Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3034/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh6 qarşı, iddiaçı Cavabdeh4 cavabdehlər Cavabdeh7, Cavabdeh9, Cavabdeh8, İddiaçı, Bakı şəhəri 50 saylı Notariat Ofisi və Bakı şəhəri 27 saylı Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:mənzildən çıxarılma, mülkiyyətin müdafiəsi, əqdin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), X3 və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh6 qarşı “mənzildən çıxarılma” və iddiaçı Cavabdeh4 cavabdeh lər Cavabdeh7, Cavabdeh9, Cavabdeh8, İddiaçı, Bakı şəhəri 50 saylı Notariat ofisi və Bakı şəhəri 27 saylı Notariat ofisinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-188/2024 nömrəli, 8 may 2024-cü il tarixli qətnaməsindən cavabdeh (iddiaçı) Cavabdeh4 kassasiya şikayətinə 11 sentyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi, ev 45, 49 nömrəli mənzilə (bundan sonra “mübahisəli mənzil”) Cavabdeh5 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır.
2. Cavabdeh4 xx.xx.2021-ci il tarixli ərizə ilə əri Cav abdeh5 məxsus olan birgə nikah dövründə əldə edilmiş mübahisəli mənzilin satılmasına və istənilən banka ipotekaya qoyulmasına etiraz etmədiyini bildirmiş, həmin əmlak satıldıqda onu qeyd-şərtsiz tərk etməyi (boşaltmağı) və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür.
3. Cavabdeh4 xx.xx.2021-ci il tarixli digər ərizəyə əsasən birgə nikah dövründə əldə edilmiş, əri Cavabdeh5 məxsus olan həmin mənzilin satılmasına etiraz etmədiyini bildirmiş, müqavilədə nəzərdə tutulmuş müddətdə yaşayış sahəsini tərk etməyi öhdəsinə götürmüşdür.
4. Cavabdeh5 xx.xx.2021-ci il tariхli, rеyеstrdə 6044 nömrəsi ilə qеyd еdilmiş, 531338 nömrəli еtibarnamə ilə 3 il müddətinə Cavabdeh7 harada yеrləşməsindən asılı olmayaraq mülkiyyətində olan bütün əmlakları üzərində sərəncam vеrmək və digər səlahiyyətləri vеr mişdir.
5. Daşınmaz əmlakın xx.xx.2021-ci il tarixli, AN-İ №1000637 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh5 (satıcının əvəzinə xx.xx.2021-ci il tariхli etibarnamə əsasında Cavabdeh7 imza etməklə), mübahisəli mənzili 75.000 manata Cavabdeh9 satmışdır. Həmin müqaviləyə əsasən satıcı Cavabdeh5 xx.xx.2022-ci il tarixədək həmin evi alıcı Cavabdeh9 sahibliyinə verməyi öhdəsinə götürmüşdür.
6. Mübahisəli mənzil xx.xx.2022-ci il tariхdə tam mülkiyyət hüququ üzrə Cavabdeh9 adına daşınmaz əmlakın dövlət rеyеstrində qеydiyyata alınmışdır.
7. Cavabdeh9 xx.xx.2022-ci il tariхli, rеyеstrdə 3158 nömrəsi ilə qеyd еdilmiş AR-İİ № 671303 nömrəli еtibarnamə ilə Cavabdeh8 harada yеrləşməsindən asılı olmayaraq, mülkiyyətində olan bütün əmlakları üzərində sərəncam vеrmək və digər səlahiyyətləri vеrmişdir.
8. Daşınmaz əmlakın xx.xx.2022-ci il tarixli, AN-İ №1040617 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh9 (satıcının əvəzinə xx.xx.2022-ci il tariхli еtibarnamə əsasında Cavabdeh8 imza etməklə), mübahisəli mənzili 137500 manata İddiaçı satmışdır.
9. İddiaçı xx.xx.2022-ci il tarixli qəbzə əsasən, 137.500 manat məbləğində pul vəsaitini Bakı şəhəri 50 saylı Notariat ofisinin depozit hesabına köçürmüşdür.
10. Cavabdeh9 (onun əvəzinə xx.xx.2022-ci il tariхli еtibarnamə əsasında Cavabdeh8 imza etməklə) xx.xx.2022-ci il tarixli ərizə ilə mənzildə qeydiyyatda olan köhnə sakinlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh3 qeydiyyatdan çıxarılması ilə bağlı üzərinə öhdəlik götürmüşdür.
11. Mübahisəli mənzilə İddiaçı Ayət qızının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestr ində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.
12. Sabunçu rayon icra şöbəsinin icra məmurları, 147 saylı MKİS-in nümayəndəsi, mütəxəssis və hal şahidlərinin imzaları ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-4891 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədilə dəfələrlə icra yerinə getməyə baxmayaraq mübahisəli mənzilin qapısını açan olmamış, 147 saylı MKİS-dən verilən məlumata və qapının üzərində olan su idarəsinin hesab fakturasından da evdə yaşayışın olmaması müəyyən edilmiş, mənzilin qapısı bağlı olduğundan mütəxəssis dəvət edilmiş, mütəxəssis və icrada iştirak edən digər şəxslərin iştirakı ilə mənzilə daxil olmuşlar. İlkin baxış zamanı evin bütün əşyaları evdə saxlanmış, lakin soyuducud a olan ərzaq məhsulları məhv olduğundan və hər yerin toz-torpaq olmasından mənzildə uzun müddət yaşayış olmadığı görünmüşdür. Mənzilə hal şahidlərinin iştirakı ilə bağlı yerlərə və ümumi mənzilə baxış keçirilmiş, mənzildə qızıl və pul aşkar olunmamışdır. Siyahıya alınmış əmlaklar tələbkarın etibarnamə üzrə nümayəndəsinə təhvil verilmiş və məsuliyyət barədə xəbərdar olunmuşdur.
13. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş sərhəd keçmə məlumatlarına əsasən Cavabdeh5 sonuncu dəfə xx.xx.2021-ci il tarixdə Bakı şəhərinə giriş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində birinci iş üzrə icraat
14. İddiaçı 24 iyun 2022-ci il tarixdə iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavab deh6 mübahisəli mənzildən çıxarılmaları və həmin mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdə 50 saylı notariat ofisində 4Ə-746 nömrə ilə qeydə alınmış daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən mübahisəli mənzili Cavabdeh9 satın almışdır. Həmin mənzilə dair iddiaçıya xx.xx.2022-ci il tarixli ********** qeydiyyat tarixli çıxarış verilmişdir. Mənzili satan keçmiş mülkiyyətçi Cavabdeh9 mənzili təhvil versə də, cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh3 qanunsuz və əsassız olaraq mənzildə yaşamaqda davam etmişlər və mənzildən çıxmamışlar. Bununla da iddiaçının mənzilə dair mülkiyyət hüququnu pozmuşlar. Cavabdehlər mənzildən çıxmadığı üçün iddiaçı xüsusi mülkiyyətində olan mənzilə dair sərbəst şəkildə, sərəncam və sahiblik etmə hüquqlarını həyata keçirə bilməmişdir.
16. İddiaçı tələbinin hüquqi əsas kimi Mülki Məcəllənin 157.2-ci maddəsinə istinad etmişdir.
17. Cavabdehlər birinci instansiya məhkəməsindən iştirak etməmişlər.
18. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4891/2022 nömrəli iş üzrə 19 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 ünvan 3-dan çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir. (hakim Tahirə Əsədova)
19. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyətçi öz evindən istədiyi kimi istifadə edə bilmir. Cavabdehlər xx.xx.2022-ci il tarixədək qeydiyyatdan çıxmaq öhdəliyi götürsələr də, bu günədək bunu etməmişlər.
20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə, “İnsan Hüquqlarının və X2 haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Mülki Məcəllənin 152.1, 152.5-ci maddələrinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Birinci instansiya məhkəməsində ikinci iş üzrə icraat
21. İddiaçı Cavabdeh4 15 may 2023-cü il tarixdə iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh5 ilə (nümayəndə kimi Cavabdeh7) Cavabdeh9 arasında bağlanmış xx.xx.2021ci il tarixli, AN-İ №1000637 daşınmaz əmlakın alğı -satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh9 adına qeydiyyata alınmış **********82-05101-093020 nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi, həmin çıxarış əsasında aparılmış Cavabdeh9 ilə (nümayəndə kimi Cavabdeh8) İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ-1040617 nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında cavabdeh İddiaçı adına olan **********82-05101-093020 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın еtibarsız hesab edilməsi və ünvan 1 ünvanında yerləşən 49 nömrəli evin onun sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. İddia iddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçının əri Cavabdeh5 sahibkarlıq fəaliyyət i ilə məşğul olmuş, mebel satışı, o cümlədən bina tikintisində müvafiq layihələrin həyata keçirilməsində iştirak etmişdir. Sonradan ərinin baş verən pandemiya fonunda sahibkarlıq fəaliyyəti ciddi şəkildə zədələnmiş, o cümlədən müflis olmasına gətirib çıxarmışdır. Cavabdeh5 işgüzar münasibətləri dövründə iddiaçıya məlum olmayan şəkildə Cavabdeh8 borcu yaranmışdır. Belə ki, ərinin sonradan ona dediyinə görə bu borc hansısa müvafiq ev alğı-satqısı və torpaq alğı-satqısı üzrə olan barter münasibətləri nəticəsində yaranmış, həmin vaxt qeyd edilən əmlak münasibələrində Cavabdeh8, soyadını xatırlamadığı digər Anar adlı şəxs, o cümlədən sosial şəbəkələrdə verilən məlumata görə “kriminal aləmdə” avtoritet kimi “qardaş oğlu” ləqəbi ilə tanınan və sonradan Türkiyə Respublikasında öldürülən Elnur Qa sımov adlı şəxs iştirak etmişdir. Sonradan həmin münasibət nəticəsində əri Cavabdeh5 aldadılmış, onun Cavabdeh8 Novxanıda 10 sot torpaq borcu qalmışdır. Ondan 30000 manatını vermiş, qalan borcu isə maddi vəziyyəti ilə əlaqədər ödəyə bilməmişdir. Bundan sonra münasibətlərdə iştirak edən Anar adlı şəxs Cavabdeh8la sövdələşməyə gedərək, onun ətrafı ilə o cümlədən “qanunu oğrular” kimi təqdim edilən şəxslər vasitəsi ilə zəng edib, qapını döyməklə, habelə əri Cavabdeh5 aparıb bir neçə saat saxlayıb, ona müxtəlif təhdid və hədələr gəlməklə təzyiqlər göstərmiş, borcun ödənilməsinə nail olmağa çalışmışlar. Buna görə də soyadını xatırlamadığı Anar adlı şəxs iddiaçının ərini dəvət edərək, Cavabdeh7 adlı şəxslə tanış etmişlər. Həmin vaxtı özünü iş adamı kimi təqdim edən Cavabdeh7 guya ərinə köməklik edilməsi məqsədi ilə təklif etmişdir ki, “mən sənə Memar Əcəmi metrosunun yanında ev verim, sən onu satarsan, Cavabdeh8 adlı şəxsə olan borcunu ödəyərsən, sonra həmin satılmış evin pulun hissə-hissə mənə ödəyərsən.” Buna görə Cavabdeh5 öz evini müvəqqəti olaraq həmin borcu ödəyib qurtarana kimi girov niyyəti ilə etibarnamə verməyi təklif etmiş, Cavabdeh5 isə həmin dövrdə buna görə məcbur qalıb borcunu ödəmək üçün həmin təkliflə razılaşmış və nəticədə Cavabdeh7 xx.xx.2021-ci il tarixdə 38 nömrəli Notariat Kontorunda 3 il müddətində müvafiq etibarnamə vermişdir. Bundan 2 gün sonra isə iddiaçı tərəfindən eyni tarixdə 16 nömrəli Notariat Kontorunda müvafiq olaraq mülkiyyətlərində olan ünvan 2 ünvanında yerləşən 49 nömrəli mənzilin girov qoyulması və satılması üçün razılıq ərizəsi verilmiş, həm in vaxtı əri ona bildirmişdir ki, bu müvəqqətidir və sadəcə girov üçün razılıq ərizəsi vermək lazımdır. Həmin ərizələrdə sonradan soyadını bilmədiyi Anar adlı şəxsə əri tərəfindən həmin ərizələr təqdim edilmişdir.
23. Sonradan Cavabdeh7 tərəfindən Cavabdeh5 vəd edilən ev bahalı olduğu üçün satıla bilməmiş və nəticədə həmin borcun ödəməsi barədə Cavabdeh7 tərəfindən edilən təklif həyata keçməmişdir. Bu müddətdə yəni etibarnamə veriləndən qısa bir müddət sonra təxminən xx.xx.2021-ci il tarixdə isə həmin evlər Cavabdeh9 formal olaraq satılmışdır. Mübahisəli mənzil Cavabdeh7 tərəfindən sosial şəbəkələrdə “kriminal aləmdə” avtoritet kimi “qardaşoğlu” ləqəbi kimi təqdim edilən və sonradan Türkiyə Respublikasında öldürülən Elnur Qasımov adlı şəxsin qardaşı olan Cavabdeh9 adlı şəxsə bazar dəyərind ən qat-qat aşağı qiymətə, yəni 75.000 manata satılması barədə Bakı şəhəri 27 nömrəli Notariat kontorunda AN-İ № ******* daşınmaz əmlakın formal alğı-satqı müqaviləsini bağlamışdır. Lakin həmin alğı-satqıdan iddiaçının və ərinin heç bir məlumatı və xəbəri olmamışdır. Təxminən sonradan ərinə yenidən təzyiq edildiyi üçün, yəni əvvəlki edilən həmin təhdidlər davam etdiyi üçün əri öz mülkiyyətlərində olan evlərini girov qoyub borc pul götürmək istəmiş, buna görə də, sənədləri soyadını xatırlamadığı Anar adlı şəxsdən geri tələb etmiş, bundan sonra isə onlar bilmişdir ki, mübahisəli mənzili Elnur Qasımov adlı şəxsin qardaşı olan Cavabdeh9 adlı şəxsin adına keçirmiş, bundan sonra isə əri dərhal həmin etibarnaməni ləğv etdirmiş və mənzilin öz adına qayıtmasını tələb etmişdir. Lakin onlar mənzili sa tıb borclarını qaytarmağı tələb etmiş və evi boşaltmağı tələb etsələr də, bundan imtina edilmişdir. Sonuncular borcun ödəniləcəyi halda mənzili geri qaytaracağını demişlər.
24. Bir müddət keçdikdən sonra isə mübahisəli mənzili onların əvvəllər tanıdığı və münasibətlərinin olduğu qonşuluqda yaşayan X1 və mənzilin satılması üçün Cavabdeh9 tərəfindən 13 may 2022-ci il tarixdə Cavabdeh8 adlı şəxsə, yəni iddiaçının ərinin borclu olan şəxsə 27 nömrəli Notariat Kontorunda etibarnamə verilmiş, sonuncu da həmin etibarnamə ilə həmin evə dair 18 may 2022-ci il tarixdə alğı-satqı müqaviləsi bağlamışdır.
25. Mənzilə dair ərinin “Paşa Bank”a borcu olduğu üçün borcla bağlı həbs qoyulmuş, İddiaçı əri olan Niyaz Bağırovun, ümumiyyətlə, Cavabdeh5 borc mübahisəsindən məlumatı olmuşdur. Belə bir halda həmin mənzilin həbsindən də məlumatlı olmuş, hələ də evin Cavabdeh5 adında olmasından məlumatlı olduğu halda, yenə də həmin mübahisənin olmasına və onların həmin mənzildə yaşamalarına baxmayaraq onlardan gizli şəkildə mənzili almışdır.
26. İş üzrə əldə edilmiş notariat işi ilə də bu hal tam təsdiqini tapmışdır. Belə ki, məhz Cavabdeh9 adına çıxarış 17 may 2022-ci il tarixdə alınaraq həmin mənzilə dair bir gün sonra qeyd edilən tarixli alğı-satqı müqaviləsinin bağlanması da bu halı bir daha təsdiq edir. 13 may 2022-ci il tarixdə ərinin borclu olduğu iddia edilən Cavabdeh8 adlı şəxs etibarnamə aldıqda həmin mənzil iddiaçının əri Cavabdeh5 adına olmuş, belə bir halda cavabdeh İddiaçı bu barədə məlumatı olmuşdur. Həmin mənzili hələ qeyd edilən mübahisələrdən əvvəl əri Cavabdeh5 satmaq niyyəti olmuş, bununla bağlı müvafiq satış mərkəzlərinə müraciət etmiş, o cümlədən tanışları olan Niyaz Bağırov da həmin qonşuluqda olan digər ev alış-verişi ilə məşğul olan Tapdıq adlı şəxs vasitəsi ilə təxminən 2021-ci ilin ortalarında həmin evə baxmağa gəlmiş, həmin evin satış qiymətinin 170.000 manat olması bildirilmiş, Niyaz Bağırov isə evi almaqdan imtina etmişdir. Mənzilin bazar dəyərindən dəfələrlə aşağı olduğu halda Niyaz Bağırov tərəfindən alınması da həmin mübahisədən məlumatlı olduğunu bir daha təsdiq edir.
27. Mənzil Niyaz Bağırov tərəfindən alınandan sonra isə onun mənzildən çıxmasını tələb etmiş, dəfələrlə polisə müraciət etmiş, onlar isə bundan imtina edərək, mənzildən çıxmamış və 2022-ci ilin dekabr ayına kimi orada yaşamışlar. Lakin sonradan mənzildə olmamalarından istifadə edərək icr a məmuru tərəfindən onların xəbəri olmadan keçirilmiş məhkəmə qərarının icrası ilə əlaqədar həmin mənzilə gələrək evin açarlarını dəyişdirmiş, onları evə buraxmamış, əşyaları hazırkı vaxta kimi həmin mənzildə qalmışdır. Bundan dərhal sonra isə onlar həmin qətnamədən məlumatı olan kimi şikayət vermişlər.
28. Etibarnamənin əsas təyinatı üçüncü şəxs qarşısında etibar edilənin əsas səlahiyyətini təsdiq etməkdən ibarətdir. Etibarnamə üçüncü şəxs qarşısında məhz etibar edilənin səlahiyyətini sübut etmək funksiyasını yerinə yetirir. Başqa sözlə, etibarnamə ilə bağlı verilmiş səlahiyyətlər nümayəndə tərəfindən məhz etibar edilənin mənafeyi üçün həyata keçirilməli, öz mənafeyi üçün ona verilmiş səlahiyyətdən istifadə edilməməlidir. Hazırkı iş üzrə də məhz qeyd edilən etibarnamələrdən Cavabdeh8, Cav abdeh7 yəni iddiaçının marağını və onların mənafeyinə uyğun hərəkət etməməklə etibarnamədən suiistifadə edərək, iddiaçının məlumatı olmadan həmin əmlakları formal əqd əsasında və bazar dəyərindən xeyli aşağı qiymətə satmaqla, bununla da etibar edənlərin maraqlarını təmsil etməsi müəyyən edilməmişdir. İşin müəyyən edilmiş həqiqi hallarına əsasən, cavabdeh tərəfindən qeyd edilən müqavilələr bağlanarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri pozulmuşdur. İstər zahiri ifadə baxımından istərsə də, başqa hallara görə verilmiş etibarnamədə iradənin məzmunu dəqiq müəyyənləşməmiş, belə bir vəziyyətdə məhkəmələrin qeyd edilən iradəni müəyyənləşdirmədən mövcud olmayan əqd (hazırkı iş üzrə etibarnamələr) üzrə keçirilən təmsilçilik təmsil olunanların formalaşdırdığı iradənin vasitəçisi qi smində qəbul edilə bilməz.
29. Bundan əlavə, adına etibarnamə verilmiş şəxsin buna olan güvən və etimadlarına zidd şəkildə öz səlahiyyətlərindən istifadə etməsi hüquqdan sui-istifadə hesab olunur. Digər tərəfdən, hazırkı mübahisəyə tapşırıq münasibətləri kontekstində qiymət verilməli və yanaşılmalıdır. Nəzərə almaq lazımdır ki, tapşırıq müqaviləsi mülki hüquq münasibətləri iştirakçılarına bu münasibətlərdə öz seçimi ilə təyin etdiyi və müvafiq vəkalət verdiyi şəxs vasitəsilə iştirak etməyə imkan verən hüquqi vasitədir. Tapşırıq müqaviləsi, hər şeydən əvvəl, bir şəxsin (vəkalət verənin) digər şəxs (vəkalət alan) tərəfindən təmsil edilməsi haqqında ikitərəfli, konsensual, tərəflərin iradəsindən asılı olaraq əvəzli və ya əvəzsiz müqavilədir. Tapşırıq müqaviləsinin spesifik xüsusiyyəti ondadır ki, bu münasibət etimad və inam əsasında formalaşır və vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır.
30. Bir neçə əlaqəli əq din qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər.
31. İddiaçı Cavabdeh4 iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 324.6, 337, 359, 362.1, 362.2, 560, 777 və 778.1-ci maddələrinə istinad etmişdir.
32. Cavabdeh7 etibarnamə üzrə nümayəndəsi vəkil X8 iddiaya yazılı etiraz vermiş, еtirazını onunla əsaslandırmışdır ki, mübahisəli mənzil tam qanuna uyğun alğı-satqı edilmişdir. Anar adlı şəxsin Cavabdeh8la sövdələşməyə gedərək, onun ətrafı ilə o cümlədən “qanunu oğrular” kimi təqdim edilən şəxslər vasitəsi ilə zəng edib, qapını döyməklə, habelə iddiaçının əri Cavabdeh5 aparıb bir neçə saat saxlayıb, müxtəlif təhdid və hədələr gəlməklə təzyiqlər göstərməsi, borcun ödənilməsinə nail olmağa çalışmaları barədə iddia ərizəsində göstərilənlər tam uydurma və cəfəngiyatdır. Kimsə kiminsə iradəsinə zidd olaraq harasa aparılırsa, təzyiqlər və təhdidlər edirsə, bu, cinayət məsuliyyəti yaradır. Lakin bu hallar olduğu halda nə iddiaçı, nə də onun əri Cavabdeh5 hüquq mühafizə orqanlara şikayət etməmişlər. Azərbaycan Respublikası hüquqi dövlətdir və kiminsə əmlakının cinayət yolu ilə alınması mümkün deyil. İşdə olan notariat işindən də göründüyü kimi Cavabdeh5 və Cavabdeh4 heç bir maneə olmadan etibarnaməni imzalamış, bu, etibarnamədəki fotoşəkillərlə də təsdiq olunur. İddiaçı ərizə verərək mənzilin satılmasına etirazının olmadığını da bildirmişdir. Notariat işindən də göründüyü kimi alğı-satqı müqaviləsi tam qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Etibarsızlıqla bağlı heç bir əsas yoxdur. Həqiqətən də mübahisə predmeti olan alğı-satqı müqaviləsi əhəmiyyətsiz əqd idisə, hansı səbəbdən bu iddianı əvvəl yox, 2 il sonra qaldırmışdır. Yuxarıda göstərdiyi kimi alğı-satqı müqaviləsi xx.xx.2021-ci ildə bağlanmış, iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə, üzərindən 2 ildən artıq müddət keçdikdən sonra, yəni alğı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı müddəti ötürməklə müraciət etmişdir.
33. Birinci instansiya məhkəməsində cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi iddiaya etiraz edərək göstərmişdir ki, o, fevral ayında mənzilə baxmağa getmiş, həmin vaxt Cavabdeh5 tanımamışdır. Daha sonra mənzilin qiymətini öyrəndikdən sonra bahalı oldu ğunu bilmiş və evin alğı-satqısı ilə məşğul olanların ofisində Cavabdeh5lə görüşmüşdür.
34. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4095/2023 nömrəli iş üzrə 9 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim Ruslan Mirzəliyev)
35. Birinci instansiya məhkəməsi iddiaçının mənzili satmaq niyyətlərinin olmadığına dair bildirdiklərini, iddia ərizəsinin dəlilləri ilə təkzib еdildiyini nəzərə alaraq işin hallarına uyğun saymamış və göstərmişdir ki, iddiaçı iddia ərizəsində mənzili satmaq niyyətində olduqlarını, hətta İddiaçı ərinin bu məqsədlə əvvəllər mənzilə baхdığını, qiymətdə anlaşmadıqlarını göstərmişdir. İddiaçının mənzilin dəyərindən aşağı qiymətə satılması barədə dəlillərinə gəldikdə, iddiaçının mənzilin dəyərinin daha baha olması, lakin aşağı qiymətə s atılması barədə bildirdikləri ilə yanaşı yoхlanılmış hər hansı sübutla tamamlanmamışdır.
36. Bundan başqa, iddia ərizəsinin dəlillərindən də göründüyü kimi, iddiaçının mənzili daha baha qiymətə satmaq istəyi müştərinin olmaması səbəbindən baş tutmamışdır. Bеlə olan halda isə mənzilin iddiaçının arzuladığı qiymətə satılmaması mübahisəli əqdlərin еtibarsız sayılmasına əsas ola bilməz. İddiaçı tələbini ərinin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi, ərinin əqdi bağlamağa məcbur еdilməsi ilə əsaslandırsa da, bu barədə hər hansı sübut təqdim еtməmişdir. İş üzrə sübutlarla iddiaçının bu barədə bildirdikləri təsdiq еdilməmişdir. İddiaçı tələbinin əsası kimi istinad еtdiyi halların biri digərinin mövcudluğunu istisna еtsə də, iddiaçı bu ziddiyyətli məqamları izah еdə bilməmişd ir. Beləliklə, iş üzrə sübutlarla mübahisəli əqdlərin еtibarsız sayılmaları üçün qanunvеriciliklə nəzərdə tutulmuş əsaslar müəyyən еdilməmişdir. Еyni zamanda iddiaçı əqdləri mübahisələndirmək hüququnu həyata kеçirmək müddətini də ötürmüşdür.
37. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 339.1, 339.4, 354.2-ci maddələr və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tariхli Qərarına istinadla əsaslandırmışdır. c) Apellyasiya instansiyası məhkəməsindəki icraat
38. Cavabdeh4 Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(008)4891/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddi a tələbinin rədd edilməsini xahiş etmişdir.
39. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin faktiki hallarına düzgün qiymət verilməməklə yanaşı, maddi hüquq normalarının pozuntusuna yol verməklə, tamamilə əsassız və yanlış mövqe ilə qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə həmin nəticəyə gələrkən, yəni cavabdehlərin xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxması barədə öhdəlik götürməsi ilə bağlı qeyd etdiyi nəticəni hansı iş materiallarına istinadən qeyd etməsi, ümumiyyətlə, anlaşılan olmamışdır. Cavabdehlərin əvvəllər mülkiyyətində olmuş mənzil üzrə müvafiq olaraq özləri şəxsən alğı-satqı müqaviləsində iştirak etməmiş və onların adından alınmış, təyinatı başqa olan etibarnamə əsasında həmin mənzil qanunsuz olaraq satılmışdır. Lakin həmin evin satılmasından c avabdehlər məlumatlı olmamış və ümumiyyətlə, qeyd edilən mənzil iddia ərizəsində qeyd edildiyi kimi həmişə cavabdehlərin sahibliyində və istifadəsində olmuşdur. Həmçinin qeyd edilən mənzil üzərində cavabdeh olaraq mülkiyyət hüququndan xəbəri və razılığı olmadan məhrum edilmiş, nəticədə həmin mülkiyyət hüququnun ləğvi əsaslarına dair müvafiq iddia ilə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə sözügedən qətnaməni qəbul etməklə qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, qeyd edilən mənzil alınarkən onlar mübahisəli mənzilin istər xəbərləri olmadan satılması zamanı, istərsə də sonradan həmin evi tərk edəcəkləri barədə hər hansı bir razılıq verməmişlər, belə bir razılıq mülki iş materialları ilə də təsdiqini tapmamışdır. Belə bir halda məhkəmə tərəfindən nəyə əsasən cavabdehlərin mübahis əli mənzildə istifadə hüququ olduğu halda onların çıxarılması nəticəsinə gəldiyi aydın deyildir. Müvafiq olaraq həmin ev alğı-satqı əsasında iddiaçının mülkiyyətinə keçmişdir, amma Mülki Məcəllənin 228.4-cü maddəsinin tələbləri baxımından cavabdehlərin mübahisəli mənzildən istifadə hüququ hər bir halda qalmışdır və yəni mülkiyyətçinin dəyişməsi onların istifadə hüququnun itirilməsinə heç bir halda əsas vermir.
40. İddiaçı Cavabdeh4 Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-4095/2023 nömrəli qətnaməsindən də apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
41. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iddianın faktiki əsası mübahisəli mənzilin ucuz satılması ilə bağlı yox, onların ir adəsinə zidd olaraq, həmin mənzilə dair mülkiyyət hüquqlarının pozulması ilə həyata keçirilməsi ilə bağlıdır. Hansı ki, mənzilin satmaq niyyətlərinin olması, həmin mənzilə İddiaçı ərinin bu məqsədlə əvvəllər baхdığını bildirməsi onunla bağlıdır ki, həmin mənzilin məhz ona aid olduğunu, yəni iddiaçıya və həyat yoldaşına aid olduğunu bilməsi ilə bağlı qeyd etmişdir. Məhkəmə sözügedən qətnaməni qəbul etməklə Konstitusiyasının 13, 29-cu, MM-nin 359, 362, 324, 337, 340, 560, 777-ci və iddia ərizəsində göstərilən Plenum qərarındakı mövqeyinin tələblərini pozmuşdur. Hazırki işin faktiki hallarına əsasən, məhz mübahisələndirilən alğısatqı müqavilələrinin həyata keçirilməsi zamanı alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi sub yektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu təmin edilməmiş, habelə tərəflərin davranışını, tərəflər arasında formalaşan münasibətləri, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını, bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması və s. kimi hallar nəzərə alınmamışdır. Hazırkı iddiaçının mülkiyyətində olmuş mənzilə dair alğı-satqı müqavilələri iddiaçının xəbəri olmadan təxminən 6 ay içərisində və çox ucuz qiymətlərə satılmaqla həyata keçirilmişdir. Hazırkı iş üzrə də məhz qeyd edilən etibarnamələrdən Cavabdeh8, Cavabdeh7, yəni iddiaçının marağı və onların mənafeyinə uyğun hərəkət etməm əklə etibarnamədən sui-istifadə edərək iddiaçının məlumatı olmadan həmin əmlakları formal əqd əsasında və bazar dəyərindən xeyli aşağı qiymətə satmaqla, bununla da etibar edənlərin maraqlarını təmsil etməsi müəyyən edilməmişdir. Məhz cavabdeh qeyd edilən əmlakı cavabdehə satması ilə bağlı iddiaçının maraq və mənafelərinin ifadə edilməsi müəyyən edilmədiyi halda bunun hansı zərurətdən irəli gələrək iş üzrə cavabdeh tərəfindən həyata keçirilməsi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış etməsini sübut etməmişdir. Əksinə, işin müəyyən edilmiş həqiqi halları ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən qeyd edilən müqavilələr bağlanarkən Mülki Məcəllənin 359.3-cü maddəsinin tələblərini pozmuşdur. Eləcə də, həmin alğı-satqının digər tərəfi olan İddiaçı münasibə tdə alğı-satqı tam etibarsız hesab edilməlidir. Birinci instansiya məhkəməsində cavabdehin özünün izahatları iddia ərizəsində göstərilən işin faktiki halları ilə eynilik təşkil etmişdir. Belə ki, həmin evi hələ qeyd edilən mübahisələrdən əvvəl satmaq niyyəti olmuş, tanışı olan Niyaz Bağırov da həmin qonşuluqda olan digər ev alış-verişi ilə məşğul olan Tapdıq adlı şəxs vasitəsi ilə evə baxmağa gəlmiş, həmin evin satış qiymətinin 170.000 manat olması bildirilmiş, Niyaz Bağırov isə həmin evi almaqdan imtina etmişdir. Belə bir halda həmin evin bazar dəyərindən dəfələrlə aşağı olduğu halda, qısa bir müddət sonra digər bir şəxsdən etibarnamə əsasında Niyaz Bağırov tərəfindən alınması da həmin mübahisədən məlumatlı olduğunu bir daha təsdiq etmişdir. Belə ki, Niyaz Bağırov evə gələrkən orada həmiş ə onların yaşadığını bilmiş və uşaqlarının eyni məktəbdə oxuması və hazırlıqlarda olması səbəbi ilə ortaq tanışlıqları olmuşdur. Buna baxmayaraq, Niyaz Bağırovun mübahisəli mənzilin mübahisəli və iddiaçıya aid olduğunu bildiyi halda mənzili qat-qat aşağı qiymətə alması onun vicdanlılığını istisna etmişdir. Çünki o, mənzilin mübahisəli olmasından məlumatlı olmuş və bu vəziyyətdən öz xeyrinə suiistifadə etmişdir. Bundan sonra isə Niyaz Bağırov mənzili alandan sonra onun mənzildən çıxmasını tələb etmiş, dəfələrlə polisə müraciət etmiş, onlar isə bundan imtina edərək, evdən çıxmamış və 2022-ci ilin dekabr ayına kimi orada yaşamışlar. İş üzrə cavabdeh tərəfindən bağlanmış əqdlər, etibarnamə verənin heç bir maraq və iradəsinə uyğun olmayan hərəkət kimi özlüyündə hüquqdan sui-istifadə olmaqla əda lət və insaf prinsipləri baxımdan da yol verilməzdir. Eyni zamanda İddiaçı da həmin mənzili çox aşağı qiymətə almaqla qeyri-bərabər fayda əldə etmiş, ağlabatmayan tərzdə həmin mənzili almışdır.
42. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)997/2024 nömrəli qərardadı ilə mülki işlər baxılması üçün bir icraatda birləşdirilmişdir.
43. Apellyasiya baxışında Cavabdeh4 nümayəndəsi və vəkili apellyasiya şikayətinə əlavə verərək göstərmişdir ki, işin birinci instansiya və apellyasiya baxışındakı müəyyən edilmiş hallarından görünür ki, mübahisəli mənzil iddiaçının satmaq niyyəti olmadan və yalnız girov qoyulması üçün müvafiq razılıq ərizəsi öz ərinə etibar edərək vermiş və həmin mənzilin istər iddiaçıya, istər həyat yoldaşına münasibətdə göstərilən şəxslərə sat maq niyyəti olmamışdır. Belə ki, iddiaçı tərəfindən mənzil satmaq niyyəti olmamış və həmin ərizəni satmaq niyyəti ilə verməmiş, ümumiyyətlə, mənzilin ilkin və sonrakı satılmasından xəbəri olmamış, habelə mənzilin satılmasına iddiaçının iradəsi olmamış və iddiaçı qeyd edilən mənzildə 2022-ci ilin dekabr ayına qədər yaşamışdır (işin bu halları müvafiq olaraq evdən çıxarma barədə qətnamə ilə təsdiqini tapmışdır ki, həmin qətnamədə 20 gün müddətinə baxımaqla iddiaçıya və həyat yoldaşına hər hansı bir rəsmi məlumat verilməmişdir). Hazırkı iş üzrə də iddiaçının həqiqi iradə ifadəsinin məzmunu aydınlaşmamış, qeyd edilən razılıq ərizəsini vermək niyyəti araşdırılmamış, Cavabdeh9, Cavabdeh7 və Cavabdeh8 adlı şəxsləri ümumiyyətlə tanımamış və onlardan Cavabdeh7 iddiaçının yoldaşı tərəfindən verilmiş etibarnamə əsasında mənzilin hazırkı dəyərindən 3 dəfə aşağı olaraq tanımadıqları şəxsə onların xəbəri olmadan satılması ilə məhz qeyd edilən alğı-satqı müqaviləsinin etibarsız olması tam təsdiqini tapmışdır. İş üzrə Cavabdeh7 tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizəsində də, bununla bağlı məsələlərə aydınlıq gətirilməmiş və yalnız etibarnamənin mövcudluğu qeyd edilmişdir. Hansı ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, sözügedən ərizə girov təminatı kimi Cavabdeh8 adlı şəxsə iddiaçının həyat yoldaşı tərəfindən verilmiş və həmin mənzilin Cavabdeh8 adlı şəxs tərəfindən iddiaçının həyat yoldaşının borcunun əvəzi kimi satılması tam sübut edilir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, sözügedən mənzilin alınması İddiaçı həyat yoldaşı Niyaz Bağırov tərəfindən faktiki aparılmış və onun ifadələrindən tam müəyyən edilmişdir ki, həmin mənzilin sahibi kimi məhz o, Elşən Atakişiyevi tanımış və mənzilin alğı-satqısı danışıqlarını onunla aparmışdır. Məhz işin apellyasiya baxışında məhkəmə kollegiyası iclasında məhkəmə tərkibi tərəfindən verilmiş suallara cavabında da qeyd etmişdir ki, o, bütün hallarda evin mülkiyyətçisi və sahibi kimi Elşən Atakişiyevi tanımış, onun həmin mənzildə ailəsi ilə yaşadığını görmüşdür. Amma hansı səbəbdən qeyd edilən mənzili Cavabdeh8 adlı şəxsdən aldığına və həmin dövrdə artıq alğı-satqı üzrə mənzil sahibi olmuş Cavabdeh9 almadığına aydınlıq gətirə bilməmiş, həmçinin evin sənədinin də məhz Elşən Atakişiyev adlı şəxsin adına olduğunu bildiyini qeyd etmişdir. Əksinə, işin birinci instansiya baxışında və apellyasiya baxışında araşdırılmış və müə yyən edilmiş halları ilə tam aydın olmuşdur ki, Niyaz Bağırov sözügedən mənzili alarkən və bununla bağlı danışıq apararkən mənzilin məhz Elşən Atakişiyevin adına olduğundan məlumatlı olmuş və yalnız müvafiq alğı-satqıdan bir gün əvvəl həmin evin Cavabdeh9 adına müvafiq çıxarışın alınmasından sonra alğı-satqı həyata keçmişdir. Məhz belə bir şəraitdə İddiaçı vicdanlı alıcı olması və bununla bağlı qanunverciliyin müəyyən etdiyi tələblərə cavab verən vicdanlı alıcı statusunda dəyərləndirə bilməz. Belə ki, İddiaçı qeyd edilən mənzili məhz Cavabdeh9 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd əsasında yox, məhz ilkin mülkiyyətçi Cavabdeh5 borclu olduğu şəxs Cavabdeh8 və orada müvafiq ilkin mülkiyyətçilərin yaşadığı, həmin mənzilin 17 may 2022-ci il tarixli alğı-satqıya qədər müvafiq çıxarışın və evin Cavabdeh5 aid olduğu bir şəraitdə əldə etmişdir ki, o da sonuncunun vicdanlı alıcı olmasını istisna edir. Belə ki, Niyaz Bağırovun öz izahatına əsasən, sonuncu mənzilin Cavabdeh9 aid olduğunu bilməmiş, habelə Cavabdeh5 mənzilin sahibi kimi tanımış, lakin mənzili sonuncunun nümayəndəsi A.Tağyevdən, yəni Cavabdeh5 borclu olduğu şəxsdən borcun əvəzində əldə etmişdir. İddiaçı əşyanın mülkiyyətçisini Cavabdeh9 olmadığını bildiyi halda həmin əmlakı əşyanın mülkiyyətçisindən yox, digər şəxsdən alması onun vicdanlığını istisna etmişdir. Hazırkı iddiadan görünür ki, iddiaçı birgə nikah dövründə əldə etdiyi əmlakın satmaq fikri olmadığını və bu məqsədlə razılıq ərizəsi vermədiyini bildirmişdir. Yəni, iddiaçı birgə nikah dövründə əldə etdiyi əmlakı onun razılığı olmadan və onun ald adaraq əmlakın özgəninkiləşdirildiyini idda etmişdir.
44. Apellyasiya baxışında ikinci iş üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi icra olunması Sabunçu rayon İcra şöbəsinə göndərilmişdir. Sabunçu rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən, “İcra sənədinin icrasını təmin etmək məqsədilə dəfələrlə icra yerinə gəlməyimizə baxmayaraq qapını açan olmadı. Mənzilin aid olduğu 147 saylı MKİS-dən verilən məlumata və qapının üzərində olan su idarəsinin hesab fakturasından da evdə yaşayışın olmaması müəyyən olunmuşdur. Öncədən təyin olunmuş icra tədbiri ilə əlaqədar icra yerinə gəldik. Qapı bağlı olduğundan qa pıaçan mütəxəssis dəvət olundu. Mütəxəssisin və icrada iştirak edən digər şəxslərin iştirakı ilə mənzilə daxil olduq. İlkin baxış zamanı evin bütün əşyaları evdə saxlanmışdır, lakin soyuducuda olan ərzaq məhsulları məhv olduğundan və hər yerin toz-torpaq olmasından mənzildə uzun müddətdir yaşayış olmadığı görünürdü. Tələbkarın və mülkiyyətçi İddiaçı etibarnamə üzrə nümayəndəsi (həyat yoldaşı) X4 iştirak etdiyi icra tədbirində mənzildə olan əmlaklar siyahıya alındı. Mənzildə hal şahidlərinin iştirakı ilə bağlı yerlərə və ümumi mənzilə baxış keçirildi. Mənzildə qızıl-zinət və pul aşkar olunmadı. Siyahıya alınmış əmlaklar tələbkarın etibarnamə üzrə nümayəndəsi X5 təhvil verildi və CM-in 303-cü maddəsinin tələbləri izah olundu və məsuliyyət barədə xəbərdarlıq edildi. Bundan başqa, Bakı İnzib ati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2- 1(112)-11256/2022 saylı qərarına əsasən, üçüncü şəxslər - xx.xx.1969-cu il təvəllüdlü Cavabdeh5, xx.xx.1979-cu il təvəllüdlü Cavabdeh4, xx.xx.2007-ci il təvəllüdlü Cavabdeh6 və xx.xx.2007-ci il təvəllüdlü Cavabdeh3 xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus ünvan 3 ünvanında qeydiyyatdan çıxarılmaları öhdəliyinin Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar icra edilməsi üçün Sabunçu rayon Polis İdarəsinə göndərilmiş və icra edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışına əsasən, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında qeydiyyatda heç bir şəxs yoxdur.
45. Apellyasiya baxışında cavabdeh (iddiaçı) Cavabdeh4 ona verilmiş suallara cavab olar aq bildirmişdir ki, yoldaşı Cavabdeh5 müəyyən işlərlə əlaqədar problemləri olduğu üçün bir il yarımdır ki, Azərbaycanda deyil. Bank tələb etdiyi üçün evi ipotekaya qoymaq istəmişlər, ona görə də iki dəfə notariusda ərizələr vermişdir. Yoldaşı ona bildirmişdir ki, hər iki məzmunda ərizə versin ki, banka qoyub pul götürə bilsinlər. Ev əvvəl də ipoteka kreditində olub. O, həyat yoldaşına etibar edib imza çəkmişdir. Hiss edirdi ki, onu çox incidirdilər. Evin alqı-satqısı barədə 2022-ci ilin dekabr ayında Niyaz Bağırov ona zəng edəndə məlumatı olmuşdur. Onları tanımamış, İddiaçı onu tanımışdır. Niyaz Bağırov ona zəng edəndən sonra yoldaşı Cavabdeh5 bu məsələni soruşmuş, o isə belə bir məsələ olmadığını, onu təhdid etdikləri üçün evi girov qoyduqlarını bildirmişdir. Evdə pul da, qızıl da var. Ev dən birdəfəlik çıxmamışdır. Niyaz Bağırov heç vaxt evə gəlməmişdir, onu indi görmüşdür. Yoldaşının borcunun məbləğini bilmir, lakin borcu hissə-hissə ödəyirdi. Birgə nikah dövründə əldə edilmiş əmlakın girov qoyulmasına razılıq vermişdir. 2022-ci ilin avqust ayında rayona getmiş, 2022-ci ilin avqust ayına qədər o evdə yaşamışdır. Sonra da evlə əlaqəsi olmuş, gedib-gəlmiş, kommunal ödənişlər etmişdir. Novxanı bağ evindən xəbəri yoxdur. Hazırda Cavabdeh5 xaricdədir, sərhədi necə keçdiyi barədə məlumatı yoxdur. Münasibətləri yaxşıdır.
46. Apellyasiya baxışında İddiaçı nümayəndəsi Niyaz Bağırov bildirmişdir ki, evin alqı-satqısı üçün notariusa gedəndə çıxarış olduğunu bilirdi. O, evi aldığı şəxslər də bu evi 2021-ci ilin noyabr ayında notariusda alqı-satqı müqaviləsi bağlamaqla almışlar, alqı- satqı müqaviləsi var. O, 2022-ci ilin aprel ayında razılaşmış, evi may ayında almışdır. Evin alqısatqısı yubananda onun borc münasibətlərindən xəbəri olmuşdur. Birinci dəfə əmlakçı ilə evə baxmağa gedəndə Elşən müəllim və onun ailə üzvləri evdə olmuş, ona görə bütün otaqlara baxsa da, mətbəxə baxmamışdır. Çünki onun ailəsi mətbəxdə idi. Elşən ona deyənə qədər evin sahibinin Elşən olduğunu düşünmüşdür. Sonda Elşəndən evin qiymətini soruşduqda ona evin qiyməti barədə onunla deyil, birinci dəfə Tapdıqla, sonrakı dəfə isə Anarla danışmalı olduğunu bildirmiş, o isə səbəbini soruşmamışdır. O, evin qiyməti ilə razı olmamışdır. Bu hadisə fevral ayında baş verib. Ev sahibi kimi Elşəni bilmişdir. Aprel ayında təsadüfən əmlakçı Tapdıqla rastlaşanda ona bildirmişdir ki, sata bilmədikləri üçün həmin ev in qiymətini endiriblər. Evin qiymətinin kim tərəfindən endirildiyini bilməmişdir. Anarı aprel ayında ikinci dəfə gedəndə tanımışdır. İkinci dəfə öz ailəsi ilə birgə gedəndə şərait yaradılmış, bütün otaqlara baxılmışdır. Elşən və ailəsi evdə idilər. Evin iki uşaq otağı var. Qapıdan girəndə ikinci uşaq otağına gedəndə Cavabdeh4 və iki uşağını görmüşdür. Onun uşaqları evə daxil olduqda böyük övladı girişdəki şəkili gördü və Cavabdeh4 xalasını tanıdı. Belə ki, o, böyük övladına beşinci sinifdən on birinci sinifədək dərs deyib. Evə baxmağa getdikdə övladı onuncu və ya on birinci sinifdə oxuyurdu. Daha sonra evin qiyməti barədə danışmaq üçün əmlak ofisində görüşmüşlər. Orada Anar adlı bir şəxs var idi, hansı ki, o evi ona satdı və başqa bir Anar adlı şəxs də var idi. Orada söhbət edəndə onlar b ildirdilər ki, iki əmlak ofisi var və onlara pul verilməlidir və onlara ödənilməli pulu, evin satılması ilə bağlı 1.500 manat vergi və alqı-satqını ödəməlidir. Onlar xaricində 140.000 manata razılaşmışlar. 140.000 manat onlara çatacaq təmiz pul idi. Qalan digər xərclər isə 5.000 manatdan çox olmuşdur. Mənzili alanda Elşən ona demişdir ki, mənzilin sahibi Anardır. Evin çıxarışına baxmamışdır. 1990-cı ildə tikilmiş ev olduğundan əminliklə bilmişdir ki, evin sənədi var. Elşənlə 18 may tarixinədək üç dəfə görüşləri olmuşdur. Elşənlə evin qiyməti barədə danışmamışlar. Çıxarış Elşənin adına olduğu üçün, onun isə Paşabanka borcu olduğu üçün evin üzərində həbs olmuşdur. Məhkəməyə müraciət olundu, alqı-satqı müqaviləsi həbsdən əvvəlki müddətə aid olduğu üçün məhkəmənin qərarı ilə həbs götürüldü. Sonradan o, Elşənlə bir dəfə də görüşmüşdür. Üçüncü dəfə isə Anar ona zəng etmiş, Bakıxanov ərazisində o, Anar və Elşən görüşmüşlər, onda artıq alqı-satqı olmuşdu. Orada Elşən ona evdən çıxmaq üçün məktəb qurtaranadək vaxt verməyini xahiş etmişdir. Evin açarı dəyişiləndə Ayət xanım nömrə qoymuş, o, zəng etsə də, cavab verilməmişdir. Evin içində pul, qızıl əşyaları yoxdur. Hazırda ev faktiki olaraq ondadır, lakin köçməmişlər. 2022-ci ilin iyun ayında çıxarış almışlar. Ayət xanımgil yayda o evdə olmayıblar. Suya görə axırıncı dəfə may ayında 2 manat ödənilib. İyun ayından sonra onlar evə gəlib-gediblər. Dekabr ayında icra məmuru vasitəsilə açar dəyişiləndən sonra onu axtarmışdır. Açar dəyişiləndən sonra bu məsələlər ortaya çıxmışdır. Evi boşaltmamışdılar, açarı təhvil verməmişdilər. Yoldaşı Cavabdeh5 demişdi ki, iyun ayın 15-i açarı verəcək, ayın 14-ü uşaqları rayona aparıb, həftənin birinci günü evi boşaldıb, həftənin ikinci günü açarı verəcək. Bununla bağlı onun səs yazısı da var. xx.xx.2023-cü ildə Cavabdeh4 zəng etmiş, bir saata yaxın onunla telefonda danışmışlar. O, bildirmişdir ki, evi alanda problem var idisə nə üçün deməyib. Onun əşyaları olduğu üçün evə girə bilmədiyini bildirmişdir. O isə bildirdi ki, onun əri yanında deyil və bu səbəblə əşyalarını götürə bilmir, yeri yoxdur, Elşən gələndə apellyasiya instansiya məhkəməsinə gələcəklərini bildirmişdir. Müqaviləni Anarla bağlamışlar. Evi satan adamla da, evdə qalan adamla da oturub söhbət etmişdir. Alqı-satqı müqaviləsindən verilən 145.000 manat pulun 135.000 manatının borc əvəzi veriləcəyini alqı-satqı yubananda, evi n üzərində həbs çıxanda bilmiş, evin behini verəndə isə Elşənin borcu olduğunu bilməmişdir.
47. Apellyasiya baxışında Cavabdeh8 bildirmişdir ki, Cavabdeh5 Anar adlı şəxslə onun yanına gəlmiş, Anar Elşənə zamin durduğundan, o, Cavabdeh5 165.000 manat dəyərində Novxanıda yerləşən evi vermişdir. Səbəbi o idi ki, Cavabdeh5 kiməsə borcu olmuşdur. Cavabdeh5 özünə etibarnamə verilmişdir və Elşən Novxanıdakı evi borc əvəzi başqa şəxsə vermişdir. Biraz vaxt keçdikdən sonra o, borca verdiyi 165.000 manat pulu tələb etmişdir. Cavabdeh5 30.000 manat ödəmişdir, 135.000 manat borcu qalmışdır. Borcu ödəmək üçün ona tarix demiş, lakin 135.000 manatı ödəməmişdir. X15 razılaşmışlar, Elşən öz evini Ayət xanımın razılığı ilə Anarın Kənan adlı dostuna vermişdir. Sonra evin üzərində həbs olduğu ortaya çıxmışdır. Bu məsələni həll etmişlər. Elşən demişdir ki, ev onun adında qalmasın. Məqsədi o idi ki, Elşən deyirdi bu evi və qaynının obyektini banka qoyub, onlara olan borcunu ödəyəcək. Elşənin çox adama borcu var idi. Ev Elşənin adından çıxsın deyə formal alqı-satqı ediblər. Elşən hazırda axtarışdadır. Evin üzərinə yenə həbs qoyacaqdılar. Kənana etibarnamə veriblər, evi formal olaraq dostu Elvinin adına keçiriblər, amma çıxarış sifariş verməyiblər. Bir müddət sonra Anar, Elşən və o görüşmüş, Elşən demişdir ki, onun evi satışa qoyulub, satıldıqdan sonra borcu qaytaracaq. Daha sonra Elvinin adından ona etibarnamə vermişlər. Anarla birlikdə evə baxmağa getmiş, üzbəüzdəki əmlakçı demişdir ki, bu evi istəyən var, evə fərqli qiymət qoyulub. Elşənə zəng edib çağırmışdır. Elşən özü gəlib demişdir ki, evi əvvəlcə 130.000 manata, sonra 140.000 manata satmaq istəmişdir. Son qiymət kimi 145.000 manat demişdir. Evi istəyən şəxsə zəng etdiklərində Bağırov Niyaz gəlmişdir. Bağırov Niyazı tanımırdı. Orda ilk dəfə söhbət edəndə qiymətlə bağlı narazılıq da eləmişdi. Ordakıların iştirakı ilə ona 500 manat beh vermişdir. Sonra dedi ki, yoldaşıyla bir dəfə də evə baxandan sonra görüşərik. X6 zəng etmiş, görüşmüşlər. Əmlakçıların otağında 500 manat beh almışdır. Alqı-satqı müqaviləsi əsasında ödənilən 145.000 manatdan 135.000 manatı ona ödənilmişdir. 10.000 manat da artıq qalan pul Elşənə ödənilmişdir. Elşən kirayə ev tutduğunu demiş, 5 ayın pulu olan 10.000 manatı həmin ev sahibinin kartına ödəmişlər. Sonradan evi boşaltmadılar. Behi aldıqdan 1-2 gün sonra alqı-satqı müqaviləsi bağlamaq üçün görüşmüşlə r. Evin üzərində yenə həbs olduğu müəyyən edilmişdir. Çünki reyestrdə mülkiyyətçi kimi Cavabdeh5 adı qalmışdı. Məhkəməyə müraciət olundu, həbs götürüldü. Bağırov Niyazın bu söhbətlərdən xəbəri var idi. Niyaz müəllim evə baxandan sonra Nərimanovda “Alibaba” adlı restoranda Elşən, Bağırov Niyaz və o görüşmüşlər, X12 izah etmişdir ki, bu qədər borc müqabilində evi bu şəxsə vermişəm. Daha sonra evin alqı-satqısı həyata keçirilmişdir. Elşən söz vermişdir ki, 3-4 günə açarı təhvil verəcək
48. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-188/2024 nömrəli mülki iş üzrə 8 may 2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin hər iki qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov, Vahid Sadıqov)
49. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, işin müəyyən edilən hallarına görə Cavabdeh4 xx.xx.2021-ci il tarixli ərizələrə əsasən yoldaşı Cavabdeh5 məxsus olmuş mübahisəli mənzilin satılmasına və istənilən banka ipotekaya qoyulmasına etiraz etmədiyini bildirmiş, həmin əmlak satıldıqda onu qeyd-şərtsiz tərk etməyi (boşaltmağı) və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. Daha sonra Cavabdeh5 xx.xx.2021-ci il tariхli еtibarnamə ilə mülkiyyətində olan bütün əmlakları üzərində sərəncam vеrmək səlahiyyətini Cavabdeh7 vеrmiş, sonuncu həmin еtibarnamə əsasında Cavabdeh5 təmsil edərək mübahisəli mənzili xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh9 satmışdır. Mənzil xx.xx.2022-ci i l tariхdə tam хüsusi mülkiyyət hüququ üzrə Cavabdeh9 adına daşınmaz əmlakın dövlət rеyеstrində qеydiyyata alınmışdır.
50. Cavabdeh9 xx.xx.2022-ci il tariхli еtibarnamə ilə mülkiyyətində olan bütün əmlakları üzərində sərəncam vеrmək səlahiyyətini Cavabdeh8 vеrmiş, sonuncu həmin еtibarnamə əsasında Cavabdeh9 təmsil edərək mübahisəli mənzili xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi ilə İddiaçı satmışdır. Mənzil xx.xx.2022-ci il tariхdə tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət rеyеstrində qеydiyyata alınmışdır.
51. Apellyasiya instansiyası məhkəməsi ilkin olaraq qeyd etmişdir ki, iddiaçı Cavabdeh4 Akif qızı iddia ərizəsində mübahisəli mənzillə bağlı Cavabdeh7 tərəfindən sosial şəbəkələrdə “kriminal aləmdə” avtoritet kimi “qardaşoğlu” ləqəbi kimi təqdim edilən və so nradan Turkiyə Respublikasında öldürülən Elnur Qasımov adlı şəxsin qardaşı olan Cavabdeh9 adlı şəxsə Bakı şəhəri 27 nömrəli Notariat kontorunda evin bazar dəyərindən qat-qat aşağı qiymətə, yəni 75.000 manata formal alqı-satqı müqaviləsini bağladığını, lakin həmin alqı-satqıdan onun və ərinin heç bir məlumatı və xəbəri olmadığını bildirsə də, apelyasiya baxışnda Cavabdeh8 verdiyi izahatında bildirmişdir ki, Cavabdeh5 ilə dostu Cavabdeh9 arasında mənzilin dəyəri 75.000 manat müəyyən edilməklə bağlanmış xx.xx.2021-ci il tarixli birinci alqı-satqı müqaviləsi həqiqətən formal xarakter daşımış, Cavabdeh5 məqsədi onun borclarına görə tutmanın mənzilə yönəldilməməsi, mənzilin onun adından çıxarılması olmuş, həmin dövrdə Cavabdeh5 ailəsi ilə mənzildə yaşamağa davam etmişdir. Lakin sonrakı Cavabdeh9 (еtibarnamə əsasında Cavabdeh8) ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi isə Cavabdeh5 ona olan borcunun ödənilməsi niyyəti ilə həyata keçirilmişdir.
52. Apellyasiya instansiyası məhkəməsi müqavilələrin etibarsız hesab edilməsi tələbinə münasibətdə göstərmişdir ki, Cavabdeh4 heç bir məlumatı və xəbəri olmadan mənzilin satılmasını bildirsə də, onun tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizələrin hər ikisində mənzilin satılmasına razılıq verdiyi göstərilmişdir. Cavabdeh4 həyat yoldaşı Cavabdeh5 müxtəlif təhdid və hədələr gəlməklə təzyiqlər göstərilməsi, borcunu ödəyib qurtarana kimi sözügedən mənzilin girov qoyulması kimi istinad etdiyi halları təsdiq edən hər hansı mötəbər sübutları məhkəməyə təqdim еtməmişdir.
53. Apellyasiya insta nsiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh5 İddiaçı ona qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə cavabdeh olduğu təqdirdə və ona məhkəmə iclasları barədə məlumat verilsə də, məhkəmə iclaslarında iştirak etməmişdir. Cavabdeh4 məhkəmənin iclasında ona verilmiş suala cavab olaraq həyat yoldaşı Cavabdeh5lə münasibətlərinin yaxşı olduğunu, hazırda Cavabdeh5 xarici ölkədə olduğunu bildirmişdir. Halbuki, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş sərhədkeçmə məlumatlarına əsasən Cavabdeh5 sonuncu dəfə xx.xx.2021-ci il tarixdə Bakı şəhərinə giriş etmiş və bundan sonra ölkə hüdudlarını tərk etməmişdir.
54. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh4 xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsindən xəbərdar olmaması ağlabatan de yil. Həmin alqı-satqı müqaviləsi bağlandıqdan sonra Cavabdeh4 ailəsi ilə birlikdə həmin mənzildə yaşamağa davam etməsi Cavabdeh8 bildirdiyi kimi, həqiqətən həmin müqavilənin formal olaraq bağlandığına dəlalət edir. Bundan əlavə, mənzili alan şəxs Cavabdeh9 da Cavabdeh4 və onun ailə üzvlərinə qarşı mənzilin boşaldılması ilə bağlı iddia qaldırmamışdır.
55. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə hər iki tərəfin məqsədli şəkildə görünüş üçün bağladıqları əqdin (Cavabdeh8 bildirdiyinə əsasən Cavabdeh5 borclarına görə tutmanın mənzilə yönəldilməməsinin qarşısının alınması məqsədilə) sonradan mübahisələndirilməsi hüquqdan sui-istifadədir.
56. Apellyasiya instansiyası məhkəməsi xx.xx.2022-ci il tariхli mənzilin alqı-satqı müqaviləsinə əsasən İddiaçı vicdanlı alıcı olub- olmamasına münasibətdə göstərmişdir ki, onun həyat yoldaşı (hazırki iş üzrə nümayəndəsi) Niyaz Bağırov iki dəfə həmin mənzilə baxış keçirmiş, Cavabdeh5lə, Cavabdeh8lə və ev alqı-satqısı ilə məşğul olan şəxslərlə bir neçə dəfə görüşmüş, razılıq əldə etdikdən sonra mənzilin dəyərini ödəməklə notarial qaydada alqı-satqı müqaviləsi bağlanılmışdır.
57. Mənzilə baxış keçirərkən və sonrakı görüşlər zamanı Cavabdeh5, Cavabdeh8 və digər şəxslər tərəfindən Niyaz Bağırova mənzilin satışının Cavabdeh5 tərəfindən zorakılıq, hədə təsiri altında və ya aldatma yolu ilə həyata keçirildiyi barədə məlumat verilməsi, Niyaz Bağırovun bunu bilə-bilə mənzilin alqı-satqısını həyata keçirməsi iş materialları ilə öz təsdiqini tapmır. Mənzilin Cavabdeh5 Cavabdeh8 olan borcunun ödənilməsi məqsədilə satılması isə alıc ının vicdanlı olmamasına əsas ola bilməz.
58. Apellyasiya instansiyası məhkəməsi onu da vurğulamışdır ki, Cavabdeh4 mənzilin İddiaçı sonradan satılmasından xəbərdar olmadığını, mübahisəli mənzildə 2022ci ilin dekabr ayına kimi yaşadığını bildirsə də, təqdim olunmuş "xxxx" ASC tərəfindən hesab-fakturadan görünür ki, mübahisəli mənzildən sudan istifadəyə görə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 3 manat ödəniş edilmiş, həmin tarixdən bir il sonra isə xx.xx.2023cü ildə sudan istifadəyə görə borc cəmi 2 manat olmuşdur. Cavabdeh4 su sayğacının işləmədiyini bildirsə də, bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir.
59. Bundan başqa, "xxxx" ASC-nin abonent saldosu göstəricilərinə əsasən 2022-ci ilin yanvar ayından avqust ayına qədər elektrik enerjisindən istifadəyə görə aylıq sərfiyyat 16-25 manat aralığında olduğu halda, avqust ayından sonra kəskin azalaraq 5-7 manat aralığında olmuşdur ki, bu da mənzildə artıq əvvəlki qaydada yaşayış olmadığı, mənzildə qalan elektrik avadanlığının (soyuducu və s.) sərfiyyatı ilə izah oluna bilər. O da qeyd edilməlidir ki, 2021-ci ilin avqust-dekabr ayları üçün elektrik enerjisindən istifadəyə görə aylıq sərfiyyat 17-38 manat aralığında olmuşdur. Təbii qazdan istifadə ilə bağlı abonent məlumatlarından isə görünür ki, sonuncu dəfə qazdan istifadəyə körə karta 2022-ci ilin iyul ayında 5 manat vəsait yüklənmiş, bundan sonra hər hansı ödənişlər olmamışdır.
60. Həmçinin, iş materiallarında olan Sabunçu rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan aydın olur ki, icra sənədinin icrasını təmin etmək məqsədilə dəfə lərlə icra yerinə getməyə baxmayaraq mənzilin qapısını açan olmamış, 147 saylı MKİS-dən verilən məlumata və qapının üzərində olan su idarəsinin hesab fakturasındanda evdə yaşayışın olmaması müəyyən edilmiş, mənzilin qapısı bağlı olduğundan mütəxəssis dəvət edilmiş, mütəxəssis və icrada iştirak edən digər şəxslərin iştirakı ilə mənzilə daxil olmuşlar. İlkin baxış zamanı evin bütün əşyaları evdə saxlanmış, lakin soyuducuda olan ərzaq məhsulları məhv olduğundan və hər yerin toz-torpaq olmasından mənzildə uzun müddət yaşayış olmadığı görünmüşdür. Hal şahidlərinin iştirakı ilə bağlı yerlərə və ümumi mənzilə baxış keçirilmiş, mənzildə qızıl və pul aşkar olunmamışdır.
61. O da qeyd edilməlidir ki, Cavabdeh4 ona məxsus qızılların və pulların həmin mənzildə qaldığını bildirsə də, 2022-ci ilin dekab r ayından sonra həmin qızılların və pulların qaytarılması ilə bağlı İddiaçı qarşı hər hansı tələb irəli sürməmişdir.
62. Apellyasiya araşdırması zamanı dinlənilmiş səs yazısında Cavabdeh5 1- 2 günə qədər məktəblər bağlanacağından uşaqları rayona göndərib evin açarlarını təhvil verəcəyini səsləndirmişdir.
63. Apellyasiya instansiyası məhkəməsi Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(008)-4891/2022 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixli ərizələrində Cavabdeh4 mübahisəli mənzil satıldıqda onu qeyd-şərtsiz tərk etməyi (boşaltmağı) və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür.
64. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, apellyasiya şikayətlə rinin dəlilləri qətnamələrin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
65. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 27.2, 139.1, 139.3, 140, 144.1, 148.2, 152.1, 152.5, 157.2, 182.1, 225.2, 225.6, 324.1, 337.1, 337.3, 337.3, 337.4, 339.2, 340.1, 351.1, 351.2, 351.3, 351.4, 351.5, 362.1, 362.2, 389.1, 390.1, 425.1, 560.1, 567, 777.1, 779.1-ci maddələri, Konstitusiya Məhkəməsi Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə” 2004-cü il 27 oktyabr tarixli, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə” 2018-ci il 18 iyul tarixli Qərarları ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
66. Cavabdeh4 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiy a instansiyası məhkəməsinin qətnaməsinin ləğv, onun iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini və ya işin təkrar apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
67. Kassasiya şikayətinin bir sıra dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya məhkəməsi qətnaməsinin əsaslandırma hissəsində iş üzrə etibarsızlığı tələb edilən əqdlərlə bağlı hüquqi dəyərləndirmə aparmaqdan daha çox müqavilədən sonra işlə bağlı olmayan, ümumiyyətlə mübahisəyə aidiyyəti olmayan məsələləri qətnamədə əks etdirməklə sadəcə subyektiv məsələlər əsasında qətnamə qəbul etmişdir. Bundan əlavə, məhz mübahisələndirilən alğı– satqı müqavilələrinin həyata keçirilməsi zamanı alğı-satqı müqaviləsin in etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu təmin edilməmiş, habelə tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətlər, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını, bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması və.s. kimi hallar nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
68. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 29 (hissə 1). Hər kəsin mülkiyyət hüququ vardır. Maddə 29 (hissə 3). Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə h üququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə
140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə et miş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibli yindən öz əmlakını geri tələb edə bilər. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müq avilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqdetibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3 Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4 Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüqu qi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Maddə 351.4. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar. Maddə 351.5. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Maddə 362.
2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən ir əli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində b axır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiy ası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətna mənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
69. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
70. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın tam mübahisələndirib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
71. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
72. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
73. Apellyasiya instansiyası məhkəməsi hər iki iddia tələbi və cavabdeh (iddiaçı) Cavabdeh4 apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.
74. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırkı qərarın 4965-ci bəndlərində əks edilən hüquqi mövqeyi və işin hallarına uyğun olaraq tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır.
75. Belə ki, həmin bəndlərdə əks edilənlərdən görünür k, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəflərin təqdim etdikləri sübutları ətraflı araşdırmış, hansı sübutun mötəbər, hansının isə qeyrimötəbər olduğunu prosessual normalara əsasən müəyyən etmiş, bu barədə gəldiyi nəticəni əsaslandırmış, düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsaslarını düzgün müəyyən etmişdir.
76. Məhkəmə kollegiyasının mövqeyinə görə əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər.
77. Məhkəmə kollegiyası bununla bağlı diqqəti “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 aprel 2023-cü il tarixli Qərarına da çəkir.
78. Konstitusiya Məhkəməsini həmin qərarda əks edilən hüquqi mövqeyinə görə əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlı ğını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarı). Burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik d eyildir: həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. Bu, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər, bununla bağlı yazılı sübutlar və s. ilə təsdiqlənə bilər; müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda. 79.Həmçinin Mülki Məcəllənin 140-cı maddəsinin dispoziya şərtlərinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi və əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bilməsi hallarının sübuta yetirilməsi yükü iddiaçının üzərinə düşür.
80. İşdən görünür ki, A.Ağakişyeva İddiaçı vicdanlı əldə edən olmaması barədə dəlillərini sübuta yetirə bilməyib.
81. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız sayır. Belə ki, bu dəlillər işin faktiki halları ilə bağlı olmaqla həm Cavabdeh4 iddia tələbinin, həm də apellyasiya şikayətinin dəlilləri olmuş və apellyasiya instansiyası məhkəməsi məhz həmin dəlillərə qiymət verməklə birinci instansiya məhkəməsinin hər iki qətnaməsini dəyişdirmədən saxlamışdır.
82. Bundan əlavə işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
83. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kass asiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
84. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh (iddiaçı) Cavabdeh4 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-188/2024 nömrəli, 08 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.