Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7055/2020 27.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X8 oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X12 oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X1, Cavabdehin nümayəndəsi (vəkili) X5 iştirakı ilə, İddiaçı İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı «avtomobilin real bazar qiymətinə uyğun əldə olunmuş vəsaitinin ½ hissəsinin cavabdehdən tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(010)-82/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh1 (bundan sonra, cavabdeh) qarşı «avtomobilin real bazar qiymətinə uyğun əldə olunmuş vəsaitinin ½ hissəsinin cavabdehdən tutulması» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh1 **-ZZ-*** dövlət nömrə nişanlı «Hyundai Veloster» markalı avtomobilin satışına görə həmin avtomobilin real bazar qiymətinə uyğun olaraq ½ hissəsinin 20000 manat pulun tutulub İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X7 adlı bir uşaqları vardır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaqları anasının himayəsində saxlanılmışdır. Birgə nikahı dövründə cavabdehin adına xx.xx.2016-cı il tarixdə «Hyundai Veloster» markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobil alınmışdır. Həmin avtomobil xx.xx.2018-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. Avtomobil tərəflər birgə nikahda olduğu dövrdə alınsa da, cavabdeh tərəfindən həmin avtomobil nikahları pozulduğu gündən sonra formal olaraq cavabdehin yaxın rəfiqəsi Cavabdeh2 satılmışdır. Sonradan isə Cavabdeh2 avtomobili 15000 manata X6 satmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(010)-82/2020 saylı qətnaməsi ilə (hakim Leyla Talıbova) iddia qismən təmin olunmuş, Cavabdeh1 mülkiyyətində olmuş və birgə nikah dövründə əldə olunmuş 2012-ci il buraxılışlı (istehsal edilmiş) «HYUNDAİ VELOSTER» markalı, ** ZZ *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin dəyəri olan 17000 manatın ½ hissəsinin, yəni 8500 (səkkiz min beş yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri 120 (yüz iyirmi) manat pulun Cavabdeh1 alınaraq dövlət büdcəsinə keçirilməsi iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Cavabdeh məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın rədd edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ona təqdim olunmadığından şikayəti əsaslandıra bilməmişdir. Bu səbəbdən də sonradan ətraflı apellyasiya şikayəti verəcəkdir. Hesab edir ki, qətnamə əsassız olduğundan ləğv edilməli, iddia rədd olunmalıdır. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, apellyasiya şikayətində dəlillərini qeyd etməmişdir, çünki qətnamə onlara təqdim olunmamışdır. Əsaslandırılmış apellyasiya şikayətinin təqdim olunması üçün məhkəmə kollegiyasının ona vaxt verməsinə baxmayaraq hazırki vaxtda yazılı əsaslandırmanı təqdim edə bilmir. Lakin şifahi olaraq bildirir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən avtomobilin dəyərinin müəyyən olunması istiqamətində narazıdırlar. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini əsassız sayaraq, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, cavabdeh tərəfin məqsədi işi süni yolla uzatmaqdır. Cavabdeh apellyasiya şikayətində dəlillərini ümumiyyətlə göstərməmiş, məhkəmə kollegiyasının bu istiqamətdə vaxt verməsinə və əvvəlki məhkəmə iclasını təxirə salmasına baxmayaraq yenə də əsaslandırılmış apellyasiya şikayəti təqdim olunmamışdır. Hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmış və əsaslı qətnamə qəbul etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində (iddianın təmin olunan hissəsində) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahtları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, tərəflərin xx xxxxxxxx 2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmaları, birgə nikahdan bir yetkinlik yaşına çatmamış (xx xxxxxxx 2011-ci il təvəllüdlü) uşaqlarının olması, nikahlarının Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə pozulması, birgə nikahdan olan azyaşlı uşağın anasının yanında saxlanılması, mübahisənin obyekti olan «HYUNDAİ VELOSTER» markalı, ** ZZ *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin tərəflərin birgə nikahda olduqları dövrdə, yəni xx xxxxxx 2017-ci il tarixdə cavabdehin adına rəsmi reyestrdə qeydə alınması işin mübahisə olunmayan hallarıdır (işdə olan xx.xx.2016-cı il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, X9 «Hyundai Veloster» minik markalı avtomobili Cavabdeh1 satmışdır). Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra, AMnin) 32.1-ci maddəsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra, MM-nin) 225.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. MM-nin 225.1 və 225.2-ci maddələrinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. AM-nin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. AM-nin 36-cı maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir və mübahisə olduqda, ərarvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. AM-nin 37-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətə layiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. İşin faktiki hallarından göründüyü kimi, mübahisəli avtomobil tərəflərin birgə nikah dövründə əvəzli əqd əsasında əldə olunaraq cavabdehin adına rəsmi reyestrdə qeydə alınmışdır (tərəflər bu halı mübahisələndirmir). İşdə olan xx.xx.2018-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 «Hyundai Veloster» minik markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobili 7000 manata Cavabdeh2 satmışdır. İşdə olan xx.xx.2018-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 «Hyundai Veloster» minik markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobili 15000 manata X6 satmışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X14 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktubundan və nəqliyyat vasitələri barədə məlumatların kompyuter çıxarışından müəyyən olunur ki, «Hyundai Veloster» markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdə Cavabdeh1 qızının adından çıxarılaraq özgəninkiləşdirilmişdir. xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək qeyd olunan avtomobil X4 adında qeydiyyatdadır. Göründüyü kimi, cavabdeh mübahisəli avtomobili xx xxxxxxx 2018-ci il tarixdə alqısatqı qaydasında özgəninkiləşdirərək adından çıxartmış ki, həmin vaxtı da tərəflər arasındakı nikahın pozulması barədə məhkəmə qətnaməsi mövcud olmuşdur (tərəflər arasında ailə münasibətləri pozulmuşdur və s.). Bu hal özü-özlüyündə cavabdehin birgə nikah dövründə əldə olunmuş avtomobili iddiaçının razılığı və məlumatı olmadan birtərəfli qaydada (yalnız özünün iradə ifadəsi əsasında) özgəninkiləşdirməsi nəticəsinə gəlməyə əsas verir. Eyni zamanda, bu hal cavabdehin avtomobilin satılması nəticəsində əldə olunmuş pul vəsaitini ailənin zəruri ehtiyacları üçün xərclənməsini (və ya iddiaçıya verməsini) də istisna edir. Cavabdeh tərəf bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla yanaşı, nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, avtomobilin satış dəyəri kimi 7000 manat göstərilmiş, lakin həmin avtomobil qısa müddət sonra (13 gün sonra) 15000 manata sonuncu alıcıya (X6) satılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən avtomobilin dəyərinin müəyyən olunması istiqamətində ekspertiza təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 2543 saylı ekspert rəyi ilə - «Hyundai Veloster» markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı, mühərrik həcmi 1600 sm2 normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin 2018-ci ilə nəzəri orta bazar qiymətinin təxminən 17500 manat, hazırkı vaxtda isə 17000 manat müəyyən olunmuşdur. Göründüyü kimi, alqı-satqı müqaviləsində qeyd edilən 7000 manat qiymət reallığı (obyektiv bazar dəyərini) əks etdirməməklə, formal göstərilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı birgə nikah dövründə əldə olunmuş əmlakın (avtomobilin) onun razılığı olmadan satılması nəticəsində onun obyektiv dəyərinin payına düşən hissəsini tələb etmək hüquna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən avtomobilin dəyərinin 17000 manat müəyyən edilməsi və həmin məbləğin iddiaçının payına düşən ½ hissəsinin cavabdehdən alınaraq iddiaçının xeyrinə verilməsi barədə mövqeyi qanuni, əsaslı və ədalətlidir. Göründüyü kimi, cavabdeh etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı «avtomobilin real bazar qiymətinə uyğun əldə olunmuş vəsaitinin ½ hissəsinin cavabdehdən tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(010)-82/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(010)- 82/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7055/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7055/2020
27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver