Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3049/2020 21.05.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı “X Kompani S.A” şirkətinin vəkili Kazımov Əfqan Xanlar oğlunun, üçüncü şəxs X3 vəkili Babayev Vüqar İsa oğlunun və müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Ələkbərova Aybəniz Nizami qızının iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)xxxx/201 9 nömrəli qətnaməsindən iddiaçı “X Kompani S.A” şirkəti tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim A.İbrahimov) xx.xx.2019-cu il tarixli, 2(010)-xxxx/2019 nömrəli qətnaməsi ilə iddiaçı “Kompani S.A” şirkətinin cavabdeh ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs 3) qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, mübahisəli torpaq sahəsinin inventarlaşmasına dair ekspertiza tədqiqatının dəyəri olan 389.06 manatın iddiası “X Kompani S.A” şirkətindən alınaraq “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi”nin hesabına köçürülməsi, Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza tədqiqatının dəyəri olan 100 manatın iddiası “ Kompani S.A” şirkətindən alınaraq Mə hkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Şirinov, T.Səmədov, E.Kazımov) xx.xx.2019-cu il tarixli, 2(103)-xxxx/2019 nömrəli qətnaməsi ilə iddiaçı “ X Kompani S.A” şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-xxx/2019 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi və iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı “X Kompani S.A” şirkəti iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı “X13 Kompani S.A” şirkəti cavabdeh ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəx s X3) qarşı “Seriya RX ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Seriya RX ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı “X Kompani S.A” şirkətinin vəkili Kazımov Əfqan Xanlar oğlu kasasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya məhkəməsinin mübahisələndirilən qətnaməsində iş üzrə üçüncü şəxs X3 rayonu, Yeni Suraxanı qəsəbəsi, 316 saylı tam orta məktəbin yaxınlığında yerləşən 7200.0 kv.m torpaq sahəsinə olan hüququnun icarə müqaviləs i əsasında yaranması və qeydiyyata alınmasına, hazırda isə həmin qeyd və onun əsasını təşkil edən icarə müqaviləsinin qüvvədə olmasına istinad edilmişdir. Birinci instansiya məhkəməsində iddiaçı, apelyasiya qaydasında baxılarkən isə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş SOCAR tərəfindən həmin Suraxanı RİHB-nm xx.xx.2018-ci il tarixli 111 saylı sərəncamının ləğv edilməsi və sərəncam əsasında bağlanmış müqavilənin öz qüvvəsini itirməsi barədə kifayət qədər sübutlar təqdim edilmişdir. Lakin, apelyasiya məhkəməsi Suraxanı RİHB-nın 111 saylı sərəncamının ləğv edilməsi barədə xx.xx.2018-ci il tarixli 150 saylı sərəncamını nəzərə almayaraq bu fakta hüquqi qiymət verməmişdir, halbuki qətnamənin ləğvi üçün əsas ola biləcək bu hal hüquqların dövlət qeydiyyatından imt inanın əsasları kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.4-cü maddəsində də (daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda) nəzərdə tutulmuşdur. Belə ki, Məhkəmə çıxarışın hüquqi qüvvəsinin bu gün də əsassız və qanunsuz olaraq davam etdirilməsini təmin etmişdir. Eyni zamanda cavabdehin mübahisəli torpaq sahəsinin kateqoriyasının (məqsədli təyinatı) sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara aid olmasının çıxarışda öz əksini tapması, cavabdehin qeydiyyatapararkən torpaq sahəsinin SOCAR-a aid olduğunu bilməsindən xəbər verir və cavabdeh bu faktı müəyyən edərkən qeydiyyatdan imtina etməli olduğu halda qanunvericiliyi n tələblərini pozaraq bunu etməmişdir. Məhkəmə bu məqamı da nəzərə almayaraq, hüquqi qiymət verməmişdir. Göstərilənlərə əsasən o, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)xxx/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin səlahiyyətli nümayəndəsi və 3-cü şəxs X3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsl ərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı “X Kompani S.A” şirkətinin vəkili Kazımov Əfqan Xanlar oğlu kasasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X3 vəkili Babayev Vüqar İsa oğlu kasasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-xxx/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Ələkbərova Aybəniz Nizami qızı məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı mad dəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İddianın təmin edilməməsi qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, mülki iş materiallarında olan Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 150 saylı, xx.xx.2018-ci il tarixli sərəncamının surətindən müəyyən olunur ki, üçüncü şəxs X3 Suraxanı Rayon icra Hakimiyyətinə müraciət edərək, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 316 saylı tam orta məktəbin yaxınlığında şən ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 7200,0 kv.m torpaq sahəsinin əsasında ona ayrılmasını xahiş etmiş, sözügedən məsələyə dair rəy bildirilməsi haqqında Suraxanı RİH-in məktubuna Azərbaycan Respublikasının Əm lak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2018-ci il tarixli, **********10 nömrəli cavab məktubunda yuxarıda göstərilən ünvanda yerləşən, müvafiq yerquruluşu planı tərtib edilmiş 7200,0 kv.m torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarə arasında vətəndaş X3 icarəsinə verilməsinə etiraz edilməmiş, Suraxanı RİHB-nin xx.xx.2018-ci il tarixli, 111 saylı sərəncamı əsasında sözügedən torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün onun icarəsinə verilərək, tərəflər arasında müvafiq müqavilə bağlanılmışdır. Bundan sonra Bakı şəhəri, 316 saylı tam orta məktəbin yaxınlığında yerləşən 0,72 ha. torpaq sahəsi dövlət tərəfindən X6 icarəyə verilmiş, bu barədə **********97 saylı reyestr nömrəsi ilə qeyd iyyat aparılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Göründüyü kimi, sözügedən torpaq sahəsi X3ün icarəsinə verilmiş və onun istifadə hüququ Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətində müvafiq qaydada qeydiyyata alınmışdır, seriya RX ******* nömrəli çıxarış isə həmin qeydiyyata dair məlumatları özündə əks etdirir. Buna görə də çıxarışın ləğv edilməs i, məhv olması, etibarsız hesab edilməsi, hər hansı qaydada zərər görməsi İ.Rüstəmovanın mübahisəli torpağa olan hüququnu ləğv etmir. Belə ki, onun hüququ icarə müqaviləsi əsasında yaranmış və qeydiyyata alınmışdır, hazırda həmin qeyd və onun əsasını təşkil edən icarə müqaviləsi isə qüvvədədir. Bu səbəbdən, hazırkı halda iddiaçının “çıxarışın etibarsız hesab edilməsi” barədə iddia tələbi təmin edilə bilməz. Apelyasiya kollegiyası iddiaçının Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən həmin sərəncamın ləğv edilməsi dəlili ilə bağlı qeyd edir ki, həmin sərəncam icra orqanı tərəfindən vətəndaşla müqavilənin bağlanmasına görə daha çox təşkilatdaxili qaydaları tənzimləmək üçün verilib və müqavilənin bağlanması anına qədər əhəmiyyətlidir, sərəncamın ləğv edilməsi tərəflər arasında hüquq münasibət lərinin yaranmasına səbəb olan icarə müqaviləsinə təsir edə bilməz. Kasasiya kollegiyası, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, iddiaçı kasasiya şikayətində də əsas dəlil olaraq apelyasiya məhkəməsinin Suraxanı RİHB-nın 111 saylı sərəncamının ləğv edilməsi barədə xx.xx.2018-ci il tarixli 150 saylı sərəncamını nəzərə almayaraq bu fakta hüquqi qiymət verməməsinə istinad etmiş, lakin apelyasiya kollegiyası mübahisə üzrə düzgün olaraq vurğulamışdır ki, çıxarışın ləğv edilməsi, məhv olması, etibarsız hesab edilməsi, hər hansı qaydada zərər görməsi X3ün mübahisəli torpağa olan hüququnu ləğv etmir. Belə ki, onun hüququ icarə müqaviləsi əsasında yaranmış və qeydiyyata alınmışdır, hazırda həmin qeyd və onun əsasını təşkil edən icarə müqaviləsi isə qüvvədədir. Beləliklə apelyasiya kollegiyası iddianın təmin edilməməsi qənaətinə gələrkən maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki,kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “X Kompani S.A” şirkəti tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-xxx/2019 nömrəli qətnaməsi dəyişikl ik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3049/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3049/2020
21.05.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver