Məhkəmə qərarları › İş №2(102)-3062/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3062/2022

13.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3062/2022 13.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon 3 nömrəli tam orta məktəbinə (üçüncü şəxs Bakı şəhəri üzrə Təhsil İdarəsi) qarşı iş üzrə QƏRARİ Açar sözlər: direktor müavinin əmək funksiyaları, dərs yükünün bölünməsi, əmək funksiyalarının dəyişdirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu, Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu 3 nömrəli tam orta məktəbinə qarşı (üçüncü şəxs Bakı şəhəri üzrə Təhsil İdarəsi) dərs saatlarının qaytarılması, əmək haqqının əvəz inin tutulması tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 9440/2021 nömrəli iş üzrə 19 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh Bakı şəhəri Binəqədi rayonu 3 nömrəli tam orta məktəbi və üçüncü şəxs Bakı şəhəri Təhsil İdarəsi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə dair işə 13 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1990-cı il tarixdən hal-hazıradək Bakı şəhəri Binəqədi rayonu 3 nömrəli tam orta məktəbində (bundan sonra – cavabdeh və ya Məktəb) məktəbdənkənar və sinifdən xaric işlər üzrə direktor müavini vəzifəsində çalışır.

2. İddiaçı ixtisasına uyğun olaraq biologiya fənnini tədris edir. 2016-cı ildən etibarən onun bu fənn üzrə dərs yükü 6 saat təşkil etmişdir. 3. xx.xx.2020-ci il tarixdə məktəbin direktoru vəzifəsinə X10 təyin edilmişdir. Məktəbdə Pedaqoji Şuranın xx.xx.2020-ci il tarixdə keçirilmiş ilk onlayn iclasında iddiaçıya dərs saatlarının ayrılmasına razılıq verilməmiş, keçən tədris ilində ona ayrılan 6 saat dərs yükünün dərs yükü az olan digər biologiya müəllimləri arasında bölüşdürülməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, biologiya fənni üzrə 6 saatlıq dərs yükünün ona qaytarılması və 01 noyabr 2020-ci il tarixdən etibarən qətnamənin qəbul edildiyi tarixədək məcburi boşdayanmaya görə həmin dərs yükünə əsasən hesablanmış pul əvəzinin ödənilməsi öhdəli yinin Məktəbin üzərinə qoyulması, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin məktəbdən tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Məhkəmənin təşəbbüsü ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi (bundan sonra – üçüncü şəxs) mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, biologiya fənni üzrə onun dərs yükü 2016-cı il tarixədək 12 saat olmuş, 2016-cı ildən isə 6 saat təşkil etmişdir. Digər orta məktəblərdə də direktor müavinləri ayrı-ayrı fənləri tədris edir. Ötən illər ərzində onun tərəfindən də biologiya fənninin tədris edilməsi ilə bağlı hər hansı problem yaranmamış, o cümlədən, bu fənni tədris edən digər müəllimlər buna heç vaxt etiraz etməmişlər. Onların etiraz etməsi barədə müraciətlərin yazılması isə məktəbin direktoru tərəfindən qərəzli şəkildə təşkil edilmişdir. Belə ki, həmin müəllimlərdən ikisi şagirdlərin biologiya fənni üzrə dərsdənkənar hazırlığı ilə məşğul olur və bu baxımdan onların mövcud dərs saatlarından artıq saatda yük daşımağa vaxtı yoxdur. Digər tərəfdən 2020-ci il üçün dərs yükü artıq bölünmüş və o, 2020-ci ilin 16 oktyabr tarixinədək biologiya fənnini tədris etmişdir. Lakin həmin ilin noyabr ayında hər hansı bir əsas olmadan və qanunsuz şəkildə ondan bu fənn alınaraq, digər müəllimlərə verilmişdir.

7. Cavabdehin nümayəndəsi (direktoru) X11 iddianı qəbul etməyərək və iddiaya qarşı yazılı etiraz təqdim edərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddiaçı müəllim vəzifəsində dey il, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsində çalışır, onun əmək funksiyaları “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X3”nda təsbit edilmiş və dərslərin tədrisi bu funksiyalar sırasına daxil edilməmişdir. Digər tərəfdən, məktəbdə biologiya ixtisası üzrə 6 fənn müəllimi var və biologiya fənni üzrə ümumilikdə 48 saat dərs yükü mövcud olduğuna görə həmin dərs saatları qanunvericiliyə uyğun olaraq ilk öncə həmin müəllimlər arasında bölüşdürülməlidir. Bu sahəni tənzimləyən qanunvericiliyin tələbləri baxımından məktəbin rəhbər işçilərinə dərs yükünün verilməsi səlahiyyəti üçüncü şəxsə aiddir və onlara dərs yükünün verilməsi vəzifəsi imperativ vəzifə kimi müəyyən edilməmişdir. Digər tərədən, məktəbdə müvafiq fənn üzrə müəllim sayından və dərs yükünün həcmindən asılı olaraq, direktor və direktor müavinlərinə dərs yükünün verilməsi və ya verilməməsi məsələsinə hər tədris ilində yenidən baxılır. Məktəbdə isə biologiya fənni üzrə mövcud olan dərs saatlarının miqdarı 6 fənn müəlliminin tələb olunan miqdarda dərs saatı ilə təmin edilməsini qeyri-mümkün edir. Belə bir vəziyyətdə iddiaçının biologiya fənnini tədris etməsi bu fənn üzrə digər müəllimlərin narazılığına səbəb olmuşdur. Bu səbəbdən biologiya fənnini tədris edən müəllimlər rəsmi olaraq müraciət edərək, onların ən azı 12 saat dərs yükü ilə təmin edilməsini xahiş etmişlər. Ona görə də, iddiaçının tədris etdiyi 6 saat 2020-ci ilin sentyabr ayından etibarən məktəbin digər 4 müəllimi arasında bölüşdürülmüşdür və həmin vaxtdan da iddiaçı bu fənni tədris etmir. Hazırkı müəllimlə rdən də sinif şagirdləri razıdırlar. İddiaçıya münasibətdə hər hansı qanunsuzluğa yol verilməmişdir. Nümayəndə göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi X4 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, bu sahəni tənzimləyən qanunvericiliyin tələblərinə əsasən bütün tipdən olan ümumtəhsil məktəblərinin direktorları və onların müavinləri əsas iş üzrə müvafiq qaydalar əsasında tam vəzifə maaşı almaqla yanaşı, işlədikləri təhsil müəssisələrində ixtisaslarına uyğun olaraq həftədə 12 saata qədər dərs apara bilərlər. Müəllimlərin yeni tədris ili üçün dərs yükü isə müəssisə rəhbəri tərəfindən müəllimlər əmək məzuniyyətinə çıxanadək müəyyənləşdirilir və onlara bu barədə məlumat verilir. Müəllimlərin dərs yükü tədris ili ərzində, bir qayda olaraq, sabit saxlanılır. Dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün həftəlik dərs yükü 18 saat müəyyənləşdirilir. Vakant dərs yükü 18 saatdan az olarsa, həmin saatlar ilk növbədə müəssisənin ixtisaslı müəllimləri arasında bölüşdürülür. Müəssisədə hər hansı ixtisasdan kadr olmadıqda, həmin ixtisas üzrə tədris planına əsasən müəyyənləşdirilmiş həftəlik dərs yükü 18 saatadək olduğu halda, yerli təhsili idarəetmə orqanının və ərazi maliyyə hesablaşma mərkəzinin razılığı ilə müəssisə rəhbəri tərəfindən digər müəssisələrdən əvəzçiliklə və ya saathesabı qaydasında müəllim dəvət olunur. Bu mümkün olmadıqda, həmin dərs saatları vakant hesab olunur və Nazirliyin internet səhifəsində elan edilir. Dərs bölgüsünü ümumi təhsil müəssisəl ərində ali idarəetmə orqanı olan Pedaqoji Şura təsdiq edir, dərslər və dərsdənkənar məşğələlər direktor tərəfindən təsdiq olunmuş cədvəl üzrə aparılır. Ötən illər ərzində məktəb tərəfindən iddiaçının biologiya fənnini tədris etməsi ilə bağlı müraciət edilmiş və həmin müraciətə uyğun olaraq razılıq verilmişdir. Lakin 2020-2021-ci illər üzrə həmin məktəbin direktoru tərəfindən bu barədə müraciət daxil olmamış və nəticədə iddiaçıya biologiya fənni üzrə hər hansı miqdarda saatın ayrılmasına razılıq verilməmişdir. Lakin bu zaman hər hansı qanunsuzluğa yol verilməmişdir. Belə ki, saatların çatışmazlığı səbəbindən məktəbdə bu fənni tədris edən digər müəllimləri həftəlik dərs yükü ilə təmin etmək mümkün olmamışdır. Halbuki, ilk öncə onlar tələb olunan saat miqdarında dərs yükü ilə təmin edilməlidi r. Bu səbəbdən də həmin fənni tədris edən müəllimlər bu məsələ ilə bağlı məktəbin direktoruna müraciət etmişlər. İddiaçıya da ayrılmış 6 saat miqdarında dərs yükü məktəbin Pedaqoji Şurasının iclasında qəbul edilmiş qərara əsasən bu fənni tədris edən digər müəllimlər arasında bölüşdürülmüş və nəticədə həmin saatlar digər 4 müəllimə verilmişdir. Hətta bundan sonra da onların dərs yükü yenə də normadan aşağı qalmışdır. Qeyd edilən məsələdə hər hansı qanun pozuntusuna yol verilməmişdir. Nümayəndə göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-3201/2021 nömrəli iş üzrə 24 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim F.Abdıyev) iddia qismən t əmin edilmiş, iddiaçının Məktəbdə tədris etdiyi biologiya fənni üzrə 6 saat miqdarında dərs yükünün iddiaçıya qaytarılması və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövr üçün həmin dərs yükünə görə nəzərdə tutulmuş əmək haqqının ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur.

10. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı ixtisas üzrə biologiya müəllimidir və ümumilikdə 42 ildən artıq müddətdir ki, biologiya fənnini tədris edir. İddiaçı Kirov (hazırki Binəqədi) rayon Təhsil şöbəsinin əmri ilə xx.xx.1990-cı il tarixdə, yəni hazırda qüvvədə olan Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra – Əmək Məcəlləsi) qüvvəyə minənədək (xx.xx.1999-cu il tarixədək) məktəbin məkdəbdənkənar və sinifdən xaric işlər üzrə direktor müavini vəzifəsinə təyin edilmiş və həmin vaxtdan, yəni 30 ildən artıq müddətdir ki, bu məktəbdə biologiya fənnini tədris edir. İddiaçı ilə fərdi əmək müqaviləsinin bağlanması müəyyən edilmir. Həmin dövrdə qüvvədə olan qanunvericilikdə yazılı əmək müqaviləsinin bağlanması imperativ şərt kimi təsbit edilməmiş, habelə onun direktor müavini vəzifəsini daşıması ilə yanaşı, eyni zamanda məktəbdə biologiya fənnini tədris etməsini qadağan edən hər hansı müddəa mövcud olmamışdır. Bu hal Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.1999-cu il tarixli, 59 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsil, təlim-tərbiyə müəssisələrinin rəhbər, inzibatitəsərrüfat, tədris-köməkçi və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji və digər işçilər inin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında” Normaları ilə də öz təsdiqini tapır. Belə ki, həmin Normaların 3-cü bəndinə əsasən bütün tipdən olan ümumtəhsil məktəblərinin direktorları və onların müavinləri əsas iş üzrə müvafiq qaydalar əsasında tam vəzifə maaşı almaqla yanaşı, işlədikləri təhsil müəssisələrində ixtisaslarına uyğun olaraq həftədə 12 saata qədər dərs apara bilərlər. Bu da, öz növbəsində, iddiaçıya hüquqi baxımdan məktəbin direktor müavini vəzifəsini daşıması ilə yanaşı, ixtisasına uyğun olaraq məktəbdə 6 saat miqdarında biologiya fənnini tədris etmək imkanını yaradır və onun eyni zamanda, müəllim statusuna malik olmasını, habelə müəllim kimi fəaliyyət göstərməsinin mümkünlüyünü təsdiq edir. Orta məktəb direktorları və direkt or müavinləri tərəfindən ixtisaslarına uyğun olaraq aidiyyəti fənlərin tədris edilməsi təcrübəsindən reallıqda da geniş tətbiq edilir. Belə ki, üçüncü şəxsin təqdim etdiyi məlumata əsasən təkcə Binəqədi rayonu üzrə iddiaçıdan əlavə 10 nəfər (direktor və direktor müavini) müxtəlif fənləri tədris edir.

11. Məhkəmə, qanunvericilikdə (istər əvvəllər, istərsə də hazırda qüvvədə olan) bununla bağlı hər hansı qadağanın olmamasını, əksinə direktor müavinlərinə belə bir imkanın yaradıldığını (rəsmiləşdirildiyini) və bu imkandan təcrübədə geniş istifadə edilməsini, buna uyğun olaraq iddiaçının biologiya fənnini həmin məktəbdə 30 ildən artıq müddətdir ki, tədris etməsini nəzərə alıb belə qənaətə gəlmişdir ki, iddiaçının biologiya fənnini tədris etməsi onunla işəgötürənin qarşılıqlı razılığı əsasında əmək funksiyalarının dəyişdirilməsi və fənn tədrisin iddiaçının əmək funksiyalarına daxil edilməsi kimi qiymətləndirilməlidir. Başqa sözlə, bu məsələ hüquqi baxımdan öz həllini xeyli müddət bundan əvvəl tapmış və xx.xx.2017-ci il tarixdən qüvvədə olan Vahid X1 direktor müavininin belə bir əmək funksiyasının təsbit edilməməsi məhz bu əsasla fənn tədrisinin iddiaçıdan alınması üçün əsas ola bilməz. Bu baxımdan, məktəbin direktoru hüquqi nəticə etibarı ilə iddiaçının razılığı olmadan birtərəfli qaydada onun əmək funksiyalarını azaltmış və bununla da Əmək Məcəlləsinin 57-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozmuşdur. Belə ki, məktəbin direktoru iddiaçı tərəfindən tədris olunan fənn üzrə saatların azaldılması səlahiyyətinə malikdir, lakin bir dəfəyə və onun iradəsinə zidd olaraq bütün saa tların ondan alınması onu konkret olaraq fənn tədris etməkdən, yəni belə bir əmək funksiyasını yerinə yetirməkdən ümumiyyətlə məhrum etməyə bərabər olduğundan yolverilməzdir.

12. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixdə məktəbə yeni direktor təyin edildikdən sonra xx.xx.2020-ci il tarixdə keçirilmiş Pedaqoji Şuranın onlayn iclasında qəbul edilmiş qərara əsasən keçən tədris ilində iddiaçıya ayrılan 6 saat dərs yükü az olan digər biologiya müəllimləri arasında bölüşdürülmüş və buna uyğun olaraq məktəbin direktoru tərəfindən həmin tarixdə imzalanmış “dərs saatlarının bölüşdürülməsi barədə” əmrə əsasən iddiaçıdan alınmış 6 saat məktəbdə bu fənni tədris edən digər 4 müəllim arasında bölüşdürülmüşdür. Qeyd edilən qərarın qəbul edilməsi səbəbi kimi, birincisi – biologiya fənni üzrə mövc ud orta dərs yükünün az olması, ikincisi – üçüncü şəxs tərəfindən iddiaçıya dərs saatlarının ayrılmasına razılığın verilməməsi göstərilmişdir. Halbuki, tədris ilinin 15 sentyabr tarixində başlaması, müəllimlərin isə məzuniyyətə tədris ili bitdikdən (14 iyun) sonra iyul ayında çıxması nəzərə alınaraq, “Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemində daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerləşdirilməsi” Qaydalarının 2.2-ci bəndinin məzmununa əsasən iddiaçının və digər müəllimlərin 2020-2021-ci tədris illəri üçün dərs yükü 2020-ci ilin sentyabr ayında deyil, 2020-ci ilin iyul ayınadək müəyyənləşdirilməlidir. Həqiqətdə bu məsələ məhz həmin Qaydaların 2.2-ci bəndinə uyğun olaraq həll edilərək, 2020-2021-ci tədr is illəri üçün iddiaçının biologiya fənni üzrə dərs yükü artıq yenidən 6 saat miqdarında müəyyən edilmiş və bu bölgüyə uyğun olaraq, iddiaçı həmin fənni xx.xx.2020-ci il tarixədək tədris də etmişdir. Nəticə etibarı ilə məktəbin direktoru yalnız iddiaçıya münasibətdə dərs yükünü yenidən bölmüşdür. Belə ki, məktəbin direktoru tərəfindən xx.xx.2020-ci il tarixli əmrlə təsdiq edilmiş cədvəldən demək olar ki, hər fənn üzrə dərs yükünün müəllimlər arasında qeyri-proporsional bölündüyü müəyyən edilir. Məsələn, “Azərbaycan dili və Ədəbiyyat” fənni üzrə ayrı-ayrı müəllimlərin dərs yükü 6 saat, 10 saat, 18 saat və 23 saat arasında dəyişir. Eyni fərqlər “ingilis dili”, “riyaziyyat” və digər fənlər üzrə də müşahidə olunur. Lakin həmin fənlər üzrə də dərs yükü balanslaşdırılmamış və iddiaçıya münasibət də göstərilmiş “mövcud olan dərs yükünün az olması” əsası həmin fənləri tədris edən müəllimlərə tətbiq edilməmişdir. Halbuki, həqiqi niyyət və məqsədə uyğun olaraq dərs yükünün mümkün qədər bərabər bölünməsi digər fənlər üzrə də həyata keçirilməli idi. Bundan əlavə, mövcud prosedura əsasən direktor və direktor müavinləri tərəfindən hər hansı fənnin tədris edilməsi ilə bağlı məsələ üçüncü şəxs tərəfindən, lakin məhz məktəbin direktorunun müraciətinə əsasən həll edilir. Bakı şəhərinin Binəqədi rayonu üzrə də fənn tədrisinə cəlb edilmiş 11 direktor və direktor müavinindən yalnız 3-nə 2020-2021-ci tədris illərində fənn tədris etməyə razılıq verilmişdir. Bu da onlar barədə üçüncü şəxsə müraciətin edilməməsi ilə bağlı olmuşdur. Başqa sözlə, iddiaçıya 2020-2021-ci tədris illərində biologiya fənni nin tədris edilməsinə razılığın verilməməsi bilavasitə məktəbin direktoru tərəfindən bu məsələ ilə bağlı üçüncü şəxsə müraciət etməməsi ilə bağlı olmuşdur. Əks halda, üçüncü şəxs ayrı seçkiliyə yol verməmək üçün digər 8 nəfərə də razılıq verməzdi. Bu səbəbdən, Pedaqoji Şuranın xx.xx.2020-ci il tarixli qərarında iddiaçıya ayrılmış 6 saatın ondan alınması üçün səbəb kimi göstərilmiş hallar əsassızdır. Bu qərarın qəbul edilməsinə, ilk növbədə qanunvericiliyin tələbləri deyil, məktəbin yeni direktoru ilə iddiaçı arasında mövcud olan prinsipial münasibətlər əsas olmuşdur.

13. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 3-cü maddəsinin 9-cu bəndinə, 16cı maddəsinin 1 və 4-cü bəndlərinə, 57-ci maddəsinin 1, 2, 3-cü hissələrinə, 300-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Proses sual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh və üçüncü şəxs qətnamədən birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı məktəbdə müəllim vəzifəsində deyil, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsində çalışır və onun əmək funksiyalarına dərs tədris edilməsi daxil deyil. İddiaçı ilə müəllim kimi əmək müqaviləsi bağlanmamışdır. İddiaçıya tədris üçün dərs saatlarının verilməsi isə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin xx.xx.1999-cu il tarixli, 59 nömrəli əmri ilə təsdiq edilmi ş “Təhsil, təlim - tərbiyə müəssisələrinin rəhbər, inzibati təsərrüfat, tədris - köməkçi və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normaları”na əsasən həyata keçirilir. Belə ki, qeyd olunan Normalara əsasən, ümumtəhsil məktəblərinin, liseylərin, gimnaziyaların, peşə məktəbləri və peşə liseylərinin rəhbər işçilərindən 0,5 ştat vəzifə maaşı alanlar işlədikləri təhsil müəssisələrində ixtisasları üzrə taarifləşmə siyahısına salınmaqla həftədə 18 saata (ildə 720 saata) qədər dərs apara bilərlər. Bundan əlavə, müvafiq ixtisas fənni üzrə müəllim çatışmadıqda və ya digər zəruri ehtiyac yarandığı hallarda təhsil müəssisəsinin tabe olduğu yuxarı təşkilatın razılığı əsasında əmək haqqı saat hesabı ödənilməklə həftədə 6 saata (tədris ili ərzində 240 saata) qədər də dərs apara bilərlər. Məktəbin rəhbər işçilərinə dərs yükünün verilməsi vəzifəsi üçüncü şəxsə aiddir və yuxarıda qeyd olunan Normalarda bu imperativ vəzifə kimi müəyyən edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2018-ci il tarixli, F-345 saylı əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”nın 2.2-ci bəndinə əsasən, dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün həftəlik dərs yükü 18 saat (bu zaman həftəlik dərs yükü 2 stavkadan artıq olmamalıdır) müəyyənləşdirilir. Vakant dərs yükü 18 saatdan az olarsa, həmin saatlar ilk növbədə müəssisənin ix tisaslı müəllimləri arasında bölüşdürülür. Müəssisədə hər hansı ixtisasdan kadr olmadıqda, həmin ixtisas üzrə tədris planına əsasən müəyyənləşdirilmiş həftəlik dərs yükü 18 saatadək olduğu halda, yerli təhsili idarəetmə orqanının və ərazi maliyyə hesablaşma mərkəzinin razılığı ilə müəssisə rəhbəri tərəfindən digər müəssisələrdən əvəzçiliklə və ya saathesabı qaydasında müəllim dəvət olunur. Bu mümkün olmadıqda həmin dərs saatları vakant hesab olunur və Nazirliyin internet səhifəsində elan edilir. 2020/2021-ci tədris ilində məktəb üzrə biologiya ixtisası üzrə 6 fənn müəllimi var və biologiya fənni üzrə ümumilikdə 48 saat dərs yükü mövcud olduğuna görə həmin dərs saatları qanunvericiliyə uyğun olaraq ilk öncə həmin müəllimlər arasında bölüşdürülmüşdür. Bu məsələlər məhkəmənin diqqətinə çatdır ılsa da, məhkəmə bunları nəzərə almamışdır.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-9440/2021 nömrəli iş üzrə 19 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), V.İbayev və R.Həsənov) apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

17. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının müəllim kimi fəaliyyət göstərməsini istisna edəcək hüquqi baxımdan heç bir hal yoxdur. Həmçinin, faktiki olaraq da iddiaçı 30 ildən artıq müddətə biologiya fənnini tədris etmişdir. Odur ki, iddiaçı məktəbdə direktor müavini vəzifəsini icra etməklə yanaşı, onun əmək funksiyasına biologiya fənninin tədrisi də aiddir. Hazırda isə iddiaçının biologiya fənnini tə dris etməkdən azad edilməsi onun əmək funksiyasının azalmasına səbəb olmuşdur. Əmək Məcəlləsinin 57-ci maddəsinin 3-cü bəndinə görə isə, işçinin razılığı olmadan onun əmək funksiyasının azaldılması yolverilməzdir.

18. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyindən mütəxəssis cəlb edilmişdir. Azərbaycan Respublikası Təhsil X7 Mərkəzinin aparıcı mütəxəssisi X5 verdiyi rəydə göstərmişdir ki, iddiaçı 32 il əvvəl direktor vəzifəsinə təyin edildiyini və 32 il müddətində direktor müavini vəzifəsini müxtəlif müəssisələrdə icra etdiyini təsdiq edir. Habelə o, 31 il müddətinə pedaqoji fəaliyyət göstərdiyini bildirir. Bu isə onun müəllim kimi deyil, direktor müavini kimi vəzifə təyinatı aldığını əks etdirir. İddiaçının müəllimlərin diaqnostik qiymətləndirmə prosesində iştirak etməsi (37/23) onun dərs saatları ilə mütləq təmin edilməsi mənasını daşımır. Müəllimlərin dərs saatları ilə təmin edilməsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2018-ci il tarixli, F346 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”nın 2.2-ci bəndinə əsasən, dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün həftəlik dərs yükü 18 saat (bu zaman həftəlik dərs yükü 2 stavkadan artıq olmamalıdır) müəyyənləşdirilir. Vakant dərs yükü 18 saatdan az olarsa, həmin saatlar ilk növbədə müəssisənin ixtisaslı müəllimləri arasında bölüşdürülür. Təhsil müəssisəsində hər hansı ixtisasdan kadr olmadıqda, həmin ixtisas ü zrə tədris planına əsasən müəyyənləşdirilmiş həftəlik dərs yükü 18 saatadək olduğu halda, yerli təhsili idarəetmə orqanının və ərazi maliyyə hesablaşma mərkəzinin razılığı ilə müəssisə rəhbəri tərəfindən digər müəssisələrdən əvəzçiliklə və ya saathesabı qaydasında müəllim dəvət olunur. Müəssisədə biologiya fənni üzrə 6 müəllim diaqnostik qiymətləndirmədən keçmişdir. Dərs bölgüsünün aparılması qaydalarına əsasən müəssisənin fənn üzrə dərs yükü 54 saat olmaqla 6 müəllimin diaqnostik qiymətləndirmə nəticəsinin ixtisas ballarına nəzər saldıqda hər müəllim üçün ortalama dərs yükü 11 saat olaraq görünür. Bu isə müəllimlərin 18 saat dərs yükü ilə təmin edilmədiyini əks etdirir. Bu halda, diaqnostik qiymətləndirmədə iştirak etmiş direktor və müavin vəzifəsində çalışan şəxslərin dərs bölgüsündə i ştirakı müvafiq hesab edilmir. Həmçinin, məktəbin direktoru da, iddiaçı ilə eyni fəndən, yəni biologiya fənni üzrə əvvəllər müəllim işləməsinə baxmayaraq, hazırkı dərs bölgüsündə iştirak etməmişdir. Göstərilənlərə əsasən hesab edilməlidir ki, iddia əsassızdır.

19. Məhkəmə mütəxəssis rəyi ilə bağlı qeyd etmişdir ki, rəydə qeyd edilən məsələlər məktəbin direktorunun və üçüncü şəxsin məhkəmələrə bildirdikləri ilə eynilik təşkil etmişdir Məhkəmə mütəxəssisin rəyinə tənqidi yanaşaraq onu sübut kimi qəbul etməmişdir.

20. Məhkəmə belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh və üçüncü şəxs (vəkil X8) ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər.

22. Eyni məzmunlu kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır. Qətnamə qanuni və ədalətli deyildir.

23. Məhkəmə Əmək Məcəlləsinin 57-ci maddəsinin 3-cü bəndinə istinad edərək bildirmişdir ki, işçinin razılığı olmadan onun əmək funksiyasının azaldılması yolverilməzdir. Lakin məhkəmə yoxlamamışdır ki, ümumiyyətcə həmin maddə iddiaçıya tətbiq edilə bilərmi. Belə ki, iddiaçı məktəbdə müəllim vəzifəsində deyil, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı vəzifəsində ça lışır və onun əmək funksiyalarına dərs tədris edilməsi daxil deyildir. Müvafiq fənn üzrə dərsin tədris edilməsi müəllimin əmək funksiyalarına daxildir və iddiaçı ilə müəllim qismində ümumiyyətlə əmək müqaviləsi bağlanmamışdır. Belə olan halda iddianın predmeti baxımından hazırkı işə əmək qanunvericiliyi çərçivəsində baxılması əsassızdır. Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X3”nda ümümtəhsil məktəbində işləyən uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı aşağıdakı əmək funksiyalarını yerinə yetirir: Məktəbin əsasnaməsinə uyğun olaraq məktəbdə tərbiyə işinə rəhbərlik edir. Müəllimlərin, psixoloqların, tərbiyəçilərin, uşaq birliyi təşki latının, sinif, dərnək rəhbərlərinin, valideynlərin, ictimai təşkilatların, şagird özünüidarə orqanlarının və hüquq-mühafizə orqanlarının köməyi ilə şagirdlərin tərbiyə işini təşkil edir. Gənclərin milli-mənəvi, əxlaqi dəyərlər zəminində formalaşmasına, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, çağırışaqədərki hazırlığına, fiziki inkişafına və bədii-texniki yaradıcılığına, turizm, diyarşünaslıq və ekskursiya məsələlərinə rəhbərlik edir. Müvafiq tədris müəssisələri, yaradıcılıq ittifaqları, idarə və təşkilatlarla əlaqə yaradır, birgə kütləvi tədbirlər keçirir. Təhsil alan uşaqlar arasında hüquq pozuntuları və cinayətkarlıq hallarına qarşı geniş miqyaslı profilaktik işin təşkilini və ona rəhbərliyi təmin edir.

24. Başqa funksiyaları olan və başqa vəzifələri daşıyan işçinin dərs saatının alı nmasında digərləri qarşısında üstün hüququ olmamışdır və əvvəllər biologiya fənnini tədris etməsi o demək deyil ki, direktor müavini olan şəxs bu funksiyaları imperativ olaraq daşımalıdır.

25. Kassasiya şikayətlərinin əsası kimi, Əmək Məcəlləsinin 57-ci maddəsinin 3-cü bəndinə, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 26 yanvar 1999-cu il tarixli 59 nömrəli əmrinə, MPM-in 88, 217-ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) İşə şifahi icraat qaydasında baxılması barədə ərizə

27. Cavabdehin vəkili Vəkil məhkəməyə ərizə ilə mü raciət edərək işə məhkəmə iclasında şifahi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işə şifahi icraat qaydasında baxılması üçün əsaslar müəyyən etməmişdir. Tətbiq edilən hüquq Əmək Məcəlləsi

27. Maddə 57 (1). İşəgötürən işçinin əmək funksiyasının - əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir.

28. Maddə 57 (2). Əmək funksiyasının həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Vahid X2 əsasən və ya işəgötürən tərəfindən müəyyən edilərək əmək müqavilələrində təfsilatı ilə göstərilir.

29. Maddə 57 (3). Əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Bi rtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi” 30. 4.13-cü yarımbənd. -ümumtəhsil məktəbində dərslər və dərsdənkənar məşğələlər direktor tərəfindən təsdiq olunmuş cədvəl üzrə aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X3”

31. Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Əmək funksiyası. Məktəbin əsasnaməsinə uyğun olaraq məktəbdə tərbiyə işinə rəhbərlik edir. Müəllimlərin, psixoloqların, tərbiyəçilərin, uşaq birliyi təşk ilatının, sinif, dərnək rəhbərlərinin, valideynlərin, ictimai təşkilatların, şagird özünüidarə orqanlarının və hüquq-mühafizə orqanlarının köməyi ilə şagirdlərin tərbiyə işini təşkil edir. Gənclərin milli-mənəvi, əxlaqi dəyərlər zəminində formalaşmasına, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, çağırışaqədərki hazırlığına, fiziki inkişafına və bədii-texniki yaradıcılığına, turizm, diyarşünaslıq və ekskursiya məsələlərinə rəhbərlik edir. Müvafiq tədris müəssisələri, yaradıcılıq ittifaqları, idarə və təşkilatlarla əlaqə yaradır, birgə kütləvi tədbirlər keçirir. Təhsil alan uşaqlar arasında hüquq pozuntuları və cinayətkarlıq hallarına qarşı geniş miqyaslı profilaktik işin təşkilini və ona rəhbərliyi təmin edir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.1999-cu il tarixli, 59 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsil, təlim-tərbiyə müəssisələrinin rəhbər, inzibati-təsərrüfat, tədrisköməkçi və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında” Normalar 32. 3-cü bənd. Bütün tipdən olan ümumtəhsil məktəblərinin direktorları və onların müavinləri əsas iş üzrə müvafiq qaydalar əsasında tam vəzifə maaşı almaqla yanaşı, işlədikləri təhsil müəssisələrində ixtisaslarına uyğun olaraq dərs ilinin əvvəlində tarifləşmə siyahısına salınmaqla həftədə 12 saata (ildə 480 saata) qədər dərs apara bilərlər, bundan əlavə müvafiq ixtisas fənni üzrə müəllim çatışmadıqda və ya digər zəruri ehtiyac yarandığı hallarda təhsil müəssisəsinin tabe olduğu yu xarı təşkilatın razılığı əsasında əmək haqqı saathesabı ödənilməklə həftədə 6 saata (tədris ili ərzində 240 saata) qədər də dərs apara bilərlər... Tam vəzifə maaşı alan ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların, peşə məktəbi və peşə liseylərinin rəhbər işçiləri tabe olduqları yuxarı təşkilatın razılığı ilə yaxınlıqdakı təhsil müəssisəsində həftədə 6 saata (ildə 240 saata) qədər, 0,5 vəzifə maaşı alanlar isə həftədə 12 saata (ildə 480 saata) qədər ixtisasları üzrə dərs apara bilərlər. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2010-cu il tarixli, 1486 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnaməsi

33. Maddə 3.1. Pedaqoji Şuranın vəzifələrinə daxildir:...3.1.2.6. Dərs bölgüsünün təsdiqi... Azərbaycan Respublikası Təhsil nazir inin xx.xx.2018-ci il tarixli, F-346 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemində daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerləşdirilməsi” Qaydaları

34. Maddə 2.2. Müəllimlərin yeni tədris ili üçün dərs yükünün müəssisə rəhbəri tərəfindən müəllimlər əmək məzuniyyətinə çıxanadək müəyyənləşdirilir və onlara bu barədə məlumat verilir. Müəllimlərin dərs yükü tədris ili ərzində, bir qayda olaraq, sabit saxlanılır. Dərs yükü bölüşdürülərkən mövcud qanunvericiliyin və təlimati sənədlərin tələbləri, müəllimlərin diaqnostik qiymətləndirmədə göstərdiyi nəticələri müəssisə rəhbəri tərəfindən nəzərə alınır. Dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün həftəlik dərs yükü 18 sa at müəyyənləşdirilir. Vakant dərs yükü 18 saatdan az olarsa, həmin saatlar ilk növbədə müəssisənin ixtisaslı müəllimləri arasında bölüşdürülür. Müəssisədə hər hansı ixtisasdan kadr olmadıqda, həmin ixtisas üzrə tədris planına əsasən müəyyənləşdirilmiş həftəlik dərs yükü 18 saatadək olduğu halda, yerli təhsili idarəetmə orqanının və ərazi maliyyə hesablaşma mərkəzinin razılığı ilə müəssisə rəhbəri tərəfindən digər müəssisələrdən əvəzçiliklə və ya saat hesabı qaydasında müəllim dəvət olunur. Bu mümkün olmadıqda, həmin dərs saatları vakant hesab olunur və Nazirliyin internet səhifəsində elan edilir. Mülki Prosessual Məcəllə

35. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazları nın əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 417.1.1 Kassasiya instansi yası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

41. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehlərin apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəflərin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Baxılan işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı xx.xx.1990-cı il tarixdən hal-hazıradək Məktəbdə məktəbdənkənar və sinifdən xaric işlər üzrə direktor müavini vəzifəsində çalışır və ixtisasına uyğun olaraq biologiya fənnini tədris edir. 2016-cı ildən etibarən onun bu fənn üzrə dərs yükü 6 saat təşkil etmişdir.

45. Məhkəmələr tərəfindən işə baxılarkən m üəyyən edilmişdir ki, 2020-2021-ci tədris ili üzrə iddiaçının biologiya fənni tədris etməsi üçün məktəb rəhbərliyi tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət olunmamış və buna razılıq verilməmişdir. Məktəbdə çalışan digər biologiya fənn müəllimləri normativ aktlarla müəyyən edilmiş minimum dərs yükü ilə təmin edilməmişlər.

46. Birinci və apellyasiya instansiya məhkəmələri iddianın təmin olunmuş hissəsini iddiaçının uzun illər direktor müavini kimi çalışması və həmin fənni tədris etməsi, dərs yükünün dərs ilinin əvvəlində bölünməli olması, Əmək Məcəlləsinin 57-ci maddəsinin 3-cü bəndinə əsasən işçinin razılığı olmadan onun əmək funksiyasının azaldılmasının yolverilməzliyi kimi dəlillər və digər qiymətləndirici mülahizələrlə əsaslandırmışdır.

47. İşin apellyasiya baxışı zamanı Azə rbaycan Respublikası Təhsil X7 Mərkəzinin əməkdaşı mütəxəssis kimi cəlb olunmuş, onun mübahisə ilə bağlı şifahi izahatı və yazılı rəyi alınmışdır. Mütəxəssis işin hallarına və tərəfləri arasında münasibətləri tənzimləyən qüvvədə olan normativ aktlara istinadla belə qənaətə gəlmişdir ki, Məktəbin iddiaçını dərs saatları ilə mütləq təmin etmək vəzifəsi olmamış, dərs yükünün iddiaçıdan alınması qanuni olmuşdur. Apellyasiya instansiyası məhkəməsi yalnız rəydə qeyd edilən məsələlər Məktəbin və üçüncü şəxsin etirazları ilə eynilik təşkil etdiyi üçün həmin rəyə tənqidi yanaşmışdır.

48. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, məhkəmələr MPM-in 88-ci maddəsinin işdə olan sübutlara tətbiq edilməli hüquq normal arına müvafiq olaraq qiymət vermək vəzifəsini düzgün yerinə yetirməmişdir.

49. Məhkəmələr cavabdeh tərəfindən Əmək Məcəlləsinin 57-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozulmasını onunla əsaslandırmışdır ki, məktəbin direktoru iddiaçı tərəfindən tədris olunan fənn üzrə bütün saatları ondan almaqla onu əmək funksiyasını yerinə yetirməkdən ümumiyyətlə məhrum etmişdir.

50. Halbuki iddiaçının Məktəbdə vəzifəsi müəllim deyil, direktor müavinidir. Məhkəmələrin də istinad etdiyi “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X3”na əsasən məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə direktor müavininin əmək funksiyaları sırasında dərs demək vəzifəsi yoxdur. Normativ hüquqi aktlar direktor müavininə öz ixtisası üzrə müəyyən şərtlərlə məhdud həcmdə dərs demək imkanını tanısa da, bun u həmin şəxsin vəzifəsi (əmək funksiyası) kimi müəyyən etməmişdir. Bu baxımdan Məktəbin səlahiyyətli orqanı tərəfindən dərs saatlarının qanunsuz verilməsi əsası ilə direktor müavinindən alınması işçinin əmək funksiyasının azaldılması kimi qiymətləndirilə bilməz və Əmək Məcəlləsinin 57-ci maddəsinin mübahisəyə tətbiq edilməsinə əsas vermir.

51. Eyni zamanda apellyasiya instansiyası məhkəməsinin iş üzrə mütəxəssis tərəfindən verilmiş rəyin yalnız cavabdehin və üçüncü şəxsin etirazlarının dəlili ilə üst-üstə düşdüyünə görə nəzərə alınmaması barədə mövqeyi də mülki prosessual qanunvericiliyin tələbləri baxımından açıq-aşkar əsaslandırılmamışdır.

52. Tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərini tənzimləyən normativ hüquqi aktların tələblərinə əsasən (§§ 32, 34) direktor müavininə ixtisası üzrə müəyyən həddə dərs saatlarının verilməsi üçün işi şərtin mövcud olması zəruridir: müəssisədə işləyən müvafiq ixtisas üzrə müəllimlərin minimum həftəlik dərs yükü ilə təmin olunması və müvafiq dərs ili üçün tədris saatlarının verilməsinə məktəbin rəhbər işçilərinin tabe olduqları yuxarı təşkilatın razılığı.

53. Baxılan iş üzrə məhkəmələr tərəfindən hər iki şərtin mövcud olmadığı müəyyən edilmişdir (§ 45). Buna baxmayaraq məhkəmələr tərəfindən iddia qismən təmin olunmuşdur.

54. Məhkəmə kollegiyası hesab edir ki, müəllimlərin yeni tədris ili üçün dərs yükünün müəssisə rəhbəri tərəfindən müəllimlər əmək məzuniyyətinə çıxanadək, tədris ilinin əvvəlində müəyyənləşdirilməsi və onlara bu barədə məlumat verilməsi (§ 34) barədə qayda da iddianın təmin olunmasına əsas vermir. Bu qayd a iddianın təmin olunmasına o zaman əsas verə bilərdi ki, iddiaçıya dərs yükü normativ hüquqi aktların tələblərinə uyğun verilmiş olardı. Baxılan iş üzrə isə cavabdeh dərs yükünün iddiaçıya qanunun tələbləri pozulduğuna görə verildiyi üçün həmin saatların ondan alınaraq minimum dərs yükü çatmamış müəllimlərə verilməsi barədə qərara gəlmişdir. Belə bir qərar isə tədris ili başladıqdan sonra dərs yükünün bölünməsi deyil, dərs yükü bölünərkən yol verilmiş pozuntunun aradan qaldırılması münasibətləri çərçivəsində araşdırılmalı və qiymətləndirilməlidir.

55. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, MPM-in 417.1.4 və 417.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məh kəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmədiyi üçün apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməli, iddia təmin olunmamalıdır.

56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Bakı şəhəri Binəqədi rayonu 3 nömrəli tam orta məktəbi və üçüncü şəxs Bakı Şəhəri Təhsil İdarəsi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin olunsun. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9440/2021 nömrəli iş üzrə 19 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qərar qəbul olunsun. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu 3 nömrəli tam orta məktəbinə qarşı biologiya fənni üzrə 6 saat miqdarında dərs yükünün qaytarılması və həmin dərs yükünə görə nəzərdə tutulmuş əmək haqqının ona ödənilməsi barədə iddiası təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar