Məhkəmə qərarları › İş №2(102)-3030/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3030/2019

24.04.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3030/2019 24.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.11.2018-ci il tarixli 2(102)11262/2018 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 20 aprel 2017-ci il tarixli qətnaməsi ilə (hakim R.N.Quliyev, iş № 2(005)-2093/2017) İddiaçı-nin cavabdeh “xxxx” MMC-yə, maraqlı şəxslər Xətai rayon İcra Şöbəsinə və X1 qarşı h ərracın nəticələrinə dair yekun protokolun təsdiqlənməsi və alqı-satqı müqaviləsinin bağlanmasını cavabdehə həvalə edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: S.F.Hacıyev, R.Ə.Eyvazov və F.Ş.Talışinski, iş № 2(103)1424/2018) bankın apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 20 aprel 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 avqust 2018-ci il tarixli qərarı ilə (hakimlər: V.Ə.İbayev, Ə.Ə.Əliyev və M.T.Əhmədova, iş № 2(102)5985/2018) bankın kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 mart 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. İşə təkrar baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: N.Ş.Cəfərov, Ş.A.Məmmədova və V.T.Həsənov) apellyasiya şikayəti qismən təmin edilərək Nərimanov rayon məhkəməsinin 20 aprel 2017ci il tarixli qətnaməsi ləğv edilmiş, iddianın rədd olunmasına dair qətnamə qəbul edilmişdir. İşin halları: Bakı şəhəri Xətai rayon məhkəməsinin 17 yanvar 2013-cü il tarixli qətnaməsi ilə bankın iddiası təmin edilərək cavabdeh X4 oğlundan kreditin tutulması və tutmanın cavabdeh X1 məxsus bağ evinə yönəldilməsi qət edilmşidir. Qətnamənin icrası ilə əlaqədar əmlak hərraca çıxarılmış və icra məmurunun 29 sentyabr 2016-cı il tarixli qərarı ilə bağ evinin satılmaması, bankın i sə evi borcun əvəzi kimi qəbul etməsindən imtina etməsi əsas göstərilməklə icra vərəqəsi geri qaytarılmışdır. Bank ipoteka predmeti olan bağ evindən imtina etməməsini əsas göstərməklə 2017-ci ilin fevral ayında iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və hərracın nəticələrinə dair protokolun təsdiq edilmiş və alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. M əhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh və maraqlı şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edil məsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən icra məmurunun qərarı ilə icra sənədinin geri qaytarılmasını və həmin qərarın iddiaçı tərəfindən mübahisələndirilməməklə qüvvədə olmasını və belə vəziyyətdə yekun protokolunun təsdiq edilməsi, alqı-satqı müqaviləsinin isə bağlanmış hesab edilməsi barədə qanuni əsasların olmamasını əsas göstərmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məh kəməyə şikayət verə bilərlər. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməklə çıxarıldığından dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 14 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar