Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3029/2019 30.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, iddiaçı x1nun və vəkili Əliyev Kamal Vəli oğlunun iştirakı ilə, iddiaçı x1nun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 avqust 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1492/2018 saylı, 08 may 2018-ci il tarixli qətnaməsi ilə də (hakim Ş.Abdullayev) iddiaçı x1nun cavabdehlər x2 və x3-yə qarşı ona məxsus gəmidə cavabdeh x3 tərəfindən aparılmış təmir işlərinin qanunsuz hesab edilməsi, gəminin təmirinə çəkilmiş xərclərin cavabdeh x3-yə aid edilməsi, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində əmlakından qanunsuz olaraq məhrum edildiyi üçün bir aya görə 30000 ABŞ dolları olmaqla, 15 il üçün 5.400.000 ABŞ dolları məbləğində maddi zərərin cavabdehlərdən tutularaq onun xeyrinə ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8313/2018 saylı, 08 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: S.Hacıyev, R.Eyvazov və F.Talışinski) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1492/2018 saylı, 08 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı x1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8313/2018 saylı, 08 avqust 2018-ci il tarixli q ətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 cavabdehlər x2 və x3-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus gəmidə cavabdeh x3 tərəfindən aparılmış təmir işlərinin qanunsuz hesab edilməsi, gəminin təmirinə çəkilmiş xərclərin cavabdeh x3-yə aid edilməsi, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində əmlakından qanunsuz olaraq məhrum edildiyi üçün bir aya görə 30000 ABŞ dolları olmaqla, 15 il üçün 5.400.000 ABŞ dolları məbləğində maddi zərərin cavabdehlərdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, 20.02.2003-cü ildə x4 adlı Rusiya vətəndaşından «Yuniy Moryak» adı daşıntı gəmisi almışdır. Gəmini aldıqdan sonra 3 ay ərzində gəmidəki nasazlıqları tam şəkildə aradan qaldırmaqla təmir etdirmişdir. Gəmini təmir etdirdikdən sonra Azərbaycana yola düşmüşdür. 24 iyul 2003-cü il tarixində gəmi ilə Bakı şəhərinə çatmışdır. Gəmi Hövsan qəsəbəsində yerləşən kiçik limanda lövbər saldıqdan sonra gömrük məntəqəsindən yoxlamadan keçirilmişdir, bir neçə gün sonra gəmiyə qayıdan zaman gəmini yerində görməmişdir. Uzun axtarışdan sonra məlum olmuşdur ki, ona məxsus gəmi qanunsuz olaraq Dövlət Dəniz Agentliyi (keçmiş Dövlət Dəniz administrasiyası) tərəfindən x3-yə verilmişdir. Mülkiyyətinin geri qaytarılması üçün Səbail rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Səbail rayon Məhkəməsinin 01.06.2012-ci il tarixli qətnaməsi ilə iddia tələbləri tam şəkildə təmin edilərək gəminin ona qaytarı lması barədə qətnamə çıxarılmışdır. Qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. Qətnamə icra mərhələsində olduğu zaman cavabdeh hansısa yolla apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddəti bərpa etməklə apellyasiya şikayəti vermiş və apellyasiya baxışı zamanı qarşılıqlı iddia ərizəsi verərək gəmini təmir etdiklərini iddia edərək ondan 400000 manat pul tələb etmişlər. Bakı Apellyasiya Məhkəməsi 27.11.2013-cü il tarixli qətnaməsi ilə onun birinci instansiya məhkəməsi tərəfindən təmin edilmiş bütün iddia tələblərini qüvvədə saxlamaqla gəminin təmiri üçün çəkilmiş 344388 manat vəsaitin ondan tutularaq hazırki iş üzrə cavabdehlərdən x3-yə ödənilməsi barədə qərar qəbul etmişdir. Həmin qətnamə AR Alix314-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Qeyd edir ki, nə apellyasiya məhkəməsində, nə də ki, kassasiya instansiya məhkəməsində mülki işin məhkəmə baxışı zamanı ona məxsus olan gəmidə aparılmış təmir işlərinin hansı hüquqi əsaslarla aparılması, təmirin qanuni və ya qanunsuz aparılması araşdırılmamış, həmin məsələyə hüquqi qiymət verilməmişdir. Halbuki cavabdehlər əlbir olaraq onu mülkiyyətindən məhrum etmiş, ona məxsus gəmini qanunsuz yolla ələ keçirərək uzun müddət qanunsuz istifadə etməklə yararlanmış və külli miqdarda gəlir əldə etmişlər. Qeyd etməyi vacib hesab edir ki, gəmi cavabdehlərdə olduğu müddət ərzində onun təmir edilib-edilməməsi barədə ona heç bir məlumat verilməmişdir. Göstərdiyi kimi o gəmini aldıqdan sonra üç ay ərzində gəmini əsaslı təmir etdirmişdir. Cavabdehlər ona məxsus əmlakı onun xəbəri olmadan təmir etmişlərs ə belə, bu tamamilə qanunsuzdur. Çünki gəminin təmiri ilə əlaqədar onunla cavabdeh x3 arasında hə hansı bir razılaşma və ya müqavilə olmamışdır. Qanux3 əsasən onunla x3 arasında müqavilə olmadığına görə onun onun üzərinə hər hansı bir öhdəliyin qoyulması qanunsuzdur. Ona görə də gəmidə aparılmış təmir işləri və təmir xərclərinin ona aid edilməsi qanunsuz və əsassızdır, absurtdur. Eyni zamanda qeyd edir ki, Səbail rayon Məhkəməsinin 2(009)-950/2012 saylı mülki iş üzrə 01.06.2012-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin 27.11.2013-cü il tarixli qətnamələri və AR Ali Məhkəməsinin 03.06.2014-cü il tarixli qərarı ilə sübut edilmişdir ki, ona məxsus gəmi keçmiş Dövlət Dəniz Administrasiyası tərəfındən sənədlərin saxtalaşdırılması yolu ilə x3-nin mülkiyyətinə verilmişdir. Belə ki, cavabdehlər sənədləri sax3013-cü il tarixli 018/2003 saylı alqı-satqı müqaviləsi hazırlamışlar. Həmin saxta alqı-satqı müqaviləsi əsasında keçmiş Dövlət Dəniz Administrasiyası tərəfındən x3-nin adına 30 iyul 2013-cü il tarixli, DGR-0169 qeydiyyat nömrəlx3ququ haqqında» şəhadətnamə verilmişdir. Həmçinin həmin qanunsuz şəhadətnamə əsasında da ona məxsus gəmiyə x3-nin adına «Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzx3amə verilmişdir. Beləliklə məhz Dövlət Dəniz Administrasiyasının qanunsuz hərəkətləri onun əmlakından məhrum olunmasına, bununla da külli miqdarda maddi və mənəvi ziyana uğramasına bir başa şərait yaratmış və bilavasitə səbəb olmuşdur. Cavabdehlərin qanunsuz və cinayətkar əməlləri nəticəsində 15 ildən artıqdır ki, mülkiyyətindən məhrum edilmiş və bununla da qeyd etdiyi kimi ona xü susilə külli miqdarda maddi zərər dəymişdir. Ona məxsus olan «Yunıy Morək» adlı gəminin icarə haqqının orta bazar qiyməti bir ay üç təxminən 30000 ABŞ dolları civarındadır. Cavabdehlər ona məxsus gəmini qanunsuz olaraq istifadə etməklə 15 il ərzində 5.400.000 ABŞ dolları həcmində gəlir əldə etmişlər. Cavabdehlərin bu qanunsuz hərəkətləri nəticəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan mülkiyyət və sahibkarlıq hüququ kobud şəkildə pozulmuşdur. Birinci instansiya məhkəməsi baxışı zamanı Səbail rayon Məhkəməsinin 19.04.2018-ci il tarixli qərardadı ilə cavabdeh Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi əsl cavabdeh Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası ilə əvəz edilmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı, hə mçinin Səbail rayon Məhkəməsinin 08.05.2018-ci il tarixli qərardadı ilə iddia tələbi iddiaçı x1nun cavabdehlər x2 və x3-yə qarşı iddiaçıya məxsus gəmidə cavabdeh x3 təmir işlərinin qanunsuz hesab edilməsi və gəminin təmirinə çəkilmiş xərclərin cavabdeh x3-yə aid edilməsi hissəsində işin icraatına xitam verilmişdir. İşx3lən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı x1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8313/2018 saylı, 08 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Pr osesiştirakçılarının izahatları: İddiaçı x1 və vəkili Əliyev Kamal Vəli oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçını və vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 noyabr 2013-cü il tarixli qətnaməsi ilə Səbail Rayon Məhkəməsinin 01 iyun 2013-cü il tarixli qətnaməsi ləğv edilərə k və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı x1nun cavabdeh x3-yə qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və x3 iddiası təmin edilmiş, x1 ilə x3 arasında “Yunnıy Moryak” adlı (hazırki adı: “Ramin”) daşıntı gəx309.01.2003-cü il tarixli “Alğı-satqı müqaviləsi” etibarsız hesab edilməsi, qeyd edilən 09.01.2003-cü il tarixli “Alğı-satqı müqaviləsi” əsasında iş üzrə üçüncü şəxs olan Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası tərəfindən mübahisəli gəmiyə dair x3-nin adına verilmiş 30.07.2003-cü il tarixli “Gəmiyə mülkiyyət hx3namə” etibarsız hesab edilməsi, mübahisəli gəmiyə dair iddiaçı x1nun adına “Gəmiyə mülkiyyət hüququ haqqında şəhadətnamənin” və “Azərbaycan Respublikasının Dövlət Bayrağı altında üzmək haqqında şəhadətnamənin” verilməsi vəzifəsi Azərbaycan R espublikasının Dövlət Dəniz Administrasiyasının üzərinə qoyulması, mübahisəli gəmi cavabdeh x3-dən alınaraq iddiaçıya verilməsi qət edimiş, cavabdeh x3 qarşı “mübahisəli gəminin təmiri və bərpasına çəkilmişx3ənilməsi tələbi barədə” iddiası qismən təmin edilərək x1ndan 344.388 (üç yüz qırx dörd min üç yüz səksən səkkiz) manat məbləğində pul alınaraq x3-yə ödənilməsi qət edilmiş, qalan hissədə qarşılıqlı iddia təmin x3 2 və 3-cü bəndləri ilə həyata keçirilməli olan icra hərəkətləri eyni vaxtda icra edilməsi, iş üzrə keçirilmiş ekspertizaların xərcləri x3-yə aid edilmiş və bu məqsədlə həmin ASC-dən cəmi (147+200=) 347x3anat məbləğində pul tutularaq dövlət nəfinə ödənilməsi, iş üzrə ödənilmiş dövlət rüsumları onları ödəmiş şəxslərin özlərinə aid edilməsi qət edilmişdir; Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 03 iyun 2014-cü il tarixli qərarı ilə x1nun kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 27 noyabr 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçının «Yunnıy Moryak» (hazırki adı Ramin) adlı gəmi üzərində mülkiyyət hüquqları tanınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqu qunu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi, iddia tələbinin hüquqi əsasını cavabdehin hərəkətləri nəticəsində iddiaçının mülkiyyətində olan gəmini icarəyə verərək, əldə edə biləcəyi icarə haqqından ibarət əldən çıxmış fayda təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı əldən çıxmış fayda qismində həmin gəmini icarəyə verəcəyinə istinad etsə də bunu təsdiq edən hər hansı sübuta (ona dair bağlanmış müqaviləyə və yaxud həmin icarənuin həyata keçirilməsi ilə bağlı danışıqların aparılmasına və s.) əsaslanmamışdır. Odur ki, kollegiya hesab edir ki, hər hansı sübut la təsdiq edilməyən tələbin ehtimala əsaslanmaqla təmin edilməsi Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbləri baxımından yolverilməzdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı x1nun cavabdeh x3-yə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və x3 iddiası üzrə işə apellyasiya qaydasında baxılarkən x3 x1 qarşı “mübahisəli gəminin təmiri və bərpasına çəkilmx3ödənilməsi tələbi”nə dair qarşılıqlı iddiasında ASC qeyd etmişdir ki, o, istismara yarasız olan gəmini istismara yaralı vəziyyətə gətirmişdir ki, bunu üçün 400.000 manat məbləğində vəsait xərclənmişdir. Odur ki, əgər gəmi ASC-dən alınaraq iddiaçıya təhvil veriləcəksə, onda iddiaçı, gəmiyə çəkdiyi xərcin əvəzini ASC-yə ödəməlidir. Həmin qarşılıqlı etiraz edən x1 etirazını onunla əsaslandırmışdır ki, mübahisəli g əmi üzərində ASC-nin mülkiyyət hüququnun “xxxx” əsası etibarsız olduğundan ASC-nin gəmiyə çəkdiyi hər hansı bir xərcin hüquqi əsası yoxdur. Belə olan halda, iddiaçı, ASC tərəfindən gəmiyə çəkilmiş xərcin əvəzini ödəməli deyil – qarşılıqlı iddia əsassızıdır. Həmin işin araşdırılmış hallarından müəyyən edilir ki, cavabdeh ASC, mübahisəli gəmi onun sərəncam və istifadəsində olduğu müddətdə gəmidə yenidənqurma, təmir bərpa işləri aparmışdır. Həmçinin müəyyən edilmişdir ki, x1 özünün bildirdiyinə görə, mübahisəli gəmi 2003-cü ilin ortalarından hazıra kimi cavabdeh ASC-nin istifadəsindədir. İş materiallarından müəyyən edilir ki, iddiaçı, gəminin geri alınması barədə iddianı 2010-cu ili yanvar ayında Rayon Məhkəməsinə təqdim etmişdir. Göründüyü kimi gəmi iddia ərizəsi məhkəməyə verilənə qədər təx minən 7 il ərzində ASC-nin sərəncam və istifadəsində olmuş və həmin müddət ərzində iddiaçı bunu mübahisələndirməmişdir. Həmçinin qeyd edilməlidir ki, iddiaçı gəminin təmir xərclərinin ondan tutulmasının qanunsuzluğu ilə bağlı məsələ hazırki iş üzrə preyudisal əhəmiyyətə malik qanuni qüvvəsini almış məhkəmə aktı ilə araşdırılaraq qət edildiyindən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, həmin halların təkrarən araşdırılması yolverilməzdir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x1nun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3029/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3029/2019
30.05.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver