Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3044/2022 16.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və X5 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-3044/22 Açar sözlər: nisyə satılmış qızıl-zinət əşyalarının qiymətinin ödənilməsi Bakı şəhəri 16 avqust 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər X2 və X5 qarşı nisyə satılmış qızıl-zinət əşyalarının qiymətinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8316/2021 nömrəli, 8 oktyabr 2021-ci il tarixli qətnam əsindən cavabdeh X4 tərəfindən verilmiş kassasiya şikayətinə 16 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Bakı şəhərində yerləşən “Gənclik” univermağında qızıl-zinət əşyalarının satışı ilə məşğul olan fiziki şəxsdir.
2. Cavabdehlər Cavabdeh1 və X6 müxtəlif tarixlərdə İddiaçı müxtəlif adda qızıl-zinət əşyalarını nisyə olaraq almışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1 və X3 müştərək qaydada 16150 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun əvəzinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, kiçik sahibkar olaraq Bakı şəhəri, Nərimanov ray onu ərazisində yerləşən “Gənclik” Univermağında qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olur. Cavabdehləri işlə əlaqədar tanımış, ilk əvvəl münasibətləri yaxşı olmuşdur. Cavabdehlərdən Emil Cavabdeh1 oğludur. Cavabdehlər 2016-2019-cu illərdə ondan qızılzinət əşyaları almışlar. Bakı şəhəri Nərimanov rayon prokurorluğunda prokuror köməkçisi işləyən Emil Əmiraslanov tez-tez ondan qızıl aldığına görə o, sonuncuya etibar edib ona və anasına nisyə qızıl satmışdır. Lakin, cavabdehlər ona sonuncu ödənişi 2019-cu ilin iyul ayında etmiş, ondan sonra 16150 manat borcları ödənilməmiş qalmışdır. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur.
5. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin s əbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.
6. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə qiyabi icraat baxılmasını xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-1441/2021 nömrəli, 31 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia təmin edilmiş, X1 və X3 müştərək qaydada 16150 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh1 və X6 müxtəlif tarixlərdə İddiaçı müxtəlif adda qızıl-zinət əşyalarını nisyə olaraq almış, beləliklə iddia çıya borcları yaranmışdır.
9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin, 427.3, 442.1, 739, 740.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 119.1, 216-220, 227, 233, 358-360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, borcun məbləği şişirdilmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-8316/2021 nömrəli, 08 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: Namiq Cəfərov (sədrlik edən və məruzəçi), Emin Mehdiyev, Xəyal Sarıyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh1 iddiaçıya borclarının olduğunu etiraf etmişdir. Belə ki, apellyasiya şikayətində borcun məbləğinin şişirildildiyi qeyd olunub. Bu isə onu təsdiq edir ki, Cavabdeh1 qızıl-zinət əşyalarının qiyməti kimi ödənilməmiş borcun olması ilə razılaşır, lakin onun məbləğini mübahisələndirir. İddiaçı qızıl-zinət əşyalarının qiyməti kimi ödənilməmiş borcun məbləğini təsdiq etmək üçün cavabehlərin imzaları olan qəbzləri (iş v. 8-11) məhkəməyə təqdim etmişdir. Apellyasiya icraatı zamanı iddiaçı həmin qəbzlərin əslini məhkəməyə təqdim etmiş, işdə olan kserosurətlərin qəbzlərin əsli ilə eyni olduğu müəyyən edilmişdir. Bu qəbzlərin məzmununa əsasən müəyyən olunur ki, qız ıl-zinət əşyalarının qiyməti kimi ödənilməmiş borcun məbləği 16.150 manat təşkil edir. Cavabdeh tərəf isə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də iddiaçının təqdim etdiyi sübutlara əsasən borcun məbləğinin 16.150 manat olduğu müəyyən edilməlidir.
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi yanlış olaraq iddianı təmin edərkən Mülki Məcəllənin 739-cu maddəsindəki normanı tətbiq etmişdir. Belə ki, həmin norma borc müqaviləsindən əməl gələn münasibətlərə aid olduğu halda, hazırkı iş üzrə tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən əmələ gələn münasibət mövcuddur. Nisyə alqı-satqı müqaviləsindən əmələ gələn münasibəti isə Mülki Məcəllənin 567 və 600-cü maddələri tənizmləyir.
15. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 567 və 600-cü, Mülki Proses sual Məcəllənin 372, 384-392-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxarkən xüsusi bilik tələb edən sualları izah etmək üçün məhkəməyə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbüssü ilə ekspertiza təyin etmək səlahiyyəti verilmişdir. Lakin məhkəmə ekspertiza təyin etmədən iddia ərizəsində göstərilən məbləği təsdiq edərək, yekun qərar qəbul etmişdir.
18. İddiaçı qəbzlərin hansı nisyə alqı-satqı müqaviləsinə, hansı çeşiddə götürülən qızıllara adi olmasına dair sübutu təqdim etməmişdir. Belə ki, cav abdeh E.Əmiraslanov müxtəlif dövrlərdə müxtəlif çeşidlərdə qızıl satışı etmiş və pullarını qaytarmışdır. İddiaçının təqdim etdiyi qəbzlərin iddiaçının tələbi ilə əlaqəsi müəyyən edilməmişdir.
19. Həmçinin məhkəmə nəzərə almamışdır ki, cavabdehlərdən Cavabdeh1 oğlu E.Əmiraslanovun borcunun olmasını etiraf etməsi onun özünün borclu olması demək deyildir. Hazırkı borcun ona aidiyyəti yoxdur.
20. Bundan başqa iş materiallarında olan qəbzlər həqiqəti əks etdirmir, həmin qəbzlərdəki imzaların həqiqi olması şübhə doğurur.
21. Digər tərəfdən məhkəmə tərəflər arasındakı münasibətlərə nisyə alqı-satqı münasibətlərini tətbiq etsə də, əslində tərəflər arasında borc münasibəti olmuşdur. Belə ki iddiaçı faizlə borc verməklə məşğuldur və qanunsuz fəaliyyətini pərdələmək məqsədi ilə borc pul əvəzinə qızıl -zinət əşyaları verərək qarışılığında verdiyi qızılların öz dəyərindən baha olan dəyərini faizləri ilə birlikdə qaytarmağı tələb edir. Cavabdeh E.Əmiraslanova qeyd edilən üsulla borc vermiş və borc faizləri ilə birlikdə qaytarılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətb Mülki Məcəllə
23. Maddə 567 Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
24. Maddə 600.1 Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsi nin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
25. Maddə 600.4 Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllə
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara t ətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunma masını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh1 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyas iya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8316/2021 nömrəli, 8 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Ələsgər Əliyev Hakimlər: Mehparə Əhmədova İsmayıl Xəlilov