Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3058/2020 01.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(009)2803/2019 nö mrəli qətnaməsi ilə (sədrlik edən hakim Ş.Abdullayev) iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh «X1 Mərkəzi» MMC-yə qarşı xx.xx.2019cu il tarixdə keçirilmiş təkrar hərracın nəticələrinin ləvğ edilməsi barədə iddia tələbi əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Kazımov (sədrlik edən, məruzəçi), T.Səmədov və V.Həsənov, 2(103)1093/2020 saylı mülki iş) hazırkı iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(009)-2803/2019 nömrəli qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicis i Əmanətlərin Sığortalanması Fondu cavabdeh «X1 Mərkəzi» MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı “X1 Mərkəzi” MMC tərəfindən xx.xx.2019-cu il tarixdə keçirilmiş təkrar hərracın nəticələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. 2-ci hərrac barədə elan Birja qəzetində verilmədiyi üçün hərrac etibarsız hesab olunmalıdır. Çünki 1-ci hərrac barədə orada elan verilmişdisə, 2-ci hərrac barədə də orada elan verilməli idi. Prosessual məsələlər və tərəflərin izahatları: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X3 məhkəmə iclasında kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh və maraqlı şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1. maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellya siya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2. maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz. Apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “X1 Mərkəzi” MMC tərəfindən İmişli rayon icra və probasiya şöbəsinə, İddiaçı ASC-yə, “X5” MMC-yə və “xxxx” MMCyə göndərilmiş xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, onlara İmişli rayon İcra Şöbəsinin 14 saylı xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən İmişli şəhəri, H.Əliyev prospekti, 1 yerləşən XXX ATSCyə məxsus olan 3,241 4 ha torpaq sahəsi, ü/s 4477 kv.m. olan qeyri-yaşayış sahəsinin satış qiyməti 4.671.430 manata satılması ilə bağlı xx.xx.2019-cu il tarixdə təkrar hərracın keçirilməsi barədə məlumat verilmişdir. “İpoteka Haqqında” Qanunun 42.1 -ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. “İpoteka Haqqında” Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.[72] «İpoteka Haqqında» Qanunun 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Məcəllənin 416-cı maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydalan pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfındən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. XXX və XXX şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikd ə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Hər-hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin q anuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Cavabdeh tərəfindən istər ilkin, istərsə də təkrar hərracın keçirilməsi barədə tələbkarın və borclunun məlumatlandırılması işin mübahisəsiz halıdır. Bunu iddiaçı da mübahisələndirmir. İşin mübahisəli halı isə cavabdehin “İpoteka Haqqında” Qanunun 42.1-ci və 43.5-ci maddələrinin tələblərinə riayət etməməsi, konkret olaraq təkrar hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirməməsi ilə bağlıdır. İddiaçının təqdim etdiyi “B irja” qəzetində təkrar hərrac barədə məlumatın dərc olunmaması, “İpoteka haqqında” Qanunun tələblərinə cavabdehin riayət etməməsi kimi qiymətləndirilə bilməz. Çünki, cavabdehin nümayəndəsinin apellyasiya baxışına təqdim etdiyi “MARKET” qəzetinin xx xxxxxx 2019-cu il tarixli buraxılışının 11-ci səhifəsində təkrar hərrac barədə, yəni İmişli şəhəri, H.Əliyev prospekti, 1 yerləşən XXX ATSC-yə məxsus olan 3,2414 ha torpaq sahəsi, ü/s 4477 kv.m. olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 5.495.800 manata satılması ilə bağlı xx.xx.2019-cu il tarixdə keçirilən ilkin hərracın baş tutmaması, təkrar hərracın xx xxxxxxxx 2019-cu ildə keçiriləcəyi, təkrar hərracda satış qiymətinin ******* AZN olması və digər məlumatlar dəqiq elan edilmişdir. “İpoteka haqqında” Qanunda kütləvi informasiya vasitə ləri dedikdə konkret olaraq hansısa qəzet, o cümlədən “Birja” qəzeti nəzərdə tutulmamışdır. Ona görə də iddiaçının gətirdiyi dəlillər əsaslı ola və iddianın təmin edilməsi üçün əsas ola bilməzdi. Cavabdeh tərəfindən “MARKET” qəzetinin istər ilkin hərracla bağlı xx.xx.2019-cu il tarixli buraxılışında, istərsə də xx xxxxxx 2019-cu il tarixli buraxılışında hərraca çıxarılmış əmlak barədə elan verilməsi, istər-istəməz bu əmlakı almaq istəyən fiziki və hüquqi şəxslərin geniş dairəsinə bəlli olmuşdur. Ümumiyyətlə hər hansı bir əmlakı almaq niyyəti olan şəxslər bu xarakterli qəzetləri əldə etməkdə həmişə maraqlı olurlar. Lakin mübahisə predmeti olan əmlakla bağlı təkrar hərracın baş tutmaması və həmin əmlakın təkrar hərracda satıla bilməməsi hazırki iddianın əsaslı olmasına qətiyyən dəlalət edə b ilməz. Çünki, həmin əmlakın təkrar hərraca çıxarılması ilə bağlı onsuzda kifayət qədər məlumat olmuşdur. İşdən o da görünür ki, hərraca çıxarılmış əmlak bilavasitə ipoteka qoyulmamış, ipoteka predmeti, eləcə də iddiaçı da ipoteka saxlayan olmamışdır. Yəni, həmin əmlak icra üsulunun dəyişdirilməsi nəticəsində başqa əmlakın əvəzinə hərraca çıxarılmışdır. Məhkəmə kollegiyası bir məsələni də qeyd etməyi zəruri hesab edir. Hazırkı iş üzrə iddiaçı tələbkarın təmsilçisidir. Onun 2-ci hərracı mübahisələndirməsi məntiqli görünmür. İddiaçı əmlakın artıq qiymətə hərraca çıxarılması, 1-ci hərracın qanunsuz keçirilməsi dəlilini irəli sürmür, sadəcə 2-ci hərracın keçirilməsi qaydalarına riayət edilməməsini mübahisələndirir. İddiaçının hazırkı iddia ilə nəyə nail olaq istəməsi bəlli deyil və bu barədə nə iddia ərizəsində və nədə məhkəmə iclaslarında bildirməmişdir. İddiaçı əmlakı 2-ci hərracda özü almaq istəyirdisə belə şans əldən çıxmamışdır və əmlak hələlik satılmamışdır. “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinə görə ipoteka predmeti ilkin satış qiymətindən 15 % aşağı qiymətlə təkrar hərraca çıxarılır. Həmin Qanunun 43.7-ci maddəsinin tələbinə görə 43.1.1-ci maddədə nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracda ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə edə bilər. İddiaçının əmlakı özünün almaq niyyəti olmadığı təsdiq olunduğu təqqdirdə hərracın formal ə saslarla mübahisələndirilməsi qənaəti formalaşır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsı
Məhkəmə qərarları › İş №2(102)-3058/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3058/2020
01.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver