Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3052/2020 29.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X7 və X8 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(009)-2239/2019, hakim Ü.S.Şükürova) İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddia çı3 cavabdehlər “X2 Mərkəzi” MMC, Cavabdeh2 və ləğv prosesində olan Cavabdeh3 ASC-yə qarşı iddiası təmin edilmiş, “X1 Mərkəzi” MMC-nin xx.xx.2012-ci il tarixli hərracın yekunları barədə protokol və onun əsasında imzalanmış eyni tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edillməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-13800/2018, hakimlər T.S.Səmədov, İ.S.Şirinov, E.C.Kazımov) ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdehin nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş dir. İşin halları: xx xxxx 2019-cu il tarixdə İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X1 Mərkəzi” MMC-nin hərracın yekunlarına dair xx.xx.2012-ci il tarixli protokolun və onun əsasında imzalanmış xx xxxx 2012-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qazax Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qiyabi qətnaməsi əsasında “İ.S-Petrol”” MMC və X4 cəmi 47.686 manat məbləğində pulun Cavabdeh3 ASC-nin xeyr inə tutulması, tutmanın X6 məxsus Qazax rayonunun Qarapapaq kəndinə yerləşən fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar olaraq Qazax rayon İcra Qrupunun sifarişi əsasında keçirilmiş hərraclarda alıcı olmadığı üçün “X1 Mərkəzi” MMC-nin xx xxxx 2012-ci il tarixli hərracın yekunları barədə protokoluna əsasən sözügedən əmlak 44.625 manata Cavabdeh3 ASC tərəfindən əldə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində sürülə bilər. Apellyasiya məhkəməsi isə işin qeyd edilən hallarına düzgün hüquqi qiymət verməmiş, qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçılar məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən ed ilmişdir. İddiaçılar mərhum X6 məxsus olmuş Qazax rayonunun Qarapapaq kəndinə yerləşən fərdi yaşayış evinin “İ.S-Petrol”” MMC və X5 Cavabdeh3 ASC qarşısında kredit öhdəliklərinin icrasının təmini üsulu kimi bankın xeyrinə ipoteka ilə yüklü edildiyinə, Qazax Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qiyabi qətnaməsi ilə bankın borc tələbi üzrə tutumanın həmin əmlaka yönəldiyinə, həmin qətnamənin icraya yönəldilərək ipoteka qoyan tərəfə bu barədə heç bir məlumat vermədən hərrac keçirildiyinə, həmin əmlakın bank tərəfindən əldə edildiyinə, sonradan qeyd edilən həmin qiyabi qətnamənin ləğv edilərək iş üzrə icraatın təzələndiyinə və yeni qətnamə qəbul edildiyinə, həmin vaxtdan banka olan borc üzrə ödənişlərin icra edildiyinə və bütün bu qanunsuz hərəkətlərdən xx xxxx 2019-cu il tarixdə prok urorluq orqanlarına dəvət ediləndən sonra xəbər tutduqlarına istinad edərək hərracın yekunlarına dair protokolun və həmin protokol əsasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələblərinə dair hazırki iddia tələbini irəli sürmüşlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsi ilə sübutların adi edilməsi əsasları müəyyən edilmişdir. Həmin Məcəllənin 81-ci maddəsi ilə sübutların mümkünlüyü əsasları müəyyən edilmişdir. Həmin Məcəllənin 88-ci maddəsi ilə sübutların qiymətləndirilməsi əsasları müəyyən edilmişdir. Həmin Məcəllənin 89-cu maddəsi ilə yazılı sübutların dairəsi müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavil ələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Həmin maddənin məzmunundan göründüyü kimi mülki məhkəmə icraatında sənədin əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti yazılı sübut kimi qəbul edilir. Kserosurəti təqdim edilmiş sənədlərin sübut kimi qiymətləndirilməsinə gəldikdə isə, həmin sənədin əsli tələb edilməklə həqiqiliyi müəyyən edilməlidir. İddiaçıların istinad etdikləri halları təsdiq edən sənədlərin əsli və ya lazımi qaydada təsdiq edilmiş surətləri iş materiallarında olmamaqla, yalnız sənədlərin kserosurəti məhkəməyə təqdim edilmişdir. Apellyasiya məhkəməsi qeyd edilən hala ümumiyyətlə hüquqi qiymət verməməklə, həmin sənədləri yazılı sübut kimi qiymətləndirmişdir. Halbuki, yuxarıda qeyd edildiyi kimi, mülki prosessual qanunvericiliyin tələblərinə görə, qeyd edilən sənədlərin əsli və ya lazımi qaydada təsdiq edilmiş surətləri yazılı sübut kimi qiymətləndirilə bilərdi. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392-ci maddəsi iləapellyasiya məhkəməsinin qətnaməsinin məzmunu müəyyən edilmişdir. Apellyasiya məhkəməsi qətnaməsində göstərmişdir ki, “X1 Mərkəzi” MMC-nin xx.xx.2012-ci il tarixli hərracın yekunları haqqında protokolu və onun əsasında imzalanmış eyni tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə etibarsız hesab edilməlidir. Bundan əlavə məhkəmə xüsusilə vurğulayır ki, xx.xx.2012-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı haqqında müqavilə etibarsız hesab edildiyindən, həmin etibarsızlıq dan irəli gələn hüquqi nəticələr tətbiq edilməklə tərəflərin əvvəlki vəziyyətə qaytarılması təmin olunmalıdır Birinci instansiya məhkəməsinin qətnaməsinin nəticə hissəsində isə qeyd edilən məsələlər tam şəkildə öz əksini tapmamış, məhkəmə hərracın yekunlarına dair protokolun və onun əsasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini qət etməklə tərəflərin əvvəlki vəziyyətə qaytarılması məsələsi həll edilməmişdir. Apellyasiya məhkəməsi isə həmin pozuntuya ümumiyyətlə qiymət verməməklə, nəticəhissəsi əsaslandırıcı hissəsinə müvafiq olmayan, bu baxımdan da qanuni və əsaslı hesab edilə bilməyən qətnamə qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yeni dən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3052/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3052/2020
29.07.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver