Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3080/2021 11.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3080/2021 (Açar sözlər: reyestrdə aparılmış qeydin bərpa edilməsi, məhkəmə aidiyyatı ) Bakı şəhəri, 11 iyun 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 vəkili Vəkil, maraqlı tərəf Sumqayıt Bələdiyyəsinin vəkili Salamov Nizami Məmməd oğlunun iştirakı ilə, İ ddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “mülkiyyət hüququnun bərpası” tələbinə dair ilk, Cavabdeh1 cavabdeh İddiaçı1 qarşı “torpaq sahəsində olan darvazanın və iki tərəfdən hasarın sökülməsi” barədə qarşılıqlı iddia tələbləri üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-202/2020 nömrəli 16 oktyabr 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və maraqlı tərəf Sumqayıt şəhər Bələdiyyəsinin kassasiya şikayətlərinə 11 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) İş üzrə birinci instansiya məhkəməsində icraat
1. İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək, ona məxsus Sumqay ıt şəhəri, Corat bağları ərazisində yerləşən sahəsi 0,03 ha olan 2344D saylı torpaq sahəsi üzərində 6 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 4Ə3/-453 reyesrt nömrəli 12.12.2009-cu il tarixli alqı-satqı müqaviləsi əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və 13 noyabr 2009-cu il tarixli, MA seriyalı, ******* saylı dövlət reyestrindən çıxarışın bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 2 saylı Ərazi İdarəsi iddia ərizəsi üzrə üçüncü şəxs kimi qoyulmuşdur.
3. İddia tələbi onunla əsaslandırılıb ki, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən sahəsi 0,03 ha olan 2344D saylı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Həmi n torpaq sahəsini 6 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 4Ə3/-453 reyesrt nömrəli 12.12.2009-cu il tarixli alqı-satqı müqaviləsi əsasında X1 almışdır. İddiaçı ilə yanaşı, bir neçə şəxs də eyni gündə X2 həmin torpaq sahəsinin ayrı-ayrı hissələrini almışlar.
4. Bundan sonra X2 torpaq sahəsi alan həmin şəxslərə qarşı hazırki iş üzrə cavabdehlər olan Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 Salyan oğlu məhkəmədə iddia qaldırmışlar. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1700/2015 saylı mülki iş üzrə 19 iyun 2015-ci il tarixli qətnaməsi ilə iddiaçılar Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 Salyan oğlunun cavabdehlər X6, X13, X4 və X7 qarşı qeyri-qanuni zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası və müstəqil tələb irəli sürən üçüncü şəxs Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququ nun dövlət reyestrində qeydiyyatının etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilmişdir.
5. Qətnamədən iddiaçılar və müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən apellyasiya şikayətləri verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-209/2016 saylı 08 fevral 2016-cı il tarixli qətnaməsi ilə hər iki apellyasiya şikayəti təmin olunaraq, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1700/2015 saylı mülki iş üzrə 19 iyun 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbləri təmin olunmuş, X3 ilə X10 arasında bağlanmış 12 oktyabr 2009-cu il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi, onun əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyy at və 13 noyabr 2009-cu il tarixli, MA seriyalı, ******* saylı dövlət reyestrindən çıxarış, X3 ilə X15 arasında bağlanmış 12 oktyabr 2009-cu il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi, onun əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və 13 noyabr 2009-cu il tarixli, MA seriyalı, ******* saylı dövlət reyestrindən çıxarış, X3 ilə X8 arasında bağlanmış 12 oktyabr 2009-cu il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi, onun əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və 19 noyabr 2009-cu il tarixli, MA seriyalı, ******* saylı dövlət reyestrindən çıxarış, X3 ilə X11 arasında bağlanmış 12 oktyabr 2009-cu il tarixli 4Ə3/454 saylı daş ınmaz əmlakın alqı- satqı müqaviləsi, onun əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və 13 noyabr 2009-cu il tarixli, MA seriyalı, ******* saylı dövlət reyestrindən çıxarış etibarsız hesab edilmiş, X10 və X9 tərəfindən ünvan 1 ünvanda yerləşən torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin həmin şəxslərin hesabına sökülməsi, cavabdehlərin Sumqayıt şəhəri Corat bağları ərazisi 2344 (2333) saylı torpaq sahəsindən çıxarılması qət edilmişdir.
6. Cavabdehlər həmin qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 iyul 2016-cı il tarixli qərarı ilə kassasiya şikayəti təmin olunaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-209/2016 saylı mülki iş üzrə 08 fevral 2016-cı il tarixl i qətnaməsi ləğv edilmiş iş təkrar apellyasiya baxışına qaytarılmışdır.
7. İşə təkrar apellyasiya qaydasında baxan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-232/2017 saylı mülki iş üzrə 17 yanvar 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. İddiaçılar həmin qətnamədən kassasiya şikayəti versələr də, Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 iyun 2017-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir.
8. Hansı səbəbdən həmin vaxt Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 Salyan oğlu adlı şəxslər iddiaçıya qarşı iddia qaldırmamışlar.
9. İddiaçı1la yanaşı, X2 torpaq sahəsi almış X10 və qeyrilərinə məxsus torpaq sahələri üzərində mülkiyyət hüququna dair qeydiyyat yazısı ləğv edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 20 fevral 2018-ci il tarixli 2(105)-232 s aylı qərardadı ilə həmin şəxslərə verilmiş çıxarılşların dövlət reyestrində qeydiyyatı bərpa edilmişdir. İddiaçı1 həmin iş üzrə tərəf olmadığı üçün ona məxsus torpaq sahəsi üzərində qeydiyyat yazısı hələ də bərpa edilməmişdir.
10. Cavabdeh Cavabdeh1 Qəni qızı İddiaçı1 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Corat bağları 2333C saylı torpaq sahəsində 2 tərəfdən tikilmiş daş hasarın və darvazanın sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
11. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2333C saylı torpaq sahəsi 10.07.2013-cü il tarixdən Cavabdeh1 mülkiyyətindədir. Torpaq sahəsi Sumqayıt şəhər bələdiyyəsinin 27.06.2013-cü il tarixli qərarı və həmin dövrdə fəaliyyət göstərən Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin bələdiyyə ilə birgə tərtib etdiyi alqısatqı aktına əsasən qeydiyyatdan keçmişdir. Torpağa görə Bələdiyyənin büdcəsinə 1316 manat keçirilmişdir. Hazırda İddiaçı1 göstərilən torpaq sahəsini qonşunun torpağı hesabına bir qədər genişləndirərək Cavabdeh1 tikdiyi hasara əlavə 2 divar hasar çəkmiş və darvazaya qoymuşdur.
12. Qarşılıqlı iddiada Mülki Məcəllənin 157-ci maddəsinə istinad edilmişdir.
13. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-7545/2018 saylı 20 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı1 məxsus Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən sahəsi 0,03 ha olan 2344D saylı torpaq sahəsi üzərində 6 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 4Ə3/-453 reyestr nömrəli 12.12.2009-cu il tarixli alqı-satqı müqaviləsi əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və 13 noyabr 2009-cu il tarixli, MA seriyalı, ******* saylı dövlət reyestrindən çıxarışın bərpa edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsi qət edilmişdir. (hakim Ceyhun Məmmədov)
14. Məhkəmə işdə olan sübutları qiymətləndirib müəyyən etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1700/2015 saylı mülki iş üzrə 19 iyun 2015-ci il tarixli qətnaməsi ilə iddiaçılar Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 Salyan oğlunun cavabdehlər X6, X13, X4 və X7 qarşı qeyri-qanuni zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası və müstəqil tələb irəli sürən üçüncü şəxs Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatının etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilmişdir.
15. Qətnamədən iddiaçılar və müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən apellyasiya şikayətləri verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-209/2016 saylı mülki iş üzrə 08 fevral 2016-cı il tarixli qətnaməsi ilə hər iki apellyasiya şikayəti təmin olunaraq, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1700/2015 saylı mülki iş üzrə 19 iyun 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbləri təmin olunmuş, X3 ilə X10 arasında bağlanmış 12 oktyabr 2009cu il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi, onun əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və 13 noyabr 2009-cu il tari xli, MA seriyalı, ******* saylı dövlət reyestrindən çıxarış, X3 ilə X15 arasında bağlanmış 12 oktyabr 2009-cu il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi, onun əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və 13 noyabr 2009-cu il tarixli, MA seriyalı, ******* saylı dövlət reyestrindən çıxarış, X3 ilə X8 arasında bağlanmış 12 oktyabr 2009-cu il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi, onun əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və 19 noyabr 2009-cu il tarixli, MA seriyalı, ******* saylı dövlət reyestrindən çıxarış, X3 ilə X11 arasında bağlanmış 12 oktyabr 2009-cu il tarixli 4Ə3/454 saylı daşınmaz əmlakın alqı-satqı müqavi ləsi, onun əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və 13 noyabr 2009-cu il tarixli, MA seriyalı, ******* saylı dövlət reyestrindən çıxarış etibarsız hesab edilmiş, X10 və X9 tərəfindən ünvan 1 ünvanda yerləşən torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin həmin şəxslərin hesabına sökülməsi, cavabdehlərin Sumqayıt şəhəri Corat bağları ərazisi 2344 (2333) saylı torpaq sahəsindən çıxarılması qət edilmişdir.
16. Cavabdehlər həmin qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 iyul 2016-cı il tarixli qərarı ilə kassasiya şikayəti təmin olunaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-209/2016 saylı mülki iş üzrə 08 fevral 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş iş təkra r apellyasiya baxışına qaytarılmışdır. İşə təkrar apellyasiya qaydasında baxan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-232/2017 saylı mülki iş üzrə 17 yanvar 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir.
17. İddiaçılar həmin qətnamədən kassasiya şikayəti versələr də, Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 iyun 2017-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir.
18. Birinci instansiya məhkəməsi yerli baxış zamanı müəyyən etmişdir ki, ilkin iddiada göstərilən torpaq sahəsi ilə qarşılıqlı iddiada göstərilən torpaq sahələri tamamilə fərqli torpaq sahələridir. Belə ki, İddiaçı1 məxsus torpaq sahəsi ilə, Cavabdeh1 Qəni qızına məxsus torpaq sahəsi arasında başqa bir şəxsə - X6 məxsus torpaq sahəsi və üzərində ikimərtəbəli tikili, habelə yol vardı r.
19. Birinci instansiya məhkəməsi həmçinin müəyyən edib ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 20 fevral 2018-ci il tarixli 2(105)-232 saylı qərardadına əsasən İddiaçı1 məxsus torpaq sahəsi ilə, Cavabdeh1 Qəni qızına məxsus torpaq sahəsi arasında yerləşən X6 məxsus torpaq sahəsi və digər şəxslərə məxsus torpaq sahələrinə dair verilmiş çıxarılşların dövlət reyestrində qeydiyyatı bərpa edilmişdir.
20. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırda Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsində və “İcra haqqında” qanunda icra edilmiş məhkəmə qətnaməsi ləğv edildiyi halda, onun icrasına dönüş edilməsi barədə düzünə müddəa yoxdur.
21. Eyni zamanda, qətnamənin dərhal icra edilməsinə yol verildikdə, qətnaməsi ləğv edildiyi halda, hakimin onun icrasının dönüşünün təmin edilməsini tə rəflərdən tələb edə bilməsi barədə Mülki Prosessual Məcəllənin 235.3-cü maddəsi də 24 iyun 2009-cu ildə qüvvəyə minmiş Azərbaycan Respublikası Qanunu ilə Məcəllədən çıxarılmışdır.
22. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı1 məxsus Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən sahəsi 0,03 ha olan 2344D saylı torpaq sahəsi üzərində 6 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 4Ə3/-453 reyesrt nömrəli 12.12.2009-cu il tarixli alqı-satqı müqaviləsi əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və 13 noyabr 2009-cu il tarixli, MA seriyalı, ******* saylı dövlət reyestrindən çıxarış bərpa edilməlidir.
23. Birinci instansiya məhkəməsi qarşlıqlı iddia tələbini araşdıraraq, hesab etmişdir ki, mübahisə predm eti olan darvaza və daş hasarın İddiaçı1 aid olan torpaq sahəsində yerləşmədiyi üçün qarşılıqlı iddia tələbi təmin edilə bilməz.
24. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, Mülki Məcəlləsinin 152, MPM-nin 71.1, 82.2, 82.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
25. Cavabdehlər Cavabdeh1 Qəni qızı, Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv, ilkin iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Apellyasiya şikayətinin dəlilləri: - iddiaçı Z.X5 torpaq alarkən, Umnisə İsgəndərovanın torpaq sahəsinə heç bir hüququ olmayıb; - iddiaçı mülkiyyət hüququnun bərpa edilməsini xahiş edir. Lakin əmlaka subyektin mülkiyyət hüququ ya möcuddur, ya mövcud deyil, mülkiyyət hüququnun bərpa edilməsi termini mülki qanunvercilikdə yoxdur.
27. Sumqayıt Bələdiyyəsi də qətnamə ilə maraqlarına toxunulan şəxs kimi apellyasiya şikayəti verərək, qətnamənin ləğv, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Bələdiyyənin apellyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, qətnamə maddi və prosessual qanunvericiliyə zidd olaraq qəbul edilmişdir. Məhkəmənin mövqeyi qanunsuz və qeyri- obyektiv olmuşdur.
29. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-3092/2019 saylı 24 sentyabr 2019-cu il tarixli qərardadı ilə torpaqşünaslıq ekspertizası təyin edilmiş, ekspertin qarşısında iddiaçıya məxsus torpaq sahəsinin naturada dəqiq koordinatlarının müəyyən edilməsi, həmin torpaq sahəsinin plan və ölç üsündə göstərilən koordinatlar daxilində yerləşib-yerləşməməsi və s. suallar qoyulmuşdur.
30. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18 may 2020-ci il tarixli 24964 №-li rəyinə əsasən İddiaçı1 məxsus Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən sahəsi 0,03 ha olan 2344D saylı torpaq sahəsinin naturada dəqiq koordinatları müəyyən edilərkən məlum olmuşdur ki, torpaq sahəsi plan və ölçüsündə göstərilən koordinatlar daxilində yerləşir və həmin koordinatlar naturada üst-üstə düşür.
31. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-202/2020 saylı 16 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt şəhər məhkəməsinin 20 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Səyyad Qafari (sədrlik edən, məru zəçi), Şəmsəddin Abasov, Telman Məmmədov).
32. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsi üzərində İddiaçı1 mülkiyyət hüququ 12 dekabr 2009-cu il tarixli alqı-satqı müqaviləsi əsasında yaranmış və onun bu hüququ Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən həmin əmlak üzərində sonuncunun mülkiyyət hüququ ləğv edilmişdir. Həmçinin Sumqayıt Apellyasiya Məhkəməsinin 20 fevral 2018-ci il tarixli qərardadı ilə digər şəxslər X3 ilə X10 arasında bağlanmış 12 oktyabr 2009-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsi əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və 13 noyabr 2009-cu il tarixli, MA seriyalı, ******* saylı dövlət reyestrindən çıxarış, X3 ilə X15 arasında bağlanmış 12 o ktyabr 2009-cu il tarixli, AN-1 ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və 13 noyabr 2009-cu il tarixli, MA seriyalı, ******* saylı dövlət reyestrindən çıxarış, X3 ilə X9 arasında bağlanmış 12 oktyabr 2009-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsi əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və 19 noyabr 2009-cu il tarixli, MA seriyalı, ******* saylı dövlət reyestrindən çıxarış, X3 ilə Dadaşova (Şirinova) Aynurə Şirin qızı arasında bağlanmış 12 oktyabr 2009-cu il tarixli, 4Ə3/454 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dovlət reyestrində aparılmış Qeydiyyat və 13 noyabr 2009-cu il tarixli, MA seriyalı, ******* saylı dövlət reyestrindən çıxarış bərpa edilmişdir.
33. Apellyasiya məhkəməsi Mülki Məcəllənin 140-cı maddəsinə istinad edərək qeyd edib ki, qanunvericilik reyestrin məzmununun qeyri-dəqiqliyinin sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyasının qüvvədə olmasını, bununla da həmin qeydiyyat əsasında qeydə alınmış daşınmaz əmlak hüquqları qeydə alınan şəxsin mülkiyyət hüququnun toxunulmazlığını müəyyən etmişdir.
34. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya məxsus torpaq sahəsi üzərində 6 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 4Ə3/-453 reyesrt nömrəli 12.12.2009-cu il tarixli alqı-satqı müqaviləsi əsasında hüquqların dövlət qeydiyyatı haqqında da şınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və 13 noyabr 2009cu il tarixli, MA seriyalı, ******* saylı dövlət reyestrindən çıxarışın bərpa edilməsi barədə iddia tələbini təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
35. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir.
36. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 140, 152.1, 152.5-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a ) Kassasiya şikayətinin dəlilləri
37. Sumqayıt Bələdiyyəsi (vəkil Salamov Nizami Məmməd oğlu) və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 (vəkil Vəkil) ayrı-ayrılıqda kassasiya şikayətləri verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, İddiaçı1 cavabdeh üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 2 saylı Sumqayıt ərazi idarəsinə qarşı “mülkiyyət hüququnun bərpası” tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilməsi və qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
38. Kassasiya şikayətlərii belə əsaslandırılıb ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərba ycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 fevral 2020-ci il tarixli Qərarının İX bəndinin 13-cü yarımbəndi ilə "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli,4 saylı Qərarının 17-ci bəndi yeni redaksiyada verilmişdir. Yeni redaksiyada verilmiş həmin bəndin məzmununa əsasən “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianı n hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquq əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibatı akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətlərinə yazılı etirazı daxil olmanışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
40. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 vəkil Vəkil Şirzahid oğlu kassasiya şikayətlərini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
38. Məhkəmə kollegiyasının iclasında iştirak edən Sumqayıt Bələdiyyəsinin vəkil Salamov Nizami Məmməd oğlu kassasiya şikayətlərini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
39. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, iş üzrə iddiaçı və cavabdehlər məhkəmə iclasında iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “İnzibati icraat haqqında” Qanun Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərə findən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
41. Hazırkı kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlməmişdir.
43. İddiaçının iddia tələbi ona məxsus Sumqayıt şəhəri, Corat bağları əra zisində yerləşən sahəsi 0,03 ha olan 2344D saylı torpaq sahəsi üzərində 6 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 4Ə3/-453 reyesrt nömrəli 12.12.2009-cu il tarixli alqısatqı müqaviləsi əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və 13 noyabr 2009-cu il tarixli, MA seriyalı, ******* saylı dövlət reyestrindən çıxarışın bərpa edilməsi barədədir.
44. İddia tələbinin əsası kim isə ona istinad edib ki, mülkiyyət hüququnun qeydiyyatı məhkəmə qətnaməsinə əsasən ləğv edilib, sonradan həmin məhkəmə qətnaməsinin ləğv edilməsindən sonra da bərpa edilməyib. 45. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyy atı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. (Maddə, 2.1, 2.2.)
46. Həmin Qanunun 8.0.4-cü maddəsinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
47. Qanunun 1.0.4-cü maddəsinə görə isə qey diyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Qeyd edilən müvafiq icra hakimiyyətinin səlahiyyətlərini də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti həyata keçirir.
48. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti inzibati orqandır. (bənd 31.1.2)
49. İddiaçının hazırkı iş üzrə mübahisələndirdiyi məsələ – reyestrdə qeydə alınmış mülkiyyət hüququnun ləğv edilməsi – reyestr xidməti tərəfindən həyata keçirilib. İddiaçı həmin qeydin ləğv edilməsinin əsassız, yəni məhkəmə qətnaməsinin ona aid olmadığı halda, qeydiyyat orqanı tərəfindən düzgün olmayaraq aparılmasını qeyd edib. 50. “İnzibat i və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4№-li Qərarının 17-ci bəndində qeyd edilmişdir ki, Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər.
51. Beləliklə, Azərbaycan Respub likası Ali Məhkəməsi Plenumunun mövqeyinə görə reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə həmin qeydiyyatın mübahisələndirilməsi inzibati məhkəmə icraatı qaydasında olmalıdır.
52. İddiaçı da mülkiyyət hüququ barədə qeydin ləğv edilməsinin qeydiyyat orqanı tərəfindən düzgün olmayaraq aparılmasına istinad edib.
53. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iddiaçının iddiasının Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən qərarı kontekstində qiymətləndirməmiş, həmin tələbin mülki və ya inzibati məhkəmə icraatına aid olub-olmaması, inzibati icraata aid olduğu halda iş üzrə icraata xitam verilibverilməməli olmasına aydınlıq gətirməmiş, ümumiyyətlə iddia tələb üzrə cavabde h şəxslərin reyestrdəki qeydiyyatın ləğvi və bərpası ilə bağlı iddiaya cavab verməli olan əsl cavabdehlər olub-olmamalarına qiymət verməmişdir.
54. Həmçinin kollegiya qeyd edir ki, qarşılıqlı iddianın rədd edilməsi hissəsində isə apellyasiya məhkəməsinin qətnaməsi əsaslandırılmayıb. Apellyasiya məhkəməsi həmin hissədə birinci instansiya məhkəməsinin mövqeyinə istinad edib. Lakin birinci instansiya məhkəməsi də bunu qətnamədə yerli baxışın nəticələri və qanuni qüvvəyə minmiş qətnamələrin preyudisiyallığı ilə əsaslandırsa da, həmin preyudisiyanın hazırki işə münasibətdə nədən ibarət olmasına aydınlıq gətirməyib.
55. Bu baxımdan, məhkəmə kollegiyası tətbiq edilən maddi və prosessual hüquq normalarını işin müəyyən edilmiş hallarına uyğun hesab etmir.
56. Məhkəmə kollegiyası qeyd olunanlara əsa sən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apelyasiya baxışına qaytarılmalıdır.
57. İşə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
58. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Sumqayıt Bələdiyyəsinin və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 kassasiya şikayətləri təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-202/20 20 nömrəli iş üzrə 16 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.