Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3076/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zərərin ödənilməsi, qaz sayğacına qanunsuz qoşulma, sübut etmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2996/2024 nömrəli, 21 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 11 sentyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı və ya İddiaçı) ilə istehlakçı Cavabdeh (bundan sonra – cavabdeh) arasında xx.xx.2017-ci il tarixdə bağlanmış qazın alqı-satqısı barədə müqaviləyə əsasən, cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə G-4 Zenner markalı, 12527449 nömrəli qaz sayğacı quraşdırılmışdır. 2.Həmin ünvanda qaz sayğacına baxış keçirilmiş, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 17 akt tərtib edilmişdir. Abonentin imzalamadığı aktlarda qeyd olunmuşdur ki, ünvanda sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir. 3.Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2994/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçının cavabdehə qarşı xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək tərtib edilmiş aktlar əsasında 6653,40 manat məbləğində pulun cavabdehdən tutulması tələbinə dair iddiası qismən təmin edilərək cavabdehdən 653 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 10 manat tutularaq İddiaçıa ödənilməsi qət edilmişdir. 4.Qətnamə qanuni qüvvəsini almışdır. (Bakı Apellyasiya Mülki kollegiyasının 2(103)7746/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1762/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı) 5.Abonentin (cavabdehin) saldosunda qeyd olunmuşdur ki, cavabdehin tərtib olunan aktlar üzrə tələb olunan qaz sərfiyyatına görə aktlar üzrə borcu 8812,80 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi (tələbin azaldılması barədə ərizə) ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək, 2020-ci ilin oktyabr ayından 2021-ci ilin sentyabr ayınadək aktlar əsasında hesablanmış 3038,40 manatın və 2022-ci ilin dekabr ayında akt əsasında hesablanmış 8812,80 manatın və debitor borcuna görə 94,10 manatın, ümumilikdə 11945,3 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumuna görə 128,97 manat pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, İddiaçıın işçiləri tərəfindən cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz sayğacına özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halları aşkar olunaraq aktlaşdırılmışdır. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar İddiaçıın əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır.
8. İddiaçı tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 14.2.6, 21, 386, 4412, 443.1 və 448.2-ci maddələrinə istinad etmişdir.
9. Birinci instansiya məhkəməsi cavabdehin yaşadığı ünvan 2 ünvana yerində baxış keçirərək müəyyən etmişdir ki, cavabdehin evinə gedən sayğacdan kənar xətt aşkar edilməmişdir. Eyni zamanda cavabdehin yaşadığı ünvanın dəmir darvazasının sol tərəfində yerləşən hasarın qutaracağı hissəsində qaz xəttində əvvəl əlavə xəttin quraşdırılması izinin mövcud olması aşkar edilmişdir. Aşkar olunmuş hala münasibətdə cavabdeh bildirmişdir ki, əvvəl sayğac quraşdırılanadək onun qeyri-qanuni xətti olmuşdur. Lakin həmin xətt ləğv edilmiş və ünvanına 2020-ci ilin aprel ayında sayğac quraşdırılmışdır. Bu vaxtdan sonra o, qazdan qeyri-qanuni xətt vasitəsilə istifadə etməmişdir. Yerində müayinə zamanı dindirilmiş İddiaçıın Bakı Regional Qazın Satışı Departamenti sayğacların idarə edilməsi şöbəsinin çilingəri X1 bildirmişdir ki, hazırda 3 aydır ki, İddiaçıın Şüvəlan qəsəbəsi üzrə ərazi şöbəsində işləyir. Tərtib edilmiş aktlar isə digər əməkdaşlar tərəfindən tərtib edilmişdir. Buna görə, 2020-ci ilin oktyabr ayından 2022-ci ilin dekabr ayınadək ünvanda qeyri-qanuni xətt vasitəsilə qazdan istifadə edilməsi barədə məlumatı yoxdur.
10. Cavabdeh birinci instansiya məhkəməsində iddiaya etiraz edərək göstərmişdir ki, onun evinə qaz xəttindən qeyri-qanuni xətt çəkilməmişdir.
11. Xəzər Rayon Məhkəməsinin e-2(003)-237/2024 nömrəli, 15 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 94,10 manat məbləğində debitor borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun qalan 98,97 manat hissəsinin iddiaçının özünə aid edilməsi qət edilmişdir. (hakim İlham Cəfərzadə) 12.Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə görə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibat i xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. 13.Birinci instansiya məhkəməsi göstərmişdir ki, hazırda cavabdehdən qeyri-qanuni xətt vasitəsilə qazdan istifadə edilməsinə görə tərtib edilmiş aktlar əsasında dəymiş zər ər tələb olunmasına baxmayaraq, həmin aktların tərtib edilməsinə əsas olmuş hallarla bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, eyni zamanda həmin aktların qanunvericiliyin tələblərinə riayət olunmaqla tərtib edilməsi də sübuta yetirilməmişdir. İddianın əsaslığı təşkil edən qeyd olunan hallar məhkəmə araşdırılması zamanı da müəyyən edilməmişdir. Odur ki, həmin aktların etibarlı hesab edilməsinə, o cümlədən həmin aktların tərtib edilməsinə əsas olmuş halların mövcud olmasına dəlalət edən sübutlar olmadığından qeyri-qanuni xəttin aşkar olunması barədə akt əsasında hesablanmış ziyanın cavabdehdən tələb edilməsi əsassızdır. Bu zaman nəzərə alınmalıdır ki, iddianın əsaslığının sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəməyə isə qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib edilmə miş aktlardan başqa, hər hansı bir sübut təqdim edilməmişdir. 14.Birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən 2020-ci ilin oktyabr ayından 2021-ci ilin sentyabr ayınadək aktlar əsasında hesablanmış 3038,40 manatın və 2022-ci ilin dekabr ayında akt əsasında hesablanmış 8812,80 manatın tələb olunması əsassızdır. 15.Eyni zamanda birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, işin araşdırılmış hallarına görə cavabdehin istifadə edilmiş qaza görə dəyəri ödənilməmiş 94,10 manat borcu vardır. Odur ki, həmin məbləğdə borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 16.İddia tələbi hüquqi yardım üçün ödənilmiş 400 manat məbləğində pulun tutulması hissəsində də təmin edilməməlidir. Belə ki, bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişd ir. 17.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 21.1, 385.1, 425.1, 427.3-cü, “Qaz təchizatı haqqında” Qanunun 20-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 18.İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 19.Şikayət belə əsaslandırılmışdır ki, qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar cavabdeh tərəfindən İddiaçıa vurulmuş zərərləri sübut edir. Məhkəmə vurulmuş ziyanın faktiki hallarını müəyyən etməmi şdir. Cavabdeh vurulmuş ziyanın onun tərəfindən vurulmadığını bildirsə də, heç bir sənəd təqdim edə bilməmişdir. 20.Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2996/2024 nömrəli, 21 may 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov, Məhəmməd Rüstəmli)
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı daha əvvəl cavabdehdən xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək tərtib edilmiş aktlar əsasında 6653,40 manat məbləğində pulun tutulması barədə iddia qaldırmış və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci i l tarixli 2(003)-2994/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehdən 653 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 10 manatın tutularaq İddiaçıa ödənilməsi qət edilmişdir. Hazırda isə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2022-ci il tarixli akt əsasında hesablanmış borcu tələb edir. Məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı kənar xətt aşkar edilməmişdir. 22.Göründüyü kimi, iddiaçı əvvəlki iddia tələbində 30 sentyabr 2020-ci il tarixədək tərtib edilmiş akta görə borcları tələb etmiş və daha sonra isə növbəti aydan, yəni oktyabr ayından başlayaraq yenidən hər ay akt tərtib etmişdir. 23.İddiaçı zərərin tutulması üçün məhkəməyə daha tutarlı sübutlar təqdim etməlidir, məsələn, ilkin aktlar tərtib edildikdən sonra dərhal qaz xət tindən ayrılması, qanunsuz qoşulma nəticəsində təkrar hesablanmış zərərə dair cavabdehə akt, dəymiş ziyanın bərpasına dair tələbnamənin təqdim edilməsi, cavabdehə poçt vasitəsi bununla bağlı bildirişin göndərilməsi iş materiallarına əlavə edilməmiş, yalnız akt tərtib edilməsində maraqlı olan şəxslərin cavabdeh tərəfindən aktın qəbul edilməsindən imtina etməsi kimi qeyd yazılmışlar, bu isə özü-özlüyündə qanunsuz qaz xəttinə qoşulmasına dəlalət edə bilməz. 24.Apellyasiya instansiyası məhkəməsi onu da vurğulamışdır ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2022-ci il tarixdən qüvvədə olan 13-cü maddəsinin 8-1-ci bəndinin tələbinə görə, yalnız istehlakçının qazın talanmasında təqsirli olması səlahiyyətli orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz pa ylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 25.Cavabdeh barəsində ******* saylı akt xx.xx.2022-ci il tarixdə tərtib olunmuşdur. Yəni həmin akt üzrə zərər tələb etmək üçün cavabdehin təqsirli olmasını təsdiq edən səlahiyyətli orqanın və ya məhkəmənin qərarı mövcud deyildir. 26.Beləliklə müəyyən edilir ki, iddiaçı tərəfindən tərtib edilmiş aktlar cavabdeh tərəfindən imzalanmamış, həmin aktlar təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu hal da iddiaçının bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurur. Sonuncu akt üzrə isə cavabdehin təqsiri müəyyən olunmamışdır. 27.Apellyasiya instansiyası məhkəməsi də mövqeyini birinci instansiya məhkəməsinin istinad etdiyi maddi və prosessual hüquq normaları ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 28.İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. 29.Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehin əldə etdiyi qaz əslində iddiaçının mülkiyyətindədir. Cavabdehin bu qazı müqavilədə nəzə rdə tutulmuş şəkildə yox, qeyri-qanuni əldə etməsinə və cavabdehin vicdansız sahib olmasına baxmayaraq məhkəmələr bu halı araşdırmamış və qətnamə qəbul edərkən bunu nəzərə alınmamışlar. Məhkəmə qətnaməsində mübahisə olunan və ya tələb olunan məbləğin şişirdilməsini qeyd etsə də, iş üzrə hər hansı ekspertiza təyin etməmiş, işin tam, hər tərəfli və obyektiv həlli üçün hər hansı prosessual hərəkət etməmişdir. Belə ki, məhkəmələr cavabdehin etiraf etdiyi məbləğlə kifayətlənmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 30.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3 Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11 (6-cı bənd). Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə i stehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 13 (8.1-ci bəndi). Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bi r nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xü susiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Bənd 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bən d 6.5-6.7. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məh kəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418. 4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsin in qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə ye nidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş, təmin edilməyən hissədən iddiaçı şikayət vermiş, apellyasiya baxışının predmeti də təmin edilməyən hissə olmuşdur. Bu baxımdan, qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan hissə başa düşülür.
33. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya insta nsiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlmişdir.
36. İddia tələbi 2020-ci ilin oktyabrından 2021-ci ilin sentyabrınadək tərtib edilmiş aktlar əsasında 3038,40 manat və 2022-ci ilin dekabr ayında tərtib edilmiş akt əsasında hesablanmış 8812,80 manat zərərin, habelə 94,10 manat debitor borcun tutulması barədədir. 94,10 manat debitor borcu hissəsində iddia təmin edildiyi üçün həmin hissə mübahisə predmeti deyil, mübahisə zərərə aid iddianın təmin edilməyən hissəsi ilə bağlıdır.
37. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi həmin hissədə iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını işdəki sübutlarla müə yyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nətiucədə qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
38. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
39. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, bu dəlillər iddia tələbinin və apellyasiya şikayətinin də dəlilləri olmuş və məhz həmin dəlillərə qiymət verməklə apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsini qətnaməsini dəyişdirmədən saxlamışdır.
40. Həmçinin nəzərə alınmalıdır ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2022-ci il tarixdən qüvvədə olan 13-cü maddəsinin 8-1- ci bəndinin tələbinə görə, yalnız istehlakçının qazın talanmasında təqsirli olması səlahiyyətli orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
41. İşdən görünür ki, cavabdeh barəsində ******* saylı akt xx.xx.2022-ci il tarixdə, yəni “Qaz təchizatı haqqında” Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinin qüvvədə olduğu vaxt tərtib olunmuşdur. Həmin akt üzrə 8812,80 manat zərəri tələb etmək üçün cavabdehin təqsirli olmasını təsdiq edən səlahiyyətli orqanın və ya məhkəmənin qərarının olması isə müəyyən edilməmişdir. Halbuki, akt tərtib edilən zaman qüvvədə olan normanın tələbinə görə cavabdehin təqsirli olmasının təsdiqi üçün səlahiyyətli orqanın və ya məhkəmənin qərarı olmalı idi. Apellyasiya instansiyası mə hkəməsi də bu halı xüsusilə qeyd etmişdir.
42. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2996/2024 nömrəli, 21 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.