Məhkəmə qərarları › İş №2(102)-3039/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3039/2024

21.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3039/2024 21.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 qarşı mülk iş üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarsızlığı, mülkiyyətin müdafiəsi, mənzildən istifadəyə maneənin aradan qaldırılması.) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzilin boşaldılaraq təvil verilməsi, mənzildən istifadəyə maneənin qadağan edilməsi və vurulmuş mənəvi zərərin əvəzi qismində pul tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyası nın 2 aprel 2024-cü il tarixli, 2(104)-117/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı və X6 arasında bağlanmış 26 noyabr 2008-ci il tarixli müqaviləyə əsasən, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsi, (indiki X10 küçəsi) 10 mərtəbəli yaşayış binasının 2-ci blok, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 80 kvadrat metr olan, 1 otaqlı, 65 nömrəli mənzil (bundan sonra-mübahisəli mənzil) İddiaçı istifadəsinə verilmişdir.

2. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin icraatında olmuş cinayət işinin istintaqı zamanı təyin edilmiş məhkəmə-xətşünaslıq, sənədlərin texniki ekspertizalarını n 30 noyabr 2021-ci il tarixli rəyinə əsasən, ekspertizaya təqdim edilmiş X1 adına olan 6 iyul 2009-cu il tarixli müqavilədə «İcraçı» qrafasından aşağıda yerləşən «Rüstəmov Rövşən» yazıları qarşısında əks olunmuş imza – X6 tərəfindən icra olunmuş imzanın əksi olmuş və həmin müqavilədə olan möhür əksi və üzərindəki imza axıntılı printerdə çap edilmişdir. Tədqiqata təqdim edilmiş müqavilədə olan möhür əksi təqdim edilmiş eyni məzmunlu möhürün sərbəst əks nümunələri ilə eynilik təşkil etmişdir.

3. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 9 dekabr 2022-ci il tarixli 1(005)232/2022 nömrəli hökmü ilə, Cavabdeh2 hüquq verən rəsmi sənəd olan arvadı Məhərrəmova (Ələkbərova) Ziyafət Ələsgər qızı ilə X6 arasında bağlanması barədə Cavabdeh1 (Ələkbərovanın) Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, M.C.Paşaye v (keçmiş Ə.Mehmandarov) küçəsində inşa olunan 10 mərtəbəli yaşayış evində yerləşən ümumi sahəsi 76 kvadrat metr olan 1 otaqdan ibarət 65 saylı mənzilə pay hüququ əldə etməsinə dair 6 iyul 2009-cu il tarixli müqaviləni sonradan istifadə etmək məqsədi ilə həmin tarixdə Gəncə şəhərində qanunsuz hazırlayıb saxtalaşdırmışdır. Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, lakin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-1-ci maddəsinə əsasən cəza təyin edilməmişdir. Qeyd olunan hökm 30 dekabr 2022-ci il tarixdə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cav abdehlər Cavabdeh1 və Cavabdeh2 Ələsgər oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov (indiki X10) küçəsində inşa olunan 10 mərtəbəli yaşayış binasının 2-ci blok, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 80 kvadrat metr olan, 1 otaqlı 65 nömrəli mənzilin Cavabdeh1 istifadəsinə verilməsinə dair Z.Ə.Məhərrəmovla R.N.Rüstəmov arasında bağlanmış 6 iyul 2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 mənzildən çıxarılaraq, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi, iddiaçının mənzildən sahiblik və istifadəsinə cavabdeh tərəfindən edilən müdaxilənin qadağan edilməsi, vurulmuş mənəvi zərərin əvəzi qismində 7.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğində pul vəsaitinin cavabdehdə n iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ona məxsus həmin mənzilə daxil olaraq orada yaşaması barədə məlumat aldıqdan sonra dəfələrlə həmin mənzildən çıxmasını tələb etməsinə baxmayaraq, sonuncu həmin tələblərə məhəl qoymamışdır. Cavabdeh2 və digər şəxslərin həmin binada olan mənzilləri cinayət yolu ilə ələ keçirmələri faktı ilə bağlı Bakı şəhəri Nərimanov rayon polis idarəsinin istintaq şöbəsinə aparılan istintaq zamanı Cavabdeh1 və onun mərhum əri Cavabdeh2 saxta formada tərtib etdikləri 6 iyul 2009-cu il tarixli müqaviləyə əsasən iddiaçıya məxsus həmin mənzili ələ keçirərək, orada yaşadıqları və mənzildən qanunsuz istifadə etməyə başladıqları müəyyən edilmişdir. Cavabdeh1 və Cavabdeh2 saxta formada tərtib etdikləri müqavi lədə qeyd olunanlara görə mübahisəli mənzil Ziyafət Ələkbərovanın istifadəsinə verilmişdir. Lakin həmin müqavilənin saxta olması ibtidai istintaq zamanı alınmış ekspert rəyi ilə müəyyən edilmişdir. Həmçinin cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya 7.000 manat məbləğində mənəvi zərər vurulmuşdur.

6. Cavabdeh1 məhkəmədə iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, iddiaçının bacısı Veneranın əri olmuş Rövşən Rüstəmov tərəfindən həmin yaşayış binasının tikintisi başlamazdan əvvəl, yəni 2008-2009-cu illərdə Rövşən Rüstəmov onun kimi onlarla digər şəxslərlə payçı qismində müqavilələr bağlamış, pulların bir hissəsini əvvəldən, bir hissəsini isə sonrakı vaxtlarda hissə-hissə almaqla binanın tikintisinə başlamışdır. Onunla bağlanmış 6 iyul 2009-cu il tarixli müqaviləyə əsasən, həmin tarixdə onun tərəfindən 8.000 manat məbləğində, sonra isə 1 fevral 2011-ci ildə 7.260 manat ödəməklə müqavilə üzrə tam məbləğ olan 15.960 manat məbləğində pul vəsaiti tam ödənilmişdir. 2011-ci ildə isə o və mərhum əri Cavabdeh2 ilkin təmirə başlamış, arakəsmələri hördürmüş, mənzilin elektrik, suvaq və digər işlərini gördürmüşlər. İlkin təmir işləri görülərkən Rövşən Rüstəmov sağ olmuş, bundan xəbəri olmuşdur. 2011-ci ilin iyun ayında Rövşən Rüstəmov öldürülmüşdür. 2011-ci ilin oktyabr ayında isə o, Rövşənin arvadı Venera ilə danışaraq mənzilin sahibi olduğunu bildirmiş və binanın tikintisinin nə vaxt başa çatacağını soruşmuşdur. Həmin vaxt Venera komputerdə bütün informasiyanın olduğunu, vərəsəlik işləri yekunlaşdıqdan sonra binanın tikintisinin başa çatacağını bildirmişdir. 2013-cü ildə o, təmiri yarım qalmış mənzildə təmir işlərini davam etdirmək qərarına gəlmişdir. Həmin ərəfələrdə Venera binanın qarşısında mühafizə yerləşdirmiş və Veneranın icazəsi əsasında o, mənzildə təmir işlərini yekunlaşdırmışdır. 2014-cü ilin sonlarında isə o, mərhum əri Cavabdeh2la birlikdə həmin mənzilə köçərək orada yaşamağa başlamışdır. 2014-cü ildə isə Venera Gəncə şəhəri Nizami Rayon Məhkəməsində 32 mənzilin müqavilələrinin ləğv edilməsinə dair iddia qaldırmışdır. Həmin vaxt Venera ona və onun mülkiyyətində olan 65 nömrəli mənzilinə dair iddia qaldırmamışdır. 2013-cü ildən başlayaraq binanın bütün mübahisəli məsələlərində Venera ilə birlikdə onun bacısı Esmira da iştirak etmiş, bu 10 ilə yaxın müddətdə bir dəfə də olsun nə Venera, nə də ki Esmira həmin mənzilə dair onunla hər hansı mü qavilə olduğunu, yaxud mənzilin onlara aid olduğunu bildirməmişdir. İddiaçı onun mülkiyyətində olan mənzilə dair 6 iyul 2009-cu il tarixli müqavilənin əhəmiyyətsiz əqd kimi etibarsız hesab edilməsi barədə 13 ildən sonra iddia qaldırmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə görə etibarsız əqdlər üzrə nəticələrin tətbiqi barədə iddia onun icrasına başlandığı gündən 1 il ərzində irəli sürülə bilər. İddiaçı həmin müqaviləni 2009- cu ildən başlamaqla, 1 il müddətində mübahisələndirməli olduğu halda, 13 ildən sonra mübahisələndirmişdir. 2011-ci ilin oktyabr ayında o, İddiaçı bacısı Venera ilə telefonla danışdıqdan sonra, Esmiranın həmin mənzilə dair müqaviləsinin olduğu və pul ödədiyi məlum olmuşdur. Buna görə də iddiaçı qanunla müəyyən edilmiş müddəti buraxd ığına görə kəsici müddət tətbiq edilməklə İddiaçı iddiası təmin edilə bilməzdi. Hazırki iddia ərizəsi ilə İddiaçı hüquqdan sui-istifadə etmişdir. Qeyd olunan müqavilənin onda başqa nüsxəsi olmamış və göstərilən müqavilə əsl müqavilə olmuşdur.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, həmin yaşayış binasında tikinti işləri gedərkən o, həmin binada mühafizəçi işləmişdir. O, Rövşən Nəcəfovu bir neçə dəfə həmin binada görmüşdür. Cavabdeh1 onun bibisi oğlunun arvadı olmuşdur. Mübahisəli mənzili Cavabdeh1 təmir etdirmiş və hazırda da orada yaşamışdır.

8. Birinci instansiya məhkəməsi 3 oktyabr 2022-ci il tarixli qərardadla iş üzrə kompleks məhkəmə-xəttşünaslıq və sənədlərin texniki ekspertizaları təyin edilmişdir.

9. Məhkəmə Ekspertizası Mərkəzinin 2 dekabr 20 22-ci il tarixli 4/1579-5/1358 nömrəli məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizalarının rəyinə əsasən, ekspertizaya təqdim olunmuş X6 və İddiaçı adlarına olan 26 noyabr 2008-ci il tarixli müqavilənin arxa tərəfində «Fiziki şəxs» qrafasındakı imza və müqavilənin sonunda «48.000 (qırx səkkiz min) AZN» yazılarının qarşısındakı imza – X6 tərəfindən icra olunmuşdur. Tədqiqata təqdim edilmiş X6 ilə İddiaçı arasında bağlanmış 26 noyabr 2008- ci il tarixli müqavilənin arxa hissəsində olan möhür əksləri relyefi klişedən sənədin üzərinə vurulmuşdurlar. Təqdim edilmiş X6 ilə İddiaçı arasında bağlanmış 26 noyabr 2008-ci il tarixli müqavilənin arxa hissəsində olan «Azərbaycan Respublikası X6» məzmunlu möhür əksləri, sərbəst nümunə qismində təqdim edilmiş xx.xx.2006-cı il tarixli, xx.xx.200 6-cı il tarixli, xx.xx.2011-ci il tarixli, xx.xx.2008-ci il tarixli, xx.xx.2007-ci il tarixli müqavilələrin, xx.xx.2008-ci il tarixli, 38 nömrəli; xx.xx.2008-ci il tarixli, 56 nömrəli; xx.xx.2008-ci il tarixli, 40 nömrəli; 2 ədəd xx.xx.2008-ci il tarixli, 19 nömrəli; 2 ədəd xx.xx.2008-ci il tarixli, 59 nömrəli; xx.xx.2007-ci il tarixli, 39 nömrəli; xx.xx.2008-ci il tarixli, 39 nömrəli ödəniş tapşırıqlarının; xx.xx.2008-ci il tarixli, 56 nömrəli A formatlı ödəniş tapşırığının üzərlərindəki möhür əskləri ilə eynilik təşkil edirlər. Təqdim edilmiş X6 ilə İddiaçı arasında bağlanmış 26 noyabr 2008-ci il tarixli müqavilənin arxa hissəsində möhür əkslərinin üzərlərində olan imzaları hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vasitəsilə icra edilmişdir.

10. Məhkəmə-xətşünalıq və sənədlərin texniki ekspertizalarının 05 may 2023-cü il tarixli 4/401-5/349 nömrəli rəyinə görə, ekspertizaya təqdim olunmuş, Bakı şəhəri, Nərimanov RPİ-nin möhürlənmiş zərfindən çıxan X2 və X3 adlarından olan 06 iyul 2009cu il tarixli müqavilənin kserosurətinin və həmin müqavilənin mülki işin 36-cı, 132-ci səhifələrində olan kserosurətlərin arxa tərəflərində «Fiziki şəxs Rüstəmov Rövşən» qrafalarında əks olunan imzalar, «Ödəmə xx.xx.2009 8.000 (səkkiz min) AZN», «Ödəmə xx.xx.2011 7.960 (yeddi min 960) AZN», «Ödəmə dəyəri tam ödənildi» yazıları qarşısında əks olunan imzalar (3 ədəd) – X6 tərəfindən icra olunmuşdur. Tədqiqata təqdim edilmiş X6 ilə X2 arasında bağlanmış 06 iyul 2009-cu il tarixli müqavilə və üzərində olan çap mətni, imzalar, əl yazılar, möhür əksləri reproqrafik surət olub lar, çoxaldıcı qurğu vasitəsi ilə surətləri çıxarılmışdır. Təqdim edilmiş X6 ilə X2 arasında bağlanmış 06 iyul 2009-cu il tarixli müqavilənin reproqrafik surətinin arxa hissəsində olan «Azərbaycan Respublikası X6» məzmunlu möhür əksinin təsvirləri sərbəst nümunə qismində təqdim edilmiş xx.xx.2006-cı il tarixli, xx.xx.2006-cı il tarixli, xx.xx.2011-ci il tarixli, xx.xx.2008-ci il tarixli, xx.xx.2007-ci il tarixli müqavilələrin, xx.xx.2008-ci il tarixli 38 nömrəli; xx.xx.2008-ci il tarixli 56 nömrəli; xx.xx.2008-ci il tarixli 40 nömrəli; 2 ədəd xx.xx.2008-ci il tarixli 19 nömrəli; 2 ədəd xx.xx.2008-ci il tarixli 59 nömrəli; xx.xx.2007-ci il tarixli 39 nömrəli; xx.xx.2008-ci il tarixli 39 nömrəli ödəniş tapşırıqlarının üzərlərindəki möhür əksləri ilə eynilik təşkil edir. Təqdim edilmiş X6 ilə X2 arasında bağlanmış 06 iyul 2009-cu il tarixli müqavilənin reproqrafik surətinin arxa hissəsində olan «Azərbaycan Respublikası X6» məzmunlu möhür əksinin təsvirləri sərbəst nümunə qismində təqdim edilmiş 2 ədəd xx.xx.2008-ci il tarixli müqavilənin, xx.xx.2008-ci il tarixli 05 nömrəli ödəniş tapşırığının üzərindəki möhür əksləri ilə eynilik təşkil etmirlər. Təqdim edilmiş X6 ilə X2 arasında bağlanmış 06 iyul 2009cu il tarixli müqavilə reproqrafik surət olduğu üçün ekspert qarşısında qoyulmuş «X2 ilə X6 arasında 06 iyul 2009-cu il tarixdə bağlanmış və mülki iş materiallarına əlavə edilmiş müqavilənin sonuncu vərəqində, «fiziki şəxs» sözünün altında və «Rüstəmov Rövşən» sözünün ön hissəsində olan imza hansı üsulla icra edilmişdir?», «X2 ilə X6 arasında 06 iyul 2009-cu il tarixdə bağlanmış və mülki iş materiallarına əlavə edilmiş müqavilənin sonuncu vərəqində, «fiziki şəxs» sözünün altında və «Rüstəmov Rövşən» sözünün ön hissəsində olan möhür hansı üsulla vurulmuşdur?», «X2 ilə X6 arasında 06 iyul 2009-cu il tarixdə bağlanmış və mülki iş materiallarına əlavə edilmiş müqavilənin sonuncu vərəqində, «ödəmə xx.xx.2009 8.000 (səkkiz min) AZN», «ödəmə xx.xx.2011 7.960 (yeddi min 960)», «ödəmə dəyəri tam ödənildi» sözlərinin qarşısında olan 3 ədəd imza hansı üsulla icra edilmişdir (hər bir imza üzrə ayrı-ayrılıqda göstərilməklə)?», «X2 ilə X6 arasında 06 iyul 2009-cu il tarixdə bağlanmış və mülki iş materiallarına əlavə edilmiş müqavilənin sonuncu vərəqində, «ödəmə xx.xx.2009 8.000 (səkkiz min) AZN», «ödəmə xx.xx.2011 7.960 (yeddi min 960)», «ödəmə dəyəri tam ödənildi» sözlərinin q arşısında olan 2 ədəd möhür hansı üsulla vurulmuşdur (hər bir möhür üzrə ayrı-ayrılıqda göstərilməklə)?», «X2 ilə X6 arasında 06 iyul 2009-cu il tarixdə bağlanmış və mülki iş materiallarına əlavə edilmiş müqavilənin sonuncu vərəqində, «ödəmə xx.xx.2009 8.000 (səkkiz min) AZN», «ödəmə xx.xx.2011 7.960 (yeddi min 960)», «ödəmə dəyəri tam ödənildi» sözləri hansı üsulla icra edilmşdir?» sualları üzrə tədqiqat aparılmamışdır.

11. Gəncə Şəhər Məhkəməsinin 5 iyun 2023-cü il tarixli 2(125)-159/2023 nömrəli qərardadı ilə mülki iş üzrə icraata Cavabdeh2 Ələsgər oğluna dair hissədə E.Ə.Məhərrəmovun ölməsinə görə xitam verilmişdir.

12. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 2(125)-159/2023 nömrəli, 5 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Camal Quliyev) iddia tələ binin qismən təmin edilərək, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov (indiki X10) küçəsində inşa olunan 10 mərtəbəli yaşayış binasının 2-ci blok, 4-cü mərtəbəsində yerləşən, 1 otaqlı 65 nömrəli mənzilə dair Cavabdeh1 adına tərtib edilmiş 6 iyul 2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov (indiki X10) küçəsində yerləşən 10 mərtəbəli yaşayış binasının 2-ci blok, 4-cü mərtəbəsindəki 1 otaqlı 65 nömrəli mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq, İddiaçı təhvil verilməsi, İddiaçı iddiasının qalan hissədə təmin edilməməsi, Cavabdeh1 məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manat məbləğində pul vəsaitinin İddiaçı və ekspertiza təd qiqinin dəyərini təşkil edən vəsaitin əvəzi qismində 400 (dörd yüz) manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması qət edilmişdir.

13. Məhkəmə şahid Q.Y.Əmiraslanovun ifadəsində göstərdiyi xüsusatlara hüquqi qiymət verərək hesab etmişdir ki, mübahisəli mənzilə dair Cavabdeh1 adına tərtib edilmiş 6 iyul 2009-cu il tarixli müqavilənin X6 tərəfindən imzalanmasını və iş üzrə əhəmiyyət kəsb edən digər halları müəyyən etmək mümkün olmamışdır.

14. Məhkəmə cavabdehin iddia ərizəsinin qanunla müəyyən edilmiş müddət buraxılmaqla verilməsinə dair etirazına münasibətdə bildirmişdir ki, hazırkı iş üzrə iddiaçı fərdi müəyyən əşya üzrə bağlanmış əqdlərin əhəmiyyətsiz olduğunu bildirməklə, onun etibarlılığını mübahisələndirdiyind ən, cavabdehin öz etirazının əsası kimi iddia müddətinin tətbiqinə dair göstərdiyi xüsusat iddianın rədd olunması üçün əsas deyildir.

15. Məhkəmə qeyd etmişdir ki, mülki işin məhkəmədə icraat zamanı mübahisəli mənzilə dair Cavabdeh1 adına tərtib olunmuş 6 iyul 2009-cu il tarixli 2 müqavilənin olduğu müəyyən edilmişdir. Həmin müqavilələrdən birinci müqavilənin ilk səhifəsi digər müqavilədən fərqli olaraq 4 bənddən (digər müqavilədə ilk səhifədə 3 bənd), ümumilikdə isə 7 bənddən (digər müqavilə ümumilikdə 6 bənd) ibarət olmuş, müqavilənin 1-ci bəndi «müqavilənin şərtləri» (digər müqavilədə 1-ci bəndi «müqavilənin predmeti»), 3- cü bəndi «təhvil-təslim» (digər müqavilədə 3-cü bəndi «fors major») adlandırılmış və 30 noyabr 2021-ci il tarixli 4/1567-5/1258 nömrəli məhkəmə-xətşünaslıq, sənədləri n texniki ekspertizalarının rəyində foto şəkli əks olunmuşdur. Qeyd olunan müqavilənin həqiqiliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin icraatında olmuş cinayət işinin istintaqı zamanı araşdırılmış və buna dair 30 noyabr 2021-ci il tarixli məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizalarının rəyi verilmiş, həmin müqavilənin həqiqi olmaması Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 9 dekabr 2022-ci il tarixli 1(005)-232/2022 nömrəli hökmü ilə təsbit edildiyindən, həmin müqavilənin həqiqi olmamasına dair halların mübahisələndirilməsinə əsas, habelə onun həqiqi olmamasının yenidən sübut edilməsinə və araşdırılmasına zərurət olmamışdır.

16. Məhkəmə, nə zahiri ifadəyə, nə də başqa hallara görə mübahisəli mənzilin Cavabdeh1 satılmasına dair R.N.Rüstəmova aid iradə mövcud olmadığında n və Cavabdeh1 öz etirazının əsası kimi belə bir iradənin mövcudluğunu təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən hesab etmişdir ki, mübahisəli mənzilə dair Cavabdeh1 adına tərtib edilmiş 6 iyul 2009-cu il tarixli müqavilə əhəmiyyətsiz əqd olmuşdur. Lakin 2 dekabr 2022-ci il tarixli ekspert rəyində İddiaçı və X6 arasında mübahisəli mənzilə dair 26 noyabr 2008-ci il tarixdə bağlanmış müqavilənin və müqavilə iştirakçılarının iradəsinin həqiqiliyi təsdiq olunmuşdur. Bununla da İddiaçı mübahisəli mənzilə mülkiyyət hüququnun yarandığı müəyyən edilmişdir. Bu səbəbdən İddiaçı həmin mənzil üzərində mülkiyyət və həmin hüquqdan yaranan digər tələb hüquqları, eləcə də üçüncü şəxslərin mülkiyyətə qanunsuz müdaxiləsinin aradan qaldırılmasına dair iddia hüququ mövcud olmuşdur.

17. Məhkəmə hes ab etmişdir ki, iddiaçı onun mənzildən sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən edilən müdaxilənin qadağan edilməsi və vurulmuş mənəvi zərərin əvəzi qismində 7.000 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etsə də, gələcəkdə hər hansə müdaxiləninin ediləcəyini və ona mənəvi zərər vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin hazırda mənzildən istifadə ilə əlaqədar mövcud olan müdaxilənin aradan qaldırılması mənzilin boşaldılmaqla, təhvil verilməsi» hissəsinə dair tələblə əhatə olunduğuhndan, iddia həmin hissədə rədd edilməlidir.

18. Birinci instansiya məhkəməsi öz mövqeyini «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqə li şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəllənin 324.1, 331.1, 337.1, 337.3, 337.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2. 82.4, 89.1. 89.3, 89.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

19. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün h üquqi qiymət verilməmişdir. Müqavilələr əsasən Rövşən Rüstəmovun nümayəndəsi Əhmədov Ələddinlə danışılmış, razılaşmadan sonra pul ödənilən vaxtı X7 və ya Bakıda həmin pulun ödənilməsinə dair öz xətti ilə qeydiyyat aparıb imza edib möhür vurmuşdur. Müqavilələrin digər tərəfində soyadları qeyd edilən payçıların imzaları və sair xətt nümunələri qoyulmamışdır. Ziyafət Ələkbərovaya aid 6 iyul 2009-cu il tarixli müqavilədən də görünür ki, o, həmin tarixdə 8000 manat pul ödəmiş, bu barədə qeydiyyat aparılmış imza və möhür vurulmuş, daha sonra 01 fevral 2011-ci il tarixdə 7960 manat ödəmiş, həmin ödəməyə dair də, imza və möhür vurulmuş müqavilə üzrə tam məbləğ olan 15960 manat pulun ödənilməsi qurtarılmışdır. Son illərdə Venera Rüstəmova ilə o və onun mərhum əri Cavabdeh2 arasında münaqişə yarandı ğından iddiaçının bacısı Venera Rüstəmova onların mənzillərini nəyin bahasına olur-olsun məhkəmə vasitəsi ilə əllərindən alacağı barədə təhdidlər irəli sürmüşdur. Veneranın məqsədi onları bina sakinlərinin hüquqlarının müdafiəsindən çəkindirmək olmuşdur. O, MMMC-nin sədri olduğu 3 il müddətində məhkəmələrdə Veneranın əsassız iddialarının əleyhinə çıxış etdiyi üçün Venera onlara qarşı düşmən mövqeyində olmuşdur. Veneranın şikayətləri əsasında Gəncə və Bakı şəhərində onun mərhum əri Cavabdeh2 barəsində cinayət işləri başlanmış və bu proseslər uzun müddət davam etmişdir. Bu proseslərdə daim əsəb sarsıntısına məruz qalan Cavabdeh2 2022-ci ildə infarktdan dünyasını dəyişmişdir. Birinci instansiya məhkəməsi qənaətə gələrkən Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarına i stinad etmişdir. Hesab edir ki, məhkəmə həmin qərara istinad etməklə səhvə yol vermişdir. Belə ki, həmin qərar cavabdehin hüququ vəziyyətini pisləşdirdiyinə görə konstitusion normaların tələbi baxımından ona münasibətdə tətbiq edilə bilməzdi. Çünki Konstitusiya Məhkəməsinin həmin qərarı qəbul olunanadək eyni xarakterli bütün işlər üzrə MM-nin 354.1-ci maddəsi tətbiq edilməklə iddialar rədd edilmiş və həmin qərarlar apellyasiya və kassassiya instansiyalarında dəyişdirilmədən saxlanılmışdır. Yeni qərarla maddi hüquq normasına verilmiş şərh, həmin vaxtdan sonra yaranan mübahisələrə aid edilməli və həmin vaxtdan sonra başlanmasına əsas olmuş meydana çıxan hüquq pozuntusuna tətbiq edilməlidir. Əks halda eyni xarakterli mübahisələr üzrə əhəmiyyətsiz əqdlərə 1 illik müddət tədbiq edilməklə məhkəm ələr tərəfindən əqdlər ləğv olunmadığı halda, tərəfin hüquqi mənafeinə zidd yeni qərara istinad edilərək, vətəndaşın vəziyyətini pisləşdirən məhkəmə qərarının qəbul edilməsi yolverilməzdir. Belə ki, maddi hüquq normalarının tələbinə əsasən hüquqdan sui-istifadə qadağandır və hüquqdan yalnız başqasına zərər vurmaq məqsədilə istifadə oluna bilməz. Halbuki, iddiaçı hazırkı iddianı qaldıranadək həmin mənzili tanımamış, görməmiş və maraqlanmamışdır, çünki mənzilin ona aidiyyatı olmamışdır. Həmçinin, dəyəri 16000- 20000 manat olan mənzilə görə iddiaçının guya 48000 manat ödəməsi də ağlabatan deyildir. Həmçinin, Rövşən Rüstəmovun 16000 manat dəyərində olan mənzili arvadının bacısına 48000 manata satması mümkün deyildir. Bu səbədən, həmin müqavilə tərəflərin iradə ifadəsini əks etdirmək reallığı ndan kənar olmuşdur. Bundan başqa, məhkəmənin qətnaməsində göstərdiyi Nərimanov Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli 1(005)-232/2022 nömrəli hökmü ilə mübahisəli mənzilə dair Cavabdeh1 adına tərtib olunmuş, ümumilikdə 7 bənd, ilk səhifəsi 4 bənd, 1-ci bəndi “müqavilənin şərtləri” və 3-cü bəndi “təhvil-təslim” adlandırılan 6 iyul 2009-cu il tarixli müqavilənin həqiqi olmadığı müəyyən olunduğundan, həmin müqavilənin həqiqi olmamasına dair halların mübahisələndirilməsinə əsas, habelə onun həqiqi olmamasının yenidən sübut edilməsinə və araşdırılmasına zərurət yoxdur. Həmin müqavilənin ona aid olmadığı qeyd edilmişdir. Çünki onunla Rövşən Rüstəmov arasında bağlanmış müqavilə 7 bənd deyil, 6 bəndən ibarət, ilk səhifəsi 3 bənd, 1-ci bəndi “müqavilənin şərtləri” deyil “müqavilənin predm eti adlanan”, 3 cü bəndi “təhvil-təslim” deyil “fors major” adlanan müqavilə olmaqla iş materiallarında da mövcud olmuşdur. Həmin müqavilənin kserosurətini də məhkəməyə təqdim etmişdir. Məhkəmə proseslərində birmənalı olaraq bildirmişdir ki, onun müqaviləsinin əsli Nərimanov rayon Polis İdarəsində aparılan mərhum əri Cavabdeh2 guya dələduzluq cinayəti üzrə istintaq zamanı müstəntiq tərəfindən aldadılaraq əlindən alınmış sonra qaytarılmamışdır. Sonradan dəfələrlə tələb və şikayətlərinə baxmayaraq, onun müqaviləsi özünə qaytarılmamışdır. Ona görə də məhkəməyə müqavilənin əsli deyil, özündə olan kserosurətini təqdim etmişdir. Ekspertiza rəyindən də görünür ki, ekspertiza tədqiqatı Nərimanov rayon Polis İdarəsindən daxil olmuş zərfin içərisindən çıxmış kserosurət müqavilə və mülki işin 36-132 nömrəli səhifələrində olan kserosurət müqavilələr üzərində aparılmışdır. Buradan görünür ki, ekspertiza tədqiqatı kserosurət müqavilə üzərində aparılaraq rəy verilmişdir. Belə olan halda nəzərə alınmalıdır ki, ekspertiza tədqiqatı rəyi üzrə gəlinmiş nəticə tədqiqat obyektinin kserosurətlər olduğuna görə məhz elə qeyd edilməlidir. Ekspertiza üzrə gəlinmiş həmin nəticə onun 6 iyul 2009-cu il tarixli müqavilənin həqiqiliyini təsdiq edən əsas dəlil kimi qəbul edilməlidir. Məhkəmənin ikinci gəldiyi nəticə odur ki, guya ona aid olan müqavilə tərəflərin iradə ifadəsini təsdiq etmədiyinə görə əhəmiyyətsiz müqavilə olmuşdur. Məhkəmə bu nəticəyə gələrkən qətnamədə əsas kimi, müqavilənin və onun üzərində olan cap mətninin, gələrkən qətnamədə əsas kimi, müqavilənin və onun üzərində olan cap mətninin, imzaların, əl yazılarının, möhür əkslərinin surət olduğunu və çoxaldıçı vasitəsi ilə surətlərinin çıxarıldığını və müqavilədə Məhərrəmovaya aid imza və xətt nümunələrinin olmadığını göstərmişdir. Bu nəticəyə gələrkən məhkəmə nəzərdən qaçırmışdır ki, tədqiq olunan müqavilə özü kserosurət olmuş, müqavilənin əsli Nərimanov rayon Polis İdarəsində saxlanılan icraata əlavə olunmuş, eyni zamanda iş üzrə müqayisəli tədqiq olunan bütün digər müqavilələrdə ikinci tərəfin imza və ya sair yazı xətt nümunələri olmamışdır. Etibarlılığı əvvəlki məhkəmə qətnaməsi əsasında tanınan bütün müqavilələrdə də, yalnız “icraçı” tərəf olan Rövşən Rüstəmovun imzası və möhürü olmuş, müqavilələrdə “payçı” kimi qeyd olunan şəxslərin heç birinin imza və xətt nümunələri olmamışdır. Bütün həmin müqavilələrdə payçıların öd ədikləri pulların alınmasına dair Rövşən Rüstəmov tərəfindən öz xətti ilə qeydiyyat aparılmış, imzalar və möhürlər vurulmuşdur. Hansı ki, ona aid müqavilədə də, “xx.xx.2009-cu ildə 8000” AZN, “xx.xx.2011-ci ildə 7960” AZN pul ödənildi və “ödəmə dəyəri tam ödənildi” yazıların və imzaların Rövşən Rüstəmov tərəfindən icraolunması ekspert rəyi ilə təsdiq olunmuşdur. İddiaçının müqaviləsinin həqiqi olması və bizim müqavilənin qeyrihəqiqi olması halları sübut edilməmiş hesab edilməlidir. Müqavilənin qeyri-həqiqi olması halı sübut olunmamışdır. Məhkəmə həmin hala aid sübut kimi göstərmişdir ki, guya Nərimanov Rayon Məhkəməsinin 9 dekabr 2022-ci il tarixli hökmü ilə təsdiq olunmuşdur. Hökm qüvvədə olduğuna görə həmin müqavilənin həqiqi olmamasının yenidən sübut edilməsinə zərurət olmamışdır.

21. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(10)-1770/2023 nömrəli, 2 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər İslam Həsənov (sədrlik edən və məruzəçi) Loğman Süleymanov, Afiq Hüseynzadə) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin 5 iyun 2023-cü il tarixli 2(125)-159/2023 nömrəli qətnaməsi yoxlanılan, yəni iddia tələbinin təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.

22. Məhkəmə kollegiyası yoxlanılan hissədə iddia tələbinin təmin olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, mübahisəli mənzilə dair İddiaçı ilə X6 arasında bağlanmış müqavilənin sonuncu tərəfindən imzalandığı və müqavilənin arxa hissəsində olan möhür əkslərinin relyefi klişedən sənədin üzərinə vurulması, həmçinin mü qavilənin və müqavilə iştirakçılarının iradəsinin həqiqiliyi xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə öz təsdiqini tapmışdır..

23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli 1(005)-232/2022 nömrəli qanuni qüvvəyə minmiş hökmü ilə mübahisəli mənzilə dair Cavabdeh1 adına tərtib olunmuş, ümumilikdə 7 bənd, ilk səhifəsi 4 bənd, 1-ci bəndi «müqavilənin şərtləri» və 3-cü bəndi «təhvil-təslim» adlandırılan 6 iyul 2009-cu il tarixli müqavilənin həqiqi olmaması (saxta olması) halı hazırkı iş üzrə preyudisial əhəmiyyət daşımaığından, həmin halın məhkəmə tərəfindən yenidən araşdırılmasına zərurət olmamışdır.

24. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, apellyasiya şikayətinin “Nərimanov rayon Polis İdarəsində istintaqı aparılmış və həmin rayon məhkəməsində hökm çıxarılmış cinayət işi üzrə tədqiqat obyekti olmuş müqavilə ona aid olan həqiqi müqavilə olmamış, iddiaçı tərəfin şikayəti və sifarişi əsasında aparılmış, cinayət işinə necə əlavə olunması ona məlum olmayan müqavilədir” barədə dəlili də əsassız olmuşdur. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı 5 iyun 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının protokoluna əsasən, Cavabdeh1 izahatında Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş 6 iyul 2009-cu il tarixli müqavilənin məhz onun tərəfindən əsl müqavilə olaraq polis idarəsinə verilmiş müqavilə olmasını bildirmişdir. Bununla belə cavabdeh tərəfindən protokola qeyd verilməsinə dair hər hansı sübutun olması iş materialları ilə müəyyən olunmamışdır.

25. Apellyasiya instansiyası məhk əməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 324.1, 331.1, 337.1, 337.3, 337.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.4-cü maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni əsaslandırılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcə lləsi

29. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

30. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

31. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

32. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərə f öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Madd ə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddia tələinin təmin olunmuş hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkə mələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhk əməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və ya xud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

46. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən madd i hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2 aprel 2024-cü il tarixli, 2(104)117/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar