgə mülkiyyəti kimi 2.37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydə alınmışdır. Odur ki, onların birgə mülkiyyətində olan 2.37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin o nun payına düşən 1.11 ha hissəsi naturada ayrılaraq onlara təhvil verilməlidir. 8. “Alternativ” Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 192 nömrəli mütəxəssis rəyinə görə, Şəmkir rayonu Qapanlı kəndi ərazisində yerləşən 2.3764 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada bölünməsinin mümkün olduğu, iddiaçının tələb etdiyi 1.11636 ha payının ümumi torpaq sahəsindən gediş–gəliş yolunun nəzərdə tutulması ilə ayrılmasının torpaq sahəsinin cənub-qərb hissəsindən mümkün olduğu müəyyən edilmişdir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertizası Mərkəzinin 13 may 2020–ci il tarixli 192 nömrəli rəyinə əsasən Şəmkir rayonu Qapanlı kəndi ərazisində yerləşən 2.3764 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada bölünməsinin mümkün olduğu, İddiaçı tələb etdiyi 1.116 36 ha payının ümumi torpaq sahəsindən gedişgəliş yolunun nəzərdə tutulması ilə ayrılmasının torpaq sahəsinin cənub–qərb hissəsindən mümkün olduğu müəyyən edilmişdir.

10. Şəmkir Rayon Məhkəməsinin 2(076)-614/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə (hakim Könül Məmmədov) iddia təmin edilmiş, xx.xx.2019-cu il qeydiyyat tarixli **********48 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında qeyd edilmiş 2.3764 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçının payına düşən 1.11636 ha hissəsi torpaq sahəsinin cənubqərb hissəsindən naturada ayrılaraq iddiaçıya verilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il qeydiyyat tarixli **********48 reyestr nömrə li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında qeyd edilmiş 2.3764 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçının payına düşən 1.11636 ha hissəsi torpaq sahəsinin cənub-qərb hissəsindən naturada ayrılması, ümumi mülkiyyətdə olan torpaq sahəsinin təyinatına tənasübsüz zərər vurmadan mümkündür. Eləcə də, iddiaçı ümumi mülkiyyətdə olan payın ayrılması barədə cavabdehlə razılığa gələ bilməmiş, həmçinin iddiaçı öz payına düşən torpaq sahəsini istifadə etmək istəsə də, cavabdeh ona mane olmuşdur. Eyni zamanda iddiaçının payının naturada ayrılması ümumi mülkiyyətin digər mülkiyyətçisinin hüquqlarını və qanuni mənafelərini pozmur, həmçinin bölgü zamanı tərəflərin hər birinin sərbəst giriş–çıxış yolu olduğundan ümumi mülkiyyətdə olan müb ahisəli torpaq sahəsindən istifadə edilməsində mövcud olan mühüm mənafelərə və ümumi mülkiyyətdə olan torpaq sahəsinin təyinatı üzrə istifadə edilməsinə zidd deyildir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 220.1, 220.2 və 220.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsini 2014-cü ilin may ayında iddiaçının anasından almış, xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestr xidmətində adına qeydə alınmışdır. Aldığı vaxtdan torpaq sahəsinə külli miqdarda pul sərf edərək, oranı əkinə yararlı hala salmış, hazırda özünə aid hissədə yonca əkdirmişdir. 6 ildir ki torpaq sahəsinin əkdiyi və istifadəsində olan hissəsinin ekspert rəyinə əsasən iddiaçıya verilməsi onun mülkiyyət hüquqlarını pozur. 15. “Alternativ” Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 397 nömrəli mütəxəssis rəyinə əsasən, Şəmkir rayonu Qapanlı kəndi ərazisində yerləşən 2.3764 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi sənəd üzrə bölünmədiyinə və baxış keçirilən dövrdə yalnız iddiaçı tərəfindən istifadə olunduğuna görə, naturada ayrılmasının mümkün olubolmamasını müəyyən etmək texniki cəhətdən mümkün deyil.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/296 0 nömrəli ekspert rəyinə görə, Şəmkir rayonu Qapanlı kəndi ərazisində yerləşən xx.xx.2019-cu il qeydiyyat tarixli **********48 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında ümumi mülkiyyətdə olan 2.37 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iki hissəyə, yəni cavabdehin payı 1.26003 ha və iddiaçının payı 1.11636 ha olmaqla, naturada iki hissəyə ayrılması hər iki sahəyə ayrı-ayrılıqda gediş-gəliş yolları müəyyən olunmaqla Məhkəmə tikinti-texniki ekspertizasının həlli metodlarında göstərilənlərə əsasən mümkündür və sxem rəyə əlavə olunur. Mülki iş materiallarında olan plan-ölçü sənədində gediş-gəliş yolları göstərilmədiyi səbəbindən hər iki sahəyə ayrı-ayrılıqda gediş-gəliş yolları DƏDRX Şəmkir ərazi idarəsi tərəfindən yerində müəyyən edilə bilər.

17. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-145/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Fikrət Mehdiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Ədil Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi mülki mübahisəni işin faktiki hallarına uyğun, tərəflərin sübutlar təqdim etmək imkanını təmin etməklə, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normaları düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiq olunmur, həmçinin keçirilmiş ekspert iza ilə iddiaçı və cavabdehin payının ayrılmasının mümkünlüyü bir daha müəyyən olunmuşdur.

19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 220.1, 220.2 və 220.3-cü maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

20. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsini 2014-cü ilin may ayında iddiaçının anasından almış, xx.xx.2014-cü il tarixdə DƏDRX-də adına qeydə alınmışdır. Aldığı vaxtdan torpaq sahəsinə külli miqdarda pul sərf edərək, oranı əkinə yararlı hala salmış, hazırda özünə aid hissədə yonca əkdirmişdir. Torpaq sahəsinin 8 ildir ki, əkdiyi və istifadəsində olan cənub-qərb hissəsinin ekspert rəyinə əsasən iddiaçıya verilməsi onun mülkiyyət hüquqlarını pozur. Aralarında olan mübahisə torpağın naturada bölünməsi ilə deyil, torpağın hansı hissəsinin ona, hansı hissəsinin iddiaçıya verilməsi ilə əlaqədardır. Mülki iş icraya yönəldikdən sonra aralarında yenidən münaqişə yaranacaqdır. Birinci instansiya məhkəməsində torpağın aralarında bölünməsinə dair verilmiş ekspert rəyində ziddiyyət vardır. Apellyasiya məhkəməsində isə ümumiyyətlə, torpağın hansı hissədən bölünməsi müəyyən edilməmişdir. Torpağın bölünməsinə dair heç bir razılaşma yoxdur. Apellyasiya məhkəməsi maddi hüquq normalarına istinad etsə də, qanunvericiliy in tələblərini pozmuşdur. Məhkəmə ekspert rəyini tam və əsaslandırılmış hesab edərək mötəbər sübut kimi qəbul etmiş, bununla da prosessual qanunun tələblərini pozmuşdur. Apellyasiya instansiya məhkəməsi təkrar tikinti-texniki ekspertizası təyin etmiş, lakin həmin rəylə birinci instansiya məhkəməsində işə baxılan zaman təqdim olunmuş ekspert rəyindəki ziddiyyət aradan qaldırılmamışdır. Qətnamədə ekspert rəyləri arasında ziddiyyətin müəyyən olunduğu açıq-aydın görünsə də, məhkəmə bunu nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və tərəflərin qarşılıqlı münasibətləri əsasında həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, məhkəmə araşdırmasının ədalə tliliyi ilə bağlı təməl prinsipləri pozmuşdur.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)201/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakimlər - Vidadi Məmmədov (məruzəçi), Zaur Əliyev və Aqil Abbasov) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilmişdir.

23. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, eyni dəlillər cavabdehin apellyasiya şikayətində də əks olunmuşdu. Lakin apellyasiya instansiyası məhkəməsi həmin dəlillərə öz aktında münasibət bildirməmiş və hüquqi qiymət verməmiş, dəlilləri qəbul yaxud rədd etdiyini qətnaməsində əsaslandırmamış, “... cavabdeh tərəf apellyasiya şikayətində şikayətin dəlillərini əsaslandıra bilməmiş,...” məzmunda ümumi ifadə ilə kifayətlənmişdir. Halbuki, MPM-in normaları, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmə Plenumunun qərarları ilə tələb (şərh, izah) olunmuşdur ki, yuxarı instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə mütləq qaydada hüquqi qiymət verməlidirlər.

24. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə bağlı ətraflı araşdırma aparmaqla əvvəlcə müəyyən etməli idi ki, şikayətin dəlilləri onda qeyd olunan faktlarla bağlı həqiqəti əks etdirirmi? Əgər etdirirsə, o halda torpaq sahəsinin 2014-cü ilin may ayında iddiaçının anasından alınmasının və xx.xx.2014-cü i l tarixdə DƏDRX-də qeydə alınmasının hazırkı mülki işə hansı təsirinin olduğu, xx.xx.2014-cü il tarixli qeydiyyatın kimin hansı hüquqlarını hansı sərhədlər daxilində təsbit etdiyi, torpaq sahəsi 2014-cü ilin may ayında alınarkən və xx.xx.2014-cü il tarixli qeydiyyat aparılarkən indiki tərəflər arasında əmlakdan istifadə qaydaları (sərhədlər, suvarmaya yaxınlığı, əsas yola çıxış və sair) ilə bağlı razılığın əldə olunub-olunmadığı, torpaq sahəsi həmin dövrdən cavabdeh tərəfindən əkinə yararlı hala salınmışdısa və o, hazırda da sahənin cənub-qərb hissəsində yonca əkmişsə, iddiaçının bu faktlara münasibəti, torpaq sahəsinin cavabdehin əkdiyi (istifadəsində olan) cənub-qərb hissəsinin ona verilməsi və onun tərəfindən istifadə olunması ilə bağlı tərəflər arasında hər hansı razılaşmanın mövcud olub-olmamadığı da apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmalı idi. Bundan əlavə, iddiaçı birinci instansiya məhkəməsində verdiyi izahatında cavabdehin onun payına düşən hissədən istifadə etməyə imkan vermədiyini göstərsə də, iş üzrə alınmış xx.xx.2020-ci il tarixli mütəxəssis rəyində baxış keçirilən dövrdə torpaq sahəsinin iddiaçının istifadəsində olduğu qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən bu ziddiyyətli məqama da aydınlıq gətirilməmişdir.

25. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməli, həmçinin, hazırkı Qərarın 31-35-ci bəndlərində şərh edilən hallar işin faktiki halları ilə birlikdə dəyərləndirilməklə, qeyd edilən hallara aydınlıq gətir ilməli, hüquqi mövqelər nəzərə alınmaqla, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. ç) Apellyasiya instansiya məhkəməsində ikinci icraat

26. Apellyasiya icraatı zamanı 7 iyul 2023-cü il tarixdə məhkəmə kollegiyası tərəfindən iş üzrə tərəflərin, o cümlədən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin mühəndisi İlqar Məmmədovun iştirakı ilə mübahisəli torpaq sahələrinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, tərəflərin paylı mülkiyyətində olan hər iki torpaq sahəsi ümumi istifadədə olan yolun alt hissəsində yerləşir və həmin torpaq sahələrinə ayrı-ayrılıqda gediş-gəliş yolları vardır, eləcə də hər iki torpaq sahəsinin üst hissəsindən su arxı keçmə klə hər iki sahənin ayrıayrılıqda suvarılması mümkündür. Həmçinin baxış zamanı müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi bütövlüklə Cavabdeh tərəfindən istifadə olunmaqla həmin sahədə mövsümə uyğun olaraq yonca, taxıl və sair əkilir.

27. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 fevral 2024-cü il tarixli 3-16-16/2-10/6791 nömrəli ekspert rəyinə əsasən Şəmkir rayonu, Qapanlı kəndi ərazisində yerləşən 2,3764 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üç tərəfdən qonşu torpaq sahələri ilə, bir tərəfdən yol ilə əhatə olunduğu nəzərə alınaraq həmin torpaq sahəsindən İddiaçı 1.11636 ha payının və Cavabdeh 1.26003 ha payının naturada iki hissəyə ayrılması məhkəmə tikinti-texniki ekspertizasının Həlli Metodlarına əsasən mümkündür. Torpaq sahəsinin bölgü sxemi rəyə əlavə olunmuş sxemdə ətraflı göstərilmişdir.

28. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh mübahisəli torpaq sahəsindən istifadə etmək üçün iddiaçının anası ilə razılığa gəlmişdir və İddiaçı da bundan xəbəri olmuş, həmçinin aralarında buna dair razılıq əldə edilmişdir. Hətta bunun müqabilində cavabdeh tərəfindən iddiaçıya pul da ödənilib. Torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilən hissəsi əvvəllər istifadəyə yararsız vəziyyətdə olmuşdur, cavabdeh torpaq sahəsini aldıqdan sonra xeyli xərc çəkərək həmin hissəni yararlı vəziyyətə salmışdır. Nümayəndə həmçinin bildirmişdir ki, alqı-satqı müqaviləsi əsasında nümayəndəsi olduğu şəxsə satılan tor paq sahəsi yararsız halda olub. Sonuncu torpaq sahəsinin həmin hissəsini yararlı hala gətirib, sonra isə həmin hissədən istifadə edib.

29. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, anası ailə üzvləri ilə birlikdə onların mülkiyyətinə verilmiş Şəmkir rayonu Qapanlı kəndində yerləşən torpaq sahəsinin özünə aid olan hissəsini Cavabdeh satmışdır. Torpaq sahəsinin cavabdehə satılan hissəsi əvvəllər onun istifadəsində olmuşdur. Cavabdehə torpaq sahəsinin bir hissəsi satılmışdır, lakin sonuncu torpaq sahəsinin onlara məxsus hissəsindən də istifadə edir. Bu səbəbdən torpaq sahəsinin özünə məxsus hissəsindən də istifadə edə bilmir. Cavabdeh imkan vermir ki, özlərinə məxsus torpaqdan istifadə etsinlər. Bundan başqa, Cavab deh torpaq sahəsinin ona məxsus olan hissəsindən istifadə üçün hər hansı pul vəsaiti verməmişdir. Cavabdeh ona bildirmişdir ki, texnikası və işçi qüvvəsi var, torpaq sahəsindən bütövlükdə, yəni onlara aid hissədən də istifadə etmək istəyir. Hətta cavabdeh bunun müqabiində ona pul ödəməyi də təklif etmiş, lakin hər hansı ödəniş etməmişdir. Cavabdeh torpaq sahəsində əkinçilik fəaliyyəti ilə məşğul olur və orada əsasən taxıl və qarğıdalı əkərək ildə iki dəfə məhsul götürür. Torpaq sahəsinin özünə məxsus hissəsindən payının naturada ayrılmasını xahiş etmişdir. İddiaçı həmçinin bildirmişdir ki, mübahisəli torpaq sahəsinin 1,11 ha hissəsini Cavabdeh istifadə edir. Mübahisəli torpaq sahəsindən alqı-satqıdan əvvəl o, sonra isə cavabdeh istifadə etmişdir.

30. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, hazırda paylı mülkiyyətində olan 1.11 ha mübahisəli torpaq sahəsini 1997-ci ildən 2014-cü ilə qədər istifadə etmiş və orada taxıl, yonca və.s əkmişdir. Torpaq sahəsi Cavabdeh satılan zaman əkinçilik üçün yararlı vəziyyətdə olmuşdur. Sədrlik edənin suallarına cavab olaraq iddiaçı bildirmişdir ki, 2014-cü ildən Cavabdeh onu torpaq sahəsinə buraxmır, hər dəfə müraciət edəndə torpaq sahəsini qaytaracağını bildirmiş, beləliklə də onu yubatmışdır. Cavabdeh torpaq sahəsi satılanda satılan hissənin yeri dəqiq müəyyən edilməmişdir. Torpaq sahəsindən istifadə qaydaları ilə bağlı aralarında razılaşma olmamışdır, çünki 2014-cü ildən, yəni torpaq sahəsinin bir hissəsi cavabdehə satıldıqdan sonra torpaq sahəsi bütövlükdə cavabdeh tərəfindən istifadə edilmişdir. Həmç inin bildirmişdir ki, Cavabdeh ona demişdir ki, torpaq sahəsindən bütövlükdə, yəni onlara aid hissədən də pul müqabilində istifadə etmək istəyir. O da, Cavabdeh təklifi ilə razılaşsa da, lakin o hər hansı ödəniş etməmişdir. Bundan sonra o, torpaq sahəsinin özünə aid hissəsindən istifadə etmək istəsə də, Məhərrəm ona imkan verməmişdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

31. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-102/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – İslam Həsənov (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və Afiq Hüseynzadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməs i dəyişdirilmədən saxlanılmışdır.

32. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, tərəflərin paylı mülkiyyətində olan torpaq sahəsi bütövlükdə Cavabdeh istifadəsində olmaqla onun tərəfindən əkilib becərilir. Bununla yanaşı müəyyən olunmuşdur ki, həmin torpaq sahəsinə ayrı-ayrılıqda gediş-gəliş yolları olmaqla, həm də torpaq sahələrinin ayrı-ayrılıqda suvarılması da mümkündür.

33. Həmçinin kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun olaraq məhkəmə kollegiyasının araşdırması zamanı mübahisəli torpaq sahəsinin 2014-cü ilin may ayına kimi, yəni mövcud alqı-satqıdan əvvəl əkinə yararlı olması və Cavabdehlə iddiaçı və onun anasının birgə mülkiyyətində olan Şəmkir rayonu Qapanlı kəndi ərazisində yerləşən 2.3764 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.26003 h a hissəsinin alqısatqısı aparılarkən əvvəlcədən tərəflər arasında torpaq sahəsini kimin hansı sərhədlər daxilində istifadə etməsi barədə razılaşmalarının mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, kollegiyanın iclasında İddiaçı izahatında “paylı mülkiyyətində olan 1.11 ha mübahisəli torpaq sahəsini 1997-ci ildən 2014-cü ilə qədər istifadə etdiyini və orada taxıl, yonca və sair əkdiyini, torpaq sahəsi Cavabdeh satılan zaman əkinçilik üçün yararlı vəziyyətdə olduğunu, torpaq sahəsindən istifadə qaydaları ilə bağlı aralarında razılaşma olmadığını, 2014-cü ildən, yəni torpaq sahəsinin bir hissəsi cavabdehə satıldıqdan sonra torpaq sahəsi bütövlükdə cavabdeh tərəfindən istifadə edildiyini, Cavabdeh pul müqabilində torpaq sahəsinin ona aid hisssəsindən də istifadə etməsi təklifi ilə razılaşdığ ını, lakin sonradan Cavabdeh pul vermədiyini və bundan sonra o, torpaq sahəsinin özünə aid hissəsindən istifadə etmək istəsə də, Cavabdeh ona imkan vermədiyini” bildirmişdir. Cavabdeh tərəf isə iddiaçının izahatında göstərdikləri ilə bağlı hər hansı arqument irəli sürməmişdir.

34. Şərh olunanları nəzərə almaqla məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisəsi gedən əmlakın ekspert rəyində göstərilən qaydada naturada ayrılmasını məqsədəmüvafiq hesab etməkdə haqlı olmuşdur və apellyasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Çünkü birincisi, birgə mülkiyyətin mülkiyyətçiləri olan tərəflər arasında əmlaka sahiblik və ondan istifadədə razılaşma olmadığı, mübahisəli torpaq sahəsindən iddiaçının istifadə etməsinə maneələr yaradıldığı, həmçinin tərəflərin pay larına uyğun torpaq sahəsinin naturada bölünmə barədə razılığa gələ bilmədikləri müəyyən edilmiş, bu baxımdan iddiaçı, öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etməkdə haqlı olmuşdur. İkincisi isə, apellyasiya şikayətində irəli sürülən dəlillər işin müəyyən olunmuş və faktiki halları ilə təkzib edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

35. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək apelyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən apellyasiya instansiyasında baxılması üçün qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

36. Kassasiya şikayəti əvvəlki kassasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Kassasiya şikayətinə qarş ı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

38. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

39. Maddə 144.5. Daşınmaz əmlaka mülkiyyət hüququ əmlakın fiziki cəhətdən bölünməsini nəzərdə tutmayan, lakin yaranacaq ümumi paylı mülkiyyətdə payların nisbətini faizlə müəyyənləşdirən bölünmə planı əsasında bölünə bilər. Mülkiyyətçi tərəfindən tərtib edilən belə böl ünmə planı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təsdiq edildikdən sonra mülkiyyətçinin bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır.

40. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

41. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.

42. Maddə

221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.

43. Maddə

223. Birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Ümumi əşya bölünərkən və ondan p ay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli qərarı

44. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

45. Maddə 14.

2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

49. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyə tli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

53. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv ed ilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin Kassasiya baxışının hədləri

54. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

55. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyində n məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

57. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

58. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya ş ikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 aprel 2024-cü il tarixli 2(104)-102/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar