Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3051/2021 28.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh1 İddia tələbi: avtomobilin real bazar qiymətinə uyğun dəyərinin ½ hissəsinin ödənilməsi Açar sözlər: ər-arvadın birgə mülkiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassatorun vəkili və nümayəndəsi Vəkil, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 oktyabr 2020-ci il tarixli qətnaməsindən cavabdehin kassasiya şik ayətinə 28 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İddiaçı ilə Cavabdeh1 ilə 28 sentyabr 2010-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, 16 oktyabr 2011-ci il tarixdə Nigar adlı uşaqları doğulmuşdur. Tərəflər arasındakı nikah Suraxanı Rayon Məhkəməsinin 18 noyabr 2018-ci il tarixli qətnaməsi ilə pozulmuş, həmin qətnamə ilə X2 anası Cavabdeh1 himayəsində saxlanılması, İddiaçı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün 25 may 2018ci il tarixdən başlayaraq hər ay 154 manat məbləğində alimentin Cavabdeh1 xeyrinə tutulması qət edilmişdir. 16.06.2016-cı il tarixdə X6 “Hyundai Veloster” minik markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 satmış, həmin avtom obil 19.10.2018-ci il tarixdə sonuncu tərəfindən özgəninkiləşdirilmişdir. Birinci instansiya məhkəməsində icraat 25 fevral 2019-cu il tarixdə İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməsinə müraciət edərək, Cavabdeh1 **-ZZ-*** dövlət nömrə nişanlı «Hyundai Veloster» markalı avtomobilin satışına görə həmin avtomobilin real bazar qiymətinə uyğun olaraq ½ hissəsinin 20000 manat pulun tutulub İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25.02.2020-ci il tarixli ekspert rəyinə əsasən, "Hyundai Veloster" markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı, avtomobilin 2018-ci ilə nəzəri orta bazar qiyməti təxminən 17500 manat, hal-hazırkı vaxtda isə 17000 manat müəyyən olunmuşdur. B akı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-82/2020 saylı iş üzrə 11 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim L.O.Talıbova) iddia qismən təmin edilmiş, iddiaçının mülkiyyətində olmuş və birgə nikah dövründə əldə olunmuş 2012-ci il buraxılışlı «HYUNDAİ VELOSTER» markalı, ** ZZ *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin dəyəri olan 17000 manatın ½ hissəsinin, yəni 8500 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi-hüquq normaları düzgün tətbiq edilməmiş, işin faktiki hallarına düzgün qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7055/2020 nömrəli iş üzrə 27 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Eyvazov, Z.A.Şirinov, F.Ş.Talışinski) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsslandırmışdır ki, mübahisəli avtomobil tərəflərin birgə nikah dövründə əvəzli əqd əsasında əldə olunaraq cavabdehin adına rəsmi reyestrdə qeydə alınmışdır (tərəflər bu halı mübahisələndirmir). Bununla bərabər, cavabdeh mübahisəli avtomobili 19 okt yabr 2018-ci il tarixdə alqı-satqı qaydasında özgəninkiləşdirərək adından çıxarmış ki, həmin vaxtı da tərəflər arasındakı nikahın pozulması barədə məhkəmə mübahisəsi mövcud olmuşdur (tərəflər arasında ailə münasibətləri pozulmuşdur və s.). Bu hal özü-özlüyündə cavabdehin birgə nikah dövründə əldə olunmuş avtomobili iddiaçının razılığı və məlumatı olmadan birtərəfli qaydada (yalnız özünün iradə ifadəsi əsasında) özgəninkiləşdirməsi nəticəsinə gəlməyə əsas verir. Eyni zamanda, bu hal cavabdehin avtomobilin satılması nəticəsində əldə olunmuş pul vəsaitini ailənin zəruri ehtiyacları üçün xərclənməsini (və ya iddiaçıya verməsini) də istisna edir. Cavabdeh tərəf bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla yanaşı, nəqliyyat vasitəsinin alqı-satqı müqavilə sindən görünür ki, avtomobilin satış dəyəri kimi 7000 manat göstərilmiş, lakin həmin avtomobil qısa müddət sonra (13 gün sonra) 15000 manata sonuncu alıcıya (X4) satılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən avtomobilin dəyərinin müəyyən olunması istiqamətində ekspertiza təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25.02.2020-ci il tarixli ekspert rəyi ilə «Hyundai Veloster» markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı, mühərrik həcmi 1600 sm2 normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin 2018-ci ilə nəzəri orta bazar qiymətinin təxminən 17500 manat, hazırkı vaxtda isə 17000 manat müəyyən olunmuşdur. Göründüyü kimi, alqı-satqı müqaviləsində qeyd edilən 7000 manat qiymət reallığı (obyektiv bazar dəyərini ) əks etdirməməklə, formal göstərilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı birgə nikah dövründə əldə olunmuş əmlakın (avtomobilin) onun razılığı olmadan satılması nəticəsində onun obyektiv dəyərinin payına düşən hissəsini tələb etmək hüququna malikdir. Ona görə də, birinci instansiya məhkəməsi tərəfindən avtomobilin dəyərinin 17000 manat müəyyən edilməsi və həmin məbləğin iddiaçının payına düşən ½ hissəsinin cavabdehdən alınaraq iddiaçının xeyrinə verilməsi barədə mövqeyi qanuni, əsaslı və ədalətlidir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. K assasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili və nümayəndəsi kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili və nümayəndəsi kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmı r və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə m ülkiyyəti sayılır. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarını n pozulması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillərlə məzmunca eynilik təşkil edir ki, həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 oktyabr 20 20-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3051/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3051/2021
28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver