Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3033/2019 03.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı, cavabdehin vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh X Cavabdeh X qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19 sentyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 02 iyul 20 18-ci il tarixli qətnaməsi ilə (hakim S.Səlimova) İddiaçı cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdehndən vurulmuş maddi ziyana görə 7311 manat, mənəvi ziyana görə 3000 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 10341 manat pulun İddiaçı unun xeyrinə tutulması qət edilmiş, iddia ərizəsi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Vəliyev, hakimlər X.Mərdanova və E.Həsənov) Xətai rayon Məhkəməsinin 02 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya i nstansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19 sentyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cavabdeh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşd ırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19 sentyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, X6 məxsus fərdi yaşayış evində qaz sızması nəticəsində 05.11.2016-cı il tarixdə partlayış baş vermişdir. Partlayış nəticəsində həmin evdə kirayədə yaşayan İddiaçı, başının tüklü hissəsinin, üz nahiyyəsinin, burnunun, qulağının, üst və alt dodağının, boyununun ön səthinin, döş qəfəsinin arxa səthinin, hər iki saidin və hər iki əlin II-III dərəcəli termiki yanıqları ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almışdır. İddiaçı hadisə nəticəsində ona əmtəə üzrə 7133 manat maddi ziyan dəydiyini, bundan başqa o, hadisə nəticəsində bədənində əmələ gəlmiş yanıq xəsarətlərinin müalicəsi üçün 10000 manat vəsait sərf etdiyini, uzun müddət davamlı müalicə alması, bundan sonra müalicələrin davam etməsi onun mənəvi sıxıntı keçirməyinə səbəb olduğunu, hadisə nəticəsində aldığı xəsarətlərə görə işləyə bilmədiyini göstərərək Cavabdeh əmlakına dəyən ziyana görə 7133 manat, müalicə xərcləri üçün sərf etdiyi 10000 manat, mənəvi zərərə görə 10000 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 27163 manatın onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir Şəmkir Rayon Məhkəməsinin 16.01.2018-ci il tarixli hökmü ilə X1 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən ona l il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifələr tutmaq hüququndan məhrum edilməklə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, zərərçəkmiş şəxslər İddiaçı və X6 maddi ziyan tələbləri barədə mülki iddia ilə məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Hökmlə müəyyən olunmuşdur ki, X1 Cavabdeh X10 İstismar İdarəsinin rəisinin 01.06.2016-cı il tarixli ə mri ilə İdarənin Şəmkir rayonu üzrə Təmir-bərpa xidmətinin rəisi vəzifəsinə təyin edilərək vəzifəli şəxs olmaqla işlədiyi dövrdə işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyib Cavabdeh X10 İstismar İdarəsinin rəisi tərəfindən 01.05.2015-ci il tarixdə təsdiq edilmiş vəzifə təlimatına əsasən üzərinə iş yerlərinin (obyektlərin) texniki vəziyyətinə nəzarət etmək, texniki-təşkilat tədbirlər planında nəzərdə tutulmuş işləri vaxtında və keyfiyyətlə yerinə yetirmək, texniki sənədlərin hazırlanmasında, texniki tədbirlərin görülməsində iştirak etmək və nəzarət etmək vəzifəsi qoyulmuş şəxs olduğu halda 26.06.1987-ci il tarixdə təsdiq edilmiş Qaz təsərrüfatında təhlükəsizlik qaydalarının 9.30-cu bəndinə əsasən yeraltı qaz kəmərləri xətlərini nəzərdən keçirməkl ə yoxlayan zaman qaz qurğularında və qaz kəmərlərində hər iki tərəfə 15 metrədək məsafədə yerləşən başqa kommunikasiyaların, binaların zirzəmilərində və sair qazın olub-olmaması yoxlanılmalı, yeraltı qaz kəmərləri xətlərini yoxlamaq üçün müəyyən nömrəli olan marşrut kartları tərtib olunmalı və bunlar yoxlayıcı şəxslərə verilməlidir. Hər bir marşrut kartında qaz kəməri xəttinin sxemi və uzunluğu həmçinin kəmərdən hər iki tərəfə 15 metr radiusda yerləşən bütün yeraltı kommunikasiyaların quyuları və binaların zirzəmiləri göstərilməlidir və Qazdan istifadə qaydalarının 3.1.-Qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı aşağıdakı vəzifələri yerinə yetirməlidir: bənd 3.1.3 qazpaylayıyıcı şəbəkənin etibarlılığının və təhlükəsizliyi nin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işləri vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır, bəndlərinin tələblərini kobud surətdə pozaraq, öz vəzifə təlimatının tələbinə zidd olaraq texniki təşkilati tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini, o cümlədən vəzifə təlimatına uyğun olaraq xidməti ərazisində olan bütün yerüstü və yeraltı, orta və aşağı təzyiqli xarici qaz kəmərləri, qaz tənzimləyici qurğuları və qaz siyirtmələri haqqında məlumatların dəqiq hazırlanmasını təşkil etməmiş, Şəmkir-rayon Təmir-bərpa Xidməti ərazisində 2016-cı il ərzində texniki baxış keçirilməsi nəzərdə tutulan yerüstü qaz kəmərlərinin siyahısının hazırlanmasında iştirak etməmiş və nəzarət aparmamış, Şəmkir rayonu Düzqışlaq kəndində yerləşən X6 məxsus fərdi yaşa yış evinin yaxınlığından keçən diametri 32 mm-lik polad qaz borcu xəttini və həmin qaz xəttindən budaqlanma verilməklə üzbəüz yerləşən fərdi yaşayış evinin qaz sayğacına yeraltı çəkilmiş 20 mm-lik polad borudan olan qaz xəttinin Şəmkirrayon Təmir-bərpa Xidməti ərazisində 2016-cı il ərzində texniki baxış keçirilməsi nəzərdə tutulan yerüstü qaz kəmərlərinin siyahısına və hər hansı bir qrafikə salınmasını təmin etmədiyi üçün Cavabdeh ilə X arasında 27.07.2016-cı il tarixdə bağlanmış SOCAR **********00111777x00005 saylı müqaviləyə, həmçinin həmin müqaviləyə əlavə olaraq fəaliyyət sərhədlərinin müəyyən edilməsi üzrə Razılaşma protokoluna əsasən qeyd olunan qaz xətlərinə X tərəfindən müvafiq texniki baxış keçirilməmiş, hadisənin baş verməsinə texniki səbəb olmuş təhlükəli şəraitin qarşısının alı nması üçün normativ aktların tələblərinə uyğun olaraq tədbirlərin görülməsi təmin edilmədiyindən diametri 20 mm olan polad qaz borusunun üzərində korroziyadan əmələ gəlmiş dəliklərdən sızan təbii qaz X6 məxsus fərdi yaşayış evinin kürsü hissəsinə dolmuş və əmələ gəlmiş partlayış konsentrasiyalı qaz hava qarışığı 05.11.2016-cı il tarixdə saat 17 radələrində həmin evdə yaşayan İddiaçı otağın divarında quraşdırılmış elektrik açarını qoşaraq işığı yandırması ilə yaranmış qığılcımın təsirindən alışaraq baş vermiş partlayış, yüksək hərarətin-alovun təsirindən İddiaçı başın tüklü hissəsinin, üz nahiyəsinin, burunun, qulağın, üst və alt dodağın, boyunun ön səthinin, döş qəfəsinin arxa səthinin, hər iki saidin və hər iki əlin İİ-İİİ dərəcəli termiki yanıqları ilə nəticələnən həyat üçün təhlükəli ol an sağlamlığa ağır zərər vuran xəsarətlər almış, X6 tikinti üzrə 60265 manat, əmtəə üzrə 36173 manat olmaqla cəmi 96438 manat, İddiaçı əmtəə üzrə 7133 manat olmaqla ümumilikdə 103571 manat ziyan dəymişdir. Bundan sonra Şəmkir Rayon Məhkəməsinin 06.10.2017-ci il tarixli hökmü ilə X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 1 il müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, zərərçəkmiş şəxslər İddiaçı və X6 maddi ziyan tələbləri barədə mülki iddia ilə məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08.05.2018-ci il tarixli rəyinə əsasən 05.11.2016-cı il tarixdə X6 məxsus fərdi yaşayış evində baş vermiş partlayış nəticəsində əmtəə üzrə pərakəndə satışda mövcud olan analoji mallar üzrə təqdim edilmiş məlumatlara əsasən dəymiş ziyanın məbləği köhnəlmə faizi nəzərə alınmaqla, nəzəri hesablama yolu ilə təxminən İddiaçı 7133,00 manat, X6 dəymiş ziyan 36173,00 manat ola bilər. Azərbaycan Respublikası MM-nin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1099.1.-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2.-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. İşin göstərilə hallarına əsasən apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Cavabdeh işçilərinin törətdiyi cinayət əməli nəticəsində iddiaçıya dəyən maddi ziyanın 7311 manat olması öz təsdiqini tapdığından, iddiaçı müalicəsi ilə bağlı xərclər çəkməsinə dair sübutlarını məhkəməyə təqdim edə bilmədiyindən iddiaçının vurulan ziyana görə 7311 manat tələbi əsaslıdır. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi iddiaçının cavabdehə qarşı mənəvi ziyan tələbi ilə bağlı qeyd etmişdir ki, Cavabdeh işçilərinin törətdiyi cinayət əməli nəticəsində ailəsinin yeganə qazanc gətirəni, himayəsində iki azyaşlı uşağı olan, ağır dərəcəli bədən xəsarətləri alaraq uzun müddətə öz sağlamlığını və əmək qabiliyyətini itirməklə İ qrup əlil olan, əmlaklarına ziyan dəyən iddiaçının mənəvi iztirablar, sarsıntılar keçirməsi istisna etmədiyindən iddia tələbləri bu hissədə də əsaslıdır. Ona görə də apellyasiya instansiyası məhkəməsi düzgün olaraq mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin dərəcəsini, bunun nəticəsində iddiaçının keçirdiyi sarsıntıların xarakterini və ağırlığını, cavabdehin işçilərinin törətdiyi cinayət əməlinin subyektiv cəhətini, yəni cinayət əməlinin ehtiyatsızlıqdan törətməsini nəzərə alıb, cavabdehdən iddiaçının xeyrinə 3000 manatın tutulmasını ağlabatan və ədalətli məbləğ hesab edib iddiaçının mənəvi ziyanla bağlı tələbinin bu hissədə təmin edilməsi, mənəvi ziyanla bağlı tələbin qalan hissədə təmin edilməməsi qənaətinə gəlmişdir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və cavabdeh kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3033/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3033/2019
03.05.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver