Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3036/2020 21.05.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Üçüncü şəxs Cavabdeh iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1126/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin (hakim Kamran Əsədov) 2(001)-1722/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cav abdeh qarşı, Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 saylı binada yerləşən 4 saylı mənzilin işıq naqillərinin həmin binanın ona məxsus olan 6 saylı mənzilin parketinin altından yığışdırılması, 4 saylı mənzili 6 saylı mənzildən ayıran beton plitələrdən 6 saylı mənzilə açılan bütün deşiklərin armatur və beton töküb bağlanması barədə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Vüsalə Baxışova - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva, Həmid Həmidov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ekspertiza xərci olaraq 100 manat pulun tutulması müəyyən edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon məhkəməsinə müraciət edərək Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 saylı binada yerləşən 4 saylı mənzilin işıq naqillərinin həmin binanın ona məxsus olan 6 saylı mənzilin parketinin altından yığışdırılması, 4 saylı mənzili 6 saylı mənzildən ayıran beton plitələrdən 6 saylı mənzilə açılan bütün deşiklərin armatur və beton töküb bağlanması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 saylı binada mülkiyyətində olan 4 sa ylı mənzilin 20 sm qalınlıqda beton plitələrini bütün otaqlarda 20x30 sm diametrdə deşib onun mülkiyyətində olan 6 saylı mənzilə açdığı 12 deşikdən işıq naqilləri aparmaqla ona məxsus olan 6 saylı mənzildə qısa qapanmadan yanğın təhlükəsi yaratmış, bundan əlavə açılan 20x30 sm diametrdə olan deşikləri beton töküb bağlamamış, həmin deşikləri açıq saxlamaqla 4 saylı mənzilin tavanını alçipan örtüklə bağlamış, bu səbəbdən 4 saylı mənzildəki pis qoxular mütəmadi olaraq həmin deşiklərdən 6 saylı mənzilə daxil olmuşdur. Bununla bağlı FHN-nə, 72 saylı MKİS-ə dəfələrlə müraciət edib 4 saylı mənzilin sahibinin qanunsuz hərəkətlərinin qarşısını almağı xahiş etmiş, lakin mənzil sahibinin qanunsuz hərəkətlərinin qarşısı alınmamış, 6 saylı mənzilin və bütün binanın növbəti dəfə qısa qapanmadan yanma təhlükəsi yaranmışdır. xx.xx.2016-cı il tarixdə isə təqribən saat 14 radələrində 6 saylı mənzilin dəhlizdəki parketin altından tüstü çıxdığını və yanan rezin qoxusunu hiss etmiş, buna görə alt mərtəbədə yerləşən 4 saylı mənzilin qapısını döymüş, mənzildən səs gəlsə də, qapını onun üzünə açan olmamışdır. Bundan sonra 102 və 112-yə zəng etmiş, 1-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsindən nümayəndələr 4 saylı mənzilə gəlsələr də, lakin yarana biləcək təhlükə ilə bağlı hər hansı bir tədbir görməmişlər. İşə apellyasiya qaydasında baxılarkən Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 saylı binada yerləşən 4 saylı mənzilin mülkiyyətçisi dəyişdiyindən məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə Cavabdeh prosessual hüquq varisi (mənzilin yeni mülkiyyətçisi) X3 ilə əvəz edilmiş, Cavabdeh və “xxxx” ASC iş üzrə cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxslər qismində cəlb edilmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Bakı şəhəri Binəqədi rayon məhkəməsi onun iştirakını təmin etmədən xx xxxx 2018-cu il tarixdə işə baxmış, iddia tələbini əsassız olaraq təmin etməmişdir. Həmin qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermiş v ə xx.xx.2019-cu il tarixdə MPM-nin 97.3 və 97.4-cü maddəsinə əsaslanaraq vəsatəti apellyasiya məhkəməsinə təqdim etdikdə məhkəmə kollegiyası vəsatətini rədd edərək xx.xx.2019-cu il tarixli qərarı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. Ekspertin qarşında qoyulmuş 1-ci suala xx.xx.2019- cu il tarixli ekspert rəyində 3-cü səhifə 2-ci abzasda “6 saylı mənzilinin dəhlizinin döşəməsində açılmış deşikdən döşəmənin altı ilə çəkilmiş 25 ədəd işıq naqillərinə baxdıqda həmin naqillərin bilavasitə açıq vəziyyətdə, heç bir qoruyucu örtüklə örtülmədən taxta döşəmənin altı ilə çəkildiyi müəyyən edildiyi halda, naqillər beton plitəni deşməklə 4 saylı mənzilə keçdiyini gözlə gördüyü halda tədqiqatın nəticəsində 1- ci sualı dəqiq cavablandırmamışdır. 2-ci sualı ekspert rəyinin 3-cü səhifəs inin 3-cü abzasında, sonrada tədqiqatın nəticəsində 4-cü səhifənin 2-ci abzasında 6 saylı mənzilin dəhliz döşəməsinin altı ilə çəkilmiş elektrik naqilləri “elektrik qurğularının quraşdırılması qaydalarının 2.1.32, 2.1.36, 2.1.37, 2.1.38, 2.1.40 və 2.1.47 bəndlərinin tələblərinə zidd çəkildiyi qeyd edilmişdir. Ekspert tərəfindən 3-cü sual naməlum səbəblərdən cavablandırılmamışdır. Bundan başqa FHN-nin 1 saylı Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixdə 4 və 6 saylı mənzillərdə müayinə keçirilmiş, “Yanğın Təhlükəsizliyi” haqqında qanunun 25-ci maddəsinin və DYNX-nin əsasnaməsinin 9.3-cü bəndini rəhbər tutaraq 6 saylı mənzilin parketinin alt hissəsində elektrik naqillərinin qonşusu tərəfindən qeyri-qanuni çəkilməsi nəticəsində yanğın təhlükəsizliyi sahəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün aidiyyatı qurumlara göstərişlər verilməsi barədə 37/Y-00136 saylı xx.xx.2019-cu il tarixli cavabına məhkəmə hüquqi qiymət verməmişdir. Bundan əlavə xx.xx.2017-ci il tarixdə birinci instansiya məhkəmisinə təqdim etdiyi xx.xx.2016-cı il tarixli notariat kontorunda təsdiq edilmiş aktda Azadlıq prospekti 200/36 binada 4 saylı mənzilin mülkiyyətçisi Cavabdeh məxsus işıq naqilləri qonşunun mənzilinə özbaşına müdaxilə edilməklə 6 saylı mənzilin parket döşəməsinin altı ilə 4 saylı mənzilin otaqlarına aparmaqla qonşu mənzildə yanğın təhlükəsi yaratması barədə aktı iş üzrə 3-cü şəxs Cavabdeh şəxsən, 72 saylı MKİS rəisi xxxx mühəndisxxxx mütəxəsis xxxx və qonşular tərəfindən aktın doğruluğunu notariat kontorunda imzaları ilə təsdiq olunduğu halda məhkəmə qeyd olunan akta da hüquqi qiymət verməmişdir. Məhkəmə qeyd edilənlərə hüquqi qiymət verməyərək iş üzrə səhv nəticəyə gəlmişdir. Tərəflərin izahatları: Üçüncü şəxs Cavabdeh məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti, 200 saylı binanın 6 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir və o həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır. Cavabdeh X3 isə həmin binada yerləşən 4 saylı mənzilin mülkiyyətçisidir. Cavabdehə məxsus mənzil daha öncə iş üzrə üçüncü şəxs Cavabdeh məxsus olmuş və iddiaçı tələbini ona qarşı yönəltmişdir. Mənzil xxxxxxx satıldıqdan sonra sonuncu iş üzrə cavabdeh kimi işə cəlb edilmiş, Cavabdeh isə cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində tanınmışdır. “xxxx” ASC isə həmin binada podrat müqaviləsi əsasında iş görən təşkilatdır və cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı iddia edir ki, yaşadığ ı və mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti, 200 saylı binanın 6 saylı mənzilin altındakı 4 saylı mənzilin mülkiyyətçisi mənzilləri ayıran beton plitələri bütün otaqlarda deşərək mənzilin elektrik naqillərini onun mənzilinin döşəməsinin altından keçirməklə onun mənzili üçün yanğın təhlükəsi yaratmışdır. İddia ərizəsinə iddiaçı tərəfindən çəkilmiş, onun mənzilinin döşəməsinin altından çəkilmiş elektrik naqillərinin vəziyyətini əks etdirən fotoşəkillər, FHN DYNX 1-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən müraciətinə verilmiş cavab mıktubu və MKİS əməkdaşlarının, iddiaçı və Cavabdeh iştirakı işə tərtib edilmiş AKT əlavə edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının irəli sürdüyü dəlillərin məhkəmə araşdırması zamanı təsdiq olunmamas ı, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti, 200 saylı binanın 6 saylı mənzilin döşəməsinin altından 4 saylı mənzilin elektrik naqillərinin keçib-keçmədiyinin müəyyənləşdirilməsinin mümkün olmaması əsası ilə iddianı rədd etmişdir. İşə apellyasiya qaydasında baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası müəyyən edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 21418 saylı rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti, 20036 saylı binanın 4 saylı mənzilinin tavanına vurulmuş asma alçipan təbəqələri sökülməklə elektrik xəttinə baxış keçirilmədən X2 xüsusi mülkiyyətində olan 4 saylı mənzilin tavanından deşik açılmaqla iddiaçıya məxsus olan həmin binada yerləşən 6 saylı mənzilin parketinin altından işıq naqillərinin keçirilməsini müəyyən etmək mümkün deyildir. 6 saylı mənzilin dəhlizinin döşəməsində açılmış dəlikdən baxdıqda döşəmənin altı ilə çəkilmiş elektrik naqilləri “Elektrik qurğularının quraşdırma qaydaları”nın 2.1.32, 2.1.36, 2.1.37, 2.1.38, 2.1.40 və 2.1.47-ci bəndlərinin tələblərinə ziddir. İddia tələbini rədd apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ekspert rəyi əsasında iddiaçının mülkiyyətində olan mənzilin döşəməsinin altı ilə elektrik naqillərinin çəkilməsinin “Elektrik qurğularının quraşdırma qaydaları”nın 2.1.32, 2.1.36, 2.1.37, 2.1.38, 2.1.40 və 2.1.47-ci bəndlərinin tələblərinə zidd olduğu müəyyən edilsə də, həmin naqillərin məhz 4 saylı mənzilə aid naqillər olduğu müəyyən edilməmişdir. İşə apellyasiya qaydasında baxılarkən iş üzrə 3-cü şəxs qismində cəlb edilmiş “xxxx” ASC-nin nümayəndələri izahat verərək göstərmişlər ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 saylı binada 2015-ci ildə baş vermiş yanğın hadisəsindən sonra Bakı şəhər Mənzil Kommunal Departamenti ilə bağlanan podrat müqaviləsi əsasında “xxxx” ASC binanın təmirini həyata keçirmişdir. Binada yanğın baş verdiyi üçün Fövqəladə Hallar Nazirliyi müəyyən hissələri deşməyə icazə vermədiyinə görə binanın elektrik naqilləri döşəmə və tavanın arasındakı beton hissə ilə tam təhlükəsiz çəkilmişdir. Betonun içi ilə çəkilmiş naqillər isə iddiaçının mənzilinə aid deyil. 3-cü şəxsin nümayəndəsi tərəfindən sözügedən 4 saylı mənzilə çəkilmiş elektrik xətlər inin sxemini məhkəməyə təqdim etmişdir. İddiaçı apellyasiya instansiyası məhkəməsində verdiyi izahatında göstərmişdir ki, cavabdehin mülkiyyətində olan mənzilin elektrik naqillərinin mənzilin əvvəlki mülkiyyətçisi tərəfindən deyil, binanın təmirini həyata keçirmiş “xxxx” ASC tərəfindən çəkilməsi ona əvvəldən məlum idi. Lakin o hesab edir ki, mənzilinin təhlükəsizliyi üçün həmin naqillər kəsilməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan mənzilin döşəməsinin altından çəkilmiş elektrik naqilləri 3-cü şəxs “xxxx” ASC tərəfindən və binanın bütün mənzillərində eyni qaydada çəkildiyindən, naqillərin həmin qaydada çəkilməsinə görə 4 saylı mənzilin nə əvvəlki, nə də hazırkı mülkiyyətçisi hər hansı məsuliyyət daşımadığından sözüg edən naqillərin yerinin dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia təmin edilə bilməz. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Çünki apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla bərabər işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İddiaçının iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 152-ci maddəsi təşkil edir. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.6-cı maddəsi nə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. İş materialları ilə və keçirilmiş ekspertiza tədqiqatı ilə iddiaçının mülkiyyətində olan mənzilin döşəməsinin altı ilə elektrik naqillərinin çəkilməsinin “Elektrik qurğularının quraşdırma qaydaları”nın 2.1.32, 2.1.36, 2.1.37, 2.1.38, 2.1.40 və 2.1.47-ci bəndlərinin tələblərinə zidd olduğu müəyyən edilmişdir. İddia tələbinin rədd edən apelyasiya instansiyası məhkəməsi həmin naqillərin 4 saylı mənzilə aid olmasının müəyyən edilmədiyini qeyd etmişdir. İş materiallarındadn görünür ki, ekspert xx.xx.2019-cu il tarixli vəsatətlə məhkəməyə müraciət edərək ekspert qarşısında qoyulmuş sualların cavablandırılması üçün Bakı şəhər Binəqədi rayonu, Azadlıq prospekti ünvanda yerləşən 200/36 saylı yaşayış binasında bərpa və əsaslı təmir işlərinin “Mühəndis şəbəkələri” layihəsinin əslinin (mülki işin materiallarında olan layihənin 28-ci vərəqəsində göstərilmiş mənzil daxili elektrik şəbəkəsinin xətlərinin divar daxili və ya tavan hissələrində hansı qaydada çəkilmə üsulu əks olunmadığına görə, elektrik xətlərinin çəkilmə üsulunu göstərən layihə çıxarışlarının əks olunması zəruridir) təqdim olunması xahiş etmiş, lakin ekspertin vəsatəti təmin edilməyərək tələb edilən sənədlər ekspertə göndərilməmiş, nəticədə ekspert qarşısında qoyulmuş sualı cavablandırılmaq mümkün olmamışdır. (İİ cild iş v. 10) Bundan başqa iddia tələbini rədd edən apelyasiya instansiyası məhkəməsi həmçinin o hala istina d etmişdir ki, mübahisəli ünvanda təmir işləri üçüncü şəxs “xxxx” ASC tərəfindən aparılmışdır. Aparılmış işlərə görə 4 saylı mənzilin nə əvvəlki, nə də hazırkı mülkiyyətçisi hər hansı məsuliyyət daşımadığından sözügedən naqillərin yerinin dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia təmin edilə bilməz. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, “xxxx” ASC podrat müqaviləsi əsasında həmin binada iş görən təşkilatdır. Sifarişçi isə Bakı şəhəri Mənzil Kommunal Departamentidir. Podratçı təşkilatın nümayəndəsinin bütün binada cavabdehin mənzilindəkinə uyğun elektrik işlərinin aparılması barədə izahatına əsaslanmaqla iddianı rədd edən apelyasiya instansiyası məhkəməsi cavabdehin mənzilində aparılmı ş elektrik işlərinin hazırda mövcud olan vəziyyətin binadakı digər mənzillərlə eynilik təşkil edib-etməməsini müəyyən etməmiş, yalnız iddianın təmin olunmasında maraqlı olan cavabdeh tərəfdən 3-cü şəxsin izahatında səhvə yol vermişdir. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr həmin işlərin görülməsinin sifarişçisi Bakı şəhər Mənzil Kommunal Təsərrüfat Departamanetinin nümayəndəsinin, podratçı təşkilat “xxxx” ASC-nin nümayəndəsinin və tərəflərin, o cümlədən zərurət olarsa mütəxəssisin iştirakı ilə mübahisəli mənzillərə yerli baxış keçirilməsini müzakirə etməmiş, iddiaçının aradan qaldırılmasını tələb etdiyi təhlükənin, “Elektrik qurğularının quraşdırma qaydaları”nın tələblərinə zidd olaraq çəkilmiş naqillərin cavabdehin mənzilinə aid olub-olmamasını aydınlaşdırma yaraq iş üzrə həqiqətin müəyyən edilməsini təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 20 04-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamən in əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona gö rə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1126/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-3036/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3036/2020
21.05.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver