Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3086/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sığorta ödənişi, dəbbə pulu) 10.10.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı sığorta ödənişin ödənilməsi və gecikdirməyə görə dəbbə pulunun tutulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1283/2023 nömrəli, 7 mart 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inz ibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2022-ci il tarixdə İddiaçı məxsus "Mersedes Benz 240” minik markalı, ** XT *** dövlət qeydiyyat nişanlı avtomobillə cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixli icbari sığorta müqaviləsi ilə sığortalanmış və X1 tərəfindən idarə edilən “Mitsubishi L200” markalı, ** ZF *** nömrə qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində yolnəqliyyat hadisəsi baş vermiş və nəticədə İddiaçı məxsus "Mersedes Benz 240” minik markalı, ** XT *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. 2. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, “Dəymiş zərərin hesablanmasına dair” akta əsasən "Mersedes Benz 240” minik markalı, ** XT *** dövlət qeydiyyat nişanlı avtomobi lə vurulmuş maddi zərərin aradan qaıdırlması üçün əvəz edilməli olan ehtiyat hissələrinin qiyməti 1.525 manat, görülməli olan işlərin qiyməti 950 manat təşkil edir.
3. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktuba əsasən cəmiyyət "Mersedes Benz 240” minik markalı, ** XT *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin 2.475 manat məbləğində müəyyən edildiyini və bank hesab rekvizitləri təqdim edildiyi, habelə müvafiq sənədlər imzalandığı halda sığorta ödənişini hesaba köçürməyə hazır olduqlarını bildirmişdir.
4. AZ-MAŞ QTSC-nin 10 may 2022-ci il tarixli qüsur aktına əsasən "Mersedes Benz 240” minik markalı, ** XT *** dövlət qeydiyyat nişanlı avtomobilin yararsız hala düşmüş hissələri və onların bazar dəyəri müəyyən edilərək, arxa buferin - 400 ma nat, arxa sol qanadın - 400 manat, arxa sağ qanadın - 300 manat, arxa sol stopun - 300 manat, arxa sağ stopun - 300 manat, arxa sağ qanad altlığının - 100 manat, arxa kapotun - 250 manat, arxa baqaj stopunun - 80 manat, arxa səs boğucunun qazanının - 300 manat, benzin çəninin - 360 manat, ehtiyat təkər və diskin - 210 manat, iki ədəd ehtiyat təkərin altında yerlədirilmiş datçiklərin - 140 manat, arxa elektrik naqillərinin - 250 manat, arxa bufer altı dəmir kəmərlərinin - 160 manat, arxa hissənin işıqlandırılmasını təmin edən lampaların - 50 manat, nömrə yerləşdirilən lövhələrin - 70 manat, baqaj daxili örtük dəstinin - 220 manat, sürətlər qutusunun - 800 manat, ehtiyat təkər vannasının - 250 manat, baqaj qıfılının - 90 manat, baqaj embleminin - 30 manat, baqaj kəpənəyinin - 50 manat, baqaj novçalarının - 70 manat, dəmir işlərinin görülməsi üçün zəhmət haqqının 1500 manat, elektrik işlərinin görülməsi üçün zəhmət haqqının - 200 manat, rəngsaz işlərinin görülməsi üçün - 700 manat, qeyd edilən hissələrin və təmir işlərinin ümumi dəyərinin – 7.580 manat təşkil etdiyi göstərilmişdir.
5. İddiaçı tərəfindən cavabdeh "xxxx" ASCyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktuba əsasən iddiaçı tərəfindən AZ-MAŞ QTSCnin 10 may 2022-ci il tarixli qüsur aktına istinadən "Mersedes Benz 240” minik markalı, ** XT *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərər, o cümlədən əvəz edilməli olan ehtiyat hissələri, onların dəyəri və görülməli olan işlərin dəyəri barədə məlumat verilmiş və "xxxx" ASC tərəfindən təklif edilmiş 2.475 manat, habelə əlavə olaraq, 2.525 manat məbləğində pul vəsait inin ödənilməsi xahiş edilmiş, əks halda bu məbləğin və onun ödənilməsinin gecikdirilmiş hər günü üçün 0,1 faiz dəbbə pulunun tutulması tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus olan “Mersedes Benz C240” minik markalı, ** XT *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyan üçün 5.000 manat sığorta ödənişinin və xx.xx.2022-ci il tarixindən ödənildiyi günədək ödənilməsinin gecikdirilmiş hər günü üçün həmin məbləğin 0.1 faiz miqdarında cərimənin cavabdehdən tut ulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus olan “Mersedes Benz C240” minik markalı, ** XT *** dövlət nömrə nişanlı avtomobilə xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın aradan qaldırılması məqsədi ilə sığorta haqqı olaraq cavabdeh tərəfindən 2.475 manat maliyyə vəsaitinin ayrılması təklif edilmişdir. Reallığı əks etdirmədiyi üçün həmin təklifi qəbul etməmişdir. Belə ki, mütəxəssis tərəfindən avtomobilin sıradan çıxmış hissələri, mexanizmləri nəzərdən keçirilərək yararsız hala düşmüş hissələrin və təmir işlərinin ümumi dəyərinin – 7.580 manat təşkil etdiyi göstərilmişdir. Lakin avtomobilə cavabdeh təşkilatın mütəxəssisləri tərəfindən ötəri baxış keçirilmiş, reallığa uy ğun olmayan məbləğ təşkil edilmişdir. Həmin məbləğin və əlavə olaraq 2.525 manat maliyyə vəsaitini ərizəsinə əlavə edilmiş bank hesabına köçürülməsi xahişi ilə cavabdehə yazılı müraciəti də cavabsız qalmışdır.
8. Cavabdeh tərəf iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək, göstərmişdir ki, iddiaçıya məxsus olan "Mersedes Benz C240” minik markalı, ** XT *** dövlət nömrə dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Bakı Sığorta ASC'' tərəfindən xx.xx.2021-ci il tarixli icbari sığorta müqaviləsi ilə sığortalanmış ** ZF *** nömrə nişanlı avtomobilin sürücüsü tərəfindən zərər vurulmuşdur. "xxxx" ASC-nin nümayəndələri dərhal hadisə yerinə çıxış edərək, hadisəni qeydə almış, ilkin araşdırmaya əsasən zərər çəkmiş “Mercedes Benz C2 40” markalı, ** XT *** nömrə nişanlı avtomobilə dəymiş zərər məbləğinin müəyyən edilməsi üçün avtomobil təmir müəssisəsinə yönləndirilmişdir. Nəticədə avtomobilə vurulmuş zərər 2.475 manat məbləğində müəyyən edilmiş və bu barədə iddiaçıya xx.xx.2022-ci il tarixli məktub göndərilmişdir. Lakin iddiaçı bu məbləğlə razı olmadığını bildirmişdir. Belə olduğu təqdirdə "Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbinə müvafiq olaraq, iddiaçıya "Bakı Sığorta” ASC-yə müqavilə əsasında xidmət göstərən müstəqil ekspertlər sırasından bir müstəqil ekspert seçilməsi xx.xx.2022-ci il tarixli məktubla təklif edilmişdir. Lakin iddiaçı bu təklifə münasibət bildirməmişdir. Bundan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə "Bakı Sığorta” ASC-yə qarşı hazırkı idd ia ərizəsində qeyd edilən əsassız tələbləri irəli sürmüşdür. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus olan avtomobilə dəymiş zərərin məbləği xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesablanmasına dair akta əsasən 2.475 manat məbləğində müəyyən edilsə də, iddiaçı bununla razılaşmamış və xx.xx.2022-ci il tarixli məktubla iddiaçıya 2.475 manat pul vəsaitindən əlavə 2.525 manat məbləğində vəsaitin ayrılmasını da tələb etmişdir. Halbuki, qanunvericiliyin müvafiq n ormalarına əsasən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan avtomobilə dəymiş zərərin məbləği məhz qanunvericiliyə müvafiq qaydada hesablanmışdır. Bu səbəbdən iddianı əsassız hesab edirlər.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4895 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən iş materiallarında olan “Az-Maş” QTSC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2000-ci il buraxılışlı “Mercedes Benz C 240” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 6.200 manat müəyyən edilir.
10. Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2022-ci il tarixli, 2(009)-1267/2022 saylı qətnaməsi ilə (hakim Rəna Qafarova) iddianın qismən təmin edilməsi, 5.000 manat məbləğində sığorta ödənişinin cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, 70 manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə köçürülməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 80 manat hissəsinin cavabdeh "xxxx" ASC-dən, 20 manat hissəsinin İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının idarə etdiyi avtomobillə cavabdeh təşkilat tərəfindən icbari sığorta müqaviləsi ilə sığortalanmış avtomobilin toqquşması, yol-nəqliyyat hadisəsində "xxxx" ASC tərəfindən sığortalanmış avtomobilin sürücüsünün təqsirli bilinməsi işin mübahisəsiz halıdır. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarı barədə tərəflər arasında razılaşma əldə edilməmişdir. Bu səbəbdən təyin edilmiş ekspert tədqiqatının nəticələrinə dair tərtib edilmiş ekspert rəyi mötəbər sü but kimi qəbul edilmişdir. Belə ki, rəylə razılaşmamaq üçün hər hansı əsas müəyyən edilməmişdir. Eyni zamanda, məhkəmə hesab etmişdir ki, sığorta ödənişinin məbləği ilə bağlı tərəflər arasında mübahisənin mövcud olmasına görə iddiaçı tərəfindən sığorta ödənişinin qəbul edilməməsi sığorta ödənişinin sığorta şirkəti tərəfindən qanunvericiliklə müəyyən olunmuş müddətdə ödənilməməsi kimi qiymətləndirilə bilməz. Bu səbəbdən dəbbə pulunun tutulması hissəsində iddia təmin edilə bilməz. Həmçinin, iddia qismən təmin olunduğundan iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən 70 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin xeyrinə tutulmalıdır.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1ci, 926.1-ci, 934.2-ci maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci, 56-cı maddələrinə və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 103.1-ci, 119.1-ci, 206.1-cı, 217.4-cü, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnaməsinin “iddia qalan hissədə təmin edilməsin” hissəsində ləğv edilməsini və iddia tələblərinin təmin edilməyən hissədə də təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehə xx.xx.2022-ci il tarixdə təqdim etdiyi ərizədə "xxxx" ASC tərəfindən təklif edilmiş 2.475 manat, habelə əlavə olaraq, 2.525 manat məbləğində pul vəsaitinin ödənilməsini xahiş etmiş, əks halda bu məbləğin və onun ödənilməsinin gecikdirilmiş hər günü üçün 0,1 faiz dəbbə pulunun tutulması tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsində də sığorta ödənişinin müəyyən olunmuş müddətdə ödənilmədiyi halda, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faiz həcmində dəbbə pulunun ödənilməsi təsbit edilmişdir.
15. Cavabdeh "xxxx" ASC də həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin iddianın təmin edilmiş hissəsində də rədd olunmasını xahiş etmişdir.
16. Cavabdeh "xxxx" ASC apellyasiya şikayətini birinci instansiya məhkəməsində iddiaya qarşı verilmiş yazılı etirazın məzmununa uyğun əsaslandırmış və ə lavə olaraq göstərmişdir ki, iddia tələbinə məhkəməyə ilkin verilmiş qaydada, yəni sığorta məbləğinin və dəbbə pulunun tutulması tələbi ilə baxıldığı halda sığortaçının öhdəliyinin son həddi məbləğində olan pulun iddiaçının xeyrinə tutulması yolverilməzdir. Məhkəmə ilkin iddia tələbini Mülki Məcəllənin 904.1-ci maddəsinə müvafiq qaydada verdiyi halda, prosessual hüquq normalarını pozaraq, iddiaya dəqiqləşmə ərizəsini qəbul etmiş və nəticədə tətbiq edilməli olmayan normanın, Mülki Məcəllənin 926.1-ci maddəsinin normalarını tətbiq etmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspert tədqiqatının nəticələrinə dair ekspert rəyi qanunvericiliyin tələblərinə müvafiq qaydada tərtib edilmədiyi üçün iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə dair vəsatətlə məhkəməyə müraciət e tmişdilər. Belə ki, məhkəmə tərəfindən ekspertiza qarşısında qoyulmuş suallar birtərəfli olmaqla iş üzrə obyektiv nəticəyə gəlinməsi imkanını istisna etmişdir. Həmin tədqiqat zamanı yalnız iddiaçının təqdim etdiyi qüsur aktı nəzərə alınmışdır. Onlara ekspert tədqiqatı barədə məlumat verilməmiş, nümayəndələrinin bu tədqiqatda iştirakı təmin edilməmişdir. Ekspert avtomobilə baxış keçirmədən bəzi detallarla bağlı rəy vermişdir (arxa sol qanad, benzin bakı, təkər altı datçik, arxa elektrik şnurları, ehtiyat təkər və disk, surətlər qutusu). Halbuki, iddia ərizəsinə əlavə edilmiş şəkillər əsasında həmin detallarla bağlı tədqiqatın aparılması qeyri-mümkündür. Belə ki, iddia ərizəsinə əlavə edilmiş fotoşəkillər, ümumiyyətlə həmin detallara aid deyil və avtomobilə baxış keçirmədən, həmin fotoşəki llər əsasında avtomobilin təmir bərpasına dair çəkilməli xərclərin dəyərinin hansı meyarlar əsasında müəyyən edildiyi sual doğurur. Ekspert rəyində avtomobilin bəzi detallarının (arxa stop, arxa sağ qanad altlığı, arxa kapot, arxa baqaj stopu, arxa səs boğucu qazan, ehtiyat təkər və disk) qiyməti əhəmiyyətli dərəcədə şişirdilib və real bazar qiymətini əks etdirmir. Lakin məhkəmə təkrar ekspertizanın keçirilməsi barədə əsaslı vəsatətlərini təmin etməmişdir. Ümumiyyətlə sığorta məbləğinin və cərimənin tutulması tələb edildiyindən, iddia ümumiyyətlə geri qaytarılmalı idi. Belə ki, sığorta məbləğinin üzərinə cərimə məbləğinin hesablanması yolverilməzdir. Bu tələblər biri-biri ilə əlaqəli olmayan tələblərdir. Məhkəmə xərcləri də məhkəmə tərəfindən düzgün bölüşdürülməmişdir. Nəticədə birinci ins tansiya məhkəməsi iş üzrə tərəflər arasında mübahisəyə dair səhv hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməni qanunun normalarına uyğun əsaslandırmamış, maddi və prosessual normaları düzgün tətbiq etməyərək, qanunsuz və ədalətsiz qətnamə çıxarmışdır.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1283/2023 nömrəli, 7 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Abdıyev (sədrlik edən və məruzəçi), X.Sarıyev və F.Qasımov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni “hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun tutulmasının rədd edilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılaraq, iddia həmin his sədə təmin edilmişdir. Cavabdehin apellyasiya şikayəti isə təmin edilməmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında mübahisə məhz vurulmuş zərərin məbləği ilə bağlıdır. Lakin sığorta hadisəsi baş verdikdən sonra icbari sığortanı həyata keçirən cavabdeh zərərin özü (mütəxəssisləri) tərəfindən müəyyən edilmiş həcmi barədə iddiaçı ilə aralarında razılıq əldə edilmədiyinə baxmayaraq, qanunvericiliyin belə hallarla bağlı tələblərinə riayət etməyərək, qarşılıqlı razılıq əsasında zərərin miqdarının qiymətləndirilməsinin aparılması üçün qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspertin təyin olunması üçün hər hansı tədbir görməmişdir. Halbuki, qeyd edilən aktlar ehtiyat hissələrinin sayı, görülməli olan işlər və onların dəyəri baxımından biri-birind ən əhəmiyyətli dərəcədə fərqlənmiş, bu halın mövcud olması isə zərər məbləğinin qiymətləndirilməsinə müstəqil ekspertin cəlb edilməsini bilavasitə şərtləndirmişdir və sığorta ödənişinin aparılması vəzifəsini daşıyan cavabdeh öz aktının mövcud və gələcək mötəbərliyinin təmin edilməsi baxımından bu işin təşkilində daha maraqlı olmalı idi. Nəticə etibarı ilə cavabdeh zərərin obyektiv qiymətləndirilməsi, o cümlədən bu məsələdə iddiaçı ilə razılıq əldə edilməsi istiqamətində ümumiyyətlə hər hansı addım atmamışdır. Cavabdeh həm iddiaya qarşı yazılı etirazda, həm də apellyasiya şikayətində qiymətləndirmənin keçirilməsi məqsədi ilə müqavilə əsasında xidmət göstərən müstəqil ekspertlər sırasından bir müstəqil ekspertin seçilməsi təklifi ilə xx.xx.2022-ci il tarixdə məktubla iddiaçıya müraciət etdiy ini bildirsə də, bu halı təsdiq edə bilməmiş, nəinki iddiaçıya belə bir məktubun göndərildiyini, ümumiyyətlə belə bir məktubun mövcud olmasını sübuta yetirə bilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası cavabdehin bu məsələdə qanunvericiliyin tələblərinə riayət etmədiyi qənaətinə gəlmişdir.
19. Bu səbəbdən zərər məbləğinə aydınlıq gətirilməsi məqsədi ilə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və buna uyğun aparılmış ekspert tədqiqatının nəticələrinə dair tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23 sentyabr 2022-ci il tarixli, 9/4895 nömrəli rəyində “Az-Maş” QTSC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara istinadən avtohissələrin qiymətləri nəzərə alınmaq la “Mercedes Benz C 240” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 6.200,00 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası ekspert rəyində göstərilən ehtiyat hissələrinin, habelə görülməli olan işlərin qiymətlərini şişirdilmiş hesab etməmiş, bu qiymətlərlə razılaşmışdır.
20. Cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, ehtiyat hissələri, o cümlədən apellyasiya şikayətində göstərilən arxa sol qanad, benzin bakı, təkər altı datçik, arxa elektrik şnurları, ehtiyat təkər və disk, surətlər qutusu ilə bağlı qeyd olunmalıdır ki, hadisə zamanı arxa sol qanadın zədələnməsi fotoşəkillərdən aşkar şəkildə görünür və bunu müəyyən etmək üçün xüsusi bilik tələb olunmur. Digər tərəfdən avtomobilin xeyli sayda hissələrd ən ibarət olması, habelə bu hissələrin əksəriyyətinin, o cümlədən apellyasiya şikayətində göstərilən benzin bakının, təkər altı datçikin, arxa elektrik şnurlarının, ehtiyat təkər və diskin avtomobilin arxa hissədən daxilində, yəni görünməyən hissəsində yerləşməsi aşkardır. Sığortalanmış avtomobilin iddiaçının avtomobilinin arxa hissəsindən toqquşması bu hissələrin zədələnməsini mümkün edir. Hazırda bu hissələrin də zədələnməsini şübhə altına alan cavabdeh öz mövqeyinin təsdiqi olaraq, yalnız xx.xx.2022-ci il tarixli qüsur aktına istinad edir ki, bu da həmin hissələrin zədələnməməsi qənaətinə gəlmək üçün həm kifayət deyil, həm də əsas ola bilməz. Hər bir halda, bu vəziyyətin yaranmaması üçün iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət edən zaman, cavabdeh məsələyə aydınlıq gətirilmə si üçün müstəqil ekspert dəvət etməklə qiymətləndirmə keçirməli idi. Qeyd olunmalıdır ki, məhz belə halların yaranmasının qarşısının alınması məqsədi ilə qanunverici bu barədə müddəanı qanunvericilikdə təsbit etmişdir. Lakin artıq müəyyən edildiyi kimi cavabdeh qanunvericiliyin bu barədə tələblərinə riayət etməyərək, müstəqil ekspertin dəvət edilməsi üçün hər hansı tədbir görməmişdir. Bu səbəbdən həmin hissələrin zədələnməməsi barədə cavabdehin mövqeyi əsaslı hesab edilə bilməz. Digər tərəfdən ehtiyat təkər və diskin zədələnməməsi mövqeyindən çıxış edən cavabdeh, eyni zamanda bu hissələrin qiymətinin şişirdilmiş olduğu göstərir. Bu baxımdan dolayısı ilə həmin ehtiyat hissələrinin zədələnməsini qəbul edir, lakin zərər məbləği ilə razılaşmır.
21. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şi kayəti ilə bağlı qeyd edib ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə cavabdehə rəsmi olaraq müraciət edilərək, sığorta ödənişinin ödənilməsi tələb edilmişdir. Lakin cavabdeh hüquqi nəticə etibarı ilə əsassız olaraq ötən dövr ərzində sığorta ödənişini ödəməmişdir. Hazırda da ümumiyyətlə qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini tələb edir. Bu da öz növbəsində ödənişin gecikdirildiyi gündən etibarən hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun tutulması üçün şərtsiz əsas yaradır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edib ki, birinci instansiya məhkəməsi bu tələblə bağlı düzgün qənaətə gəlməmiş və maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir.
22. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 883.1, 922.1, 925.1, 925.3, 926.1, 934.1, 934.2-ci, “İcbari Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.2, 15.3.1, 16.2, 18.1, 18.2, 20.2, 20.5, 24.1.6, 50.1, 52.1 və 56.1-ci maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 21.1. Zərərin əvə zinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın
27. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür
28. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasın da ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
29. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
30. Maddə 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir.
31. Maddə 926.3. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir
32. Maddə 934.1. Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.
33. Maddə 934.2. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşd ırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qə rardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq norma larının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
46. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1283/2023 nömrəli, 7 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.