Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3043/2020 24.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi ilə, Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 yanvar 2020-cu il tarixli 2(103)725/2020 saylı qətnaməsindən cavabdeh Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun vəzifəsini müvəqqəti icra edən Vüqar Abdullayev və vəkili Vəkil tərəfindənverilmiş kassasiya şikayəti üzr ə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “pul tələbi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 iyul 2015-ci il tarixli depozit müqaviləsi üzrə 30000 ABŞ dollarının cavabdehdən alınıb İddiaçı2 ödənilməsi, 30 dekabr 2014-cü il tarixli depozit hesabı haqqında müqavilə əsasında qoyulmuş 20000 ABŞ dollarının və 16 iyul 2015-ci il tarixli müqavilə əsasında banka qoyulmuş 30000 ABŞ dolları, həmçinin həmin müqavilələr üzrə hesablanmalı olan faiz dərəcələri nəzərə alınmaqla və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi, iddianın həcmin in azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Əmanətlərin Sığortalanması Fondundan 34317 ABŞ dolları və 3024 avro məbləğində əmanət qalığı, 5200 ABŞ dolları məbləğində faiz məbləğinin İddiaçı1, 12742 ABŞ dolları məbləğində əmanət qalığı və 2372 ABŞ dolları məbləğində faiz, cəmi 15144 ABŞ dollarının İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Natavan Tağıyeva) 10 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh Əmanətlərin Sığortalanması Fondundan 34317 (otuz dörd min üç yüz on yeddi) ABŞ dolları məbləğində vurulmuş zərər tutularaq İddiaçı1 və 12742 (on iki min yeddi yüz qırx iki) ABŞ dolları məbləğində vurulmuş zərər tutularaq İddiaçı2 xeyrinə ödənilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Elşən Kazımov-sədrlik edən və məruzəçi, Tofiq Səmədov və Vüqar Həsənov) 10 yanvar 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 sentyabr 2019-cu il tarixli, 2(006)-4713/2019 nömrəli qətnaməsi cavabdeh Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Əmanətlərin Sığortalanması Fondu vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 yanvar 2020-cu il tarixli 2(103)-725/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qəra r qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi mühüm maddi normaların pozuntuları nəticəsində qəbul edilmişdir. X1 ilə “xxxx" ASC arasında bağlanmış əmanət müqavilələrinə əsasən 20000 ABŞ dolları və 30000 ABŞ dolları məbləğində vəsait yerləşdirilmişdir. “xxxx” ASC-də sığorta hadisəsi baş verdikdən sonra “Əmanətlərin sığortalanması” haqqında Qanunun 26.1 -ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir iddiaçıya ayrılıqda 18.917 ABŞ dolları məbləğində kompensasiya ödənilmişdir. Əmanətin kompensasiya olunmayan hissəsi isə əmanətçinin müraciəti əsasında “Banklar haqqında” Qanunun tələblərinə müvafiq olaraq kreditor tələbi kimi qeydə alınmışdır. Belə ki, iş materiallarında da göründüyü kimi əmanətçilərə sığorta hadisəsinin baş verdiyi tarixə olan ABŞ dollarının məzənnəsinə müvafiq olaraq 18917 ABŞ dolları (30000 manat ekvivalentində) kompensasiya ödənişi edilmişdir. Əmanətlərin Sığortalanması Fondu yalnız qorunan əmanətlərə görə Qanunda müəyyən edilmiş həcmdə kompensasiya ödənişi etmək öhdəliyi daşıyır. “Əmanətlərin Sığortalanması” haqqında Qanunun 25.2-ci maddəsində göstərilmişdir ki, qorunan əmanətçi Fonddan aldığı kompensasiya ilə əmanəti arasındakı fərq məbləğində qanunvericiliyə müvafiq qaydada banka qarşı tələb irəli sürə bilər. Əmanətlərin Sığortalanması Fondu tərəfindən Qanunun 26.1-ci maddəsi tətbiq edilmiş və 30000 manatdan çox olmamaq şərtilə iddiaçılara kompensasiya ödənişi həyata keçirilmişdir ki, bu da işin mübahisəsiz halıdır. “Əmanətlərin tam sığortalanması haqqında” Qanun 02 mart 2016-cı il tarixində qəbul olunub, “xxxx” ASC-də isə sığorta hadisəsi (bankın ləğv edilməsi) 10 fevral 2016-cı ildə baş vermişdir. Qanun Bankın lisenzasiyasının ləğv edilməsindən 1 ay sonra qəbul edilmişdir. Bu halda həmin qanunun tətbiq edilməsi sadəcə mümkünsüzdür. Məhkəmə də iddianı hansı səbəbdən təmin etməsini heç bir norma ilə əsaslandıra bilməmişdir. Əmanətlərin Sığortalanması Fondu Qanunla öz üzərinə qoyulmuş öhdəliyi icra etmiş, yəni əmanətçiyə “Əmanətlərin Sığortalanması haqqında” Qanunun 26.1-ci maddəsində göstərilən qaydada 30000 manat ekvivalentində kompensasiya ödənişi edilmiş, lakin məhkəmə məlum olmayan səbəblərdən tətbiq edilməli olmayan hüquq normasını tətbiq edərək qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə qorunan və qoru nmayan əmanətlərin anlayışını verə bilməmiş, bu iki anlayışı fərqləndirə bilməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və təmin edilməsini xahiş etdi. 17.06.2020-ci il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı1 vəkili Rəşidov Rövşən Xudayar oğlu kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmiş, sonuncu məhkəmə iclasında isə iştirak etməmişdir. Digər tərəflərə işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub - olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyə nləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 944.1, «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1.2, 2.1.2.6, 2.1.3, 2.1.11, 8.1.20, 25.2, 26.1, «Əmanətlərin tam sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 3, 4.1, 4.2, 5.1, 5.2, “Banklar haqqında” Qanunun 82.1-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Əmanətlərin sığortalanması haqqında” Azərbay can Respublikası Qanununun 27.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 6 iyul 2017-ci il tarixli qərarına istinad edərək bu nəticəyə gəlmişdir ki, iddiaçıların tələbinin təminatsız kreditorların tələblərinin siyahısına salınması, qeyd edilən məbləğin sığortalanmış məbləğ olsa da, sığortalanmamış məbləğlərin sırasına düşməsinin hüquqi əsası mövcud deyildir. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, iddiaçıların adına qoyulmuş əmanətlərin cavabdeh tərəfindən qorunan əmanətlər olması da mübahisələndirilməmiş, hətta cavabdeh iddiaçıların hər birinə 18917 ABŞ dolları (30000 manat ekvivalentində) kompensasiya da ödə miş və bu işin mübahisəsiz halıdır. Buna görə də, əmanətin sığortalanmamış(qorunmayan) əmanət hesab edərək onu təminatsız kreditor tələblərinə aid etmək yol verilməzdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələrlə razılaşmayaraq hesab edir ki, məhkəmə göstərilən nəticələrinə gələrkən tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, işin materiallarından görünür ki, iddiaçılarla bank arasında bağlanılmış standart əmanət (depozit) hesabı haqqında müqavilələrə əsasən iddiaçılar müvafiq məbləğləri illik 10,4 faiz olmaqla müddətli depozitə qoymuşlar. Bankın müflis elan olunması ilə əlaqədar sığorta hadisəsi baş vermiş, cavabdeh tərəfindən iddiaçıların hər birinə 18917 ABŞ dolları (30000 manat ekvivalentində) kompensasiya məbləği verilmiş, İddiaçı1 34317.04 (otuz dörd min üç yüz on yeddi ABŞ dolları, dörd sent) ABŞ dolları, İddiaçı2 isə 12742.92 (on iki min yeddi yüz qırx iki ABŞ dolları, doxsan iki sent) ABŞ dolları kompensasiya olunmayan məbləğləri qalmışdır. Ona görə də qeyd olunan halları tərəflərin heç biri mübahisələndirməmişdir. İşin materiallarından həmçinin görünür ki, “xxxx” ASC-də sığorta hadisəsi baş verdikdən sonra “Əmanətlərin sığortalanması haqqında” Qanunun 26.1-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir iddiaçıya ayrılıqda 18.917 ABŞ dolları məbləğində kompensasiya ödənilmişdir. Əmanətin qorunmayan hissəsi isə əmanətçinin müraciəti əsasında “Banklar haqqında” Qanunun tələblərinə müvafiq olaraq kreditor tələbi kimi qeydə alınmışdır. İşin mübahisəli halı da qeyd olunan, yəni qalan məbləğlərin sığortalanmış (qorunan) əmanət olub-olmaması ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1.2-ci maddəsinə əsasən qorunan əmanət - sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll e dərkən göstərilən qanun normalarından əlavə, 02.03.2019-cu il tarixdə qüvvədə olan «Əmanətlərin tam sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununa da istinad etmişdir. «Əmanətlərin tam sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun: - 3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 4 (dörd) il müddətində tam sığortalanır. - 4.1-ci maddə sinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. - 4.2-ci maddəsinə əsasən müvafiq olaraq müddəti qurtarmamış əmanət müqavilələrində dəyişikliklər edildikdə, dəyişikliklər edildiyi günə qüvvədə olan müqavilənin şərtlərinə uyğun olaraq faizlər tam məbləğdə hesablanıb əmanətçiyə ödənilir. - 5.1-ci maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir. - 5.2-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsində nəzərdə tutulmuş müddət bitdikdən sonra tam sığortalanmış əmanətlər üzrə kompensasiyaların həcmi “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən müəyyən edilir. İşin materiallarından görünür ki, “xxxx” ASC-də sığorta hadisəsi 10.02.2016-cı ildə baş vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi «Əmanətlərin tam sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun Bankın lisenziyas ının ləğv edilməsindən 1 ay sonra qəbul edilməsinə baxmayaraq, bu Qanunun geriyə tətbiq edilməsini əsaslandırmamış, həmin qanunun müddəalarını hazırki mübahisəyə tətbiq etmiş, bununla da maddi hüquq normalarının tətbiqində pozuntuya yol vermişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətlərinin dəlilləri yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən əsaslıdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsasdır. Apellyasiya instansiyası məhkəməsinin işə baxarkən gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı, lakin kassasiya şikayəti qismən təmin edilməlidir. Çünki, yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün l azım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Əmanətlərin Sığortalanması Fondutərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.01.2020-ci il tarixli 2(103)-725/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3043/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3043/2020
24.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver