Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3031/2020 22.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili Nümayəndə4, iddiaçının nümayəndəsi Qanuni nümayəndə, vəkili X1 və cavabdehlərdən Cavabdeh4 vəkili Nümayəndə3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən “xxxx” ASC-nin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(007)-10 3/2019, hakim M.Q.Sadıqov) İddiaçı1 MMC-nin və İddiaçı2 cavabdehlər “xxxx” MMC, Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsi, Cavabdeh2 ASC, Cavabdeh4, Bakı şəhəri 12 saylı notariat kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri 1 saylı Ərazi İdarəsinə qarşı iddiası təmin edilmiş, İddiaçı1 MMC-nin mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasının və İddiaçı2 mülkiyyətində olmuş ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (4 nömrəli mağazanın 4/3 nömrəli filialı) qiymətləndirilməsinə dair “xxxx” MMC-nin xx xxxxxx 2015-ci il tarixli 680 və 680/1 nömrəli hesabatlarının ləğv edilməsi, həmin əmlaklarla bağlı keçirilmiş hərrac və hərracın yekunları barədə protokoll arın, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (4 nömrəli mağazanın 4/3 nömrəli filialı) Cavabdeh2 ASC tərəfindən Cavabdeh4 satılmasına dair xx xxx 2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsindəki 23/1 nömrəli, 2 mərtəbəli qeyri-yaşayış binasının Cavabdeh2 ASC-nin adına, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (4 nömrəli mağazanın 4/3 nömrəli filialı) Cavabdeh4 adına mülkiyyət hüququ üzrə qeydə alınmasına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasının hərracda İddiaçı1 satış qiymətinin 3.934,176 manat məbləğində, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (4 nömrəli mağazanın 4/3 nömrəli filialı) hərracda İ ddiaçı1 satış qiymətinin 274.674 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-9740/2019, hakimlər R.Ə.Qurbanov, E.Q.Nəbiyev və A.Ə.Hüseyn) Cavabdeh2 ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh4 apellyasiya şikayəti təmin edilmiş, qətnamə qismən, ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsinə (4 nömrəli mağazanın 4/3 nömrəli filialı) aid hissədə ləğv edilmiş, həmin hissədə iddia rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən “xxxx” ASC verdiyi kassasiya şikayətində qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin hal ları: ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış binası İddiaçı1 MMC-nin, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi isə (4 nömrəli mağazanın 4/3 nömrəli filialı) İddiaçı2 mülkiyyətində olmuşdur. Həmin əmlaklar İddiaçı1 MMC-nin “xxxx” ASC qarşısında öhdəliklərinin təminatı kimi bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, “xxxx” ASC-nin tələbi əsasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2010-cu il tarixli qətnaməsi ilə həmin əmlaklara tutma yönəldilmiş, qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İcra və probasiya şöbəsinin xx xxxxxxxx 2015-ci il tarixli sifariş məktubuna əsasında “xxxx” MMC tərəfindən həmin əmlaklara baxış keçirilmiş və xx xxxxxx 2015-ci il tarixli qiymətləndirmə rəylərinə əsasən, ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış binası 1.870.000, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi isə 200.000 manat məbləğində qiymətləndirilmişdir. Həmin əmlaklar açıq hərracdan Cavabdeh2 ASC tərəfindən əldə edilmiş və sonuncunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. xx xxx 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 ASC ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsini Cavabdeh4 200.000 manata satmışdır. İddiaçı1 MMC və İddiaçı2 xx xxxxxx 2017-ci il tarixdə “xxxx” MMC, Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsi, Cavabdeh2 ASC, Cavabdeh4, Bakı şəhəri 12 saylı notariat kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri 1 saylı Ərazi İdarəsinə qarşı xx xxxxxx 2015-ci il tarixli qiymət ləndirmə hesabatlarının, hərracın, hərracın yekunlarına dair protokolun və əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, əmlaklara dair verilmiş reyestrdən çıxarışların ləğv edilməsi, əmlakların hərracda İddiaçı1 satış qiymətlərinin məhkəmə tərəfindən müəyyən edilməsi tələblərinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən alınmış xx xxxxxx 2019-cu il tarixli qiymətləndirmə rəyində ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasının 2015-2017-ci illər üçün bazar dəyəri 3.580.000, 2019-cu il üçün bazar dəyəri 3.870.000 manat təşkil etdiyi göstərilmişdir. Mütəxəssis tərəfindən əmlakın qiymətləndirilməsi zamanı əmlakın yerləşdiyi ərazi, qiymətə təsir edəcək digər amillər nəzərə alınmamışdır. Çünki, həmin qeyri-yaşayış binasının ikinci mərtəbəsində dövlət mülkiyyətində olan “Uşaq Musiqi Məktəbi” yerləşir. Sözügedən əmlakın daxilində dövlət mülkiyyətində olan məktəbin mövcudluğu və fəaliyyəti, əmlakın vahid bir əmlak olaraq qiymətləndirilməsinə və onun bazar qiymətinə təsir edəcək əsaslardır. Bundan başqa, həmin əmlakın daxilində olan 264 kv.m sahə İddiaçı1 MMC-nin mülkiyyətindədir ki, həmin sahə ümumiyyətlə ipoteka predmeti olmamışdır və hazırda da MMC-nin mülkiyyətində olan sahə həmin əmlakın ayrılmaz tərkib hissəsi olmaqla, faktiki olaraq bölgüsü qeyri-mümkündür. Q eyd edilən hallar apellyasiya məhkəməsi tərəfindən nəzərə alınmamış, iş tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi “birinci instansiya məhkəməsinin qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılması” hissəsində ləğv edilməklə iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiy a instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını iddiaçılara məxsus olmaqla borc öhdəliklərinin təminatı kimi ipoteka ilə yüklü edilmiş və məhkəmə qətnaməsi əsasında tutma yönəldilmiş qeyri-yaşayış sahələrinin düzgün qiymətləndirilmədiyinə, qiymətləndirilmə barədə rəylərin, həmin rəylər əsasında keçirilmiş hərrac və onun hüquqi nəticələrinin etibarsız hesab edilməklə əmlakların yenidən qiymətləndirilməsi təşkil edir. İddianın rədd edilməsi hissəsində apellyasiya məhkəməsinin qətnaməsi mübahisələndirilmir. Mübahisələndirilən x x xxxxxx 2015-ci il tarixli qiymətləndirmə rəylərində ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasının bazar dəyəri 1.870.000, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyəri isə 200.000 manat müəyyən edilmişdir. İddiaçılar həmin satış qiymətləri ilə razılaşmayaraq bildirmişlərr ki, hər iki əmlaka qoyulmuş qiymətlər onların real bazar dəyərini əks etdirməməklə, qiymətləndirmə formal aparılmışdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak, qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 8-ci maddəsinə əsasən, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mü bahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş müstəqil qiymətləndiricinin xx xxxx 2018-ci il tarixli rəyləri ilə ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasının bazar dəyəri həmin tairxə 3.934.176 manat, ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsinin bazar dəyəri isə 274.674 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi həmin rəylərə əsaslanaraq xx xxxxxx 2015-ci il tarixli əmlakların qiymətləndirilməsi barədə hesabatın və onun hüquqi nəticələrinin etibarsız hesab edilməklə, ünvan 1 ünvanında yerlə şən 2 mərtəbəli qeyri-yaşayış binasının hərracda İddiaçı1 satış qiymətinin 3.934,176 manat məbləğində, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (4 nömrəli mağazanın 4/3 nömrəli filialı) hərracda İddiaçı1 satış qiymətinin 274.674 manat məbləğində müəyyən edilməsini qət etmişdir. Cavabdehlər həmin qətnaməni apellyasiya qaydasında mübahisələndirmişlər. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsi ilə əmlakların qiymətlərinin müəyyən edilməsi hissəsində qismən razılaşmayaraq hesab etmişdir ki, məhkəmənin istinad etdiyi rəylərdə əmlakların qiyməti rəylərin verildiyi tarixlərə uyğun olaraq müəyyən edilmişdir, halbuki, mübahisəli əmlaklar bundan təxminən 3 il əvvəl qiymətləndirilmişdir. Məhkəmə əmlakların mübahisələndirilən hesabatların xx xxxxxx 2015ci il tarixə olan qiymətlərini müəyyən etməli olduğu halda, bundan 3 il sonrakı tarixə olan bazar qiymətlərini müəyyən etmişdir. Bu baxımdan apellyasiya məhkəməsi əmlakların həmin dövr üçün bazar qiymətlərinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə tikinti-texnika ekspertizası təyin etmişdir. İş üzrə alınmış xx xxxxxx 2019-cu il tarixli ekspert rəyi ilə ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasının 2015-2017-ci illər üçün bazar dəyəri 3.580.000 manat, 2019-cu il üçün 3.870.000 manat; ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsinin (4 nömrəli mağazanın 4/3 nömrəli filialı) 2015-2017-ci illər üçün bazar dəyəri 220.000 manat, 2019-cu il üçün 245.000 manat müəyyən edilmişdir. Apellyasiya məhkəməsi məhz həmin qiymətləndirmə rəyinə istinad etməklə İddiaçı2 mülkiyyətində olmuş qeyri-yaşay ış sahəsinə aid hissədə qətnaməni ləğv edərək həmin hissədə iddianı rədd etmişdir. İddiaçı1 MMC-nin mülkiyyətində olmuş qeyri-yaşayış sahəsinə aid hissədə apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisələndirilən hesabatda ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasının qiyməti 1.870.000 manat müəyyən edildiyi halda, iş üzrə alınmış xx xxxxxx 2019-cu il tarixli ekspert rəyində həmin əmlakın qiyməti 3.580.000 manat müəyyən edildiyindən, bununla da həmin əmlakın dəyərinin aşağı məbləğdə qiymətləndirilməsi öz təsdiqini tapdığından, həmin əmlaka münasibətdə hesabat etibarsızdır. Yuxarıda qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi tərəfindən hımin əmlakın qiyməti ******* manat müəyyən edilməsi əsası ilə hərrac etibarsız hesab edilməklə həmin qiym ət İddiaçı1 satış qiyməti kimi müəyyən edilmişdir. Lakin, apellyasiya məhkəməsi həmin əmlakın qiymətinin birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilməməsi nəticəsinə gəlməklə əmlakın qiymətini ******* manat müəyyən etsə də, həmin əmlaka dair hissədə qətnaməni dəyişdirilmədən saxlamaqla ziddiyyətli nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 392-ci maddəsi ilə apellyasiya məhkəməsinin qətnaməsinin məzmunu müəyyən edilmişdir. Deməli, birinci instansiya məhkəməsinin qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılması hissəsində apellyasiya məhkəməsinin qətnaməsinin nəticə hissəsi əsaslandırıcı hissəsinə müvafiq olmadığından həmin hissədə qətnamə ləğv ed ilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətində qiymətləndirilmənin düzgün aparılmaması barədə irəli sürülmüş dəlillərin mahiyyətinə toxunmayaraq qeyd edir ki, həmin dəlillərə yeni apellyasiya baxışı zamanı hüquqi qiymət verilməlidir. Beləliklə, kassasiya şikayəti təmin edilməli, qətnamə “birinci instansiya məhkəməsinin qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılması” hissəsində ləğv edilməklə, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi “birinci in stansiya məhkəməsinin qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılması” hissəsində ləğv edilsin, iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3031/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3031/2020
22.07.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver