Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3064/2023 30.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin sədri İddiaçı2 Ağababa oğlunun Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hüquqi şəxsin qanuni təmsilçisi olması barədə bütün sənədlərin etibarsız hesab edilməsi və qeydiyyatın ləğvi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçı “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin sədri İddiaçı2 Ağababa oğlunun Cavabdeh qarşı hüquqi şəxsin qanuni təmsilçisi olması barədə bü tün sənədlərin etibarsız hesab edilməsi və qeydiyyatın ləğvi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1343/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin sədri İddiaçı2 Ağababa oğlu tərəfindən verilmiş kassasiya şikayətinə 30 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “İşgəncələrə qarşı Azərbaycan Komitəsi”nin İctimai Birliyinin 01 aprel 2009-cu il tarixli protokolunun kserosurətindən görünür ki, X1 xaric edilmişdir. 2. xx.xx.2016-cı il tarixli Respublika qəzetində “İşgəncələrə qarşı Azərbaycan Komitəsi”nin İctimai Birliyinə məxsus möhür itdiyi üçün etibarsız sayılması barədə elan dərc edi lmişdir. 3. “İşgəncələrə qarşı Azərbaycan Komitəsi”nin X40 Yığıncağının xx.xx.2018-ci il tarixli qərarından çıxarışdan görünür ki, İddiaçı2 İctimai Birliyin sədri seçilmişdir. 4. xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası ƏN X3 Reyestrindən çıxarışa əsasən, Cavabdeh ümumi yığıncağın xx.xx.2015-ci il tarixli qərarı və sənədləri ilə “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” X41 heyətinin sədri seçilmişdir. 5. xx.xx.2018-ci il tarixli AR ƏN X3 Reyestrindən çıxarışa əsasən, Cavabdeh ümumi yığıncağın xx.xx.2018-ci il tarixli qərarı və sənədləri ilə “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” X41 heyətinin sədri seçilmişdir.
6. Cavabdeh xx.xx.2018-ci il tarixli ərizəsinə əsasən, “İşgəncələrə qarşı Azərbaycan Komitəsi”nin İctimai Birliyi üzvlərinin 21 noyabr 2018-ci il tarixli Ümumi Yığıncağı keç irilmişdir. 7. “İşgəncələrə qarşı Azərbaycan Komitəsi”nin X40 Yığıncağının xx.xx.2018-ci il tarixli protokoluna əsasən, “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin seçki orqanlarının hesabatları müsbət qiymətləndirilmiş və qənaətbəxş hesab edilmişdir. Elmira Behbudova, Cavabdeh, Əliməmməd Nuriyev, Sevil Allahverdiyeva, Mirəli Hüseynov “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” X41 Heyətinin üzvləri, Qartal Hüseynov, Cəlal Salayev, Elçin Şirinov “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” X27 Təftiş Komisssiyasının üzvləri, Cavabdeh “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin sədri, Əliməmməd Nuriyev isə “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin sədr müavini seçilmişdir. Cavabdeh “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin səlahiyyətli şəxsi hesab edilmişdir. 8. xx.xx.2020-ci il tarixli AR ƏN X3 Reyestrindən çıxarışa əsasən, Cavabdeh ümumi yığıncağın xx.xx.2018-ci il tarixli qərarı və sənədləri ilə “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” X41 heyətinin sədri seçilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin sədri İddiaçı2 Cavabdeh qarşı “qanuni təmsilçi olması barədə sənədlərin və qeydiyyatın ləğvi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh hüquqi şəxsin qanuni təmsilçisi olması barədə bütün sənədlərin etibarsız sayılması və Cavabdeh “İsgəncələrə Qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin sədri kimi qeydiyyatının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin sədri İddiaçı2 nümayəndəsi və vəkili X45 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin keçmiş sədri X35 13 noyabr 2015-ci il tarixdə vəfat etmişdir. Onun vəfatı ilə əlaqədar olaraq Komitənin Nizamnaməsinin müvafiq maddəsinə istinad edərək, eyni zamanda Elçin Behbudovun ölüm kağızına əsaslanaraq, Komitənin təsisçisi Pərviz Deyistani və bir neçə Komitə üzvü ilə birlikdə möhür və digər sənədlərin alınması üçün Elçin Behbudovun həyat yoldaşı Elmira Behbudovanın evinə getmiş, söhbət əsnasında Elmira Behbudova bildirmişdir ki, möhür, nizamnamə, reyestr və digər sənədlər itmişdir. Komitənin təsisçisi bu haqda Azərbaycan R espublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslər və X7 Dövlət Qeydiyyatı İdarəsinə 2016-cı ilin yanvar ayının 16-da məlumat verilmişdir. Eyni zamanda 23 yanvar 2016-cı ildə Respublika qəzetində möhür və sənədlərin itməsi barədə məlumat dərc olunmuş, bundan sonra yeni möhür alınmışdır. Eləcə də, Komitənin xx.xx.2018-ci il tarixdə 38 nəfər üzvü ilə keçirilmiş iclasında qərara alınmışdır ki, “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin təsisçilərindən biri və sədr olan X17 vəfatı ilə əlaqədar notarial qaydada ölüm haqqında şəhadətnaməyə əsasən sədrliyinə xitam verilsin. İddiaçı2 “İşgəncələrə qarşı Azərbaycan Komitəsi”nə sədr qəbul olunsun. Qurumun adından dəyişikliklərin dövlət qeydiyyatına alınması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət edilməsi səlahiyyət i İddiaçı2 verilsin. Sonradan Komitəyə məlum olmuşdur ki, heç də hər şey Elmira Behbudovanın bildirdiyi kimi deyilmiş. Belə ki, Elmira Behbudova möhür və digər sənədlərin itməsi fikrini məqsədli olaraq demişdir. Komitənin təsisçisi və üzvlərinin xəbəri olmadan Komitənin nizamnaməsini, eyni zamanda halhazırda qüvvədə olan qeyri-hökümət təkilatları ilə bağlı qanunların müvafiq maddələrini kobud şəkildə pozaraq, heç kimlə hesablaşmadan, şəxsi mənafeyini üstün tutuaraq kürəkəni Cavabdeh “İşgəncələrə qarşı Azərbaycan Komitəsi" İctimati Birliyinin sədri təyin etmiş, onun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsində sədr kimi qeydiyyata alınmasına nail olmuşdur. Eyni zamanda xx.xx.2018-ci ildə “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin geniş iclas ı keçirilmiş və 54 nəfər yeni üzv qeydiyyata alınaraq təsdiq edilmişdir. Eyni zamanda 5 nəfərdən ibarət yeni idarə heyəti yaradılmışdır. Təsisçinin yəni, Deyistani Pərvizin təqdimatı və idarə heyətinin qərarı ilə yeni sədr iddiaçı, İddiaçı2 seçilmişdir. 19 iyul 2018-ci ildə möhür təsisçi Deyistani Pərviz tərəfindən iddiaçıya akt əsasında təhvil verilmişdir. Bütün bunlara baxmayaraq guya itmiş möhür hal-hazırda Cavabdeh tərəfindən qanunsuz olaraq sədr kimi istifadə edilir.
11. İddiaçı “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” İ iamitċ Birliyinin sədri İddiaçı2 məhkəmə iclasında bildirmişdir ki, o, 2018-ci ilin iyul ayının 9-da seçilmişdir. Onlar müavin olmamışdır. Həmin vaxt ancaq Pərviz idi. O, 50 nəfərin iştirakı ilə komitəyə sədr seçilmişdir. Pərvizin iştirakı ilə seçilmişdir. Orada yegan ə hüququ olan şəxs Pərviz idi. Pərviz Ədliyyə Nazirliyinə möhür vermiş, cavabdeh tərəfin möhürü qüvvədən düşmüşdür.
12. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, iddia tələbini qəbul etmir və yığıncağın qərarları ilə bağlı Ədliyyə Nazirliyinə müraciət etdiyini bildirmişdir. Digər tərəf Nazirliyə saxta sənədlər təqdim etmişdir, bununla bağlı onlara nazirlikdən məktub gəlmişdir. Komitənin üzvləri 2015-ci ilin dekabr ayında seçilmişdir. O, seçilərkən 22 nəfər komitə üzvləri iştirak etmişdir. İdarə heyətinin 4 üzvü iştirak etmişdir. Yığıncağın keçirilməsi ilə bağlı üzvlərə Sadiq Bayramov zəng edərək xəbər vermişdir. Elçın müəllimin vəfatından sonra tək səlahiyyətli şəxs Sadiq Bayramov olmuşdur. Sadiq Bayramov ona etibarnamə vermişdir.
13. Məhkəmə iclasında iştirak edə n müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 izahat verərək bildirmişdir ki, iddia tələbi tamamilə əsassızdır. Onlar Nazirliyə saxta sənədlə müraciət etmişlər. Möhür həmişə yoldaşında və onda olurdu. Pərviz adlı şəxsi o, heç vaxt görməmişdir. İlk dəfə yoldaşının yasında görmüş, ondan sonra bir daha görməmişdir. Vəli adlı şəxsi heç vaxt görməmişdir, onu tanımır. Onun komitəyə heç bir aidiyyatı yoxdur. Komitə yaranandan hüquqi ünvan onların evidir. O komitənin müavinidir. Möhür də həmişə evlərində olmuşdur. Komitə ilə bağlı bütün sənədlər evlərinə gəlirdi.
14. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X46 izahat verərək bildirir ki, o, 2007-ci ilədən komitədə fəaliyyət göstərir. İddiaçının komitə ilə heç bir əlaqəsi yoxdur. Bu insanı 1-ci dəfədir ki, görür. Onların möhürü və sənədləri saxtadır. Komitədə təsisçi 3 nəfər olmuşdur. 2009-cu ildə Pərviz çıxmış, Elçin Behbudov isə vəfat etmişdir. Digər təsisçi Bayramov Sadiq isə Cavabdeh etibarnamə vermişdir.
15. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X46 izahat verərək bildirir ki, o, 2007-ci ilədən komitədə fəaliyyət göstərir. İddiaçının komitə ilə heç bir əlaqəsi yoxdur. Bu insanı 1-ci dəfədir ki, görür. Onların möhürü və sənədləri saxtadır. Komitədə təsisçi 3 nəfər olmuşdur. 2009-cu ildə Pərviz çıxmış, Elçin Behbudov isə vəfat etmişdir. Digər təsisçi Bayramov Sadiq isə Cavabdeh etibarnamə vermişdir.
16. Məhkəmə iclasında şahid qismində dindirilmiş X44 izahat verərək bildirmişdir ki, Behbudov Elçin 2015-ci ildə rəhmətə gedəndən sonra Elmira ilə danışmış, o da de mişdir ki, sədr o olacaq. Komitənin içində parçalanma olmuşdur. Onlar 2015-ci ilin dekabr ayında iclas keçirmişlər. İclasda səs çoxluğu ilə Elşad Həmidov sədr seçilmişdir. Sonra Elmira demişdir ki, nizamnamə və möhür yoxdur, oğurlayıblar. O, yanvarda notariusa yazılı məktub göndərmişdir. Sonra qəzetə elan vermişdir. Axtarışa vermişlər, lakin yenə də tapılmamışdır. O, yeni möhür çıxarmışdır. Möhürün eskizini Ədliyyə Nazirliyinə göndərmişdir. Cavabdehlər etibarsız möhürlə necə iş görüblər?! Vəlini isə Elşad gətirmişdir. Elşad 2008-ci ildən Komitənin üzvüdür. Elşad səhhəti ilə bağlı işə gələ bilməyəndə Vəlini yerinə məsləhət görmüşdür. Elşad rəhmətə gedəndən sonra Vəli seçilmişdir. Əlavə olaraq bildirmişdir ki, 2002-ci ildən Komitənin üzvüdür, həm də təsisçisidir. Onun iştirakı olmadan icla sın keçirilib-keçirilməməsini bilmir. Möhürü istəməyi barədə rəsmi akt var. Turalın seçilməsi barədə ona məlumat verilməmişdir. Onların komitəsində heç bir təsisçi heç bir halda çıxarıla bilməz. Elçin ona 2009-cu ildə vəsiqə vermişdir. 2009-cu ildən sonra o da təsisçi kimi proseslərdə iştirak etmişdir. O, 2017-ci ildən həm təsisçi, həm də aparat rəhbəri kimi seçilmişdir.
17. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 izahat verərək bildirmişdir ki, Elçinin sağlığında o, ora üzv olmuşdur. O, öləndən sonra kimin nə etdiyini bilmir. Həmin Komitəyə əslində Elçinin həyat yoldaşı seçilməli idi. Möhürün itib-itməməsini özləri bilər. Elşad öləndən sonra kimin seçilməsi barədə xəbəri yoxdur, nə də iştirak etməmişdir. Hal-hazırda komitənin üzvüdür. Vəsiqəsi 2019-cu ilin əvvəlində verilmişdir. Yeni sədrin seçilməsi barədə xəbəri yoxdur. Vəlinin seçilməsindən xəbəri yoxdur. Təsisçi Pərviz olmuşdur. Elşad olanda Pərvizi görməmişdir.
18. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahat verərək bildirmişdir ki, 2006-cı ildən bugünədək komitə rəhbəri olmuşdur. Elçin öləndən sonra hansı hadisələrin baş verdiyini bilmir. Elçinin 40-ı çıxandan sonra Pərvizlə Elçinin evinə getmişlər. Yoldaşı möhürün itdiyini demiş, onlar da yenisini almışdır. Turalın sədr seçilməsi ilə bağlı xəbəri yoxdur.
19. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 izahat verərək bildirmişdir ki, 2018-ci ilin əvvəlindən komitədə işləyir. Möhür itmiş, elan verilmiş, yeni möhür alınmışdır. Yeni sədr Vəli seçilmişdir. Turalın sədr seçilməsi ilə bağlı xəbəri yoxdur. Vəli sədr seçiləndə iştirak etməmişdir.
20. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (X11) 2(004)-7085/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
21. Məhkəmə qeyd etmişdir ki, X23 Komitənin möhür və sənədlərini tələb etmək, bu sənədlərin itməsi barədə akt tərtib etmək, həmçinin bununla əlaqədar Respublika qəzetində elan vermək kimi səlahiyyəti olmamışdır.
22. Belə ki, iş materiallarında olan xx.xx.2009-cu il tarixli “İşgəncələrə qarşı Azərbaycan Komitəsi”nin İdarə Heyətinin iclasının protokoluna əsasən, X4 təsisçisi sıralarından çıxarılması təklif edilmişdir.
23. Məhkəmə öz mövqeyini əsaslandırarkən Mülki Posessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
24. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-7085/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.
25. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarət olub ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini yeganə əsası kimi İdarə Heyətinin xx.xx.2009-cu il tarixli qərarı ilə X23 İctimai Birliyin sırlarından xaric edilməsi ilə əsaslandırmışdır. İstinad edilən bu sənəd isə kserosurətdir, müvafiq qaydada təsdiq edilməmişdir.
26. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6032/2020 nömrəli, 17 avqust 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7085/2019 saylı, 19 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. (hakimlər Aida Hüseyn, (sədrlik edən və məruzəçi), Valeh Ağayev, Afaq Nuriyeva)
27. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, X44 2009-cu ildən İdarə Heyətinin üzvü olmadığından onun Komitənin möhür və sənədlərini tələb etmək, bu sənədlərin itməsi barədə akt tərtib etmək, həmçinin bununla əlaqədar “Respublika” qəzetində elan vermək kimi səlahiyyəti olmamışdır. Bunda başqa, iddianın əsaslı olmasına dair sübut da təqdim edilməmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
28. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6032/2020 nömrəli, 17 avqust 2020-ci il tarixli qətnaməsindən iddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
29. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər X37 (sədrlik edən və məruzəçi), X30 və X48) 2(102)-1624/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçı “İşgəncələrə qarşı Azərbaycan Komitəsi İctimai Birliyinin sədri İddiaçı2 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6032/2020 nömrəli, 17 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.
30. Kollegiya öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsinin yeganə əsası kimi istinad etdiyi sübut – “İşgəncələrə qarşı Azərbaycan Komitəsi”nin İdarə Heyətinin xx.xx.2009-cu il tarixl i iclası protokoludur ki, həmin protokol da kserosurətdir.
31. Başqa sözlə, birinci instansiya məhkəməsi təsisçi X23 təşkilatın sıralarından xaric edilməsi və bu əsasla onun Komitənin möhür və sənədlərini tələb etmək, bu sənədlərin itməsi barədə akt tərtib etmək, həmçinin bununla əlaqədar “Respublika” qəzetində elan vermək kimi səlahiyyəti olmaması barədə işin halını kserosurət olan sübutla müəyyən etmişdir.
32. Kollegiya bildirmişdir ki, iddiaçı apellyasiya şikayətində kserosurətin sübut kimi qəbul edilməsinin düzgün olmamasını vurğulasa da, apellyasiya məhkəməsi iddiaçının bu dəlilinə qiymət verməmiş, birinci instansiya məhkəməsinin etdiyi səhvi təkrarlayaraq özü də həmin sübuta istinad etmişdir.
33. Kollegiya bundan başqa qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərk ən heç bir maddi hüquq normasına istinad etməmiş, apellyasiya məhkəməsi də buna diqqət yetirməmişdir. Qeyd edilən maddi və prosessual hüquq normalarının pozuntusunu məhkəmə kollegiyası qətnamənin ləğvi üçün əsas hesab etmişdir.
34. Kollegiya öz mövqeyini əsaslandırarkən MPM-in 14.2, 77.1, 89.1, 89.3-cü maddələrinə istinad etmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
35. İddiaçı2 və vəkil Elçin Əliyev apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etmişlər və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat vermişlər.
36. Cavabdeh və onun vəkili Vəkil2 apellyasiya baxışının əvvəlki iclaslarında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş və Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uy ğun izahat verərək bildirmişlər ki, iddiaçı tərəf Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslər və X7 Dövlət Qeydiyyatı İdarəsinə saxta sənədlər təqdim etmişdir. Bununla bağlı onlara həmin İdarədən məktub gəlmişdir. Birliyin üzvləri 2015-ci ilin dekabr ayında seçilmişdir. Cavabdeh seçilərkən Birliyin 22 nəfər üzvləri iclasda iştirak etmiş, Birliyin 4 üzvü isə iclasda iştirak etməmişlər. Yığıncağın keçirilməsi ilə bağlı üzvlərə Sadiq Bayramov zəng edərək xəbər vermişdir. Belə ki, Birliyin sabiq sədri Elçin Behbudovun vəfatından sonra tək səlahiyyətli şəxs S.Bayramov olmuşdur. S.Bayramov isə öz növbəsində Cavabdeh etibarnamə vermişdir.
37. Apellyasiya baxışının əvvəlki iclaslarında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Elmira Behbudova izahat verərək bildirmişd ir ki, iddia tələbi tamamilə əsassızdır. İşgəncələrə Qarşı Azərbaycan Komitəsi İctimai Birliyi onun əri X35 tərəfindən yaradılmışdır. X49 sədri, sədrin müavini isə o özü olmuşdur. Birlik yaranandan hüquqi ünvan onların yaşadıqları ev olmuşdur. Birliyin möhür də həmişə evlərində olmuşdur. Komitə ilə bağlı bütün sənədlər evlərinə gəlirdi. Elçin Behbudov xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Bundan sonra o özü və Birliyin digər üzvləri X43nı keçirərək onun kürəkəni olan Cavabdeh Birliyin sədri seçmişlər. Həmin ərəfədə onlara məlum olmuşdur ki, İddiaçı2 və Pərviz Deyistani birləşərək Birliyə məxsus sənədləri saxtalaşdırmış və saxta sənədlə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslər və X7 Dövlət Qeydiyyatı İdarəsinə müraciət etmişlər. O, Pərviz Deyistanini əvvəllər tanımırdı və ümumiyyətlə görməmişdir. Pərviz Deyistani ilk dəfə ərinin yasında görmüş, ondan sonra bir daha görməmişdir. İddiaçı2 heç vaxt görməmişdir və onu tanımır. İddiaçı2 Birliyə heç bir aidiyyəti yoxdur.
38. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X10 (sədrlik edən və məruzəçi), X16 və X38) 2(103)-293/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 dekabr 2019-cu il tarixli qətnamə ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı İşgəncələrə Qarşı Azərbaycan Komitəsi İctimai Birliyinin sədri İddiaçı2 Ağababa oğlunun Cavabdeh qarşı “hüquqi şəxsin qanuni təmsilçisi olması barədə bütün sənədlərin etibarsız sayılması və qeydiyyatın ləğvi tələbi barə də” iddiası təmin edilmiş, Cavabdeh İşgəncələrə Qarşı Azərbaycan Komitəsi İctimai Birliyinin qanuni təmsilçisi və sədri olması barədə sənədlər etibarsız hesab edilsin və onun Birliyin sədri kimi qeydiyyatı ləğv edilmişdir.
39. Məhkəmə kollegiyası qeyd etmişdir ki, xx.xx.2009-cu il tarixli iclas protokolu mötəbər sübut hesab oluna bilməz və işə baxmış birinci instansiya məhkəməsi həmin sənədə istinad etməklə səhvə yol vermişdir. Belə ki, qeyd olunan bu protokol kserosurət olmaqla qanunla müəyyən olunmuş qaydada təsdiq edilməmişdir.
40. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı X18 cavabdeh İşgəncələrə qarşı Azərbaycan Komitəsi İctimai Birliyinə qarşı “protokolun etibarsız hesab edilməsi tələbi barədə” iddiası Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə (İş № 2(004) -375/2021) əsasən təmin edilmiş, xx.xx.2009-cu il tarixli iclas protokolunun etibarsız hesab edilməsi qət edilmişdir. Verilmiş şikayətlər yuxarı instansiya məhkəmələri tərəfindən təmin edilməmiş, sonda Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi (İş № 2(004)-375/2021) qanuni qüvvəsini almışdır.
41. Məhkəmə bildirmişdir ki, MPM-nin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bu prosessual hüquq normasının tələbini nəzərə alan məhkəmə qeyd etmişdir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-375/2021 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə hazırki iş üçün preyudisial xarakter d aşıyır. Qeyd edilən qətnamədən görünür ki, həmin protokolun əsli təqdim olunmamış, iddiaçı tərəf isə protokolun mövcudluğunu mübahisələndirmişdir. Həmçinin, Mülki Məcəllədə hüquqi şəxsin təsisçisinin öz iradəsi ziddinə təsisçilikdən xaric edilməsi istisna olunur və nizamnamədə belə müddəa olsa belə, qanunun tələbinə və ruhuna zidd olmaqla əhəmiyyətsizdir. Həmçinin, qeyd edilən dəlillərdən başqa iddiaçı müvafiq dövlət qurumunun (Ədliyyə Nazirliyinin) qeydiyyatında hal-hazırda təsisçi qismində gedir və onun hüquqlarının həyata keçirilməsinə maneə yaradıla bilməz.
42. Beləliklə, məhkəmə kollegiyası qeyd etmişdir ki, xx.xx.2018-ci il tarixdə İctimai Birliyin geniş iclası keçirilmiş və 54 nəfər yeni üzv qeydiyyata alınaraq təsdiq edilmişdir. 5 nəfərdən ibarət yeni İdarə Heyəti yaradılmışdır. Tə sisçi olan (səlahiyyətli şəxs) Pərviz Deyistaninin təqdimatı və İdarə Heyətinin qərarı ilə yeni sədr İddiaçı2 seçilmişdir. Bu baxımdan Cavabdeh hüquqi şəxsin qanuni təmsilçisi olması barədə sənədlər etibarsızdır və onun sədr olması barədə qeydiyyat ləğv edilməlidir. Başqa sözlə iddia əsaslıdır. Bu iddianı rədd etməklə işə baxmış birinci instansiya məhkəməsi səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır, formal mülahizə xarakteri daşımır.
43. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 337, Mülki Prosessual Məcəllənin 82.3 və 89-cu maddələrinə istinad etmişdir. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
44. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-293/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
45. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-5145/2022 nömrəli mülki iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə (hakimlər X24 (sədrlik edən və məruzəçi) X47 və X19) Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 aprel 2022-ci il tarixli, 2(103)-293/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
46. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktl ar əsasında həyata keçirilməli olması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
47. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş halları olaraq qeyd etmişdir ki, İctimai Birliyin mərhum sədri X17 xx.xx.2015-ci il tarixdə vəfatından sonra Birliyin təsisçisi Pərviz Deyistani mərhumun arvadı Elmira Behbudovanın möhür, nizamnamə, reyestr və digər sənədlərin itirməsi barədə məlumatı aldıqdan sonra xx.xx.2016-cı il tarixdə Ədliyyə Nazirliyinin Hüquqi Şəxslər və X7 Dövlət Qeydiyyatı İdarəsinə məlumat vermişdir. xx.xx.2016-cı il tarixdə «Respublika» qəzetində möhür və sənədlərin itməsi barədə məlumat dərc olunmuş, bundan sonra yeni möhür alınmışdır. xx.xx.2018-ci il tarixdə Birliyin 53 nəfər üzvü ilə keçirilmiş iclasında q ərara alınmışdır ki, İctimai Birliyin təsisçilərindən biri və sədr olan Elçin Behbudovun vəfatı ilə əlaqədar onun sədrliyinə xitam verilsin və Heydərov X8 qəbul olunsun və ona, bu dəyişiklikləri dövlət qeydiyyatına alınması üçün Hüquqi Şəxslər və X7 Dövlət Qeydiyyatı İdarəsinə müraciət edilməsi səlahiyyəti verilsin. Sonradan məlum olmuşdur ki, möhür və digər sənədlər əslində itməmiş, həmin möhür hazırda Cavabdeh tərəfindən istifadə olunur. Cavabdeh ümumi yığıncağın xx.xx.2015-ci il tarixli qərarı ilə X53 Heyətinin sədri seçilmişdir. 48. xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası ƏN X3 Reyestrindən çıxarışdan görünür ki, Cavabdeh ümumi yığıncağın xx.xx.2015-ci il tarixli qərarı ilə “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” X41 heyətinin sədri seçilmişdir.
49. Apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi işin halından isə aydın olur ki, xx.xx.2018-ci il tarixdə Birliyin 53 nəfər üzvü ilə keçirilmiş iclasında İctimai Birliyin təsisçilərindən biri və sədr olan Elçin Behbudovun vəfatı ilə əlaqədar onun sədrliyinə xitam verilmiş, Heydərov X6 qəbul olunmuş və ona bu dəyişiklikləri dövlət qeydiyyatına alınması üçün Hüquqi Şəxslər və X7 Dövlət Qeydiyyatı İdarəsinə müraciət edilməsi səlahiyyəti verilmişdir.
50. İşin müəyyən olunmuş halları ilə daha sonra müəyyən olunur ki, iddiaçının istinad etdiyi ümumi yığıncağın qərarının qəbul olunmasından 4 ay əvvəl cavabdehin İctimai Birliyinin sədri seçilməsinə dair ümumi yığıncağın (xx.xx.2015-ci il tarixli) qərarı dövlət qeydiyyatına alınmış və İctimai Birliyinin sədri, yəni qanuni təmsilçisi Cavabdeh hesab edilmişdir.
51. Cava bdeh birinci instansiya məhkəməsində iddiaya etirazında göstərir ki, « iddia tələbini qəbul etmir və yığıncağın qərarları ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edilmişdir. Digər tərəf Nazirliyə saxta sənədlər təqdim etmişdir. Bununla bağlı onlara nazirlikdən məktub gəlmişdir. Komitənin üzvləri 2015-ci ilin dekabr ayında seçilmişdir. O, seçilərkən 22 nəfər komitə üzvü iştirak etmişdir. İdarə heyətinin 4 üzvü iştirak etmişdir. Yığıncağın keçirilməsi ilə bağlı üzvlərə Sadiq Bayramov zəng edərək xəbər vermişdir. Elçin müəllimin vəfatından sonra tək səlahiyyətli şəxs Sadiq Bayramov olmuşdur. Sadiq Bayramov ona etibarnamə vermişdir.»
52. Cavabdeh kasasiya şikayətində isə göstərmişdir ki, «…Ədliyyə Nazirliyində “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” İB sədri kimi Cavabdeh qeydə alınıb və bu, Əd liyyə Nazirliyi tərəfindən verilmiş Qeyri X12 Reyestrindən çıxarışlar və digər sənədlərlə təsdiq edilir. İddiaçıların “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” İB adından təqdim etdiyi protokollar və digər sənədlər isə qanunsuz sənədlərdir və bunların heç biri Ədliyyə Nazirliyində qeydə alınmayıb. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunun 9.1-ci maddəsinə görə, hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Həmin qanunun 9.3.-cu maddəsinə görə, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. »
53. Göründüyü kimi iddiaçı tərəf təsisçi və ya ictimai birliyin üzvü olaraq deyil, o, İctimai Birliyin sədri olaraq Birliyin adından hazırkı iddia tələbini irəli sürür. Belə olan halda artıq iddia tələbi irəli sürülərkən İctimai Birliyin sədri olan cavabdehin dövlət qeydiyyatına alınması halında İddiaçı2 birliyin adından tələb irəli sürmək üçün subyektiv hüququnun olub-olması ilkin olaraq araşdırılmalı olduğu halda işə baxan məhkəmələr belə araşdırmanın aparılmasını təmin etməmişlər.
54. Digər tərəfdən cava bdeh tərəf etirazında göstərir ki, onun sədr seçilməsi üçün keçirilmiş ümumi yığıncaq digər təsisçi olan Sadiq Bayramov tərəfindən çağrılmış və hətta həmin şəxs cavabdehə etibarnamə vermişdir. Belə olan halda həmin təsisçinin və müvafiq qeydiyyatı aparan orqan olan Ədliyyə Nazirliyinin müvafiq idarəsinin üçüncü şəxs olaraq işə cəlb olunması zəruri olmuşdur.
55. İddiaçı tələb edir ki, Cavabdeh hüquqi şəxsin qanuni təmsilçisi olması barədə bütün sənədlər etibarsız sayılsın və Cavabdeh “İsgəncələrə Qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin sədri kimi qeydiyyatı ləğv edilsin. 56. “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” X5 6.11-ci bəndinə əsasən idarə heyətinin sədri, müavinləri və digər üzvləri X43 tərəfindən 2 il müddətinə seçilir.
57. Nizamnamənin 6.12-ci bəndinə əsasən sədr birliyi təms il edir, onun adından müqavilələr bağlayır, etibarnamələr verir. Ümumi yığıncağın və İdarə heyətinin qərarlarının icrasını təşkil edir
58. İşin araşdırılmış halları ilə müəyyən olunur ki, iddia ərizəsi xx.xx.2019-cu il tarixdə məhkəməyə daxil olmuş, bu tarixədək Cavabdeh ümumi yığıncağın xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli qərarlarına əsasən İctimai Birliyin sədri seçilmiş və müvafiq qeydiyyatlar aparılaraq çıxarışlar verilmişdir.
59. Aydın olur ki, Hüseynov X21 ümumi yığıncağının qərarı və sonra isə təkrar qərarı əsasında sədr seçilmiş, iddiaçının tələbi isə onun qanuni təmsilçi olması barədə bütün sənədlərin etibarsız sayılması ilə bağlıdır. Yaranmış vəziyyətdə işə baxan məhkəmələr iddiaçının tələbləri üzrə dəqiqləşmə aparmalı, məhz onun hansı sənədlərin etibarsızlığını tələb etməsi aydınlaşdırılmalı, onun ümumi yığıncağın qərarının mübahisələndirmək üçün hüquqa malik olub-olmamasını müzakirə etməli idi. Lakin məhkəmələr belə dəqiqləşdirmə aparmadığından faktiki olaraq hansı sənədlərin etibarsız sayılması qeyri-müəyyən qalmaqla, X43nın qərarlarının iş üzrə müəyyən edilmiş hallar baxımından etibarsızlığın mümkünlüyü araşdırmadan kənarda saxlanmışdır.
60. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı X18 cavabdeh “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinə qarşı protokolun etibarsız hesab edilməsi tələbi barədə iddiası Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə (İş № 2(004)-375/2021) əsasən təmin edilmiş, 1.04.2009-cu il tarixli iclas protokolunun etibarsız hesab edilməsi qət edilmişdir. Verilmiş şikayətlə r yuxarı instansiya məhkəmələri tərəfindən təmin edilməmiş, sonda Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi (İş № 2(004)-375/2021) qanuni qüvvəsini almışdır.
61. Apellyasiya instansiyası məhkəməsi məhz həmin qərarın baxılan iş üzrə preyudisial xarakter daşıdığını qeyd etmişdir.
62. Konstitusiya Məhkəməsi Plenumunun preyudisiallığın hədləri ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Beləliklə, preyudisiallıq institutu yalnız işdə iştirak edən şəxslərə aid olmaqla, onlar tərə findən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini istisna edir. Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyinə əsaslanmaqla qeyd edilmişdir ki, sonrakı işdə iştirak edən şəxslərdən biri artıq qanuni qüvvəyə minmiş qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak edən şəxs olmamışdırsa, bu zaman həmin qətnamənin müəyyən etdiyi faktlar onun üçün preyudisial əhəmiyyətə malik deyildir və o, belə faktların məhkəmə qaydasında sübut edilməsini tələb edə bilər.
63. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin baxılan iş üzrə preyudisial əhəmiyyətə malik olduğu qənaətinə gəlməklə Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin tələblərini düzgün təfsir etməmiş və bununla bağlı Kons titusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeləri nəzərə almamışdır.
64. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı).
65. Konstitu siya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı).
66. Məhkəmə kollegiyası izah etmişdir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul o lunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
67. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə maddi v ə prosessual hüquq normalarına uyğun olmadığından ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. f) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
68. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1343/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi) Fərrux Qasımov və Fuad Abdıyev) a pelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-7085/2019 saylı, 19 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iddiaçı “İşgəncələrə qarşı Azərbaycan Komitəsi”nin İctimai Birliyinin sədri İddiaçı2 Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X39, X13, X46 və Ədliyyə Nazirliyi Ədliyyə sahəsində xidmətlər baş idarəsi) “qanuni təmsilçi olması barədə sənədlərin və qeydiyyatın ləğvi” tələbinə dair iddiası rədd edilmişdir.
69. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ictimai birliyin təsisçisi və ya üzvü qismində deyil, sədri və təmsilçisi olaraq ictimai birliyin adından məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixdə keçirilmiş “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” İctimai Birliy inin iclasında 5 nəfərdən ibarət yeni idarə heyəti yaradıldığına, təsisçi Deyistani Pərvizin təqdimatı və idarə heyətinin qərarı ilə özünün yeni sədr seçildiyinə, 19 iyul 2018-ci ildə isə möhürün təsisçi Deyistani Pərviz tərəfindən akt əsasında ona təhvil verildiyinə istinad etmişdir. Onun müraciət etdiyi iddia Cavabdeh hüquqi şəxsin qanuni təmsilçisi olmasına dair bütün sənədlərin etibarsız sayılması və onun “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin sədri kimi qeydiyyatının ləğv edilməsi barədə olmuşdur. Hüquqi şəxslərin dövlət reyestri dedikdə, Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, eləcə də Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəl ik və filialları və digər qurumları barəsində məlumatlar (qeydlər) məcmusu başa düşülür. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9.1-ci maddəsi hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişikliyin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyata alınmasını tələb edir. Həmin Qanunun 9.3-cü maddəsinə əsasən, hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Bu normanın təhlili onu deməyə əsas verir ki, hüquqi şəxsə dair qeydə alınmış hər hansı məlumatların dəyişməsi, bu dəyişikliyin qeydiyyata alınmasına səbəb olan hüquqi faktdır. Hüquqda faktlar dedikdə, hüquq münasibətlər inin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Beləliklə hər yeni qanuni təmsilçi barədə məlumat qeyd alınana qədər, əvvəlki qanuni təmsilçilik qüvvədədir. Bununla əlaqədar həmçinin qeyd edilməlidir ki, reyestr məlumatları formal vəziyyəti, deyil, hüquqi şəxslərə münasibətdə real olan, qeydiyyat məlumatlarında hüquqi cəhətdən işlək vəziyyətin əks etdirilməsinə xidmət edir. İş materiallarından göründüyü kimi Cavabdeh ümumi yığıncağın qərarına əsasən “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” X55 Heyətinin sədri seçilməsi və səlahiyyətli şəxsi hesab edilməsi barədə məlumat ilkin olaraq xx.xx.2018-ci il tarixdə, daha sonra isə təkrar olaraq xx.xx.2018-ci il və xx.xx.2020-ci il tarixlərində qeydiyyata alınmışdır. B elə olan halda müəyyən edilir ki, iddiaçı “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin sədri seçilərkən (iddia etdiyinə görə) və yaxud da məhkəməyə müraciət edərkən cavabdeh həmin hüquqi şəxsin sədri və qanuni təmsilçisi olmuş, iddiaçının istinad etdiyi məlumatların isə müvafiq dövlət qurumunda qeydiyyata alınmadığı müəyyən edilmişdir. Bu hal o qənaətə gəlməyə əsas verir ki, iddiaçının ictimai birliyin sədri və təmsilçisi kimi qəbul edilməsi, onun birlik adından məhkəməyə müraciət və ya digər hüquqi hərəkətlər etməsi üçün hüquqi əsası yoxdur.
70. İddianın rədd edilməsi qənaətinə gəlməsinə baxmayaraq kollegiya yuxarıda qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamışdır. Belə ki, məhkəmə, Birliyin sədri olan cavabdehin səlahiyyətləri dövlə t qeydiyyatına alınması halında, iddiaçının hazırkı iddianı İctimai Birliyin adından irəli sürmək üzrə subyektiv hüququnun malik olubolmamasını araşdırmalı olduğu halda bunu etməmiş, iddianı rədd edərkən heç bir maddi hüquqa istinad etməmiş, gəldiyi nəticəni X23 təşkilatın sıralarından xaric edilməsi ilə əlaqələndirmişdir.
71. Kollegiya iddiaçının həm verdiyi iddia ərizəsində, həm də apellyasiya şikayətində birinci instansiya məhkəməsi ilə yanaşı, lakin bir qədər fərqli olaraq, yəni əksinə X23 birliyin təsisçilərindən biri olduğuna, sıralarından qanunsuz şəkildə çıxarıldığına istinad etməsini nəzərə alaraq qeyd etməyi zəruri saymışdır ki, X23 “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin təsisçiliyindən çıxarılmış və ya daha sonra bərpa olunmuş olmasının, iddiaçının ictimai bi rliyin sədrliyi-təmsilçiliyi qanunla nəzərdə tutulan qaydada dövlət qeydiyyatına alınması üçün müvafiq əsasların mövcudluğu yoxlanılmadığı və bu dəyişikliyin qeydiyyata alınmadığı halda, hazırkı iddia üzrə subyektiv hüququn əmələ gəlməsinə təsiri yoxdur.
72. Beləliklə məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməli olması barədə nəticəyə gəlməklə haqlı olsa da, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Çünki məhkəmə tərəfindən ilk öncə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması yoxlanılmalı, iddianın buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırılması nəticəsinə gəlindiyi təqdirdə sübutlar araşdırılmadan və işin hallarına mahiyyəti üzrə hüquqi qiymət verilmədən, iddia tələbi ilə əlaqədar iddiaçının m üvafiq subyektiv hüququn sahibi kimi qəbul etməyin mümkün olmaması səbəbilə rədd edilməli idi.
73. Məhkəmə kollegiyası gəldiyi nəticəni əsaslandırarkən Mülki Məcəllənin 14.1, 43.1, 43.6, 47.2, 48.1, 49.1, 49.2, 114.4-cü maddələrinə, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2, 9.1, 9.3-cü maddələrinə, MPM-in 14.2, 77.1, 88-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
74. İddiaçı “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin sədri İddiaçı2 Ağababa oğlu kassasiya şikayəti verərək (Vəkil1) qətnamənin ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
75. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə Birliyin 53 nəfər üzvü ilə keçirilmiş ümumi yığıncağında İctimai Birliyin təsisçilərindən biri və sədr olan Elçin Behbudovun vəfatı ilə əlaqədar onun sədrliyinə xitam verilmiş, birliyin üzvü Heydərov X6 seçilmişdir. xx.xx.2018-ci il tarixdə keçirilmiş ümumi yığıncaq iclas birliyin təsisçisi Pərviz Dəyistani tərəfindən çağırılmışdır. Həmin yığıncağa digər təsisçi Sadıq Bayramоv çağırılsa da, sonuncu həmin iclasa gəlməmişdir. Cavabdeh ümumi yığ ıncağın xx.xx.2018-ci il tarixli qərarı və sənədləri ilə “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” X41 heyətinin sədri seçilmişdir. İş materiallarından görünür ki, Cavabdeh sədr seçilməsi üçün keçirilmiş ümumi yığıncaq digər təsisçi olan Sadiq Bayramov tərəfindən çağrılmış və sonuncu Cavabdeh etibarnamə vermişdir. Həmin iclasa digər təsisçi Pərviz Daystani dəvət olunmamış və bu iclas barədə ona məlumat verilməmişdir. Eyni zamanda, qeyd edilən qanunun və Qaydaların 7-ci maddəsinə görə qeyri-kommersiya qurumlarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq qeydiyyat orqanına müraciət edilməlidir. Təsis sənədlə rində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyatı üçün təsisçi (təsisçilər), səlahiyyətli şəxs tərəfindən imzalanmış və qeyri-kommersiya qurumunun möhürü ilə təsdiq edilmiş ərizə (Əlavə 4) ilə müraciət edir. Qaydalara görə hər bir dəyişiklik yazılan ərizəyə təsisçilər imza etməlidir. Lakin Cavabdeh sədr seçilməsi barədə Ədliyyə Nazirliyinin müvafiq idarəsinə təqdim edilmiş ərizədə təsisçilərdən heç birinin imzası yoxdur. Həmin ərizələrə qanunsuz olaraq Cavabdeh imza etmişdir. Belə olan halda Cavabdeh birliyin sədri seçilməsi barədə edilmiş dəyişikliyin qeydiyyatı qanuni sayıla bilməz. Lakin bu hal apellyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Ali Məhkəmə öz qərarında belə olan halda həmin təsisçinin və müvafiq qeydiyyatı aparan Ədliy yə Nazirliyinin müvafiq idarəsinin üçüncü şəxs olaraq işə cəlb olunması zəruri hesab etsə də, apellyasiya məhkəməsi instansiyası qeyd edilən idarənin məhkəmə prosesində iştirak etməsi üçün tədbir görməmişdir.
76. Məhkəmə tərəfindən işin ədalətli həlli üçün əhəmiyyətə malik olmasına baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb olunmuş X39, X13, X25, X20, X25, dəyişikliyin qeydiyyatını aparan orqan olan Ədliyyə Nazirliyinin müvafiq idarəsinin məhkəmə prosesində iştiraklarını təmin etməmiş və bununla da onların verdikləri izahatlarını dinləmək mümkün olmamışdır, nəticədə məhkəmə baxışının çəkişmə prinsipi pozulmuşdur.
77. Hazırkı qərarın 78-ci bəndində göstərilmişdir ki, Cavabdeh sədr seçilməsi üçün keçirilmiş ümumi yığıncaq digər təsisçi olan Sadiq Bayramov tərəfindən çağrılmış və hətta həmin şəxs cavabdehə etibarnamə vermişdir. Belə olan halda həmin təsisçinin və müvafiq qeydiyyatı aparan orqan olan Ədliyyənin sədr seçilməsi üçün keçirilmiş ümumi yığıncaq digər təsisçi olan Sadiq Bayramov tərəfindən çağrılmış və hətta həmin şəxs cavabdehə etibarnamə vermişdir. Belə olan halda həmin təsisçinin və müvafiq qeydiyyatı aparan orqan olan Ədliyyə Nazirliyinin müvafiq idarəsinin üçüncü şəxs olaraq işə cəlb olunması zəruri olmuşdur. Lakin apellyasiya məhkəməsi kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyini nəzərdə tutan MPM-nin 49-cu maddəsini tələblərini pozaraq Ədliyyə Nazirliyinin müvafiq idarəsinin üçüncü şəxs olaraq işə cəlb olunmalı olması barədə kassasiya məhkəməsinin göstərişini yerinə yetirməmişdir. Sonuncu məhkəmə ic lasında iddiaçı tərəfindən həmin ifadənin dəvət edilməsindən ötrü məhkəmə baxışının göstərişin icra olunması üçün məhkəmə baxışının təxirə salınması barədə vəsatət verilsə də, məhkəmə vəsatəti təmin etməyərək ədalətsiz qətnamə çıxarmışdır.
78. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutlara tam və hər tərəfli baxmamış, həmin sübutlara ümumiyyətlə qiymət verməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş məhkəmə iş materiallarında olan iddiaçı X18 cavabdeh İşgəncələrə qarşı Azərbaycan Komitəsi İctimai birliyinə qarşı “protokolun etibarsız hesab edilməsi” tələbinə dair Yasamal rayon məhkəməsinin 2(004)375/2001 saylı, 04 fevral 2021-ci il tarixli qüvvədə olan qətnaməsini nəzərə almamışdır. Həmin qətnamə ilə Pərviz Deyistanin təşkilatın üzvlüyündən və həm təsisçilikdən xaric edilməsi barədə Birliyin 01 aprel 2009-cu il tarixli protokolu etibarsız hesab edilmişdir. Bu isə o deməkdir ki, Cavabdeh birliyin sədri kimi Ədliyyə Nazirliyinin müvafiq idarəsinə qeydiyyat alınması üçün etdiyi müraciətlərə Pərviz Deyistani da həmtəsisçi kimi imza etməli idi. Lakin faktiki olaraq qeydiyyatla bağlı Ədliyyə Nazirliyinə yazılan müraciətlərin heç birində Pərviz Deyistanin imzası yoxdur. Ona görə də Cavabdeh Birliyin sədri kimi qeydiyyata alınması qanunsuzdur.
79. Məhkəmə iddiaçının şikayətinin təmin edilməməsi barədə qərar qəbul edərkən mövqeyini İddiaçı2 iddia tələbinin irəli sürmək barədə subyektiv hüququnun olmaması ilə izah etmişdir. Halbuki, İddiaçı2 Birliyin üzvü kimi, eyni zamanda Birliyin Nizamnaməsinə uyğun olaraq ümumi yığıncaqda seçilən sədr kimi Birliyin üzvlərinin bir his səsinin pozulmuş hüquqlarının bərpası üçün Cavabdeh Birliyin sədr seçilməsi barədə qeydiyyatın ləğv edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh və qeyriləri öz niyyətlərini həyata keçirmək, həmçinin onun sədr seçilməsi üçün maneəni aradan qaldırmaq üçün Birliyin təsisçilərindən biri olan Pərviz Deyistanini təsisçilikdən və üzvlükdən çıxarılması barədə saxta protokol tərtib edərək həmin protokolun 04 aprel 2009-cu ildə keçirilmiş ümumi yığıncağın protokolu olduğunu göstərərək məhkəməyə həmin protokolun əslini təqdim edə bilməmişlər. Bütün məhkəmə instansiyaları səviyyəsində həmin protokol etibarsız hesab edilmiş və Pərviz Deyistnanın pozulmuş hüquqları bərpa olunmuşdur. Lakin Cavabdeh və qeyriləri yenə də qanunsuzluqlarını davam etdirərək məhkəmə tərəfindən birliy in təsisçi hesab edilən Pərviz Deyistanin imzası olmayan ərizəni dəyişikliyin qeydiyyata alınması üçün Ədliyyə Nazirliyinə müraciət etmişlər. İddiaçı2 verdiyi iddia ərizəsi təmin olunduğu halda 54 nəfər birlik üzvünün pozulmuş hüquqları bərpa olunması mümkün idi. Məhkəmə öz qətnaməsi ilə Azərbaycan Respublika Konstitusiyasının qanun qarşısında hər kəsin bərabərliyini nəzərdə tutan 20-ci maddəsinin tələblərini pozaraq Birliyin təsisçisi olan bir şəxsin birliyin idarə olunmasında iştirakdan demək olar ki, kənarlaşdırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
80. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
81. Maddə 43.1 Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mül kiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.
82. Maddə 43.6. Qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. Qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün qeyrikommersiya hüquqi şəxsləri təsərrüfat cəmiy yətləri yarada bilər və ya onlarda iştirak edə bilərlər.
83. Maddə 47.2. Hüquqi şəxsin nizamnaməsində hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydası müəyyənləşdirilir. Qeyrikommersiya hüquqi şəxsinin nizamnaməsində onun fəaliyyətinin predmeti və məqsədləri müəyyənləşdirilir. Qeyrihökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının nəzərdə tutulmasına yol verilmir.
84. Maddə 48.1. Hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatının məlumatları, o cümlədən kommersiya əşkilatları üçün firma adı ümumi tanışlıq üçün açıq olan hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir.
85. Maddə 49.1. Hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir.
86. Maddə 49.2. Hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər.
87. Maddə 114.1. İctimai Birliyin təsisçilərinin (iştirakçılarının) ictimai birliyə verdikləri əmlak birliyin mülkiyyətidir. İctimai birlik bu əmlakdan onun nizamnaməsi ndə müəyyənləşdirilmiş məqsədlər üçün istifadə edir.
88. Maddə 114.2. İctimai Birliklərin iştirakçıları həmin birliklərin mülkiyyətinə verdikləri əmlaka, o cümlədən üzvlük haqlarına hüquqlarını saxlamırlar. Onlar ictimai birliklərin öhdəlikləri üçün, ictimai birliklər isə öz iştirakçılarının öhdəlikləri üçün məsuliyyət daşımırlar.
89. Maddə 114.3. İctimai Birlik ləğv edildikdə onun borclarının ödənilməsindən sonra qalan əmlakı ictimai birliyin nizamnaməsində göstərilmiş məqsədlərə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilir.
90. Maddə 114.4. İctimai birliklərin ayrı-ayrı növlərinin xüsusiyyətləri və hüquqi vəziyyəti bu Məcəllə ilə və qanunvericiliklə müəyyənləşdirilir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu
91. Maddə 8.2. Dövlət qeydiyyatına alınması üçün ərizə və ona əlavə edilməli olan sənədlər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən baxılması üçün qəbul edilir və 30 gün müddətində onların Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğunluğu yoxlanılır. Müstəsna hallarda yoxlama zamanı əlavə araşdırma aparılması zərurəti yarandıqda, bu müddət daha 30 günə qədər artırıla bilər
92. Maddə 9.1. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır.
93. Maddə 9.3. Bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. Mülki Prosessual Məcəllə
94. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
95. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
96. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müv afiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
97. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
98. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
99. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
100. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzg ün tətbiq edilməsini yoxlayır.
101. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
102. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
103. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
104. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
105. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olun maması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
106. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nətic əyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
107. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
108. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hü quqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məh kəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
109. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. 110.Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
111. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin sədri İddiaçı2 Ağababa oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1343/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.