Məhkəmə qərarları › İş №2(102)-3070/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3070/2021

06.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3070/2021 06.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və “xxxx” MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: prosessual müddətin ötürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, cavabdehlərin vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2603/2021 nömrəli iş üzrə 25 yanvar 2021-ci il tarixli qərardadından cavabdehlər Cavabdeh1 və “xxxx” MMC tərəfindən verilmiş kassasiya ş ikayətlərinə dair işə 06 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, Xətai Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli qətnaməsi 14.09.2020-ci il tarixdə poçt vasitəsilə “xxxx” MMC-nin və onun direktoru Cavabdeh1 ünvanına göndərilmiş və “xxxx” MMC-yə 29.09.2020-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Qətnamənin göndərilməsi ilə bağlı Cavabdeh1 ünvanlanmış məktub isə çatdırılmadan geri qaytarılmış və iş materiallarına əlavə edilmişdir.

2. Həmçinin iş materiallarından görünür ki, cavabdehlər apelyasiya şikayətlərini 13.11.2020-ci il tarixində vermişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabd eh1 və “xxxx” MMC-yə qarşı – cavabdeh tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat X1 və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanladığı 09.12.2019-cu il tarixli şikayətində Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumsiyasına müdaxilə edilərək onların barəsində həqiqətə uyğun olmayan, şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən ifadələrdən istifadə edilərək onlara maddi və mənəvi ziyan vurulduğu üçün Cavabdeh1 üzərinə Azərbaycan Respublikasının İqtisadiyyat X1 və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanladığı 09.12.2019-cu il tarixli şikayətdə göstərilən xüsusatların həmin orqanlara müraciət yazaraq təkzib edilməsi, həmçinin cavabdehin üzərinə yazdığı təkzibdə onlardan üzr istəməsi, o cümlədən notariat qaydasında təsdiq edilmiş ərizə ilə onlardan üzr istəmək vəzifəsinin qoyulması, Cavabdeh1 təqsirsizlik prezumpsiyasına müdaxilə edərək onların şərəfinə, ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirdiyinə görə 50000 manat maddi ziyanın, 50000 manat mənəvi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun ümumilikdə 100030 manat pul vəsaitinin cavabdehdən alınaraq onlara verilməsi barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir..

4. Xətai Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli, 2(011)-1286/20 nömrəli qətnaməsi ilə (hakim L.Rəhimli) iddiaçılar İddiaçı1 və İddiaçı2 oğunun cavabdehlər “xxxx” MMC-yə və onun direktoru Cavabdeh1 qarşı “şərəfi, ləyaqəti və işgüzar nüfuzu ləkələyən yalan məlumatların təkzib edilməsi, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiaları qismən t əmin edilmiş, “xxxx” MMC-nin rəhbəri Cavabdeh1 Azərbaycan Respublikasının İqtisadiyyat Naziri cənab Mikayıl Cabbarova, həmçinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanladığı şikayətində yazdığı “Azərbaycan Respublikasının iqtisadiyyatının inzibati strukturunda, o cümlədən vergi sistemində ciddi islahatların aparıldığı bir dövrdə vergi auditi sahəsində təəssüflə olsa belə qeyd etməyə məcbur oluruq ki, hələ də bəzi məqamlarda məhz gizli qüvvələrin təsiri, müdaxiləsi və təzyiqləri hesabına ləngimələr müşahidə edilməkdədir. Artıq uzun müddətdir ki, hamıya gün kimi aydın və məlum səbəbdən – MMC-nin həmtəsisçisi olan İddiaçı1 nümayəndəsinin tamamilə qanunsuz müdaxilələri, saxta sənədlər təqdim etmələri, iftira dolu məzmunda çoxsaylı şikayətləri ilə bu yoxlama 650 gündür ki, uzadılmaqdadır. Bundan əlavə, MMC-nin digər təsisçisi İddiaçı1 adından və onun nümayəndəsi İddiaçı2 tərəfindən Azərbaycan Respublikasının demək olar ki, bütün hüquqmühafizə səlahiyyətli dövlət orqanlarına və onların tabeli mərkəzi və yerli strukturlarına müxtəlif iqtisadi-maliyyə mövzularında qanun pozuntusu halları ilə bağlı şər-böhtan xarakterli çoxlu sayda şikayət formalı müraciətlər edilmiş.. Möhtərəm cənab Nazir, Sadalanan faktları bu müddət ərzində yoxlama ilə bağlı hər bir görüşdüyümüz vergi orqanının strukturunun rəhbəri ilə müzakirədə söyləmişik. Təəssüflü olsa da, bu görüşlərin hər dəfəsində “kənar qüvvələrin müdaxiləsinin, təzyiqinin və təhdidinin təsir xəttini, çirkin əllərin mövcudluğunu” tərtib edilmiş aktların məzmununda görmüşük. Güman edirik və inanırıq ki, bu dəfə “həmin qara qüvvələ r” yeni İqtisadiyyat Nazirliyinə, onun qanuni siyasətinə heç bir təsir göstərə bilməyəcəkdir” cümlələrində İddiaçı1 və İddiaçı2 oğu barəsində yazılan məlumatların əsassız, İddiaçı1 və İddiaçı2 oğunun işgüzar nüfuzunu ləkələyən məlumatlar kimi qiymətləndirilməsi və hazırkı qətnamə qanuni qüvvəyə minərək icraya yönəldiyi tarixdən sonrakı gün Cavabdeh1 və “xxxx” MMC tərəfindən eyni qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Naziri cənab Mikayıl Cabbarova və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət məktubu ünvanlanaraq həmin məlumatların həqiqətə uyğun olmaması barədə təkzib verilməsi vəzifəsinin («Təkzib» başlığı altında, başlığı və mətni təkzib edilən məlumatın çap edildiyi şriftlə) Cavabdeh1 və “xxxx” MMC-nin üzərinə qoyulması, Cavabdeh1 və “xxxx” MMC-dən müştərək qaydada İddi açı1 xeyrinə vurulmuş mənəvi zərərin kompensasiyası kimi 5000 (beş min) manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 15 (on beş) manat, cəmi 5015 (beş min on beş) manat məbləğində pulun tutulması, Cavabdeh1 və “xxxx” MMC-dən müştərək qaydada İddiaçı2 xeyrinə vurulmuş mənəvi zərərin kompensasiyası kimi 5000 (beş min) manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 15 (on beş) manat, cəmi 5015 (beş min on beş) manat məbləğində pulun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 200 (iki yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh1 və “xxxx” MMC-dən müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırılması zamanı C avabdeh1 digər cavabdeh “xxxx” MMC-nin adından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanladığı şikayətdə iddiaçılar barədə yazdığı məlumatların həqiqəti əks etdirdiyini və doğruluğunu sübuta yetirə bilməmişdir.

6. Odur ki, məhkəmə hesab etmişdir ki, Cavabdeh1 tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanlanmış şikayətdə İddiaçı1 və İddiaçı2 barəsində istifadə edilən saxta sənəd düzəltmə, qanunsuz əməllərlə məşğul olma, şər-böhtan, təzyiq, təhdid, iftira kimi əməllərlə məşğul olmaları yönündə olan fikirlər böhtan xarakterli məlumatlar olmaqla, həqiqəti əks etdirmir və iddiaçıların işgüzar nüfuzunu ləkələyir.

7. Məhkəmə göstərilən şikayətdə iddiaçılar barədə qeyd edilən məlumatların onların şərəf və ləyaəqtini alçaldan məlumatlar hesab edilməməsinə dair qeyd etmişdir ki, həmin məlumatlar iddiaçıların yalnız iş münasibətləri ilə əlaqədar yazılmaqla, onların yalnız işgüzar nüfuzuna toxunan məlumatlardır. Belə ki, həmin məlumatlar iddiaçıların şərəfini, yəni əxlaqi, mənəvi, mədəni keyfiyyətlərini, yaxud ləyaqətini, yəni şəxsin özünə verdiyi qiymətini ləkələyən məlumatlar deyildir.

8. Bundan başqa məhkəmə hesab etmişdir ki, şəxsin üzərinə ”üzr istənilməsi” öhdəliyinin qoyulması Konstitusiya və dövlətimizin qoşulduğu beynəlxlaq sənədlərdə imperativ qaydada müəyyən olunmuş ifadə azadlığının məhdudlaşdırılması, şəxsin ləyaqətinin alçaldılması kimi qəbul edilməlidir. Həmçini n mülki mühakimə icraatında təkzib və cavabla yanaşı, zərərin əvəzinin ödənilməsi ilə mübahisənin həllinə nail olmaq olar. Odur ki, iddia qeyd edilən hissədə təmin edilməməlidir.

9. Həmçinin iddiaçılar tərəfindən tələb edilən 50000 manat məbləğində maddi zərərlə bağlı iddia tələbi iddiaçılar tərəfindən sübuta yetirilmədiyindən təmin edilə biməz.

10. Bununla yanaşı iddiaçılar barədə cavabdehlər tərəfindən dövlət orqanlarına ünvanlanan şikayətdə göstərilən məlumatlar onları nüfuzdan salan və işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab olunduğundan, həmin məlumatların yayılması nəticəsində iddiaçılar mənəvi sarsıntı və iztirablar keçirmişlər. Məhkəmə həmçinin hesab edir ki, şikayətdə yazılan məlumatlar cavabdeh “xxxx” MMC-nin adından onun direktoru Cavabdeh1 tərəfindən yayıldığından və iddiaç ı tərəfindən tələb hər iki cavabdehə qarşı irəli sürüldüyündən mənəvi zərərin əvəzi cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Lakin məhkəmə qeyd edir ki, keçirdiyi fiziki və mənəvi sarsıntıların dəyəri iddiaçılar tərəfindən sübuta yetirilməli olduğu halda, cavabdehlər tərəfindən onlara məhz 50000 manat məbləğində mənəvi ziyanın dəyməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, cavabdehlərdən müştərək qaydada dəymiş mənəvi zərərin əvəzi olaraq tutulacaq pul vəsaitinin məbləği iddiaçıların hər birinin xeyrinə 5000 manat məbləğində müəyyən olunmalıdır.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – MM) 23-cü, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88, 107, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Qətnamədən cavabdehlər apellyasiya şikayətləri vermişlər.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2603/2021 nömrəli iş üzrə 25 yanvar 2021-ci il tarixli qərardadı ilə (hakimlər A.İsgəndərov-sədrlik edən və məruzəçi, İ.Kərimli və E.Kazımov) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli 2(011)-1286/20 saylı qətnaməsindən cavabdehlər “xxxx” MMC və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə apellyasiya qeyrimümkün hesab edilmiş və apellyasiya şikayətləri mülki işlə birlikdə həmin məhkəməyə qaytarılmışdır.

14. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, Xətai Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli qətnaməsi 14.09.2020-ci il tarixdə poçt vasitəsilə “xxxx” MMC-nin və onun direktoru Cavabdeh1 ünvanına göndərilmiş və “xxxx” MMC-yə 29.09.2020-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir (i.v 153.). Qətnamənin göndərilməsi ilə bağlı Cavabdeh1 ünvanlanmış məktub çatdırılmadan geri qaytarılmış və iş materiallarına əlavə edilmişdir. Cavabdeh1 “xxxx” MMC-nin direktoru olduğundan qətnamə MPM-nin 135.3-cü maddəsinin tələbinə müvafiq olaraq ona iş yeri üzrə çatdırılmış sayılır.

15. Göründüyü kimi, cavabdeh “xxxx” MMC və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri qanunla nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi ilə verilmiş, prosessual müddətin bərpasına dair ərizə təqdim edilməmişdir..

16. Qərardaddan cavabdehlər kassasiya şikayətləri vermişdir. Kassasiya ş ikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh1 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və apelyasiya şikayətinin mümkün sayılması ilə əlaqədar növbəti prossesual hərəkətlərin edilməsi üçün mülki işin həmin məhkəməyə qaytarılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, iddia ərizəsi üzrə ayrıca cavabdehdir, ona verilməli sənədlər ünvanı üzrə göndərilməlidir. “X MMC-yə göndərilən sənədlər ona çatmış kimi qəbul edilə bilməz. Apelyasiya instansiyası məhkəməsi iş üçün əhəmiyyət kəsb edən bu məqamı araşdırmamış və posessual hüquq normalarının tələblərini pozmuşdur.

19. Cavabdeh “xxxx” MMC kassasiy a şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və apelyasiya şikayətinin mümkün sayılması ilə əlaqədar növbəti prossesual hərəkətlərin edilməsi üçün mülki işin həmin məhkəməyə qaytarılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “xxxx” MMC-nin ünvanı kimi ünvan 2əmə sənədləri həmin ünvana göndərilmişdir. Halbuki, “xxxx” MMC 05.11.2016-cı il tarixdən həmin ünvanda fəaliyyət göstərmir və bu ünvandan çıxarılmışdır. Apelyasiya instansiyası məhkəməsi iş üçün əhəmiyyət kəsb edən bu məqamı araşdırmamış və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçıla rının izahatları

22. Cavabdehlərin vəkili izahat verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və apelyasiya şikayətinin mümkün sayılması ilə əlaqədar növbəti prossesual hərəkətlərin edilməsi üçün mülki işin həmin məhkəməyə qaytarılması barədə yeni qərar qəbul olunmasını xahiş etdi.

23. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçılar hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

24. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmam asına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

25. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

26. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdehlər apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prossesual Məcəllə

28. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.(maddə 129.1)

29. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. (maddə 130.1)

30. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. (maddə 130.3)

31. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. (maddə 133.1)

32. Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilərsə, o, geri qaytarılır (maddə 363.1.3)

33. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. (maddə 366.2)

34. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

35. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən pros essual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Məhkəmə kollegiyası kassasiya şikayətində qeyd edilən dəlillərlə bağlı qeyd edir ki, həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz.

38. Belə ki, iş materiallarından görünür ki, Xətai Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli qətnaməsi 14.09.2020-ci il tarixdə poçt vasitəsilə “xxxx” MMC-nin və onun direktoru Cavabdeh1 ünvanına göndərilmiş və “xxxx” MMC-yə 29.09.2020-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir (i.v 153.).

39. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, “xxxx” MMC kassasiya şikayətində 05.11.2016-cı il tarixdən X ünvanda fəaliyyət göstərmədiyini iddia etsədə, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə ünvanlanmış 09.12.2019-cu il tarixli şikayət ərizəsində məhz həmin ünvan qeyd edilmişdir.

40. Məhkəmə kollegiyası Cavabdeh1 kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Cavabdeh1 yaşayış ünvanı ünvan 3ətnamə rəsmi qaydada həmin ünvana göndərilmişdir.

41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və “xxxx” MMC tərəfindən verilmiş kassa siya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2603/2021 nömrəli iş üzrə 25 yanvar 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar