Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3055/2025 04.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə öhdəliyinin icra edilməməsi, hüququn girovu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyun 2025-ci il tarixli, 2(103)2371/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallar ını araşdıraraq aşağıdakıları müəyyən etmişlər: 2. ünvan 1 ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının 1-ci giriş, yaşayışın 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 154,8 kv.m.-dən ibarət 3 otaqlı, 32 saylı mənzilə (bundan sonra - Mənzil) dair əvvəlcə cavabdehlə Şahid (Payçı) arasında xx.xx.2020-ci il tarixdə 76 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin əsas şərtinə görə Payçı (Şahid) yuxarıda qeyd edilən ünvanda çoxmərtəbəli bina tikintisini Podratçıya cavabdehə həvalə edir və həmin binada 1 kv.m-nin qiyməti 1800 manat olmaqla, Mənzilə görə cəmi 278640 manat pulu cavabdehə ödəməyi öhdəsinə götürür;
3. Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 26-23 CB nömrəli maliyyə arayışına görə mənzilə görə 278640 manat pul Şahid tərəfindən cavabdehə ödənilmişdir; 4. xx.xx.2023-c ü il tarixdə isə, iddiaçı ilə cavabdeh arasında Mənzilə dair yeni müqavilə bağlanmış, həmin müqavilənin də əsas şərtinə görə Payçı (İddiaçı) yuxarıda qeyd edilən ünvanda çoxmərtəbəli bina tikintisini Podratçıya - cavabdehə həvalə edir və həmin binada 1 kv.m.-in qiyməti 968 manat olmaqla, Mənzilə görə cəmi 150000 manat pulu cavabdehə ödəməyi öhdəsinə götürür;
5. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 26-23 CB nömrəli maliyyə arayışına görə Mənzilə görə 150000 manat pul iddiaçı tərəfindən cavbdehə ödənilmişdir; 6. xx.xx.2023-cü il tarixdə iddiaçı ilə Şahid arasında "Qarşılıqlı Razılaşma” imzalanmışdır. Həmin razılaşmanın mətnində qeyd edilir ki, iddiaçı ilə Şahid razılığa gəlirlər ki, sonuncu ona məxsus Mənzili iddiaçıya təminat olaraq girov qoymaqla ondan 150000 manat borc al ır. Girov qoyulmuş mənzilin bazar dəyəri 278000 manat təşkil edir.Bu məbləğ Şahid tərəfindən 2-3 ay müddətindən gec olmamaq şərtilə iddiaçıya qaytarılmalıdır. Həmin vəsait deyilən müddətdə qaytarılmadığı andan tərəflər bu mənzili təcili bazara çıxararaq onu bazar qiymətindən aşağı satmaqla, iddiaçının borcunu, yəni 150000 manatı dərhal bağlayırlar və bununla iddiaçının həmin mənzilin üzərində olan bütün iddialar, tələblər və hüquqlar avtomatik ləğv olunur;
7. Həmçinin, xx.xx.2023-cü il tarixdə iddiaçı, Araz Abduləzimov və Şahid (Şahid qismində) daha bir "Qarşılıqlı Razılaşma” (işə yalnız surəti əlavə edilmişdir) imzalanmışdır. Həmin razılşamanın da məzmununda qeyd edilmişdir ki, iddiaçı ilə Araz Abduləzimov razılığa gəlirlər ki, sonuncu ona məxsus ünvan 1 ünvanında yerləşən və cavabdeh MTK tərəfindən inşa edilən Mənzili xx.xx.2023-cü il tarixli, 76 saylı alqı-satqı müqaviləsi ilə iddiaçının adına rəsmiləşdirərək faktiki olaraq onu iddiaçının adına keçirməklə mənzili təminat olaraq girov qoymaqla ondan 150000 manat borc alır. Girov qoyulmuş mənzilin bazar dəyəri 278000 manat təşkil edir. Bu məbləğ, 150000 manat Araz Abduləzimov tərəfindən 2-3 ay müddətindən gec olmamaq şərtilə iddiaçıya qaytarılmalıdır. Həmin vəsait deyilən müddətdə qaytarılmadığı andan tərəflər bu mənzili təcili bazara çıxararaq onu bazar qiymətindən aşağı satmaqla, iddiaçının borcunu, yəni 150000 manatı dərhal bağlayırlar və bununla iddiaçının həmin mənzilin üzərində olan bütün hüquqlar, iddialar, tələblər ləğv olunur;
8. Daha sonra, yəni xx.xx.2023-cü il tarixdə Şahid qəbz yazaraq (işə yalnız surəti əlavə edilmişdir) bildirmişdir ki, o, cavabdeh MTK-nın inşa etdiyi ünvan 1 ünvanında yerləşən Mənzili xx.xx.2020-ci il tarixli, 76 saylı müqavilə ilə satın almış, bu gün yəni xx.xx.2023-cü ildə həmin mənzilə görə ödədiyi 278640 manat pulu MTK-dan geri almış və Mənzili MTK-ya qaytarmışdır. MTK-ya, onun rəhbərliyinə bu mənzillə bağlı nə indi, nə də gəlcəkdə heç bir iddiası və tələbi olmayacaqdır;
9. Bundan başqa, işə əlavə edilmiş "materialın ərazi aidiyyəti üzrə göndərilməsi” barədə Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqinin xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, Şahid barəsində toplanmış cinayət işinin materialları sonuncunun barəsində Abşeron RPİ-nin İŞ-də aparılan cinayət işinə birləşdirilməsi üçün Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cin ayətlərin istintaqı şöbəsinə göndərilmişdir. Həmin qərarın məzmunundan görünür ki, iddiaçının şikayəti Şahid birgə fəaliyyət göstərərək gəlir əldə etmək məqsədilə onu aldadaraq 150000 manat pul alması ilə bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat 10.İddiaçı ünvan 1 ünvanında inşa edilmiş yaşayış kompleksinin 1-ci giriş, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 154,8 kv.m.-dən ibarət 32 saylı, 3 otaqlı, onun tərəfindən pay haqqı ödənilmiş mənzilə dair MTK üzvlərinin Ümumi Yığıncağının iclas protokolundan çıxarışın ona təqdim edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
11. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli müqaviləyə əsasında 150000 manat pay dəyərini ödəniş edərək cavabdehdən m ənzili almışdır. Mənzilin pay dəyərinin onun tərəfindən tam ödənilməsi və borcunun olmaması barədə xx.xx.2023-cü il tarixdə maliyyə arayışını və kassa mədaxil qəbzini cavabdeh ona təqdim etmişdir. Sözügedən bina istismara qəbul edildiyindən orada mənzili olan sakinlərin əksəriyyətinin mənzillərinə dair çıxarışları mövcuddur. O da aldığı mənzili xüsusi mülkiyyətə keçirmək məqsədilə ASAN xidmət mərkəzində DƏDRX-yə müraciət edərkən ona MTK-nın Ümumi Yığıncağının iclas protokolundan payçı olduğuna dair çıxarışın digər sənədlərlə birlikdə təqdim edilməsinin zəruri olduğu bildirilmişdir. Bundan sonra, dəfələrlə telefon vasitəsi ilə həmin sənədlərin verilməsini cavabdehə bildirsə də, həmin sənədlərin müxtəlif bəhanələrlə ona verilməsindən qanunsuz və əsassız olaraq imtina edilmişdir. Bu barədə ca vabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan sonra indiyədək məsələyə cavabdeh tərəfindən heç bir reaksiya verilməmişdir. İddiaçı xeyli müddət səhhəti ilə bağlı tez-tez xaricə gedib-gəldiyindən bu məsələ ilə bağlı hüquqi müstəvidə məşğul olmaq üçün subyektiv səbəblərdən zamanı olmamışdır. Cavabdehin Mənzilinə dair ÜY iclas protokolundan ona payçı olmağı barədə arayış verilməsindən imtina etməsi mülkiyyətinə sərbəst qərar və sərəncam vermək hüququndan onu məhrum etmişdir. 12.Cavabdeh "Mars-A” MTK-nın nümayəndəsi (sədri) məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçının heç vaxt mənzili almaq niyyəti olmayıb. İddiaçı nə mənzilə baxış keçirməyib, nə kommunal xərcləri ödəməyib. İddiaçının məqsədi hazırda mənzili başqa yollarla əldə etməkdir. İddiaçı ona 100000 manat məbləğində pul vəsaiti verirdi, həmin borcun qaytarılmasının təminatı olaraq mənzilə dair razılaşma imzalanıb. Digər təsisçilərin mənzillərə dair razılaşmalardan məlumatları olmamışdır. 13.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5688/2024 nömrəli, 09 dekabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim Pərviz Zamanlı). 14.Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə Mənzilin əldə edilməsinə dair həqiqi müqavilə yox, uydurma əqd olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müqavilə bağlanmazdan əvvəl iddiaçı tərəfindən Mənzilə heç bir vizual baxış keçirilməmiş (halbuki, sözügedən müqavilə bağlanarkən Mənzil artıq mövcud olmuşdur), Mənzilin müqavilədə göstərilən qiy mətini ifadə edən pul vəsaiti isə, əslində mübahisə edilən həqiqi müqavilə üzrə Mənzilin qiyməti kimi deyil, tərəflər, yaxud iddiaçı ilə Şahid arasında mövcud olmuş borcun məbləğini ifadə etmiş pul məbləğidir. İşin bu halı həm işdə olan "Qarşılıqlı Razılaşmalar”, həm də Araz Abduləzimovla iddiaçı arasında telefon vasitəsilə aparılan danışıqlar üzrə səs yazıları ilə təsdiq edilir. xx.xx.2023-cü il tarixdə iddiaçı ilə Şahid arasında imzalanmış "Qarşılıqlı Razılaşma”da qeyd edilmişdir ki, Şahid ona məxsus olan Mənzili iddiaçıya təminat olaraq girov qoymaqla ondan 150000 manat borc alır və həmin məbləğ sonuncu tərəfindən 2-3 ay müddətindən gec olmamaq şərtilə iddiaçıya qaytarılmadıqda tərəflər bu mənzili təcili bazara çıxararaq onu bazar qiymətindən aşağı satmaqla (Razılaşmada Mənzilin bazar dəyəri 278000 manat göstərilmişdir), iddiaçının borcunu, yəni 150000 manatı dərhal bağlayırlar və bununla iddiaçının həmin mənzilin üzrəində olan bütün iddialar, tələblər və hüquqlar avtomatik ləğv olunur. Həmçinin, xx.xx.2023-cü il tarixdə iddiaçı və Araz Abduləzimov tərəfindən əvvəlki ilə eyni məzmunlu daha bir "Qarşılıqlı Razılaşma” (bu Razılaşmanı Şahid kimi qeyd edilməklə imzalamışdır) imzalanmışdır. Bu Razılaşmada isə Mənzilin bu dəfə Araz Abduləzimovun iddiaçıdan aldığı 150000 manat borcun təminatı üçün girov qoyulması, 2-3 ay müddətindən gec olmamaq şərtilə borc qaytarılmadığı halda Razılaşma üzrə tərəflərin Mənzili təcili bazara çıxararaq onu bazar qiymətindən (bu Razılaşmada da Mənzilin bazar dəyəri 278000 manat göstərilmişdir) aşağı satmaqla, iddiaçının borcunun, yəni 150000 ma natı dərhal bağlanması, bununla da iddiaçının həmin mənzilin üzərində olan bütün hüquqlarının, iddialarının və tələblərinin ləğv olunması qeyd olunmuşdur (xx.xx.2023-cü il tarixdə imzalanmış "Qarşılıqlı Razılaşma”nın əsli məhkəməyə təqdim edilməsə də, onun məzmunu işin faktiki halları və tərəflərin izahatları ilə eynilik təşkil etdiyindən məhkəmə həmin sənədi sübut kimi qəbul edir). Bundan başqa, Araz Abduləzimovla (özünü cavabdehin təsisçilərindən biri olan Tahir adı ilə təqdim edir) iddiaçı arasında olan telefon danışığının CD diskə (optik daşıyıcı) köçürülmüş və məhkəmə baxışında tədqiq edilmiş səs yazılarından müəyyən olunur ki, iddiaçı başqa bir şəxsin (səs yazısında "ağsaqqal” adı ilə qeyd edilir) xahişi ilə Şahid 150000 manat borc verdiyini, onun əlində "sənəd” olduğunu (şübhəsiz ki, iddiaçı "sənəd” dedikdə Mənzilə dair müqavilə, maliyyə arayışı və kassa məxaric orderini nəzərdə tutur) qeyd edir. Araz Abduləzimov isə Elnurun onu aldatdığını, saxta müqavilə ilə iddiaçının adına "evi (burada mübahisəli Mənzil nəzərdə tutulur, çünki iddiaçı ilə cavabdeh arasında hər hansı mənzilə dair ikinci bir müqavilə işdə mövcud deyil)” onun adına rəsmiləşdirdiyini bildirir. Həmçinin, Araz Abduləzimov, onunla birlikdə olan digər şəxs (danışıq zamanı özünün təqdim etmir) və özünün Əliağa olduğunu bildirən şəxs arasında aparılan danışığın səs yazısından da müəyyən edilir ki, Əliağa adlı şəxs bildirir ki, Şahid 150000 manat pulu onlar vermişlər və bunun qarşılığında təminat olaraq Mənzilə dair müqavilə iddiaçının (səs yazısında dəqiqləşdirmə üçün iddiaçı "cavan olan Bəxtiyar” kimi adla ndırır) adına rəsmiləşdirilmişdir. Hətta, danışıq zamanı Əliağa adlı şəxs bildirir ki, əslində Mənzil formal olaraq iddiaçının adına sənədləşdirilmiş, verilən 150000 manat pulun isə iddiaçıya məxsus olması ilə bağlı ziddiyyətli fikirlər bildirir. Şərh edilənlərdən də görünür ki, Mənzilə dair bağlanmış müqavilə, əslində iddiaçı tərəfindən Şahid verilmiş 150000 manat pulun 2-3 ay müddətində qaytarılmasının təminatı olaraq verilmiş, həmin müqavilə Mənzilin satılması ilə bağlı tərəflərin həqiq iradə ifadəsini əks etdirməmişdir. Bu əsas həm iddiaçı ilə Şahid arasında, həm də surəti məhkəməyə təqdim edilmiş iddiaçı, Araz Abduləzimov və Şahid tərəfindən imzalanmış "Qarşılıqlı Razılaşmalarda” açıq şəkildə qeyd edilmişdir. Yoxlanılan müqavilə üzrə tərəflərin müqaviləyəqədərki münasibətlərinin və hə qiqi iradə ifadələri ilə razılaşmaların mətninin qarşılıqlı təhlilindən müəyyən edilmişdir ki, sözügedən borcun qaytarılmadığı halda, iddiaçının hüququ Mənzilin təcili satılaraq əldə edilmiş vəsait hesabına borcun qaytarılması olmuşdur. Beləliklə, mənzilə dair tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə həqiqi alqı-satqı müqaviləsi üzrə hüquqi nəticələri yaratmaq qabiliyyətində olmamaqla, uydurma (əhəmiyyətsiz) əqd olmuşdur. Müqavilə üzrə tərəflərin həqiqi iradə ifadəsi isə 150000 manat pulun qaytarılmasının təminatı ilə bağlı olmuşdur. Göstərilənlərdən əlavə, məhkəmə qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixli müqavilə həm də ona görə etibarsız olmuşdur ki, həmin müqavilə bağlanan vaxt Mənzilə dair hələ cavabdehlə Şahid arasında xx.xx.2020-ci il tarixli, 76 saylı müqavi lə qüvvədə olmuşdur. İşə əlavə edilmiş sənədlərdən də müəyyən edilir ki, həmin müqavilə üzrə də cavabdeh Mənzilin dəyərinin (278640 manat) Şahid tərəfindən ödənilməsinə dair xx.xx.2020-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderi vermişdir. Şahid isə yalnız Mənzilin qaytarılmasına dair xx.xx.2023-cü il tarixdə qəbz yazaraq (işə surəti əlavə edilmişdir) Mənzili cavabdehə qaytardığını və ödədiyi 278640 manat pulu MTK-dan geri aldığını bildirmişdir. Göründüyü kimi, hələ xx.xx.2023-cü il tarixədək Şahid Mənzil üzərində müqavilə üzrə sahiblik və istifadə hüququ olduğu halda, həmin mənzilə dair digər bir müqavilə bağlana bilməzdi. Beləliklə, şərh edilənlər əsasında məhkəmə qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə uydurma əqd olmaqla əhəmiyyətsi z olduğundan, iddiaçı həmin müqaviləyə əsaslanaraq Mənzilə dair mülkiyyət hüququnun qeydə alınması məqsədilə cavabdeh MTK üzvlərinin Ümumi Yığıncağının iclas protokolundan çıxarışı tələb etməkdə haqlı deyil. 15.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 329, 337, 340,404-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 81, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
16. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 17.İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, sözügedən qarşılıqlı razılaşmanın əsli məhkəməyə təqdim edilməmişdir, iddiaçı olaraq etiraz etsələr də, məhkəmə tərəfindən nəzərə alınmamışdır və həmin razılaşmanın əsli təqdim edilməməsinə və iddiaçı tərəfinin razılaşmanı mübahisələndirməsinə baxmayaraq məhkəmə heç bir faktoru nəzərə almadan razılaşmanın “surətini" sübut olaraq qəbul etmişdir. Mövqeyini isə cavabdehin daha başqa bir şəxslə imzaladığı eynitipli müqavilənin əslini təqdim etməyinə əsaslandırmışdır. Halbuki həmin razılaşmanın mübahisəyə heç bir aidiyyati olmamışdır. Bağlanmış müqavilə nəticəsində mübahisə pretmeti olan mənzil hüquqi olaraq iddiaçının mülkiyyətinə keçmişdir lakin iddiaçının mülkiyyət toxunulmazlığı pozulmuşdur. Belə ki, alınmış mənzil müqabilində ödənişi edilmiş mənzil cavabdeh tərəfindən onun faktiki istifadəsinə verilməmiş və məhkəmə tərəfindən iddiaçının mülkiyyətinə dair tam sərəncam vermə hüququnun qorunması nəzərə alınmamışdır. Cavabdeh tərəfindən iddiaçı ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin etibarsızlığına dair hər hansı bir şəkildə iradə ifadə edilməmiş və bu barədə qarşılıqlı iddia və ya etiraz bildirilməmişdir. Bundan əlavə, cavabdehin əməlində cinayət xarakterli hərəkətlərin də olduğuna dair kifayət qədər şübhə və əsaslar proseslər zamanı ortaya çıxmasına baxmayaraq, məhkəmə tərəfindən buna dair heç bir hüquqi qiymətləndirmə aparılmamışdır. Əgər məhkəmə tərəfindən tərəflər arasında bağlanan müqavilənin uydurma və ya formal olduğuna dair qənaətə gəlinmişdisə o zaman məhkəmə öz təşəbbüsü ilə mütləq bir mənzilin iki nəfərə satılması əsası ilə cavabdehin əməlinə hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıx arıb aidiyyəti üzrə hüquq mühafizə orqanlarına göndərməli idi. Cavabdeh tərəfindən mənzilə görə verilmiş vəsaitin alındığı təsdiq edən sənəd ortada olsa da məhkəmə bunun əksini təqdim edəcək heç bir sübut olmadan onun şirkətə ödəniş etdiyi vəsaitə olan xüsusi mülkiyyət hüququnu da nəzərə almamışdır. Məhkəmənin belə bir mövqeyi mənzil alqısatqısının sanki mütləq mənzilə baxmaqla alınmasına dair qanunvericilikdə şərt olması təəssüratı yaradır ki, bu da tamamilə düzgün yanaşma deyil. Digər tərəfdən Məhkəmə yalnız bir qarşılıqlı razılaşmaya istinad edərək hüquqi əsaslandırma apara bilərdi çünki digəri hansı saxta sənədin sürəti idi və həmin qarşılıqlı razılaşmanın isə dəyəri ödənilmiş mənzilə dair sonrakı razılaşmanın şərt olaraq müəyyən edilməsi həmin mübahisə predmeti olan mənzilə dair əsas müqaviləni etibarsız edə bilməzdi. Çünki Tərəflər öz aralarından sonradan ayrıca razılaşma imzalamalar mümkün idi. Belə ki, mənzilə dair faktiki olaraq sahiblik və istifadə hüququi iddiaçıya keçdikdən sonra xx.xx.2023-cü il tarixdə imzalanan Razılaşma özü əslində etibarsız hesab edilməli idi. 18.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Mülki Kollegiyasının 11 iyun 2025-ci il tarixli 2(103)-2371/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5688/2024 nömrəli, 09 dekabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın rədd edilməsini qət etmişdir (hakimlər Sabit Bəhrəmzadə - sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Vahid Sadıqov). 19.Apellyasiya instansiya məh kəməsi qeyd etmişdir ki, işin faktiki hallarına əsasən müqavilə bağlanmazdan əvvəl iddiaçı tərəfindən mənzilə heç bir vizual baxış keçirilməmiş (halbuki, sözügedən müqavilə bağlanarkən Mənzil artıq mövcud olmuşdur), Mənzilin müqavilədə göstərilən qiymətini ifadə edən pul vəsaiti isə, əslində mübahisə edilən həqiqi müqavilə üzrə Mənzilin qiyməti kimi deyil, tərəflər, yaxud iddiaçı ilə Şahid arasında mövcud olmuş borcun məbləğini ifadə etmiş pul məbləğidir. İşin bu halı həm işdə olan "Qarşılıqlı Razılaşmalar”, həm də Araz Abduləzimovla iddiaçı arasında telefon vasitəsilə aparılan danışıqlar üzrə səs yazıları ilə də təsdiq edilir. 20.Bundan əlavə xx.xx.2023-cü il tarixdə iddiaçı ilə Şahid arasında imzalanmış "Qarşılıqlı Razılaşma”da qeyd edilmişdir ki, Şahid ona məxsus olan Mənzili iddiaçıya təminat olaraq girov qoymaqla ondan 150000 manat borc alır və həmin məbləğ sonuncu tərəfindən 2-3 ay müddətindən gec olmamaq şərtilə iddiaçıya qaytarılmadıqda tərəflər bu mənzili təcili bazara çıxararaq onu bazar qiymətindən aşağı satmaqla (Razılaşmada mənzilin bazar dəyəri 278000 manat göstərilmişdir), iddiaçının borcunu, yəni 150000 manatı dərhal bağlayırlar və bununla iddiaçının həmin mənzilin üzrəində olan bütün iddialar, tələblər və hüquqlar avtomatik ləğv olunur. Həmçinin, xx.xx.2023-cü il tarixdə iddiaçı və Araz Abduləzimov tərəfindən əvvəlki ilə eyni məzmunlu daha bir "Qarşılıqlı Razılaşma” (bu Razılaşmanı Şahid kimi qeyd edilməklə imzalamışdır) imzalanmışdır. Bu Razılaşmada isə Mənzilin bu dəfə Araz Abduləzimovun iddiaçıdan aldığı 150000 manat borcun təminatı üçün girov qoyulması, 2-3 ay müddətindən gec olmamaq şərtilə borc qaytarılmadığı halda Razılaşma üzrə tərəflərin Mənzili təcili bazara çıxararaq onu bazar qiymətindən (bu Razılaşmada da Mənzilin bazar dəyəri 278000 manat göstərilmişdir) aşağı satmaqla, iddiaçının borcunun, yəni 150000 manatı dərhal bağlanması, bununla da iddiaçının həmin mənzilin üzərində olan bütün hüquqlarının, iddialarının və tələblərinin ləğv olunması qeyd olunmuşdur (xx.xx.2023-cü il tarixdə imzalanmış "Qarşılıqlı Razılaşma”nın əsli məhkəməyə təqdim edilməsə də, onun məzmunu işin faktiki halları və tərəflərin izahatları ilə eynilik təşkil etdiyindən məhkəmə həmin sənədi sübut kimi qəbul etmişdir). 21.Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən tərəflər arasında yaranmış münasibətlərinin mahiyyətini qiymətləndirərkən səhvə yol vermiş, maddi hüquq normasını düzgün tətbiq etməməklə (uydurma əqd) nəticəyə gəlmişdir. 22.Belə ki, Araz Abduləzimovla (özünü cavabdehin təsisçilərindən biri olan Tahir adı ilə təqdim edir) iddiaçı arasında olan telefon danışığının CD diskə (optik daşıyıcı səs 16) köçürülmüş və məhkəmə baxışında tədqiq edilmiş səs yazılarından, məhkəmə belə qənaətə gəlmişdir ki, mənzilə dair bağlanmış müqavilə, əslində iddiaçı tərəfindən Şahid verilmiş 150000 manat pulun 2-3 ay müddətində qaytarılmasının təminatı olaraq verilmiş, həmin müqavilə Mənzilin satılması ilə bağlı tərəflərin həqiq iradə ifadəsini əks etdirməmişdir. Bu əsas həm iddiaçı ilə Şahid arasında, həm də surəti məhkəməyə təqdim edilmiş iddiaçı, Araz Abduləzimov və Şahid tərəfindən imzalanmış "Qarşılıqlı Razılaşmalarda” açıq şəkildə qeyd ed ilmişdir. Yoxlanılan müqavilə üzrə tərəflərin müqaviləyə qədərki münasibətlərinin və həqiqi iradə ifadələri ilə razılaşmaların mətninin qarşılıqlı təhlilindən müəyyən edilmişdir ki, sözügedən borcun qaytarılmadığı halda, iddiaçının hüququ Mənzilin təcili satılaraq əldə edilmiş vəsait hesabına borcun qaytarılması olmuşdur. Göründüyü kimi, mənzilə dair bağlanılmış xx.xx.2023-cü il tarixli qarşılıqlı razılaşma tərəflər arasında müqavilənin bağlanması hesab edilmir. Çünki tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Tərəflər arasında bağlanmış hazırkı razılaşma isə 150000 manat pulun qaytarılmasının təminatı ilə bağlı olmuşdur. 23.Kollegiya qeyd etmişdir ki, mülki qanunvericiliyin tələbləri baxımından işdə olan pulun v erilməsi bağlı razılaşma müqavilənin bağlanması forması baxımından forma tələblərinin pozulması ilə bağlanmışdır. Yəni qanunun tələb etdiyi formada yazılı tərtib edilməsi mövcud olsa da formaya riayət edilməmişdir. Bütün şərtlər forma baxımından düzgün göstərilməmişdir. Belə ki, bağlanmış müqavilənin əsası olan tərtib edilmiş razılaşmada pulun geri verilməməsi halında mənzilin satılacağı və borcun bağlanacağı halda iddiaçının həmin mənzilə dair bütün hüquqlarının ləğv edilməsi qeyd edilmişdir. Əlavə evin real bazar dəyəri 278000 manat müəyyən edilmişdir. Burada kollegiya qeyd etmişdir ki, real bir alqı-satqıdan söhbət gedə bilməz. Beləliklə ki, iddiaçının ümumiyyətlə mənzil almaq niyyəti olmamışdır. Halbuki qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Yəni bu razılaşma əsasında əldə edilən müqavilə alqı-satqı etmək məqsədi ilə deyil, hər hansı məbləğin müqabilində təminat almaq olmuşdur. Halbuki iddiasında və məhkəmə iclaslarında onu təmsil edən nümayəndənin də verdiyi izahatında məhz mənzil almaq niyyəti ilə pul verdiyini bildirir. Bu isə işin materiallarında olan sənədlər, səs yazıları və işin digər halları ilə tam təkzib edilir. Belə ki, məhkəmə iclaslarında da Elnura verdiyi pulun başqa pul olmasını iddiaçı tərəf bildirsə də, bu hal təsdiqini qeyd edilənlərə əsasən tapmır. Eyni zamanda qeyd edilməlidir ki, razılaşmada da mənzil real dəyərini 278000 manat müəyyən etdikləri halda 150000 manat müqabilində dəyərinin yarısı məbləğə mənzilin əldə edilməsidə işin nəzərə alınmalı əhəmiyyətli ha lıdır. Həqiqətən mənzil satılmış olsaydı belə mənzilin özlərinin də razılaşmasında göstərdiyi kimi qiyməti çox baha qiymətə olmuşdur. Bu halda cavabdehin iddiaya etiraz etməsində və tələb edilən sənədin verilməməsində hüquqdan sui-istifadə halı da mövcud deyil. Yəni, həqiqətdə pul qaytarılmadığı halda mənzilin əldə edilməsi halı olmuş olsaydı belə, qalıq məbləğ ödənilməyəcəyi halda mənzilin tələb edilməsi də düzgün deyil. Tərəflər arasında bağlanmış müqavilə əslində reallığı əks etdirməməklə təminat xarakterli olmuşdur. Hazırkı halda sözügedən müqavilə qanunvericiliyin tələbləri baxımından etibarlı olmamaqla iddianın təmin ediləcəyi halda mənzil cavabdehin əlindən hər hansı məbləğdə pul əldə etmədən (mənzilin real dəyəri də nəzərə alınmaqla) çıxır. Bütün qeyd edilənlərə əsasən kollegiya he sab etmişdir ki, iddia təmin edilə bilməz. 24.Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 329.1, 405.1, 405.2, 560-cı və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 25.İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 2(103)-2371/2025 qətnaməsinin ləğv edilməsi və işin təkrar araşdırılması üçün yenidən apellyasiya instansiyasına göndərilməsini xahiş etmişdir. 26.Kassasiya şikayəti onunla əsaslandırılmışdır kı, iddiaçı tərəfindən məhkəməyə müqavilələrin əsli, kassaya daxilolma qəbzləri və ödəniş sənədləri təqdim edilmişdir. Bu sənədlər mülkiyyət hüququnu təsdiq edən əsas sübutlardır. Lakin məhkəmə bu sənədlərə qiymət verməmiş, əksinə, cavabdehin şifahi bəyanatlarına və şübhəli səsyazıya üstünlük vermişdir. 27.Apellyasiya məhkəməsi cavabdeh tərəfindən təqdim olunmuş “Qarşılıqlı Razılaşma” adlı kağız parçasını sübut qismində qəbul etmişdir. Halbuki həmin sənəd heç bir hüquqi rekvizit daşımır, onun əsli təqdim edilməmiş, imzaların aidiyyəti şəxslərə məxsusluğu yoxlanmamışdır. 28.Bundan əlavə, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş səsyazı qeyrimüəyyən, anlaşılmaz səs-küylərdən ibarət olmuşdur. Bu yazıda iştirakçıların nitqini aydın şəkildə ayırd etmək mümkün deyil. Belə bir materialın mötəbər sübut qismində qəbul edilməsi yolverilməzdir. Halbuki məhkəmə fonoqrafik (fonoskopik) ekspertiza keçirilməsini təmin etməmiş, bununla da işin obyektiv araşdırılmasına mane ol muşdur, birtərəfli araşdırılmışdır. Belə ki, alınmış mənzil müqabilində ödənişi edilmiş mənzil cavabdeh tərəfindən onun faktiki istifadəsinə verilməmiş və məhkəmə tərəfindən iddiaçının mülkiyyətinə dair tam sərəncam vermə hüququnun qorunması nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 29.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 30.Maddə 60, hissə
1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X3 X2: 31.Maddə 6, hissə.
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddə tdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 32.Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
33. Maddə 269.3. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. 34.Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 35.Maddə 269.9. Girov və ipoteka hüququ başqasına verilə bilən bütün əşyalar və hüquqlar ü çün verilir. 36.Maddə 269.11. Girov və ipoteka hüququ həm mövcud, həm də gələcək tələb üçün verilə bilər. Tələb adlı, orderli və ya adsız ola bilər. O həm girov qoyana (ipoteka qoyana) və ya mülkiyyətçinin özünə qarşı, həm də başqa şəxsə qarşı tələb ola bilər. Girov və ya ipoteka hüququnun verildiyi tələb yetərli dərəcədə aydın olmalıdır. 37.Maddə 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 38.Maddə 276.1. İpoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər.
39. Maddə 280.1. Girov müqaviləsi yazılı formada bağlanmalıdır. 40.Maddə
295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 41.Maddə
297. Girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. 42.Maddə 303.1. Hüquq girov qoyularkən girov predmeti özgəninkiləşdirilə bilən hüquq, o cümlədən torpaq sahəsinin, binanın, qurğunun, yaşayış evinin (mənzilin) icarəsi hüququ, mülkiyyətdəki paya hüquq, borc tələbidir.
43. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xit amına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
44. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
45. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
46. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
47. Maddə 390.1 Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
48. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkə n məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
49. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
50. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
51. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
52. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
53. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
54. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üz ərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
55. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
56. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və eti razlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
58. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
59. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
60. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:
62. Qanunun tələbinə görə, kassas iya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
63. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
64. Baxılan işdə müəyyən edilmişdir ki, mübahisənin obyekti olan mənzillə bağlı tərəflər arasında xx.xx.2023-cü il tarixli müqavilədə göstərilən podrat hüquq münasibətləri yaranmamışdır. Əslində həmin müqavilə iddiaçının verdiyi pul borcuna təminat kimi sənədləşdirilmişdir.
65. Birinci instansiya məhkəməsi bu halı əsas gətirərək xx.xx.2023-cü il tarixli müqaviləni uydurma (əhəmiyyətsiz) əqd saymışdır (§ 14).
66. Apellyasiya məhkəməsi isə qətnaməni ləğv edərək həmin müqaviləni başqa əsasla - əqdin forma tələbinə əməl olunmadığına görə Mülki Məcəllənin 329.1 və 405.1-ci maddələrinə istinadən etibarsız hesab etmiş və mövqeyini belə əsaslandırmışdır ki, “mülki qanunvericiliyin tələbləri baxımından işdə olan pulun verilməsi bağlı razılaşma müqavilənin bağlanması forması baxımından forma tələblərinin pozulması ilə bağlanmışdır. Yəni qanunun tələb etdiyi formada yazılı tərtib edilməsi mövcud olsa da formaya riayət ed ilməmişdir. Bütün şərtlər forma baxımından düzgün göstərilməmişdir” (§ 18, 22-23).
67. Kassasiya məhkəməsi aşağıdakılara əsasən bu mövqe ilə razılaşmır və hesab edir ki, iş üzrə hüquq normaları düzgün tətbiq olunmamışdır.
68. Ona görə ki, əvvəla, bu əsaslandırmadan forma pozuntusunun konkret olaraq nədən ibarət olması, xüsusilə də tərəflərin razılaşdıqları və meydana gətirmək istədikləri hüquqi nəticələr üçün iradələrini əslində hansı formada ifadə etməli olduqları, bu tələbin hansı normadan irəli gəldiyi, həmin formanın necə pozulduğu aydın olmur.
69. İkincisi, şəxslər arasında baş tutmuş həqiqi sövdələşmənin tərtib edilmiş müqavilənin məzmunu ilə birbaşa uzlaşmaması hər bir halda əqdin uydurma olması və ya forma şərtinin pozulması kimi qiymətləndirilə bilməz.
70. Ümumiyyətlə, nəzərdə s axlanılmalıdır ki, mülki hüquq münasibətlərinin iştirakçılarının müqavilə azadlığı çərçivəsində və huquqauyğun qaydada bağladıqları müqavilələrin etibarlılığı prezumpsiyası qəbul olunur. Bu o deməkdir ki, belə bir əqdlə əmlak hüququ əldə etmiş tərəf bağladığı müqavilənin etibarlı olduğunu sübuta yetirməyə borclu deyil. Əksinə həmin müqavilənin etibarsızlığını iddia edən tərəf öz iddiasını sübut etməlidir.
71. Deməli, iddiaçının əsaslandığı əqdin əslində etibarsız olduğunu cavabdeh tərəf iddia etdikdə (müdafiə dəlilində bu hala əsaslandıqda) həmin halı sübuta yetirməyə borcludur. Əqdin etibarsız olması sübut edildikdə və ya məhkəmə bu halı iş materiallarından aşkar etdikdə həmin əqdə əsaslanan iddia rədd oluna bilər.
72. Hazırkı işdə rayon məhkəməsinin iddiaçının əsaslandığı əqdi uydurma sa ymasını (buna baxmayaraq, Mülki Məcəllənin yalan əqdə dair 340.2-ci maddəsinə istinad etmişdir) nəzərə alaraq, Kollegiya qısaca onu qeyd etməkdə yarar görür ki, uydurma əqd, həqiqətdə heç bir hüquqi nəticə (hüquq və öhdəlik) əmələ gətitmək niyyəti olmadan, sırf görünüş üçün bağlanan əqddir (MM, m.340.1). Yalan əqddə isə tərəflər əslində görünən müqavilədən başqa bir müqavilə barədə razılığa gəlmiş olurlar, lakin görünən əqdlə həmin müqaviləni pərdələləyirlər (MM, m.340.2). Beləcə, tərəflər xarici aləmə (üçüncü şəxslərə) qarşı əslində istəmədikləri bəyanları ilə meydana gələn müqavilə ilə görünməyi, amma gerçəklikdə başqa bir müqavilənin bağlanmasını arzu edir və bu xüsusda anlaşırlar. Göründüyü kimi, uydurma və yalan əqdin bağlanmasında başqalarını (üçüncü şəxsləri) aldatmaq niyyəti olur ( bu barədə daha ətraflı bax: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair 18 mart 2022-ci il tarixli Qərarına).
73. Halbuki, işin müəyyən edilmiş hallarından tərəflərin əslində alınmış borca təminat verilməsi barədə hüquqi nəticə yaratmaq istədikləri aydın şəkildə görünür. Bu məqsədlə onların tərtib etdikləri çoxsaylı yazılı sənədlərin məzmunu ilə başqalarında (üçüncü şəxslərdə) yanlış təsəvvür yaratmaq niyyəti də aşkar edilməmişdir.
74. Forma məsələsinə gəldikdə isə qeyd olunmalıdır ki, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Bu qaydalar Mülki Məcəllənin 405.1-ci və 406.1-ci maddələrinin tələbləridir (§ 50-51).
75. Göstərilən normaların məqsədi baxımından forma dedikdə, iki hal nəzərdə tutulur: 1)müqavilənin qanunla müəyyən edilən (şifahi, sadə yazılı, notarial) şəkildə bağlanması; 2)tərəflərin razılaşdıqları əsas hüquq və öhdəliklərin tələb olunan şəkildə qarşılıqlı olaraq ifadə edilməsi. Məsələn, daşınmaz əşyanın özgəninkiləşdirilməsi haqqında müqavilə notarial qaydada təsdiq edilməli, tərəflərin hüquq və vəzifələri notariusun təsdiqlədiyi yazılı sənədin məzmununda öz əksini tapmalıdır (MM, m.144.1, 394). Əks halda həmin əqd üzrə forma tələbi pozulmuş olar.
76. Odur ki, etibarlılıq şərti kimi bir əqdin formasına riayət edilib-edilmədiyin i yoxlamaq üçün ilk növbədə tərəflər arasında hansı müqavilənin bağlandığı (hansı növ hüquq münasibətlərinin meydana gəldiyi) təsbit edilməlidir. Daha sonra isə həmin növ müqavilələr üçün yol verilən forma (şəkil) şərti müəyyən edilməli, tərəflərin qarşılıqlı öhdəliklərinin bu şəkildə ifadə olunub-olunmadığı aydınlaşdırılmalıdır.
77. O da qeyd olunmalıdır ki, tərəflərin özlərinin bildirdikləri və yekunda məhkəmənin müəyyən etdiyi əsl hüquq münasibəti ilə təqdim olunan müqavilənin mətni hər zaman eynilə üst-üstə düşməyə bilər.
78. Təcrübədən bəlli olduğu kimi, mülki dövriyyənin iştirakçıları bəzən daxil olduqları hüquq münasibətlərini onların həqiqi məzmununa uyğun olaraq yazılı şəkildə rəsmiləşdirmirlər (və ya rəsmiləşdirə bilmirlər), yaxud bunu bir neçə hüquqi əməliyyatla edirlər. Bu mü xtəlif səbəblərdən irəli gələ bilər: tərəflərin öyrəşilmiş formanı daha rahat sənədləşmə hesab etməsi, əslində razılaşdırılan müqavilənin notariusda təsdiqlənməsi ilə əlaqədar praktik çətinliklər, hüquqi sənədləşmə ilə bağlı tərəflərə göstərilən xidmətin keyfiyyətsiz olması və s.
79. Bu səbəbdən, əqdə əsaslanan iddiaya baxarkən və müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almalıdır. Mübahisəli hüquq münasibətinə qiymət vermək tələb olunduqda, iradə ifadəsinin həqiqi məzmununu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməli, o cümlədən müqaviləyə qədər ki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmalıdır (§ 46, 48-49).
80. Elmi ədəbiyyatda da hakim olan mövqe ondan ibarətdir ki, iradə bəyanları təfsir edilərkən müqavilənin mümkün qədər etibarlı qalmasını təmin edən mənaya üstünlük verilməli, bununla da əqdin keçərliliyi qorunmalıdır. Bu qaydanın təməlində iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri çərçivəsində tərəflərin iradələrinə hörmət göstərilməsi dayanır.
81. Baxılan işdə xx.xx.2023 tarixli müqavilədən bir neçə gün sonra həmin mənzillə bağlı tərtib edilmiş yazılı razılaşmaların mətni tərəflərin hüquq münasibətlərinin həqiqi mahiyyətinə aydınlıq gətirmişdir.
82. İddiaçının və cavabdehin nümayəndəsinin imzaladıqları xx.xx.2023 -cü il tarixli "Qarşılıqlı Razılaşma”da (işə surəti əlavə edilmişdir) qeyd olunmuşdur ki, “...X4 ona məxsus, ünvan 1 ünvanında yerləşən və Mars-A” Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilən binanın 1-ci blok, yaşayışın 11 mərtəbəsində yerləşən, ümumi sahəsi 154,8 m2 olan, 32 saylı, 3 otaqlı mənzili 23 sentyabr 2023-cü il tarixli, 76 saylı qalqı-satqı müqaviləsi ilə İddiaçı adına rəsmiləşdirərək faktiki olaraq onu İddiaçı adına keçirməklə mənzili təminat olaraq girov qoymaqla ondan 150000 (yüz əlli min) manat vəsaiti borc alır. Girov (rəsmiləşdirilmiş) qoyulmuş mənzilin bazar dəyəri 278000 manat təşkil edir. Bu məbləğ, yəni 150000 manat X4 tərəfindən 2-3 ay müddətindən gec olmamaq şərtilə İddiaçı qaytarılmalıdır. Həmin vəsait deyilən müddətdə qaytarılmadığı andan tərəflər bu mənzili təcili bazara çıxararaq onu bazar qiymətindən aşağı satmaqla, İddiaçı borcunu, yəni 150000 manatı dərhal bağlayırlar və bununla İddiaçı həmin mənzilin üzərində olan bütün hüquqlar, iddialar, tələblər ləğv olunur”.
83. Eyniməzmunlu razılaşma mətni xx.xx.2023-cü il tarixdə Şahidlə imzalanmış yazılı sənəddə də əks olunmuşdur. İşə əsli əlavə edilən bu sənəddə borcalan qismində Şahid göstərilmişdir.
84. Beləliklə, yazılı sənədlərin və işdəki digər sübutların birlikdə təhlilindən, tərəflərin sonrakı yazışmaları və hərəkətlərindən ağlabatan mühakimə əsasında müəyyən edilmişdir ki, İddiaçı istinad etdiyi xx.xx.2023 tarixli müqavilənin bağlanmasının səbəbi onun tərəfindən Şahid (xx.xx.2023 tarixli yazılı razılaşmaya görə isə Araz Abduləzimova) verdiyi 150.000 manat məbləğində borca təminat verilməs i olmuşdur. Belə ki, Şahid mübahisənin obyekti olan mənzilə dair Cavabdeh MTK ilə daha əvvəl bağlamış olduğu (xx.xx.2020-ci il tarixli, 76 nömrəli) müqavilədən irəli gələn hüquqlarını kreditor İddiaçı qarşısında girovla yüklü edərək sonuncunun tələb hüququna təminat göstərmişdir. Bu hal eyni mənzil barəsində adları çəkilən şəxslərin altı gün ərzində tərtib etdikləri əlaqəli sənədlərin (xx.xx.2023 tarixli müqavilə, eyni tarixli maliyyə arayışı, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli "Qarşılıqlı Razılaşma”lar) məzmunundan bariz şəkildə görünür.
85. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi xx.xx.2023 tarixli müqaviləni Mülki Məcəllənin 404-cü maddəsinə əsasən hüquqların girov qoyulması haqqında müqavilə kimi təfsir etmək əvəzinə onu forma şərtinə görə etibarsız saymı şdır.
86. Kassasiya məhkəməsi bildirir ki, razılaşmalarda girov qoyulan predmetin “mənzil” olaraq qeyd edilməsi özü-özlüyündə forma şərtinin pozulması kimi qiymətləndirilə bilməz. Çünki, işin hallarından mübahisəli mənzilə olan hüquqlar nədən ibarətdirsə, onların girov qoyulduğu aydın görünür.
87. Təbii ki, mənzil bir daşınmaz əşya kimi yalnız dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra notarial formada təsdiqlənən ipoteka müqaviləsi ilə yüklü edilə bilər. Bu halda mənzil mülkiyyətçisi özünün mülkiyyət hüququnu yüklü edir. Lakin hər hansı mənzilin əldə edilməsi üçün tikinti şirkəti ilə bağlanmış podrat müqaviləsindən irəli gələn hüquqların da yüklü edilməsi, yəni girov qoyulması mümkündür. Bu halda isə tələb hüququ sahibi özünün müqavilədən doğan və özgəninkiləşdirilə bilən şəxsi hüquq unu yüklü edir. Mülki qanunvericiliyimiz buna imkan verir. 88.Mülki Məcəllənin 269.9-cu maddəsində göstərilir ki, bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. Girov və ipoteka hüququ başqasına verilə bilən bütün əşyalar və hüquqlar üçün verilir. 89.Həmin Məcəllənin 303.1-ci maddəsinə əsasən, hüquq girov qoyularkən girov predmeti özgəninkiləşdirilə bilən hüquq, o cümlədən torpaq sahəsinin, binanın, qurğunun, yaşayış evinin (mənzilin) icarəsi hüququ, mülkiyyətdəki paya hüquq, borc tələbidir. 90.Qanunvericilikdə girov razılaşması üçün nəzərdə tutulan forma isə müqavilənin yazılı bağlanmasıdır (MM, m. 280.1). 91.Baxılan işdə tərəflər arasında tərtiblənmiş bir neçə yazılı müqavilə mətnində mübahisəli mənzilə dair hüquqların İddiaçı borc müqaviləsindən irəli gələn tələb hüququna təminat olaraq onun qarşısında girov qoyulması, habelə borcun həcmi, qaytarılma vaxtı, öhdəliyin icrası gecikdiriləcəyi halda girov predmetinin satılaraq iddiaçının alacağının ödəniləcəyi aydın şəkildə ifadə edilmişdir. 92.Belə olan halda, hüquqların girov qoyulması ilə bağlı müqavilənin forma tələbinin pozulması ilə bağlanması qənaətinə gəlmək mümkün deyil. Odur ki, apellyasiya məhkəməsi razılaşmanı hüququn girovu kimi təfsir etməyib, müqaviləni etibarsız saymaqla səhvə yol vermişdir. 93.İşdə istinad olunan digər hal - Şahid mübahisəli mənzili "Mars-A” MTK-ya qaytarması və ödədiyi 278640 manat pulu geri alması barədə xx.xx.2023-cü il tarixli yazılı qəbz verməsidir. Kollegiya bildirir ki, bu hal təsdiqini tapmış olsa belə, iddiaçının girov hüquqlarına təsir edə bilməz. Ona görə ki, "Mars-A” MTK həmin mənzilə dair Şahid hüquqlarının İddiaçı qarşısında girovla yüklü edilməsindən xəbərdar idi, bu barədə tərtib olunan yazılı razılaşmalarda hətta özü də iştirak etmişdi. Dolayısı ilə, əgər mənzil üzərindəki hüquqlar həqiqətən də Mars-A” MTK-ya geri qaytarılmışsa, o, həmin əmlakı iddiaçının girov hüququ ilə yüklü şəkildə qəbul etmiş sayılır. 94.Yeri gəlmişkən, kassasiya məhkəməsi qeyd edir ki, işdə iştirak edən şəxslərin bildirdikləri dəlillər dürüstlük və vicdanlılıq prinsipləri əsasında qiymətləndirilməlidir. Belə ki, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifa də edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. 95.Bu prinsiplərə uyğun olaraq mülki qanunvericiliyimizdə nəzərdə tutulmuşdur ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (§ 52-55). 96.Kollegiya onu da vurğulayır ki, iddia tələbinin məzmunu hazırkı mübahisənin girovla bağlı normalar əsasında həll edilməsinə mane olmur. Tələbin hansı sözlərlə ifadə edilməsindən asılı olmayaraq, baxmaq lazımdır ki, iddiaçı hansı hüquqi mənafeyə çatmaq istəyir. Məhkəmə, ona təqdim olunan və araşdırma zamanı müəyyən edilən faktiki hallara hansı hüququn tətbiq ediləcəyini özü seçə bilər. Hüququn tətbiqinə bilavasitə hakimin cavabdehlik daşıması və tərəflərin faktlar barəsində hüquqi mövqeyinin hakim üçün məcburi olmamasına dair “iura novit curia” (məhkəmə hüququ bilir) prinsipi Konstitusiya Məhkəməsinin qərarlarında dəfələrlə vurğulanmışdır. 97.İşdən görünür ki, iddiaçının məqsədi məhkəm ə qərarı ilə mənzil üzərində hüquqlarını tanıtmaq və mənzili öz mülkiyyətinə keçirməkdir. Əgər məhkəmə işin hallarına görə bu tələbin tam təmin olunmasını mümkün saymırsa, o zaman iddiaçının həmin mənzilə olan hüquqları çərçivəsində (həddində) müvafiq əsasları aşkar etdikdə iddianı qismən təmin edə bilər. Başqa sözlə, əgər iddiaçının istinad etdiyi müqavilə, hüquqların girovu barədə razılaşma olduğuna görə mənzili iddiaçının mülkiyyətinə vermək mümkün deyilsə, o zaman iddiaçının girov saxlayan şəxs olaraq tələbinin hansı həcmdə təmin oluna biləcəyi məhkəmə tərəfindən araşdırılmalı və iddia həll edilməlidir. 98.Mülki Məcəllənin Maddə 269.1-ci, 269.3-cü və 269.5-ci maddələrinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borcl unun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 99.Həmin Məcəllənin 295 və 297-ci maddələrinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənil ən üsulla satıla bilər.
100. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilənlər hüquq qaydalarını nəzərə almamış, maddi hüquq normalarını işə düzgün tətbiq etməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırmamışdır (§ 59-60).
101. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikasının Konstitusiyasının 60cı maddəsi ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, İnsan Hüquqlarının və X3 X1 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir (§ 30-31).
102. Qeyd olunanlara əsasən kassasiya kollegiyası bu qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilmə lidir.
103. Təkrar apellyasiya baxışında zəruri olduqda Şahid da işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməli, işdə iştirak edən bütün şəxslərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə, təqdim olunmuş sübutlar qiymətləndirilməli, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.
104. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Mülki Kollegiyasının 11 iyun 2025-ci il tarixli, 2(103)-2371/2025 nömrəli qətnaməsi ləğv edilsin, iş yenidə n baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.