Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3064/2021 11.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı cavabdeh «X2 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3064/2021 (Açar sözlər: üzr istənilməsi öhdəliyi, mənəvi zərər ) Bakı şəhəri, 11 iyun 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yqauboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh «X2 (Azərbaycan)» ASC-yə qarşı “üzr istənilməsi öhdəliyinin qoyulması və mənəvi zərərin ödənilməsi” tələ binə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 oktyabr 2020 il tarixli 2(103)-7259/2020 nömrəli qətnaməsindən iddiaçı İddiaçı kassasiya şikayətinə 11 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə cavabdeh arasında iki müqavilə – 10 iyun 2016-ci il tarixli “X1”si və 13 iyun 2016-cı il tarixli “Üzv Ticarət Obyekti Müqavilə”si bağlanmışdır. 2. 13 iyun 2016-cı il tarixli “Üzv Ticarət Obyekti Müqavilə”sinə əsasən verilmiş pos terminal 13.09.2017-ci il tarixində üzv ticarət obyektindən geri götürülmüşdür. 3. 14.12.2019-cu il tarixdə iddiaçının AZ49KABA******************** nömrəli hesabından yazılı razılığı olmadan, habelə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmadan 49,6 man at (qırx doqquz manat, altmış qəpik) pul silinmişdir. a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, X2 (Azərbaycan)” ASC-nin qanunsuz olaraq hesabından sildiyi pula görə rəsmi qaydada üzr istəməsi öhdəliyinin qoyulması və eləcə də dəymiş mənəvi ziyana görə Bankdan 3000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı cavabdeh bankda hesab açmışdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq nağdsız hesablaşmalarının həyata keçirilməsi üçün iddiaçı “xxxx” ASC-dən 2016-cı ildə müqavilə əsasında post terminalla təmin edilmişdir. Təxminən 2017-ci ilin iyun-iyul aylarında post terminal təhvil-təslim edilmiş və aktla iddiaçının banka hər hansı bi r borcu olmadığından post terminalın istifadəsi ilə əlaqədar münasibətlərə xitam verilmişdir.
6. Eyni zamanda 14.12.2019-cu il tarixdə iddiaçının hesabından yazılı razılığı olmadan, habelə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmadan 49,6 manat (qırx doqquz manat, altmış qəpik) pul silinmişdir.
7. Bununla əlaqədar olaraq iddiaçı dərhal *0444 nömrəsinə zəng edərək etirazını bildirmiş və məsələyə aydınlıq gətirilməsi üçün “X2 (Azərbaycan)” ASC-nin Əhmədli filialına getmişdir. Zəng zamanı iddiaçıya bildirilib ki, silinən pulun səbəbi bankda keçirilən daxili audit yoxlaması zamanı 2016-cı ilin son beş ayının post-terminalın istifadəsinə görə aylıq abunə haqqı ödənişinin guya ödənilməməsidir. Audit rəyi ilə müəyyən edildiyindən bank iddiaçının razılığı olmadan, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmadan hesabından pulu silmişdir.
8. İddiaçı operatora pos terminalla bağlı münasibətlərə 2017-ci ildə xitam verildyini, həmin vaxt təhvil-təslim aktının tərtib edilməsi zamanı belə halların müəyyən edilmədiyini qeyd etmiş və qanunvericiliyin tələblərinin bank tərəfindən kobud şəkildə pozulduğunu, bu əməllərin özbaşınalıq olduğunu xatırlatmışdır. Operator 1 həftə ərzində məsələnin araşdırılıb iddiaçıya cavab veriləcəyini bildirmişdir. 9. 14.12.2018-ci ildən 03.01.2019- cu il tarixədək “X2 (Azərbaycan)” ASC-dən iddiaçıya hər hansı bir cavab verilməmişdir. Eyni zamanda bankın Əhmədli filialı ilə iddiaçı arasında bağlanmış müqavilələrin surətinin verilməsi ilə bağlı xahişinə də məhəl qoyulmamışdır.
10. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29 -cu, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli plenumun göstərişinə istinad etmişdir.
11. Cavabdehin nümayəndəsi yazılı etiraz etiraz vermişdir. EÜtitazın dəlilləri: - “xxxx” QSC ilə İddiaçı arasında 10 iyun 2016-ci il tarixdə “X1”si və 13 iyun 2016-cı il tarixdə Üzv Ticarət Obyekti Müqavilə”si bağlanmışdır. Müvafiq 10 iyun 2016-ci il tarixli “X1”sinin 3.1.-Cİ bəndində qeyd olunur ki, “Hesabdan pul vəsaitinin silinməsini “Bank” “Müştərinin” sərəncamına əsasən həyata keçirir; - “Müştərinin” sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə habelə bu müqavilə və qanunla müəyyənləşdirilmiş və nəzərdə tutulmuş hallarda yol verilir. Həmin müqavilənin 9.1.1-ci bəndinə əsasən “Müştərinin” sərəncamına əsasən həyata keçirilmiş əməliyy atlara görə “Müştəri”dən xidmət haqqını almaq (hesabdan silmək) “Bank”ın hüquq və vəzifələri kimi nəzərdə tutulmuşdur; - həmin müqavilənin 9.1.8-ci bəndinə əsasən “Müştərinin” “Bank” qarşısında müəyyən edilmiş hər hansı bir öhdəlikləri icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, hesabındakı pul vəsaitini müştəriyə qarşı olan, irəli sürülmüş tələb miqdarında, məbləğində “Müştərinin” sərəncamı olmadan borcu, öhdəlikləri əvəzinə mübahisəsiz qaydada “Müştərinin” hesabından silmək və\və ya “Müştəriyə” qarşı olan, irəli sürülmüş tələb miqdarında, məbləğində hesabdakı məxaric əməliyyatlarına məhdudiyyət qoymaq “Bank”ın hüquq və vəzifələri kimi nəzərdə tutulmuşdur; - müqavilənin 10.2.2-ci bəndinə əsasən Hesab üzrə aparılan bank əməliyyatlarına görə “Banka müqavilə ilə müəyyən edilmiş xidmət haqqını ödəmək “Müştərinin hüquq və vəzifələri kimi nəzərdə tutulmuşdur; - müqavilənin 11.1 -ci bəndinə əsasən “Müştəri” ərizə ilə Banka müraciət edərək müqaviləni istənilən vaxt ləğv edə bilər. Müqavilənin ləğvi barədə “Müştəri”tərəfindən “Bank”a ərizə daxil olduğu andan müqavilə ləğv edilmiş sayılır və “Müştəri” hesabdakı pul vəsaitləri barədə əməliyyatlar aparılmasına görə “Bank”a sərəncamlar verə bilməz. Bununla belə, müqavilənin ləğv edilməsi “Müştərinin” bu müqavilə üzrə icra edilməmiş öhdəliklərinin xitamına səbəb olmur. “Müştəri” tərəfindən bütün öhdəlikləri tam yerinə yetirilməmişdirsə, bu müqavilə həmin öhdəliklər tam yerinə yetirilənədək qüvvədə qalır;
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2273/2019 nömrəli, 16.05.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehin üzərinə iddiaçıdan rəsmi qaydada üzr istənilməsi öhdəliyi qoyulması və cavabdehdən 100 manat məbləğində mənəvi zərərin iddiaçının xeyrinə tutulması qət editlmişdir. (hakim Səməd Cəfərov)
13. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının nağdsız hesablaşmalarının həyata keçirilməsi üçün “xxxx” ASC bankdan 2016-cı ildə müqavilə əsasında post terminalla təmin edilmişdir. Təxminən 2017ci ilin iyun-iyul aylarında post terminal təhvil-təslim edilmiş və aktla iddiaçının banka hər hansı bir borcunun olmadığından post terminalın istifadəsi ilə əlaqədar münasibətlərə xitam verilmişdir. Eyni zamanda 14.12.2019-cu il tarixdə iddiaçının AZ49KABA******************** nömrəli hesabından yazılı razılığı olmadan, habelə qanun i qüvvəyə minmiş məhkəmə qətnaməsi olmadan 49,6 manat (qırx doqquz manat, altmış qəpik) pul silinmişdir.
14. Birinci instansiya məhkəməsi qeyd edib ki, 13 iyun 2016-cı il tarixdə Üzv Ticarət Obyekti Müqavilə”sinə 13.09.2017-ci il tarixində xitam verilmişdir. Belə olduğu halda isə, xitam verilmiş müqaviləyə əsasən iddiaçının bilmədiyi borca görə hesabdan pulun silinməsi yol verilməzdir. Həmçinin cavabdeh tərəfindən həmin borcun tələb edilməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, cavabdeh tərəf bank hesabından silinməni müqavilədə nəzərdə tutulmuş qaydada həyata keçirməmiş və bununla da iddiaçının mülkiyyət hüququnu pozmuşdur.
15. İddiaçının mənəvi zərər hissəsində tələbini birinci instansiya məhkəməsi 100 manat miqdarında təmin etmişdir.
16. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, Mülki Məcəllənin 21, 23, 954.1, 964.1, 964.2 və Mülki Prosessual Məcəllənin 14.2, 77.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
17. Cavabdeh «X2 (Azərbaycan)» ASC apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti iddia ərizəsinə verilmiş etirazın dəlilləri ilə əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, 11.01.2019-cu il tarixində 49.60 azn (qırx doqquz manat 60 qəpik) manat məbləğ müştərinin hesabına qaytarılıb.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1352/2020 nömrəli, 24 yanvar 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Nəsimi Rayon Məhkəməsin in 16 may 2019-cu il tarixli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi) Tofiq Səmədov, İkram Şirinov)
20. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd etmişdir ki, əvvəla, mənəvi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Cavabdeh iddia tələbinə etirazının əsası kimi istinad etdiyi halları sübut etməyə cəhd etsə də, yəni apellyasiya şikayətində iddiaçının hesabından pul vəsaitinin silinməsinin qanuni əsası olduğunu bildirsə də, bu dəlillər hər hansı bir formada öz tə sdiqini tapmamışdır. Belə ki, cavabdeh tərəfin gətirdiyi bu dəlilləri sübut etmək yükü artıq onun üzərinə düşsə də, o, bu halları sübuta yetirə bilməmişdir. Əksinə, cavabdeh hərəkətlərinin mülki hüquq pozuntusunun tərkibini yaratdığını, yəni iddiada göstərilənlərin mülki hüquq pozuntusu olduğunu təsdiq edir. və cavabdehin qismən də olsa mülki hüquqi məsuliyyətə cəlb olunması üçün əsas olmuşdur.
21. İddiaçının fiziki və mənəvi sarsıntı keçirməsi inandırıcı və təkzib olunmazdır. Çünki, 14.12.2018-ci il tarixdə iddiaçının hesabından yazılı razılığı olmadan, habelə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmadan, yaxud iddiaçıya qarşı hansısa tələb irəli sürülmədən 49,6 manat (qırx doqquz manat, altmış qəpik) pul çıxarılmışdır. Həmin məbləğdə pulun çıxarılmasının nə qanuni əsası, nə də ki, müq avilə əsası olmamışdır. Çünki, 13 iyun 2016-cı il tarixli “Üzv Ticarət Obyekti Müqavilə”sinə 13.09.2017-ci il tarixdə artıq xitam verilmişdir. Yəni, iddiaçının hesabından qeyd olunan məbləğ silinərkən onların arasında müqavilə münasibətləri olmamışdır. Cavabdehin həmin məbləği iddiaçıya qaytarması da qeyd olunan silinməni qanunsuz etdiyini təsdiq edir. 22. 13 sentyabr 2017-ci il tarixdə iddiaçıdan post terminal geri götürülərkən iddiaçının hesabında xidmət haqqının məbləği qədər vəsait olmadığı üçün xidmət haqqı tutulmaması da əsassız və ziddiyyətli dəlildir. Çünki, cavabdeh bir tərəfdən post terminal qaytarılarkən iddiaçının hesabında xidmət haqqını ödəyə biləcək məbləğdə vəsaitin olmadığını bildirir, digər tərəfdən isə iddiaçının xidmət haqqını ödəməməsini sonradan bankın audit yoxlaması zamanı aşkar edildiyini söyləyir.
23. Bundan əlavə, 13 sentyabr 2017-ci il tarixdən 14 dekabr 2018-ci il tarixədək iddiaçının hesabında pul vəsaitinin olmadığı da inandırıcı və ağlabatan deyildir. Həqiqətən də həmin dövrdə hesabda pul vəsaiti olmamışdırsa cavabdeh buna dair də məhkəməyə sübut təqdim etməli idi, lakin etməmişdir. Göründüyü kimi, bu cür ziddiyyətli dəlillərdən istifadə edilməsi də əslində cavabdehin həm də haqlı mövqedə olmadığını, yəni iddiaçının hesabından qanuni əsas olmadan pul sildiyini açıq-aşkar təsdiq edir. Bu cür vəziyyətdə iddiaçını qanunvericiliyin imkanlarından istifadə edərək hüquqlarından sui-istifadə etməkdə təqsirləndirmək əsassız olmuşdur. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
24. Cavabdeh kassasiya şikayəti verib, qətnamənin ləğv, iddianı n rədd edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti də apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırlıb.
26. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)3839/2020 nömrəli iş üzrə 28 iyul 2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir.
27. Kassasiya instansiyası məhkəməsi apelyasiyanın mövqeyi ilə razılaşmayaraq, qeyd edib ki, tərəflər sərbəst iradə ifadəsini həyata keçirərək 10.06.2016-cı il tarixdə aralarında X1si bağlamışlar. Həmin müqavilə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilmişdir. Müqavilə nəzərdən keçirilərkən müəyyən edilir ki, müştəri tərəfindən bütün öhdəliklər tam terinə yetirilməmişdirsə, bu Müqa vilə həmin öhdəliklər tam yerinə yetirilənədək qüvvədə qalır. Bu isə o anlama gəlir ki, müştərinin bank qarşısında xidmət haqqı və s. öhdəlikləri tam icra edilməmişdirsə, müqavilə qüvvədə hesab edilir və tərəflər həmin müqavilənin tələblərinə uyğun öz hüquq və vəzifələrini həyata keçirmək hüququna və öhdəliyinə malikdirlər.
28. Kassasiya instansiyasının mövqeyi ondan ibarət olmuşdur ki, göstərilən müqavilələrdə və qanunvericilik normalarında müştərinin hesabından pul vəsaitinin silinmə qaydası müəyyən edilmişdir. Lakin apellyasiya instansiyası işin hallarını tam, hərtərəfli araşdırmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. d) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
29. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyas ının 2(103)-7259/2020 nömrəli,19 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, İddiaçı cavabdeh «X2 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinə qarşı “cavabdehin üzərinə üzr istənilməsi öhdəliyinin qoyulması və mənəvi zərərin ödənilməsi” barədə iddia tələbi təmin edilməmişdir. (hakimlər Şeyda Məhərrəmova (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Rəşad Həsənov)
30. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 10 iyun 2016-ci il tarixli “X1”sində bank tərəfindən borc məbləğinin müştərinin hesabından birtərəfli qaydada silmək hüququnun olması tərəflər arasında razılaşdırılmış və bank da müqavilə şə rtlərinə uyğun olaraq İddiaçı hesabından 49.60 manat pul silinmişdir.
31. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının cavabdehin üzərinə üzr istənilməsi öhdəliyinin qoyulması” barədə iddia tələbi əsassızdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
32. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Həmin Məcəllənin 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər.
33. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin “mənəvi ziyanın ödənilməsi” ilə bağlı hissəsinə münasibətdə isə hesab etmişdir ki, iddiaçı həmin tələblərini təsdiq edəcək hər hansı sübut təqdim etmədiyindən, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. İddiaçı mənəvi sarsıntı və iztirab keçirməsi, mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasının sübuta yetirilməsi üçün heç bir mötəbər sübut təqdim etməmişdir.
34. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 390.1, 390.3, 390.4, 964.1, 964.2, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icr aatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
35. İddiaçı (Vəkil) qətnamədən kassasiya şikayəti verib, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
36. Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyasının qətnaməsi tamamiylə əsassızdır, belə ki iddiaçının həm mülkiyyət hüququ, həmdə istehlakçı hüququ pozulmuşdur. Qətnamə qəbul edilərkən apellyasiya məhkəməsi iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilələrə istinad etmiş, lakin müqavilə şərtlərini düzgün təfsir etməmişdir.
37. Hesabdan silinmə qeyd edilən müqavilənin şərtlərinə görə deyil, hesab müqaviləsinin şərtlərinə görə həyata keçirilməli idi. Məhkəmə bankın iddia etdiyi borcun olub olmamasını müəyyənləşdirmək üçün e kspertiza keçirməmiş və sadəcə iddiaçının dediklərinə istinad etmişdir. Əks təqdirdə silinmiş vəsait geri qaytarılmazdı. Bundan əlavə, məhkəmə qətnamə qəbul edərkən iddiaçının istehlakçı olmasını nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
38. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları
39. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi.
40. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mü mkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəlləsi Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Maddə 964.1. Hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir. Maddə 964.2. Müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı il ə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məh kəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının p ozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansi yası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
45. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi kassasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyər ləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, iş üzrə kassasiya məhkəməsinin qərarında verdiyi göstərişlərə uyğun qətnamə qəbul edilmişdir.
46. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddia tələbi və cavabdehin apellyasiya şikayəti üzrə dəyərləndirməsini və gəldiyi nəticəni əsaslı hesab edir və hazırki qərarın 30-33-cü bəndlərində qeyd edilənləri təkrar etməyə zərurət görmür.
47. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, hazırda kollegiyanın qiymət verməli olduğu məsələ kassasiya şikayəti üzrə irəli sürülən dəlillərdir.
48. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə qeyd edir ki, bu dəlillər qətnamənin ləğvinə və dəyişdirilməsinə əsas deyil. Ümumiyyətlə, hazırki iddianın bankın borc tələbi ilə əlaqəsi olmadığı halda, borc məbləğinin aydınlaşdırlması üçün ekspertiza təyin edilməsi barədə dəlilin hansı zərurətdən doğması şikayətdə əsaslandırımayıb.
49. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı XXX kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 oktyabr 2020 il tarixli 2(103)7259/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildi