Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3050/2024 08.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərdən irəli gələn mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-31 44/2024 nömrəli, 20 may 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 8 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Gəncə Hərbi Məhkəməsinin 16 avqust 2018-ci il tarixli, 1(095)-63/2018 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.1, 274 və 338.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 150.2.1-ci maddəsi ilə 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 338.1-ci maddəsi ilə cəza təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən İddiaçı təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 12 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, İddiaçı ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ilk 4 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəli 15 yanvar 2018-ci il tarixdən hesab edilməsi, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi hökm edilmişdir.
2. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 1 noyabr 2018-ci il tarixli, 1(104)-100/2018 saylı qərarı ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.1, 274 və 338.1-ci maddələri ilə təqsirl i bilinərək məhkum olunmasına dair Gəncə Hərbi Məhkəməsinin 16 avqust 2018-ci il tarixli, 1-1(095)-163/2018 nömrəli hökmü məhkuma münasibətdə dəyişdirilmədən, məhkumun müdafiəçisinin apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2020-ci il tarixli, 1(102)-59/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 1 noyabr 2018-ci il tarixli qərarı məhkum İddiaçı müdafiəçisi X3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.
4. Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 06 dekabr 2022-ci il tarixli qərarı ilə İddiaçı Cinayət Məcəlləsinin 150.2.1, 274 v ə 338.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinin icraatına təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən xitam verilməsi, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv olunması və onun dərhal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin Bakı İstintaq Təcridxanasından həbsdən azad edilməsi, tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, məhkəməyə verilməsi və məhkəmə hökmü ilə azadlıqda məhrumetmə cəzasına məhkum edilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası təqsirləndirilən şəxsə izah olunması qərara alınmışdır. 5. “SoyuzAgroContract” tərəfindən təqdim edilmiş G 37/23 saylı, 04 iyul 2023-cü il tarixli arayışa əsasən İddiaçı xx.xx.2016-cı il tarixindən xx.xx.2018-ci il tarixidək əmək haqqısı 280 manat olmuşdur.
6. X1 X2 psixoloqu tərəfindən verilmiş psixoloji rəyə əsasən Emil Abdulnasiroviçin diaqnostikasında törətmədiyi ağır əmələ - vətənə xəyanət əməlinə görə işgəncələr görməsi və uzun müddət məhkum edilməsi nəticəsində ağır psixoloji travmalar almış, post-travmatik ağır psixoloji sarsıntı keçirmişdir. Ünsiyyətə meyllidir, özünəqapanıqdır, sosial həyata adaptasiya olmaqda çətinlik çəkir, insanlara qarşı inamsızlığı çoxdur, sosial ətrafa münasibətdə şübhəcil davranışlar müşahidə olunur və səbəbli aqressiyalara gətirib çıxarır. Əsəbidir, tez-tez emosional və aqressiv partlayışlar yaşayır. Əsəbi olduğu dönəmdə adekvat vəziyyətdə olmur. Yuxu tam deyi l, tez-tez yaşadığı travmatik hadisələri yuxuda da görür. Bu halların mütəmadi yaşanması travmanın tez-tez emosional və aqressiv partlayışlar yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilatın üzərinə ona kompensasiya olaraq maddi zərər kimi – 116287 manat, fizikipsixoloji sağlamlığa zərərə görə 34000 manat, mənəvi zərər kimi – həbsin hər günü üçün 283 manatdan olmaqla kompensasiya 500000 manat, ailəsinin və özünün çəkdiyi iztirabların verdiyi mənəvi əzaba görə 150000 manat kompensasiyanın öhdəliyi qoyulması barədə qətnamə çıxarılmasını xahiş edilmişdir.
8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o hə bsdə olarkən yanına ailəsi gedib gəlmələri, sovqat üçün və bundan əlavə 4 il Qobustan həbsxanasına, 10 aydan çox 1 saylı Cəzaçəkmə Müəssisəsinə gedib gələrkən azı 9000 manatdan xərcə məruz qalmışdır. Bütün növ məhbusun saxlanmasına çəkilən xərclərimiz ən azı ayda (1 görüş və sovqat olmaqla) 400 manatdan çox olmaqla, 60 aya yaxın - 58 ay 21 gün ərzində bu olduqca ciddi bir məbləğ 23000 manat xərc edir. Təkcə yol pulu bir neçə ailə üzvünün Xaçmazdan gəlişi üçün hər gələndə (ayda azı 1 görüş) 40 manatdan çox məbləğ qaçılmaz olaraq xərclənmişdir. Qanunsuz həbsi ilə bağlı özü, ailəsi və yaxın qohumları olmazın əziyyətlər çəkmişdir. Sosial izolyasiyasiyaya məruz qalmış, qınanılmışdır. Sosial-psixoloji gərginlik və təzyiq ən yüksək həddə olmuşdur. Belə bir işdə ailəsi onun taleyinə görə daimi nar ahatlıq və gərginlik altında olmuşlar. İttihamlar uzun müddəti, ən azı 12 ildən başlamaqla ömürlük məhkumluğa qədər ağır cəzalana bilən ittihamlar olmuşdur. Həmçinin yurdun-yuvasından, evindən-təsərrüfatından ayrı düşərək Bakıya köçmüş, kirayələrdə qalmış, işsizlikdən əziyyət çəkmişdir. Öz ailəsi başsız və gəlirsiz qalmış, həyat yoldaşı işləməmiş, bir körpə balasi atasız böyümüşdür. Atası onun işində mübarizə aparmaq, vəkil axtarmaq və tutmaq, yüzlərlə sayda dövlət idarələrinə qəbullara getmək, teleqramlar, ərizələr, şikayətlər göndərmək, digər ailələri tapıb onların övladlarının işində həm kömək etmək, həm təşkilatlandırmaq, həm də sübut toplamaq işini 2018-ci ildən bəri görməkdə davam etmişdir. Bütün bunlar isə qaçılmaz şəkildə mənəvi ağır psixoloji travmaları birə on artırmışdır. Ailəsi maddi çətinliklər ucbatından bir neçə dəfə müxtəlif vaxtlarda müxtəlif mənbələrdən ümumilikdə 1000 manatdan çox borc (əldən alınan borcları təsdiq edəcək sübutlar işin gedişatında təqdim ediləcək) və “AccessBank”dan isə 25 faizlə 1200 manat, ümumi həcmi 1500 manat kredit götürəsi olmuşdur. Həmçinin onun və ata ailəsinin yeganə gəlir mənbəyi şirniyyatçı anasının cüzi gəliri, həyət-bacamızda kiçik kənd təsərrüfatı məhsullarımız olmuşdur. Bakıya köçməklə əlaqədar bu cüzi gəlirlərdə də kəskin azalma qaçılmaz olmuşdur. İndiyə kimi də təsərrüfatı bərpa edə bilməmişlər. Belə ki, ən əsas, ən mərkəzi və tarixi ailəvi yaşayış-dolanışıq mənbələri olan, ata-babasından qalma pay torpağı 1 ha 32 sot torpağın hamısını satası olmuşlar. Həmin pul da həbsxana yollarında, hüquqlarının müdafiəsinə güclə, qis mən kömək olmuşdur. Sotu tələsik satış ucbatından aşağı qiymətləndirilməklə satıldığı üçün burada da ikiqat ziyana düşmüşlər. Beləliklə də ailələrinə ən böyük iqtisadi ziyanlardan biri bu cür hallar nəzərə alınmaqla qiymətləndirilməli, həm real satışda zərər, həm torpaq qiymətlərində inflyasiya, həm alınan pulun özünün maliyyə inflyasiyası, həm məhsuldarlığına görə illik əldən çıxmış fayda zərər kimi hesablanmalıdır. Bununla onların əllərində sadəcə həyətyanı kiçik torpaq qalmaqla, əslində ailələri bağçı təsərrüfatçıdan torpaqsız və işsiz sakinlərə çevrilmişdir. Yaşlı atası və anası təsərrüfat işçiliyindən ixtisassız şəhərdə çarəsiz işaxtaranlara çevrilmişdir. Üstəlik bu zaman kənddə olan sosial dayağı da kəskin şəkildə itirdiklərindən bu dayaq da məhv olmuşdur. Şəhərdə isə bir tanışı, əla qələri, sıx münasibətli qonum-qonşu da olmamış, olan-qalan da eyni sosial izolyasiya və məsafə saxlamış, bununla da hələ pandemiyadan əvvəl və onun dövründə ailəsi ikiqat sosial izolyasiyada və məsafədə yaşamalı olmuşdur. Bu hissədə ziyan təcili satışa görə 20000 manat və illik əldən çıxan fayda 1500 maatdan olmaqla 6 il ərzində 8000 manat, ümumilikdə 28000 maat etmişdir. Vəziyyətlərinin hamının vəziyyəti kimi pandemiya səbəbindən daha da ağırlaşmışdır. İş və yaşayış yeri tapmaqda əlavə çətinlik yaranmış, üstəlik həbsxana xərcləri və nəqliyyat xərcləri kəskin artmışdır. Hər ayda azı bir dəfə görüş, azı dörd şəxsdən hesabladıqda pandemiya rejimi üçün təkcə COVİD-19 testlərinin xərci 35 manatdan 140 manatdan iki ildə (140x12=)1680 maat edir. Baş tutan görüşlər isə özlüyündə bu xərcin real çəkilməsinin sübutudur. Həmçinin pandemiyada artıq itirilmiş statusa görə, kəndli kimi də, təsərrüfatçı, sahibkar kimi də hansısa xüsusi köməyi də tam əldə edə bilməmişlər. Beləliklə, köç və kirayə məsələsində qaçılmaz xərclər, real bazar qiymətləri baxımdan bu 4 ildən çox müddətdə ən azı 58 ay 21 gün, təqribən 60 aydan çox hər ayda azı 300 manatdan az olmamışdır. Bu isə azı 18000 manat məbləğ edir. "xxxx" MMC-də çilingər köməkçisi vəzifəsində işləmiş, aylıq 280 manat əmək haqqı almışdır. Həbsi ilə əlaqədar 05 aprel 2018-ci ildə iş yerini itirmişdir. Rəsmi olaraq 4 il 10 ay(58 ay) 21 gün işsiz qalmışdır. Daha sonra onun maaşı elə o həbs olunandan sonrakı ay şirkətdə artırılıb, 330 manata qaldırılmışdır. Həmin iş yerində qalsaydı bu günə kimi azı (280x58=16240 + 280/30,4=9,2x21=193)=16433 m anat olmaqla, 330 manatdan isə (330x58=19140 + 330/30,4=10,9x21 gün=228)=19368 manat əmək haqqı almalı idi. Belə ki, real maaş 550 manat az olmamaqla 550-800 manat intervalında dəyişir. Həmin real əmək haqqı qiymətlərindən hesablanmaqla (550x58= 31900 + 550/30,4=16,4x21=344,4)= 32244 manat etmişdir. Belə ki, o həbs olunanda minimum əmək haqqı 2017-ci ildə 130 manat idi. Onun maaşı isə 280 manat rəsmi hissəsindən götürdükdə belə həmin dövrün minimum əmək haqqından ən azı 217 faiz, yəni 2 dəfədən də çox yuxarı olmuşdur. 58 ay 21 gündən sonra ölkədə minimum əmək haqqı özü 3 dəfəyə yaxın artıb, 345 manat olmuşdur. Buna görə də müvafiq olaraq (345x280/130=)743 manat maaş edir. Beləliklə, 743 manatdan hesablanmaqla (743x58=43094 manat + 743/30,4= 24,44 x 21=513 manat) 43607 manat edir. Bu məbləğ in əsaslandırılması üçün əlavə bildirir ki, baxmayaraq ki, şirkət həmişə bu əmsalı qorumayıb və əmək bazarında da bu işin qiymətində inflyasiya əmsalı kiçik olmuş, hər bir halda şirkət rəsmi olaraq 345 manatdan, real bazar qiyməti baxımdan isə 550 manatdan az pul ödəmir. Vaxtilə etiraf edilən maaş ələ verilən ümumi cəmin təqribən 1/5-ni təşkil edir, 60 manat fərq edirdi. Rəsmiləşən maaş minimum əmək haqqıya 2,17 dəfə/217 faiz fərq edə bilirdi. Hazırda isə rəsmiləşən maaş minimum əmək haqqıya daha yaxınlaşmışdır, ikiqat fərq yoxdur. Real (ələ nağd verilən) maaşın isə minimum əmək haqqına nisbəti 1/5dən çox, 38 faizi qədər (2/5) dəyişmişdir. Başqa sözlə əgər gizlənən maaş real maaşın cəmi 1/5-i idisə, indi iki dəfədən çoxu artıb, 2/5 olmuşdur. Bununla da belə çıxır ki, vaxtilə rəsmi maaşla r eal bazar maaşı arasındakı əmsal nisbəti (130/280 (340)) indi 345/550(800) nisbətinə dəyişmişdir. Ona görə də şirkətin real ödədiyi-rəsmiləşdirdiyi və real əmək bazarı qiyməti üçbucağında tənasübü necə qurulmalı baxımdan minimum məbləğlərdən ortaya çıxan bu əmsaldan aşağı hesablanma olmamalıdır. Əks halda ən minimal məbləğləri real məbləğ kimi götürsək, belə çıxmış olar ki, 340 manat maaş almış adam cəmi 5 azn bu 6 ildə irəliləmişdir. Yaxud onun etiraf olunan hissəsi - 280 manatdan götürsək, 6 ildə cəmi 65 manat maaş irəliləməsi olmuşdur. Halbuki, bu müddətdə m.ə.h. 3 dəfəyə yaxın artmışdır. Ona görə də 345 manatdan deyil, 550 manatdan hesablanmalıdır. Bundan əlavə o əsassız ittiham və işgəncə edilməyi, dövlətə xəyanət kimi ağır cinayət və mənəvi iztirab verən cinayətdə əsasız ittiham edil diyim və təqsirli bilindiyi və ümumiyyətlə ibtidai araşdırma zamanı gördüyü işgəncələrə ciddi psixoloji travmalar almışdır. Onda PTC yaranmış, bu səbəbdən fiziki sağlamlığına zərər dəymişdir. Bu psixoloji travmaların müalicəsi uzun müddətli və çox bahalıdır, dəfələrlə psixiaterapevtin seanslarına getmək, müxtəlif bahalı dərmanlarla müalicə kursları almaq, massaj seansları almaq, iynəterapiyası (akupunktuasiya), müalicəvi bədən tərbiyyəsi, manual terapiya, qrup və fərdi məşğuliyyətlər lazımdır. Bundan başqa əsassız məhkum edilməyi və 4 il, 10 ay, 21 gün azadlıqdan məhrum edilməyi ona və ailəsinə böyük iztirablar gətirmişdir. Qapalı həbsxanada saxlanılan hər ay üçün azı 2000 manat, qeyri-qapalı həbsxanada saxlanılan hər ay üçün 1000 manatdan az olmamaqla mənəvi zərər təmin edilməlidir. Bu da ən minimal halda ona mənə ən azı (58 x 2000 + 11 x 1000=) 127000 manat mənəvi ziyan vurulduğunu göstərir. Qobustanda 4 il qapalı rejimdə, bütün sosial təbəqələr tərəfindən xain gözü ilə baxılaraq, onillərlə məhkum edilə bilinən əməllərdə ittiham edilərək yaşanan bir məhkumluq maddi kompensasiya edildikdə, bu hallar nəzərə alınmalıdır. Beləliklə 3545 AZN-dən 58 ay 21 günü - 1761 gün ümumilikdə 137032 manat edir. Şərtlərin qat-qat ağır olmasını, xüsusən 4 il qapalı rejimdə məhbusluq yaşamağımı nəzərə alanda bu rəqəm azı 2-ə vurulmalı, onu hesabı ilə günə 283 manatdan (283x1761=) 500000 AZN mənəvi ziyan kompensasiya edilməlidir.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-558/2024 nömrəli 21 fevral 2024cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respubli kasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən İddiaçı xeyrinə maddi ziyana görə 17020 manat, mənəvi zərərə görə 88500 manat, ümumilikdə 105520 manat məbləğində pulun tutularaq ona verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının törətmədiyi cinayətə görə qanunsuz olaraq təqsirləndirilən şəxs qismində tanınması, əsassız olaraq barəsində həbs qətimkan tədbirinin tətbiq edilməsi, ibtidai istintaq orqanı tərəfindən əsassız olaraq cinayət təqibinə məruz qalması onda narahatçılıq, cinayətkar imicinin yaradılması, nüfuzdan salınması və məyusluq hisslərinin yaranmasına və stressə düşməsinə səbəb olduğundan, həmçinin işgəncələrə məruz qaldığından ona vurulmuş m ənəvi ziyan ödənilməlidir. İddia tələbi mənəvi ziyanın tutulması hissəsində qismən təmin edilməli və mənəvi ziyanın əvəzi kimi iddiaçının xeyrinə 88500 (1500 x 58 ay 21 gün) manat məbləğində pul tutulmalıdır. Mənəvi ziyanın 88500 manat məbləğində müəyyən edilməsi işin hallarına uyğundur və tam ədalətlidir. İddiaçının fiziki-psixoloji sağlamlığına zərərin ödənilməsi məsələsi ilə bağlı qeyd edilməlidir ki, İddiaçı məhkəməyə ona fiziki zərərin vurulması ilə bağlı hər hansı bir sübut təqdim etmədiyindən, iddiaçıya vurulmuş psixoloji zərər isə məhkəmə tərəfindən mənəvi zərər kimi qiymətləndirildiyindən, iddia bu hissədə rədd edilməlidir.
11. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 68-ci maddəsinin 2-ci hissəsi, Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü, “Təhqiqa t, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununa, Mülki Məcəlləsinin 21.2 və 1101.1-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 41ci maddəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair” 19 mart 2002-ci il tarixli qərarı, ““Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbi q edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarınv istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh Azərbaycan Respublikası Maltiyyə Nazirliyi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən, müvafiq qərarlar qəbul edən orqana yönəlm əli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. İstər iddiaçı ilə bağlı bəraət hökmündə (qərarında), istərsə də mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Maliyyə Nazirliyinə aid edilməmişdir. Ərizədə iddiaçının hüquq-mühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3144/2024 nömrəli mülki iş üzrə 20 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Talı şınski (sədrlik edən və məruzəçi), M.Məmmədov və A.İmanov) cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
15. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən mənəvi zərərə görə ağlabatan məbləğdə tutulan kompensasiyanın sübutu qanunvericiliklə müəyyən edilən və hamıya bəlli olan hallardır (qanunsuz cinayət təqibi və sair), qətnamənin qəbul edilməsində qanunvericiliyin tətbiqi zamanı pozuntu müəyyən edilmir və cavabdeh əsasən tələbin ona yönəlmiş cavabdehliyi mübahisələndirərək mənəvi zərərin düzgün hesablanmadığını qeyd etsə də düzgün hesablanmalı olmasına dair ümumiyyətlə heç bir dəlil irəli sürməmişdirdir. Cavabdehin apellyasiya şikayəti üzrə tələbinin dəlilləri özü-özlüyündə də ziddiyyət təşkil edir. Belə ki, cavabdeh qətnamənin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi kimi tələb təsbit etsə də, şikayətin məzmununda iddianın baxılmamış və iş üzrə xitam verilməsini ərz etmişdir.
16. Məhkəmə qeyd etmişdir ki, mənəvi zərərin məbləğinə gəldikdə isə qeyd edilməlidir ki, insana təbii hüquq olaraq anadangəlmə məxsus azadlığın əlindən alınması digər hüquqlarının da məhdudlaşmasına səbəb olur və iddiaçının azadlıqdan məhrumetmə yerində cəza çəkməsinin müddətini, hansı cinayətdə ittiham olunmasını, həbsdə saxlanmaların onun şəxsiyyətinə, sağlamlığına və mənəvi-psixoloji vəziyyətinə təsirini, həmin illər ərzində keçirdikləri mənəvi əzab və stressləri nəzərə alaraq və bunların dəyərləndirilməsi baxımınd an qət edilən məbləğ daha çox simvolik səciyyə daşıyır. Cavabdehin apellyasiya şikayətinin əsasları maddi zərər hissədə deyil, mənəvi zərərlə bağlı olmuş olduğundan kollegiya hesab edir ki, maddi zərərə dair münasibət bildirmək məhkəmənin özünün qulluq mövqeyindən irəli gələn əsas kimi qiymətləndirilə bildiyindən yolverilməzdir.
17. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 28-71-ci, Cinayət Prosessual Məcəlləsinin 56-63-ci, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, Mülki Məcəlləsinin 21 və 1101-ci, Mülki Prosessual Məcəllənin 4.1, 39.1, 76.1, 77.1, 80-82, 89, 106.2, 119, 217.4, 220.5 və 385390-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh Azərbaycan Respublikası Maltiyyə Nazirliyi (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən, müvafiq qərarlar qəbul edən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Maliyyə Nazirli yi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Maliyyə Nazirliyi iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. İstər iddiaçı ilə bağlı bəraət hökmündə (qərarında), istərsə də mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Maliyyə Nazirliyinə aid edilməmişdir. Burada iddia tələbi hüquq pozuntusu törətmiş orqan və onun vəzifəli şəxsinə qarşı yönəlməli və iddiaya həmin tərəflərə münasibətdə baxılmalıdır. Həmçinin Maliyyə Nazirliyi tərəfindən iddiaçıya onun hüquqlarını pozan, fiziki və mənəvi iztirablara məruz qoyan heç bir zərər vurulmamış və qeyd olunanlarla bağlı hər hansı bir sübut tədqiq olunmamışdır. Məhkəmənin mənəvi ziyanı həbsdə olmanın hər ayı üçün 1500 manat dəyərində hesablanması düzgün yanaşma hesa b oluna bilməz. Mənəvi ziyanın dəyərinin aylara bölünməsi yanaşması ümumiyyətlə əsassızdır.
20. Cavabdeh şikayətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin 387.2.8 və418.6-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiy ası
22. Maddə
68. İ. Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır. İİ. Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. İİİ. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. İV. Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsi
23. Mavddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
24. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunu
25. Maddə
1. Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: 2) barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir.
26. Maddə
4. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ: 2) cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda dərhal sonra yaranır.
27. Maddə
5. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.
28. Maddə
6. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Bu Qanunun 5-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş ödənilməli olan məbləğlərin miqdarı şəxsin işdən (vəzifədən) kənarlaşdırıldığı, təyin olunmuş cəzanı çəkdiyi dövrdə əldə edilməmiş gəliri nəzərə almaqla müəyyən edilir.
29. Maddə
7. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqan larının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir.
30. Maddə
8. Qanunsuz məhkum edilməsi və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar işdən (vəzifədən) çıxarılmış və ya işdən (vəzifədən) kənarlaşdırılmış şəxs, əvvəlki işə (vəzifəyə) bərpa edilməli, bu mümkün olmadıqda isə (müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi, vəzifənin ixtisar olunması), dövlət məşğulluq xidməti tərəfindən başqa müvafiq (əvvəlki işinə bərabər olan) işlə (vəzifə ilə) təmin edilməlidir və ya ona əvvəlki vəzifəsini itirməsi ilə əlaqədar vurulmuş ziyana görə pul kompensasiyası ödənilməlidir.
31. Maddə
12. Bu Qanunun 5-ci maddəsinin 1-ci, 2-ci və 4-cü bəndlərində nəzərdə tutulmuş ziyanın məbləği qanunvericiliklə nəzərdə t utulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir.
32. Şəxsin çıxarımış qərarla razılaşmadığı hallarda, o, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həmin qərardan yuxarı məhkəməyə şikayət verə bilər.
33. Fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.
34. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 7 7.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamas ına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki hal ları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
44. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kassasiya şikayətinin dəl illəri iddiaya etirazda və apellyasiya şikayəti irəli sürdüyü dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
45. Kassasiya şikayətinin dəlilləri əsasən işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmaması barədədir. Bu məsələ ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyin ə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
46. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş ə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3144/2024 nömrəli iş üzrə 20 may 2024-cü i l tarixli tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.