Məhkəmə qərarları › İş №2(102)-3066/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3066/2024

31.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3066/2024 31.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Masallı rayon Şərəfə bələdiyyəsinin sədri Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi ziyan) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Masallı rayon Şərəfə bələdiyyəsinin sədri Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi ziyan tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-593/2024 nömrəli, 15 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən veril miş kassasiya şikayətinə 31 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Masallı rayon Şərəfə bələdiyyəsinin 13 noyabr 2023-cü il tarixli qərarı ilə, Masallı rayonu Şərəfə bələdiyyəsinin mülkiyyətinə aid olan 2.60 hektar torpaq sahəsinin Şərəfə kəndində məskunlaşmış, məcburi köçkün İddiaçı kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 15 il müddətinə icarəyə verilməsinə dair bələdiyyə ilə İddiaçı arasında müqavilə bağlanması və torpağın ona icarəyə verilməsi, İddiaçı icarəyə götürdüyü torpağın icarə haqqını hər il vaxtında Şərəfə bələdiyyəsinin rayon bankındakı xüsusi hesabına ödənilməsi qeyd olunmuşdur.

2. Masallı Rayon Statistika İdarəsinin məktubuna əsasən, Masallı Rayon Statistika İdar əsində kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin qeydiyyatı aylıq dövrülüklə rayon ərazisində bu sahə üzrə məşğul olan fiziki şəxslərdən seçmə üsulu ilə aparılır. Rəsmi statistikanın elektron məlumat bazasına əsasən 2022-ci ilin iyul ayı üzrə qiymətlər quru ot üçün 3.60 manat, yonca üçün isə 4.50 manat təşkil edir.

3. İş materiallarında olan videodiskdə 20 iyul 2022-ci il tarixdə İddiaçı ilə Cavabdeh2, o cümlədən sonuncu ilə Şahid2 arasında mübahisə olmuş, Cavabdeh2 onların sahəyə gəlməsinə, çəkiliş aparmalarına etiraz etmişdir. Videogörüntüdən məlum olur ki, biçilmiş yonca bağlanmış vəziyyətdə yerdədir, hər hansı şəxs tərəfindən aparılması müəyyən olunmur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlərə qarşı 8000 manat yonca preslərinə görə, mənəvi zərərə görə 10000 manat pul məbləğinin tutulması, Masallı rayon Şərəfə bələdiyyəsinin sədri Cavabdeh1 vəzifə səlahiyyətlərini aşaraq, özbaşınalıq nəticəsində qanunazidd hərəkətlər və hərəkətsizlik edərək Cavabdeh2 tərəfini saxladığına görə barəsində xüsusi qərardad çıxarılaraq Azərbaycan Respublası Baş Prokurorluğuna göndərilməsinə dair qərar qəbul edilməsi tələbi barədə məhkəmədə iddia qaldırmışdır.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masallı rayon Şərəfə Bələdiyyəsi tərəfindən verilmiş 24 iyul 2021-ci il tarixli 46/50 saylı arayışda qeyd olunmuşdur ki, Hacıyev X3 rayon Şərəfə Bələdiyyəsi tərəfindən 2003-cü ildə verilmiş 2.60 ha icarə torpağının icarə haqqını vaxtında ödəmiş, heç vaxt icarə müddətində icarə haqqının ödənilməsində gecikməyə yol verməmişdir. Şərəfə kənd bələdiyyəsi cavab məktubunda qeyd etmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 818 nömrəli fərmanına əsasən ölkədə və eləcə də Masallı rayonunun Şərəfə kəndi ərazisində torpaqların elektron uçotu işi aparılmışdır. Həmin uçot işləri yekunlaşdıqdan sonra nəzərdə tutulan icarə torpaqların icarəyə verilməsi məsələsinə baxılacaqdır. İcarəçi icarəyə götürdüyü torpaq sahəsini subicarəyə yalnız bələdiyyələrin razılığı ilə verə bilər. Bələdiyyə mülkiyyətində olan torpaqların hərraclar və ya müsabiqələr vasitəsilə icarəyə verilməsini qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi orqanı təşkil edir”. Bələdiyyənin bu məktubda qeyd etdikləri onun icarəyə götürdüyü t orpaqdan istifadə etməsinə qətiyyən mane olmur. Çünki bələdiyyənin qeyd etdikləri həyata keçənə qədər torpaq onun istifadəsində olmalıdır, ona görə ki, həmin ərazi 19 ildir ki, onun istifadəsindədir. Bələdiyyə onun heç bir qanun pozuntusuna yol vermədiyi halda qeyd olunan torpağı onun əlindən qeyri-müəyyən şəraitdə almaq istəyir. Halbuki, icarəsində olan torpağın istifadəsi ilə bağlı bələdiyyənin ona qarşı hər-hansı bir pretenziyası olmamışdır. 19 iyul 2022-ci il tarixdə Cavabdeh2 istifadəsindəki yuxanda qeyd olunan yonca sahəsindəki yoncanı biçdiyinə görə DİN-nin 102 çağrı mərkəzinə zəng edərək məlumat vermişdir. Masallı RPŞ-dən bu məsələyə qarşı reaksiya görmədikdən sonra Bakı şəhərində yerləşən “X5”nə gedərək onun müharibə veteranının başına gətirilən müsibətlər barədə “X5”nin baş redak toru Şahid2 danışmışdır. O, da 20 iyul 2022-ci il tarixdə hüquqşünas araşdırmaçı müxbir Şahid1 ilə birlikdə Masallı rayon Şərəfə kəndinə onunla birlikdə gəlmişlər. Həmin vaxt Cavabdeh2 və oğlu Şövqinin torpaq sahəsində olduqlarını və torpaq sahəsində əkdiyi yoncanı preslərə bağlayaraq apardıqlarını görmüşlər. Orada Cavabdeh2 böyük münaqişə yaratmışdır. Bununla bağlı “X5”nin baş redaktoru Şahid2 DİN-nın 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bu hadisə ilə bağlı Cavabdeh2 AR Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilmiş və ona 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Buna baxmayaraq Cavabdeh2 onun yonca otunu talayaraq aparmasına davam etmişdir. Cavabdeh2 20 iyul 2022-ci il tarixdə yonca otunu biçib aparması nəticəsində ona 4000 manat maddi ziyan dəymişdir. Əlavə olaraq cavabdehlərin uzun müddət ərzində onu əsəbləşdirməsi, narahatlıq yaratması kimi hallar nəzərə alınmalıdır.

6. Məhkəmə baxış iclasında Cavabdeh2 iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, birinci biçimi İddiaçı özü aparmış, ikinci biçimi o aparmaq istəyəndə isə Həşim mane olaraq aparmış və bunla bağlı polisə şikayət etmişdir. O, cəmi 250 ədəd pres aparmışdır, orada mübahisə düşmüş, sonra polis rəisinin sözü qalan presləri aparmamış, Həşim özü Salyan rayonundan olan Kamran adlı şəxsə satmışdır. Üçüncü biçimi bağlatdıranda, polis presi yerə boşaltmışdır. Preslər yaş olduğuna görə fermaya paylanmışdır. Dördüncü biçim olmamışdır. Odur ki, iddianın ona münasibətdə rədd olunmasını xahiş etmişdir.

7. Məhkəmə baxış iclasında cavabdeh Şərəfə bələdiyyəsinin sədri Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, ona münasibətdə tamamilə əsassızdır. Bələdiyyədə olan ilkin icarə sənədlərinə əsasən İddiaçılə icarə müqaviləsi 5 il müddətinə bağlanmış, lakin Həşimdə olan müqavilədə texniki olaraq 15 il qeyd olunmuşdur. Əvvəllər Həşim həmin torpaq sahəsini istifadə etsə də, Şərəfə kəndindən Cavanşir adlı şəxsə subicarəyə bələdiyyənin razılığı olmadan vermiş və son bir neçə ili torpaqdan o, istifadə etmişdir. Hal-hazırda torpaq sahəsindən şəhid ailəsi istifadə edir. Onun mübahisəyə aidiyyəti yoxdur, ona görə də iddianın rədd olunmasını xahiş etmişdir.

8. Şahid3 ifadəsində bildirmişdir ki, sahəni həmişə İddiaçı əkmişdir. Cavabdeh2 son iki ildə mübahisəli sahəyə daxil olmuşdur. 2022-ci ilin payızında bir hissəsini Cavabdeh2, digər hissəsini i sə şəhid ailələri biçmişdir.

9. Şahid2 ifadəsində bildirmişdir ki, 20 iyul 2022-ci ildə İddiaçı müraciətinə əsasən “X5”nin nümayəndəsi kimi əraziyə Şahid1 ilə birlikdə gəlmişlər. Onlar mübahisəli əraziyə getmiş və Cavabdeh2 onunla mübahisə etmişdir. Həmin vaxt yonca sahəsinin biçilməsini və bağlanmasını görmüşdür.

10. Şahid1 Şahid2 ilə eyni məzmunda ifadə vermişdir.

11. Masallı Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 2(050)2779/2023 nömrəli, 27 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim:Habil Bəhmənov) iddianın qismən təmin edilməsi, Cavabdeh2 maddi ziyana görə 1000 manat alınaraq İddiaçı ödənilməsi, iddianın X2 və digər tələblərə münasibətdə hissədə təmin edilməməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh2 t ələb olunan maddi ziyanla bağlı qismən məsuliyyət daşıyır. Belə ki, işin halları ona əsas verir ki, Cavabdeh2 yonca sahəsini biçib aparmaqda maraqlı olmuşdur. Lakin onun bütünlüklə ot bağlamalarını aparması təsdiq olunmadığına görə, özünün etiraf etdiyi həddə, yəni 250 ədəd ot bağlamasına görə mülki məsuliyyət daşımalıdır.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, torpaq sahəsini istifadə etməyə görə icarə müqaviləsinin müddəti bitmiş olsa da, 2022-ci ilin iyul ayına qədər faktiki olaraq torpaq sahəsini İddiaçı əkməsi və biçməsi təsdiq olunur. Ona görə əkindən əldə olunan fayda da ona aid edilməlidir.

14. Birinci instansiya məhkəməsi ödənilməli olan maddi ziyan məbləğini müzakirə edərək qeyd etmişdir ki, Masallı Rayon Statistika İdarəsinin rəsmi məlumatına əsasən 2022-ci ilin iyul ayı üzrə yonca bağlamasının bir ədədinin qiyməti 4.50 manat təşkil etdiyinə görə, iddiaçının tələb etdiyi qiymət, yəni 4 manat nəzərə alınmalı və 250 ədəd yonca bağlamasına görə 1000 manat maddi ziyan Cavabdeh2 alınaraq İddiaçı ödənilməlidir.

15. Birinci instansiya məhkəməsi iddianın Cavabdeh1 və mənəvi ziyana görə 10000 manat pul tələblərinə münasibətdə qeyd etmişdir ki, mübahisənin Cavabdeh1 aidiyyəti olmadığına, o cümlədən mənəvi ziyan hissədə tələb ümumiyyətlə sübuta yetmədiyinə görə həmin hissəsində iddia əsassızdır.

16. Birinci instansiya məhkəməsi xüsusi qərardad çıxarılma tələbi ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265-ci maddəsinin tələbi baxımından xüsusi qərardadın qəbul edilməsi məhkəmənin müstəsna səlahiyyətinə aiddir və iddiaçının həmin tələblə bağlı iddia qaldırmaq hüququ yoxdur.

17. Məhkəmə həmin nəticəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 21.1, 21.2, 21.3, 1096.1, 1097.1, 152.3-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır.

20. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır.

22. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(106)-593/2024 nömrəli, 15 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Tofiq Heydərov (sədrlik edən və məruzəçi), İlham Əsədov və Samir Mayılov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya instansiya məhkəməsi iddiaçının yonca preslərinə görə vurulmuş 8000 manat maddi ziyan tələbi ilə bağlı qeyd etmişdir ki, Cavabdeh2 tələb olunan maddi ziyanla bağlı qismən məsuliyyət daşıyır. Belə ki, işin halları ona əsas verir ki, Cavabdeh2 yonca sahəsini biçib aparmaqda maraqlı olmuşdur. Lakin onun bütünlüklə ot bağlamalarını aparması təsdiq olunmadığına görə, özünün etiraf etdiyi həddə, yəni 250 ədəd ot bağlamasına görə mülki məsuliyyət daşımalıdır. Apellyasiya instansiya məhkəməsi cavabdehin həmin hissədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir və qeyd etmişdir ki, Cavabdeh2 vurulmuş maddi ziyana münasibətdə təqsirli olması iş materiallarında olan mötəbər sübutların məcmusu ilə tam təsdiq olunur.

24. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, torpaq sahəsini istifadə etməyə görə icarə müqaviləsinin müddəti bitmiş olsa da, 2022-ci ilin iyul ayına qədər faktiki olar aq torpaq sahəsini İddiaçı əkməsi və biçməsi təsdiq olunur. Ona görə əkindən əldə olunan fayda da ona aid edilməlidir. Digər tərəfdən apellyasiya instansiya məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə, yəni 8000 manat maddi ziyan tələbi ilə bağlı qeyd etmişdir ki, Masallı Rayon Statiska İdarəsinin rəsmi məlumatına əsasən 2022-ci ilin iyul ayı üzrə yonca bağlamasının bir ədədinin qiyməti 4.50 manat təşkil etdiyinə görə, iddiaçının tələb etdiyi qiymət, yəni 4 manat nəzərə alınmalı və 250 ədəd yonca bağlamasına görə 1000 manat maddi ziyan Cavabdeh2 alınaraq İddiaçı ödənilməlidir. Birinci instansiya məhkəməsinin İddiaçı Cavabdeh2 tərəfindən yonca sahəsini biçib apardığına görə maddi ziyan vurulması və həmin maddi ziyanın məbləğinin 1000 həddində olması ilə bağlı gəldiy i nəticəni qanuni və əsaslı hesab edilməlidir.

25. İddiaçının digər Cavabdeh1 və mənəvi ziyana görə 10000 manat pul tələbinə dair iddiasının əsasını özünün iddia ərizəsində göstərdiyi kimi, “iddiaçı bu tələbini Cavabdeh1 ona görə yönəldir ki, o, onunla Cavabdeh2 arasında yaranmış mübabahisədə Cavabdeh1 müdafiə etməsi ilə əlaqələndirir. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddianın Cavabdeh1 qarşı iddiasının əsaslarının və aidiyyətinin olmaması, o cümlədən mənəvi ziyan hissədə tələb ümumiyyətlə sübuta yetmədiyinə görə həmin hissədə iddia əsassızdır. İş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı apellyasiya şikayətinin dəlillərində ona vurulmuş maddi ziyanın 8000 manat miqdarında olduğunu, həmçinin cavabdehlər tərəfindən ona 10000 manat mənəvi zərər vurulduğ unu qeyd etsə də, həm maddi ziyanın miqdarı həm də ümumiyyətlə mənəvi zərərin əsaslılığını təsdiq edəcək sübut növünü məhkəməyə təqdim edə bilməmişdir.

26. Apellyasiya instansiya məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi maddi və mənəvi ziyanın müəyyən edərkən qanunvericiliyin tələblərini rəhbər tutmuş bununla da, düzgün qətnamə qəbul etmişdir. Belə ki, iddiaçının iddia tələbi üzrə birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş sübutlara Mülki Prosessaul Məcəlləsinin 88-ci maddəsinin dispozisiyasına uyğun araşdırma apararaq müəyyən etmişdir ki, vurulmuş maddi ziyanın məbləği kimi iddiaçının irəli sürdüyü 8000 manat hər hansı bir sübutla öz təsdiqini tapmır, iddiaçı bununla bağlı hər hansı sübut təqdim edə bilmir, cavabdeh isə izahatında yalnız 250 pres ot apardığını təsdiq edir. Buradan belə nəticəyə gəlmək olar ki, iddiaçı 8000 manat dəyərində yonca presinin cavabdehlər tərəfindən götürüldüyünü sübut edə bilmir, cavabdeh isə 250 ədəd yonca presini götürdüyünü etiraf edir. Belə olan halda bir mənalı şəkildə iddiaçının iddia tələbi qismən əsaslı hesab edilməli, cavabdehin apellyasiya şikayətinin dəlilləri isə əsassız hesab edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

28. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarını düzgün və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, sübutları tam araşdırmamış və nəticədə ədalətsiz qətnamə qəbul etmişdir.

29. İddiaçı kassasiya şikayətini Mülki Məcəllənin 21, 1096, 1097, 1101-ci, Mülki Prosessual Məcəllənin 7, 14, 77, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

31. Maddə 21.2. Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

32. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə ed ilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

33. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassas iya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya i nstansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İ ş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçının iddia tələbi üzrə birinci instansiya məhkəməsi əldə edilmiş sübutlara Mülki Prosessaul Məcəllənin 88-ci maddəsinin dispozisiyasına uyğun araşdırma apararaq müəyyən etmişdir ki, vurulmuş maddi ziyanın məbləği kimi iddiaçının irəli sürdüyü 8.000 manat hər hansı bir sübutla öz təsdiqini tapmır, iddiaçı bununla bağlı hər hansı sübut təqdim edə bilmir, cavabdeh isə izahatında yalnız 250 pres ot apardığını təsdiq edir. Burada n belə nəticəyə gəlmək olar ki, iddiaçı 8.000 manat dəyərində yonca presinin cavabdehlər tərəfindən götürüldüyünü sübut edə bilmir, cavabdeh isə 250 ədəd yonca presini götürdüyünü etiraf edir.

47. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

48. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkə məsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

50. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rə hbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-593/2024 nömrəli, 15 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar